“Təsdiq edilmişdir”



Yüklə 38,96 Kb.
Pdf görüntüsü
tarix05.04.2018
ölçüsü38,96 Kb.
#35969


“Təsdiq edilmişdir” 

 

“Azərbaycan İpoteka Fondu” ASC-nin  



Müşahidə Şurasının  

04 oktyabr 2016-cı il tarixli qərarı ilə 

protokol № 02 reyestr № __ 

 

Müşahidə Şurasının sədri 



__________________  

 

 

 

"Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən 

ipoteka kreditlərinin  maliyyələşdirilməsi Qaydaları

 

 

 



Bu  qaydalar  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə,  “İpoteka  haqqında”, 

“Banklar haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası 

Prezidentinin  27  oktyabr  2015-ci  il  tarixli  661  saylı  Fərmanına,  Azərbaycan 

Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli 940 saylı Fərmanı ilə təsdiq edilmiş 

“Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  Nizamnaməsinə, 

“Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  vəsaiti  hesabına  ipoteka 

kreditinin,  o  cümlədən  güzəştli  ipoteka  kreditinin  verilməsi  Qaydası”na  və  digər 

qanunvericilik  aktlarına  uyğun  olaraq  hazırlanmışdır  və  “Azərbaycan  İpoteka  Fondu” 

Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) vəsaiti hesabına verilən ipoteka 

kreditlərinin ilkin və yenidən maliyyələşdirilməsionlara xidmət göstərilməsi qaydalarını 

müəyyənləşdirir.  

 

1.



 

Ümumi müddəalar 

1.1.


 

Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 

1.1.1.

 

Annuitet  ödənişlər  –  ipoteka  krediti  üzrə  borcun  (kredit  üzrə  əsas  borcun  və 



həmin  borca  hesablanmış  faizlərin)  ödənilməsinə  yönəldilmiş  müntəzəm  bərabər 

aylıq ödənişlərdir;  

1.1.2.

 

“Elektron İpoteka” sistemi – ipoteka kreditlərinin verilməsi, maliyyələşdirilməsi 



və xidmət olunması üzrə avtomatlaşdırılmış informasiya sistemidir

1.1.3.


 

Müvəkkil  qiymətləndirici  –  ipoteka  predmetlərinin  qiymətləndirilməsi  və 

bununla  bağlı  yaranan  digər  münasibətlərin  tənzimlənməsinə  dair  Cəmiyyət  ilə 

əməkdaşlığa  dair  müqavilə  bağlamış,  qüvvədə  olan  qanunvericiliyə  müvafiq 

olaraq qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil qiymətləndiricidir;  

1.2.

 

Bu  Qaydalarda  istifadə  olunan  digər  anlayışlar  Azərbaycan  Respublikası 



Prezidentinin  2016-cı  il  22  iyun  tarixli  940  nömrəli  Fərmanı  ilə  təsdiqlənmiş 


“Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  vəsaiti  hesabına 

ipoteka  kreditinin,  o  cümlədən  güzəştli  ipoteka  kreditinin  verilməsi  Qaydası"nda 

nəzərdə tutulan əsas anlayışlardakı mənaları ifadə edir. 

 

2.



 

İpoteka kreditinin ilkin maliyyələşdirilməsi 

2.1.


 

Cəmiyyət  bu  Qaydalara  uyğun  olaraq  ipoteka  kreditlərini,  o  cümlədən  güzəştli 

ipoteka kreditlərini ilkin  maliyyələşdirir.  

2.2.


 

İpoteka  kreditlərinin  ilkin  maliyyələşdirilməsi  Cəmiyyət  və  müvəkkil  bank 

arasında bağlanmış Baş Saziş əsasında həyata keçirilir. 

2.3.


 

Müvəkkil  bank  verilmiş  ipoteka  kreditlərinin  ilkin  maliyyəşdirilməsi  üçün 

Cəmiyyətə  müraciət  edə  bilər.  Müvəkkil  bank  onun  tərəfindən  verilmiş  güzəştli 

ipoteka  kreditlərini  kreditin  verildiyi  tarixdən  1  (bir)  ay  müddətində  ilkin 

maliyyələşdirməyə təqdim edir. 

2.4.


 

İpoteka  kreditləri  Cəmiyyət  tərəfindən  yalnız  8  (səkkiz)  ay  müddətinə  ilkin 

maliyyələşdirilir. İlkin maliyyələşdirmə üzrə faiz dərəcələri aşağıdakı kimidir:  

2.4.1.

 

4  (dörd) ayadək  olan  müddət üçün ipoteka  krediti  müvafiq  kreditin  verildiyi  illik 

faiz  dərəcəsi  ilə,  güzəştli  ipoteka  krediti  isə  Cəmiyyətin  güzəştli  ipoteka  krediti 

üzrə kotirovka dərəcəsi ilə;

1

 

2.4.2.

 

4  (dörd)  aydan  8  (səkkiz)  ayadək  olan  müddət  üçün  ipoteka  krediti  müvafiq 

kreditin verildiyi illik faiz dərəcəsi üstəgəl 1 (bir) faiz dərəcəsi ilə, güzəştli ipoteka 

krediti isə Cəmiyyətin güzəştli ipoteka krediti üzrə maksimal illik faiz dərəcəsi ilə 

ilkin maliyyələşdirilir.

2

 

2.5.


 

Müvəkkil bank tərəfindən ilkin maliyyələşdirmə üçün müraciət ipoteka kreditinin 

verilməsindən və vəsaitin alınan yaşayış sahəsinin satıcısına ödənilməsindən sonra 

"Elektron İpoteka" sistemi (bundan sonra -elektron sistem) vasitəsilə edilir.   

2.6.

 

Cəmiyyət  müvəkkil  bankın  müraciətinə  3  (üç)  iş  günü  ərzində  baxır  və  ipoteka 



kreditinin  verilməsi  ilə  bağlı  ilkin  sənədlər  “Azərbaycan  İpoteka  Fondu”  Açıq 

Səhmdar  Cəmiyyətinin  vəsaiti  hesabına  ipoteka  kreditinin,  o  cümlədən  güzəştli 

ipoteka  kreditinin  verilməsi  Qaydası”nda  və  bu  Qaydalarda  nəzərdə  tutulmuş 

müvafiq  tələblərə  cavab  verdikdə  kredit  məbləği  müvəkkil  bankın  Azərbaycan 

Respublikasının Mərkəzi Bankında olan müxbir hesabına köçürülür. 

2.7.


 

Müvəkkil bank ilkin maliyyələşdirmə  məbləğini bu  Qaydalarla  nəzərdə tutulmuş 

faizlərlə  birlikdə  aşağıdakı  hallardan  hər  hansı  biri  yarandıqda  1  (bir)  iş  günü 

ərzində Cəmiyyətə geri ödəyir: 

2.7.1.

 

ilkin maliyyələşdirmə müddəti başa çatdıqda; 



2.7.2.

 

ipoteka  kreditinin  yenidən  maliyyələşdirilməsinə  Cəmiyyət  tərəfindən  imtina 



edildikdə. 


2.8.

 

Cəmiyyət  yenidən  maliyyələşdirmə  haqqında  qərar  qəbul  etdikdə  müvəkkil  bank 



ilə  bağlanan  təhvil-təslim  aktında  göstərilmiş  müvafiq  yenidən  maliyyələşdirmə 

məbləği  ilkin  maliyyələşdirmə  məbləği  ilə  əvəzləşdirilir  və  yaranan  fərq 

hesablanmış  faizlərlə  birlikdə  1  (bir)  iş  günü  ərzində  müvəkkil  bank  tərəfindən 

Cəmiyyətə geri ödənilir.  

 

3.

 

İpoteka kreditinin yenidən maliyyələşdirilməsi   

3.1.


 

İpoteka  kreditlərinin  yenidən  maliyyələşdirilməsi  Cəmiyyət  və  müvəkkil  bank 

arasında bağlanmış Baş Saziş əsasında həyata keçirilir.

 

3.2.



 

Müvəkkil bank “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti 

hesabına  ipoteka  kreditinin,  o  cümlədən  güzəştli  ipoteka  kreditinin  verilməsi 

Qaydası”na  və  bu  Qaydalara  riayət  olunmaqla  verilmiş  ipoteka  kreditlərinin 

yenidən maliyyələşdirilməsi üçün Cəmiyyətə müraciət edə bilər.

 

3.3.



 

Müraciət  zamanı  müvəkkil  bank  kredit  dosyesinə  daxil  olan  aşağıdakı  sənədləri 

elektron sistem vasitəsilə Cəmiyyətə təqdim edir:

 

3.3.1.



 

kredit müqaviləsi; 

3.3.2.

 

qarışıq müqavilə; 



3.3.3.

 

ipoteka kağızı; 



3.3.4.

 

ipotekanın dövlət qeydiyyatını təsdiq edən sənəd; 



3.3.5.

 

ipoteka krediti hesabına yaşayış sahəsinin alınmasını təsdiq edən sənəd;  



3.3.6.

 

borcalan (borcalanlar) tərəfindən aparılan ödənişləri təsdiq edən sənədlər; 



3.3.7.

 

ipoteka predmetinin müvəkkil qiymətləndirici tərəfindən qiymətləndirmə aktı; 



3.3.8.

 

sığorta müqavilələri. 



3.4.

 

Müraciət daxil olduğu tarixdən 10 iş günü ərzində Cəmiyyət tərəfindən  müvəkkil 



banka ipoteka krediti üzrə tələb hüquqlarının yenidən maliyyələşdirilməsinə və ya 

yenidən maliyyələşdirmədən imtina edilməsinə dair bildiriş verilir.  

3.5.

 

Tələb  hüquqlarının  yenidən  maliyyələşdirilməsindən  imtina  edilmiş, habelə  tələb 



hüquqları geri alınmış kreditlər üzrə imtinanın və geri alınmanın səbəbləri aradan 

qaldırıldıqdan  sonra  müvəkkil  bank  kreditlərin  maliyyələşdirilməsi  üçün 

Cəmiyyətə  yenidən  müraciət  edə  bilər.  Annuitet  ödənişlərin  gecikdirilməsi 

səbəbindən  imtina 

edilmiş  ipoteka  kreditləri  üzrə  yenidən  müraciət 

gecikdirmələrin aradan qaldırılmasından yalnız 3 ay sonra edilə bilər. 

3.6.

 

İpoteka  kreditləri  yenidən  maliyyələşdirildikdən  və  Baş  Sazişdə  nəzərdə  tutulan 



sənədlər  Cəmiyyətə  təhvil  verildikdən  sonra  borcalanın  kredit  dosyesinə  daxil 

olan digər sənədlərin əsilləri kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilənədək 

müvəkkil bankda saxlanılır. 



3.7.

 

Cəmiyyət  tərəfindən  yenidən  maliyyələşdirilən  ipoteka  krediti  üzrə  tələb  hüququ 



Cəmiyyətə verilir.  

 

4.



 

Yekun müddəalar 

4.1.


 

Bu  Qaydalarla  tənzimlənməyən  məsələlər  tərəflər  arasında  bağlanmış 

müqavilələrlə,  Cəmiyyətin  daxili  qaydaları  və  qüvvədə  olan  qanunvericiliklə 

müəyyən olunmuş qaydada həll edilir.  

 

                                                           



1

 

17  oktyabr  2017-ci  il  tarixli  06№-li  “Azərbaycan  İpoteka  Fondu”  ASC-nin  Müşahidə  Şurasının  qərarı  ilə  “Azərbaycan 

İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  vəsaiti  hesabına  verilən  ipoteka  kreditlərinin    maliyyələşdirilməsi 

Qaydaları”nın 2.4.1-ci yarımbəndi yeni redaksiyada verilmişdir. 

əvvəlki redaksiyada deyilirdi: 

2.4.1. 4 (dörd) ayadək olan müddət üçün ipoteka kreditləri Cəmiyyətin ipoteka kreditləri üzrə maksimal illik faiz dərəcəsi 

ilə, güzəştli ipoteka kreditləri isə Cəmiyyətin güzəştli ipoteka kreditləri üzrə kotirovka dərəcəsi ilə; 

 

2



 

17  oktyabr  2017-ci  il  tarixli  06№-li  “Azərbaycan  İpoteka  Fondu”  ASC-nin  Müşahidə  Şurasının  qərarı  ilə  “Azərbaycan 

İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  vəsaiti  hesabına  verilən  ipoteka  kreditlərinin    maliyyələşdirilməsi 

Qaydaları”nın 2.4.2-ci yarımbəndi yeni redaksiyada verilmişdir. 

əvvəlki redaksiyada deyilirdi: 

2.4.2. 4 (dörd) aydan 8 (səkkiz) ayadək olan müddət üçün  ipoteka kreditləri   Cəmiyyətin ipoteka kreditləri üzrə maksimal 

illik faiz dərəcəsi üstəgəl 1 (bir) faiz dərəcəsi ilə, güzəştli ipoteka kreditləri isə Cəmiyyətin güzəştli ipoteka kreditləri üzrə 

maksimal illik faiz dərəcəsi ilə ilkin maliyyələşdirilir. 



 

Yüklə 38,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə