Terror doc



Yüklə 249,36 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix14.04.2018
ölçüsü249,36 Kb.
#38451
  1   2   3   4   5   6   7


Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

www.qesam.org 

 

 





 YAQUB  YAQUBOV 

deputychairman@qesam.org

 

 

 

TERRORİZM VƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR  

(ERMƏNİ TERRORUNUN FAKTLARI ƏSASINDA)

 

 

“Terror” məfhumunun dildə hər gün istifadə edilən mənasından daha geniş bir anlamı var. Gü-

nümüzdə “terror” məfhumu adətən radikal ideoloji qruplar tərəfindən aparılan silahlı mübarizəni ifadə 

edir.  “Terror”  sözünün  tərcüməsi  “qorxutma”  mənasına  gəlir.  Ancaq  bu  qorxutma  olduqca  böyük 

həcmlidir və insanların bütün həyatını əhatə edəcək qədər bir qorxu vəziyyətini və təzyiq göstərməyi 

ifadə edir. Terror insanları ruh düşkünlüyünə salmaq yolu ilə onlara müəyyən düşüncə və davranışları 

mənimsəmək  üçün  ağır  və  sistemli  bir qorxunu  və bu  qorxuya səbəb  ola  biləcək  hər  cür  təcavüzkar 

metodu  əhatə  edir.  Ancaq  bu  vəziyyətdə  terrorun  istiqamətləndiyi  hədəf  dolayı  yolla  və  ya  birbaşa 

xalqın özüdür. Bir terror təşkilatı xalqı öz yanına çəkə bilmək üçün güc tətbiq edir. Əldə edəcəyi qor-

xunun ona güc verəcəyini, bu güc sayəsində də xalqın, ya da çox vaxt xalqın bir hissəsinin ona kömək 

edəcəyini  düşünür. Sözügedən bu terror növü “terror” deyiləndə ilk başa düşülən şeydir və “sol ter-

ror”  olaraq tanınır.

1

 Ancaq bir də üçüncü dünya ölkələrində rastlanan və diktator rejimlər tərəfindən 



tətbiq  edilən  terror  var.  Əslində  buradakı məntiq  sollar  tərəfindən  tətbiq  olunan terrorun  məntiqinin 

daha böyük şəkildən başqa bir şey deyildir. İqtidara sahib olan hakimiyyət və ya diktator təzyiq edən 

və  başçıdır,  o, öz  iqtidarından  sadəcə  olaraq  şəxsi  mənfəəti üçün  istifadə etməkdədir.  Buna  görə  də 

onlar müxtəlif ictimai müxalifətlərlə qarşı-qarşıyadır. Terror təşkilatları müdafiə etdikləri ideologiyaya 

bağlı olaraq, haqsızlıq və zülm etdiklərini düşündükləri idarəçiləri aradan qaldırmaqla daha xoşbəxt və 

ədalətli bir həyat tərzinə çatmaq istədiklərini irəli sürməkdədir. Terror mövzusu günümüzün ən aktual 

mövzularından biri olmaqla yanaşı, həm də müasir dünyanın ən ağrılı bəlasıdır. Bəzi dövlətlər uzun il-

lərdir ki, öz daxilində terrorizmlə mübarizə aparır. Əksər hallarda terror hadisələri ayrı-ayrı ölkələrin 

daxilində cərəyan etdiyi üçün bu mövzu beynəlxalq aləmi bir o qədər ciddi narahat etmirdi. Lakin son 

bir  neçə  ildə  terrorizm  ölkə  sərhədlərini  aşaraq  beynəlxalq  aləmi  ciddi  narahat  etməyə  başlamışdır. 

Beynəlxalq terrorizmin seçdiyi hədəflər sivilizasiyanın təməlləri olan demokratiya, insan hüquqları və 

elmi-texniki tərəqqidir. Əvvəllər dünya dövlətləri qlobal ölçüdə belə bir təhlükə ilə qarşı-qarşıya qal-

madıqları üçün gözləmək olar ki, yeni dövrdə beynəlxalq terrorizmlə mübarizə zəruriyyəti ölkələr ara-

sında  yeni  münasibətlər  formasını  ortaya  çıxaracaq  və  beynəlxalq  sistemin  yenidən  formalaşmasına 

yol açacaq.

2

 



Terror və terrorizm kəlmələri dövri mətbuatda eyni mənanı ifadə edən kəlmələr olaraq işlədilir. 

Ancaq bu iki kəlmə arasında cinayətin xarakterini təyinetmə baxımından fərqlər var. Terrorizm, siyasi 

məqsədlər üçün həyata keçirilən təşkilatlanmış, sistemli və daimi olaraq terroru vasitə olaraq mənim-

səyən  strateji  mübarizə  metodudur.  Buna görə  də  bir-biri ilə rabitəsi  olmayan ayrı-ayrı terror aktları 

hələ terrorizm  demək deyil. Terrorun terrorizmə çevrilməsi üçün bu  şərtlərin mövcudluğu zəruridir. 

Həmin şərtlər arasında yer alan siyasi ünsürün hər hansı bir şəkildə terrorla əlaqəli olması vacib deyil. 

Terrorçuların  arxasına sığındığı, amma  əslində terror kimi  çirkin cinayətləri tamamən pisləyən və bu 

                                                        

1

 Harun Yəhya. İslam terroru lənətləyir. B., 2003, səh.69. 



2

 Kazımlı E. Bəşəriyyətin yeni bəlası—beynəlxalq terrorizm.//“Dirçəliş-XXI əsr”, N 50, aprel, 2002, səh.125. 




Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

www.qesam.org 

 

 



kimi halları qəbul etməyən bəzi ideologiyalar da var.

1

 Xüsusən, son günlərdə islama istinadən törədi-



lən bir sıra terror aktları bu qəbildəndir.  

Terrorizmin beynəlxalq səviyyədə əks-səda doğurması, əsasən 60-cı illərin ikinci yarısından eti-

barən  Avropa  və  Uzaq  Şərqdəki  qeyri-leqal  kommunist  təşkilatların  bombalama  və  təyyarəqaçırma 

hadisələri ilə birlikdə başlanmışdır.  

Beynəlxalq terrorizmi icraçıları baxımından da təsnif etmək mümkündür: dövlət tərəfindən dəs-

təklənən terrorizm, dövlət terrorizmi və müstəqil terrorizm. Dövlət terrorizmi bir və ya bir neçə döv-

lətin  başqa  bir  dövlətə  qarşı  istiqamətləndirilmiş  terrorçuluq  fəaliyyətidir.  Dövlət  tərəfindən 

dəstəklənən  terrorizm  isə  bir  və  ya  neçə  dövlətin  başqa  bir  dövlətə  qarşı  terror  tətbiq  edən  qrupu 

dəstəkləməsidir.  ABŞ-ın  əlaqədar  rəsmi qurumları  Dünya  Ticarət  Mərkəzində törədilən terror aktını 

dövlət tərəfindən dəstəklənən terror aktı kimi izah edirlər. Əfqanıstandakı Taliban rejimi terror aktını 

törətməkdə  ittiham  olunan  Əl-Qaidə  təşkilatına  dəstək  verməkdə  günahlandırılmışdır.  ABŞ  Taliban 

rejimindən  müqəssirləri  təhvil  verməsini və  terrorçuları  himayə etməməsini istəmişdir. Nəzərdə tutu-

lan müddət ərzində Taliban rejimi lazımi tədbirləri görmədiyi üçün ABŞ və müttəfiqləri silahlı qüvvə-

lərdən istifadə edərək Əfqanıstana müdaxilə etmişdir. ABŞ-ın ölkə təhlükəsizliyi baxımından qarşılaş-

dığı təhlükə  ilə  Azərbaycanın  Qarabağda  üzləşdiyi  problem arasında analoji bənzərlik görmək müm-

kündür. Ancaq  Azərbaycan  ABŞ-dan fərqli olaraq, sadəcə dövlət tərəfindən dəstəklənən terrorizmlə 

deyil, eyni zamanda dövlət terroru ilə də qarşı-qarşıyadır.

2

 Beynəlxalq terrorizmlə mübarizədə qarşıya 



çıxan ən böyük problemlərdən biri terror kəlməsinin hüquqi izahıdır. Beynəlxalq miqyaslı hər hansı bir 

hadisənin səbəbkarı olan şəxs və ya şəxslərin bir dövlətdə qəhrəman, digər dövlətdə isə terrorçu kimi 

qələmə verilməsi mümkündür. Bu da öz növbəsində terrorizmlə bağlı beynəlxalq hüquq normativləri-

nin yaranmasına əngəl törədir.

3

 Terrorizmin bütün dünya dövlətləri tərəfindən və yaxud böyük əksə-



riyyəti  tərəfindən  qəbul  edilən  müştərək  izahı  yoxdur.  Dövlətlərin  terrorizmlə  bağlı  mövqelərindəki 

fərqliliyi  göstərmək  üçün  1936-1981-ci  illər  arasında  109  fərqli  izahın  olduğunu  bilmək  kifayətdir. 

Hətta eyni  dövlətlərin  müxtəlif  vaxtlarda  fərqli izahlarına da rast gəlmək mümkündür. ABŞ-ın rəsmi 

sənədlərində  bu  mövzuda  altıdan  çox  fərqli  yanaşma  mövcuddur.  Meqa-terrorizm,  super-terrorizm, 

kütləvi  qırğın  silahlı  terrorizm  (terrorizm  of WMD)  və son  günlərdə  tez-tez  işlədilən  dağıdıcı  terro-

rizm  (Catastrorhic  terrorizm)  bunlara misal ola bilər. Belə hallar BMT-nin sənədlərində də öz əksini 

tapıb. Avropa Şurasında terrorizm mövzusunda bir sıra görüşlər olmuş və qərarlar alınmışsa da, ter-

rorizmin  izahı  ilə  bağlı  qeydlərə  rast gəlmək mümkün  deyil.  Beynəlxalq terrorizmin izahı problemini 

ortadan qaldırmaq üçün dünyanın müxtəlif elmi mərkəzlərində araşdırmalar aparılır və təkliflər ortaya 

atılır.  Məsələn,  Brian  Oenkins  yazdığı  “International  Terrorizm  and  New  Mode  of  Conflict 

International terrorizm and World Security” adlı kitabında təklif olunan izah belədir: “Beynəlxalq ter-

ror, qəbul edilmiş və qüvvədə olan beynəlxalq normativlər, diplomatik qaydalar və müharibə qaydala-

rını pozaraq həyata keçirilən mövcud sistemə qarşı yönəldilmiş və şiddətə, zora əsaslanın davranışlar-

dır”. Dövlət beynəlxalq terrorizmin izahı mövzusunda ümumi mövqeyə gələrsə, bu problemin həllində 

çox mühüm irəliləyişlər olar. 

Çox zaman terrorizmə aparan yol “böyük ideyalardan” deyil, “yaxın əhatənin” təsirindən başla-

yır. Başqa sözlə desək, gələcək terrorçunun məlum seçimində fərdi siyasi əxlaqından daha böyük rolu 

onu  əhatə  edən  lokal  siyasi  mühit  oynayır. Məsələn, cavan adam  (tutaq ki, Belfosdan və ya Beyrut-

dan)  görür  ki,  onunla  eyni  etnik  qrupdan  olan  dostları  və  ya  qohumları  hərbi  əməliyyatlarda  iştirak 

edirlər.  Bu  halda  onun  kənarda  qalması  bir  daxili  gərginlik  yaradır.  Onu  hətta  qorxaqlıqdan  tutmuş 

xəyanətkarlığa  qədər  məsələlərdə  ittiham  edə  bilərlər.

4

  Deməli,  terrorizm  dinamikasında  qrup  daha 



mühüm komponentdir, nəinki fərd. Çoxları ona görə terrorist təşkilatlarına qoşulurlar ki, həmfikirləri 

cəmiyyətinə  bir  zərurət  hiss  edirlər.  Qrup  bu  şəraitdə  fərd  üzərində  intəhasız  hakimiyyət  əldə  edir. 

                                                        

1

 Малышева Д. После “черного вторника”. Ислам и терроризм в России и СНГ.//МЭМО, N 3, 2002, стр.29. 



2

 Юрин А.Б. США наступит год “слона”//Международная жизнь, N 12, 2002, стр.37. 

3

 Тейлор Ф.К. Терроризм: полемика и контрмеры США//www.usinfo.state.gov (journals). 



4

 Cordes B. Armenian теrrоrisм in America. Sympozium on international теrrоrisм. Ankara, Turkey (Ankara 

Universitu Press), 1984, р.142. 



Yüklə 249,36 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə