"TƏsdiq edirəM" «Təşkilatın adı» mmc-nin direktoru



Yüklə 36,5 Kb.
tarix08.08.2018
ölçüsü36,5 Kb.
#61985

“TƏSDIQ EDIRƏM”

«Təşkilatın adı» MMC-nin direktoru


____________________ Akif Babayev

“____” ________________ 200 -ci il

IQTISADÇININ VƏZIFƏ TƏLIMATI

1. ÜMUMI MÜDDƏALAR

1.1. Maliyyə şöbəsinin iqtisadçısı ştat cədvəlinə uyğun olaraq mütəxəssislər kateqiriyasına aiddir və «Təşkilatın adı» MMC-nin Direktorunun əmri ilə tutduğu vəzifəyə təyin olunur və işdən azad edilir.
1.2. Maliyyə şöbəsinin iqtisadçısı vəzifəsinə ali təhsilli, iş stajı ən azı 1 (bir) ildən az olmayan şəxs təyin edilir.
1.3. Maliyyə şöbəsinin iqtisadçısı bilavasitə Maliyyə məsələləri üzrə direktorun müavininə tabedir.
1.4. Maliyyə şöbəsinin iqtisadçısı öz işində aşağıdakıları bilməlidir:

- Azərbaycan Respublikasının Vergi Məcəlləsini;

- Azərbaycan Respublikasının əmək qanunvericiliyinin əsaslarını;

- Əmək mühafizəsinin qayda və normalarını;

- «Təşkilatın adı» MMC-nin Nizamnaməsini;

- «Təşkilatın adı» MMC-nin Direktorunun əmr və göstərişlərini;

- Təşkilatın maliyyə-təsərrüfat fəaliyyətini;

- Şöbənin Əsasnaməsini;

- Hazırki vəzifə təlimatını.
1.5. Maliyyə şöbəsinin iqtisadçısı öz işində aşağıdakı sənədləri rəhbər tutur:
- Görülən işlə bağlı normativ sənədləri;

- Əmək bölgüsü qaydalarını;

- «Təşkilatın adı» MMC-nin Direktorunun və bilavasitə rəhbərliyinin əmrləri

və sərəncamlarını.


2. VƏZİFƏ BORCLARI
2.1. Yük hava gəmilərinə xidmətin göstərilməsi üzrə yerinə yetirilmiş işlər aktlarının işlənməsi.

2.2. Sərnişin reysləri üzrə aviaşirkətlərə hesab-fakturaların təyin edilməsi.


2.3. Yük aviaşirkətləri üçün haqq-hesabların təyin edilməsi.
2.4. Tariflərin yığılmasının düzgünlüyünə nəzarət edilməsi.
2.5. Sənədlərin və məbləğlərin müvafiq kompüter sisteminə köçürülmə prosesinin düzgünlüyünün yoxlanılması.
2.6. İdxal və ixrac yığımlarının tarifləri üzrə şöbənin müştərilərlə aparılan iş məlumatlarının işlənməsi.
2.7. Ciddi hesabatlı blankların hərəkətinə nəzarəti.
2.8. Ofis icarəsi üzrə haqq-hesabların təyin edilməsi və aviaşirkətlərlə müqayisə edilməsi.
2.9. Bilavasitə rəhbərinin - Maliyyə direktorunun xidməti tapşırıqlarını icra edilməsi.
3. HÜQUQLARI
3.1. Normal iş şəraiti ilə təmin olunması.
3.2. Səlahiyyətinə aid olan məsələlərlə bağlı rəhbərlik və «Təşkilatın adı» MMC-nin bütün struktur bölmə nümayəndələrilə qarşılıqlı fəaliyyət həyata keçirmək.

3.3. Öz vəzifə səlahiyyətlərini həyata keşirmək üçün, şəxsən və ya bilavasitə rəhbərliyinin tapşırığına əsasən bölmə rəhbərlərindən və mütəxəssislərindən müvafiq sənəd və məlumatın sorğulanması.

3.4. Öz vəzifə borcunun yerinə yetirilməsində yardımçı olmağı bilavasitə rəhbərliyindən tələb etmək.

4. MƏSULİYYƏTİ


4.1. Hazırkı vəzifə təlimatı ilə nəzərdə tutulan vəzifə borclarının yerinə yetirilməməsinə və ya düzgün icra olunmamasına görə - Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyi çərçivəsində.
4.2. Öz əmək fəaliyyətinin həyata keçirilməsi prosesində yol verdiyi hüquq pozuntusuna görə - Azərbaycan Respublikasının qüvvədə olan inzibati, cinayət və mülki qanunvericiliyi çərçivəsində.
4.3. Maddi ziyanın vurulmasına görə - qüvvədə olan Azərbaycan Respublikasının əmək və mülki qanunvericiliyi çərçivəsində.
4.4. «Təşkilatın adı» MMC-nin maraqlarının qorunmaması, müəssisə və müştərilər barədə sənədlərin (kommersiya sirrinin), məxfi məlumatın üçüncü şəxslərə açıqlanmasına görə.
4.5. İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşıyır.

Razılaşdırılmışdır:
Yüklə 36,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə