«Təsdiq edilmişdir» “Bakı Fond Birjası” qsc-nin İdarə Heyəti Protokol №08



Yüklə 157,9 Kb.
Pdf görüntüsü
tarix20.09.2018
ölçüsü157,9 Kb.
#69898
növüQaydalar


 

«Təsdiq edilmişdir» 

“Bakı Fond Birjası” QSC-nin  

İdarə Heyəti 

Protokol № 08 

“30” dekabr 2015-ci il 

 

 

Sədr ______________ F.Əzizov 

 

 

 



“Bakı Fond Birjası” QSC-nin məlumatların açıqlanması üzrə 

Qaydaları 

 

 

1. 

Ümumi müddəalar 

 

1.1.  Bu 

Qaydalar  “Qiymətli  kağızlar  bazarı  haqqında”  Azərbaycan 

Respublikasının  Qanununun  46.1.9-cü  maddəsinə  (bundan  sonra  –  Qanun) 

və  Azərbaycan  Respublikası  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi 

(bundan sonra – Komitə) tərəfindən qəbul edilmiş normativ-hüquqi aktlara, 

“Bakı Fond Birjası” QSC-nin (bundan sonra - Birja) nizamnaməsinə uyğun 

hazırlanmışdır. 

1.2.  Bu  Qaydalar  Birja  əməliyyatlarının  şəffaflığına,  investor  və  digər  bazar 

iştirakçılarına  ticarət  məlumatı  və  ticarətlə  əlaqəli  digər  məlumatların 

vaxtında və dəqiq çatdırılmasını təmin etmək məqsədilə ticarətdən əvvəl və 

ticarətdən  sonrakı  məlumatların,  o  cümlədən,  emitent  hesabatları,  Birjanın 

fəaliyyəti  ilə  əlaqədar  olaraq  digər  məlumatların  açıqlanması  qaydalarını 

müəyyən edir. 




 

1.3 


Bu  Qaydalar  Birjanın  bütün  rəhbər  heyətinə,  əməkdaşlarına,  listinqdə  olan 

qiymətli  kağızların  emitentlərinə  o  cümlədən,  bu  Qaydalar  ilə  tənzimlənən 

məlumatları istifadə edən, paylaşdıran və açıqlayan şəxslərə şamil edilir.  

 

2. 

Əsas anlayışlar 

 

2.1.


 

Bu Qaydalarda isitfadə olunan əsas anlayışlar aşağıdakılardır: 

2.1.1. Ticarət  sistemi  -  ticarətin  keçirilməsi  üçün  nəzərdə  tutulmuş  proqram-

texniki vasitələrin məcmusu;  

2.1.2. Ticarət üsulu - birjanın ticarət sistemi vasitəsi ilə sifarişlərin uzlaşması yolu 

ilə əqdlərin bağlanılması üsuludur;  

2.1.3. Ticarət  günü  -  birja  tərəfindən  qeyri-ticarət  günü olaraq  elan edilməmiş  iş 

günüdür.  Baza  aktivləri  xarici  bazarlarda  ticarət  olunan  törəmə  maliyyə 

alətləri  ilə  ticarət  təşkil  olunduqda,  ticarət  günləri  həmin  bazarlarda  tətbiq 

edilən iş günləri olaraq qəbul edilir;  

2.1.4. Ticarət saatları - birjada ticarət gününün ticarətin keçirildiyi hissəsidir;  

2.1.5. Kotirovka  -  qiymətli  kağızlarının  alınması  və  ya  satılması  üçün  ticarət 

iştirakçısının təklif etdiyi qiymətdir;  

2.1.6. Kotirovka  spredi  -  market  meykerin  alış  və  satış  qiymətlərini  müəyyən 

edərkən  riayət  etməli  olduğu,  qiymətli  kağızların  cari  qiymətinə  nəzərən 

aşağı və yuxarı qiymət dəyişməsi arasındakı fərqdir;  

2.1.7. Kross  sifariş  -  birjanın  ticarət  sistemində  sifarişlərin  reyestrinə  daxil 

edildiyi zaman kross əqdin bağlanılmasına səbəb ola biləcək sifarişdir;  

2.1.8. Kross  əqd - birja üzvünün eyni bir əqd üzrə həm alıcının, həm də satıcının 

kontragenti qismində çıxış etdiyi əqdlərdir;  

2.1.9. Ticarət simvolu - birjada ticarətə buraxılan hər bir qiymətli kağız və törəmə 

maliyyə alətini ticarət sistemində identifikasiya edən qısa koddur.  

2.1.10.  Təminat  əmsalı  -  repo  müddəti  ərzində  Repo  predmeti  olan  investisiya 

qiymətli  kağızlarının  bazar  qiymətinin  aşağı  düşməsi  zamanı  repo  üzrə 

öhdəliklərin yerinə yetirilməməsi risklərinin qarşısının alınması məqsədi ilə 



 

Repo  açılış  qiymətinin  hesablanması  üzrə  birja  tərəfindən  tətbiq  edilən 

əmsaldır. 

2.1.11. Mübahisələrin həll edilməsi Komissiyası - 

Birjanın 

komitə 


və 

komissiyalarının  qərarlarına  qarşı  şikayətə  baxan,  Birja  qaydalarının  şərh 

edilməsi  və  həmçinin  Birjada  yaranmış  mübahisələrin  həlli  funksiyasını 

daşıyan komissiyadır; 

2.1.12. Rüsum (tarif) cədvəli:  Bakı  Fond  Birjasının  göstərdiyi  xidmətlərə  görə 

tutulan rüsumların cədvəli;  

2.1.13. Emitent:  investisiya  qiymətli  kağızlarının  emissiyasını  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirən 

şəxs,  dövlət  (müvafiq  qaydada  buna  səlahiyyətləndirilmiş  dövlət  orqanı 

vasitəsilə) və ya bələdiyyə

2.1.16. Məlumat təminatçıları - 

Birja  ilə  bağlanılan  müqavilənin  şərtlərinə, 

həmçinin  bu  Qaydalar  uyğun  olaraq  Birjadan  məlumatı  kommersiya 

məqsədləri ilə satın alan qurumlar.  

 

3. 

Birja tərəfindən açıqlanan məlumatlar 

 

3.1.  Birja tərəfindən aşağıdakı məlumatlar açıqlanır: 

3.1.1.  ticarətə  buraxılmış  qiymətli  kağızlar  və  törəmə  maliyyə  alətləri  üzrə 

ticarətdən əvvəl və ticarətdən sonrakı məlumatlar,  

3.1.2. qiymtəli kağızların listinqi  və həmçinin  emitentlər  tərəfindən  təqdim  edilən 

məlumatlar,  

3.1.3. Birjanın öz fəaliyyəti ilə bağlı məlumatları. 

3.2.  Ticarətdən  əvvəl  və  ticarətdən  sonrakı  məlumatların  açıqlanması  maliyyə 

bazarlarının  sabitliyinin  pozulması  və  ya  ölkə  iqtisadiyyatına  mənfi  təsir 

göstərə  bildiyi  təqdirdə,  Komitə  məlumatların  açıqlanmasını  təxirə  salır. 

Həmin  məlumatların  açıqlanması  Komitənin  Birjaya  təqdim  etdiyi  yazılı 

bildiriş əsasında təxirə salınır. 




 

3.3.  Birja  ticarət  zamanı  bu  Qaydaların  4.1-ci  və  4.4-cü  bəndləri  ilə  müəyyən 

edilən  məlumatların  bütün  üzvlər  üçün  eyni  səviyyədə  açıq  olmasını  təmin 

edir. 


 

4. 

Ticarətdən əvvəl və ticarətdən sonrakı məlumatın Birja tərəfindən 

açıqlanması 

 

4.1.  Birja  ticarət  üsulundan  asılı  olaraq  qiymətli  kağızlarla  (qiymətli  kağızların 



yerləşdirilməsi  üzrə  keçirilən  hərraclar  istisna  olmaqla)  və  törəmə  maliyyə 

alətləri  ilə  bağlı  aşağıdakı  məlumatları  ticarətdən  əvvəl  davamlı  olaraq 

ticarət sistemi vasitəsilə birja üzvlərinə açıqlayır: 

4.1.1. fasiləsiz  ticarət  zamanı  bir  qiymətli  kağız  və  ya  törəmə  maliyyə  aləti  üzrə 

eyni qiymət ilə yerləşdirilmiş sifarişlərin və həmin sifarişlərdə əks olunmuş 

qiymətli  kağızların  ümumi  sayını,  həmçinin  qiymətli  kağız  və  ya  törəmə 

maliyyə  alətinin  kodu,  növü  və  qiymətli  kağızın  emitentinin  adı 

göstərilməklə, ən azı 5 ən yaxşı alış və satış təklifini; 

4.1.2  kotirovkalara  əsaslanan  ticarət  zamanı  hər  marketmeyker  tərəfindən 

yerləşdirilən ən yaxşı alış və satış kotirovkasını; 

4.1.3. auksion  (hərrac)  ticarəti  zamanı  hər  qiymətli  kağız  və  ya  törəmə  maliyyə 

aləti  üzrə  ticarət  alqoritmini  ən  iri  ticarət  həcmini  təmin  edən  qiyməti  və 

həmin  qiymət  səviyyəsində  alınıb-satıla  biləcək  qiymətli  kağızların  sayını, 

həmçinin qiymətli kağız və ya maliyyə alətinin kodunu, növünü və qiymətli 

kağızın emitentinin adını; 

4.1.4. birjanın  ticarət  üsulu  bu  Qaydanın  4.1.1-4.1.3-cü  yarımbəndlərində 

göstərilən  ticarət  üsullarının  heç  birinə  uyğun  olmadıqda  və  ya  həmin 

üsulların  bir  neçəsinin  birləşməsindən  təşkil  edildikdə,  sirafişlərin  və  ya 

kotirovkaların  qiymətini  və  həmin  sirafiş  və  kotirovkalarda  əks  olunmuş 

qiymətli  kağızların  sayını,  qiymətli  kağız  və  ya  törəmə  maliyyə  alətinin 

kodunu, növünü və qiymətli kağızın emitentinin adını. 

4.2.  Birjanın  ticarət  sisteminə  kross  sifarişlər  yerləşdirildiyi  halda,  Birja  bu 




 

Qaydanın  4.1.1-ci  yarımbəndi  ilə  müəyyən  edilən  məlumatlardan  əlavə 

olaraq, bu barədə məlumatı ticarət sistemi vasitəsilə açıqlayır. 

4.3.  Ünvanlı  satış  əqdləri  üzrə  yerləşdirilmiş  sifarişlərə  dair  ticarət  öncəsi 

məlumatlar Birja tərəfindən açıqlanmır. 

4.4.  Birja repo əməliyyatları üzrə aşağıdakı məlumatları açıqlayır: 

4.4.1. repo predmeti olan investisiya qiymətli kağızları; 

4.4.2. təminat əmsalı (faizlə); 

4.4.3. repo predmeti ola bilən investisiya qiymətli kağızlarının cari qiyməti; 

4.4.4. repo açılış qiyməti. 

4.5.  Bu  Qaydanın  4.1-ci  və  4.4-cü  bəndlərində  göstərilən  məlumatlar  Birja 

tərəfindən ödənişli əsaslarla real-vaxt rejimində birja üzvü olmayan şəxslərə 

açıqlana  bilər.  Həmin  məlumatların  açıqlanmasının  şərtləri,  ödənişlər 

(nəzərdə  tutulduqda)  birja  üzvü  olmayan  şəxslərlə  bağlanılmış  müqavilə 

əsasında müəyyən edilir.  

4.6.  Birja  ticarətə  buraxılmış  hər  qiymətli  kağız  üzrə  bağlanmış  əqdlərə  dair 

(ünvanlı  satış  əqdləri  istisna  olmaqla)  aşağıdakı  ümumiləşdirilmiş 

məlumatları  (ticarətdən  sonrakı  məlumatları)  ticarət  gününün  sonunda  öz 

internet səhifəsi vasitəsilə açıqlayır: 

4.6.1. əqdlərin ümumi sayı; 

4.6.2. əqdin keçirildiyi tarix (gün-ay-il); 

4.6.3.  əqdin  predmeti  Azərbaycan  Respublikasının  ərazisində  buraxılmış  qiymətli 

kağızlar  olduqda,  onların  buraxılışının  dövlət  qeydiyyat  nömrəsi,  ölkə 

hüdudlarından  kənar  buraxılan  qiymətli  kağızlar  olduqda  isə  İSO  6166 

beynəlxalq  standartına  uyğun  olaraq,  beynəlxalq  eyniləşdirmə  kodu  (İSİN) 

və  ya  onların  buraxıldığı  ölkədə  qiymətli  kağızların  identifikasiya  edilməsi 

üçün müəyyən edilmiş digər kodu; 

4.6.4. əqdin predmeti olan qiymətli kağızların emitentinin tam adı; 

4.6.5. əqdin predmeti olan qiymətli kağızların növü; 

4.6.6. ticarət günü ərzində qeydə alınmış maksimal alğı-satqı qiyməti; 

4.6.7. ticarət günü ərzində qeydə alınmış minimal alğı-satqı qiyməti; 



 

4.6.8. qiymətli kağızın açılış qiyməti; 

4.6.9. qiymətli kağızın bağlanış qiyməti; 

4.6.10.  əqd  üzrə  ödəniş  vasitəsi  kimi  istifadə  edilən  İSO  4217  beynəlxalq 

standartına  uyğun  olaraq,  valyuta  kodu.  Əqdin  predmeti  istiqraz  olduqda 

qiymət faizlə ifadə olunur; 

4.6.11. əqdlərin predmeti olan qiymətli kağızların sayı; 

4.6.12. əqdlərin məbləği. 

4.7.  Birja  hər  bir  qiymətli  kağız  üzrə  ticarət  günü  ərzində  bağlanılmış  ünvanlı 

əqdlərin  ümumi  həcmi  üzrə  məlumatı  ən  geci  növbəti  ticarət  günü  ərzində 

açıqlayır. 

4.8.  Birja  tərəfindən  açıqlanmış  əqdlərə  dair  məlumatlarda  dəyişikliklər  baş 

verdikdə Birja bu barədə öz internet səhifəsi vasitəsilə məlumat açıqlayır. 

4.9.  Birja  ticarətə  buraxılmış  qiymətli  kağızlar  və  törəmə  maliyyə  alətləri  üzrə 

aşağıdakı məlumatları hesabat ayından sonrakı ayın 5 (beş) iş günündən gec 

olmayaraq açıqlayır: 

4.9.1. ilkin  bazarda  bağlanmış  əqdlərin  sayı  və  məbləği  (ümumi  və  hər  növ 

qiymətli kağız və törəmə maliyyə aləti üzrə ayrı-ayrılıqda); 

4.9.2. təkrar  bazarda  bağlanmış  əqdlərin  sayı  və  məbləği  (ümumi  və  hər  növ 

qiymətli kağız və törəmə maliyyə aləti üzrə ayrı-ayrılıqda); 

4.9.3. hər investisiya şirkəti tərəfindən bağlanmış əqdlərin sayı və məbləği (ümumi 

və hər növ qiymətli kağız və törəmə maliyyə aləti üzrə ayrı-ayrılıqda). 

4.10.  Birja ticarətə buraxılmış hər bir qiymətli kağız və törəmə maliyyə aləti üzrə 

hər təqvim ili üçün aşağıdakı məlumatları növbəti ilin birinci ayının 15 (on 

beş) iş günündən gec olmayaraq açıqlayır: 

4.10.1.  orta  gündəlik  dövriyyə  (qiymətli  kağız  və  ya  törəmə  maliyyə  aləti  ilə 

təqvim  ili  ərzində  bağlanmış  əqdlərin  məbləğinin,  həmin  ildə  olan  ticarət 

günlərinin  sayına  nisbəti  kimi  hesablanır  (ünvanlı  satış  əqdləri  nəzərə 

alınmaqla)); 

4.10.2.  əqdlərin  orta  gündəlik  sayı  (qiymətli  kağız  və  ya  törəmə  maliyyə  aləti  ilə 

təqvim  ili  ərzində  bağlanmış  əqdlərin  sayının,  həmin  ildə  olan  ticarət 



 

günlərinin  sayına  nisbəti  kimi  hesablanır  (ünvanlı  satış  əqdləri  nəzərə 

alınmaqla)). 

4.11.  Birja  bu  Qaydanın  4.6.1  -  4.6.3-cü  və  4.6.5  -  4.6.12-ci  yarımbəndləri  ilə 

müəyyən edilmiş  məlumatlardan  əlavə törəmə  maliyyə aləti üzrə aşağıdakı 

məlumatları açıqlayır: 

4.11.1. törəmə maliyyə alətinin baza aktivi; 

4.11.2. müqavilələrin sayı; 

4.11.3.  fyuçerslər  üzrə  öhdəliklərin  icra  olunması  günü  və/  və  ya  opsionların 

ödəmə tarixi; 

4.11.4. son ticarət günü; 

4.11.5. gündəlik ticarət saatları; 

4.11.6. qiymət dəyişməsinin həddi; 

4.11.7. ödəmə üsulu; 

4.11.8. törəmə maliyyə alətləri üzrə marketmeyker fəaliyyəti barədə qeyd. 

4.12.  Baza  aktivlərinin qiyməti, gəlirliliyi  və  məzənnə  fərqi üzrə dəyişikliklər  ilə 

aparılan marja ticarəti üzrə bağlanmış əqdlərə dair bu Qaydanın 4.6.2-ci və 

4.6.12-ci  yarımbəndlərində  qeyd  edilən  məlumatlar,  həmçinin  həmin 

əqdlərin  predmetinin  Birja  tərəfindən  müəyyən  edilmiş  ticarət  simvolu  və 

əqdlərin  predmeti  olan  baza  aktivləri  barədə  məlumat  bu  Qaydanın  4.6-ci 

bəndi ilə müəyyən edilmiş qaydada açıqlanır. 

4.13.  Birja bu Qaydanın 4.6 - 4.12-ci bəndlərində qeyd edilən məlumatlara, həmin 

məlumatların  açıqlandığı  tarixdən  6  (altı)  ay  ərzində  sərbəst  çıxış  imkanını 

təmin edir. 

 

5. 

Birjanın fəaliyyətinə dair və emitentlər tərəfindən təqdim edilən 

məlumatların açıqlanması 

 

5.1.  Birja  öz  fəaliyyətinə  dair  aşağıdakı  məlumatların  öz  internet  səhifəsində 



açıqlanmasını təmin edir: 


 

5.1.1. Birjanın üzvləri barədə (adı, fəaliyyət növləri, üzvlüyün tarixi, əlaqələndirici 

şəxs, əlaqə vasitələri, üzvlərin renkinqi); 

5.1.2.  Birjada  marketmeyker  fəaliyyətini  həyata  keçirən  investisiya  şirkətləri 

barədə  (adı,  öhdəliklərinin  həcmi,  marketmeyker  olduqları  qiymətli 

kağızlar); 

5.1.3.  qiymətli  kağızları  ticarət  olunan  emitentlər  barədə  (adı,  ünvanı,  qiymətli 

kağızlarının parametrləri); 

5.1.4.  ticarət  saatları  və  Birja  tərəfindən  ticarəti  təşkil  edilən  bazarlar  barədə 

(Birjanın  ticarət  qaydaları  ilə  müəyyən  olunmuş  bazarlar  və  bu  bazarlarda 

ticarətin təşkil olunduğu saatlar); 

5.1.5. Birja tərəfindən təqdim edilən xidmətlər barədə; 

5.1.6.  Birja  tərəfindən  hesablanan  indekslər  və  onların  hesablanması  qaydası 

barədə; 


5.1.7. Birjanın xidmət haqları barədə; 

5.1.8. Birjanın daxili qayda və prosedurları barədə; 

5.1.9. Birjanın illik hesabatları; 

5.1.10. Birjanın təşkilati strukturu barədə; 

5.1.11. kotirovkanın minimal həcmi barədə; 

5.1.12. kotirovka spredinin maksimal və minimal hədləri barədə; 

5.1.13. Birja üzvlərinə qarşı tətbiq etdiyi sanksiyalar barədə; 

5.1.14. reponun predmeti olan qiymətli kağızların siyahısı; 

5.1.15. hərracın keçirilməsinin şərtləri barədə məlumat; 

5.1.16. marja hədləri barədə məlumat. 

5.2.  Bu Qaydanın 5.1.7-5.1.8, 5.1.11-5.1.12 və 5.1.14-5.1.16-cı yarımbəndlərində 

qeyd edilən məlumatlar, həmin məlumatlarda dəyişiklik baş verdiyi andan 5 

(beş) iş günü ərzində açıqlanır. 

5.3.  Qanunla  emitentlər  tərəfindən  Birjanın  internet  səhifəsi  vasitəsilə 

açıqlanması  müəyyən  edilən  məlumatlar  emitentlər  tərəfindən  Birjaya 

təqdim edildiyi andan 1 (bir) iş günü ərzində Birja tərəfindən açıqlanır. 

 



 



6. 

Qiymətli kağızlar və törəmə maliyyə alətlərinin ticarətə buraxılmasına 

dair məlumatlar 

 

6.1.  Birja  qiymətli  kağızların  və  ya  törəmə  maliyyə  alətlərinin  ticarətə 



buraxılması,  ticarətin  dayandırılması  və  ya  onların  ticarətdən  çıxarılmasına 

dair  aşağıdakı  məlumatların  1  (bir)  iş  günü  ərzində  öz  internet  səhifəsində 

açıqlanmasını təmin edir: 

6.1.1. kütləvi  təklif  edilən  investisiya  qiymətli  kağızlarına  abunə  yazılışının 

başlanılması barədə; 

6.1.2. qiymətli kağızların listinqə daxil edilməsi və delistinqi barədə; 

6.1.3. ticarətə  buraxılmış  və  ticarəti  dayandılmış  qiymətli  kağız  və  ya  törəmə 

maliyyə aləti barədə; 

6.1.4. ticarəti  dayandırılmış  qiymətli  kağızlar  və  törəmə  maliyyə  alətləri  üzrə 

ticarətin bərpa edilməsi barədə

6.1.5. qanunvericiliklə birja tərəfindən açıqlanmalı olan digər məlumatlar. 

 

7. 

Məlumatların açıqlanması qaydası 

 

7.1.  Ticarət məlumatları real vaxt rejimində (cari), gecikdirilmiş (yekun) formada 

təqdim olunur. 

7.2.  Real  vaxt  rejimində  təqdim  olunan  ticarət  məlumatları  birjanın  ticarət 

sistemindən,  məsafədən  qoşulma  iş  yeri  və  ya  birbaşa  məlumat  yayımı 

serverlərinə  qoşulma  vasitəsilə  elektron  şəkildə  əldə  edilir.  Real  vaxt 

rejimində  təqdim  olunan  ticarət  məlumatlarından  ticarətə  buraxılmış  bütün 

birja  üzvlərinin  istifadəsi  birja  tərəfindən  təmin  edilir.  Digər  maraqlı 

tərəflərin  bu  məlumatlardan  istifadəsi  birjanın  İdarə  heyəti  tərəfindən 

müəyyən edilr və əlavə müqavilə ilə tənzimlənir. 

7.3.  Birja  bu  Qaydaların  4.6-cı  bəndində  qeyd  olunan  gecikdirilmiş  formada 

(yekun)  təqdim  olunan  ticarət  məlumatlarını  ticarət  əməliyyatları  bitdikdən 

sonra ticarət günün sonunadək öz internet səhifəsi vasitəsilə açıqlayır. 



 

10 

7.4.  Birja  məlumat  təminatçılarına  ticarət  məlumatlarını  müqavilə  əsasında 

təqdim  edir.  Məlumat  təminatçıları  ilə  müqavilə  bağlandıqda,  müqaviləyə 

açağıdakılar daxil edilir: 

7.4.1.

 

Məlumat  təminatçılarına  təklif  edilən  məlumat  paketlərinin  məzmunu  və 



strukturu;  

7.4.2. Müxtəlif məlumat paketləri üzrə tətbiq olunan tariflər;  

7.4.3. Ticarətdən  əvvəl  və  ticarətdən  sonrakı  məlumatlar  və  ya  digər  istinad 

məlumatlarından  istifadə  etmək  üçün  məlumat  təminatçıları  üçün  nəzərdə 

tutulan texniki tələblər.  

7.5.  Birja  üzvləri  də  ticarət  sistemi  vasitəsilə  real  vaxt  rejimində  məlumatından 

istifadə  edə  bilər.  Üzv  tərəfindən  bu  növ  məlumatların  istifadəsi  ilə  bağı 

şərtlər  həmin  üzv  ilə  Birja  arasında  bağlanmış  müvafiq  müqavilə  ilə 

tənzimlənir. 

7.6.  Gecikmiş  və  günün  sonuna  olan  məlumat  Birja  tərəfindən  pulsuz  və  ayrı-

seçkiliyə  yol  vermədən  bütün  investorlara  və  digər  bazar  iştirakçılarına 

ötürülməlidir. 

 

8. 

Digər icbari xarakterli məlumatların dərc edilməsi 

 

8.1.  Birja aşağıdakı qaydaları və məlumatları öz internet səhifəsində açıqlayır:  

8.1.1. Listinq Qaydaları; 

8.1.2. Üzvlük Qaydaları; 

8.1.3. Ticarət Qaydaları; 

8.1.4. Məlumatın açıqlanması Qaydaları;  

8.1.5. İndekslər üzrə Qaydalar

8.1.6. Bazardan sui-istifadənin qarşısının alınması Qaydaları; 

8.1.7. Etik davranış Qaydaları; 

8.1.8. Mübahisələrin həlli Qaydaları; 

8.1.9 Ticarət və listinq üzrə tariflər; 



 

11 

8.1.10.  Emitentin,  üzvlərin  və  ya  investorların  ticarət  əməliyyatlarında  iştirak 

etmək üçün əhəmiyyət kəsb edən qaydalar; 

8.1.11.  Ticarət  əməliyyatlarında  iştirak  etmək  üçün  əhəmiyyət  kəsb  edən  və  ya 

investorların maraqlarına toxuna bilən aşağıdakı qurumların qərarları: 

8.1.11.1 

Birjanın səhmdarlarının ümumi yığıncağı; 

8.1.11.2 

Müşahidə Şurası; 

8.1.11.3 

İdarə Heyəti;  

8.1.11.4 

Listinq Komitəsi; 

8.1.11.5 

Üzvlük Komissiyası;  

8.1.11.6. 

Mübahisələrin Həlli Komissiyası.  

8.2.  Birja  qaydaları  və  ya  qanunda  digər  hallar  nəzərdə  tutulmayıbsa,  bu 

Qaydaların  8.11-ci  bəndində  qeyd  olunmuş  qurumların  qərarları  ən  geci 

qüvvəyə mindiyi gün ictimiayyətə açıqlanmalıdır. Qaydalar, ticarət və listinq 

üzrə  tariflərin  qüvvəyə  minmə  tarixi  onların  təsdiqinə  dair  qərarlarda 

müəyyən edilir. 

8.3.  Birja həmçinin aşağıdakı məlumatları öz internet səhifəsində açıqlayır:  

8.3.1. təşkilati  və  idarəetmə  strukturu,  (səhmdarların  siyahısı,  Müşahidə,  İdarə 

Heyəti və bütün Komitələrin üzvləri); 

8.3.2. listinqdə olan, ticarət edilən alətlərin siyahısı və onların emitentləri; 

8.3.3. marketmeyker  tərəfindən  likvidliyi  təmin  edilmiş  qiymətli  kağızlar  və 

törəmə maliyyə alətləri; 

8.3.4. emitentin,  üzvlərin,  məlumat  təminatçıların  və  ya  investorların  ticarət 

əməliyyatlarında iştirak etmək üçün əhəmiyyət kəsb edən və ya investorların 

maraqlarına toxuna bilən məlumatlar. 

 

9. 

Digər icbari xarakterli məlumatların açıqlanması metodu 

 

9.1.  Birja  digər  icbari  xarakterli  məlumatları  ən  qısa  zaman  ərzində  öz  internet 

səhifəsində  dərc  etməlidir.  Bu  tip  məlumat  təmənnasız  olaraq  ictimaiyyətə 

açıqlanır. 




 

12 

9.2.  İnternet  səhifəsindən  əlavə  digər  məlumat  daşıyıcısında  məlumatın 

ötürülməsinə və həmçinin məlumatın toplanılması, xülasə halında verilməsi 

və  ya  əvvəlki  tarixlər  üzrə  məlumatların  verilməsinə  görə  Birja    müvafiq 

ödəniş tələb edə bilər.  

9.3.  Birja məlumat məsullarını müqavilə əsasında məlumatların açıqlanması üzrə 

rüsm tətbiq edə bilər. 

9.4.  Birja aşağıdakı məlumatları ödəniş əsasında açıqlaya bilər: 

9.4.1  Real  vaxt  rejimdə  açaqlanan,  o  cümlədən  bu  Qaydaların  4.1  və  4.4-cü 

bəndlərində qeyd olunan məlumatlar;  

9.4.2  Birja  tərəfindən  hazırlanmış  təhlillər,  proqramlar,  statistik  göstəricələri 

özündə əks etdirən informasiya məhsulları;  

9.4.3  Qanunvericiliklə  açıqlanması  məcburi  hesab  edilməyən,  habelə  tarixi  və 

dövri statistik göstəricilər. 



 

10. 

Məsuliyyət 

 

10.1.  Birja  bu  Qaydalara  uyğun  olaraq  açıqladığı  məlumatın  dəqiqliyini, 

etibarlılığını,  bütövlüyünü  və  ardıcıllığını  təmin  etmək  məqsədilə  bütün 

lazımi tədbirləri görməlidir. 

10.2.  Birja açıqlanan məlumatların aşağıdakılara uyğunluğunu təmin edir.  

10.2.1  məlumatlar lazımi qaydada və peşəkar səviyyədə hazırlanmalı;  

10.2.2  məlumatlar  təhqiredici  və  böhtanlı  olmamalı,  məlumatın  qorunması 

qanununun tələblərini pozmamalıdır;  

10.2.3 müvafiq  bank,  fond  birjası  qaydaları  və  ya  qanunvericiliyin  tələblərini 

pozmamalıdır.  

10.3.   Birja  bu  Qaydalarda  göstərilən  məlumatın  gecikməsi,  qeyri-dəqiqliyi, 

səhvliyi və ya buraxılması səbəbindən dəymiş zərərə görə heç bir məsuliyyət 

daşımır.  

10.4.   Bu  Qaydalarda  qeyd  olunan  məlumatlardan  icazəsiz  istifadə  və  ya  sui-

istifadə nəticəsində dəymiş zərərə görə Birja heç bir məsuliyyət daşımır.  



 

13 

10.5.  Bu Qaydalarda qeyd edilən məlumatın açıqlanması qaydasına uyğun olaraq, 

məlumatların  dərc  edilməsi  üçün  nəzərdə  tutulan  proqramın  təhlükəsiz  və 

davamlı fəaliyyətini təmin etmək üçün Birja bütün lazımi tədbirləri görür və 

bütün səhv və texniki çətinlikləri qısa müddət ərzində aradan qaldırır.  

10.6.  Birja aşağıdakılara görə məsuliyyət daşımır: 

10.6.1.  Emitentlərdən  qəbul  edilən  məlumatların  məzmunu,  dəqiqliyi  və  vaxtında 

verilməsi,  

10.6.2.  üçüncü  tərəflərin  proqram  təminatından  icazəsiz  istifadəsi  nəticəsində 

dəyən zərər,  

10.6.3.  Fors  major  hadisələri  nəticəsində  yaranan  hadisələr  (elektrik  enerjisinin 

kəsilməsi,  telekommunikasiyada  yaranan  nöqsanlar,  internet  xidmətində 

fasilələr, hər hansı avadanlığın fəaliyyətində yaranmış fasilələr və digər).  

10.7.  Məlumat  Təminatçıları  və  Emitentlər  Birjadan  daxil  olan  məlumatın  son 

istifadəçilərə  paylanılmasını  və  bu  Qaydalara  uyğun  olaraq  təqdim  edilən 

məlumatların vaxtında verilməsini təmin etməlidirlər. 



 

Yüklə 157,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə