«TƏSDİq ediRƏM»



Yüklə 134,42 Kb.
Pdf görüntüsü
tarix20.08.2018
ölçüsü134,42 Kb.
#63692


 

1

AZƏRBAYCAN RESPUBLİKASI  TƏHSİL NAZİRLİYİ 



BAKI DÖVLƏT UNİVERSİTETİ  

 

 

 

                                                                                           «



TƏSDİQ EDİRƏM» 

                                                                              ________prof. E.İ.Ə.Əzizov 

                                                                              ______________  2008-ci il  

 

 



Dünya ədəbiyyatı tarixi kafedrasının əməkdaşlarının 

 elmi-tədqiqat işlərini yerinə yetirmələri haqqında elmi 

 

H E S A B A T I 

 

 

 



 

 

 



 

 

 

 

 

BAKI – 2008 


 

2

 



I. 

GİRİŞ.  2006-2008-ci  illərdə  Dünya  ədəbiyyatı  kafedrasının  əməkdaşları 

Bakı Dövlət Universitetinin filologiya, kitabxanaçılıq və informasiya, şərqşünaslıq, 

jurnalistika  və  tarix  fakültələrinin əyani  və  qiyabi şöbələrində,  Azərbaycan  və  rus 

bölmələrində,  bakalavriat  və  magistratura  dərəcələrində  dünya  ədəbiyyatı  fənnini 

tədris  etmişlər.  Bü  dövrdə  kafedranın  dissertantı  N.Ə.Vəliyeva  və  əyani  aspirantı 

Qaraşova  Sevil  Zakir  qızı  (hər  ikisinin  elmi  rəhbəri  professor  C.Q.Nağıyevdir) 

namizədlik  dissertasiyasını  müdafiə  etmişdir.  N.  Ə.  Vəliyeva  əmrlə  Dünya 

ədəbiyyatı  kafedrasında  0,5  ştat  müəllim  vəzifəsinə  keçmişdir.  Hesabat  illəri 

ərzində  porfessor  C.Q.Nağıyev  Abdullabəyova  Gülər  Həsən  qızının  doktorluq, 

Əsədova  Afaq  İsa  qızının  və  Məmmədova  Sonna  Əli  qızını  namizədlik 

dissertasiyasına  opponnetlik  etmişdir.  Prof.  C.Q.Nağıyev  Azərbaycan  Dövlət 

Pedoqoji  Universitetinin  baş  müəllimi  Nazilə  Alı  qızı  Məmmədovanın  Qərb 

ölkələri  ədəbiyyatı  (XIX-XX  əsrlər)  proqramının  elmi  redaktoru  olmuşdur. 

Kafedranın  digər  üzvü  professor  əvəzi,  f.e.d.  Ü.İ.Bədəlbəyli  üç  namizədlik 

dissertasiyasına  opponentlik  etmişdir.  Kafedranın  dosenti  f.e.n.  E.E.Mehrəliyev 

doktorluq  dissertasiyasını  bitirmiş  və  müzakirəyə  təqdim  etmişdir.  Kafndranın 

əməkdaşları f.e.d. Ü.İ.Bədəlbəyli professor, f.e.n. N.A.Sadıxlı isə dosent vəzifəsinə 

keçmişlər.  

Kafedranın  əməkdaşları  plan  üzrə  müəyyən  edilmiş  elmi  işlərini  hazırlamış, 

bu işlər vaxtlı-vaxtında kafedrada müzakirə edilmiş və qəbul olunmuşdur. Bunula 

bərabər  onlar  bir  sıra  nüfuzlu  jurnallarda  və  digər  mətbu  orqanlarda  dünya 

ədəbiyyatının  müxtəlif  problemləri  ilə  əlaqədar  məqalələr  və  monoqrafiyalar  çap 

etdirmişlər.  Dos.  E.E.Mehrəliyev  Çex-Azərbaycan  ədəbi  əlaqələri,  f.e.n. 

N.A.Həsənova  Azərbaycan-ingilis  ədəbi  əlaqələri  mövzularında  monoqrafiyalar 

çap  etdirmişlər.  Prof.  C.Q.Nağıyev  dünya  ədəbiyyatına  aid  oçerklər  toplusunu, 

İ.M.Tronskinin  «Antik  ədəbiyyat»  dərsliyinin  mn  tərcüməsini  və  özünün  «Qədim 




 

3

Şərq  ədəbiyyatı  tarixi»  dərsliyinin  yeni  nəşrini  hazırlayaraq  nəşriyyata  təqdim 



etmişdir.  Professor  Ə.M.Xəlilov  monoqrafiyasını  çapa  təqdim  edib.  F.e.d. 

professor əvəzi Ü.İ.Bədəlbəyli müasir ingilis ədəbiyyatının aktual problemləri, f.e.n. 

N.A.Sadıxlı  Balkan  türklərinin  ədəbiyyatı  (bolqar  türkləri)  mövzularında  dərs 

vəsaitləri  hazırlayamışlar.  Dünya  ədəbiyyatının  bütün  dövrləri  (5  hissə)  üzrə 

professor  C.Q.Nağıyev  Azərbaycan  dilində,  f.e.d.  Ü.İ.Bədəlbəyli  isə  rus  dilində 

proqramlar  hazırlayaraq  çap  etdirmişlər.  Dos.  N.A.Həsənov  «Orta  əsrlər  və 

İntibah dövrü Şərq ədəbiyatı» proqramını hazırlayaraq çapa vermişdir.   

Dünya  ədəbiyyatı  kafedrasında  hazırda  12  müəllim  çalışır.  Onlardan  6 

nəfər  tam  ştatda,  4  nəfər  0,5  ştatda,  2  nəfər  0,25  ştatda  işləyir.  Kafedranın 

dosenti,  f.e.n.  T.S.Əliyeva  Türkiyə  Respublikasında  müqavilə  əsasında 

fəaliyyətini  başa  vuraraq  2009-cü  ilin  fevral  ayından  etibarən      kafedrada 

fəaliyyətini davam etdirəcəkdir. 



II. Struktur və ştat cədvəli: 

1.

 



C.Q.Nağıyev – f.e.d., professor, kafedra müdiri - 1 şt. 1945 

2.

 



Ə.M.Xəlilov - f.e.d., professor, – 1şt. 1937 

3.

 



Ü.İ.Bədəlbəyli – f.e.d., professor əvəzi – 1 şt.  1940 

4.

 



E.E.Mehrəliyev - f.e.n., dosent – 1 şt. 1957 

5.

 



N.A.Həsənov - f.e.n., dosent -  1 şt. 1954 

6.

 



N.A.Sadıxlı - f.e.n., dosent əvəzi – 1 şt. 1949 

7.

 



S.T.Məmmədova - f.e.n., dosent – 0,5 şt. – 1965 

8.

 



N.F.Həsənova - f.e.n., müəllim, 0,5 şt.- 1962 

9.

 



N.Ş.Göyçayskaya – f.e.n., müəllim 0,5 şt. – 1973 

10.


 

N. N. Xəlilova – müəllim 0, 25 şt. – 1969 

11.

 

S.N.Abdullayeva – müəllim, 0,25 şt. – 1947 




 

4

12.



 

N.Ə.Vəliyeva - f.e.n., b./lab. - 1976 

 

      III.  Elmi-tədqiqat  işlərinin  əsas  istiqamətləri,  adı,  sayı,  qısa  annotasiyası, 



yerinə yetirilməsi 

2008-ci  ildə  Dünya  ədəbiyyatı  kafedrasının  əməkdaşları  «XVII  əsr  ingilis  və 

alman

 

ədəbiyyatları» mövzusu üzərində işləmişlər.     



Elmi – tədqiqat işi 

XVII

 əsr ingilis ədəbiyyatı 

Mövzu: XVII əsr Qərbi Avropa ədəbiyyatları(İngiltərə və Almaniya) 

Alman  ədəbiyyatı.  XVII  əsr  İngiltərə  və  Almaniya  ədəbiyyatlarında  əsas 

istiqamətlərdən olan intibah realizmi, klassisizm və barokko ədəbi cərəyanları və 

bu  cərəyanlara  aid  olan  yazıçıların  yaradıcılığı  tədqiqata  cəlb  edilmişdir.  XVII 

əsr  Almaniya  ədəbiyyatında  Otuz  illik  müharibə  ilə  əlaqədar  olaraq  müharibə 

mövzusu üstünlük təşkil etmişdir. Bu dövrdə Almaniyada xüsusilə barokko ədəbi 

cərəyanı  daha  çox  inkişaf  etmişdir.  Bundan  başqa,  bu  ölkədə  həmin  dövrdə 

Fransa  ilə  müqayisədə  zəif  də  olsa  klassisizm  ədəbi  cərəyanı  da  mövcud 

olmuşdur.  Bu  dövr  alman  ədəbiyyatında  M.Opits,  F.Loqau,  P.Fleminq  və 

A.Qrifius  kimi  görkəmli  sənətkarlar  barokko  və  klassisizm,  bəzən  də  intibah 

realizmi üslubunda bədii əsərlər yazmışlar.  

XVII əsr 

a

lman



 

ədəbiyyatında vətənpərvərlik və qəhrəmanlıq mövzuları daha 

qabarıq  şəkildə  ifadə  olunmub,  A.Qrifiusun  «Vətənin  göz  yaşları»  əsəri  bu 

baxımdan xüsusilə diqqətəlayiqdar. Alman ədəbiyyatında XVII əsrdə əsasən poetik 

vorma inkişaf etsə də bədii nəsr də əhəmiyyətli yerlərdən birini tutmuşdur. Belə ki, 

alman nəsrinin görkəğli nümayəndələrindən biri olan Moşeroşun yardıcılığı diqqəti 

cəlb edir. Xüsusilə, dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Y.-

F.Qrimmelshauzenin  nəsr  yaradıcılığı  yüksək  bədii-estetik  və  ictimai-siyasi 




 

5

əhəmiyyət  kəsb  edir.  Onun  «Simplisi  Simplisissimus»  (Sadəlövhlərin  Saləlövhü) 



romanı öz dövründə böyük təsir qüvvəsinə malik olduğu kimi, sonrakı dövrlərdə də 

bədii əhəmiyyətini itirməmiş, bu gün də dünya ədəbiyyatı tarixində öncül yerlərdən 

birini  tutur.  Yazıcı  bu  romanında  o  dövrdə  alman  xalqının  başına  gələn 

bəlalardan,  milli  faciələrdən  bəhs  etmiş,  həmin  dövrün  ictimai-siyasi  hadisələrini 

böyük  məharətlə  açıb  göstərmiş,  əsasən  müharibə  ilə  əlaqədar  təsirli,  yaddaqalan 

səhnələr  və  obrazlar  yaratmışdır.  Bu  romanda  realist  səhnələr  təsvir  edilsə  də 

barokko bədii üslubu üstünlük təşkil etmişdir.  

 XVII  əsrin  ikinci  yarısında  Fransada  olduğu  kimi  alman

 

ədəbiyyatında  da 



ədəbi  cərəyanlar  arasında  kəsgin  mübarizə  getməyə  başlayır.  Saray  klassisizmi 

böhran  keçirir,  yavaş-yavaş  süqut  edir,  realizm  getdikcə  güclənir,  brokko  hələ  də 

fəaliyyətini davam etdirir, yeni bürger-nəsihət ədəbiyyatı (hikmət ədəbiyyatının bir 

gövü kimi) yaranır və demokratik xalq (plebey) ədəbiyyatı formalaşır.  



İngilis  ədəbiyyatı.  XVII  əsrdə  yaranan  ingilis  ədəbiyyatı  ingilis  İntibahının 

davamı  kimi  özünü  göstərmişdir.  Dahi  U.Şekspir  və  onun  davamçıları  bu  əsrin 

birinci rübündə hələ də İntibaş ənənələrini davam etdirməkdə idilər. Bununla belə, 

artıq İntibah ədəbiyyatı öz ömrünü yaşamışdı və o öz yerini Avropada yaranan yeni 

ədəbiyyatlara  vemək  məcburiyətində  idi.  XVII  əsrin  birinci  yarısında  artıq 

ingiltərədə  ədəbiyyatın  istiqaməti,  ideya-məzmunu  və  üslubu  dəyişməyə  başlayır. 

Yeni  ədəbiyyatın  ilk  nümunələri  yaranır.  Bu  dövrdə  İngiltərədə  ictimai-siyasi 

həyatda  bir  sıra  əhəmiyətli  hadisələr  baş  verir.  Burjuaziya  günü-gündən  güclənir, 

feodal münasibətləri zəifləyir, puritanlıq ideologiyası formalaşmağa başlayır. Məhz 

puritanlığın təsiri altında  bu ölkədə inqilabçı burjuaziyanın ədəbi-estetik görüşləri 

yaranır  və  ingişaf  edir  ki,  bu  da  öz  növbəsində  Qərbi  Avropa  ədəbi  prosesinin 

inkişafında  əhəmiyyətli  rol  oynayır.  Bu  ədəbi  prosesin  əsas  nümayəndələri  kimi 

Messincer  və  Dikkerin  yaradıcılıqlarını  göstərə  bilərik.    Bununla  belə,  puritan 

ədəbiyyatında  müəyyən  məhdudiyyətlər  var  idi,  onlar  xalqı  «xeyirxahlar»  və 




 

6

«günahlılar»  hissələrin  əbölürdülər.  Onların  içərisində  kalvinizm  tərəfdarları 



üstünlük təşkil edirdi.   

XVII əsr ingilis ədəbiyyatının ən görkəmli nümayəndəsi Con Milton olmuşdur. 

Bu əsrin 40-50-ci illərində Milton daha çox siyasi səciyyə daşyan publisistik əsərlər 

yazmış,  ingilis  həyatının  acı  həqiqətlərini  realistcəsinə  təsvir  etmişdir.  Onun 

«Areopagitika»,  «Büt  mübarizi»,  «İngilis  xalqının  müdafiəsi  əsərləri  bu  baxımdan 

xüsusilə  diqqətəlayiqdir  və  onlar  Avropa  siyasi  publisistikasının  ilk 

nümunələrindən sayılır. Con Milton dünya ədəbiyyatında ilk növbədə görkəmli şair 

kimi  tanınır.  Onun  dərin    məzmunlu,  yüksək  poetik  keyfiyyətə  malik  olan  lirik 

şeirləri,  pomaları  və  dram  əsəri    var.  Belə  ki,  Miltonun  süjetini  Bibliyadan 

götürdüyü,  amma  qətiyyən  dini  məqsədlər  üçün  istifadə  etmədiyi  mövzularda 

yazdığı  «İtirilmiş  cənnət»,  «Qaytarılmış  cənnət»  poemaları  və  «Mübariz  Samson» 

dramı  dünya  ədəbiyyatının  inciləri  sırasına  daxil  olmuşdur.  Bu  əsərlər  bu  gün  də 

böyük maraqla oxunur.  

XVII  əsr  ingilis  ədəbiyyatında  levellər  və  diggerlər  hərəkatı  da  olmuşdur. 

Benyan və Betler bu maraqlı ədəbi hərəkatın nümayəndəlridir. Onların əsərləri də 

ingilis ədəbiyyatını inkişafvnda müəyyən rol oynamışdır.   



 

Mövzu: XVII əsr ingilis ədəbiyyatı (nəzəri təhlil) 

İcraçı: f.e.d., prof.C.Q.Nağıyev: 

                        

müəllim S.H.Abdullayeva  

XVII əsrdə İngiltərədə kitab çapı işi güclənir və bu zaman böyük bir istedadlı 

jurnalist-publisist nəsli yetişir. Bunlardan xüsusilə, Miltonu, Lilberni və Uinstenlini 

göstərmək  olar.  Bu  dövrdə  İngiltərədə  ədəbi  cərəyanlar  arasında  kəsgin  mübarizə 

gedirdi.  Metafizik-şairlər  uydurma  təşbihlərə  və  mücərrəd  təsvirlərə  müraciət 

edirdilər.  Belə  şairlərdən  Frensis  Kverlini  göstərmək  olar.  Ondan  başqa  Riçard 




 

7

Kreşou,  Henri  Voqan  və  Corc  Herbert  kim  metafiızik  şairlər  daha  çox  şeirin 



formasına diqqət yetirirdilər.  

    XVII  əsrin  əvvələrində  İngiltərədə  mütərəqqi  ədəbiyyat  inkişaf  edir. 

Şekspirin  gənc  müasiri  B.Conson  bu  ədəbiyyatın  ən  istedadlı  nümayəndələrindən 

biri idi. Onun «Seyan: onun süqutu» və «Katilina» əsərləri xüsusilə maraqlıdır. Bu 

dramaturqun «Volpane» komediyası ingilis ədəbiyyatı tarixində xüsusi yer tutur.  

XVII  əsr  ingilis  ədəbiyyatında  mütləqiyyətə  xidmət  edən  zadəgən  ədəbiyytı 

formalaşmış, puritan ədəbiyyatı xüsusilə inkişaf etmişdir. Bu ədəbi istiqamətə daxil 

olan yazıçılar təmtəraqlı əsərlər yazırdılar. Xüsusilə, onların «nəzakətli» romanları 

diqqəti  cəlb  edir.  Royalistlərin  yaradıcılığı  geniş  yayılır.  Şair  Endrü  Marvelin  və 

Corc Uizerin yaradıcılıqları bu istiqamətə daxildir.  

Bu  dövrdə  geniş  təşəkkül  tapan  puritançılıq  ədəbi  prosesin  inkişafına  təsir 

göstərmişdir.  Puritan  ədəbiyyatı  cəmiyyətin  burjua-zadəgan  təbəqəsinin 

dünyagörününü  ifadə  etsə  də,  əslində  antifeodal,  antiklerikal  səciyyə  daşıyırdı. 

Puritanlar  ingilis  burjuaziyasının  siyasi  və  estetik  ideallarını  müdaifə  edir,  yeni 

dünyagörüşün  formalaşmasına  çalışırdılar.  Puritanlıq  ideologiyası  XVII  əsr  ingilis 

ədəbiyyatının  inkişafında  mühüm  rol  oynamışdır.  Bu  dövrdə  İngiltərədə  burjua 

inqilabı ərəfəisndə sinfi mübarizə güclənmiş, bu da öz növbəsində yeni ədəbi-estetik 

təmayüllərin yaranmasına səbəb olmuşdur.  

XVII  əsrin  birinci  rübündə  İngiltərədə  İntibah  mədəniyyəti  hələ  də  öz 

fəaliyyətini davam etdirirdi, Şekspir və onun istedadlı davamçıları qiymətli əsərlər 

yazırdı.  Filosof-yazıçı  F.Bekonun  materialist  nəzəriyyəsi  realist  dünyagörüşünün 

formalaşmasında  xüsusi rol oynamışdır. Bu əsrdə İngiltərədə nisbətən zəif də olsa 

İntibah realizmi ədəbiyyatı yaranmışdır. Hətta, özünəməxsus ingilis klassisizmi  də 

mövcud  olmuşdur.  İngilis  klassisizminin  görkəmli  nümayəndəsi  B.Conson  hesab 

olunur. Onun «Metafizik poeziya» əsəri ingilis klassisizminin nəzəri əsaslarına həsr 

edilmiş qiymətli kitabdır.  




 

8

XVII əsrdə İngiltərədə bədii ədəbiyyatla yanaşı siyasi-ictimai publisistika da 



çox  geniş  yayılmışdır.  Bu  janrın  ən  görkəmli  nümayəndəsi  böyük  ingilis şairi  Con 

Milton  olmuşdur.  Milton daha çox lirik şair idi. Onun çox qiymətli poemaları və 

dram  əsəri  da  var,  Bütün  bu  əsərlərində  o,  böyük  məharətlə  xalqının  dərdlərini, 

problemlərini təsvir edə bilmişdir.  

XVII əsrdə İngiltərədə levellərin və diggelərin yaradıcılığı da müəyyən bədii 

əhəmiyyət kəsb etmişdir. 

XVII  əsr  alman  ədəbiyyatı  da  öz  növbəsində  dünya  ədəbiyyatının  qiymətli 

nümunələrindən  biri  sayılır.  Ədəbiyyat  tarixində  müəyyən  mübahisələr  obyekti 

olan  alman  ədəbiyyatını  bu  dövründə  bir  sıra  çox  maraqlı,  özünəməxsus,  orijinal  

yazıçı  və  şairlər  nəsli  yetişmişdir.  Bu  dövrdə  aman  ədəbiyyatında  həm  klassisizm, 

həm İntibah realizmi, həm də barokko ədəbi cərəyanı mövcud ollmuşdur. Burada 

da  İngiltərədə  olduğu  kimi,  İntibah  realizmi  və  klassisizm  ədəbi  cərəyanları 

nisbətən zəif   olmuş, barokko ədəbiyyatı isə daha çox inkişaf etmişdir.  

Otuzillik  müharibə  alman  ədəbiyyüatının  inkişafında  xüsusi  iz  buraxmüş, 

hətta  bəzi  ədəbi  cərəyan  və  istiqamətlərin  formalaşmasında  müəyyən  rol  da 

oynamışdır.  Müharəbə  mövzusu  xüsusilə  barokko  ədəbiyyatında  daha  qabarıq 

şəkildə  özünü  biruzə  vermişdir.  Bir  sıra  alman  şairləri,  o  cümlədən  G.R.Vekerlin, 

F.fon  Şpee,  M.Opits,  P.Herhart,  P.Fleminq,  A.Qrifius,  X.Hofmansvaldau,  X. 

Veyze və İ.X.Hünterin poeziyası bu baxımdan diqqəti cəlb edir. 

Eyni  zamanda  bu  dövrün  ən  görkəmli  nümayəndəsi  olan  Y.  fon 

Qrimmelshauzenin  yaradıcılığı  da  alman  ədəbiyyatının  inkişafında  xüsusi  rol 

onamışdır. Onun poeziyası və «Simplisi» romanı dünya ədəbiyyatı inciləri sırasına 

daxil olmuşdur. 

 

Mövzu: Con Miltonun yaradıcılığı 

İcraçı: f.e. d., prof. Ə.M.Xəlilov 



 

9

           F.e. n. N.A.Həsənov  

Con Milton XVII əsr ingilis ədəbiyyatının ən parlaq simalarından biridir. 

Onun  ictimai-siyasi  publisistikası  və  bədii  yaradıcılığı  mürəkkəb  və  ziddiyyətli 

siyasi  hadisələr  fonunda  inkişaf  etmişdir.  Hələ  gənc  yaşlarından  vətəninin  və 

millətinin ictimai-siyasi həyatında fəal iştirak edən Milton bədii yaradıcılığa çox 

erkən başlamış və onun həyatı gərgin  mübarizələr şəraitində keçmidir ki, bu da 

öz  növbəsində  onun  yaradıcılığında  öz  ifadəsini  tapmışdır.  Milton  o  dövrdə 

İngiltərədə  baş  verən  bir  sox  siyasi  hadisələrin  birbaşa  iştirakçısı  olmuş,  həmin 

hadisələrə  publisistikası  və  bədii  yaradıcılığı  ilə  fəal  münasibət  bildirmişdir. 

Xüsusilə,  XVII  əsrin  40-50-ci  illərində  İngiltərə  siyasi  hadisələrin  burulğanına 

bənzəyirdi.  Bir  tərəfdən  burjua-zadəgan  puritanlığı,  digər  tərəfdən  dini-klerikal 

qüvvələr,  nəhayət  plebey-kütlə  təbəqəsi  cəmiyyətin  idarə  olunması  yolunda 

mübarizə aparırdılar. Mütərəqqi qüvvələr cəmiyyətin sağlamlaşması, yeniləşməsi 

yolunda  mübarizə  aparırdı.  Burjua  inqilabı  yaxınlaşmaqda  idi.  Feodal 

münasibətləri süqut edirdi, din öz hökmranlıq qabiliyyətini itirməkdə idi. Bütün 

bu  ictimai-siyasi  hadisələr  Miltonun  yaradıcılığına  həm  birbaşa  təsir  göstərmiş, 

həm də onun əsərlərində geniş şəkildə bədii formada təhlil edilmişdir. Miltonun 

«Areopagitika», «Büt mübarizi» və «İngilis xalqının müdafiəsi» kimi publisistik 

əsərləri bu janrda yazılmış dünya ədəbiyatının ən nadir nümunələri sırasına daxil 

olmuşdur.  Milton  bu  əsərlərində  dövrünün  demək  olar  ki,  bütün  aktual 

problemlərinə vətəndaş və ziyalı münasiğətini kəsgin satirik fomada bildirmişdir.  

Miltonun  bədii  əsərləri  –  lirik  şeirləri,  poemaları  və  dram  əsəri  dünya 

ədəbiyyatı  tarixindi  xüsusi  əhəmiyyət  kəsb  edir.  Şairin  «İtirilmiş  cənnət», 

«Qaytarılmış  cənnət»  poemaları  və  «Mübariz  Samson»  dramı  öz  ictimai 

məzmununa  görə  seçilsə  də,  bədii  keyfiyyətlərinə  görə  daha  sox  əhəmiyyət 




 

10

daşıyır. Şair bu əsərlərində «Tövrit» mövzularına müraciət etsə də müasir ingilis 



həyatının reallıqlarını əks etdirmişdir.     

 

Mövzu: İngilis ədəbiyyatında publisistika və bədii nəsr 

İcrası:  f.e.d. professor əvəzi Ü.İ.Bədəlbəyli 

            F.e.d. professor C.Q.Nağıyev 

XVII  əsrdə  İngiltərədə  böyük  bir  istedadlı  jurnalist-publisist  nəsli 

yetişmişdir.  Bunlardan  xüsusilə,  Miltonu,  Lilberni  və  Uinstenlini  göstərmək 

olar.  F.Bekonun  fəlsəfi  əsərləri  və  onun  materialist  dünyagörüşü  İngiltərədə 

realist bədii nəsrin və publisistikanın formalaşmasına münbir şərait yaratmışdır. 

Belə  ki,  F.Bekonun  fəlsəfi  dünyagörüşünün  təsiri  altında  metafizik  və  materialist 

istiqamət  yaranmış  və  bu  istiqamət  həm  publisistikada,  həm  də  bədii  nəsrdə  öz 

əksini  tapmışdır.  Şübhəsiz  ki,  ingilis  bədii  nəsrin  formalaşmasında  İntibah 

ədəbiyyatının da  böyük  rolu olmuşdur.  İngilis publisisitləri: Conson,  Milton  daha 

çox  burjua  cəmiyyətinin  iç  üzünü  açan  və  din  xadimlərini  ifşa  edən  kəskin  satirik 

oçerklər  və  digər  publisistik  əsərlər  yazmışlar,  xüsusilə  Miltonun  publisistikası  öz 

bədii  və  ictimai-siyasi  dəyərinə  görə  böyük  əhəimiyyət  kəsb  edir.  Miltonun 

«Areopagitika»,  «Bütmübarizi»  və  «İngilis  xalqının  mübarizəsi»  kimi  publisistik 

əsəri  bu  janrda  yazılmış  dünya  ədəbiyyatının  klassik  nümunələri  sırasına  daxil 

olmuşdur. 

XVII  əsr  Alman  ədəbiyyatı.    XVII  əsrdə  Almaniyada  bədii  ədəbiyyat 

mürəkkəb bir inkişaf yolu keçmişdir. Bəzi tədqiqatçılar, hətta alman ədəbiyyatının 

bu  dövrünü  zəif  dövr  adlandırmışlar.  Əslində  isə  bu  dövrdə  də  Almaniyada  çox 

güclü    ədəbi  proses  olmuşdur.  Almaniyada  bu  dövrdə  həm  poeziya,  həm  də  nəsr 

inkişaf etmiş. Ədəbiyyatın bu növlərində qiymətli nümunələr yaranmışdır. Belə ki, 




 

11

Martin Opis, Fridrix Loqau, Paul Fleminq, Andreas Qrifius kimi sənətkarlar daha 



çox poetik formalarda əsərlər yazmışlar. Bunlarla yanaşı, XVII əsrdə Almaniyada 

çox  görkəmli  şair  və  nasir  olan  Qrimmelshauzen  yazıb  yaratmışdır. 

Qrimmelshauzenin  lirik  poeziyasında  müharibə  mövzusu  əsas  yerlərindən  birini 

tuturdu,  müharibənin  alman  xalqına  gətirdiyi  bəlalar  təsvir  olunurdu. 

Qrimmelshauzen dünya ədəbiyyatında daha çox «Simplisi» romanının müəllifi kimi 

tanınır.  Bu  roman  öz  psixologizmi,  dərin  ictimai  məzmunu  və  ideyası,  yüksək 

bədiiliyi  ilə  diqqəti  cəlb  edir.  Burada  təsvir  olan  qəhrəmanlar  real  həyatdan 

götürülmüş insanların obrazlarıdır. 



Mövzu: XVII əsr Alman ədəbiyyatı 

İcraçı: f.e.n., dos. E.E.Mehrəliyev 

           f.e.n., dos. S.T.Məmmədova  

XVII  əsr  alman  ədəbiyyatının  inkişafı  bir  sıra  tarixi-siyasi  hadisələrlə 

müşaiyət  olunmuşdur.  Bu  dövrdə  alman  ədəbiyyatıda  daha  çox  poeziya  inkişaf 

etmişdir. Tədqiqat işində XVII əsr alman şairlərindən M. Opits, A. Qrifius və Q.R. 

Vekerlin yaradıcılıqları tədqiqata cəlb olunmuşdur. Bununla yanaşı həmin dövrdə 

alman nəsri də müəyyən nailiyyətlər əldə etmişdir. Bu mənada Y. Böme, A. Silezius 

və K. Kulmanın yaradıcılıqları xüsusi əhəmiyyət kəsb etmişdir. Ümumən XVII əsr 

alman  ədəbiyyatı  Höte,  Şiller,  Lessinq  kimi  XVIII  əsr  alman  klassiklərinin 

dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır.   

 Mövzu: İngilis ədəbiyyatında lirika 

İcraçı: f.e.n., dos. N.A.Sadıxlı 

           f.e.n., müəllim  N.F.Həsənova  

XVII  əsrdə  İngiltərədə  lirik  poeziya  xüsusilə  inkişaf  etmişdir.  Şekspir 

lirikasının  ənənələrini  davam  etdirən  ingilis  şairləri  yeni  formalarda  və  yeni 



 

12

mövzularda  bir-birinlən  qiymətli  lirik  əsərlər  yazmışlar.  Bir  sıra  ingilis  şairləri, 



xüsusilə  də  Ben  Conson  və  Con  Donnun  lirik  əsərləri  ,  eləcə  də  XVII  əsr  ingilis 

ədəbiyyatının  görkəmli  nümayəndəsi  Con  Milton  lirika  sahəsində  böyük  uğurlar 

qazanmışlar. Bu dövrdə ingilis ədəbiyyatında lirikanın müxtəlif növləri  və janrları 

olmuşdur. Əsasən yeni poetik formalara üstünlük verən bu şairlər lirik qəhrəmanın 

daxili-mənəvi  aləmini,  insanın  hiss  və  duyğularını  böyük  sənətkarlıqla  ifadə 

etmişlər.  Miltonun lirik  poeziyası bir  tərəfdən dövrünün ictimai-siyasi hadisələrini 

əks etdirirdisə, digər tərəfdən dərin humanizmi və lirizmi ilə seçilirdi.    

Mövzu: Con Miltonun yaradıcılığı 

İcraçı: f.e. d., prof. Ə.M.Xəlilov 

           F.e. n. N.A.Həsənov  

Con  Milton  XVII  əsr  ingilis  ədəbiyyatınınən  parlaq  simalarından  biridir. 

Onun  ictimai-siyasi  publisistikası  və  bədii  yaradıcılığı  mürəkkəb  və  ziddiyyətli 

siyasi  hadisələr  fonunda  inkişaf  etmişdir.  Hələ  gənc  yaşlarından  vətəninin  və 

millətinin ictimai-siyasi həyatında fəal iştirak edən Milton bədii yaradıcılığa çox 

erkən başlamış və onun həyatı gərgin  mübarizələr şəraitində keçmidir ki, bu da 

öz  növbəsində  onun  yaradıcılında  öz  ifadəsini  tapmışdır.  Milton  o  dövrdə 

İngiltərədə  baş  verən  bir  sox  siyasi  hadisələrin  birbaşa  iştirakçısı  olmuş,  həmin 

hadisələrə  publisistikası  ilə  və  bədii  yaradıcılığı  ilə  fəal  münasibət  bildirmişdir. 

Xüsusilə,  XVII  əsrin  40-50-ci  illərində  İngiltərə  siyasi  hadisələrin  burulğanına 

bənzəyirdi.  Bir  tərəfdən  burjua-zadəgan  puritanlığı,  digər  tərəfdən  dini-klerikal 

qüvvələr,  nəhayət  plebey-kütlə  təbəqəsi  cəmiyyətin  idarə  olunması  yolunda 

mübarizə  aparıdılar.  Mütərəqqi  qüvvələr  cəmiyyətin  sağlamlaşması,  yeniləşməsi 

yolunda  mübarizə  aparırdılar.  Burjua  inqilabı  yaxınlaşmaqda  idi.  Feodal 

münasibətləri süqut edirdi, din öz hökmranlıq qabiliyyətini itirməkdə idi. Bütün 



 

13

bu  ictimai-siyasi  hadisələr  Miltonun  yaradıcılığına  həm  birbaşa  təsir  göstərmiş, 



həm  də  onunəsərlərində  geniş  şəkildə  bədii  formada  təhlil  edilmişdir.  Miltonun 

«Areopagitika», «Büt mübarizi» və «İngilis xalqının müdafiəsi» kimi publisistik 

əsərləri bu janrda yazılmış dünya ədəbiyatının ən nadir nümunələri sırasına daxil 

olmuşdur.  Milton  bu  əsərlərində  dövrünün  demək  olar  ki,  bütün  aktual 

problemlərinə  vətəndəaş  və  ziyalı  münasiğətini  kəsgin  satirik  fomada 

bildirmişdir.  

Miltonun  bədii  əsərləri  –  lirik  şeirləri,  poemaları  və  dram  əsəri  dünya 

ədbiyyatı  tarixindi  xüsusi  əhəmiyyət  kəsb  edir.  Şairin  «İtirilmiş  cənnət», 

«Qaytarılmış  cənnət»  poemaları  və  «Mübariz  Samson»  dramı  öz  ictimai 

məzmununa  görə  seçilsə  də,  bədii  keyfiyyətlərinə  görə  daha  çox  əhəmiyyət 

daşıyır. Şair bu əsərlərində «Tövrat» mövzularına müraciət etsə də müasir ingilis 

həyatının reallıqlarını əks etdirmişdir. 

  XVII əsr alman ədəbiyyatı   

Mövzu: XVII əsr alman ədəbiyyatı   

İcraçı: f.e.d. prof. C.Q.Nağıyev 

                   f.e.d. prof. əvəzi Ü.İ Bədəlbəyli 

XVII əsr İngiltərə və Almaniya ədəbiyyatlarında əsas istiqamətlərdən olan 

intibah  realizmi,  klassisizm  və  barokko  ədəbi  cərəyanları  və  bu  cərəyanlara  aid 

olan  yazıçıların  yaradıcılığı  tədqiqata  cəlb  edilmişdir.  XVII  əsr  Almaniya 

ədəbiyyatında  Otuz  illik  müharibə  ilə  əlaqədar  olaraq  müharibə  mövzusu 

üstünlük təşkil etmişdir. Bu dövrdə Almaniyada xüsusilə barokko ədəbi cərəyanı 

daha  çox  inkişaf  etmişdir.  Bundan  başqa,  bu  ölkədə  həmin  dövrdə  Fransa  ilə 

müqayisədə zəif də olsa klassisizm ədəbi cərəyanı da mövcud olmuşdur. Bu dövr 

alman ədəbiyyatında  M.Opits,  F.Loqau,  P.Fleminq  və A.Qrifius  kimi  görkəmli 



 

14

sənətkarlar  barokko  və  klassisizm,  bəzən  də  intibah  realizmi  üslubunda  bədii 



əsərlər yazmışlar.  

XVII əsr 

a

lman


 

ədəbiyyatında vətənpərvərlik və qəhrəmanlıq mövzuları daha 

qabarıq  şəkildə  ifadə  olunmub,  A.Qrifiusun  «Vətənin  göz  yaşları»  əsəri  bu 

baxımdan xüsusilə diqqətəlayiqdar. Alman ədəbiyyatında XVII əsrdə əsasən poetik 

vorma inkişaf etsə də bədii nəsr də əhəmiyyətli yerlərdən birini tutmuşdur. Belə ki, 

alman nəsrinin görkəğli nümayəndələrindən biri olan Moşeroşun yardıcılığı diqqəti 

cəlb edir. Xüsusilə, dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Y.-

F.Qrimmelshauzenin  nəsr  yaradıcılığı  yüksək  bədii-estetik  və  ictimai-siyasi 

əhəmiyyət  kəsb  edir.  Onun  «Simplisi  Simplisissimus»  (Sadəlövhlərin  Saləlövhü) 

romanı öz dövründə böyük təsir qüvvəsinə malik olduğu kimi, sonrakı dövrlərdə də 

bədii əhəmiyyətini itirməmiş, bu gün də dünya ədəbiyyatı tarixində öncül yerlərdən 

birini  tutur.  Yazıcı  bu  romanında  o  dövrdə  alman  xalqının  başına  gələn 

bəlalardan,  milli  faciələrdən  bəhs  etmiş,  həmin  dövrün  ictimai-siyasi  hadisələrini 

böyük  məharətlə  açıb  göstərmiş,  əsasən  müharibə  ilə  əlaqədar  təsirli,  yaddaqalan 

səhnələr  və  obrazlar  yaratmışdır.  Bu  romanda  realist  səhnələr  təsvir  edilsə  də 

barokko bədii üslubu üstünlük təşkil etmişdir.  

 XVII  əsrin  ikinci  yarısında  Fransada  olduğu  kimi  alman

 

ədəbiyyatında  da 



ədəbi  cərəyanlar  arasında  kəsgin  mübarizə  getməyə  başlayır.  Saray  klassisizmi 

böhran  keçirir,  yavaş-yavaş  süqut  edir,  realizm  getdikcə  güclənir,  brokko  hələ  də 

fəaliyyətini davam etdirir, yeni bürger-nəsihət ədəbiyyatı (hikmət ədəbiyyatının bir 

gövü kimi) yaranır və demokratik xalq (plebey) ədəbiyyatı formalaşır.  



Mövzu: XVII əsrdə Almaniyada müharibəç əleyhinə ədəbiyyatıt  

İcraçı: f.e.n., dos. E.E.Mehrəliyev 

           f.e.n., dos. S.T.Məmmədova  


 

15

Otuzillik  müharibə  (1618-1648-ci  illər)  alman  xalqının  həyatında  dətin, 



silinməz  izlər  buraxmışdır.  Şəhərlər  və  kəndlər  dağılmış,  minlərlə  insan  həlak 

olmuş, xalqın güzəranı həddindən artıq pisləşmişdi. Elə ona görə də demək olar ki 

bütün  alman  şairr  və  yazıçıları  bu  mövzuya  çox  böyük  həssaslıqla  yanaşmış,  bu 

sahədə  qiymətli  əsərlər  yazmışdar.  Moşeroşun,  Hofmanstaunun,  Qrifiusun  və 

Loqaunun  yaradıcılıtında  müharibə  əlyhinə,  müharibənin  dəhşətlərini  ifşa  edən 

əsərlər  üstünlük  təşkil  etmişdir.  Görkəmli  alman  yazıçısı  Qrimmelshauzenin 

poeziyasında  olduğu  kim  i,  «Simplisi  Simplissisimus»  romanının  da  əsas  qayəsi 

müharibənin və onun törətdiyi dəhşətlərin ifşasına həsr olunmuşdur.    



Mövzu:

 

XVII əsr alman şairləri 

İcraçı: f.e. d., prof. Ə.M.Xəlilov 

           Müəllim N.N.Xəlilova 

XVII  əsrdə  M.Opisin,  A.Qrifiusun,  P.Fleminqin  sayəsində  alman 

poeziyasında şerin  sonet  forması yarandı  və sabitləşdi. Bir sıra şairlər, ocümlədən 

daha  da  genişləndirdilər.  Barokko  cərəyanı  poeziyada  daha  aydın  şəkildə  özünü 

biruzə  verdi.  Belə  ki,  ispvn  qonqoroizmi  il  əvə  italyan  marinizmi  ilə  alman 

barokkosu  çox  yaxındır.  Qrifius,  Moşeroşun  və  Opitsin  yaradıcılığında  bunu 

görmək olar. 

Şair M.Opits həm ədəbiyyat nəzəriyyəçisi olmuş, həm tərcüməçi idi, həm də 

şeirin islahatçısı olmuşdur. O, Almaniyada sillabo-tonik şeirin yaradıcısıdır. 

A.Qrifius Avropanın ən görkəmli şairlərindən biridir. O, «Gürgü Yekatrina» 

əsərində tiranlığa qarşı çıxmışdır.  

Qrimmelshauzen də şeirlər yazmışdır. 



Mövzu: İ.Y.fon Qrimmelshauzenin həyat və yaradıcılığı  

İcraçı: f.e.n., dos. E.E.Mehrəliyev 

           Müəllim  S.H.Abdullayeva 


 

16

İ.Y.fon  Qrimmelshauzen  ağır,  məşəqqətli  həyat  yaşamışdır.  O,  imperiya 



əsgərləri  tərəfindən  doqquz  yaşında  olarkən  oğurlanmış  və  sonra  hərbiyə  cəlb 

edilmişdir.  Orduda  xidmər  etdiyi  müddətdə  o,  bir  sıra  ağır  döyüşlərdə  iştirak 

etmişdir.  

Ədəbi  yaradıcılığı  o,  50-ci  illərəd  başlamışdır.  «Simplisi  Simplissisisumusun 

macəraları»  romanı  yaxıcını  ən  məşhup  əsərindir.  «Sadəlövhlərin  Sadlovhü» 

adlanan  bu  romanın  qəhrəmanı  müharibədən  əziyyət  çəkən,  evini,  valideyinlərini 

itirən  bir  kəndli  uşağıdır.  Romanda  onu  banışa  gələn  əhvalatlar  macəra 

formasında təsvir edilsə də, əsər dərin ictimai-siyasi səciyyə daşıyır.  



Mövzu: XVII əsr alman nəsri və publisistikası 

İcraçı:  prof.əvəzi Bədəlbəyli Ü.İ. 

            F.e.n.. müəllim N.Ş.Göyçayskaya 

XVII  əsrdə  alman  ədəbiyyaiında  da  publisistika  və  bədii  nəsr  müəyyən 

qədəor  inkişaf  etmişdir.  Demək  olar  ki,  alman  şairlərinin  və  yazıçılarının 

əksəriyyəti  parçalanmış,  müharibələr  nəticəsində  zəifləmiş,  dalanmış  almaniyanın 

dərdlərini  nəm  poetik,  həm  də  nəsr  formasında,  xüsusilə  də  publisistik  əsərlərdə 

ifadə etmişlər. 



4. Dərc olunmuş elmi işlərin xarakteristikası: 

Professor C.Q.Nağıyev 

1.

 



Bir Koreya Əsatir Qəhrəmanı və Koreya-Azərbaycan Əsatir-folklor əlaqələri 

Haqqında,  Mif,  Millət,  Ədəbiyyat,  Yeni  İpək  Yolu  Beynəlxalq  Ədəbi 

Simpoziumu, Bakı: SBC Nəşriyyatı, 2008, S.167-170 (Azərbaycan və Koreya 

dillərində)  

2.

 

«Kitabi-Dede Korkut» Destanında Rüya Görme ve Rüya Yorumu, Avrasya 



Kurumu Sempozyum Bildirileri, Ankara, 2008, S. 19-26 


 

17

3.



 

Çengiz Aytmatovun Ebedi Gelini, «Yol» Dergisi, Sayı: 29, Eylül-Ekim, 2008, 

S. 12-19 

4.

 



Vali Bahaəddin Güney, Türk Dünyasını nurlandıran insan, Bakı: Şirvannəşr, 

2008, 167-171 

5.

 

Müxtəlif  Sahələrə  Diqqət.  İlham  Əliyevin  haqqında  qeydlər,  «Azərbaycan 



Müjdələri» jurnalı, oktyabr, 2008, S. 109 

6.

 



 Avropa Biliği ve Ortak Türk Dili, VI. Uluslararası Türk Dili Kurultayı, 20-

25 Ekim, Ankara, 2008 

 

Professor Ə.M.Xəlilov 

1. Şairin rübailər aləmi, Müzəffər Təbib. Rübailər, kitaba ön söz, Bakı, 2008 

2. Müzəffər Təbibin sonetləri, Müzəffər Təbib. Sonetlər, kitaba ön söz, Bakı, 

2008 


Professor  əvəzi Ü.İ.Bədəlbəyli 

1. «Somerset Moemin «Şərq hekayələri». Ədəbi əlaqələr. Toplu  3,  s. 336-

342                                           

10. Dissertasiya müdafiəsi və dissertasiya şuralarında fəaliyyəti 

Professor C.Q.Nağıyev 

1.  Bakı  Dövlət  Universitetinin  nəzdində  filologiya  elmləri  doktoru  və 

elmlər namizədi dərəcəsi üzrə Dissertasiya Şurasının (D.02.181) üzvüdür. 

2.  2008  ildə  professor  C.Q.Nağıyevin  rəhbərli  altında  kafedranın  əyani 

aspirantı Savil Zakir qızı Qaraşova  «Əli bəy Hüsenzadəni yaradıcılığında Qərb 

ədəbiyyatı» mövzusunda namizədlik dissertasmiyasını müdafiə etmişdir. Bu ildə 

o,  Sona  Əli  qızı  Məmmədovanın  «Azərbaycan  uşaq  dramaturgiyası  70-80-ci 

illərdə» mövzusunda namizədlik dissertasiyasına opponentlik etmişdir.   



Professor Ü.İ.Bədəlbəyli  


 

18

1.  Dövlət  Dillər  Universitetində  fəaliyyət  göstərən  Dissertasiya  Şurasının 



üzvüdür. 

2. 2. O, filologiya elmləri namizədi adını almaq üçün aşağıdakı iddiaçılara 

opponentlik etmişdir: 

1.Riza  Əlixan  oğlu  Xəlilov  «T.Vulfun  yaradıcılığında  20-ci  əsrin 

əvvəllərində Amerika reallığının təcəssümü» 

2.  Əzizə  Qurban  qızı  Məmmədova  «İngilis  və  Azərbaycan 

dramaturgiyasında  sosial  problemin  qoyuluşu  (B.Şou  və  C.Cabbarlının  əsərləri 

əsasında)» 

3.Lalə  Çingiz  qızı  Məcidova  «İngilis  ədəbiyyatında  detektiv  janrın 

formalaşması prosesi». 



Dosent E.E.Mehrəliyev 

    

 1.  Çex  ədəbiyyatında Şərq  motivləri:  Monoqrafiya.  Bakı:  «Kitab  aləmi»,  2008, 

268 s. 

2. Çex ədəbiyyatında qızıl janrı. BSU,  Müqayisəli ədəbiyyat. Bakı, 2008, s. 

135-136 


3. Hunlar Bohemiyada. Dil və ədəbiyyat, 4(64). Bakı, 2008, s. 117-118 

4.  Çex  nağıllarında  Şərq  motivləri.  Elmi  xəbərlər.  Bakı,  2008,  №4,  s.  213-

217 

5.  Yulius  Fuçik  Orta  Asiyada.  Dil  və  ədəbiyyat.  3(63).  Bakı,  2008,  s.  172-



174  

11. Magistrlərin dissertasiya işlərinə rəhbərlik 

Professer C.Q.Nağıyev 

Bədii ədəbiyyatda psixologizm (Psixologiya kafedrası)  



Professor əvəzi Ü.İ.Bədəlbəyli 


 

19

  

1. Qədirova Günel Həsən qızı. «Fransuaza Saqanın yaradıcılığı».  

  2. Vəliyev Şahin Vagif oğlu. «Kobo Abenin yaradıcılığı».  



Professor Ə.M.Xəlilov 

Yaradanquliyeva  Pərvanə  Əmirxan  qızı.  «Henrix  İbsenin  dramaturgiyası 

Azərbaycan dilində».                                        

Dosent E.E.Mehrəliyev 

  Ələkbərova  Aytən  Səfərəli  qızı.  «Paolo  Koelyo  yaradıcılığı»  (Azərbaycan 

dilində  

Dosent S.T.Məmmədova 

Hanife Odabaşı. Qədim Anadolu ədəbiyyatı 



Əsas nəticələr və təkliflər 

A) Hesabat ilində Dünya ədəbiyyatı kafedrasını əməkdaşlarının hazırladıqları 

elmi  işlər  yüksək    elmiliyi  ilə  seçilmiş,  gələcəkdə  tələbələrin  tədris  prosesində 

istifadə olunacaqlır.  

B) Dərslik kimi nəzərdə tutulan elmi araşdırmarın tezliklə hazırlanıb nəşriyyat 

averilməsi nəzərdə tutlur.  

C)  Hələ  bu  gün  də  mövcud  olmayan  bəzi  dərslik  və  dərs  vəsaitlərinin  adları 

müəyyən  edilmiş,  onların  bəzilərinin  tərcümə  olunması,bəzilərinin  isə  orijinal 

olaraq yazılması prlanlaşdırılır.  

 

 



Dünya ədəbiyyatı kafedrasının müdiri:                                prof.C.Q.Nağıyev   

 

 

Yüklə 134,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə