Tərtər Bölgə Təcrübə Stansiyası
Direktor: Həşimova Həqiqət Cavanşir qızı (müvəqqəti həvalə edilib )
Baş mühasib: Zeynalov Teymur Məzahir oğlı
Bitki seleksiyası və toxumçuluğu şöbəsi
Şöbə müdiri: Şərbətov Saleh İmanqulu oğlu
Abbasov Vaqif Əlasdan oğlu- elmi işçi
Nəzərov Bəhruz Bayram oğlu –elmi işçi
Qasımova Zəminə Vahid qızı – aqronom
Əliyev İntiqam Əli oğlu - aqronom
Orucova Familə Dilən qızı – aqrotexnik
Şahbazov Bəxtiyar Şahmar oğlu– aqrotexnik
Babayev Aynur İmran oğlu- aqrotexnik
Qasımov Səyyar Vəli oğlu- aqrotexnik
Şahbazov Rəfiqə Tahir qızı- aqrotexnik
Abbasova Minarə Əlastan – aqrotexnik
Əhmədova Fatma Həqiqət qızı- aqrotexnik
Ağayarova Havvaxanım Savalan qızı- aqrotexnik
Toxumçuluq şöbəsi
Şöbə müdiri: Abdullayev Ayaz Abdulla oğlu
Mehdiyev Ziyəddin Bahməli oğlu-elmi işçi
Məhərrəmov Arif səlim oğlu-kiçik elmi işçi
Səfərov Valeh Əsgər oğlu-aqronom
İbrahimov Elnur Tofiq oğlu- böyük aqrotexnik
Şaşayev Elyar Məhəmməd oğlu-aqrotexnik
Qurbanova Ülviyyə Rəhman qızı-aqrotexnik
Becərmə texnologiyası şöbəsi
Şöbə müdiri: Səfərov İlqar Nazim oğlu
Mizai Gülnar Rafiq qızı-elmi işçi
Məhərrəmov Mayıl Hümbət oğlu-aqronom
Talıbov asif Məhəmməd oğlu-aqrotexnik
Xəmimi Həbibova Məlahət Abbas qızı-aqrotexnik
Qarayev Ofeliya Xəlil qızı-aqrotexnik
Rəcəbov Seymur Bəhmən oğlu-aqrotexnik
Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin 05 iyun 1956-cı il tarixli 402
nömrəli əmri ilə Azərbaycan ET Əkinçilik İnstitutunun strukturuna daxil edilən
Tərtər Bölgə Təcrübə Stansiyası “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun
tabeliyindəki
elmi-tədqiqat
institutlarının strukturunun təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli
109 nömrəli qərarı və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
30 oktyabr 2015-ci il tarixli 110 nömrəli əmrilə Əkinçilik Elmi-Tədqiqat
İnstitutunun struktur tabeliyində fəaliyyət göstərən büdcədən maliyyələşən və
qismən təsərrüfat hesablı dövlət müəssisəsidir. Əkinçilik Elmi-Tədqiqat
İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasının fəaliyyətinin əsasını elmi-tədqiqat
işlərini yerinə yetirməklə təsərrüfatın rentabelliyinin yüksəldilməsi məqsədilə
institutun rayonlaşmış, aqro-bioloji xüsusiyyətləri və yüksək təsərrüfat
göstəricilərilə fərqlənən dənli, dənli-paxlalı və yem bitki sortlarının ilkin
toxumçuluğunun təşkilini və müxtəlif reproduksiyalı toxumlarının istehsalını
həyata keçirir, taxılçılıqda yüksək məhsulun əldə olunması üçün rayonlaşmış və
perspektiv sortların sort aqrotexnikasını öyrənməklə respublikanın suvarma
bölgələri üçün tövsiyələr verir və institut tərəfindən verilmiş sifariş və digər elmi-
tədqiqat işlərini yerinə yetirir.
Stansiyanın fəaliyyət istiqamətləri aşağıdakılardır:
-dənli, dənli-paxlalı, yem və digər kənd təsərrüfatı bitkilərinin seleksiyası,
toxumçuluğunun inkişaf etdirilməsi sahəsində elmi-tədqiqat işləri aparır və elmi
müəssisələrin nəzəri elmi-tədqiqat işlərinin istehsalata tətbiq edilməsində fəal iştirak
edir;
-nümunəvi əkinçilik və torpaq becərmə sistemini tətbiq etməklə kənd təsərrüfatı
məhsullarının istehsalını artırır, yeni və daha yüksək məhsuldarlığa malik, xəstəliyə
və ziyanvericilərə davamlı dənli, dənli-paxlalı və yem bitki sortlarını yetişdirir;
-Əkinçilik sahəsində qabaqcıl elmi təcrübələri öyrənir, sınaqlarını təşkil edir və
istehsalata tətbiqinin həyata keçirilməsində iştirak edir.
Stansiya öz fəaliyyətində aşağıdakı vəzifələri daşıyır:
-Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş sifariş əsasında elmi-tədqiqat
işlərinin yerinə yetirilməsində bilavasitə iştirak etməklə, onların tərtib olunmuş
metodika əsasında yerinə yetirilməsinə şərait yaradır;
-dövlət reyestrinə daxil olan dənli, dənli-paxlalı və yem bitkilərinin ilkin
toxumçuluğunu təşkil edir;
-Respublikada toxumçuluq fəaliyyəti ilə məşğul olan dövlət və özəl toxumçuluq
təsərrüfatlarını rayonlaşmış dənli, dənli-paxlalı və yem bitki sortlarının orijinal (super
elit və elit) toxumları ilə təmin edir;
-rayonlaşmış dənli, dənli-paxlalı, yem və digər bitki sortlarından suvarma şəraitində
sabit və yüksək məhsul alınmasını təmin edən mütərəqqi becərmə texnolgiyasını,
növbəli əkin sistemini hazırlayır, təkmilləşdirir və tətbiq edir;
-yerli şəraitə uyğun olan elmi-tədqiqat işlərinin nəticələrini və mövcud qabaqcıl
texnologiyanı öyrənir və tətbiq edir;
-institut tərəfindən müəyyən edilmiş kapital qoyuluşu tapşırıqlarının yerinə
yetirilməsini təmin etmək üçün ayrılmış vəsaitlərdən səmərəli istifadəni təmin edir;
-stansiyaya təhkim olunmuş əsas istehsal vasitələrindən, o cümlədən torpaqdan
səmərəli istifadəsini və onun qorunmasını təmin edir;
-institutla razılaşdıqdan sonra müqavilə əsasında fermerlərlə elmi-tədqiqat işləri aparır
və tədqiqatın nəticələrini istehsalata tətbiq etmək üçün qarşılıqlı müqavilələr bağlayır;
-istehsalçılarla istehlakçılar arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə
rayonlaşmış və perspektivli bitki sortlarından ibarət nümayiş əkinlərini təşkil edir.
Stansiyada rayonlaşmış sortların 250 hektar sahədə toxumçuluğu təşkil olunmuşdur.
Hər il burada dənli bitkilərin 500-700 ton yüksək reproduksiyalı toxumu istehsal
olunur ki, o da respublikada fəaliyyət göstərən dövlət və özəl toxumçuluq
təsərrüfatlarına bölgü əsasında verilir.
Stansiyada uzun illər V.N. Qromaçevski, S.V. Rojanovski, V.İ. Ulyanişev, N.V.
Rojanovskaya və başqaları işləmişlər. 1970-ci ildən başlayaraq akademik
C.Ə.Əliyevin rəhbərliyi ilə yeni sortların yaradılması, yüksək reproduksiyalı
toxumların istehsalı üçün aparılan kompleks seleksiya işlərində Ə.C. Musayev,
M.Q. Əhmədov, V.F. İbadov, H.S. Hüseynov, M.H. Seyidov, A.M. Abdullayev,
Z.Ə. Məmmədov, M.N. Mahmudov, M.A. Babayev fəal iştirak etmişlər. Yeni buğda
sortlarının becərilmə texnologiyalarının işlənib hazırlanmasında S.İ. Süleymanovun
və institutun digər əməkdaşlarının böyük xidmətləri olmuşdur.
Stansiyada “Bitki seleksiyası”, “Toxumçuluq” və “Becərmə texnologiyası”
istiqamətlərində üç şöbə fəaliyyət göstərir. Burada 38 nəfər çalışır ki, onun da 5
nəfəri elmi tədqiqatçıdır.
Tərtər BTS