"Təsdiq edirəm"



Yüklə 36,87 Kb.
tarix02.12.2017
ölçüsü36,87 Kb.
#13594

"Təsdiq edirəm"

Azərbaycan Respublikasının

mədəniyyət və turizm naziri


______________Ə. Qarayev


“___”_____________2012 - ci il


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hüquqi və fiziki şəxslər üçün mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üzrə inzibati reqlament


1. Ümumi müddəalar
1.1. Elektron xidmətin adı: Hüquqi və fiziki şəxslər tərəfindən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət hüquqi və fiziki şəxslər tərəfindən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üzrə Nazirlik tərəfindən xüsusi razılığın verilməsini əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2006-cı il tarixli 273 nömrəli “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə” Qərarı


1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


1.5. Elektron xidmətin digər icraçıları: -----

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən

Xidmətin tam göstərilməsi prosesi qismən informasiya sistemləri tərəfindən həyata keçirilir.

1.7. Elektron xidmətin icra müddəti: Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda müraciət qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmayaraq



1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Hüquqi və fiziki şəxslərə respublika ərazisində mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziyanın) təqdim edilməsi.

Xüsusi razılıq (lisenziya) Mədəniyyət və Turizm Nazirliyində şəxsiyyəti təsdiq edən sənəd təqdim edildikdən və xüsusi kitabda müvafiq qeydlər aparıldıqdan sonra sahibinə təqdim edilir.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 65

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: İnteraktiv
2.2. Elektron xidmət üzrə ödəniş: yoxdur
2.3. Elektron xidmətin istifadəçiləri:

Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər.


2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.mct.gov.az/

və e-services.mct.gov.az


2.5. Elektron xidmət barədə məlumatlandırma:
Tel:  (99412) 492-88-50.
Fax: (99412) 492-88-50.
Telefon məlumat sistemi: (99412) 147
E-mail: mct@mct.gov.az

    1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması (tələb olunan sənədlər əlavə olunur):


Xidmət təqdim olunan elektron ünvandan ərizə forması yüklənərək doldurulur və müraciət edən tərəfindən imza ilə (hüquqi şəxs olduqda imza və möhür ilə) təsdiq edildikdən sonra digər sənədlərlə birlikdə e-xidmət vasitəsi ilə göndərilir. Sənədlərin əsli isə elektron müraciətə baxılma dövründə poçt vasitəsi ilə Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi: Hüquqi və fiziki şəxslər tərəfindən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün təqdim edilən sənədlər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qəbul edilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra sənədlərə 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.
3.2. Sorğunun icrası:

Təqdim edilən sənədlər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qəbul edilir, xüsusi kitabda (və ya sənədlərin qəbulu sistemində) qeydə alınır və aidiyyəti şöbəyə göndərilir. Aidiyyəti şöbədə sənədlərə baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda 5 gün ərzində bu barədə rəhbərliyə məlumat verilir və sənədlərin rəsmiləşdirilməsi məqsədilə rəhbərliyin (nazir müavinlərinin və aidiyyəti şöbə müdirlərinin) iştirakı ilə toplantı keçirilir. Toplantının nəticəsi protokollaşdırılır və qərara müvafiq olaraq növbəti inzibati mərhələyə keçilir.

Hüquqi və fiziki şəxslərin respublika ərazisində mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə icazə verilməsindən imtina edilmədikdə 10 gün ərzində ərizəçiyə rəsmi müraciət ünvanlanır.
3.3. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Xidmətin yerinə yetirilməsinə nəzarəti Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsi həyata keçirir və bu prosesdə yaranan hər hansı anlaşmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə bu şöbədə qaynar xətt (telefon) fəaliyyət göstərir.


3.4. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

Hüquqi və fiziki şəxslər tərəfindən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınmasına dair imtina edildikdə və ya gecikdirildikdə Mədəniyyət və Turizm Nazirliyinin qəbul etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən qanunvericiliyə uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

Əlavə № 1 (fiziki şəxslər üçün)

Azərbaycan Respublikasının

mədəniyyət və turizm naziri

cənab Əbülfəs Qarayevə
Ərizə
Hörmətli Əbülfəs müəllim,
Xahiş edirəm mənə (fiziki şəxsin soyadı, adı, atasının adı) məxsus « » mehmanxanasına (istirahət mərkəzinə və s.) mehmanxana fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsinə köməklik edəsiniz.
Əlavə məlumatlar:
Fiziki şəxsin adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı);

Hüquqi ünvanı:

Obyektin yerləşdiyi ünvan:

Tel/faks:

H/hesabının nömrəsi:

Fəaliyyət növü: mehmanxana


Ərizəyə əlavə olunur:
1. Şəxsiyyət vəsiqəsinin surəti;

2. Vergi orqanları tərəfindən qeydiyyata alınması haqqında şəhadətnamənin surəti;

3. Ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları ) təsdiq edən sənədlərin surəti;

4. Obyekt haqqında ətraflı məlumat (otaqların və yerlərin sayı, otaqların təchizatı, obyektdə olan servis və xidmətlər);

5. Obyektin dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi haqqında aktın surəti;

6. Obyektin yanğından təhlükəsizlik tələblərinə uyğun olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin orqanları tərəfindən verilən sənədin surəti;

7. Obyektin sanitar-ekoloji norma və qaydaların tələblərinə uyğun olması barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin orqanları tərəfindən verilən sənədin surəti;

8. Dövlət rüsumunun ödənilməsi haqqında sənəd (dövlət rüsumu – 1500 manat).


_______________________________________

fiziki şəxsin imzası, adı, atasının adı, soyadı

tarix

Qeyd: Ərizəyə əlavə olunan sənədlərin surətləri dövlət notariusu tərəfindən təsdiq edilməlidir.


Əlavə № 2 (hüquqi şəxslər üçün)

Azərbaycan Respublikasının

mədəniyyət və turizm naziri

cənab Əbülfəs Qarayevə
Ərizə
Hörmətli Əbülfəs müəllim,
Xahiş edirəm « » MMC-yə məxsus « » mehmanxanasına (istirahət mərkəzinə və s.) mehmanxana fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsinə köməklik edəsiniz.
Əlavə məlumatlar:
Hüquqi şəxsin adı:

Təşkilatı - hüquqi forması:

Hüquqi ünvanı:

Obyektin yerləşdiyi ünvan:

Tel/faks:

H/hesabının nömrəsi:

Fəaliyyət növü: mehmanxana
Ərizəyə əlavə olunur:
1. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

2. Vergi orqanları tərəfindən qeydiyyata alınması haqqında şəhadətnamənin surəti;

3. Ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları ) təsdiq edən sənədlərin surəti;

4. Obyekt haqqında ətraflı məlumat (otaqların və yerlərin sayı, otaqların təchizatı, obyektdə olan servis və xidmətlər);

5. Obyektin dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi haqqında aktın surəti;

6. Obyektin yanğından təhlükəsizlik tələblərinə uyğun olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin orqanları tərəfindən verilən sənədin surəti;

7. Obyektin sanitar-ekoloji norma və qaydaların tələblərinə uyğun olması barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin orqanları tərəfindən verilən sənədin surəti;

8. Dövlət rüsumunun ödənilməsi haqqında sənəd (dövlət rüsumu – 1500 manat).


Direktor: _______________________________

imza, adı, atasının adı, soyadı, möhür

tarix


Qeyd: Ərizəyə əlavə olunan sənədlərin surətləri dövlət notariusu tərəfindən təsdiq edilməlidir.
Yüklə 36,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə