TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 231,31 Kb.
səhifə1/2
tarix22.11.2017
ölçüsü231,31 Kb.
#11420
  1   2

TERMİNLƏRİN İZAHLI LÜĞƏTİ 1

(Dekabr 2006)



Daxil olmaya nəzarət vasitələri (access controls) – operativ rejimli əsas qurğulara, proqramlara və məlumatlara daxil olmağı məhdudlaşdırmaq üçün müəyyən edilmiş prosedurlar. Daxil olmaya nəzarət vasitələri “istifadəçinin mötəbərliyi”ndən (həqiqiliyin yoxlanılması) və “istifadəçinin səlahiyyəti”ndən (daxil olma hüquqlarının verilməsi) ibarətdir. “İstifadəçinin mötəbərliyi” bir qayda olaraq qeydiyyat xarakterli vahid tanınma işarələri, parollar, daxil olma kartları və ya biometrik məlumatlar vasitəsilə istifadəçinin eyniləşdirilməsinə xidmət edir. “İstifadəçinin səlahiyyəti” hər bir istifadəçinin daxil ola biləcəyi kompüter ehtiyatlarını müəyyən edən daxil olma qaydalarından ibarətdir. Belə prosedurlar xüsusi olaraq aşağıdakı halların qarşısını almaq və ya aşkar etmək üşün işlənib hazırlanmışdır:
(a) Operativ rejimli əsas qurğulara, proqramlara və məlumatlara icazəsiz daxil olma;

(b) Təsdiq edilməmiş məlumatların daxil edilməsi;

(c) Məlumat fayllarının icazəsiz dəyişdirilməsi;

(d) Səlahiyyəti olmayan şəxslərin kompüter proqramlarından istifadə etməsi; və



(e) Təsdiq edilməmiş və icazə verilməmiş kompüter proqramlarından istifadə edilməsi.
İlkin uçot (accounting estimate) – mühasibat uçotunda dəqiq ölçmə üsulları olmadıqda hər hansı bir bölmənin məbləğinin təqribi olaraq göstərilməsi.
Mühasibat uçotu sənədləri (accounting records – ing.) – Bir qayda olaraq, ilkin mühasibat qeydlərindən və yardımçı sənədlərdən ibarət olur, məsələn: pul vəsaitlərinin elektron rabitə sistemi ilə köçürülməsi barədə çeklər və sənədlər; hesab-fakturalar; müqavilələr; əsas və köməkçi baş dəftərlər; uçot jurnalı qeydləri və maliyyə hesabatlarına edilmiş, lakin formal uçot jurnalının qeydlərində əks olunmamış digər düzəlişlər; və xərclərin bölüşdürülməsi (aid edilməsi), hesablamalar, müqayisələr və izahedici məlumatlar üçün nəzərdə tutulmuş iş vərəqləri və iri formatlı cədvəllər.
Mənfi rəy (adverse opinion) – (bax: Dəyişdirilmiş auditor hesabatı)
Razılaşdırılmış prosedurların yerinə yetirilməsi üzrə saziş (agreed-upon procedures engagement) – auditor tərəfindən iqtisadi subyektlə və müvafiq üçüncü tərəflərlə razılaşdırılmış audit prosedurlarının yerinə yetirilməsi və əldə edilmiş faktiki məlumatlarla bağlı hesabat verilməsi üşün saziş. Hesabatdan istifadə edənlər auditor hesabatı əsasında öz rəylərini hazırlamalıdırlar. Hesabat yalnız yerinə yetirilən prosedurlara razılıq vermiş tərəflərə təqdim edilir, belə ki, prosedurların yerinə yetirilmə səbəbləri ilə tanış olmayan digər tərəflər onların nəticələrini yanlış şərh edə bilərlər.
Analitik prosedurlar (analytical procedures)­ – Həm maliyyə, həm də qeyri-maliyyə xarakterli məlumatlar arasındakı həqiqətə uyğun əlaqələrin öyrənilməsi yolu ilə maliyyə məlumatlarının qiymətləndirilməsi. Analitik prosedurlar həmçinin digər mühüm məlumatlarla ziddiyyət təşkil edən və ya ehtimal olunan nəticələrdən əhəmiyyətli dərəcədə kənarlaşan əlaqələrin və müəyyən edilmiş dəyişikliklərin tədqiqatını həyata keçirir.
İllik hesabat (annual report) – İqtisadi subyekt tərəfindən, bir qayda olaraq, hər il təqdim edilən sənədlər. Bu sənədlərə maliyyə hesabatları və müvafiq auditor rəyi daxildir.
Qeyri-adi səhv (anomalous error) – (bax: Auditor seçməsi)
Tətbiq olunan maliyyə hesabatlarının əsas prinsipləri (applicable financial reporting framework) ­– auditor tərəfindən iqtisadi subyektin xüsusiyyətləri və maliyyə hesabatının məqsədləri baxımından məqbul hesab edilən və rəhbərlik tərəfindən maliyyə hesabatlarının hazırlanması üçün qəbul edilmiş və ya qanunvericiliyin və normativ sənədlərin tələb etdiyi əsas hesabat prinsipləri.
İnformasiya texnologiyasında tətbiqi nəzarət vasitələri (application controls in information technology) – Adətən, istehsalat (biznes) prosesi səviyyəsində tətbiq olunan avtomatlaşdırılmış və ya əllə həyata keçirilən prosedurlar. Tətbiqi nəzarət vasitələri xüsusiyyətlərinə görə qabaqlayıcı və ya aydınlaşdırıcı ola bilər və mühasibat sənədlərinin bütövlüyünü təmin etmək məqsədilə işlənib hazırlanır. Nəticə etibarilə, tətbiqi nəzarət vasitələri əməliyyatların və ya digər maliyyə məlumatlarının qeydə alınması, işlənilməsi və onlara dair hesabat verilməsi üçün istifadə olunan prosedurlara aid edilir.
Uyğunluq (appropriateness) – Auditor sübutlarının keyfiyyət ölçüsü, yəni əməliyyat növlərinin, hesab qalıqlarının, izahedici məlumatların və əlaqədar müddəaların düzgün hesab edilməsində və ya yol verilmiş səhv və təhriflərin aşkar edilməsində bu sübutların əhəmiyyəti və mötəbərliyi.
Müddəalar (assertions) – Rəhbərlik tərəfindən maliyyə hesabatlarında aydın şəkildə göstərilən və ya digər formada təsbit edilən ifadələr.
Qiymətləndirmə (assess) – Müəyyən edilmiş risklərin əhəmiyyətini nəzərə almaqla onların təhlil edilməsi. “Qiymətləndirmə” terminindən şərti olaraq yalnız risklə əlaqədar mövzularda istifadə edilir. (bax: Dəyərləndirmə)
Köməkçilər (assistants) – Fərdi auditin aparılması üçün auditordan başqa, cəlb edilən heyət.
Aidiyyat (association) – (bax: Auditorun maliyyə məlumatlarına aidiyyatı)
Əminlik (assurance) – (bax: Kafi əminlik)
Əminliyi təmin edən tapşırıq (assurance engagement) – Elə bir tapşırıqdır ki, bu zaman yoxlama aparan mütəxəssis müzakirə mövzusunun kriteriyalar üzrə qiymətləndirilməsinin və ya ölçülməsinin nəticələri ilə bağlı cavabdeh tərəfdən başqa, nəzərdə tutulmuş digər istifadəçilərin etimad dərəcəsini artırmaq üçün hazırlanmış rəyi ifadə etmiş olur. Müzakirə mövzusunun qiymətləndirilməsinin və ya ölçülməsinin nəticələri dedikdə, kriteriyaların tətbiq edilməsi nəticəsində yaranan məlumatlar başa düşülür (bax: Müzakirə mövzusu üzrə məlumatlar). “Əminliyi təmin edən tapşırıqların yerinə yetirilməsinin beynəlxalq prinsipləri”nə görə əminliyi təmin edən tapşırıqların mütəxəssis tərəfindən yerinə yetirilə bilinən iki növü vardır: kafi aminliyi təmin edən tapşırıq və məhdud əminliyi təmin edən tapşırıq.
Kafi əminliyi təmin edən tapşırıq (reasonable assurance engagement) – Kafi əminliyi təmin edən tapşırığın məqsədi onun yerinə yetirilməsi zamanı tapşırığın şərtləri daxilində riskin qənaətbəxş dərəcədə aşağı səviyyəyədək azaldılmasından, yəni mütəxəssis rəyinin müsbət formada verilməsi üçün əsasın yaradılmasından ibarətdir.
Məhdud əminliyi təmin edən tapşırıq (limited assurance engagement) – Məhdud əminliyi təmin edən tapşırığın məqsədi onun yerinə yetirilməsi zamanı tapşırığın şərtləri daxilində riskin qənaətbəxş dərəcədə aşağı səviyyəyədək azaldılmasından, lakin riskin kafi əminliyi təmin edən tapşırıqla müqayisədə yüksək olması zamanı mütəxəssis rəyinin mənfi formada verilməsi üçün əsasın yaradılmasından ibarətdir.
Əminliyi təmin edən tapşırıqla bağlı risk (assurance engagement risk) – Müzakirə mövzusu üzrə məlumatların əhəmiyyətli dərəcədə təhrif edilməsi hallarında mütəxəssisin müvafiq olmayan rəy bildirməsi ilə əlaqədar risk.
İştirak (attendance) – Başqaları tərəfindən həyata keçirilən prosesin hamısında və ya bir hissəsində iştirak etmə; məsələn, fiziki inventarizasiyanın aparılmasında iştirak auditora imkan verir ki, inventarı müşahidə etsin, hesablamanın aparılması və hesablama nəticələrinin qeydə alınması üçün iqtisadi subyekt rəhbərliyi tərəfindən tətbiq edilən prosedurların uyğunluğuna nəzarət etsin və aparılmış hesablamaların düzgünlüyünü yoxlasın.
Auditin sənədləşdirilməsi (audit documentation) – Yerinə yetirilmiş audit prosedurlarının2, əldə edilmiş müvafiq auditor sübutlarının və auditorun əldə etdiyi nəticələrin qeydə alınması (bəzən “işçi sənədlər” və ya “iş sənədləri” kimi terminlərdən də istifadə edilir).
Auditor sübutu (audit evidence) – Auditor rəyinin əsasını təşkil edən nəticələrə nail olmaq üçün auditor tərəfindən istifadə edilən bütün məlumatlar. Auditor sübutları maliyyə hesabatlarının əsasını təşkil edən mühasibat sənədlərindəki məlumatlardan və digər məlumatlardan ibarətdir.
Auditor təşkilatı (audit firm) – (bax: Təşkilat)
İdarəetmə maraqları ilə bağlı audit məsələləri (audit matters of governance interest) – Maliyyə hesabatlarının auditi nəticəsində yaranan və auditorun qənaətincə mülkiyyətçinin nümayəndələrinin hesabat prosesinə və şəffaflığa nəzarət etməsi üçün mühüm və səciyyəvi məsələlər. İdarəetmə maraqları ilə bağlı audit məsələlərinə yalnız auditor yoxlamasının aparılması zamanı auditorun diqqətini cəlb edən məsələlər daxildir.
Maliyyə hesabatlarının auditi (audit of financial statements) – Maliyyə hesabatlarının auditinin məqsədi bu hesabatların bütün aspektlərdə əsas tətbiq prinsiplərinə uyğun olaraq hazırlanması barədə auditor rəyinin verilməsinə imkanın yaradılmasıdır. Maliyyə hesabatlarının auditi əminliyi təmin edən audit tapşırıqlarına aiddir (bax: Əminliyi təmin edən tapşırıq).
Auditor rəyi (audit opinion) – (bax: Rəy)
Audit riski (audit risk) – Audit riski maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi hallarında auditorun müvafiq olmayan rəy bildirməsi ilə əlaqədar riskdir. Audit riski əhəmiyyətli təhrif riskinin funksiyasıdır (və ya sadəcə, “əhəmiyyətli təhrif riski”dir, yəni auditor yoxlamasından qabaq maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi riski) və auditorun belə bir təhrifi aşkar edə bilməməsi riskidir (“aşkar etməmə riski”). Əhəmiyyətli təhrif riski iki komponentdən ibarətdir: tərkib riski və nəzarət riski (aşağıdakı müddəa səviyyəsində təsvir edildiyi kimi). Aşkar etməmə riski elə bir riskdir ki, bu zaman auditor tərəfindən yerinə yetirilən prosedurlar iqtisadi subyekt rəhbərliyinin müddəalarında mövcud olan və öz-özlüyündə və yaxud digər təhriflərlə birlikdə əhəmiyyətli təhrifləri aşkar etmir.
Tərkib riski (inherent risk) – Tərkib riski müvafiq daxili nəzarət prosedurlarının olmamasını qəbul etmək şərtilə müddəaların öz-özlüyündə və yaxud digər təhriflərlə birlikdə əhəmiyyətli ola biləcək təhriflərə meyilli olmasıdır.
Nəzarət riski (control risk) – Nəzarət riski müddəalarda ortalığa çıxa biləcək və öz-özlüyündə və yaxud digər təhriflərlə birlikdə əhəmiyyətli ola biləcək təhriflərin iqtisadi subyektin daxili nəzarət prosedurları tərəfindən vaxtlı-vaxtında qarşısının alınmaması, aşkar edilməməsi və düzəldilməməsi riskidir.
Auditor seşməsi (audit sampling) – Hesab qalıqlarında və ya əməliyyat qruplarında olan elementlərin 100%-dən az hissəsinə audit prosedurlarının elə qaydada tətbiq edilməsidir ki, bu zaman bütün seçmə elementlərinin seçilmə imkanı yaranmış olur. Bu, auditora imkan verir ki, nümunənin götürüldüyü icmal ilə bağlı nəticə formalaşdırmaq və ya onun formalaşdırılmasına kömək etmək üçün seçilmiş elementlərin ayrı-ayrı xüsusiyyətləri barəsində auditor sübutlarını əldə etsin və qiymətləndirsin.
Qeyri-adi səhv (anomalous error) – Xüsusi olaraq eyniləşdirilə bilən hallardan başqa digər hallarda təkrarlanmayan təsadüfi hadisədən yaranan və bu səbəbdən icmalda mövcud olan səhvlərə aid edilməyən səhv.
Etibarlılıq səviyyəsi (confidence levels) – Seçmə riskinin riyazi əlavələri.
Gözlənilən səhv (expected error) – Auditorun icmalın tərkibində olmasını gözlədiyi səhv.
Qeyri-seçmə riski (non-sampling risk) – Auditorun nümunənin həcminə aid olmayan hər hansı səbəbə görə, yanlış nəticəyə gəlməsinə səbəb olan amillərin təsirindən yaranan risk. Məsələn, auditor sübutlarının əksəriyyəti əsaslı olmaqdan çox inandırıcı xüsusiyyətə malikdir. Auditor isə öz növbəsində müvafiq olmayan audit prosedurları tətbiq edə və ya auditor sübutlarını yanlış şərh edə bilər ki, nəticə etibarilə səhvləri aşkar etməyə bilər.
Qeyri-statistik seçmə (non-statistical sampling) – Statistik seçmənin xüsusiyyətlərinə malik olmayan hər hansı seçmə metodu.
İcmal (population) – Tərkibindən nümunə götürülən və barəsində auditorun nəticələr əldə etməli olduğu məlumatlar toplusu. İcmal məlumatlar hər biri ayrılıqda yoxlanılmalı olan qruplara və ya yarımqruplara bölünə bilər. İcmal məlumatlar terminindən qrup terminini ehtiva etmək üçün istifadə olunur.
Seçmə riski (sampling risk) – Seçmə (nümunə) əsasında auditor tərəfindən əldə edilmiş nəticənin eyni audit prosedurunun qalan bütün icmala tətbiq olunması zamanı əldə edilə biləcək nəticədən fərqlənmə ehtimalı.
Seçmə elementi (sampling unit) – İcmalı təşkil edən ayrı-ayrı komponentlər, məsələn, depozit blanklarında göstərilən çeklər, bank hesabı üzrə çıxarışda göstərilmiş kredit qeydləri, kommersiya hesab-fakturaları və ya debet qalıqları, yaxud pul vahidi.
Statistik seçmə (statistical sampling) – Aşağıdakı xüsusiyyətlərə malik istənilən seçmə metodu:
(a) Nümunənin təsadüfi seçilməsi; və
(b) Nümunə nəticələrinin qiymətləndirilməsi üçün ehtimal nəzəriyyəsindən istifadə edilməsi, o cümlədən nümunənin yoxlanılması riskinin qiymətləndirilməsi.
Qruplara bölmə (stratification) – İcmalın müəyyən qruplardan ibarət, sadə xüsusiyyətlərə malik olan altqruplara (yarımqruplara) bölünməsi. Bu qruplardan hər biri oxşar xüsusiyyətlərə (daha çox məbləğcə) malik seçim elementləri qrupundan ibarətdir.
Yol verilən səhv (tolerable error) – Auditorun ehtimalına görə icmalda mövcud ola biləcək maksimal səhv.
Ümumi səhv (total error) – Kənarlaşma dərəcəsi və ya ümumi təhrif.
Auditor (auditor) – Audit tapşırığı üzrə tərəfdaş. “Auditor” terminindən həm audit tapşırığı üzrə tərəfdaşı, həm də auditor təşkilatını ifadə etmək üçün istifadə olunur. Audit tapşırığı üzrə tərəfdaşa münasibətdə bu termin tapşırıq üzrə tərəfdaşın öhdəliklərini və ya vəzifələrini ifadə edir. Belə öhdəlik və vəzifələr həm audit tapşırığı üzrə tərəfdaş, həm də audit qrupunun üzvü tərəfindən yerinə yetirilə bilər. Öhdəlik və ya vəzifələrin audit tapşırığı üzrə tərəfdaş tərəfindən yerinə yetirilməsinin aydın şəkildə nəzərdə tutulması hallarında “auditor” termininin əvəzinə “tapşırıq üzrə tərəfdaş” terminindən istifadə olunur. (“Auditor” terminindən auditdən fərqli əlaqədar xidmətlərin və əminliyi təmin edən audit tapşırıqlarının təsvir edilməsi zamanı istifadə oluna bilər. Lakin belə bir əsaslandırma auditdən fərqli əlaqədar xidmətlər və ya əminliyi təmin edən tapşırığı yerinə yetirən şəxsin iqtisadi subyektin maliyyə hesabatlarının auditini mütləq surətdə həyata keçirməsini nəzərdə tutmur).
Mövcud auditor (existing auditor) – Cari dövrün maliyyə hesabatlarının auditoru.
Kənar auditor (external auditor) – “Kənar auditor” terminindən, müvafiq olaraq, kənar auditorla daxili auditoru fərqləndirmək üçün istifadə olunur.
Cari dövrün auditoru (incoming auditor) – Əvvəlki dövrün maliyyə hesabatlarının başqa auditor tərəfindən yoxlanılması (bu halda cari dövrün auditoru həm də auditor-xələf adlandırılır) və ya auditin ilkin audit tapşırığı olması hallarında cari dövrün maliyyə hesabatlarının auditoru.
Daxili auditor (internal auditor) – Daxili auditor yoxlaması aparan şəxs.
Başqa auditor (other auditor) – Baş auditor tərəfndən yoxlanılmış maliyyə hesabatlarına daxil olan komponentin maliyyə məlumatları ilə bağlı rəyin tərtib edilməsinə görə məsuliyyət daşıyan və ya baş auditordan fərqli auditor. Başqa auditorlara, eyni adı daşıyıb-daşımamasından asılı olmayaraq, filial təşkilatlar, korrespondentlər, o cümlədən əlaqədar olmayan auditorlar aiddir.
Əvvəlki auditor (predecessor auditor) – İqtisadi subyektin əvvəllər auditoru olmuş, lakin cari dövrün auditoru ilə əvəz edilmiş auditor.
Baş auditor (principal auditor) – Başqa auditor tərəfindən yoxlanılmış bir və ya daha çox komponentin maliyyə məlumatlarından ibarət maliyyə hesabatlarına dair rəy vermək öhdəliyini daşıyan auditor.
Təklif olunan auditor (proposed auditor) – Mövcud auditoru əvəz etmək üçün müraciət edilmiş auditor.
Auditor-xələf (successor auditor) – Mövcud auditoru əvəz edən auditor (cari dövrün auditoru kimi də adlandırılır).
Auditorun maliyyə məlumatlarına aidiyyatı (auditor association with financial information) – Əgər auditor maliyyə məlumatları ilə bağlı rəy və ya hesabat əlavə edirsə və peşəkar kontekstdə öz adının istifadə olunmasına razılıq verirsə, onun bu məlumatlara aidiyyatı vardır.
Müqayisəli məlumatlar (comparatives) – Maliyyə hesabatlarındakı müqayisəli məlumatlar məbləğlərdən (məsələn, maliyyə vəziyyəti, əməliyyatların nəticələri, pul vəsaitlərinin axını) və iqtisadi subyektin birdən çox dövr üçün maliyyə hesabatlarında aşkara çıxarılmış müvafiq məlumatlardan ibarət ola bilər. Məlumatların ifadə olunmasının əsas prinsipləri və metodları aşağıdakı kimidir:
(a) Müqayisəli göstəricilər – cari dövrün maliyyə hesabatlarının bir hissəsi kimi daxil edilmiş və əvvəlki dövrün məbləğlərini və aşkara çıxarılmış digər məlumatlarını ifadə edən bu göstəricilər cari dövrlə əlaqədar (“cari dövrün göstəriciləri” adlandırılır) məbləğlərlə və aşkara çıxarılmış digər məlumatlarla müqayisə edilmək üçün nəzərdə tutulmuşdur. Müqayisəli göstəricilər cari dövrün maliyyə hesabatlarının ayrılmaz hissəsi olmaqla, onlar başa çatmış müstəqil maliyyə hesabatı kimi deyil, yalnız cari dövrün göstəriciləri kontekstində nəzərdən keçirilməlidir.
(b) Müqayisəli maliyyə hesabatı – əvvəlki dövrün məbləğlərindən və aşkara çıxarılmış digər məlumatlarından ibarətdir və cari dövrün maliyyə hesabatı ilə müqayisə edilmək üçün təqdim edilə bilər, lakin cari dövrün maliyyə hesabatlarının bir hissəsini təşkil edə bilməz.
Müqayisəli maliyyə hesabatı (comparative financial statements) – (bax: Müqayisəli məlumatlar)
Maliyyə hesabatının tərtib edilməsi üzrə saziş (compilation engagement) – Maliyyə məlumatlarının toplanılması, təsnifləşdirilməsi və ümumiləşdirilməsi üçün audit ekspertizasına qarşı mühasibat ekspertizasından istifadə edilməsini nəzərdə tutan saziş.
Komponent (component) – Maliyyə məlumatları baş auditor tərəfindən yoxlanılmış maliyyə hesabatlarına daxil edilmiş şöbə, filial, törəmə müəssisə, birgə müəssisə, assosiasiyalı şirkət və ya digər bir iqtisadi subyekt.
Maliyyə hesabatları komplektinin komponenti (component of a complete set of financial statements) – Maliyyə hesabatının hazırlanması üçün qəbul edilmiş əsas prinsiplərə görə maliyyə hesabatları komplektinin tərkibi müəyyən edilmişdir. Maliyyə hesabatları komplektinin tərkibinə aşağıdakılar daxildir: ayrıca maliyyə hesabatları, konkret hesablar, hesabların tərkib hissələri və ya maliyyə hesabatlarının bəndləri.
Mühasibat uçotunun əsasını təşkil edən prinsiplər (comprehensive basis of accounting) – Mühasibat uçotunun əsasını təşkil edən prinsiplər maliyyə hesabatlarının hazırlanmasında istifadə edilən və bütün əhəmiyyətli elementlər üçün tətbiq edilən, habelə ciddi şəkildə müdafiə edilən kriteriyalardan ibarətdir.
Kompüterləşdirilmiş audit metodları (conputer-assisted audit techniques) – Kompüterdən audit aləti kimi istifadə etməklə audit prosedurlarının tətbiq edilməsi (həmçinin, CAAT adlandırılır).
Kompüter informasiya sistemləri mühiti (comuter information systems (CİS) enviroment) – İqtisadi subyektin və ya üçüncü tərəfin istismar edib-etməməsindən asılı olmayaraq, istənilən tipə aid və ölçülərə malik kompüterin iqtisadi subyektin audit nöqteyi-nəzərindən mühüm hesab edilən maliyyə məlumatlarının işlənməsi prosesinə cəlb edilməsi zamanı mövcud olur.
Etibarlılıq səviyyəsi (confidence levels) – (bax: Auditor seçməsi)
Təsdiq etmə (confirmation) – Birbaşa üçüncü tərəfdən məlumatların və mövcud vəziyyətin öyrənilməsi prosesindən ibarət olan xüsusi sorğu növüdür.
Davam edən auditor (continuing auditor) – (bax: Auditor)
Nəzarət fəaliyyəti (control activities) – Rəhbərlik tərəfindən verilən direktivlərin yerinə yetirilməsinə nəzarət etməyə imkan verən metodlar və prosedurlar. Nəzarət fəaliyyəti daxili nəzarətin bir elementidir.
Nəzarət mühiti (control environment) – Bura idarəetmə və rəhbərlik funksiyaları, iqtisadi subyektdə həyata keçirilən daxili nəzarət və onun əhəmiyyəti ilə bağlı mülkiyyətçinin nümayəndələrinin və rəhbərliyin mövqeyi, məlumatlılığı və hərəkətləri daxildir. Nəzarət mühiti daxili nəzarətin bir elementidir.
Nəzarət riski (control risk) – (bax: Auditor riski)
Korporativ idarəetmə (corporate governance) – (bax: İdarəetmə)
Müqayisəli göstəricilər (corresponding figures) – (bax: Müqayisəli məlumatlar)
Kriteriyalar (criteria) – Müzakirə mövzusunu qiymətləndirmək və ya müqayisə etmək üçün istifadə edilən oriyentirlər, o cümlədən təqdim etmə və aşkar etmə üçün oriyentirlər. Kriteriyalar formal və ya az formal ola bilər. Eyni müzakirə mövzusu üçün müxtəlif kriteriyalar ola bilər. Müzakirə mövzusunun peşəkar mühakimə konteksti çərçivəsində kifayət qədər əsaslı şəkildə qiymətləndirilməsi və ya ölçülməsi üçün müvafiq kriteriyalar tələb olunur.
Müvafiq kriteriyalar (suitable criteria) – Aşağıdakı xüsusiyyətləri ifadə edir:
(a) Münasiblik: münasib kriteriyalar nəzərdə tutulmuş istifadəçilər tərəfindən qərarların verilməsinə imkan yaradır.
(b) Mükəmməllik: audit tapşırığının şərtləri kontekstində nəticələrə təsir göstərə biləcək amillər nəzərə alınırsa, o zaman kriteriyalar kifayət qədər mükəmməl sayıla bilər. Mükəmməl kriteriyalar təqdim etmə və aşkar etmə üçün oriyentirlərdən ibarətdir.
(c) Etibarlılıq: etibarlı kriteriyalar müzakirə mövzusunun kifayət qədər əsaslı şəkildə qiymətləndirilməsinə və ya ölçülməsinə, o cümlədən müvafiq səriştəyə malik mütəxəssislər tərəfindən analoji hallarda istifadə edildikdə zəruri məlumatların təqdim edilməsinə və aşkar edilməsinə imkan verir.
(d) Bitərəflik: bitərəf kriteriyalar qərəzsiz nəticələr əldə etməyə imkan verir.
(e) Anlaşılma: anlaşılan kriteriyalar aydın, hərtərəfli və yüksək səviyyədə fərqli yozumlardan azad nəticələr əldə etməyə imkan verir.
Cari dövrün göstəriciləri (current period figures) – Cari dövrlə bağlı məbləğlər və aşkar edilmiş digər məlumatlar.
Məlumatar bazası (database) – Müxtəlif istifadəçilər tərəfindən müxtəlif məqsədlər üçün paylaşdırılan və istifadə olunan məlumatlar toplusu.
Maliyyə hesabatının tarixi (date of financial statements) – Maliyyə hesabatının əhatə etdiyi ən son dövrün başa çatma tarixi; bir qayda olaraq, auditor yoxlamasından keçəcək maliyyə hesabatındakı ən son balans cədvəlinin tarixi ilə üst-üstə düşür.
Maliyyə hesabatının təsdiq edilmə tarixi (date of approval of the financial statements) – Mötəbər səlahiyyətlərə malik olan şəxslərin (qurumların) iqtisadi subyektin maliyyə hesabatının tam dəstinin, o cümlədən müvafiq qeydlərin hazırlandığını və bununla əlaqədar məsuliyyət daşıdıqlarını təsdiq etməsi tarixidir. Bəzi yurisdiksiyalarda qanunvericilik və ya normativ-hüquqi aktlar tərəfindən fərdlərin və ya qurumların (məsələn, direktorlar) maliyyə hesabatının tam dəstinin hazırlandığına dair qərar verməyə cavabdeh olmaları göstərilir və bununla bağlı zəruri təsdiq etmə prosesi müəyyən edilir. Digər yurisdiksiyalarda təsdiq etmə prosesi qanunvericilik və ya normativ-hüquqi aktlarla müəyyən edilməmişdir və iqtisadi subyekt maliyyə hesabatının hazırlanmasında və yekunlaşdırılmasında özünün idarəetmə və rəhbərlik strukturlarını nəzərə almaqla öz prosedurlarını həyata keçirir. Bir sıra yurisdiksiyalarda isə maliyyə hesabatının ictimaiyyətə açıqlanmasından qabaq onun səhmdarlar tərəfindən son olaraq təsdiq edilməsi tələb olunur. Belə yurisdiksiyalarda maliyyə hesabatının səhmdarlar tərəfindən yekun olaraq təsdiq edilməsi auditorun kifayət qədər auditor sübutlarının əldə edildiyinə qərar verməsi üçün vacib şərt deyil. Beynəlxalq Audit Standartlarının məqsədlərinə uyğun olaraq, maliyyə hesabatının təsdiq edilmə tarixi mötəbər səlahiyyətlərə malik şəxslərin (qurumların) maliyyə hesabatının tam dəstinin hazırlanmış olmasını müəyyən etdikləri daha erkən tarixdir.
Auditor hesabatının tarixi (date of the auditor’s report) - Maliyyə hesabatına dair rəyin tarixini müəyyən etmək üçün auditor tərəfindən seçilən gün, ay və il. Auditor hesabatının tarixi maliyyə hesabatına dair rəyin formalaşdırılması üçün auditor tərəfindən kifayət qədər münasib auditor sübutlarının əldə edilməsi tarixindən qabaq müəyyən edilə bilməz3. Kifayət qədər münasib auditor sübutlarına iqtisadi subyektin maliyyə hesabatının tam dəstinin hazırlandığına və mötəbər səlahiyyətlərə malik olan şəxslərin (qurumların) həmin hesabatlar üçün məsuliyyət daşıdıqlarını təsdiq etməsinə dair sübutlar daxildir.
Maliyyə hesabatlarının dərc olunma tarixi (date the financial statements are issued) – Auditor hesabatının və yoxlanılmış maliyyə hesabatlarının üçüncü tərəfin istifadəsinə verildiyi tarix. Bir çox hallarda bu tarix həmin hesabatların səlahiyyətli orqana təqdim edildiyi tarix ola bilər.
Aşkar etməmə riski (detection risk) – (bax: Auditor riski)
Rəy verməkdən imtina (disclaimer of opinion) – (bax: Dəyişdirilmiş auditor hesabatı)
Elektron məlumat mübadiləsi (Electronic Data İnterchange – EDİ) – Sənədlərin maşında oxunan formada elektron vasitələrlə bir təşkilatdan digərinə göndərilməsi.
İzahedici paraqraf(lar) (emphasis of matter paragraph(s) – (bax: Dəyişdirilmiş auditor hesabatı)
Əməkdaşlarla bağlı dələduzluq (employee fraud) – Auditor tərəfindən yoxlanılan iqtisadi subyektin yalnız işçilərinin cəlb olunduğu dələduzluq.
Şifrləmə (encryption/cryptography) – Proqramların və məlumatların xüsusi şifr açma alqoritmləri (kriptoqrafik açarlar) olmadan başa düşülə bilməyəcək formaya çevrilməsi prosesi. Məsələn, icazəsiz aşkarlanma və dəyişdirilmənin qarşısını almaq üçün əmək haqqı cədvəlləri sistemində olan məxfi xarakterli şəxsi məlumatlar şifrlənə bilər. Şifrləmə məxfi və həssas proqramların, məlumatların icazəsiz istifadə edilməsinə və dəyişdirilməsinə qarşı qorunmasını və bununla əlaqədar effektiv nəzarəti təmin edə bilir. Bununla belə, effektiv təhlükəsizliyin təmin edilməsi kriptoqrafik açarların istifadəsinə nəzarətin düzgün qaydada həyata keçirilməsindən asılıdır.
Tapşırıq sənədləri (engagement documentation) – Mütəxəssis tərəfindən görülmüş işlərin, əldə edilmiş nəticələrin və qənaətlərin qeydə alınması (bəzən “işçi sənədlər” və ya “iş sənədləri” terminlərindən istifadə olunur). Ayrı-ayrı audit tapşırığı üzrə sənədlər həmin tapşırıq üçün nəzərdə tutulmuş qovluqda toplanılır.
Tapşırıq üzrə tərəfdaş (engagement partner) – Auditor təşkilatında tapşırığa və onun yerinə yetirilməsinə, habelə təşkilat adından təqdim edilən hesabata görə məsuliyyət daşıyan və zəruri hallarda peşəkar, hüquqi və ya səlahiyyətli təşkilatlar tərəfindən verilmiş müvafiq səlahiyyətə malik tərəfdaş və ya digər şəxs.
Məktub-saziş (engagement letter) – Məktub-saziş vasitəsilə auditorun təyinatı qəbul etməsi, auditin məqsədləri və əhatə dairəsi, auditorun müştəri ilə bağlı məsuliyyətinin miqyası və təqdim ediləcək hər hansı hesabatın forması sənədləşdirilir və təsdiq edilir.
Audit tapşırığının keyfiyyətinə nəzarət (engagement quality control review) – Auditor qrupu tərəfindən hesabatın təqdim edilməsindən qabaq qrup üzvlərinin irəli sürdüyü mühüm mülahizələrin və auditor rəyinin formalaşdırılması zamanı əldə edilmiş nəticələrin obyektiv şəkildə qiymətləndirilməsini təmin etmək üçün nəzərdə tutulan proses.
Audit tapşırığının keyfiyyətinə nəzarət üzrə müşahidəçi-ekspert (engagement quality control reviewer) - Auditor qrupu tərəfindən hesabatın təqdim edilməsindən qabaq qrup üzvlərinin irəli sürdüyü mühüm mülahizələrin və auditor rəyinin formalaşdırılması zamanı əldə edilmiş nəticələri obyektiv şəkildə qiymətləndirmək üçün kifayət qədər və müvafiq təcrübəyə və səlahiyyətlərə malik tərəfdaş, digər təşkilat üzvü, müvafiq səriştəyə malik kənar şəxs və yaxud belə fərdlərdən təşkil edilmiş qrup.
Tapşırıq qrupu (engagement team) – Audit tapşırığının yerinə yetirilməsi ilə məşğul olan bütün şəxsi heyət, o cümlədən auditor təşkilatı tərəfindən həmin tapşırığın yerinə yetirilməsi ilə bağlı müqavilə əsasında cəlb edilmiş ekspertlər.
İqtisadi subyekt üzrə riskin qiymətləndirilməsi prosesi (entity’s rsk assessment process) – Daxili nəzarətin bir elementini təşkil edən və maliyyə hesabatlarının məqsədləri ilə bağlı biznes risklərin müəyyən edilməsi və həmin risklərə qarşı tədbirlərin görülməsi və onların nəticələri ilə bağlı qərarların verilməsi üçün iqtisadi subyekt tərəfindən həyata keçirilən proses.
Ətraf mühit məsələləri (environmental matters)
(a) Ətraf mühitə vurulan zərərin qarşısını almağa, azaltmağa və ya aradan qaldırmağa yönəldilmiş və ya bərpa edilə bilən və bərpa edilməyən ehtiyatların konservasiyası ilə bağlı fəaliyyət (belə fəaliyyət qanunvericiliyə və normativ-hüquqi aktlara və ya müqavilələrə görə tələb edilə və yaxud könüllü surətdə həyata keçirilə bilər);
(b) Ətraf mühitlə bağlı qanunvericiliyin və normativ-hüquqi aktların tələblərinin pozulmasının nəticələri;
(c) Başqalarına və ya təbii ehtiyatlara vurulmuş ekoloji zərərin nəticələri; və
(d) Başqaları tərəfindən törədilmiş hərəkətlərə görə qanunla müəyyən edilmiş məsuliyyətin nəticələri (məsələn, əvvəlki mülkiyyətçilər tərəfindən vurulmuş zərərlərə görə məsuliyyət).
Fəaliyyətin ekoloji göstəricilərinə dair hesabat (environmental performance report) – Maliyyə hesabatlarından ayrıca tərtib olunan hesabatdır və burada iqtisadi subyektin biznesin ekoloji aspektləri ilə bağlı üzərinə götürdüyü öhdəliklər, bu sahədə yürütdüyü siyasət və qarşısına qoyduğu hədəflər, özünün biznes prosesləri ilə ətraf mühit riski arasında əlaqə qurulması istiqamətində əldə etdiyi nailiyyətlər barədə keyfiyyət xarakterli məlumatlar və fəaliyyətinin ekoloji göstəricilərinə dair kəmiyyət xarakterli məlumatlar təqdim olunur.
Ətraf mühit riski (environmental risk) - Bəzi hallarda ümumi audit planının hazırlanması üçün tərkib riskinin qiymətləndirilməsi ilə bağlı amillərə ətraf mühit məsələlərinə görə maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi riski də daxil edilə bilər.
Səhv (error) – Maliyyə hesabatlarında bilərəkdən edilməyən təhrif, o cümlədən məbləğin və ya izahedici məlumatın buraxılması (göstərilməməsi).
Dəyərləndirmə (evaluate) – Mövzu üzrə konkret qənaətə gəlmək üçün əlaqədar məsələlərin müəyyən edilməsi və təhlili, o cümlədən zərurət yarandıqca əlavə prosedurların yerinə yetirilməsi. Konvensiyaya görə “dəyərləndirmə” terminindən yalnız sübutlar, prosedurların nəticələri və riskə qarşı rəhbərliyin gördüyü tədbirlərin səmərəliliyi kimi məsələlərlə əlaqədar istifadə edilir (bax: Qiymətləndirmə).
Mövcud auditor (existing auditor) – (bax: Auditor)
Gözlənilən səhv (expected error) – (bax: Auditor seçməsi)
Təcrübəli auditor (experienced auditor) – (a) audit prosesləri, (b) Beynəlxalq Audit Standartları və tətbiq edilən hüquqi və normativ tələblər, (c) iqtisadi subyektin fəaliyyət göstərdiyi biznes mühiti və (d) iqtisadi subyektin istehsalatına aid audit və maliyyə hesabatı məsələləri ilə bağlı kifayət qədər anlayışa malik (auditor təşkilatına daxili və ya xarici bağlılığı olan) şəxs.
Ekspert (expert) – Mühasibat uçotu və ya auditdən fərqli olan xüsusi bir sahədə müstəsna bacarığa, biliyə və təcrübəyə malik şəxs və ya təşkilat.
Xarici audit (external audit) – Xarici auditor tərəfindən yerinə yetirilən audit.
Xarici auditor (external auditor) – (bax: Auditor)
Kənar təsdiqetmə (external confirmation) – Maliyyə hesabatında rəhbərlik tərəfindən göstərilmiş müddəalara təsir edən xüsusi məsələ haqqında məlumat almaq üçün verilmiş sorğuya cavab olaraq, üçüncü tərəflə birbaşa əlaqə yaratmaqla auditor sübutlarının əldə edilməsi və dəyərləndirilməsi prosesi.
Ədalətli dəyər (fair value) – Məlumatlı, könüllü tərəflər arasında bağlanan kommersiya sövdələşməsi üzrə aktivlərin mübadilə edilməsi və ya öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə dəyərin müəyyən edilməsi.
Maliyyə hesabatları (financial statements) – Bir qayda olaraq, mühasibat sənədlərindən çıxarılmış və maliyyə hesabatlarının əsas prinsiplərinə uyğun olaraq, müəyyən bir zaman kəsiyində müəssisənin iqtisadi ehtiyatları və ya öhdəlikləri barədə məlumatları və ya müəyyən bir dövr üçün əlaqədar dəyişiklikləri özündə əks etdirən qoşma fakturalardan ibarətdir. Bu termin maliyyə hesabatlarının tam dəstinə aid edilə bilər, lakin o, həmçinin ayrıca maliyyə hesabatına, məsələn, balans cədvəlinə və ya gəlir və xərclər haqqında hesabata və müvafiq izahedici qeydlərə də aid edilə bilər.
Şəbəkələrarası mühafizə (firewall) – Qlobal hesablama şəbəkəsini (WAN), lokal hesablama şəbəkəsini (LAN) və ya kompüteri internet vasitəsilə icazəsiz daxil olmalardan və qeyri-qanuni, zərərli proqramların, məlumatların və ya elektron formada olan digər materialların yerləşdirilməsindən qoruyan aparatların və proqram təminatının kombinasiyası.
Təşkilat (firm) – Peşəkar mühasiblərdən ibarət tərəfdaşlıq və ya birlik və yaxud digər iqtisadi subyekt, habelə təkbaşına fəaliyyət göstərən mütəxəssis-praktik.
Proqnoz (forecast) – Rəhbərliyin fikrincə gələcəkdə baş verəcək hadisələrlə bağlı ehtimallar və həmçinin məlumatların hazır olacağı tarixdə rəhbərlik tərəfindən görüləcək tədbirlər əsasında hazırlanmış perspektiv xarakterli maliyyə məlumatları (ən yaxşı qiymətləndirmə metodundan istifadə edilməklə irəli sürülmüş ehtimallar).
Dələduzluq (fraud) – Fırıldaq və aldatma yolu ilə haqsız və ya qeyri-qanuni mənfəət əldə etmək üçün iqtisadi subyektin rəhbərliyi, mülkiyyətçinin nümayəndələri və işçilər arasından bir və ya bir neçə nəfərin və ya üçüncü tərəfin qabaqcadan düşünülmüş hərəkəti. Qabaqcadan düşünülmüş təhrifin auditora aidiyyatı olan iki növü vardır: yanlış maliyyə hesabatı nəticəsində baş verən təhriflər və aktivlərin qeyri-qanuni mənimsənilməsi nəticəsində baş verən təhriflər (bax: Yanlış maliyyə hesabatları və Aktivlərin qeyri-qanuni mənimsənilməsi).

Yanlış maliyyə hesabatları (fraudulent financial reporting) – Maliyyə hesabatlarının istifadəçilərini aldatmaq məqsədilə qabaqcadan düşünülmüş təhriflərdən, maliyyə hesabatlarında məbləğlərin və izahedici qeydlərin göstərilməməsi kimi səhvlərdən ibarətdir.
İnformasiya texnologiyasının ümumi idarəetmə elementləri (general İT controls) – Bir çox tətbiqi proqramlarla bağlı olan və informasiya sistemlərinin fasiləsiz düzgün işləməsini təmin etməkdə yardımçı olaraq tətbiqi idarəetmə modullarının effektiv fəaliyyətinə zəmin yaradan qaydalar və prosedurlar. İT-nin ümumi idarəetmə elementlərinə, bir qayda olaraq, məlumat toplama mərkəzi və şəbəkə əməliyyatları; proqram sistemi təminatının əldə edilməsi, dəyişdirilməsi və texniki xidmətin göstərilməsi; daxil olma təhlükəsizliyi; tətbiqi sistemin əldə edilməsi, yaradılması və xidmətin göstərilməsi ilə bağlı idarəetmə elementləri daxildir.
Ümumi təyinatlı maliyyə hesabatları (general purpose financial statements) – Maliyyə hesabatlarının əsas prinsiplərinə uyğun olaraq və geniş istifadəçi kütləsinin ümumi məlumat təlabatını qarşılamaq üçün hazırlanmış maliyyə hesabatları.
Fasiləsizlik prinsipi (going concern assumption) – Bu prinsipə görə, qanunvericilik və ya normativ-hüquqi aktlara uyğun olaraq ləğv olunma və kommersiya fəaliyyətinin dayandırılması ilə bağlı hər hansı bir təşəbbüs və ya zərurət yaratmadan və yaxud kreditorlardan müdafiə axtarışlarını labüd etmədən iqtisadi subyektin gələcək biznes fəaliyyətini davam etdirməsi ehtimal olunur. Beləliklə, iqtisadi subyektin normal biznes fəaliyyəti gedişində öz aktivlərini reallaşdıra bilməsi və öz öhdəliklərini yerinə yetirə bilməsi ehtimalı əsas götürülərək, aktivlər və öhdəliklər qeydə alınır.
İdarəetmə (governance) – İqtisadi subyektin idarə edilməsi, nəzarət və müşahidə funksiyaları həvalə edilmiş şəxslərin rolunu təsvir edir. İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər (qurumlar) və ya başqa sözlə, mülkiyyətçinin nümayəndələri iqtisadi subyektin qarşısına qoyduğu məqsədlərə çatmasını təmin etməyə və maraqlı tərəflər qarşısında maliyyə və digər hesabatların verilməsinə görə məsuliyyət daşıyırlar. Mülkiyyətçinin nümayəndələrinə yalnız o halda rəhbərlik daxil edilir ki, onlar həmin funksiyaları həyata keçirmiş olurlar.
Dövlət sifarişli müəssisələr (government business enterprises) – Bir qayda olaraq, dövlət və cəmiyyət maraqlarına xidmət edən və dövlət sektorunda fəaliyyət göstərən biznes təşkilatları. Onlardan, bir qayda olaraq, kommersiya fəaliyyəti ilə məşğul olmaq, yəni onların fəaliyyət xərclərinin əhəmiyyətli hissəsini təşkil edən istifadəçilərin ödənişlər vasitəsilə gəlir əldə etmək və ya xərclərin yerini doldurmaq tələb olunur.
Cari dövrün auditoru (incoming auditor) – (bax: Auditor)
Müstəqillik4 (independence) – Aşağıdakılardan ibarətdir:
(a) Düşüncə sərbəstliyi – Peşəkar mühakimələri nüfuzdan salan təsirlərə məruz qalmadan fikir və ya rəy formalaşdırmağa və səmimiyyətlə hərəkət etməyə, habelə obyektivlik və peşəkar şəkkaklıq nümayiş etdirməyə imkan verən əhval-ruhiyyə.
(b) Zahirən müstəqillik – Kifayət qədər əhəmiyyətli faktların və halların qarşısının alınmasından ibarətdir ki, bu zaman şüurlu və məlumatlı üçüncü tərəf bütün aidiyyatı məlumatlardan, o cümlədən tətbiq edilmiş hər hansı ehtiyat tədbirlərindən xəbərdar olaraq təşkilatın və ya qrup üzvünün səmimiliyinin, obyektivliyinin və ya peşəkar şəkkaklığının etibardan düşməsi qənaətinə gəlmiş olur.
Maliyyə hesabatları ilə əlaqədar informasiya sistemi (information system relevant to financial reporting) – Maliyyə hesabatları sistemini özündə ehtiva edən və iqtisadi subyektin əməliyyatlarını (habelə hadisələri və şərtləri) qeydə almaq, təhlil etmək və onlara dair hesabat vermək və əlaqədar aktivlər, öhdəliklər və xüsusi kapital üzrə məsuliyyəti təmin etmək üçün yaradılmış prosedurlardan və sənədlərdən ibarət olan daxili nəzarət elementidir.
Tərkib riski (inherent risk) – (bax: Auditor riski)
İlk audit tapşırığı (initial audit engagement) – Maliyyə hesabatlarının ilk dəfə yoxlanıldığı və ya əvvəlki dövr üzrə maliyyə hesabatlarının başqa auditor tərəfindən yoxlanılmış olduğu audit tapşırığı.
Sorğu (inquiry) – Sorğu maliyyə və qeyri-maliyyə xarakterli məlumatlar əldə etmək məqsədilə iqtisadi subyekt daxilində və ya ondan kənar məlumatlı şəxslərə müraciət etməkdən ibarətdir.
Təftiş (inspection) (audit proseduru olaraq) – Daxili və xarici mənşəli qeydlərin və sənədlərin və ya maddi aktivlərin öyrənilməsi.
Təftiş (başa çatdırılmış audit tapşırıqları ilə əlaqədar olaraq) – Tapşırıq qrupları tərəfindən auditor təşkilatının keyfiyyətə nəzarət prinsiplərinə və prosedurlarına riayət edilməsinə dair sübutların təqdim edilməsi üçün işlənib hazırlanmış prosedurlar.
Nəzərdə tutulmuş istifadəçilər (intended users) – Mütəxəssis tərəfindən hazırlanan hesabatların ünvanlandığı şəxs, şəxslər və ya şəxslər kateqoriyası.
Aralıq maliyyə məlumatları və ya hesabatları (interim financial information or statements) – Maliyyə dövrü ilə bağlı aralıq tarixlərdə (adətən, yarımillik və ya rüblük) bəyan edilmiş maliyyə məlumatı (yuxarıda göstərildiyi kimi, maliyyə hesabatlarının tam dəstindən az ola bilər).
Daxili audit (internal auditing) – İqtisadi subyektin daxilində yaradılan və onun fəaliyyətini ekspertiza edən xidmətlərdən biri. Daxili auditin funksiyalarına digərləri ilə yanaşı, həm də daxili nəzarətin adekvatlığını və səmərəliliyini yoxlamaq, qiymətləndirmək və monitorinqini həyata keçirmək daxildir.
Daxili auditor (internal auditor) – (bax: Auditor)
Daxili nəzarət (internal control) – Maliyyə hesabatlarının mötəbərliyi, əməliyyatların səmərəliliyi və məhsuldarlığı, habelə qanunvericilik və normativ-hüquqi aktlara uyğunluğu xüsusunda iqtisadi subyektin qarşısına qoyduğu məqsədlərə çatmasına dair kafi əminliyi təmin etmək üçün iqtisadi subyektin mülkiyyətçilərinin nümayəndələri, rəhbərliyi və digər heyəti tərəfindən işlənib hazırlanmış və həyata keçirilən proses. Daxili nəzarət aşağıdakı elementlərdən ibarətdir:
(a) Nəzarət mühiti;
(b) İqtisadi subyektin risklərinin qiymətləndirilməsi prosesi;
(c) İnformasiya sistemi, o cümlədən maliyyə hesabatlarına aid olan əlaqədar biznes prosesləri və kommunikasiya;
(d) Nəzarət fəaliyyətləri; və
(e) Nəzarət vasitələrinin monitorinqi.
Araşdırma (investigate) – Digər prosedurların nəticəsi olaraq yaranan məsələlərin həll edilməsi üçün təhqiqatın aparılması.
İnformasiya Texnologiyaları mühiti (İT environment) – Biznes əməliyyatlarını təmin etmək və biznes strategiyalarını reallaşdırmaq üçün iqtisadi subyektin həyata keçirdiyi prinsiplər və prosedurlar, istifadə etdiyi İT infrastrukturu (aparat təminatı, əməliyyat sistemləri və s.) və tətbiqi proqramları.
Məhdud əminliyi təmin edən tapşırıq (limited assurance engagement) – (bax: Əminliyi təmin edən tapşırıq).
Auditin həcminin məhdudlaşdırılması (limitation on scope) – Auditorun fəaliyyət dairəsinin məhdudlaşdırılması bəzi hallarda iqtisadi subyekt tərəfindən müəyyən edilə bilər (məsələn, audit müqaviləsinin şərtlərinə görə, auditorun zəruri olmasına inandığı audit prosedurlarını yerinə yetirməyəcəyi müəyyən edildikdə). Məhdudlaşdırma həmçinin müəyyən hallarla əlaqədar ola bilər (məsələn, auditorun təyin edilməsi elə bir zaman seçiminə əsaslanır ki, onun fiziki inventarizasiyanın həyata keçirilməsinə nəzarət etməsi qeyri-mümkündür). Auditorun rəyində iqtisadi subyektin mühasibat sənədlərinin tələblərə uyğun gəlməməsi göstərildikdə və ya auditorun faydalı olacağına inandığı audit prosedurunu yerinə yetirə bilməməsi hallarında da məhdudlaşdırma ortalığa çıxa bilər.
Siyahıya alınmış iqtisadi subyekt5 (listed entity) – Səhmləri, qiymətli kağızları və ya borcları tanınmış fond birjasında qiymətləndirilən və ya qeydiyyata alınan və yaxud tanınmış fond birjasının və ya ona ekvivalent qurumun normaları əsasında satılan iqtisadi subyekt.
Lokal Hesablama Şəbəkəsi (Local Area Network – LAN) – Qapalı coğrafi ərazi daxilindəki istifadəçilərə xidmət edən rabitə şəbəkəsi. Bu şəbəkələr müəyyən bir təşkilat daxilində resursların, o cümlədən məlumatların, proqram təminatının, yaddaş vasitələrinin, printerlərin və telekommunikasiya avadanlığının mübadilə edilməsini və bölüşdürülməsini asanlaşdırmaq üçün işlənib hazırlanmışdır. Onlar üçün desentralizasiya edilmiş hesablama nəzərdə tutulmuşdur. Lokal şəbəkələrin əsas elementləri: ötürücü mühit və proqram təminatı, istifadəçi terminalları və ümumi istifadə edilən periferiya qurğularıdır.
Rəhbərlik (management) – Ali rəhbərlik funksiyalarını icra edən vəzifəli şəxslərdən və digər şəxslərdən ibarətdir. Rəhbərliyə yalnız o halda mülkiyyətçinin nümayəndələri daxil edilir ki, onlar həmin funksiyaları həyata keçirmiş olurlar.
Rəhbərliklə bağlı dələduzluq (management fraud) – Rəhbərliyin və ya mülkiyyətçinin nümayəndələrindən birinin və ya bir neçəsinin cəlb olunduğu dələduzluq.
Rəhbərlik tərəfindən təqdim olunan məlumatlar (management representations) – Audit gedişində rəhbərlik tərəfindən şəxsi təşəbbüs əsasında və ya auditorun ayrı-ayrı sorğularına cavab olaraq təqdim edilən məlumatlar.
Əhəmiyyətli uyğunsuzluq (material inconsistency) – Digər bir məlumatın yoxlanılmış maliyyə hesabatlarında olan məlumatlarla ziddiyyət təşkil etməsindən irəli gəlir. Əhəmiyyətli uyğunsuzluq auditorun keçmişdə toplanmış auditor sübutlarına əsasən əldə edilmiş nəticələrin dürüstlüyü, habelə maliyyə hesabatları haqqında auditor rəyinin əsaslandırılması ilə bağlı şübhələr oyada bilər.
Faktın əhəmiyyətli dərəcədə təhrifi (material misstatement of fact) – Yoxlanılmış maliyyə hesabatlarının məzmunu ilə əlaqədar olmayan digər məlumatların yanlış ifadə edilməsindən və ya təqdim edilməsindən irəli gəlir.
Əhəmiyyətli çatışmazlıq (material weakness) – Daxili nəzarətin maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərə biləcək zəif cəhətləri.
Əhəmiyyətlilik (materiality) – İnformasiya o halda əhəmiyyətli hesab edilir ki, onun göstərilməməsi və ya təhrif edilməsi maliyyə hesabatları əsasında istifadəçilərin qəbul etdikləri iqtisadi qərarlara təsir edə bilir. Əhəmiyyətliliyin səviyyəsi məlumatların göstərilməməsinin və ya təhrif edilməsinin konkret hallarında qiymətləndirilmiş göstəricinin (maddənin) və ya səhvin həcmindən asılıdır. Beləliklə, əhəmiyyətlilik məlumatların faydalı olması üçün vacib olan ilkin keyfiyyət xarakteristikasından çox başlanğıc və ya son nöqtəni ifadə edir.
Aktivlərin qeyri-qanuni mənimsənilməsi (misappropation of assests)- İqtisadi subyektin aktivlərinin oğurlanmasından ibarətdir və daha çox işçilər tərəfindən nisbətən kiçik və əhəmiyyət kəsb etməyən həcmlərdə törədilir. Bununla belə, mənimsənilmə, belə halları aşkar edilməsi çətin olan yollarla maskalamaq və ört-basdır etmək imkanlarına daha çox malik olan rəhbərlik tərəfindən də törədilə bilər.
Təhrif (misstatement) – Yalan və ya səhv nəticəsində maliyyə hesabatlarının təhrif edilməsi (bax: Dələduzluq və Səhv).

Dəyişdirilmiş auditor hesabatı (modified auditor’s report) – Əgər auditor tərəfindən təqdim olunan hesabata izahedici paraqraflar əlavə edilirsə və ya auditorun rəyi şərtsiz deyilsə, o, dəyişdirilmiş hesab edilir:
Auditor rəyinə təsir göstərməyən məsələlər
İzahedici paraqraf(lar) (emphasis of matter paragraph(s) – Maliyyə hesabatlarına təsir edən və ətraflı müzakirə məqsədilə həmin hesabatlardakı qeydə daxil edilmiş məsələni ön plana çəkmək üçün auditor hesabatına izahedici paraqraflar əlavə edilə və beləliklə də həmin hesabat dəyişdirilə bilər. Belə izahedici paraqraf(lar)ın əlavə edilməsi auditor rəyinə təsir etmir. Auditor həmçinin maliyyə hesabatlarına təsir etməyən digər məsələlər barəsində də məlumat vermək üçün izahedici paraqraf(lar)dan istifadə edərək, auditor hesabatını dəyişdirə bilər.
Auditor rəyinə təsir göstərən məsələlər
Şərti müsbət rəy (qualified opinion) – Auditor sərti-müsbət rəyi o zaman bildirir ki, auditor şərtsiz (qəti) müsbət rəyin verilə bilməyəcəyi qənaətinə gəlmiş olur, lakin bununla belə, iqtisadi subyektin rəhbərliyi ilə hər hansı fikir ayrılığının təsiri və ya audit mühitinin məhdudlaşdırılması mənfi rəyin verilməsinə və ya rəy verməkdən imtina edilməsinə gətirib çıxaracaq dərəcədə əhəmiyyətli və geniş miqyaslı deyil.
Rəy verməkdən imtina (disclaimer of opinion) – Rəy verməkdən imtina edilməsi audit mühitinin məhdudlaşdırılmasının o dərəcədə əhəmiyyətli və geniş miqyaslı təsiri ilə əlaqədardır ki, bu zaman auditor kifayət qədər auditor sübutları əldə etmək və müvafiq olaraq, maliyyə hesabatına dair rəy vermək iqtidarında olmur.
Mənfi rəy (adverse opinion) – Mənfi rəyin verilməsi maliyyə hesabatına dair fikir ayrılığının o dərəcədə əhəmiyyətli və geniş miqyaslı təsiri ilə əlaqədardır ki, bu zaman auditor təhrifləri və ya maliyyə hesabatının natamamlığını üzə çıxarmaq üçün şərti müsbət rəyin verilməsinin məqsədəuyğun olmaması qənaətinə gəlmiş olur.
Monitorinq (monitoring) (keyfiyyətə nəzarətlə əlaqədar olaraq) – Təşkilatın keyfiyyətə nəzarət sisteminin fasiləsiz təhlilindən və qiymətləndirilməsindən, o cümlədən başa çatdırılmış tapşırıqların seçilməsinin mütəmadi olaraq yoxlanmasından ibarət olan və keyfiyyətə nəzarət sisteminin səmərəli fəaliyyəti ilə bağlı təşkilatın kifayət qədər əminlik əldə etməsi üçün işlənib hazırlanmış proses.
Nəzarət vasitələrinin monitorinqi (monitoring of controls) – Zaman keçdikcə, daxili nəzarətin səmərəliliyinin qiymətləndirilməsi prosesi. Buraya vaxtaşırı olaraq nəzarət vasitələrinin formalaşdırılması və fəaliyyətinin qiymətləndirilməsi, habelə şərait dəyişikliklərinə uyğun olaraq, düzəliş xarakterli zəruri tədbirlərin görülməsi daxildir. Nəzarət vasitələrinin monitorinqi daxili nəzarətin bir elementidir.
Milli təlimatlar (audit üzrə) (national practices (auditing) – Səlahiyyətli orqan tərəfindən milli səviyyədə müəyyən edilmiş standartların təsir gücünə malik olmayan və auditorlar tərəfindən bir qayda olaraq auditin, yoxlamanın, digər əminliyi təmin edən və əlaqədar xidmətlərin yerinə yetirilməsində tətbiq edilən təlimatlar dəsti.
Milli standartlar (audit üzrə) (national standards (auditing) – Qanunvericilik və normativ-hüquqi aktlarla və ya səlahiyyətli orqan tərəfindən milli səviyyədə müəyyən edilmiş və auditin, yoxlamanın, digər əminliyi təmin edən və əlaqədar xidmətlərin yerinə yetirilməsində məcburi surətdə tətbiq edilən standartlar dəsti.
Şəbəkəyə daxil olan təşkilat6 (network firm) – Təşkilatla birlikdə ümumi idarəçiliyə, mülkiyyətə və rəhbərliyə malik iqtisadi subyekt və ya bütün aidiyyatı məlumatlardan xəbərdar olan şüurlu və məlumatlı üçüncü şəxs tərəfindən kifayət qədər əsaslı olaraq milli və ya beynəlxalq səviyyədə təşkilatın bir hissəsi kimi hesab edilən hər hansı bir iqtisadi subyekt.
Riayət etməmə (noncompliance) – Yoxlanılan iqtisadi subyektin qəsdən və ya bilməyərəkdən qüvvədə olan qanunvericilik və normativ-hüquqi aktların pozulmasına yönəlmiş fəaliyyəti və ya fəaliyyətsizliyi.
Qeyri-seçmə riski (non-sampling risk) – (bax: Auditor seçməsi)
Qeyri-statistik seçmə (non-statistical sampling) – (bax: Auditor seçməsi)
Müşahidə (observation) – Başqaları tərəfindən yerinə yetirilən prosesin və ya prosedurların gözdən keçirilməsindən ibarətdir, məsələn, iqtisadi subyektin işçiləri tərəfindən aparılan inventarizasiyanın və ya həyata keçirilən nəzarət prosedurlarının müşahidə edilməsi.
İlkin qalıq (opening balances) – Hesabat dövrünün əvvəlinə olan hesab qalıqları. İlkin qalıqları əvvəlki dövrün yekun qalıqlarına əsaslanır və əvvəlki dövrlərin əməliyyatlarının nəticələrini və əvvəlki dövrdə tətbiq edilmiş uçot siyasətini əks etdirir.

Rəy (opinion) – Auditor hesabatı, bir qayda olaraq, maliyyə hesabatlarına dair aydın şəkildə ifadə edilmiş rəydən ibarət olur. Auditor tərəfindən şərtsiz müsbət rəy o zaman verilir ki, auditor maliyyə hesabatlarının əsas prinsiplərinə uyğun olaraq maliyyə hesabatının bütün aspektlərdə düzgün və tam təsəvvür yaratması qənaətinə gəlsin. (bax: Dəyişdirilmiş auditor hesabatı).
Başqa auditor (other auditor) – (bax: Auditor)
Sair məlumatlar (other information) – Qanunvericiliyə və ya müəyyən edilmiş qaydaya uyğun olaraq illik hesabata daxil edilmiş maliyyə və ya qeyri-maliyyə xarakterli məlumatlar (maliyyə hesabatlarından və ya auditor hesabatından fərqli).
Auditin ümumi strateqiyası (overall audit strategy) – Auditin əhatə dairəsini, müddətini və istiqamətini müəyyən edir və daha ətraflı audit planının hazırlanmasını tənzimləyir.
Tərəfdaş (partner) – Peşəkar xidmətlərin göstərilməsi üzrə sövdələşmənin həyata keçirilməsi üçün təşkilat ilə əməkdaşlıq etmək səlahiyyətinə malik hər hansı bir şəxs.
Fərdi kompüterlər (həmçinin mikrokompüterlər) (PCs or personal computers) (also referred to as microcomputers) – Bir qayda olaraq, monitordan (vizual təsvir qurğusu), kompüterin elektron hissələrinin yerləşdiyi qutudan və klaviaturadan (və “siçan”dan) ibarət olan və iqtisadi cəhətdən sərfəli, habelə geniş imkanlara malik ümumi təyinatlı avtonom kompüterlər. Bütün bu imkanlar portativ kompüterlərdə də (noutbuklar) nəzərdə tutula bilər. Proqramlar və məlumatlar kompüterin daxilində yerləşən sərt diskdə və ya çıxarıla bilən yaddaş vasitələrində, məsələn, kompakt disklərdə və ya floppi disklərdə saxlanıla bilər. Fərdi kompüterlər operativ rejimli şəbəkələrə, printerlərə və digər cihazlara, məsələn, skanerlərə və modemlərə birləşdirilə bilər.
Heyət (personal) – Tərəfdaşlar və işçilər
Planlaşdırma (planning) – Audit riskini yol verilən aşağı səviyyəyə qədər azaltmaq məqsədilə audit tapşırığı üçün ümumi audit strategiyasının yaradılmasından və audit planının tərtib edilməsindən ibarətdir.
İcmal (population) – (bax: Auditor seçməsi)
Hesabat tarixindən sonrakı hadisələr (post balance sheet events) – (bax: Sonrakı hadisələr)
Mütəxəssis-praktik (practitioner) – İctimai-hüquqi praktikada peşəkar mühasib.
Əvvəlki auditor (predecessor auditor) – (bax: Auditor)
Baş auditor (principal auditor) – (bax: Auditor)
Peşəkar mühasib7 (professional accountant) – BMF-nin (IFAC) üzv-komitəsinin üzvü olan şəxs.
İctimai-hüquqi praktikada peşəkar mühasib8 (professional accountant in public practice) – Təşkilatdakı fəaliyyət təsnifatından (məsələn, audit, vergi və ya konsaltinq) asılı olmayaraq, peşəkar xidmətlər təqdim edən peşəkar mühasib. İctimai-hüquqi praktikada bu termin həmçinin peşəkar mühasiblər təşkilatına da şamil edilir.
Peşəkar şəkkaklıq (professional skepticism) – Şübhəli düşüncə tərzindən və sübutların tənqidi qiymətləndirilməsindən ibarətdir.
Peşəkar standartlar (professional standards) – Beynəlxalq Audit və Keyfiyyət Təminatı Standarları üzrə Şuranın (IAASB) “Keyfiyyətə nəzarət, audit, təhlil xarakterli yoxlamalar, mötəbərliyin təmin edilməsi və əlaqədar xidmətlər üzrə beynəlxalq standartlara giriş” kontekstində göstərilmiş audit tapşırıqları ilə bağlı standartlar və bir qayda olaraq, BMF-nin (IFAC) Peşəkar Mühasiblər üçün Peşə Etikası Məcəlləsinə A və B bölmələrindən ibarət olan müvafiq etik tələblər və müvafiq milli etik tələblər.
Proqramlaşdırmaya nəzarət vasitələri (proqramming controls) – Operativ rejimli əsas qurğular vasitəsilə kompüter proqramlarına edilən yanlış dəyişikliklərin aşkar edilməsi və qarşısının alınması. Nəzarət vasitələrinin köməyi ilə, məsələn, ayrıca əməliyyat və proqram yaratma kitabxanalarından, xüsusi proqramlar kitabxanasına aid proqram təminatından istifadə etməklə, bu proqramlara müdaxilə məhdudlaşdırıla bilər. Operativ rejimdə proqramlara edilən dəyişikliklərin müvafiq qaydada sənədləşdirilməsi, idarə edilməsi və onlara nəzarətin həyata keçirilməsi vacibdir.
Perspektiv qiymətləndirmə (projection) – Aşağıdakılara əsasən hazırlanan perspektiv maliyyə məlumatları:
(a) Baş verəcəyi gözlənilməyən gələcək hadisələr və rəhbərlik tərəfindən atılacaq addımlar haqqında mülahizəyə əsaslanan ehtimallar, məsələn, bəzi iqtisadi subyektlərin fəaliyyətlərinin ilkin mərhələdə olması və ya öz əməliyyatlarının xüsusiyyətlərini əhəmiyyətli dərəcədə dəyişməyi nəzərdə tutması hallarında olduğu kimi; və ya
(b) Ən yaxşı qiymətləndirmə metodundan istifadə edilməklə irəli sürülmüş ehtimallara və fərziyyəyə əsaslanan ehtimalların məcmusu.
Təklif olunan auditor (proposed auditor) – (bax: Auditor)
Perspektiv maliyyə məlumatları (prospective financial information) – Gələcəkdə baş verə biləcək hadisələr və iqtisadi subyektin rəhbərliyi tərəfindən görüləcək mümkün tədbirlər haqqında ehtimallara əsaslanan maliyyə məlumatları. Perspektiv maliyyə məlumatları proqnoz, perspektiv qiymətləndirmə və ya hər ikisinin kombinasiyası şəklində ola bilər (bax: Proqnoz və Perspektiv qiymətləndirmə).
Dövlət sektoru (public sector) – Milli hökumətlər, regional (məsələn, ştat, əyalət, ərazi) hökumətlər, yerli (məsələn, şəhər, qəsəbə) hökumətlər və müvafiq hökumət təşkilatları (məsələn, agentliklər, komitələr, komissiyalar və müəssisələr).
Şərti müsbət rəy (qualified opinion) – (bax: Dəyişdirilmiş auditor hesabatı)
Keyfiyyətə nəzarət vasitələri (quality controls) – Auditor təşkilatının və onun şəxsi heyətinin peşəkar standartlara və hüquqi tələblərə riayət etməsi və təşkilat tərəfindən və ya audit tapşırığı üzrə tərəfdaşlar tərəfindən təqdim edilmiş hesabatların uyğunluğu ilə bağlı kifayət qədər əminliyi təmin etmək üçün işlənib hazırlanmış və auditor təşkilatı tərəfindən qəbul edilmiş prinsiplər və prosedurlar.
Kafi əminlik (keyfiyyətə nəzarət kontekstində) (reasonable assurance) – Yüksək, lakin mütləq olmayan əminlik səviyyəsi.
Kafi əminlik (audit tapşırığı kontekstində) – Yoxlanılan məlumatlarda əhəmiyyətli təhriflərin olmamasına dair auditor hesabatında əsaslandırılmış əminlik formasında ifadə edilən yüksək, lakin mütləq olmayan əminlik səviyyəsi.
Kafi əminliyi təmin edən tapşırıq (reasonable assurance engagement) – (bax: Əminliyi təmin edən tapşırıq)
Yenidən hesablama (recalculation) – Sənədlərin və qeydlərin riyazi dəqiqliyinin yoxlanmasından ibarətdir.
Əlaqəli tərəf (related party) – Hər hansı bir tərəf aşağıdakı şərtlər çərçivəsində iqtisadi subyeklə:
(a) Birbaşa və ya bir, yaxud da bir neçə vasitəçinin köməyi ilə dolayı əlaqədədir və həmin tərəf:
(i) İqtisadi subyektə nəzarət edir, onun nəzarəti altındadır və ya ümumi idarəçiliyi altındadır (buraya ana şirkətlər, filial şirkətlər və filial təşkilatlar daxildir);
(ii) İqtisadi subyekt üzərində əhəmiyyətli təsir imkanları verən paya malikdir; və ya
(iii) İqtisadi subyekt üzərində birgə nəzarətə malikdir;
(b) Tərəf iqtisadi subyektin assosiasiyalı şirkətidir (“Assosiasiyalı şirkətlərdə sərmayələr”, 28 saylı BMHS-yə uyğun olaraq);
(c) Tərəf birgə müəssisədir və burada iqtisadi subyekt tərəfdaşdır (bax: “Birgə Müəssisələrdə Paylar”, 31 saylı BMHS)
(d) Tərəf iqtisadi subyektin və ya onun ana şirkətinin əsas rəhbər heyətinin üzvüdür.
(e) Tərəf (a) və ya (d) bəndlərində göstərilmiş hər hansı bir şəxsin ailəsinin yaxın üzvüdür;
(f) Tərəf birbaşa və ya dolayı olaraq (d) və ya (e) bəndlərində göstərilmiş hər hansı bir şəxsin nəzarətində, birgə nəzarətində və ya əhəmiyyətli təsiri altında olan və yaxud səs hüququnun əhəmiyyətli bir hissəsi həmin şəxsdə olan iqtisadi subyektdir; və ya
(g) Tərəf iqtisadi subyektin və ya onunla əlaqəli olan hər hansı başqa iqtisadi subyektin işçilərinə müavinətlərin verilməsi üzrə məşğulluq sonrası ödəniş sistemidir.
Əlaqəli tərəflər arasında sövdələşmə (related party transaction) – Dəyərin müəyyən edilib-edilməməsindən asılı olmayaraq, əlaqəli tərəflər arasında ehtiyatların, xidmətlərin və ya öhdəliklərin birindən digərinə ötürülməsi.
Əlaqədar xidmətlər (related services) – Razılaşdırılmış prosedurlardan və maliyyə hesabatlarının tərtib edilməsindən ibarətdir.
Yenidən icra etmə (reperformance) – İlkin olaraq iqtisadi subyektin daxili nəzarətinin bir hissəsi kimi fiziki və ya kompüterləşdirilmiş audit metodlarından istifadə edilməklə yerinə yetirilmiş prosedurların və ya nəzarət vasitələrinin auditor tərəfindən müstəqil qaydada icra edilməsi.
Cavabdeh tərəf (responsible party) – O şəxsdir (və ya şəxslərdir) ki:
(a) Birbaşa hesabat vermə tapşırığında müzakirə mövzusuna cavabdehdir; və ya
(b) Müddəalara əsaslanan tapşırıqda müzakirə mövzusu üzrə məlumatlara (müddəalara) və ola bilsin, müzakirə mövzusuna cavabdehdir.
Cavabdeh tərəf mütəxəssis cəlb edən tərəf ola və ya olmaya bilər.
Təhlil (keifiyyətə nəzarətlə əlaqədar olaraq) (review) – Yerinə yetirilmiş işin keyfiyyətini və başqalarının əldə etdiyi nəticələri qiymətləndirmə.
Təhlil etmə tapşırığı (review engagement) – Bu tapşırığın məqsədi ondan ibarətdir ki, auditor audit zamanı tələb olunan həcmdə auditor sübutlarını təqdim etməyən prosedurlar əsasında maliyyə hesabatının hər cəhətdən əsas hesabat prinsiplərinə müvafiq qaydada hazırlanmış olması ilə bağlı şübhələnməyə əsas verə biləcək heç bir şeyin onun diqqətini cəlb etmədiyini təsdiq edə bilsin.
Təhlil prosedurları (review prosedures) – Təhlil etmə tapşırığının məqsədlərinə, iqtisadi subyektin heyətinin əsas sorğularına və maliyyə məlumatları üçün tətbiq olunan analitik prosedurlara cavab verməsi zəruri hesab edilən prosedurlar.
Riskin qiymətləndirilməsi prosedurları (risk assessment prosedures) – İqtisadi subyekti və onu əhatə edən mühiti, o cümlədən həyata keçirilən daxili nəzarəti dərk etmək, maliyyə hesabatlarında və iqtisadi subyekt rəhbərliyinin müddəalarında əhəmiyyətli təhrif risklərini qiymətləndirmək üçün yerinə yetirilən audit prosedurları.
Əhəmiyyətli təhrif riski (risk of material misstatement) – (bax: Audit riski)
Seçmə riski (sampling riski) – (bax: Auditor seçməsi)
Seçmə elementi (sampling unit) – (bax: Auditor seçməsi)
Auditin həcmi (scope of an audit) – Auditorun mülahizəsinə görə və Beynəlxalq Audit Standartlarına əsaslanaraq, auditin məqsədlərinə nail olmaq üçün müvafiq hesab edilən audit prosedurları.
Təhlilin həcmi (scope of a review) – Verilmiş şərtlərdə təhlilin məqsədlərinə nail olmaq üçün müvafiq hesab edilən təhlil prosedurları.
Auditin əhatə dairəsi (scope limitation) – (bax: Audit həcminin məhdudlaşdırılması)
Seqmentlər üzrə məlumatlar (segment information) – İqtisadi subyektin fərqləndirilə bilinən komponentləri və ya istehsalat və coğrafi aspektlərlə bağlı maliyyə hesabatında verilmiş məlumatlar.
Əhəmiyyət (significance) – Kontekstdən götürülmüş məsələnin nisbi mühümlüyü. Məsələnin əhəmiyyəti mütəxəssis tərəfindən nəzərdən keçirilən kontekstdə müəyyən edilir. Buraya, misal üçün, həmin məsələnin dəyişməsi və ya mütəxəssis hesabatından istifadə edənlərin qərarlarına təsir etməsi perspektivi; və ya başqa bir misal olaraq, bu kontekstin məsələ ilə bağlı iqtisadi subyektin ali rəhbərliyinə məlumatın bildirilib-bildirilməməsinə dair, onların həmin məsələni öz vəzifələrinə münasibətdə mühüm hesab edib-etməməsinə dair mülahizənin olması halları daxil edilə bilər. Əhəmiyyət nisbi kəmiyyət, müzakirə mövzusuna təsir etmə, nəzərdə tutulmuş istifadəçilərin və ya ünvan sahiblərinin ifadə edilmiş maraqları kimi kəmiyyət və keyfiyyət amilləri kontekstində nəzərdən keçirilə bilər.
Əhəmiyyətli risk (significant risk) – Xüsusi auditor mülahizəsi tələb edən risk.
Kiçik iqtisadi subyekt (small entity) – Elə bir iqtisadi subyektdir ki, orada:
(a) Mülkiyyət hüququ və rəhbərlik az sayda şəxslərin (daha çox bir fərdin) əlində cəmləşmişdir; və
(b) Aşağıdakılardan biri və ya bir neçəsi mövcuddur:
(i) Az miqdarda gəlir mənbəyi;
(ii) Sadə uçot; və
(iii) Məhdud daxili nəzarət vasitələri, o cümlədən rəhbərlik tərəfindən nəzarət vasitələrinin nəzərə alınmaması potensialı.
Kiçik subyektlər, bir qayda olaraq, (a) bəndindəki əlamətləri və (b) bəndində olan bir və ya bir neçə əlaməti nümayiş etdirir.
Xüsusi məqsədli auditor hesabatı (special purpose auditor’s report) – Maliyyə məlumatlarının müstəqil auditi ilə əlaqədar təqdim edilmiş və maliyyə hesabatlarına dair auditor hesabatından fərqli hesabat, o cümlədən:
(a) Mühasibat uçotunun əsasını təşkil edən prinsiplərə uyğun olaraq hazırlanmış maliyyə hesabatlarının tam dəsti;
(b) Ümumi məqsədli və ya xüsusi məqsədli maliyyə hesabatlarının tam dəstinə aid element, məsələn, ayrıca maliyyə hesabatı, konkret hesablar, hesabların tərkib hissələri və ya maliyyə hesabatının bəndləri;
(c) Müqavilələrə uyğunluq; və
(d) İcmal maliyyə hesabatları.
İşçi ştatı (staff) – Tərəfdaşlar nəzərə alınmamaqla digər peşəkarlar, o cümlədən auditor təşkilatının işə götürdüyü ekspertlər.
Statistik seçmə (statistical sampling) – (bax: Auditor seçməsi)
Qruplara bölmə (stratification) – (bax: Auditor seçməsi)
Müzakirə mövzusu üzrə məlumatlar (subject matter information) – Müzakirə mövzusunun dəyərləndirilməsindən alınan nəticə. Mütəxəssis-praktik öz hesabatında rəyin verilməsi üçün kifayət qədər əsaslandırmanı təmin edəcək müvafiq sübutları məhz həmin məlumatlara əsasən toplayır.
Sonrakı hadisələr (subsequent events) – 10 saylı BMHS “Hesabat tarixindən sonrakı hadisələr” maliyyə hesabatının tərtib edilmə tarixi (BMHS-də “balans hesabatının tarixi” kimi göstərilir) ilə maliyyə hesabatının dərc olunmaq üçün imzalanması tarixi arasında baş verən əlverişli və əlverişsiz hadisələrin təfsirinə həsr edilir və həmin hadisələrin iki növünü müəyyən edir:
(a) Maliyyə hesabatlarının tərtib edildiyi tarixə mövcud olan şərtlər barədə əlavə sübutlar təqdim edən hadisələr;
(b) Maliyyə hesabatlarının tərtib edildiyi tarixdən sonra yaranan şərtlərə işarə edən hadisələr.
Mahiyyəti üzrə prosedurlar (substantive prosedures) – İqtisadi subyekt rəhbərliyinin müddəaları səviyyəsində əhəmiyyətli təhrifləri aşkar etmək üçün yerinə yetirilən prosedurlar; onlara aiddir:
(a) Əməliyyatların, hesab qalıqlarının və izahedici məlumatların ətraflı öyrənilməsi üçün testlər
(b) Mahiyyəti üzrə analitik prosedurlar.
Auditor-xələf (successor auditor) – (bax: Auditor)
Kafilik (sufficiency) – Kafilik auditor sübutunun kəmiyyət xüsusiyyətidir. Təhrif riski və auditor sübutlarının keyfiyyəti bu sübutların miqdarına təsir göstərir.
Münasib kriteriyalar (suitable criteria) – (bax: Kriteriyalar)
Müvafiq səriştəli kənar şəxs (1 saylı Beynəlxalq keyfiyyətə nəzarət standartının (ISQC1) məqsədlərinə uyğun olaraq) (suitably qualified external person) – Audit təşkilatına daxil olmayan, lakin tapşırıq üzrə tərəfdaş kimi hərəkət etmək qabiliyyətinə və səriştəsinə malik şəxs, məsələn, başqa bir təşkilatın tərəfdaşı və ya tarixi maliyyə məlumatlarının auditini və təhlilini həyata keçirə bilən, habelə əminliyi təmin edən və ya əlaqədar xidmətlər üzrə tapşırıqları yerinə yetirə bilən heyətə malik peşəkar mühasibat təşkilatının və yaxud keyfiyyətə nəzarətlə bağlı müvafiq xidmətlər təqdim edən təşkilatın işçisi.
İcmal maliyyə hesabatları (summarized financial statements) – Yalnız iqtisadi subyektin fəaliyyətinin nəticələrinə və maliyyə vəziyyətinə dair əsas göstəricilərlə maraqlanan istifadəçi qruplarını məlumatlandırmaq məqsədini daşıyan və yoxlanılmış illik maliyyə hesabatlarının ümumiləşdirilmiş forması olan maliyyə hesabatı.
Əlavə məlumatlar (supplemantary information) – Maliyyə hesabatları ilə birlikdə təqdim olunan və maliyyə hesabatlarının hazırlanması üçün tətbiq edilən əsas hesabat prinsiplərinə görə tələb olunmayan məlumatlar. Bir qayda olaraq, əlavə cədvəllərdə və ya qeydlərdə təqdim edilir.
Auditor fəaliyyətinin mərkəzi tənzimləmə orqanı (Supreme Audit İnstitution) – Mövcud qanunvericiliyə uyğun olaraq, dövlətin ən yüksək auditor funksiyasını həyata keçirmək üçün müəyyən edilmiş, təsis edilmiş və ya yaradılmış orqan.
Testdən keçirmə (test) – İcmala daxil olan elementlərin bir hissəsinə və ya hamısına prosedurların tətbiq edilməsi.
Nəzarətlə bağlı həyata keçirilən testlər (tests of control) – İqtisadi subyekt rəhbərliyinin mülahizələri səviyyəsində əhəmiyyətli təhriflərin qarşısının alınmasında, aşkar edilməsində və düzəldilməsində nəzarət vasitələrinin səmərəliliyinə dair auditor sübutları əldə etmək üçün həyata keçirilən testlər.
İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər (qurumlar) (those charged with governance) – (bax: İdarə etmə)
Yol verilən səhv (tolerable error) – (bax: Auditor seçməsi)
Ümumi səhv (total error) – (bax: Auditor seçməsi)
Əməliyyat jurnalları (transaction logs) – Müəyyən vaxt ərzində hayata keçirilən hər bir əməliyyata dair nəzarət jurnalının yaradılması üçün işlənib hazırlanmış hesabatlar. Belə hesabatlar daha çox əməliyyatla əlaqədar mənbələrin (terminal, zaman və istifadəçi), o cümlədən əməliyyat haqqında ətraflı məlumatların sənədləşdirilməsinə xidmət edir.
Qeyri-müəyyənlik (uncertainty) – İqtisadi subyektin birbaşa nəzarəti altında olmayan gələcək hərəkətlərdən və ya hadisələrdən asılı olan, lakin onun maliyyə hesabatlarına təsir edən nəticələr yaradan məsələ.
İqtisadi subyektin və onun mühitinin dərk edilməsi (understanding of the entity and its environment) – İqtisadi subyektin və onun mühitinin auditor tərəfindən dərk edilməsi aşağıdakı aspektləri özündə birləşdirir:
(a) İstehsalat amilləri, tənzimləyici və digər xarici amillər, o cümlədən maliyyə hesabatlarının tətbiq olunan əsas prinsipləri.
(b) İqtisadi subyektin xüsusiyyətləri, o cümlədən iqtisadi subyekt tərəfindən uçot siyasətinin seçilməsi və tətbiqi.
(c) Qarşıya qoyulmuş məqsədlər və strategiyalar, habelə maliyyə hesabatlarında əhəmiyyətli təhriflərə səbəb olan əlaqədar biznes riskləri.
(d) İqtisadi subyektin fəaliyyətinin maliyyə nəticəsinin ölcülməsi və təhlil edilməsi.
(e) Daxili nəzarət.
Şərtsiz müsbət rəy (unqualified opinion) – (bax: Rəy)
Hərtərəfli yoxlama (walk-through test) – Bir neçə əməliyyatın maliyyə hesabatlarının tərtib edilməsi sistemindən keçməsinin izlənməsi.
Qlobal şəbəkə (Wide Area Network) – Məlumatların geniş bir ərazidə, məsələn, istehsalat meydançaları, şəhərlər və dövlətlər arasında ötürülməsinə xidmət edən rabitə şəbəkəsi. Qlobal şəbəkələr (WAN) tətbiqi proqramların kənarda yerləşən terminallar vasitəsilə interaktiv istifadəsinə imkan verir. Qlobal şəbəkə vasitəsilə bir çox lokal şəbəkənin (LAN) qarşılıqlı əlaqəsi yaradıla bilər.
İşçi sənədlər (working papers) – Auditor yoxlamasının həyata keçirilməsi ilə əlaqədar olaraq, auditor tərəfindən və ya auditor üçün hazırlanmış, əldə edilmiş və saxlanılmış materiallar. İşçi sənədlər kağızda, plyonkada, elektron və digər vasitələrdə saxlanılan məlumat formasında ola bilər.

Terminlərin Azərbaycan dilinə tərcüməsi barədə


Yüklə 231,31 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə