Təsdiq edirəm: Kafedra müdiri ( Şirinzadə İ. )



Yüklə 184,51 Kb.
tarix18.04.2018
ölçüsü184,51 Kb.
#39367

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Təsdiq edirəm:

Kafedra müdiri_____________

( Şirinzadə İ. )

___” ___________2015___ il
Fənn proqramı (sillabusu)
Kafedra: İnşaat materialları

Fənnin adı: Meşə materiallarının tədarükü

1. Fənn haqqında məlumat:

Kodu ____________

Tədris ili: 2014 – 2015 semestr II

Fakültə : İnşaat texnologiyası

Qrup : 672a

dədris yükü: mühazirə 45 saat, seminar (məşğələ) 15 saat,

laboratoriya 15 saat. Cəmi 75 saat.

Kredit: ______________

Auditoriya: № 913

Saat: ________



2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi : Yəhyayev A. B. , dosent

Kafedranın ünvanı: A. Sultanova – 5, AzMiU, I kor, 911 otaq.

Məsləhət saatları:

E-mail ünvanı:

İş telefonu: 0125391034



3. Tələb olunan dərslik və dərs vəsaitləri:

1. A.B. Yəhyayev. Meşə materiallarının tədarükü, Bakı, 2012, 221s.

2. A.B.Yəhyayev. Meşə təsərrüfatının əsasları, Bakı, 2010, 375s.

3. N.T. İsmayılov. Əsas agac cinslərinin həcm cədvəlləri, Bakı, 2011, 241s.

4.F.A.Əmirov. Azərbaycan Respublikasının meşələri və meşə təsərrüfatı. Bakı, 1997, 180s.

4. Fənnin təsviri və məqsədi:

(Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)



Fənn üzrə Respublikanın meşə fondu, meşələrin cinsi tərkibi, qurluş və yaş strukturu və onların müasir vəziyyəti haqqındakı materiallar əsasında, tələbələrə meşələrin məhsuldarlıgının artırılması, cinsi tərkibinin yaxşılaşdırılması, susaxlayıcı və torpaqqoruyucu xüsusiyyətlərinin gücləndirilməsi istiqamətində aparılan tədbirlər–qırıntı üsulları və onların yerinə yetirilmə texnologiyaları tədris edilir.

5. Fənnin təqvim planı:

5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmalları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu№ 1. Respublikanın meşə ehtiyatları və onların istifadə tarixi. Meşələrin təyinatlarına görə qruplara və torpaq kateqoriyalarına bölgüsü. Əsas meşəəmələgətirici cinslərin yayılması, oduncaq ehtiyatı və istifadə sahələri

2

28.01

1

Mövzu№ 2. Qırıntıların təsnifatı və onların qoruyucu meşələrdə tətbiq edilmə imkanları.

Qırıntı sistemləri, formaları, üsulları haqqındakı ümumi təsnifat elementləri, onların təyinatı, tətbiq edilmə kriteriyaları. Qoruyucu meşələrin əsas nəzarətedici göstəriciləri.




2

29.01

2

Mövzu№ 3. Respublika meşələrində aparılan qırıntılarda tətbiq edilən yaş kriteriyaları, buraxılış diametrləri.

Respublikada tətbiq edilən qırıntı qaydaları, onların müsbət və mənfi cəhətləri. Əsas meşəəmələgətirici cinslərin qırıntı yaşı və buraxılış diametrləri.



2


4.02



3

Mövzu № 4. Əməliyyatların təşkili və meşəqırma işlərinin xüsusiyyətləri.

Meşəqırma işlərinin tərkibi, əməliyyatların xüsusiyyətləri və yerinə yetirilmə ardıcıllıqları. Meşəqırmada əsas, hazırlıq və köməkçi işlərin bölgüsü. Meşəqırma işlərinin digər sahələrdən əsas fərqləndirici xüsusiyyətləri.



2

11.02

3

Mövzu № 5. Qırılacaq sahələr, xammal bazası və qırıntı yaşı.

Meşədə qırılacaq sahələrin müəyyən edilməsi qaydası, onun ayrilma xüsusiyyətləri, ölçülərinin təyin edilməsi, oduncaq ehtiyatı, daşınma yolları ilə təminatı. Xammal bazası, onun istismar ehtiyatının hesablanma qaydası. Əsas agac cinslərinin qırıntı yaşları.



2

12.02

4

Mövzu № 6. Meşəqırma fondu və baş istifadə qırıntı formaları.

Meşəliklərin əsas taksasiya göstəriciləri. Qırılacaq sahələr və illik meşəqırma fondunun müəyyən edilmə xüsusiyyətləri. Başdan-başa və seçmə qırıntı sistemləri. Seçmə qırıntı sistemlərinin əsas formaları və onların daglıq şəraitlərdə yerləşən meşəliklərə tətbiqi.



2

18.02

5

Mövzu № 7. Qırıntıya ayrılmış sahələrin ölçüləri, onların bitişmə müddəti və üsulları.

Qırılacaq sahənin ölçülərinin müəyyən edilmə qaydası. Tətbiq edilən əsas en ölçüləri. Uzunluq ölçülərinin müxtəlif relyefli meşəliklərdə təyin edilməsi. Seçmə qırıntı üsullarında qırılacaq sahənin eninin əhəmiyyəti. Meşəqırma sırası. Qırılacaq sahələrin bitişmə müddəti və üsulları.



2

25.02

5

Mövzu № 8. Bölgülərin ölçüləri və onların işlənmə üsulları.

Bölgülərin ölçülərinin müəyyən edilmə xüsusiyyətləri. I qrup meşələrdə bölgülərin ayrılması. Ənənəvi texnologiyalarda bölüklərin işlənmə sxemləri. Bu sxemlərin əsas elementləri və daglıq şəraitlərdə onların nəzərə alınacaq xüsusiyyətləri.




2

26.02

6

Mövzu № 9. Qırılacaq sahələrin qollarla işlənməsi.

Qırılacaq sahələrin qollarla işlənməsinin mahiyyəti. Qolların tətbiq edilən en ölçüləri. Mexanikləşdirilmiş qırıntılarda və daglıq şərait-lərdə qollarla qırıntıların tətbiq edilmə imkanları. Texnoloji proseslərin yerinə yetirilmə ardıcılıgı.



2

4.03

7

Mövzu №10. Agacların yıxılması. Yıxılma üsulları və onların tətbiqi.

Meşədə agacların kəsilib yıxılmasının oduncaq tədarükü istehsalatında əhəmiyyəti və xüsusiyyətləri. Agacların yıxılmasında onun istiqamətlənməsinin, relyefin, meşədə bərpanın və cavan nəslin nəzərə alınması. Yıxılan gövdənin qol-budaqdan təmizlənməsi. İstifadə edilən qurqu və vasitələr.



2

11.03

7

Mövzu № 11. Mühərrikli əl mişarları ilə agacların kəsilmə sxemləri.

Agacların mexanikləşdirilmiş yıxılma prosesinə verilən tələblər. Yıxma istiqamətinin və agacın vəziyyətinin agackəsən tərəfindən müəyyən edilməsi. Yıxma prosesində agacın diametrindən asılı olaraq, mailliyin seçilməsi. Agacların ilkin kəsilmə sxemləri, saxlanılan gövdə hissəsinin təyinatı və ölçüləri.



2

12.03

8

Mövzu № 12. Maşınlarla agacların yıxılmasında istifadə edilən yıxma vasitələri.

Agacların yıxılmasında istifadə edilən maşın və qurgular. Meşələrdə köklərsiz yıxmanın tətbiqi. Maşınlarda quraşdırılan vasitələrin konstruksiyası və təyinatları. Yıxma zamanı gövdənin tutulması və və güc tətbiq etməklə itələnməsi sxemləri. Yıxma-paketləmə və çoxəməliyyatlı maşınların iş prinsipləri.



2

18.03

9

Mövzu№ 13. Meşə materiallarının daşınması.

Meşə materiallarının daşınma üsulları və onların təsnifatı. Gövdə və ya sortimentlərin daşınma yollarına, yuxarı anbarlara və aşagı anbarlara daşınmasında nəzərə alınacaq əsas xüsusiyyətlər. Əsas və köməkçi yolların en ölçüləri, onların salınması , saxlanması və bərpası məsələləri



2

25.03

9

Mövzu№ 14. Meşə materiallarının traktorlarla daşınması.

Tətbiq edilən əsas traktorlar və onların iş prinsipi.Təkərli traktorların tətbi edilmə imkanları. Daşınmada istifadə edilən baglayıcı komplektlər, onların konstruksiyası və istifadə imkanları. Baglayıcıların ölçüləri və onların hesablanma qaydası.



2

26.03

10

Mövzu№ 15. Qırılacaq sahədə daşınma yollarının yerləşmə sxemləri və daşınmanın orta məsafəsi.

Qırılacaq sahədə daşınma yollarının yerləşmə sxeminin seçilməsində nəzərə alınacaq xüsusiyyətlər. Daşınma yollarının tətbiq edilən əsas sxemləri: paralel, dioqonal, radial və veyer sxemləri. Bu sxemlərə görə orta daşınma məsafəsinin təyin edilmə qaydaları.





2

1.04

11

Mövzu№ 16. Kanat qurguları ilə meşə materiallarının daşınması.

Meşə materiallarının kanat qurguları ilə daşınma üsulları və bucurqad tipləri. Daşıma bucurqadlarının quruluşu. Birdayaqlı kanat qurgusunun konstruksiyası. Yarımasma daşınma üsulunda tətbiq edilən qurguların konstruksiyası.



2

8.04

11

Mövzu№ 17. Yıxılmış agacların qol-budaqdan təmizlənməsi.

Yıxılmış agacların gövdəsindən qol-budaqların təmizlənməsi prose-sində əməliyyatların ardıcıllıgı. İstifadə edilən maşın və qurgular. İstifadə edilən mühərrikli əl mişarlarının konstruksiyası. Prosesdə iştirak edən işçilər və onların vəzifələri.



2

9.04

12

Mövzu№ 18. Gövdələrin dogranması və meşə materiallarının uçotu.

Texnoloji prosesdən asılı olaraq, dogranmaya verilən ilkin tələblər. İstehlak ölçüləri və keyfiyyəti: uzunluq və diametr, sortimentin əmtəə vəziyyəti. Gövdələrin dogranma üsulları. Mühərrikli əl mişarı ilə gövdələrin dogranma üsulları və tətbiq edilən sxemlər.



2

15.04

13

Mövzu№ 19. Qırılacaq sahələrin təmizlənməsi .

Meşə materiallarının tədarükündən sonra qırıntı qalıqlarının qalan çeşidi, onların istifadə imkanları və utilizasiyası məsələləri. Bu tip biokütlənin daglıq şəraitlərdə yıgılnması və daşınmasının iqtisadi əsaslandırılması. Qırıntı yerində qalıqların topalarda yıgılması, saxlanması, səpələnməsi və yandırılması qaydaları.




2

22.04

13

Mövzu№ 20. Daglıq şəraitlərdə meşə materiallarının tədarükü.

Dag meşələrinin xarakteristikası, burada keçirilən meşəqırma işlərinin xüsusiyyətləri. Daglıq şəraitlərdə yerləşən qırılacaq sahələrin dikliyi və meşəqırma maşınlarının istifadə zonaları. Meşə materiallarının hava yolu ilə daşınması.



2

23.04

14

Mövzu№ 21. Daglıq şəraitlərdə aparılan meşəqırma işlərinin təşkili və texnologiyası.

Daglıq şəraitlərdə aparılan seçmə qırıntılarında nəzərə alınacaq əsas xüsusiyyətlər. Hava yolu ilə daşınmada tətbiq edilən əsas qırıntı sxemləri. Qırılacaq sahədə agacların yıxılması, qol-budaqdan təmizlənməsi və gövdələrin dogranması. Meşə materialların daşınma xüsusiyyətləri.




2

29.04

15


Mövzu№ 22. Meşələrdə aparılan xidməti qırıntılar.

Xidməti qırıntıların əsas məqsədi, əsas mərhələləri, keçirilmə müddəti və dövrülüyü. Cavan və orta yaşlı agaclıqlarda xidməti qırıltıların keçirilməsi xüsusiyyətləri. Yetişməkdə olan agaclıqlarda keçid qırıntılarının aparılma ardıcıllıgı, intensivliyi və dövrülüy.




2

6.05

15

Mövzu№ 23.Xidməti qırıntıların aparılma üsulları.

Meşəliklərdə aparılan xidmətin əsas prinsipləri. Xidməti qırıntıların şaquli və üfüqi qsulları. Şaquli istiqamətdə aparılan xidməti qırıntıların əsas formaları. Aşagı, yuxarı, kombinə edilmiş üsullar. Üfüqi istiqamətdə aparılan qırıntıların əsas formaları. Seçmə, xətti, zolaqla aparılan xidməti qırıntılar. Bu qırıntılardan alınan oduncaqdan istifadə imkanları.



2

7.05


5.2. Laboratoriya dərslərinin mövzuları və qısa icmalları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1


Mövzu№ 1. Qırılacaq sahələrin ölçülərinin və oduncaq ehtiyatının təyin edilməsi.

Qırılacaq sahələrin meşəlikdə yerləşdirilmə xisusiyyətləri. En və uzunluq ölçülərinin müəyyən edilməsi və onların meşəçilik əhəmiyyətinin əsaslandırılması. Sahənin sərhədlərinin, yuxarı anbarın yerləşməsinin təyin edilməsi.




2


28.01



3

Qırılacaq sahədə qırıntı formasının tətbiqolunma imkanının əsaslandırılması. Kəsiləcək agacların nişanlanması, onlarının sayının və oduncaq ehtiyatının təyin edilməsi. Daşınma yolları və yeniyetmələrin yerləşməsi, agacların yıxılma istiqaməti əsasında qırıntı sxeminin işlənməsi.

2

11.02

5


Mövzu№ 2. Xidməti qırıntılarda agacların seçilmə üsulunun və qırıntı sxeminin təyin edilməsi

Xidməti qırıntılarda agacların seçilmə üsulları haqqında ümumi məlumat. Yuxarı, aşagı və kombinə edilmiş üsul. Fıstıq və palıd meşələrində tətbiq edilən xidməti qırıntı üsulu. Törəmə meşəliklərdə tətbiq edilən kombinə edilmiş üsulun xüsusiyyətləri.


2


25.02




7

Xidməti qırıntılarda agacların seçilmə üsulunun təyin edilməsi. Yeniyetmələrdə və cavan agaclıqlarda tətbiq edilən xidmət forma-ları. Xidməti qırıntıların intensivliyinin və dövrülüyünün təyin edilməsi. Aralıq istifadə qırıntı forması üçün texnoloji sxemin işlənməsi.

2

11.03

9

Mövzu№ 3. Seçmə qırıntılarında texnoloji sxemin işlənməsi.

Seçmə qırıntı formalarının mahiyyəti və tətbiq olunma imkanları haqqında ilkin məlumatlar. Dag meşələrində seçmə qırıntılarının yerinə yetirilmə xüsusiyyətləri. Qırılacaq sahələrin ayrılması, qırılacaq agacların nişanlanması.



2



25.03



11

Seçmə qırıntılarında tətbiq edilən tipik texnoloji sxemlər əsasında texnoloji sxemin işlənməsi. Sxemdə daşınma yolların, yuxarı anbarların, kanat qurgularının yerləşdirilməsinin əsaslandırılması.

2

8.04

13

Mövzu№ 4. Qırıntılardan sonra yeniyetmələrin və cavan nəclin zədələnmə dərəcələrinin təyin edilməsi.

Yeniyetmələrin və cavan nəsl agaclarının meşəlikdə yayılması haqqında ilkin məlumatlar. Agacların yıxılma istiqaməti və daşınma məsafəsinin müəyyən edilməsi əsasında bərpanın saxlanma dərəcəsinin təyin edilməsi.



2

22.04



15

Qırıntıdan sonra yaranan zədələnmə formalarının qısa yazlışı. Əsas və köməkçi yarusda olan agacların zədələnmə faizinin müəyyən edilməsi. Yeniyetmələrin irilik kateqoriyasına görə zədələnmə dərəcələrinin təyin edilməsi.

2

6.05

5.3. Məşğələ (seminar) dərslərinin mövzuları və qısa icmaları

Həftə-lər

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu№ 1. Qırılacaq sahənin taksasiya göstəricilərinin hesablanması.

Qırılacaq sahədə qalınlıq pillələrinə görə agacların paylanmasının aparılması, meşə tipinin, bonitetin, meşəyetirmə şəraitinin müəyyən edilməsi. İlkin göstəricilərə görə sahənin məhsuldarlıgının hesabatı.



2

29.01

3

Qırılacaq sahədəki agacların yaş nəslinə görə bölgüsünün aparılması, agaclıgın ilkin və son dolulugunun və çətirörtüyünün birləşmə dərəcəsinin müəyyən edilməsi. Alınan nəticələrin cədvəl şəklində yazlışı.

2


12.02

5


Mövzu№2. Qırıntı planına əsasən xammal bazasının hesabatı .

Qırıntıya ayrılmış sahələrdə yetişmiş və yaşı ötmüş agacların sayı və oduncaq ehtiyatının müəyyən edilməsi. Müşahidə zamanı keçid qırıntıları üçün nəzərdə tutulan qırıntı həcminin hesabatı. Xammal bazasının hesablanma dövrü və onun daglıq şəraitlərə uygunlaşdırılma xüsusiyyətləri.




2

26.02

7

Orta diametri 36 sm, orta hündürlüyü 28 m, orta yaşı 160 il olan fıstıq agaclıgının kəmiyyət yetişkənliyi yaş həddinin müəyyən edilməsi

Agaclıgın taksasion yazlışının aparılması. Sahədə olan agacların qalınlıq pillələrinə və yaş siniflərinə görə paylanma cədvəlinin tərtib edilməsi. Qırılacaq sahədə kəmiyyət yetişkənliyinə çatmış agacların sayı və ümumi həcminin hesabatı



2

12.03

9

Mövzu№3. Qollar üsulu ilə qırılacaq sahələrin işlənməsində lentlərin ölçülərinin hesablanması.

Qollarla qırılacaq sahələrin işlənməsində seçilən sxemə görə lentlərin yerləşməsinin, qırıntı və daşınma istiqamətlərinin əsaslandırılması. Qollarda sahələrin işlənməsində agacların zədələnmə dərəcələrinin müəyyən edilməsi.



2

26.03

11


Fıstıq meşələrində dar qollar üsulu ilə işlənməsində sahənin diklik dərəcələrinə görə ölçülərinin hesablanması.

Dikliyi 150 dən çox olan meşəliklərdə qollar üsulunun tətbiq edilməsində nəzərə alınacaq xüsusiyyətlər. Fıstıq meşəliklərində tətbiq edilən qolların en və uzunluq ölçülərinin hesablanması.



2

9.04

13


Mövzu№4. Meşə materiallarının hava yolu ilə daşınmasında kanat qurgularının hesabatı.

Kanat qurgularının əsas elementləri, onların funksiyaları və quraşdırılma xüsusiyyətləri. Ən çox tətbiq edilən qurgu tipləri: birdayaqlı və çoxdayaqlı kanat qurgularının məhsuldarlıqlarının hesabatı.



2

23.04

15

Kanat qurguları ilə meşə materiallarının daşınması sxeminin tərtib edilməsi.

Bir quraşdırılmada 500 m3 meşə materialı daşıyan kanat qurgusunun quraşdırılma-daşıma sxeminin tərtib edilməsi.





2

7.05

5.4. Fənn üzrə sərəst işlərin mövzuları

Sıra

№-si


Mövzunun adı

1.

Respublikanın meşə fondu, onun əsas agac cinsləri və oduncaq ehtiyatı.

2.

Meşəqırma və onun əsas elementləri, texnoloji əməliyyatların ardıcıllıgı.

3.

Meşəqırma fondu və qırıntıya ayrılmış sahələrin ölçüləri.

4.

Bölüklərin ölçüləri və onların işlənmə üsulları.

5.

Mühərrikli əl mişarlarının konstruksiyası və iş prinsipləri.

6.

Meşə materiallarının daglıq şəraitlərdə daşınması xüsusiyyətləri.

7.

Gövdələrin dogranması və sortimentlərin çıxarı.

8.

Qırılacaq sahələrin işlənməsində kanat qurgularının tətbiqi

9.

Xidməti qırıntılar və onların tətbiq edilmə xüsusiyyətləri

10.

Qırıntılar keçirilən yerlərin təmizlənməsi, tətbiq edilən üsullar.

6. Davamiyyətə verilən tələblər.

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

Fənn üzrə tələbələr Respublikada ən geniş yayılan agacların cinslərinin müəyyən etməyi bacarmalı, onların meşəçilik-təsərrüfat əhəmiyyəti, meşə fondu, torpaq kateqoriyaları, qırıntı üsulları, meşələrin qorunması və mühafizəsi, agacların xəstəlikləri, agacın və meşəliklərin taksasiya göstəriciləri, meşələrin inventarizasiya qaydaları haqqında tədris edilən biliklərə yiyələnməlidir.

Meşələrin məhsuldarlıgının artırılması, qoruyucu xüsusiyyətlərinin gücləndirilməsi, dag meşələrində tətbiq edilən qırıntı texnika və tyexnologiyası, meşələrin qorunması və xəstəlikləri haqqındakı yerli və xarici nəşrli elmi və praktiki əhəmiyyətə malik əsərlərin izlənməlidir. Vaxtaşırı AMEA-nın Nəbatət bagında aparılan təsərrüfat tədbirləri ilə yaxından tanış olmaq lazımdır.

10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

İxtisas sahəsi kimi gələcəkdə işlə təmin olunmaq baxımından həm də bir təbiət elmi kimi çox maraqlı bir fənndir.



Müəllim: ____________ ( Yəhyayev A.B. )

“_____” yanvar 2015 il.



Meşə materiallarının tədarükü fənnindən imtahan sualları


s/s

Suallar

Mürəkkəblik dərəcəsi

1
2

3

4


5

6.

7.


8.

9

10



11

12

13



14

15

16



17

18

19



20
21

22

23



24

25

26



27

28

29



30

31

32



33

34
35

36

37

38



39

40
41

42

43

44


45

46

47



48

49

50



51
52

53

54



55

56

57



58
59
60

61

62



63
64

65
66


67

68

69


70
71

72

73



74
75
76
77

78
79

80

81

82



83
84

85
86

87

88

89



90

91

92



93

94

95



96

97

98


99

100


101

102



Azərbaycan Respublikasının meşə fondu və onun əsas torpaq kateqoriyala-rına bölgüsü

Bölgülərin ölçüləri və onların işlənmə üsulları

Qırıntıya ayrılmış sahələrin ölçüləri və onların daglıq şəraitlərdə tətbiqi

Meşə materiallarının tədarükündə əməliyyatların yerinə yetirilmə ardıcıllığı

Yıxılmış ağacların qol-budaqdan təmizlənməsi əməliyyatları.

Daşınma yollarının radial və diaqonal yerləşmə sxemləri.

Respublika meşələrində yayılan əsas ağac cinsləri,onların meşəçilik xüsusiyyətləri və oduncag ehtiyyatı.

Qırılacaq sahələrin işlənməsində tətbiq edilən texnoloji xəritələr

Seçmə qırıntı üsulunun əsas xüsusiyyətləri

Əsas baş istifadə qırıntı formaları və onların xüsusiyyətləri

Kompleks qırıntıların əsas formaları və tətbiq edilmə şərtləri

Agaclıgın boniteti, dolulugu və sıxlıgı

Gövdənin həcminin hesablanma üsulları

Gövdənin görnüş ədədi və forma əmsalları

Əsas meşəəmələgətirici cinslərin meşəçilik xüsusiyyətləri

Daşınma yollarının radial və dioqonal yerləşmə sxemləri

Meşə, meşəlik və agaclıgın terminoloji izahının yazlışı

Agaclıgın diametrə və hündürlüyə görə quruluşu

Qırılacaq sahədə daşınma yollarının yerləşmə sxemləri və onların təsnifatı

Qırılacaq sahədə daşınma yollarının yerləşmə sxemlərinə görə orta daşınma məsafəsinin hesablanma qaydası

Cücətilər, cavan agac bitkiləri, yeniyetmələrin terminaloji izahı

Qalınlıq pillələri, təbii pillələr

Meşələrin qruplara bölünməsinin əsas xüsusiyyətləri

Qırılacaq sahənin işlənməsində tətbiq edilən texnoloji xəritələr.

Qırıntı yerlərinin bitişmə müddəti və əsas bitişmə üsulları

Meşəqırma fondunun strukturu və əsas xarakterik xüsusiyyətləri

Xidməti qırıntıların əsas formaları

Aralıq istifadə qırıntılarının tətbiq sahələri və müddəti

Xidməti qırıntılarda agacların seçilmə ardıcıllıgı

Xidməti qırıntıların keçirilmə üsulları: yuxarı və aşagı üsul

Agaclıqların texniki və kəmiyyət yetişkənliyi

Əsas meşəəmələgətirici cinslərin qırıntı yaşları

Yıxılmış agacların qol-budaqdan təmizlənmə əməliyyatları

Dikliyi çox olan qırılacaq sahələrdə yıxılmış agacların qol-budaqdan təmizlənməsinin xüsusiyyətləri

Girdə meşə materiallarının daşınma üsulları və onların təsnifatı

Meşəqırnada gövdə və sortiment texnologiyaları

Agacların ilkin kəsilmə sxemləri və onların tətbiqi

Daglıq şəraitlərdə agacların kəsilmə sxemlərinin tətbiq xüsusiyyətləri

İriölçülü agacların kəsilməsində nəzərə alınacaq əsas xüsusiyyətlər

Manipulyatorlarla təchiz edilmiş traktorlarla sortimentlərin daşınmasında əməliyyatların yerinə yetirilmə ardıcıllıgı

Qolların yerləşmə ardıcıllıgı və burada agacların yıxılma xüsusiyyətləri

Qollar daxilində dəhlizlərin açılması ardıcıllıgı

Seçmə qırıntılarında qoldaxili bölğülərin ayrılma xüsusiyyətləri

Seçmə qırıntılarında agacların maqistral və qoldaxili daşınma yollarında yıxılması və daşınması ardıcıllıgı

Seşmə qırıntılarında qolların işlənmə texnologiyası

Yaşıllıq zolaqlarında aparılan xidməti qırıntılartın xarakteristikası

Tətbiq edilən xidməti qırıntı üsulları: dəhliz və xətti üsullar

Xidməti qırıntı üsulları:aktiv və qrup üsulu

Mühərrikli əl mişarlarının konstruksiyası və iş prinsipi

Universial mühərrikli əl mişarlarının əsas markaları və tətbiq sahələri

Gövdənin qol-budaqdan təmizlənməsi üçün tətbiq edilən mühərrikli əl mişarlarının markaları və iş prinsipi

Qırılacaq sahənin işlənməsində tətbiq edilən texnoloji sxemlər-qollar üsulu

Qırılacaq sahənin qoldaxili bölgü üsulu ilə işlənməsi

Özüyükləyən avtodaşıyıcılar və onların iş prinsipi

Xidməti qırıntıların aparılmasında tətbiq edilən enli qolllar üsulu

Sanitar qırıntıların keçirilməsində məqsəd və əsas tətbiq edilmə obyektləri

Daglıq şəraitlərdə sanitar-seçmə qırıntılarının tətbiqi

Kompleks qırıntılarında cavanlaşdırma və formalaşdırma qırıntılarının təyinatı

Kompleks qırıntılarında yetişkənlik yaşına qədər baş cinsin yetişdirilmə qırıntısının mahiyyəti və tətbiqi

Agacların yıxılmasında kəsilməyən gövdə hissəsinin ölçüsü və onun rolu

Daglıq şəraitlərdə iriölçülü agacların yıxılma xüsusiyyətləri

Oduncaq düşürücülərinin tətbiqi ilə qırılacaq sahələrin işlənməsi

Yıxılmış agacların qol-budaqdan təmizlənməsi əməliyyatları və istifadə edilən maşın və mexanizmlər

Agacların mexanikləşdirilmiş yıxılma üsulları

Daglıq şəraitlərdə relyef elementlərindən asılı olaraq qırılacaq sahələrin təsnifatı və xüsusiyyətləri

Daglıq şəraitlərdə meşəqırma işlərinin yamacların dikliyuinə görə planlaşdırılması

Xidməti qırıntıların dar və orta qollar texnologiyaları ilə aparılması

Meşə materiallarının avtodaşıyıcılar vasitəsilə daşınması

Agacların yıxılmasında istifadə edilən yıxma vasitələri, onların konstruksiyaları və iş prinsipi

Meşə materiallarının daşınmasında tətbiq edilən bucurqadlar və onların iş prinsipi və əsas markaları

Meşə materiallarının kanat qurguları ilə daşınma xüsusiyyətləri

Biraçırımlı kanat qurguları, onların tətbiqi və iş prinsipi

Çoxaçırımlı kanat qurguları, onların tətbiqi və iş prinsipi

Agacların yıxılmasında tətbiq edilən köməkçi vasitələr və onların iş prinsipi

Meşə materiallarının daşınmasında tətbiq edilən baglayıcı komplektlər, onların forma və istifadəsi

Meşə materiallarının daşınmasında tətbiq edilən təkərli traktorlarvə onların iş prinsipi

Seçmə qırıntılarında hərəkətli daşıma kanat qurgularının tətbiqi

Aralıq istifadə qırıntılarında əsas əməliyyatların yerinə yetirilmə xüsusiyyətləri

Agaclıgın məhsuldarlıq göstəricisi – boy sinifləri

Hündürlük və diametr əyrilərinin tərtib edilmə qaydası

Meşə materiallarının əmtəəlilik sinifləri

Meşə materiallarının irilik kateqoriyalarına görə bölgüsü

Respunlikada ən çox tləb edilən sartimentlər və onların olçü-keyfiyyət xarakteristikaları

Keçid qırıntılarında agacların seçilmə ardıcıllıgı və tətbiq edilən təsnifatlar

Daglıq şəraitlərdə tətbiq edilən LL-26B daşıma-nəqletmə kanat qurgusunun konstursiyası və iş prinsipi

LL-25 daşıma kanat qurgusunun konstruksiyası və iş prinsipi

Forvarderlərin tətbiq olunma imkanları və iş prinsipləri

Kiçikhəcmli daşıma vasitələri və onların tətbiq olunma imkanları

Kanat qurgularının tətbiqində yaranan müsbət və mənfi cəhətlər

UK-1S kanat qurgusunun tətbiqi ilə texnoloji sxemin işlənməsi

Mühərrikli əl mişarlarının məhsuldarlıgının hesablanması

Baglayıcısı olan kanatın uzunlugunun hesabatı

Daşıma traktorlarının yayılan markaları və iş prinsipləri

Daşıma traktorlarının məhsuldarlıgının hesablanması

Kanat qurgularının məhsuldarlıgının hesablanması

Gövdələrin dogranma üsulları və nazilmənin nəzərə alınması

Qırım yerlərinin təmizlənmə xüsusiyyətləri

Daglıq şəraitlərdə yamacların dikliyindən asılı olaraq qırıntı üsullarının tətbiq edilmə imkanı

LL-26A kanat qurgusunun tətbiqi ilə texnoloji sxemin işlənməsi

LL-33 kanat qurgusunun tətbiqi ilə texnoloji sxemin işlənməsi

Asma-kanat qurguları ilə qırılacaq sahələrin işlənmə sxemləri

Qırılacaq sahənin təkərli traktorlarla işlənməsinin texnoloji sxemi



çox asan
çətin

orta


çətin
orta

çox çətin

asan
çətin

çox asan


çox çətin

çətin


asan

asan


çox asan

çox asan


orta

asan


orta

çətin


asan
çox asan

çox asan


çox asan

çətin


orta

orta


çox asan

asan


çətin

orta


çətin

asan


orta

çətin
çox çətin

çox çətin

çətin


çox asan

orta


çətin
çox çətin

çətin


orta

çətin
çox çətin

asan

çox çətin



asan

çox çətin

asan

çətin
çox çətin



çox çətin

orta


asan

çətin


çox çətin

çox asan
çox asan


asan

çətin


çox çətin

çətin
orta

çox asan
çox asan
çox çətin

asan


asan
orta
çox çətin

çətin


çətin

asan
orta


orta
asan

çox asan
asan

çox asan

çox asan


asan

çox çətin


çətin

orta
orta

orta

orta


çox çətin

çox asan


çox asan

orta


çox asan

çox asan


orta

asan


asan

çox çətin


çox çətin

çox çətin

çox çətin

çətin


Tərtib etdi Yəhyayev A.



Yüklə 184,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə