Tərtibçilər qrupunun elmi rəhbəri: I e. d., prof. Zahid fərrux məMMƏdov



Yüklə 2,8 Kb.

səhifə1/26
tarix31.08.2018
ölçüsü2,8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   26


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
 
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ  
 
 
 
Tərtibçilər qrupunun elmi rəhbəri: 
 
i.e.d., prof. ZAHİD FƏRRUX MƏMMƏDOV 
 
 
 
 
 
«BANK İŞİ» FƏNNİ  ÜZRƏ   
TƏDRİS  PROQRAMI VƏ TEST 
MƏCMUASI 
 
 
 
Test məcmuası Azərbaycan Respub-
likası Təhsil Nazirliyinin 01.02.2002-ci il 

109  və  10.02.2009-cu  il  №891  saylı 
ə
mri ilə təsdiq olunmuş «Bank işi» fənni-
nin  proqramları  əsasında yenidən hazır-
lanmış tədris proqramına əlavə kimi çıxış 
edir.  
 
 
 
Bakı- 2012  


 
2
Tərtibçilər qrupunun üzvləri: 
 
 
 
Redaktor:  
 
Texniki redaktor:  
 
Məsul katib:  
 
Korrektor:  
 
Operator:  
 
 
 
 
 
 
 
 
 
                                                             © Zahid Fərrux Məmmədov.


 
3
TƏDRİS PROSESİNDƏ İSTİFADƏ OLUNAN ƏSAS  
ANLAYIŞLAR 
 
«Azərbaycan Respublikasının milli valyutası» - tədavüldə 
olan, eləcə də tədavüldən çıxarılan, lakin tədavüldə olan pul nişan-
larına dəyişdirilə bilən Azərbaycan Respublikası MB buraxdığı ka-
ğ
ız və metal pul nişanları;  Azərbaycan Respublikasında banklarda 
və digər kredit təşkilatlarında hesablarda olan manat vəsaiti;  Azər-
baycan Respublikasından kənarda yerləşən banklarda və digər kre-
dit təşkilatlarında hesablarda olan manat vəsaiti.  
Bank  sistemi  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankın-
dan və kredit təşkilatlarından ibarətdir.  
Bank - fiziki və hüquqi  şəxslərdən depozitlərin və  ya digər 
qaytarılan  vəsaitlərin  cəlb  edilməsi,  öz  adından  və  öz  hesabına 
kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və 
hesablaşma-kassa  əməliyyatlarını  məcmu  halda  həyata  keçirən 
hüquqi şəxsdir.  
Beynəlxalq bank bazarı  – bankların təsbit edilmiş müddət 
ə
rzində qısamüddətli likvidlik problemlərini uyğunlaşdırmaq üçün 
öz  aralarında  borc  alıb  verdiyi  pul  bazarıdır.  Faiz  dərəcəsini 
müəyyənləşdirən birinci dərəcəli bankların faiz dərəcəsi inter-bank 
offered rate adlanır.  
Birbaşa investisiya  – gəlir əldə etmək və müəssisənin idarə 
edilməsində  iştirak  etmək  məqsədilə  kompaniyanın  nizamnamə 
kapitalına və əsas vəsaitlərə qoyulan investisiyadır.   
Faiz dəhlizi – Mərkəzi   Bank, 2 aprel 2007-ci il tarixindən 
başlayaraq “faiz dərəcəsi dəhlizi” yanaşmasını tətbiq edir. Belə ki, 
Mərkəzi  Bankın  pul  bazarında  əməliyyatları  iki  istiqamətdə  - 
çərçivə alətləri və açıq bazarda əməliyyatlar vasıtəsilə - aparılır.  
Çərçivə  alətləri.  Çərçivə  alətləri  vəsaitlərin  qısamüddətli 
cəlb  olunması  və  yerləşdirilməsi  alətlərindən  ibarət  olaraq  bank-
ların  qısamüddətli  likvidliyinin  idarə  olunması  məqsədilə  istifadə 
olunur. MB çərçivə alətləri kimi bir  günlük repo (vəsaitlərin cəlb 


 
4
olunması aləti) və bir günlük əks-reponun (vəsaitlərin yerləşdirmə 
aləti) istifadəsi nəzərdə tutulur.  
Açıq  bazar  əməliyyatları.  Açıq  bazar  əməliyyatları  pul 
siyasətinin  əməliyyat  hədəflərinin  reallaşdırılması  məqsədilə 
dövriyyədə  olan  pul  kütləsinin  tənzimlənməsi  və  banklararası  pul 
bazarında faiz dərəcələrinə təsir vasitəsi kimi istifadə olunur.  
Bank  holdinq  şirkəti  -  bank  lisenziyasına  malik  bir  və  ya 
bir  neçə  törəmə  bankı  olan,  fəaliyyəti  baş  ofisinin  yerləşdiyi 
ölkənin  bank  tənzimləməsi  orqanları  tərəfindən  tənzimlənən  və 
nəzarət olunan şirkətdir.  
Dollarlaşma -  Olkəni əhalisinin milli valyuta ilə  yanaşı və 
ya əvəzinə digər olkənin valyutasından istifadəsi. Dollarizasiyanın 
ə
sas  səbəbi  digər  olkələrin  valyutasının  milli  valyutaya  nisbətdə 
daha  stabil  olmasıdır.  Dollarizasiyanın  mənfi  cəhəti  isə  digər 
olkənin valyutasını qəbul etməklə olkənin monetar siyasəti həyata 
kecirə bilməməsidir. 
Törəmə  bank  -  nizamnamə  kapitalında  səsvermə  hüququ 
verən səhmlərin əllidən çox faizi təsisçi banka və ya bank holdinq 
ş
irkətinə məxsus olan bankdır, yaxud elə bankdır ki, onunla təsisçi 
bank  və  ya  bank  holdinq  şirkəti  arasında  bağlanmış  müqaviləyə 
ə
sasən təsisçi banka və ya bank holdinq şirkətinə onun qərarlarının 
qəbul edilməsinə mühüm təsir göstərmək imkanı verilir.  
Bankın filialı - hüquqi şəxs olmayan, bankın olduğu yerdən 
kənarda  yerləşən,  öhdəlikləri  üçün  bankın  özünün  məsuliyyət 
daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir 
hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.  
Bankın şöbəsi - hüquqi şəxs olmayan, bankın olduğu yerdən 
kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşı-
dığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və ya kö-
çürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir.  
Bankın  nümayəndəliyi  -  hüquqi  şəxs  olmayan,  bankın 
olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmağa 
hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən 
bankın ayrıca bölməsidir.  




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə