Terminologiya-meseleleri



Yüklə 166,97 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü166,97 Kb.
#36896


 

Ə

.Fətullayev, M.Mahmudov,  



R.Məmmədov, R.Fətullayev, T.Məmmədov, S.Abbasov 

 

MƏTNĐN SƏSLƏNDĐRĐLMƏSĐ SĐSTEMĐ VƏ AZƏRBAYCAN DĐLĐNĐ

FONEMLƏRĐNĐN FONO-AKUSTĐK BLOKU

1

 

 

 

Açar  sözlər:  Azərbaycan  dili,  səsin  formal  tanınması,  fono-akustik  səciyyə,  fono-

blok, fonemlər sistemi, fonetik xüsusiyyətlər, türk dilləri 

 Ключевые  слова:  Азербайджанский  язык,  генерация  речи  по  тексту,  фоно  - 

акустическая  характеристика,  фоно-блок,  система  фонем,  фонетические 

особенноститюркские языки 

Key  words:  The  Azerbaijani  language,  text-to-speech,  phono-akustic  spesifier, 

phono-block, phoneme systems, phonetic properties, turkic languages 

 

Türk  dilləri  qrupu  ən  geniş  dil  qruplarından  biridir.  Bəzi  tədqiqatlara  görə  bu  dil 



qrupuna  60-a  yaxın  dil  daxildir  (Türkiyə,  Azərbaycan,  özbək,  qazax,  qırğız,  tatar, 

türkmən türkcələri və s.). Bunlardan 45-i  hal-hazırda istifadə olunsa da , 15 dil artıq ölü 

dil hesab olunur [1].  

Türk  dilləri  içərisində  ən  çox  arealı  olan  dillərdən  biri  də  Azərbaycan  dilidir. 

Müstəqillik  qazandıqdan  sonra  Azərbaycan  dövlətinin  ölkənin  rəsmi  dili  olan 

Azərbaycan  türkcəsinə,  onun  qorunmasına,  inkişaf  etməsinə,  qloballaşma  şəraitində 

geniş istifadə edilməsinə olan qayğısı da artmışdır. Bu sahədə olan Prezident fərmanları 

və sərəncamları dediklərimizə subut ola bilər [2], [3]. 

Azərbaycan  dili  üçün  müasir  linqvistik  tədqiqatların  aparılması,  dilin  elektron 

məkanda geniş istifadəsinin təmin edilməsi üçün müxtəlif proqram sistemlərinin (maşın 

tərcüməsi, nitqin tanınması və mətnə çevrilməsi, nitqin başa düşülməsi və adekvat cavab 

                                                  

1

 Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin Đnkişaf Fondunun maliyyə yardımı ilə yerinə 



yetirilmişdir – Qrant № EĐF-RĐTN-MQM-2/ĐKT-2-2013-7(13)-29/13/1 


 

verilməsi,  müxtəlif  elektron  lüğətlər,  orfoqrafiyanın  yoxlanılması  və  s.)  hazırlanması 



prosesinə  start  verilmişdir.  Dilmanc  layihəsi  çərçivəsində  bu  sahədə  xeyli  işlər 

görülmüşdür [4-7]. 

Bu  sistemlərdən  biri  də  mətnlərin  səsləndirilməsi  sistemidir.  Məqalədə Azərbaycan 

dilində ilk dəfə olaraq mətnlərin insan səsi ilə səsləndirilməsi üçün kompüter proqramı 

(TTS  – Text-To-Speech)  yaradılması  ilə  əlaqədar Azərbaycan  dili  fonemlərinin  akustik 

və  anatomik-fizioloji  xüsusiyyətləri  ətraflı  təhlil  olunmuş,  fono-akustik    xüsusiyyətləri 

əks  etdirən  cədvəl  hazırlanmışdır.  Alınmış  nəticələr  Azərbaycan  dilində  mətnlərin 

səsləndirilməsi sisteminin yaradılmasında və təkmilləşdirilməsində istifadə edilmişdir. 

Məlum  olduğu  kimi,  dildə  olan  bütün  vahidlər  -  sözlər,  söz  birləşmələri,  cümlələr 

dilin  ən  kiçik  vahidi  olan  fonemlərdən  təşkil  olunmuşdur.  Bu  baxımdan  fonemlər  dil 

toxumasının  ən  mühüm  hüceyrələri  hesab  edilir  [8,  s.8].  Lakin,  fonemlər  təkcə  dilçilik 

baxımından  -  fonoloji  baxımdan  deyil,  həm  də  akustik,  fizioloji,  statistik,  fiziki 

baxımdan  tədqiq  olunur  və  olunmaqdadır.  Son  zamanlar  səslə  idarə  olunan  qurğuların, 

şifahi səslə işləyən tərcümə sistemlərinin yaranması və bu sistemlərin təkmilləşdirilməsi 

sahəsində  aparılan  intensiv  işlər  ən  kiçik  danışıq  vahidi  olan  fonemlərin  hərtərəfli 

öyrənilməsinə marağı artırmışdır. Ayrılıqda heç bir məna yükü daşımayan, sözlərin bir-

birindən fərqlənməsinə xidmət edən, ən kiçik dil vahidi kimi daha kiçik hissələrə bölünə 

bilməyən  fonemlər  fono  –  akustik    xüsusiyyətlərinə  görə  dəqiq  elmlər  kateqoriyasına 

yaxınlaşır. Təsadüfi deyil ki, fonemlərin akustik xüsusiyyətləri, səsin uzunluğu, qısalığı, 

gücü,  ucalığı  və  bir  çox  başqa  fizioloji-fiziki  cəhətləri  xüsusi  müasir  avadanlıq  və 

cihazlarla öyrənilir. 

Azərbaycan dilinin fonemlərinin fono-morfoloji-akustik  xüsusiyyətlərini əks etdirən 

mükəmməl və yığcam cədvəl hazırlamamışdan əvvəl Azərbaycan dili sait və 

samitlərinin ən mühüm səciyyəvi cəhətləri ilə tanış olaq.  

 Saitlər. Azərbaycan dilində saitlərin səciyyəvi fono-fizioloji -akustik əlamətləri : 

dilarxası – dilönü, qarışıq (neytral), dodaqlanan-dodaqlanmayan, açıq – qapalı, 

yarımaçıq (yarımqapalı), təkavazlı – cütavazlı (diftonq), qısa – uzun, qalın – incə [ 8, 



 

s.63-168; 11, s. 16-21]. 



 

1. A(a) saiti – dilarxası, açıq, dodaqlanmayan, təkavazlı, qısa, qalın, uca 

 Sozün əvvəlində, ortasında və sonunda sərbəst işlənir. 

 Əvvəldə – arzu, ayaq, arıq, amal, atəş, aləm, ara, amil, adil, ayaqqabı, axşam, anım, 

ahıl, akt, arı 

 Ortada – bal, tar, qal, balaca, taxta, maraq, azar, mağara, mağaza, mal, maşın, 

məqalə, məharət  

 Axırda – ata, bala, tala, baba, qara, yara, avara, yolka, liqa, şaqqa, katorqa, qarışqa, 

xala 

A (a) saiti şifahi nitq prosesində bəzi dəyişmələrə məruz qalır. Onların izahı  və 



proqramda nəzərə alınması da zəruridir: 

-`Y` səsindən sonra a – ı əvəzlənməsi baş verir: anaya- anıya, almaya- almıya 

 - sözün sonunda gələn `y` səsindən sonra `a` bəzən düşür: qayaya-qayya, tayaya – 

tayya 


-aydı, -saydı şəkilçilərində `a` - `e` -yə keçir: alaydı – aleydi, qalaydı – qaleydı, 

alsaydı – alseydi, qalsaydı-qalseydi 

- saitlə bitən və saitlə başlanan sözlərdə birinci sözün conundakı `a` tələffüz olunmur 

– Ağaəmi(Ağəmi), Balaəmi (Baləmi), xalaoğlu (xaloğlu) [11, s. 85-86 ]. 

 

2. A(a): - (aa) – dilarxası, açıq, dodaqlanmayan, təkavazlı, uzun, qalın, uca 



Đşlənmə məqamları : 

Əvvəldə --  ərəb və  fars mənşəli sözlərdə:  aaşiq, aahu, aalim, aaləm, aarif, aadi, 

aasan, aaləm 

Ortada -- ərəb və fars mənşəli sözlərdə: saabir, saadə, naadir, maahir, xaadim, çaarə, 

saakin 

A(a): - (aa) saitinin işləndiyi alınma sözlərin siyahısı ayrıca verilir.     



  


 

3. Ə (ə) saiti – dilönü, açıq, dodaqlanmayan, təkavazlı, qısa, incə, uca 



Sözün əvvəlində, ortasında və sonunda sərbəst işlənir. 

Əvvəldə – ərik, ələk, əziz, əvvəl, əzəl, ətir, əmr, əntiqə, əfsus, əcəb, əsəb, ətək, əmək, 

əvəz, əl 

Ortada – dələ, təzə, gəlmək, təmir, təsir, təzyiq, təməl, təşəbbüs, təəccüb, təfəkkür, 

tədarük, tələb 

Axırda – tələ, meşə, peşə, əndişə, səriştə, məsələ, məqalə, xülasə, xatirə, iradə, iaşə, 

icarə, küçə 

Ə (ə) səsinin nitq prosesində müşahidə olunan başqa xüsusiyyətləri: 

 

`Y` səsindən əvvəl gələn `ə` darlaşaraq `i`-yə keçir – dinləyər (dinliyər), 



gəlməyəcək (gəlmiyəcək), işləyər (işliyər), dişləyər (dişliyər) 

saitlə bitən və saitlə başlanan söslərdə birinci sözün sonundakı `ə` tələffüz edilmir – 

Mirzəağa (Mirzağa), Mirzəəmi (Mirzəmi) [11, s. 86 ]. 

4. Ə (ə) : - (əə) - dilönü, açıq, dodaqlanmayan, təkavazlı, uzun, incə, uca 

Đşlənmə məqamları: 

-bəzi ərəb, fars mənşəli sözlərdə - təəyin, təəlim, bəəzi, təərif, məəlum, bəəzən, 

təəsir  

Məlum olduğu kimi, Azərbaycan dilində apostroflu sözlərdə səslər uzun tələffüz 

olunur. Apostrof işarəsi həm də səsin uzun tələffüzünü bildirirdi. Latın qrafikalı yeni 

əlifbaya keçiddən sonra apostrof işarəsi əlifbadan çıxarıldı. Azərbaycan dilinin 2013-cü 

ildə çapdan çıxmış orfoqrafiya qaydalarında da apostrofla bağlı bölmə yoxdur və lüğətin 

tərtibi zamanı apostrofla yazılan sözlər apostrofsuz verilmişdir [ 9] . 

 Lakin apostroflu sözlərdə səslərin uzanması halını nəzərə alaraq həmin sözlərin 

siyahısı alqoritmdə nəzərə alınmışdır.  

5. E (e) saiti – dilönü, yarımaçıq, dodaqlanmayan, təkavazlı, qısa, incə, orta 

Tələffüzdə əsasən sözün birinci hecasında rast gəlinir – eşit, yeşik, sel, sev, de, ye, 

ver,  

Əvvəldə -- et (mək), eşit (mək), el, en (mək ), eş (mək), elm, ev, erkək, eşq, elçi 




 

Ortada: deş(mək), seç(mək), bez(mək), sez(mək) yet(mək) 



Axırda: de(mək), ye(mək) 

Alınma sözlərdə iki və çox hecalı sözlərin sonunda da müşahidə olunur: 

Kafe, mövqe, vaqe, jele, rele,qane, mane, kaşne, koyne, püre, klişe, attaşe, karate, 

varyete     

6. E (e):- (ee) - dilönü, yarımaçıq, dodaqlanmayan, təkavazlı, uzun, incə, orta 

Đşlənmə məqamları: 

 

`ə` səsi ilə bitən və `e` səsi ilə başlanan sözlərin bitişik variantının tələffüzü 



zamanı `ə` səsi deyilmir və `e` uzun tələffüz olunur: nə edim – needim, nə etsin – neetsin 

Bəzən ikinci sözün əvvəlində `y` səsi deyildiyindən `e` adi qaydada tələffüz 

olunur:nə eləyim – neyliyim 

Ərəb və fars mənşəli sözlərdə `e` səsi bəzən uzun tələffüz edilir: eelan, eetiraz, 

eetibar, eecazkar, eehtiva, eehtiyac 

7. I (ı) saiti – dilarxası, qapalı, dodaqlanmayan, təkavazlı, qısa, qalın, aşağı 

Sözün əvvəlində işlənmir, ancaq sözün ortasında və axırında müşahidə olunur. 

Ortada – qış, qır, qırıq, qısa, qıf, qıl, qırmanc, qızartı, zırıltı, zınqırov, fındıq, fıstıq, 

fırfıra 

Axırda – sarı, darı, albalı, qarğıdalı, qarı, tanrı, hamı, qapı, qırıntı, sarsıntı, çıxıntı, 

yastı, yaşlı 

Vurğunun son heca üzərinə düşməsi nəticəsində sözün birinci hecasında `ı` qısa 

tələffüz olunur: q(ı) fıl, q(ı) rmızı, q(ı)jıltı 

`Qıjılti` sözünün birinci hecasında `ı` çox qısa, sonuncu hecada isə nisbətən uzun 

tələffüz olunur. 

Sözün sonunda `y` səsindən sonra gələn `ı` səsi yönlük hal şəkilçisi qəbul etdikdə iki 

`y` səsi arasında çox zəif tələffüz olunur: ayıya – ay(ı) ya, dayıya – day(ı)ya 

Saitlə bitən və saitlə başlanan sözlərdən əmələ gəlmiş mürəkkəb sözlərdə birinci 

sözdə vurğu itdiyi üçün onun axırında olan `ı` səsi deyilmir: dayıoğlu – dayoğlu, 

bacıoğlu – bacoğlu [11, s. 86-87 ]. 




 

 



`I` səsinin uzun variantı yoxdur. Bu səs qısalmaya, zəif tələffüzə meyllidir.Alınma 

sözlərdə nadir hallarda sözün əvvəlində də işlənə bilər. 

8. Đ (i) saiti – dilönü, qapalı, dodaqlanmayan, təkavazlı, qısa, incə, orta 

Sözün əvvəlində, ortasında və axırında müşahidə olunur. 

Əvvəldə : ipək, iti, irəli, imarət, idarə, iaşə, icarə, icazə, işarə, izafi, ilahi, imtina, 

iştirak 


Ortada: diri, dirrik, bilik, dilənçi, dirək, diş, dil, bildiriş, bikef, biabır, bir, bəbir, 

bitişik, dəmir 

Axırda – gəmi, bəli, iri, dəri, dəli, zəli, gülməli, bəli, əlli, müğənni, səməni, nəlbəki 

çoxhecalı sözlərin birinci hecasında `i` qısa tələffüz olunur: k(i) çiy, p(i) şiy,k(i)şi 

bəzi sözlərə saitlə başlanan mənsubiyyət və hal şəkilçiləri ( yiyəlik, yönlük, təsirlik)  

qoşulduqda vurğunun şəkilçi üzərinə keçməsi nəticəsində sözün axırıncı hecasındakı 

qapalı saitin düşməsi hadisəsi baş verir və  `i` səsi tələffüz edilmir: şəkil – şəklə, sinif – 

sinfə, fikir—fikrə, nəsil—nəslə. Mənsubiyyət və hal şəkilçiləri ( yiyəlik, yönlük, təsirlik) 

qəbul edərkən sözün ikinci hecasındakı qapalı saitin düşməsi hadisəsinə məruz qalan 

sözlər siyahı şəklində verilir [10, s. 242 ]. 

saitlə bitən və saitlə başlanan sözlərdən əmələ gəlmiş mürəkkəb sözlərdə birinci 

sözün vurğusu ikinci sözün üzərinə keçdiyindən əvvəlinci sözün axırındakı `i` səsi 

tələffüz edilmir: Əliəkbər – Ələkbər, əmioğlu – əmoğlu, bibioğlu – biboğlu, iyirmiiki – 

iyirmiki [11, s. 87 ]. 

9. Đ(i): - (ii) – dilönü, qapalı, dodaqlanmayan, təkavazlı, uzun, incə, orta 

Bəzi ərəb mənşəli sözlərdə (ii) uzun tələffüz olunur: vəsiiqə, viiran, Mədiinə, vəsiilə 

10. O(o) saiti – dilarxası, açıq, dodaqlanan, təkavazlı, qisa, qalın, orta 

Çox vaxt sözün birinci hecasında müşahidə olunur. 

Əvvəldə – otaq, oruc, ora, oraq, ozan, okean, ot, od, ol, oturacaq, odun, oda, on, 

otuz, otlaq 

ortada – qohum, qoyun, boyun, toy, qol, bol, yol, dolu, sol, tor, şor, kol, dor, kalori, 



 

dollar,zor 



axırda – kilo, kino, metro, pero, foto, palto, büro, piano, kazino, depo, trio, kilo, 

kreslo, radio 

11. O (o): - (oo) dilarxası, açıq, dodaqlanan, təkavazlı, uzun, qalın, orta 

Sözün ortasında və axırında `v` səsinin düşməsi nəticəsində `o` uzun tələffüz olunur:  

cilov – ciloo, buzov – buzoo 

12.  OU  diftonqu  –  sözün  ortasında  və  sonunda  `v`  samitinin  düşməsi  nəticəsində 

yaranır: douşan, douğa, youşan, çouğun 

13. Ö (ö) saiti - dilönü açıq, dodaqlanan, təkavazlı, qısa, incə, orta 

Bir neçə söz istisna olmaqla ancaq sözün birinci hecasında təsadüf edilir. 

Əvvəldə – öz, öl(mək), öt(mək), öp (mək), ömür, ötür(mək), öhdəlik, ölç(mək), ön,  

Ortada – göz, söz, gör(mək), göl, göy, kömək, kötək, köpək, köpük, kötük, körpü 

Söz  sonunda  `ö`  işlənmir.  Đstisna  kimi  bir  neçə  alınma  və  səstəqlidi  söz  göstərmək 

olar: müsyö, tədqiq-tətəbbö, öhö, lö-lö 

14. Ö(ö):- (öö) – dilönü, açıq, dodaqlanan, təkavazlı, uzun, incə, orta  

Sözün ortasında və axırında `v` səsinin düşməsi nəticəsində `ö` uzun tələffüz olunur: 

-kösöv – kösöö, bülöv – bülöö,  dövran – dööran, bənövşə – bənööşə 

15.  ÖÜ  diftonqu  sözün  ortasında  və  sonunda  `v`  samitinin  düşməsi  nəticəsində 

yaranır: növbə -nöübə, kövşən – köüşən,  tövlə -töülə 

16. U (u) saiti – dilarxası, qapalı, dodaqlanan, təkavazlı, qısa, qalın, orta 

Sözün əvvəlində, ortasında və axırında işlənir. 

Əvvəldə: uzun, uduş, ulu, uzaq, uşaq, utan(maq), uzan(maq), ulaq, ud, umac, uzun, 

un  


Ortada:  quru,  odun,  bulud,  duru,  duman,  duz,  dur(maq),  tut,  duyğu,  bulaq,  quru, 

qəbul, qul 

Axırda:  dolu,  boru,  su,  bu,  sorğu,  durğu,  burğu,  turşu,  arzu,  lotu,quzu,mövzu, 

quyu,loru 

Sözün  vurğusuz  birinci  hecasında  `u`  qısa  tələffüz  olunur:  budağ,  bulaq,  buzov, 



 

burax,  



Bəzi sonor səslərlə bitən ikihecalı sözlərə saitlə başlayan şəkilçilər artırıldıqda sözün 

axırıncı  hecasındakı  `u`  səsi  vurğunun  şəkilçi  üzərinə  keçməsi  nəticəsində  tələffüz 

edilmir: burun – burnu, oğul – oğlu. Bu xüsusiyyət alqoritmdə nəzərə alınmışdır. 

17. U (u): - (uu) saiti – dilarxası, qapalı, dodaqlanan, təkavazlı, uzun, qalın, orta 

Bəzi  ərəb  mənşəli  sözlərdə  söz  ortasında  `u`  səsi  uzun  tələffüz  olunur:  xüsusi  – 

xüsuusi, Füzuli – Füzuuli, tufan – tuufan, Quran- Quuran,  

18. Ü (ü) saiti – dilönü, qapalı, dodaqlanan, təkavazlı, qısa, incə, orta 

Sözün əvvəlində, ortasında və sonunda işlənir. 

Əvvəldə:  üzüm,  ürək,  üfüq,  üz(mək),  ümid,  ülgü,  ün,  ülvi,  ürkək,  üzgəc,ülgüc, 

üzəngi,üzr 

Ortada  :  bütün,  bürü(mək),  büt,  bülbül,  sünbül,  gül,  sür(mək),  tül,  düz,  süz(mək), 

çürü(mək) 

Axırda  :  ütü,  sürü,  düyü,  cücü,  töycü,  sözçü,  ölçü,  üçüncü,yükçü,  cütçü,  dözümlü, 

dürlü  


Sözün vurğusuz birinci hecasında `ü` səsi qısa tələffüz olunur: bütün, bürün, düyün, 

tüstü, tüfəng, düşmən 

Sonor  saitlərlə  bitən  sözlərə  saitlə  başlanan  şəkilçi  qoşulduqda  vurğunun  şəkilçi 

üzərinə  keçməsi  nəticəsində  sözün  axırıncı  hecasındakı  `ü`  deyilmir:  ömür  –  ömrün, 

zülüm – zülmə, üfüq – üfqi  

 

Samitlər.  Azərbaycan  dilində  samitlərin  səciyyəvi  fono-akustik,  anatomik-fizioloji 

əlamətləri:  dodaq  samitləri,  dilönü  samitlər,  dilarxası  samitlər,  qoşadodaq,  dodaq-diş, 

dil-diş,  dil-damaq  samitləri,  kar,  cingilitili,  burun  samitləri,  sonorlar,  partlayanlar, 

titrəyənlər, kipləşənlər, affrikatlar, sürtünənlər və s. [ 8, s. 169-263; 11, s. 21-33]. 

 

19. H (h) samiti boğazda sürtünən, kar samitdir. Boğaz və ya farinqal da adlanır. 



Daha çox alınma sözlərdə sözün əvvəlində, ortasında və axırında müşahidə olunur. 


 

Əvvəldə: hesab, hörük, hörümçək, hürmək, hədə, hələ, həmişə, hərdən 



Ortada: dərhal, səhra, qəhər, səhər, şəhər, zəhər, dahi, sahə, sərhəd,  

Axırda : şah, gah, fərəh, tamah, gümrah, dəzgah, xeyirxah, silah, timsah, səyyah 

20. Q (q) samiti – dilarxası, partlayan, cingiltili 

Söz əvvəlində, ortasında və axırında rast gəlinir. 

Əvvəldə : qarğa, qoz, qəzet, qədər, qəzəl, qüdrət, qala, qatar, qar, qorxu, qədəm,  

Ortada : Dəqiq, tənqid, intiqam, yəqin, əqidə, həqiqət, sədaqət, ləyaqət, sədəqə 

Axırda : arıq, çarıq, sadiq, qayıq, sayıq, layiq, qatıq, artıq, sırtıq, ayıq, uzaq, uşaq 

Söz  ortasında  işlənən  qoşa  `q`  samitindən  birincisi  kar  tələffüz  olunur:  saqqal  – 

sakqal, baqqal – bakqal, çaqqal – çakqal, doqquz – dokquz 

21. X (x) samiti dilarxası, kar samitdir. Söz əvvəlində, ortasında və əsasən təkhecalı 

sözlərin sonunda rast gəlinir. 

Əvvəldə : Xatirə, xəyal, xərc, xülasə, xələl, xaric, xalça, xalis, xəşil, xəzəl, xırman, 

xurma 

Ortada  :  arxa, daxma,  çaxnaşma,  axtarış,  saxta,  taxta, buxta, boxça, paxla,  saxlanc, 



püxtə 

Axırda : çox, arx, bax, yax, tox, şux, çarx, şax, mıx, lax, ax, tax, yox, sıx, yıx, tarix, 

qırx, nırx 

22. Ğ (ğ) samiti dilarxası, sürtünən, cingiltili 

Söz əvvəlində işlənmir, söz ortasında və sonunda müşahidə olunur. 

Söz  ortasında  :  sağlam,  ağrı,  sarğı,  çağrı,  çağırış,  ağıllı,  ağartı,  ağuş,  ağız,  ağa, 

mağara, mağaza 

Axırda: sağ, ağ, yağ, bağ, bığ, lağ, çağ, dağ, tağ, zığ, təbliğ, 

23. K*(k*) dilortası, partlayan, kar samitdir. Sözün  əvvəlində, ortasında və sonunda 

rast gəlinir. 

Əvvəldə : kələm, kal, kitab, kağız, kürə, kisə, katib, kamil, kol, kərtənkələ, kəmiyyət 

Ortada  :  tülkü,  tüklü,  tikinti,  tikə,  tikmə,  təklif,  təkrar,  təkzib,  təkəbbür,  təkamül, 

tikan 



 

10 


Axırda : tək, tük, xərək, çörək, ürək, dirək, lək, çək, lük, şərik, əlcək, mayak, böcək 

Çoxhecalı  sözlərin  sununda  k*  çox  vaxt  `g`  və  ya  `y`  kimi  tələffüz  olunur:  inə(y), 

çiçə(y), 

ürə(y), xərə(y) və s. 

Söz  sonunda  k*  -dan  sonra  saitlə  başlanan  şəkilçi  gəldikdə,  iki  sait  arasında  k* 

samiti  `y`  kimi  tələffüz  olunur:  çörək-  çörəyi,  çörəyə,  çiçək-  çiçəyi,  çiçəyə,  gəlmək  – 

gəlməyi,  gəlməyə.  Bu  xüsusiyyət  Q  samitinə  də  aiddir(  q—ğ  əvəzlənməsi)  :  budaq-

budağı, qulaq-qulağa, udlaq—udlağın və s. 

Qeyd  etmək  lazımdır  ki,  saitlə  başlanan  şəkilçi  qəbul  etdikdə  k—y  və  q—ğ 

əvəzlənməsinə  məruz  qalmayan  istisna  sözlərin  siyahısı  ayrıca  verilmişdir  [10,  s.  242-

246 ]. 

 

Əvəzlənməyə məruz qalan sözlər isə proqramda nəzərə alınmışdır. 



 

24.  K**(k**)  dilarxası,  partlayan,  kar  samitdir.  Bu  samitə  rus  dilindən  və  rus  dili 

vasitəsi  alınan  sözlərdə  söz  əvvəlində,  söz  ortasında  və  sözün  axırıncı  hecasında  rast 

gəlmək mümkündür. 

Əvvəldə  :  kartof,  kabinet,  kadr,  kolxoz,  kombayn,  kulinariya,  kalori,  kataloq,  kafe, 

katorqa, karabin 

Ortada  :  traktor,  xarakter,  akademiya,  akasiya,  makaron,  makara,  makulatura, 

doktorantura, dekan 

Son  hecada:  texnika,  mexanika,  leksika,  dinamika,  hidravlika,  fizika,  lirika,  etika, 

estetika 

Ərəb mənşəli sözlərdə bəzən sözün sonundakı ` q` samiti ` k**` kimi tələffüz olunur: 

aşi(k**),  ittifa  (k**),  şəfə  (k**),  üfü  (k**),  mara  (k**),  məxlu(k**),  ha  (k**),  layi 

(k**) 

25. G (g) samiti dilortası, partlayan, cingiltili samitdir. Bu samit sözün əvvəlində, 



ortasında və sonunda işlənir. 


 

11 


Əvvəldə : gəmi, gəlir, gəlin, gümüş, gülüş, gilas, gavalı, günəbaxan, gəzinti, Günəş, 

gül 


Ortada : əgər, cərgə, əsgər, sərgi, hörgü, mürgü, sürgün, gərgin, əzgin, əzgil, bölgü, 

ölgün, nərgiz 

Axırda : zəng, səhəng, pələng, əhəng, ahəng, ləng, çələng, fişəng, rəng, dəng, təng 

Nümunələrdən  göründüyü  kimi  söz  sonunda  `g`  samiti  `n`  səsindən  sonra  gəlir  və 

bir qədər kar tələffüz olunur. 

26. Y (y) - dilortası, sürtünən, cingiltili tələffüz olunur. Bu samitə sözün əvvəlində, 

ortasında və axırında rast gəlmək mümkündür. 

Əvvəldə : yay, yaz, yer, yat, ye, yüz, yetmiş, yemiş, yürüş, yüksək, yelləncək, yəqin, 

yaşıl, yaxın, yumurta, yarpaq 

Ortada : düymə, qiymə, əyinti, yeyinti, səyyah, dəyər, meyvə, eyvan, leylək, təyyarə, 

məyus, əyyaş, çeynə 

Axırda: yay, ay, say, çay, tay, may, lay, şey, key, dəy, səy, iy, zəy, zay, qoy, soy, toy, 

doy, boy, göy, söy, öy, döy 

Sonu  k*  ilə  bitən  sözlər  danışıqda        `y`    kimi  tələffüz  deyilir:  çörəy,  ürəy,  dirəy, 

çiçəy, gərəy 

27. T  (t)  -  dilönü,  partlayan,  kar  samitdir.  Bu  samitə  sözün  əvvəlində,  ortasında  və 

axırında təsadüf edilir. 

Əvvəldə : top, təranə, təmiz, tərif, təklif, təmir, tarix, təqvim, təşkil, təsdiq, tur, tor, 

tox, tir, tük, tale, tabe 

Ortada:  ətir,  ətraf,  atəş,  qatar,  satış,  atışma,  qatıq,  satlıq,  artıq,  qatar,  çatlaq,  hətta, 

çatı, çətir 

Axırda:  at,  ət,  ot,  sürət,  cürət,  hərəkət,  cəsarət,  hərarət,  həqarət,  həyat,  lətafət, 

nəzakət 

Sözün sonunda bəzən `t` samiti düşə bilər: dostlar – doslar, rast gəldim – ras gəldim, 

sərbəst danışır – sərbəs danışır 

28.  D  (d)  -  dilönü,  partlayan,  cingiltili  samitdir.  Bu  samitə  sözün  əvvəlində, 




 

12 


ortasında və sonunda rast gəlinir.  

Əvvəldə : daş, diş, divar, dava, diqqət, dəvət, dəhşət, demokratiya, duman, düşmən, 

dilək, dəllək, dost, doğma, dolu 

Ortada  :  adaş,  addım,  qədəm,  adil,  adi,  ada,  sadə,  ədəb,  ədalət,  əda,  hədə,  zədə, 

mədə, hədər, nədən, hədis, hədyan 

Axırda : dad, yad, ad, şad, murad, sənəd, vəd, qədd, rədd, sədd, kənd, bənd, sərhəd, 

dərd, ud, qurd, mərd 

Sözün sonunda bəzən `d` karlaşır və `t ` kimi tələffüz olunur: kənddən – kən(t)dən, 

qəndsiz – qən(t)siz, buludlar – bulu(t) lar 

Đrəli  assimilyasiya  nəticəsində  şəkilçinin  birinci  səsi  olan  `d`  səsi  `n`-ə  çevrilir: 

məndən – mənnən, səndən – sənnən, dilindən – dilinnən, əlimdən – əlimnən 

29.  S  (s)  –  dilönü,  sürtünən,  kar  samitdir.  Sözün  əvvəlində,  ortasında  və  sonunda 

təsadüf edilir. 

Əvvəldə : sərin, səhər, səhifə, səthi, süd, sərgi, satış, səmimi, səhəng, sivri, sirr, səmt, 

səksəkə, sükut, sülh, sünbül 

Ortada  :  həsəd,  həsir,  həsrət,  məsləhət,  miskin,  məskən,  məsrəf,  kəsir,  nəsihət, 

məsnəvi, musiqi, hesab, məsəl, misal, məsdər, əsmər 

Axırda: yas, tas, iclas, ixtisas, mütəxəssis, xəsis, məclis, təcnis, həris, məyus, tərxis, 

bais, rəis, təsis,  

30. Z (z) – dilönü, sürtünən, cingiltili samitdir. Bu samit sözün əvvəlində, ortasında 

və axırında işlənir. 

Əvvəldə  :  zəli,  zərif,  zəlil,  zəhmət,  zəhlə,  zümrə,  zürafə,  ziyafət,  zarafat,  zəmanət, 

zərf, zikr, zülal, zəhər, zurna, zənn, zalım 

Ortada : azad, azar, əzəl, nəzər, məzar, mizan, nazir, hazır, xəzəl, xəzan, lazım, doza, 

dərzi, dəryaz, qazmaq, qazıntı, sızıltı, vızıltı 

Axırda  :  az,  yaz,  saz,  qaz,  daz,  naz,  namaz,  taraz,  nasaz,  uzundraz,  kağız,  saqqız, 

arsız, saysız, ağız, üz, bəniz, kəniz, ləziz, kəhriz, dəhliz 

31.  Ş  (ş)  -  dilönü,  sürtünən,  kar  samitdir.  Sözün  əvvəlində,  ortasında  və  axırında 




 

13 


işlənir. 

Əvvəldə : şar, şor, şit, şən, şad, şəlalə, şücaət, şimal, şərq, şərik, şam, şan, şal, şeir, 

şair, şəfqət, şəfa, şirə, şər, şərait, şərəf 

Ortada  :  məşəl,  məşhur,  məşəqqət,  mişar,  dəhşət,  vəhşi,  məşriq,  nəşə,  kəşf,  əriştə, 

arşın, kəşfiyyat, nəşriyyat, müştərək 

Axırda : daş, aş, qaş, barış, qaçış, bardaş, sirdaş, yoldaş, qardaş, həmyaş, yaş, qarış, 

yarış, satış, duruş, çavuş, oynaş, savaş 

32.  J  (j)  -  dilönü,  sürtünən,  cingiltili  samitdir.  Bu  samitə  bir  sıra  alınma  sözlərin 

əvvəlində, ortasında və axırında rast gəlmək mümkündür. 

Əvvəldə: jalə, jaket, jurnal, jüri, jele, jilet, jandarma, jest, jalüz, jarqon 

Ortada : əjdaha, Əjdər, ajan, ajiotaj 

Axırda : masaj, pasaj, mesaj, qaraj, ajiotaj, trikotaj, reportaj, dublyaj, kortej, şarj, 

tiraj, personaj, metraj, şantaj, arbitraj, baqaj, drenaj, ekipaj, plyaj, manej, çertyoj 

33. Ç (ç) - dilönü, partlayan, kar samitdir. Bu samitə sözün əvvəlində, ortasında və 

təkhecalı sözlərin axırında rast gəlinir. 

Əvvəldə : çay, çadır, çadra, çiçək, çəmən, çörək, çiskin, çəllək, çöp, çubuq, çibin, 

çopur, çiyələk, çətir, çətin 

Ortada  :  açar,  qaçış,  açılış,  hərçənd,  saçaq,  parça,  alça,  dolça,  boxça,  sərçə,  bağça, 

taxça, keçid, haça, naçar, düçar 

Axırda : aç, qaç, saç, uç, üç, iç, keç, seç, ölç, xaç, qıç, maç, heç, peç, qoç, köç, matç, 

puç, suç 

34.  C  (c)  –  dilönü,  partlayan  və  cingiltili  samitdir.  Sözün  əvvəlində,  ortasında  və 

sonunda təsadüf edilir. 

Əvvəldə  : cavan,  can,  calaq,  cücə,  cücərti,  cecə,  cib,  corab,  cavab,  coşqun,  cərimə, 

cizgi, cüllüt, cürbəcür, cıdır, cadu, cəm 

Ortada  :  yonca,  ancaq,  qoca,  uca,  əcəl,  əlcək,  hicab,  şəcərə,  pəncərə,  səcdə,  hacı, 

güclü, gücsüz, şücaət, hücum 

Axırda  :  ac,  həcc,  bac,  sac,  uc,  güc,  öc,  tac,  qaxac,  ağac,  kirəc,  borc,  oruc,  tıxac, 




 

14 


sıxac, əlac, umac, xərac, hərrac, bic, gic 

Çoxhecalı sözlərin sonunda `C` səsi bir qədər kar tələffüz olunur: ağa(ç), yalava(ç), 

çəki(ç), kərpi (ç) və s. 

Dissimilyasiya  nəticəsində  sözün  axırında  gələn  `C`  səsi  `D`  səsi  qarşısında  `J`  ilə 

əvəz olunur: ağa (j) dar, bi(j)diy, gü(j)dü, kərpi(j)dən və s. 

35.  N  (n)  –  dilönü,  burun,  sonor,  cingiltili  samitdir.  Bu  samitə  söz  əvvəlində,  söz 

ortasında və söz axırında rast gəlmək mümkündür. 

Əvvəldə  :  nənə,  nanə  nərd,  naz,  nazik,  nazir,  nəzir,  nəfis,  naşir,  nalə,  nadir,  natiq, 

nur, nöqtə, nöqsan, naxoş, naxır 

Ortada  :  ana,  ənənə,  anım,  qanlı,  şanlı,  and,  səndəl,  gənclik,  geniş,  eniş,  yanıq, 

bulanıq, sinif, sınıq, şənlik, dənlik 

Axırda : an, san, qan, yan, aman, saman, yaman, dan, can, zaman, ümman, duman, 

güman, uran, Quran, çəmən 

Geri  assimilyasiya  nəticəsində  söz  ortasında və  sözün  axırında  gələn  `N`  səsi  `M ` 

ilə əvəzlənir: zə(m)bil, sü(m)bül, şə(m)bə, gü(m)bəz, tə(m)bəki, qa(m)maz, di(m)məz və 

s. 


36.  L  (l)  -dilönü,  dil-diş  samitidir,  dildə  süzgün  və  cingiltili  tələffüz  olunur.  Bu 

samitə sözün əvvəlində, ortasında və axırında rast gəlmək mümkündür. 

Əvvəldə  :  lalə,  leylək,  lil,  limon,  lətifə,  laləzar,  ləng,  lərzə,  lülə,  lək,  ləzzət,  lirik, 

nikbin, nisbət, nimdaş, nərd 

Ortada  :  ələk,  əlləş,  əlbir,  əlbəttə,  qələm,  qələt,  mələz,  məlhəm,  sələm,  tələ,  şələ, 

dələ, kələk, dəllək,  

Axırda: əl, gəl, dəl, vəl, ol, qol, qul, qızıl, atıl, bal, şal, zal, dal, mal, qal, yal, lal, kol, 

yol, əcəl, keçəl, böl, göl, gül,  

Tələffüzdə  dəyişikliyə  çox  məruz  qalan  səslərdən  biridir.  `L`  səsi  assimilyasiya 

nəticəsində  `T`,  `D`, `S`,  `Z`,  `Ş`,  `N`, `M`,  `P`  səslərindən  sonra  həmin  səslərə, ya da 

artikulyasiyasına  görə onlara yaxın olan səslərə keçir [ 11, s. 91]. 

37. R (r) - dilönü, dil-diş, süzgün və cingiltili samitdir. Sözün əvvəlində, ortasında və 




 

15 


axırında müşahidə olunur. 

Əvvəldə: rayon, rica, rəis, radio, ramazan, rəhmdil, rəhbər, rəndə, ruzi, rəzil, rəmz, 

rahat, rəml, ruh, ruhani, rəbb 

Ortada : arzu, arvad, arxa, arıq, artıq, armud, arı, arsız, araqarışdıran, araq, ərən, ərp, 

ərik, ərzaq, ərli, ertə, ürkək 

Axırda: ar, ər, vur, bur, sür, bar, tar, yar, qar, şar, dar, nar, qur, dur, açar, qatar, zər, tər, 

dər, şər,çar, çəpər təhər, şəhər 

38. F (f) dodaq-diş samiti, sürtünən, kar. Daha çox alınma sözlərdə söz əvvəlində, 

ortasında və axırında rast gəlinir. 

Əvvəldə : fəhlə, fikir, fağır, futbol, fizika, fəlakət, fərəh, fənn, fərd, fiqur, fəhm, 

fərasət, familiya, filologiya, fəlsəfə  

Ortada: dəftər, dəfə, səfər, həftə, zəfər, nəfər, məftil, məftun, təfərrüat, təfsir, səfil, 

qəfil, ifrat, dəfinə, zəfəran 

Axırda: dəf, zərif, lətif, hədəf, tərəf, hərf, sərf, məsrəf, əşrəf, ətraf, şərəf, rəf, zərf, 

kəşf, maarif, arif, tərif 

39. V (v) – dodaq-diş samiti, sürtünən, cingiltili. Sözlərin əvvəlində, ortasında və  

axırında rast gəlinir. 

Əvvəldə: Vətən, vətər, vəzəri, vəzir, vücud, var, vur, vuruş, vida, viza, vəd, vüqar, 

vüsal, vəcd, vərəsə, varis, vaxt 

Ortada : sərvət, dövlət, dəvət, məhvər, əhval, əhvalat, dava, avand, avara, məvacib, 

müvazinət, dərviş, şəhvət, qüvvət 

Axırda: sev, ev, qov, alov, ov, div, Murov, zınqırov, çalov, dəlisov, növ, səhv, əfv, 

ləğv, məhv, arxiv, massiv, passiv, aktiv, reaktiv, tilov, oxlov, plov 

40. P (p) – qoşadodaq, partlayan, kar samitdir. Bu samitə söz əvvəlində, ortasında və 

daha çox təkhecalı sözlərin sonunda təsadüf edilir. 

Əvvəldə: papaq, palıd, pul, parıltı, pudra, peç, puç, pələng, pişik, pərt, pambıq, 

palaz, pak, parıltı, pıçıltı, pomidor 

Ortada : hampa, lampa, süpürgə, öpüş, apar, ürpəş(mək),çəpər, təpər, arpa, zopa, 




 

16 


topa, küpə, köpük, qəpik, qəlpə, ləpə 

Axırda: qulp, ərp, çöp, qap, sap, yap, öp, qop, top, çap, lap, tap, çəp, ip, kip, qrip, tip, 

qəlp, gop, izotop, köp, turp, qrup 

41.  B  (b)  –  qoşadodaq,  partlayan,  cingiltili  samitdir.  Sözün  əvvəlində,  ortasında  və 

sonunda işlənir. 

Əvvəldə : baba, bala, balaca, baş, buket, banket, baxış, bat (maq), barmaq, burmaq, 

buz, burun, boz, bülbül, balta, bazar, barıt, birlik 

Ortada : xəbər, araba, xaraba, zərbə, zorba, torba, mübarizə, məbləğ, əbədi, məbəd, 

şəbəkə, qübar,    növbə, şöbə, tövbə 

Axırda  :  ərəb,  qərb,  ədəb,  zərb,  tələb,  səlib,  qürub,  təb,  dəb,  ləb,  doşab,  dolab, 

məzhəb, ləqəb, vacib, nəcib, rəqib 

42.  M  (m)  –  qoşadodaq,  burun  samiti,  cingiltili.  Sözün  əvvəlində,  ortasında  və 

sonunda müşahidə olunur. 

Əvvəldə  :  mən,  mərkəz,  mədən,  müzakirə,  müşahidə,  müsahibə,  maral,  məşəl, 

məktəb, məktub, məşhur, miras, məsləhət 

Ortada  :  hamı,  həmən,  mamır,  məmur,  dəmir,  təmir,  kamil,  şamil,  zəmi,  zaman, 

duman, aman, əmanət, camaat, tamam, kaman 

Axırda  :  tam,  kam,  şam,  dam,  salam,  adam,  qədəm,  sələm,  qələm,  nəm,  haram, 

məram, davam, aram, lazım, taqım, anım 

 Fonemlərin  səciyyəvi  fono-akustik,  anatomik-fizioloji  xüsusiyyətlərinin  

(əlamətlərinin) kodlaşdırılması: 

 

 Fonemlərin  səciyyəvi  fono-akustik,  anatomik-fizioloji  xüsusiyyətlərinin  hərtərəfli 



tədqiqi və universal kodlaşdırma  səsin tanınması sistemlərində tətbiq oluna bilər. Səsin 

yazıya  (mətnə)  və  yazının(mətnin)  səsə  çevrilməsi  sistemlərində  Azərbaycan 

fonemlərinin fono-akustik  xüsusiyyətlərindən faydalanmaq olar. 

 Fonemlərin fono-akustik, anatomik-fizioloji əlamətlərinin  kodları aşağıdakılardır: 

1. Sait və ya samit  



 

17 


 ( v c + -) 

2.Saitin uzunluğu : qısa, uzun, diftonq, neytral 

 (vlng s l d a 0 ) 

3. Saitin ucalığı (tonu) : uca(yüksək), orta, aşağı(alçaq) 

 (v height 1 2 3 0) 

4. Saitin önlüyü (mövqeyi): ön, orta, arxa 

 (v front 1 2 3 0) 

5. Dodaqlanması: dodaqlanan, dodaqlanmayan 

 (v rnd + - 0) 

6.  Samit  tipi:  dayanıqlı,  sürtünən(frikativ),  affrikat,  burun,  lateral(dilyanı), 

approximant 

 (ctype s f a n l r 0 ) 

7.  Artikulyasiya  (məxrəc)  yeri:  dodaq,  alvelyar(diş  yuvaqları),  damaq,  dodaq-diş, 

diş, velyar(damaqarxası), udlaq 

 (cplace I a p b d v g 0) 

8. Samitlərin tələffüzü: cingiltili, kar 

 (c vox + - 0 ) 

 

 Azərbaycan  dili  fonemlərinin  səciyyəvi  fono-akustik,  anatomik-fizioloji  əlamətləri  əsasında 



tərtib olunmuş cədvəl : 

 

S/  Fonemlə



Sait/ 

Samit 

Uzunluq 

Ton 

Mövqe  Dodaq-

lanma 

Samit 

tipi 

Artikul-

yasiya 

Tələffüz 









a: 








ə (aa) 









ə: (aa) 
















e: 








ı (ii) 

















i: 








10 









11 

o: 








12 

ou 









13 

ö (oo) 









 

18 


14 

ö: (oo) 








15 

öü(oouu) 







16 









17 

u: 








18 

ü (uu) 









19 

h(he) 








20 

q(qe) 









21 

x(xe) 








22 

ğ(ğe)-(qq) 







23 

k(ke) 








24 

k(ka) 









25 

g(ge) 








26 

y(ye) 









17 

t(te) 








28 

d(de) 









29 

s(se) 








30 

z(ze) 









31 

ş(şe) 








32 

j(je) 









33 

ç(çe) 








34 

c(ce) 









35 

n(en) 








36 

l(el) 









37 

m(em) 








38 

r(er) 









39 

f(fe) 








40 

v(ve) 









41 

p(pe) 








42 

b(be) 









 

 

Cədvəl beynəlxalq sistemdə qəbul olunmuş 8 ən mühüm fono-akustik və anatomik-



fizioloji əlamət əsasında tərtib olunmuşdur. 

Đ

stifadə olunmuş ədəbiyyat 

1.

 

A.A.Kibrik,  E.R.Tenishev,  E.A.Poceluevskij,  and  I.V.Kormushin.  1997  Jazyki 



mira: Tjurkskie jazyki [Languages of the world: Turkic languages]. Moscow: Indrik. 542 

p. 


2.

 

“Azərbaycan  Respublikasında  dövlət  dili  haqqında” Azərbaycan  Respublikasının 



Qanunu (

http://files.preslib.az/projects/remz/pdf/atr_dil.pdf

3.

 



Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə 

və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası 




 

19 


Prezidentinin Sərəncamı (

http://president.az/articles/4934

4.

 



Fatullayev R, Abbasov A, Fatullayev A. 2008c. Dilmanc is the 1st MT system for 

Azerbaijani.  In: Proc. of SLTC-08, Stockholm, Sweden, pp.63-64 

5.

 

Abbasov A, Fatullayev A. 2007. The use of syntactic and semantic valences of the 



verb  for  formal  delimitation  of  verb  word  phrases.  In:  Proc.  of  L&TC’07,  Poznan, 

Poland, pp. 468-472 

6.

 

Fatullayev R, Abbasov A, Fatullayev A. 2008a. Set of active suffix chains and its 



role  in  development  of  MT  system  for Azerbaycani.    In:  Proc.  of  IMCSIT-08,  Wisla, 

Poland, pp.363-368 

7.

 

Fatullayev R, Abbasov A,  Fatullayev A.  2008b.  Peculiarities  of  the development 



of the dictionary for the MT System from Azerbaijani.  In: Proc. of EAMT-08, Hamburg, 

Germany, pp.35-40 

8.

 

Axundov  A.  Azərbaycan  dilinin  fonemlər  sistemi  (Fizioloji,  akustik,  statistik, 



fonoloji tədqiqat təcrübəsi). Bakı, “Maarif”, 1973.-304 s. 

9.

 



Azərbaycan dilinin orfoqrafiya lüğəti. 6-cı nəşr. Bakı, “Şərq-Qərb”  Nəşriyyat evi, 

2013.-840 s. 

10.

 

Mahmudov M. Kompüter dilçiliyi. Bakı ,” Elm və təhsil”, 2013.-356 s. 



11.

 

Müasir  Azərbaycan  dili.  I  cild.  Fonetika,  əlifba,  orfoqrafiya,  orfoepiya, 



leksikologiya. Bakı, “Elm”,1978.-322 s. 

 

 



 

 

 



 

 

 



                                 

А

.ФатуллаевМ.МахмудовР.МамедовР.Фатуллаев,  




 

20 


Т

.МамедовС.Аббасов 

Система


 озвучивания текста и фоно-акустический  блок фонем 

азербайджанского



 языка 

Резюме


  

 

В  статье   

впервые  анализируются  акустические  и 

анатомо-


физиологические    особенности  фонем  азербайджанского  языка  в  связи  с 

созданием    компьютерной  программы  (TTS-Text-To-Speech)  озвучивания 

текста    человеческим  голосом.  На  основе    этого  подготовлена  уникальная 

таблица. Эта  таблица и полученные  результаты используются  для создания 

и  усовершенствования    и  создания    системы  озвучивания  текстов  в 

азербайджанском языке.  

Работа осуществлена при финансовой поддержке  Фонда Развития Науки  

при Президенте Азербайджанской Республики. 

 

A.Fatullaev, M.Mahmudov, R.Mamedov,  R.Fatullaev, 

 T.Mamedov, S.Abbasov 

The system of voicing of the text and phone-acoustic block  

 of the phonemes of the Azerbaijani language 

Summary 

In the article for the first time has been investigated the computer programmei 

(TTS-Text-To-Speech)  of  voicing  by  humans  of  texts  and  in  connection  with  it 

acoustic and  anatomical-physiological peculiarities have been determined  and on 

this base a unic table  has been prepared. On the basis of this table and the results 

it  will  be  possible    to  voice  the  texts  of   Azerbaijani  language    and    provide  a 

formation  and  further development of this sphere. 

This  work  has  been  realized  by  the  Fund  of  Scientific  development  with  the 



finance suppat of the President of the  Azerbaijan Republic. 

Yüklə 166,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə