«Təsdiq edirəm»



Yüklə 70,57 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü70,57 Kb.
#8241


AZƏRBAYCAN DÖVLƏN NEFT VƏ SƏNAYE UNİVERSİTETİ 

 

 



 

 

                                                               «Təsdiq edirəm» 

                                                              ADNSU-nun  rektoru, professor 

                                                                        __________________  Mustafa  Babanlı 

                      

«

 05



»

   iyul          2016-cı    il  

 

 

 



 

 

 



 

2504.01 – «Geodeziya» ixtisası üzrə  

doktoranturaya qəbul imtahanının 

 

 

P R O Q R A M I 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

BAKI – 2016 


 

Proqramı tərtib edən: 

 

ADNSU-nun “Faydalı qazıntı yataqlarının  



geologiyası və işlənməsi” kafedrasının dosenti                                      R.Ə.Eminov 

 

 



Rəyçilər: 

1.

 



Azərbaycan Memarlıq və İnşaat 

Universitetinin “Geomatika”  

kafedrasının müdiri, dosent                                                         S.A.Qəniyeva 

 

2.



 

ADNSU nun “Faydalı qazıntı yataqlarının  

geologiyası və işlənməsi” kafedrasının dosenti                           M.M.İsmayılov                                     

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

2504.01  –  «Geodeziya»  ixtisası  üzrə  doktoranturaya  qəbul  imtahanı  proqramının 

əsasını  aşağıdakı  ali  məktəb  fənləri  təşkil  edir:  Geodeziya,  Geodeziya  ölçmələrinin 

riyazi  emal  nəzəriyyəsi,  Ali  geodeziya,  Radiogeodeziya,  Geodezik  astronomiya, 

Qravimetriya, Kosmik geodeziya, Tətbiqi geodeziya, Geodeziya istehsalatının təşkili 

və iqtisadiyyatı. 

 

GİRİŞ 

Geodeziya  elmi  ən  qədim  və  birinci  olaraq  astronomiya,  riyaziyyat,  fizika, 

coğrafiya, geologiya və bir çox digər elmlərin yaranmasına təkan vermişdir. Bu elm 

sahələrində  əldə  edilən  nəticə  və  yeniliklər  tədricən  geodeziyada  tətbiq  olunmuş  və 

onun sürətlə inkişafına gətirib çıxarmışdır. İnkişaf tarixi boyu geodeziya elmi dünya 

quruluşunun və iqtisadiyyatının əksər sahələrini əhatə etmiş və onun həll etdiyi elmi, 

elmi-texniki  və  praktiki  məsələlərinin  sayı  artmışdır.  Bu  məsələlərin  həlli  ilə 

geodeziyanın  tədricən  yaranmış  bir  çox  fənnləri  məşğuldur.  Onların  sürətli  inkişaf 

tempi  bəzi  fənnlərin  artıq  elmə  çevrilməsinə  gətirib  çıxarmışdır.  Bu  tendensiya 

Kosmik  geodeziya  sahəsində  də  müşahidə  olunur.  Son  50  ildə  burada  böyük 

nailiyyətlər  əldə  edilmişdir.  Kompüter  texnologiyasını  geniş  tətbiq  edən  Kosmik 

geodeziya  əvvəllər  yerüstü  metodlarla  on  illərlə  görülən  əsas  geodeziya  işlərini  bir 

neçə  aya  və  xeyli  az  maliyyə  xərcləri  ilə  aparmağa  imkan  verir.  Kompyüter  və 

kosmik  texnologiyalar  hal-hazırda  sürətlə  inkişaf  etdiyindən  bu  sahələrdə  yeni 

metodlar  yaranmış  və  onların  tədris  proqramlarına  salınması  zərurəti  ortaya 

çıxmışdır.  Bu  gün  əsas  geodeziya  işlərinin  70%-ni  kosmik  geodeziya  görmək 

iqtidarındadır. Ancaq bəzi praktiki məsələlərin həllində yerüstü metodlar daha yüksək 

dəqiqlik  verir  və  buna  görədə  onlar  hələ  uzun  müddət  tətbiq  olunacaq.  Kosmik 

geodeziyanın  mövcud  problemləri  aradan  götürüldükcə  GPS  ölçmələrinin  dəqiqliyi 

artacaq və onların da həlli mümkün olacaq.  

Yuxarıda  adlarını  çəkdiyimiz  fənlərin  dərindən  öyrənilməsi  geodeziyanın  bir  çox 

problemlərinin həllinə yol açacaq. 



 

 


MÖVZULAR VƏ ONLARIN MƏZMUNU 

 

1.

 

Geodeziya elmi haqqında ümumi məlumatlar 

Geodeziyanın əsas elmi-texniki məsələləri və problemləri. 

Geodeziyanın  fənləri  və  onların  əsas  məsələləri.  Ali  geodeziyanın  əsas 

məsələləri.  Kosmik  geodeziyanın  əsas  məsələləri.  Geodezik  astronomiyanın  əsas 

məsələləri.  Radiogeodeziyanın  əsas  məsələləri.  Kartoqrafiyanın  əsas  məsələləri. 

Tətbiqi geodeziyanın əsas məsələləri. 



2.

 

Geodeziyada tətbiq olunan koordinatlar sistemləri. 

Geodeziya  koordinatlar  sistemi.  Astronomik  koordinatlar  sistemi.  Coğrafi 

koordinatlar  sistemi.  Qauss-Krügerin  zona  koordinatlar  sistemi.  Müstəvidə 

düzbucaqlı koordinatlar sistemi. 



3.

 

Oriyentirləmə bucaqları haqqında məlumatlar. 

Azimutlar,  direksion  və  rumb  bucaqları  haqqında  məlumatlar.  Meridianların 

yaxınlaşması  və  maqnit  inhirafi  bucaqları.  Maqnit  azimutlarının  təyini.  Xəritə 

üzərində oriyentirləmə bucaqlarının təyini. 



4.

 

Plan və xəritələr, onların əsas riyazi elementləri. 

Plan və xəritələrin düzbucaqlı koordinatlar sistemi. Plan və xəritələrin coğrafi 

koordinatlar  sistemi.  Xəritələrin  nomenklatursının  və  künc  koordinatlarının  təyini. 

Xəritə üzərində yüksəkliyin, mailliyin və yamac dikliyinin təyini. Xəritədə su hövzəsi 

sərhədinin, sahəsinin  və həcminin təyini. Xəritədə  sahələrin  təyini  üsulları.  Xəritədə 

trassa profilinin horizontallara görə tərtibi. 



5.

 

Bucaqölçən alət və cihazlar. Bucaqların ölçülməsi üsulları. 

Teodolitlərin  təsnifatı  quruluşu  və  əsas  yoxlamaları.  Üfüqi  bucaqların 

ölçülməsi prinsipi və üsulları. Meyl və şaquli bucaqların ölçülməsi. Müasir elektron 

teodolit və taxeometrlərin iş prinsipləri. 



6.

 

Məsafəölçən cihaz və alətlər. Məsafələrin ölçülməsi üsulları və metodları. 

Xətlərin  ölçülməsi  üsulları  vasitələri  və  metodları.  Optikməsafəölçən  alətlər, 

saplı və qoşaxəyallı məsafəölçənlər. Əlçatmaz məsafələrin təyini. Məsafələrin işıq və 

radioməsafəölçənlərlə ölçülməsi. Məsafələrin parallaktik metodlarla ölçülməsi. 




7.

 

Nivelirlərin  təsnifatı,  quruluşu  və  əsas  yoxlamaları.  Nivelirləmə 

metodları. 

Nivelirlərin  təsnifatı  və  əsas  yoxlamaları.  Nivelirləmə  metodları.  Həndəsi 

nivelirləmə  prinsipi.  Sahənin  nivelirlənməsi.  Müasir  elektron  və  rəqəmli  nivelirlərin 

iş  prinsipi.  Nivelir  gediş  və  şəbəkələrinin  tarazlaşdırılması.  III  və  IV  sinif 

nivelirləmənin çöl işləri. 

8.

 

Trassanın nivelirlənməsi. Profillərin tərtibi. 

Trassanın layihələndirilməsi və bölünməsi. Trassa boyu texniki nivelirləmənin 

aparılması.  Profillərin  tərtibi  və  layihə  mailliklərinin  hesablanması.  Əyrilər 

elementlərinin  hesablanması.  Əyrilərin  piketaj  qiymətlərinin  təyini  və  əsas 

nöqtələrinin bölünməsi. 

9.

 

Dövlət geodeziya plan və yüksəklik şəbəkələri. 

Plan  geodeziya  şəbəkələrinin  qurulması  metodları.  Yüksəklik  geodeziya 

şəbəkələri. Planalma geodeziya şəbəkələri. Analitik şəbəkələr. Düz və əks geodeziya 

məsələlərinin həlli. Üçbucaqların həlli. 



10.

 

Planalma növləri, metodları və üsulları. 

Topoqrafik planalmaların  növləri və  metodları.  Kontur və situasiyaların  plana 

alınması  üsulları.  Taxeometrik  planalmanın  mahiyyəti,  triqonometrik  nivelirləmə. 

Aerofotoplanalmanın mahiyyəti. Kosmik planalmanın mahiyyəti. 



11.

 

Barometrik nivelirləmə. 

Barometrik nivelirləmənin mahiyyəti. Atmosfer və onun xassələri. Barometrik, 

düsturlar və cədvəllər. Baronivelirlər və mikrobarometrlər. 

12.

 

 Poliqonometriya haqqında ümumi məlumatlar. 

I,  II,  III  və  IV  sinif  poliqonometriyanın  əsas  tələbləri.  1  və  2-ci  dərəcəli 

poliqonometriyanın əsas tələbləri. 

13.

 

Geodeziya bölgü işləri haqqında məlumatlar. 

Geodeziya  bölgü  işlərinin  mahiyyəti.  Layihə  bucağının,  xəttinin  və 

yüksəkliyinin  naturaya  çıxarılması.  Bina  və  qurğuların  əsas  nöqtə  və  oxlarının 

naturaya  çıxarılması  üsulları.  Bina  və  qurğular  deformasiyalarının  təyini. 

Topogeodeziya və geoloji axtarış işlərinin mahiyyəti. 



14.

 

Səhvlər nəzəriyyəsindən ümumi məlumatlar. 

Səhvlər  mənbələri  və  növləri.  Orta  ədədi  qiymət  və  orta  kvadratik  səhv 

anlayışı. Mütləq, nisbi və həddi səhvlər. 

 

Ədəbiyyat 

1.  M.H.Qocamanov,  Z.A.Bağmanov  -  Geodeziya  ölçmələrinin  riyazi  hesablanması. 

Ali məktəblər üçün dərslik. Bakı, BDU nəşriyyatı, 2000, 176 s. 

2.R.Ə.Eminov  «Kartoqrafiyanın  əsasları».  Bakı,  Azərbaycan  Kooperasiya 

Universitetinin nəşriyyatı, 2006  

3. S.A.Qəniyeva, «Mühəndis geodeziyası». Bakı, «Elm və təhsil» nəşr., 2011 

4. Q.Ş.Məmmədov, İ.H. Əhmədov, «Geodeziya», «Maarif» nəş., Bakı, 2002 

5.  Q.Ş.Məmmədov,  İ.H.  Əhmədov,  «Geodeziya  və  kartoqrafiyanın  əsasla-rı»,Bakı 

«Nafta-Press» nəşr., 2011  

6. M.N.Şəfiyev, «Mühəndis geodeziyası kursu» «Maarif» nəş., Bakı, 1975 

7. R.X.Piriyev, «Geodeziyanın əsasları və topoqrafiya». Bakı, 1994 

8. M.M.Əliyev, «Geodeziya», Azərb NKİ-nin nəşri, Bakı, 1972 

9.  M.H.Əliyev,  M.M.Əliyev  və  b.,  «Geodeziya  və  topoqrafik  rəsmxət»  Bakı,  

Azərnəşr, 1961 

10.

 

Р.А.Еминов – «Геодезия», Баку, изд-во «Тахсил», 2012, 466 с. 



11.

 

П.И.Шилов «Геодезия», М., 1982 



12.

 

В.Д.Большаков и др. Справочник геодезиста (в двух книгах), М., «Недра», 



1975, 1056 с. 

13.


 

 К.Л.Проворов, Ф.П. Носков – Радиогеодезия, М., «Недра», 1973, 352 с. 

14.

 

 В.Н.Варанов, Е.Г.Бойко и др. Космическая геодезия, М. «Недра», 1996, 1444 



с. 

15.


 

 Е.Г.Бойко  –  Высшая  геодезия.  Часть  II.  Сфероидическая  геодезия.,  М. 

Картгеоцентр-геодезиздат, 2002, 144 с. 

16.


 

Г.В.Багратуни,  В.Н.Ганьшин  и  др.  «Инженерная  геодезия»,  М.  изд-во 

«Недра, 1994 

 

“Faydalı qazıntı yataqlarının geologiyası  

və işlənməsi” kafedrasının müdiri, dosent                                  R.T.İsmayılov                                                                      

 

Tərtib etdi:           



Dosent                                                                                            R.Ə. Eminov  

 

 

 

 

 

 

 


2504.01 – “Geodeziya” ixtisası üzrə doktoranturaya qəbul imtahanının 

SUALLARI 

1. Kosmik geodeziyanın əsas məsələləri 

2. Kartoqrafiyanın əsas mərsələləri 

3. Astronomik geodeziyanın əsas məsələləri 

4. Ali geodeziyanın əsas məsələləri 

5. Radiogeodeziya və onun əsas məsələləri 

6. Geodeziya koordinatlar sistemi 

7. Coğrafı koordinatlar sistemi 

8. Qauss-Krügerin zona koordinatlar sistemi 

9. Oriyentirləmə bucaqları haqqında məlumatlar 

10. Meridianların yaxınlaşması və maqnit inhirafi bucaqları 

11. Astronomik koordinatlar sistemi  

12. Xəritə üzərində düzbucaqlı zona koordinatlarının təyini 

13. Kartoqrafik proyeksiyalar haqqında məlumatlar 

 

14. Topoqrafık xəritələrin nomenklaturası, ölçüləri və künc koordinatları 



15. Topoqrafık xəritənin coğrafı koordinatlar şəbəkələri  

16. Xəritədə yüksəkliyin, mailliyin və yamac dikliyinin təyini  

17. Xəritədə su hövzəsi sərhəddinin, sahəsinin və həcminin təyini  

18. Xəritədə oriyentirləmə bucaqlarının təyini 

19. Sahələrin hesablanması üsulları 

20. Səhvlər nəzəriyyəsindən ümumi məlumatlar 

21. Səhvlər mənbələri və növləri. Orta ədədi qiymət və orta kvadratik səhv anlayışı 

22. Teodolitlərin təsnifatı, quruluşu və əsas yoxlamaları 

23. Üfüqi bucaqların ölçülməsi prinsipi və üsulları  

24. Meyl bucaqlarının ölçülməsi 

25. Xətlərin ölçülməsi üsulları, vasitələri və metodları  

26. Optikməsafəölçən alətlər, saplı və qoşa xəyallı məsafəölçənlər  

27. Əlçatmaz məsafələrin təyin edilməsi  

28. Məsafələrin işıq və radioməsafəölçənlərlə ölçülməsi  




29. Məsafələrin parallaktik metodlarla ölçülməsi 

30.Nöqtələrin yüksəkliyi və həndəsi nivelirləmə prinsipi 

31. Şaqul xəttin yayınması 

32.Dövlət geodeziya şəbəkələri haqqında məlumatlar 

33.Kiçik sferoidik üçbucaqların həlli 

34.Aerofotoplanalma haqqında ümumi məlumatlar 

35.Yüksəklik istinad şəbəkələri  

36. Planalma geodeziya şəbəkələrinin qurulması metodları 

37. Düz və əks geodeziya məsələlərinin həlli 

38.Topoqrafık planalmaların növləri və üsulları   

39.Triqonometrik nivelirləmə  

40. Layihənin naturaya keçirilməsində tətbiq olunan üsullar 

41. Tətbiqi geodeziya haqqında ümumi məlumatlar 

42. Trassanın layihələndirilməsi və bölünməsi 

43. Əyrilər elementlərinin hesablanması 

44. Trassa profilinin tərtibi və layihə mailliklərinin hesablanması 

45. Əyrilərin piketaj qiymətlərinin hesablanması və bölünməsi 

46. Kontur və situasiyaların plana alınması üsulları 

47. Layihə bucağının və xəttinin naturaya çıxarılması 

48. Layihə yüksəkliklərinin naturaya çıxarılması 

49. Geodeziya bölgü işlərinin mahiyyəti və dəqiqliyi 

50. Topogeodeziya və geolojı axtarış işlərinin mahiyyəti 

 

 

 



 

 

 



 

 

 



 

 

 




Вопросы для вступительных экзаменов в докторантуру по 

специальности  2504.01 – Геодезия 

 

1. Основные задачи и проблемы «Космической геодезии» 



2. Основные задачи и проблемы «Картографии» 

3. Основные задачи и проблемы «Астрономической геодезии» 

4. Основные задачи и проблемы «Высшей геодезии» 

5. Основные задачи и проблемы  «Радиогеодезии» 

6. Общие сведения из теории ошибок 

7. Система геодезических координат 

8. Система географических координат 

9. Система астрономических координат 

10. Зональная система координат Гаусса-Крюгера 

11. Сведения об углах ориентирования 

12. Углы сближения меридианов и склонения магнитной стрелки 

13. Определение прямоугольных зональных координат точек по карте 

14. Сведения о картографических проекциях 

15. Номенклатура, размеры и координаты углов рамок карт 

16. Сетка географических координат топографических карт 

17. Определение высот точек, уклонов линий и их углов ската 

18. Определение границ, площадей и объемов водозабора 

19. Определение углов ориентирования линий по карте 

20. Способы определения площадей по карте 

21.  Источники  и  виды  ошибок.  Понятия  о  средней  арифметической  и 

среднеквадратической ошибках измерений 

22. Классификация теодолитов, их устройства и основные поверки 

23. Принципы и способы измерения горизонтальных углов 

24. Измерения вертикальных углов 

25. Способы, методы и средства измерений линий 

26.Оптические  дальномеры,  нитяные  дальномеры  и  дальномеры    

двойного изображения 

27. Определение непреступных расстояний 

28. Определение длин линий свето- и радиодальномерами 

29. Определение длин линий параллактическими методами 

30. Высоты точек и принцип геометрического нивелирования 

31. Уклонение отвесной линии 

32. Сведения о государственных геодезических сетях 

33. Решение малых сфероидических треугольников 

34. Общие сведения об аэрофотосъемке 

35. Высотные опорные сети 

36. Методы построения геодезических съемочных сетей 

37. Решение прямой и обратной геодезических задач 

38. Виды и способы топографических съемок 

39. Тригонометрическое нивелирование 

40. Способы выноса проекта в натуру 



41. Общие сведения из «Прикладной геодезии» 

42. Проектирование и разбивка трассы 

43. Вычисление элементов круговых кривых 

44. Составление профиля трассы и вычисление проектных уклонов 

45. Вычисления пикетажных значений точек кривых и их разбивка 

46. Способы съемки контуров и ситуаций местности 

47. Вынос в натуру проектного угла и линии 

48. Вынос в натуру проектной отметки 

49. Сущность геодезических разбивочных работ 

50. Сущность топогеодезических и геологических изысканий 



 

 

“Faydalı qazıntı yataqlarının geologiyası  



və işlənməsi” kafedrasının müdiri, dosent                                  R.T.İsmayılov                                                                      

 

Tərtib etdi:           



dosent                                                                                              R.Ə. Eminov  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yüklə 70,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə