Təsdiq edirəm



Yüklə 117,93 Kb.
Pdf görüntüsü
tarix01.02.2018
ölçüsü117,93 Kb.
#23398


 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 



BAKI DÖVLƏT UNİVERSİTETİ 

 

FƏNN SİLLABUSU 

                                                     

                                                               Təsdiq edirəm ____________________________ 

                                                                                                    (kafedra müdiri) 

                                                              İmza:      _______________________________ 

                                                  Tarix:    “  15  ”    09     2015 -ci il 

 

Kafedra:    Coğrafi   ekologiya 



Fakültə:    Ekologiya və torpaqşünaslıq  

I.

 

Fənn haqqında məlumat 

Fənnin adı:  Azərbaycanın  ekoloji  problemləri  

Tədris yükü (saat) cəmi:  60  mühazirə   30   seminar    30   praktik (laboratoriya)______ 

Tədris ili    2015-2016    Semestr   1    Bölmə  azərbaycan  

Kredit sayı (hər 30 saata 1 kredit)    8 

II.

 

 Müəllim haqqında məlumat    Məmmədov Vaqif Əli oğlu, kənd təsərrüfatı elmləri namizədi, 

dosent  


Məsləhət günləri və saatları: çərşənbə,  cümə  akşamı  

E-mail ünvanı:  

vaqif.mamedov49@mail.ru

  

İş telefonu:   (012)   539-09-69 



III.

 

Tələb olunan dərsliklər və dərs vəsaitləri: 

Əsas: 

1.Cəfərov  M.İ., Babayev A.M., İbrahimov Z.A. “Azərbaycanın  təbii sərvətləri  və onlardan səmərəli 

istifadə” ,  Bakı,  “Qapp-Poliqraf”   2005, 248  s.  

2.Əliyev  H.Ə. Həyəcan təbili. Bakı, “Azərnəşr”, 1992,  176 s.  

3.Göyçaylı  Ş.Y.  Coğrafiya və coğrafi ekologiyanın  problemləri, Bakı, 2004, 254 s. 

4. Göyçaylı Ş.Y.  Coğrafi ekologiyanın əsasları, Bakı, 2010, 406 s.  

5. Xəlilov  Ş.B. Azərbaycanın  ekocoğrafi problemləri. Bakı, “Nafta-Press” nəşriyyatı, 2006, 

160 s. 


6. Xəlilov  T.A., Ekologiya və ətraf mühiti mühafizənin  əsasları. Bakı, “MBM-e”, 2009, 232s.  

7. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya və ətraf mühit. Bakı, “Elmaz”, 2004, 232 s.  

8. Salmanov M.Ə. Tanıyaq dünyamızı, vətənimizi, özümüzü və ya hər kəs üçün Ekologiya. Bakı, 2009, 

347 s.   



Əlavə: 

1.

 



Budaqov B.Ə. Azərbaycan  təbiəti, “İşıq”, Balı, 1980, 128 s.  

2.

 



Daşdıyev R.M. Landşaftın ekologiyası. Bakı, 2010, 138 s.  


 

3.



 

Doluxanov  A.B, Dadaşova L, Qarayev A.  Azərbaycan meşələrinin davamlı idarə edilməsinin 

əsasları, Bakı, 2012. 

4.

 



Göyçaylı Ş.Y., İsmayılov  T.Ə.Təbiətdən istifadənin  iqtisadi və ekoloji əsasları. 

Bakı, 2003, 176 s.  

5.

 

Müseyibov M.A. Azərbaycanın  fiziki coğrafiyası, Bakı 1998, 384 s.  



6.

 

Şəkuri B.Q. Səhralaşma  (desertifikation), onun etologiyası, müasir vəziyyəti və fəsadları  (Kür-



Araz ovalığı timsalında),  Bakı, 2008, 67 s.  

IV.

 

Fənnin təsviri və məqsədi: 

(Fənn haqqında qısa məlumat, onunla şərtləşən fənlər (bilavasitə bağlı olan/uyğun gələn), fənnin 

tədrisinin məqsədləri. Bu fənni öyrənməklə  tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları  və hansı 

vərdişlərə yiyələnəcəkləri qeyd edilir) 



Kursun qısa təsviri: Fənnin məzmununda Azərbaycan təbiətinin,  təsərrüfatının,  əhalisinin ərazi struktur  

xüsusiyyətlərindən, onlar arasındakı  əlaqələrdən və ziddiyyətlərindən bəhs olunmaqla yanaşı, eyni 

zamanda ölkəmizin planetar, regional və s. ekoksistemləri ilə əlaqəsindən də  ətraflı açıqlama verilir. 

Kursun məqsədi: Azərbaycanın ekoloji  problemləri fənnin tədrisində əsas məqsəd ölkədə təbii, iqtisadi-

sosial proseslərlə bağlı yaranan   problemləri araşdırmaq, təhlil etmək və onların  aradan qaldırılması 

yollarını müəyyənləşdirməkdir. Hazırda antropogen  fəaliyyətlə  əlaqədar olaraq ölkəmizdə  təbii 

ekosistemlər, o cümlədən  torpaq, su, bioloji sərvətlər, atmosfer havası ciddi təsirlərə  məruz qalmış 

çoxsaylı, müxtəlif xarakterli  problemlər  yaratmışdır.  

V.

 

Fənnin təqvim planı: 

 

Həftələr Mövzunun 

adı və qısa icmalı Mühazirə 

Məşğələ Saat  Tarix 



 

Mövzu  № 1. Azərbaycanın təbii –ekoloji 

şəraitinin təhlili.  



Qısa icmalı:  Təbii mühiti formalaşdıran 

amillər və onların ekoloji cəhətdən 

qiymətləndirilməsi.  Ərazinin torpaq, bitki, 

iqlim, relyef və s. amillərə  kompleks 

yanaşma və dünyanın digər regionları ilə 

oxşar və fərqli cəhətləri 



Oxu materialları. 1.Göyçaylı  Ş.Y. Coğrafi 

ekologiyanın əsasları. Bakı, 2010, 406 s.  

2. Xəlilov  Ş.B.  Azərbaycanın ekocoğrafi 

problemləri. Bakı, “Nafta-Press” nəşriyyatı, 

2006, 160 s. s 

3. Məmmədov Q.Ş. Azərbaycanın ekoetik 

problemləri. Bakı, “Elm”, 2004, 377 s.  

Mühazirə 



 2 



19.09.15 


 

 



Mövzu  № 2. Antropogen  təsir və  ətraf 

mühitin  çirklənməsi.  



Qısa icmalı:  Ətraf mühitə antropogen 

təsirlər və onların mahiyyəti. 

Çirkləndiricilərin  təbii və sosial mənbəyi, 

çirklənmənin  miqyası  və növləri. Yaranan 

fəsadların aradan qaldırılması yolları. 

Oxu materialları 1.Cəfərov M.İ., Babayev 

A.H.,  İbrahimov Z.A. Azərbaycanın təbii 

sərvətləri  və onlardan səmərəli istifadə. 

Bakı, “Qapp-Poliqraf”, 2005, 248 s.  

2. Məmmədov Q.Ş., Xəlilov M.Y. 

Ekologiya və  ətraf mühit. Bakı, “Elm”, 

2002, 472 s.  

Mühazirə 



 2 

26.09.15 



 

Mövzu  №  3. Azərbaycan torpaqlarının 

ekoloji vəziyyətinin təhlili  



Qısa icmalı:    Azərbaycanın torpaq  örtüyü 

onun ekoloji durumu və coğrafi yayılma 

qanunauyğunluqları. Təbii və antropogen  

təsirlər nəticəsində torpaqların  şorlaşması, 

eroziyası, səhralaşması deqredasiyası  və 

mühafizə yolları.  



Oxu materialları 1. Cəfərov M.İ. və 

başqaları. Azərbaycanın təbii sərvətləri və 

onlardan səmərəli istifadə. Bakı, Qapp-

Poliqraf, 2005, 248 s.   

2..Məmmədov Q.Ş. və başqaları. 

Aqroekologiya, Bakı, 2010, 552 s.   

Mühazirə 

 2 

03.10.15 



 

Mövzu  № 4.    Azərbaycan meşələrinin 

ekoloji problemləri.  



Qısa icmalı: Meşə örtüyünün biosferin 

inkişafında və mühafizəsində rolu. Meşə 

sahələrinin azalması müasir dövrün  böyük 

ekoloji  problemidir. Bəndlər və su 

anbarlarının tikintisi zamanı meşələrin  

qırılması, meşə yanğınları,  yolların 

Mühazirə 

 2 

10.10.15 



 


 

çəkilməsi, yaşayış  məskənlərinin salınması, 



müxtəlif  istiqamətli  təsərrüfat  fəaliyyəti və 

s. meşələrin məhv olmasına səbəb olur.  



Oxu materialları 1.Axundzadə S, 

Hüseynov  Ə. Meşəçilik və Azərbaycanda 

təbiətin qorunması. Bakı, 1963,  216 s. 

2. Məmmədov Q.Ş., Xəlilov  M.Y. 

Azərbaycanın meşələri,  Bakı,  2002, 472 s.  

 

Mövzu  № 5. Atmosfer havasının ekoloji 

vəziyyəti  



Qısa icmalı: Azərbaycanda atmosferi 

çirkləndirən mənbələr.  Stasionar və qeyri 

stasionar mənbələrin xarakteristikası.  

Atmosferin  çirklənməsində  sənaye sahələri, 

kənd təsərrüfatı tullantıları, tikinti və 

nəqliyyat sahələrinin rolu,  onların yaratdığı 

ekoloji problemlər.  

Oxu materialları 1.Atmosfer  havasının 

mühafizəsi haqqında Azərbaycan 

Respublikasının  Qanunu,  Bakı, 2001 

2. Göyçaylı Ş.Y., Əzizov B.M. Ətraf mühiti 

mühafizə, təbii ehtiyatlardan səmərəli 

istifadə.  Bakı, 2008 

Mühazirə 

 2 

17.10.15 



 

Mövzu  № 6. Su ehtiyatlarının  ekoloji 

durumu və mühafizəsi yolları  



Qısa icmalı: Azərbaycanın  su ehtiyatları 

onun coğrafi yayılma qanunauyğunluqları. 

Səth suları, onların fiziki-kimyəvi 

xüsusiyyətləri. Azərbaycanın çayları, gölləri, 

süni su anbarları, onların  ekoloji vəziyyəti 

və mühafizə yollarının təhlili.  



Oxu materialları 1.Abdullayev R.B. 

Azərbaycanın su hövzələrinin  mühafizəsi 

məsələləri, Bakı, 1987,  187 s.  

2.Xəlilov  Ş.B. Azərbaycanın ekocoğrafi 

problemləri.  Bakı, “Nafta-Press”, 

2006, 160 s 

Mühazirə 

 2 

24.10.15 




 

 



Mövzu 

№7. Regionların ekocoğrafi 

problemlərinin saciyyəsi. Böyük Qafqaz 

fiziki-coğrafi rayonu.  

Qısa icmalı: Böyük Qafqazın cənub yamacı 

üzrə meşələrin təbii və antropogen 

səbəblərdən seyrəlməsi və meşə altında olan 

sahələrin azalması, bunun nəticəsi kimi 

həmin  ərazilərin ekoloji dayanıqlığının 

zəifləməsi.  Şimal-şərq yamacı  və Nabran-

Dəvəçi düzənliyi üzrə: cənub yamaca 

nisbətən  torpaqların  eroziyasının və 

sürüşmələrinin yayılması  səbəbləri. Tuqaya 

bənzər meşə sahələrinin azalması. Xüsusi 

mühafizə olunan ərazilərin (qoruqlar, 

yasaqlıqlar və milli parklar) təşkili.  



Oxu materialları 1. Əliyev H.Ə. Həyəcan  

təbili. Bakı, “Azərnəşr”, 1992, 176 s. 

2.Müseyibov M.A. Azərbaycanın  fiziki 

coğrafiyası. Bakı, Maarif, 1998, 400 s.  

3. Xəlilov  Ş.B. Azərbaycanın ekocoğrafi 

problemləri. Bakı, “Naftalan-Press” 

nəşriyyatı, 2006, 160 s.  

4. Məmmədov Q.S., Əsədov K.S. Meşə 

ekologiyası. Bakı, Elm, 2002,  472 c. 

5.İsmayılov N.S. Samur-Dəvəçi və Qusar 

maili düzənliyinin  müasir aqroirriqasiya 

landşaftları  və onların ekoloji problemləri: 

coğr.elm. dis. avtoref. Bakı, 2007, 23 s.  

Mühazirə 



 2 

31.10.15 



 

Mövzu  № 8. Kiçik Qafqaz  fiziki -coğrafi 

rayonunun ekoloji problemləri. 



Qısa icmalı: Ermənistan silahlı qüvvələrinin 

işğal etdiyi ərazilərin ekoloji vəziyyəti  

ölkəmizin bu yerlərdə olan memarlıq və 

mədəniyyət  abidələri ilə yanaşı  həmin 

ərazilərin təbiət abidələrinin vəhşicəsinə 

məhv edilməsi:. Bəsitçay Dövlət 

Mühazirə 

 2 

7.11.15 



 

Qoruğundan Qafqaz  çinarlarının və Laçın 



rayonundakı  məşhur palıd meşələrinin 

qırılıb daşınması, işğal altındakı  ərazilərdə 

narkotik bitkilərin yetişdirilməsi və 

Yerevandakı Metsamar ərazilərdəki 

radiaktiv tullantıların Qarabağ  ərazilərində 

basdırılması. Bu yerlərdə vaxtaşırı  hərbi 

təlimlərin keçirilməsi.  

Oxu materialları 1.Budaqov B.Ə. 

Azərbaycan  təbiəti. “İşıq” nəşriyyatı. Bakı, 

1980, 128 s.  

2.Salmanov M.Ə. Tanıyaq dünyamızı, 

vətənimizi, özümüzü və ya hər kəs üçün 

Ekologiya. Bakı, 2009, 347 s. 

3.Müseyibov M.A. Azərbaycanın fiziki 

coğrafiyası , Bakı, Maarif, 1998, 400 s. 

4.Daşdiyev R.H. Landşaftın ekologiyası. 

Bakı, 2010, 138 s. 



 

Mövzu 

№9. 

Naxçıvan Muxtar 

Respublikasının  ekoloji  problemləri 

Qısa icmalı:Naxçıvan MR-də Ermənistanın  

apardığı düşmənçilik siyasəti nəticəsində 

iqtisadi və ekoloji gərginliyin artması 

(Naxçıvan blokada vəziyyətinə salınaraq 

ölkənin  əsas hissəsindən təcrid  olunması). 

Arpaçay  üzərində inşa  edilən  Keçudsu 

anbarından çayın suyunun böyük bir 

hissəsinin tunel vasitəsilə Sevan gölünə 

ötürülməsi bu səbəbdən də  Arpaçay su 

anbarının suya olan  tələbatının 

ödənilməməsi.  

Oxu materialları 1.Babayev S.Y. Naxçıvan 

Muxtar Respublikasının coğrafiyası. Bakı, 

Elm, 1999, 298 s. 

2.Nəbiyeva F.X.Arid ərazilərin florası  və 

səhralaşma (Kür-Araz ovalığı, Arazboyu 

Mühazirə 



 2 

21.11.15 




 

düzənliklər). Naxçıvan, “Tusi”, nəşriyyatı, 



2010, 242 c.  

3. Xəlilov  Ş.B. Azərbaycanın ekocoğrafi 

problemləri. Bakı, “Naftalan- Press”, 2006, 

160 s. 


 

Mövzu  № 10.  Lənkəran  təbii  vilayətinin 

ekoloji durumu 



Qısa icmalı:  Xüsusi  mühafizə olunan  

təbiət  ərazilərinin  problemləri ilə əlaqədar  

nəsli kəsilməkdə  olan  flora  və fauna 

növlərinin yox olma  təhlükəsi, meşə 

sahələrinin  azalması səbəbləri. Torpaqların, 

eroziyaya uğraması 

və 

şoranlaşması 



nəticəsində deqredasiya  prosesinin 

 

sürətlənməsi.  



Yeni  yaşayış  binalarının  tikilməsi  və 

infrastrukturun genişləndirilməsi ilə 

əlaqədar  kənd təsərrüfatına  yararlı 

torpaqların azalması  və onlara  antropogen 

təsirin artması.  

Oxu materialları 1. Məmmədova S.Z. 

Lənkəran  vilayətinin torpaq  ehtiyatları  və 

bonitirovkası. Bakı, “Elm”, 2003, 116 s. 

2. Məmmədov Q.Ş. Azərbaycanın  ekoetik  

problemləri. Bakı, Elm, 2004, 377 s. 

Mühazirə 



 2 

14.11.15 



 

Mövzu  № 11.Kür-Araz ovalığının  müasir 

ekoloji vəziyyəti  



Qısa icmalı:  Kür-Araz ovalığı    və onun 

müasir  meloirativ  vəziyyəti.Antropogen 

təsirlər, onun yaratdığı  problemlər. 

Suvarma sistemləri, kollektor-drenaj 

şəbəkəsi, torpaqların təkrar  şorlaşması  və 

ona  qarşı mübarizə  tədbirləri. Ekoloji 

tarazlığın saxlanması yolları. 

 Oxu materialları  1.  Salmanov  M.Ə. 

Tanıyaq dünyamızı, vətənimizi, özümüzü və 

Mühazirə 



 2 

28.11.15 




 

ya hər kəs üçün  Ekologiya. Bakı, 



2009, 347 s.  

2. Doluxanov A.B. və s. Azərbaycan 

meşələrinin davamlı idarə edilməsinin 

əsasları.  Bakı, 2009, 347s. 

3.Микаилов 

Н.К.  Природно  

гуографические 

особенности 

 

и 

низменности,  проблемы  мелиорации  и 



оценка  их  плодородия.  Баку, «Озан», 

2000, 375 с.  

4.  İbrahimov  T.O. Kür-Araz ovalığı 

landşaftlarının mühafizəsi. Bakı, 

2002, 200 s 

 

 



Mövzu № 12.Orta Kür çökəkliyinin ekoloji 

problemləri  



Qısa icmalı: Orta Kür çökəkliyi ərazilərində  

antropogen təsirlərin artması  nəticəsində 

əkinə yararlı torpaqların münbitliyinin 

pisləşməsi, eroziyaya uğraması 

və 

şoranlaşması.  Sağ sahil düzənliyi  (Gəncə-



Qazax) 

ərazilərindəki sənaye 

müəssisələrinin ətraf mühitə  təsiri. 

Xüsusi mühafizə olunan təbiət  ərazilərində 

onların hüquqi rejiminə riayət olunmaması 

ilə  bir çox flora və fauna növlərinin sayının 

kəskin azalması  və meşə ekosistemlərinin 

pozulması təhlükəsi.  



Oxu materialları 1. Budaqov B.Ə. 

Azərbaycan təbiəti. “İşıq”. Bakı, 1980, 128 s.

  

2.Müseyibov M.A. Azərbaycanın fiziki 



coğrafiyası. Bakı, Maarif, 1998, 400 s. 

3.Микаилов 

Н.К. 

Природно- 



географические 

особенности 

и 

экологические  условия  засоления  почв 



Кура-Араксинской 

низменности, 

проблемы    мелиорации  и  оценка  их 

плодородия, Баку,  «Озан» , 2000, 375с. 

 

Mühazirə 



 2 

05.12.15 




 

 



Mövzu №13.Abşeron yarımadasının ekoloji 

problemləri.  



Qısa icmalı:Təbii və antropogen təsirlərin 

ekoloji nəticələri, mühafizə  tədbirlərinin 

işlənib hazırlanması.  İşməli su problemi və 

onun  həlli yolları, Kür çayından istifadənin 

ekoloji durumunun  təhlili. Çirklənmiş  

torpaqların rekultivasiyası 

və 

mənimsənilməsi  



Oxu materialları 1. Xəlilov 

Ş.B.  


Azərbaycanın  ekocoğrafi problemləri. Bakı,  

“Nafta-Press” nəşriyyatı, 2006, 160 s.  

2. Aslanov H.Q., Səfərli S.A. Azərbaycanın 

neftlə çirklənmiş  torpaqları, onların 

rekultivasiyası  və  mənimsənilməsi, “Nasir” 

nəşriyyatı, 2008, 191 s.  

Mühazirə 

 2 

12.12.15 



 

Mövzu  № 14. Xəzər dənizinin müasir 

ekoloji  problemləri.  



Qısa icmalı:  Xəzəri çirkləndirən başlıca 

amillər-neft və neft məhsulları, kimyəvi  

maddələr,  sənaye obyektlərinin sanitar-

gigiyenik vəziyyəti və s. təhlili.Xəzərin 

səviyyəsinin dəyişmə səbəbləri  haqqında.  

Oxu materialları 1.Салманов  М.А. 

Экология 

и 

биологическая 



продуктивность Каспийского моря, 400 с. 

2.Məmmədov  R.M. Xəzər dənizinin  

hidrometeorologiyası. Bakı, “Avrora”, 2013, 

176 s.  


Mühazirə 

 2 

19.12.15 



 

Mövzu  № 15. Xüsusi mühafizə olunan  

ərazilərin ekologiyası.   



Qısa icmalı: Azərbaycanın qoruq və 

yasaqlıqları, Milli parklar, onların  təşkili 

səbəbləri, həmin  ərazilərdə yaranan ekoloji 

problemlərin təhlili və mühafizə  tədbirlərin 

mahiyyətinin araşdırılması.  

Mühazirə 



 2 

26.12.15 




10 

 

 



Mövzu  № 1. Azərbaycan ekosistemlərinin 

müqayisəli –ekoloji səciyyəsi  



Qısa icmalı:  Tələbələrlə Respublikanın 

ekoloji vəziyyətinin problemlərini və onları 

yaradan səbəblərin təhlilini aparmaq  

Oxu materialları 1.Göyçaylı  Ş.Y.,  Əzizov 

B.M.  Ətraf mühiti mühafizə. Bakı, 2008, 

276 s. 

2.Məmmədov Q.Ş. Azərbaycanın  ekoetik 



problemləri. Bakı, “Elm”, 2004, 377 s. 

 

Laborator 

məşğələ 

2s 

19.09.15 



 

Mövzu № 2.  Təsərrüfat fəaliyyətinin  ətraf 

mühitdə törətdiyi fəsadların təhlili  



Qısa icmalı:  Təhlil zamanı problemləri 

yaradan səbəblər və  onların aradan 

qaldırılması yolları haqqında  fikir 

mübadiləsi aparılmalıdır.  



Oxu materialları 1. Müseyibov  M.A. , 

Abbasova N.A.  Azərbaycan landşaftlarının 

antropogen transformasiyası. BDU-nun 

 

Xəbərləri, 1999, N 3, 186-195 



2.Cəfərov M.İ. və b. Azərbaycanın təbii 

sərvətləri və onlardan səmərəli istifadə. 

Bakı, Qapp-Poliqraf,  2005, 248 s. 

 

Laborator 

məşğələ 

2s 

26.09.15 



Oxu materialları 1. Əliyev H.Ə., Həsənov 

X.N. Təbiətin keşiyində. Bakı, 1983, 383 s.  

2.  İbrahimov T.O.Azərbaycan qoruqları, 

BDU, 2010, 130 s.  



 

Mövzu  № 3. Azərbaycan  torpaqlarının  

ekoloji  vəziyyətinin xüsusiyyətləri    



Qısa icmalı: Müxtəlif təbii və antropogen  

(eroziya, 

şorlaşma, 

şorakətləşmə, 

radionuklidlər, gübrələr, qrunt suyunun 

səviyyəsi, suvarma, səhralaşma,  sudan 

 

səmərəsiz istifadə,  intensiv şumlama, 



otlaqların  hədsiz  yüklənməsi və s.) 

amillərin torpaqlarda yaratdığı  ekoloji 



 

Laborator 

məşğələ 

2s 

03.11.15 




11 

 

problemlər 



ətrafında müzakirələrin 

aparılması  



Oxu materialları 1. Məmmədov Q.Ş. 

Azərbaycan 

torpaqlarının ekoloji 

qiymətləndirilməsi, Bakı, “Elm”, 1998, 280 s.  

2. Xəlilov  Ş.B.Azərbaycanın  ekocoğrafi 

problemləri. Bakı, “Nafta-Press”, 2006, 160 s.

  

 

Mövzu 

№ 4. Meşələrin ekoloji 

problemlərinin  regional müqayisəli 

səciyyəsi və mühafizəsi  yollarının  təhlili 

Qısa icmalı:  Bu mövzu daxilində, tələbələr 

meşələrin ekoloji problemləri və onların 

həlli yollarını araşdırmalı, yayılma 

areallarının xəritə sxemini tərtib 

etməlidirlər.  

Oxu materialları 1. Məmmədov Q.Ş., 

Xəlilov  M.Y. Azərbaycan meşələri, Bakı, 

2002, 472 s.  

2. Azərbaycan Respublikasının Meşə 

Məcəlləsi, Bakı, 1998 

 

Laborator 

məşğələ 

2s 

10.11.15 



 

 

Mövzu  № 5.  Atmosfer havasının ekoloji  

durumunun  araşdırılması. 



Qısa icmalı: Atmosferin  tərkibi, qatları və 

orada  gedən  meteoroloji  proseslər 

haqqında  biliklər  əldə etməklə yanaşı, 

çirklənmənin  səbəbləri və  mübarizə yolları 

təhlil olunmalıdır. 

Oxu materialları 1. Azərbaycanın  

aqroiqlim atlası.  Ə.C.Əyyubovun redaktəsi 

ilə. Bakı, 1993, 104 s.  

2. Müseyibov M.A. Azərbaycanın fiziki 

coğrafiyası.  Bakı,  1998 , 384 s.  

 

Laborator 

məşğələ 

2s 

17.10.15 



 

Mövzu № 6. Azərbaycanın su ehtiyatlarının  

ekoloji vəziyyətinin qiymətləndirilməsi  



Qısa icmalı:    Azərbaycanın su  hövzələri  

onların  paylanması  qanunauyğunluqları və 



 

Laborator 

məşğələ 

2s 

24.10.15 




12 

 

çirklənmə mənbələri haqqında müzakirələrin 



keçirilməsi. 

Oxu materialları 1. Abdullayev R.B. 

Azərbaycanın su hövzələrinin mühafizəsi 

məsələləri . Bakı, 1987, 187 s.  

2. Məmmədov M.Ə. Azərbaycanın  

hidroqrafiyası. Bakı, 2012, 254 s.   

 

Mövzu  № 7. Böyük Qafqazın ekoloji 

 

problemlərinin  mahiyyətinin  açıqlanması   



Qısa icmalı:  Tələblər Böyük Qafqaz  

dağlarının cənub və 

şimal-şərq  

yamaclarında mövcud problemlərlə (sel, 

sürüşmə,  daşqın, eroziya və s.) tanış olub  

ətraflı məlumatlandırmalıdır.  



Oxu materialları 1. Xəlilov 

Ş.B. 


Azərbaycanın ekoloji  problemləri. Bakı, 

“Nafta-Press”, 2006, 160 s.  

2. Budaqov B.Ə. Azərbaycan təbiəti. “İşıq”, 

Bakı, 1980, 180 s.  



 

Laborator 

məşğələ 

2s 

31.10.15 



 

Mövzu № 8.  Kiçik Qafqazın   fiziki coğrafi 

və  ekocoğrafi səciyyəsinə dair təhlillərin 

aparılması  

Qısa icmalı: Mövzu daxilində  tələbələr  

regionun eko-coğrafi vəziyyəti, erməni 

işğalı ilə bağlı  ətraf mühitdə baş verən  

problemlər və  müvafiq  tədbirlərlə bağlı 

ətraflı biliklər  əldə etməlidir.  

Oxu materialları 1. Müseyibov M.A. 

Azərbaycanın  fiziki  coğrafiyası. Bakı, 

Maarif, 1998, 400 s.  

2. Yusifov E.F., Təhməzov B.H. Ətraf 

mühit, iqtisadiyyat, həyat. Bakı, 2004, 336 s. 

 

Laborator 

məşğələ 

2s 

07.11.15 



 

Mövzu  № 9. Naxçıvan MR ekoloji 

vəziyyətinin  araşdırılması 



Qısa icmalı:  Naxçıvanda  təbii resursların 

istismarı zamanı  ətraf mühitdə baş verən 



 

Laborator 

məşğələ 

2s 

21.11.15 




13 

 

ekoloji  problemlərin təhlili. Daha çox 



ekoloji  şəraiti gərginləşdirən təsərrüfat 

sahələrinin müəyyənləşdirərək xəritə-

sxemdə  göstərilməsi. 

Oxu materialları 1.  Məmmədov Q.Ş., 

Xəlilov M.V., Məmmədov S.Z. (tərtib 

edənlər). Ekoloji atlas. Elmi redaktor: 

akademik B.Ə.Budaqov. Bakı, kartoqrafiya 

fabriki, 2009, 156 s.  

2. Cəfərov M.İ. və b. Azərbaycanın təbii 

sərvətləri və onlardan  səmərəli istifadə. 

Bakı, “Qapp-Poliqraf”, 2005, 248 s.  



 

Mövzu  № 10. Lənkəran təbii vilayətinin 

müasir ekoloji vəziyyətinin  təhlili. 



Qısa icmalı:  Lənkəranda ekoloji  şəraitin 

gərginləşməsinə  təsir göstərən  sənaye və 

kənd təsərrüfatı müəssisələrinin 

müəyyənləşdirilməsi və 

xəritədə 

əks 


etdirilməsi.  

Oxu materialları 1.Məmmədova S.Z. və b. 

Lənkərançay  hövzə  torpaqlarının ekoloji  

monitorinqi. Bakı, “Elm”, 2005, 167 s.  

2. 

Xəlilov  Ş.B. Azərbaycanın ekocoğrafi 

problemləri. Bakı, “Nafta-Press”, 2006, 160 s.

  

 

Laborator 

məşğələ 


2s 

14.11.14




 

Mövzu  № 11. Kür-Araz ovalığının 

ekocoğrafi  səciyyəsi və müxtəlifliklərin 

aparılması 

Qısa icmalı:  Ovalığın müasir  vəziyyəti, 

şoranlaşma, 

şorakətləşmə, daşqınların 

törətdiyi  fəsadlar və onların aradan 

qaldırılması  tədbirləri haqqında   tələbələr 

məlumatlandırılmalıdır. 



Oxu materialları 1.Budaqov B.Ə., 

Mikayılov A.A. Fiziki-coğrafi  rayonlaşma. 

AP-nın konstruktiv coğrafiyası. Bakı, “Elm, 

1996, s.173-187 



 

Laborator 

məşğələ 

2s 

28.11.15 




14 

 

 



Mövzu  № 12. Orta Kür çökəkliyinin 

ekocoğrafi  durumunun  səciyyələndirilməsi  



Qısa icmalı:  Bu zaman    tələbələr  ərazinin 

fiziki-coğrafi xüsusiyyətlərinə  görə bir-

birindən xeyli fərqlənən Kürün sağ 

sahilindəki  Gəncə-Qazax düzənliyi, sol 

sahildə Kür çayı ilə    Azərbaycanın 

Gürcüstanla dövlət sərhəddinə    və Qabarrı 

çayına qədər olan Ceyrançöl və Bozdağla 

Daşüz silsiləsi arasında qalan Acınohur gölü 

və buradakı    Mingəçevir, Yenikənd habelə  

Şəmkir su anbarları haqqında, onların  

yaratdığı  ekoloji durum haqqında 

məlumatlandırılır.   



Oxu materialları 1.Xalilov Ş.B. 

Водохранилище    Азербайджана  и  их 

экологические  проблемы.  Баку,  2003, 

310 с. 


2.Salmanov M.Ə. Tanıdıq dünyamızı, 

vətənimizi, özümüzü və ya hər kəs üçün 

ekologiya. Bakı,  2009, 350 s. 

 

Laborator 

məşğələ 

2s 

05.12.15 



 

Mövzu  № 13.  Abşeron yarımadasının 

ekocoğrafi səciyyəsinin vüzial təhlili  



Qısa icmalı:  Abşeronun ekoloji xəritə-

sxeminin tərtib edilməsi. Burada ekoloji 

şəraiti gərginləşdirən müəssisə 

və 


təşkilatçıların müəyyənləşdirilməsi. 

Abşeronda hava, su və torpaq 

ekosistemlərinin   ekoloji  vəziyyətinin  

təhlil olunması. 



Oxu materialları 1.Aslanov H.Q., Səfərli 

S.A. Azərbaycanın  neftlə, çirklənmiş 

torpaqları, onların rekultivasiyası 

və 


mənimsənilməsi. Bakı, Nasir nəşriyyatı., 

2008, 191 s. 

2. Məmmədov Q.Ş. Azərbaycan 

 

Laborator 

məşğələ 

2s 

12.12.15 




15 

 

 



 

VI.

 

İmtahanın keçirilməsi forması -yazılı, şifahi, dialoq və ya test. 

VII.

 

Semestr ərzində qiymətləndirmə və bal bölgüsü: 

           Balların maksimum miqdarı – 100 bal. 

 

A)

 

Semestr ərzində toplanan maksimum bal – 50 bal. 

Dərsə davamiyyətə görə 10 

bal 

Tələbələrin sərbəst işinə (referat, prezentasiya, tədqiqat işi və s.) görə  



Qeyd: Plagiat halları qəti qadağandır! Sərbəst işlə əlaqədar bütün tapşırıqların 

qısa təsviri, təqdim olunma şərtləri, vaxtı  və qiymətləndirmə üsulu dəqiq 

10 bal 

torpaqlarının  ekoloji  qiymətləndirilməsi. 



Bakı, “Elm”, 1998, 281 s. 

 

Mövzu 

№ 14. Xəzərin çirklənmə 

mənbələrinin təhlili və qarşısının alınması 

yollarının araşdırılması  

Qısa icmalı:  Tələbələr Xəzər dənizinin 

ekocoğrafi vəziyyəti problemləri və ona 

qarşı mübarizə barədə  ətraflı  məlumat  əldə  

etməklə, həm də onun bitki və heyvanat 

aləmi haqqında biliklərə  yiyələnməlidir.  

Oxu materialları 1. Гюль А.К. Проблемы 

загрязнения  Каспийского  моря.  Баку, 

2003 

2. Qasımov Ə.  Xəzər gölünün ekologiyası. 



Bakı, 1994 

 

Laborator 

məşğələ 

2s 

19.12.15 



 

Mövzu  № 15. Xüsusi qorunan  ərazilərin 

ekoloji-hüquqi rejimi.  



Qısa icmalı:  Xüsusi qorunan ərazilər 

haqqında məlumat. Landşaftların 

qorunmasında onların rolu. Təbii 

komplekslərin mühit-yaratma qabiliyyəti 

haqqında  ətraflı  açıqlamanın  verilməsi.   

Oxu materialları 1. Əliyev H.Ə. Həyəcan 

təbili. Bakı,  “Azərnəşr”, 1992, 176 s. 

2.Yusifov E.F., Təhməzov B.H. Ətraf mühit, 

iqtisadiyyat, həyat. Balı, 2004, 336 s. 



 

Laborator 

məşğələ 

2s 

26.12.15 




16 

 

göstərilir. 



Seminar (məşğələ) və ya laboratoriya dərslərinin nəticələrinə görə (eyni 

fəndən həm seminar (məşğələ), həm də laboratoriya dərsləri nəzərdə 

tutulduğu halda onların hər birinə 10 bal ayrılır).  Əgər fənnin tədrisi yalnız 

mühazirə, seminar (məşğələ)  şəklində  nəzərdə tutularsa bu zaman 

davamiyyətə  və  sərbəst işə ayrılmış ballar istisna olmaqla qalan 30 bal 

tədrisin bu növ göstəricilərinə görə hesablanır. 

20 bal 

Kurs işinin hazırlanmasına və müdafiəsinə görə (fənn üzrə kurs işi (layihəsi) 



nəzərdə tutulmayıbsa, ona ayrılan 10 bal seminar (məşğələ) və ya laboratoriya 

dərslərinə əlavə olunur).   

 

10 bal 


B)

 

Semestr imtahanı  nəticəsinə görə - maksimum 50 bal 

Hər biletdə – 5 sual, hər suala – 10 bal verilir 



Qeyd: Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır. 

C)

 

Semestr nəticəsinə görə qiymətləndirmə (imtahan və imtahana qədər toplanan ballar əsasında): 

91 – 100 bal 

əla A 

81 – 90 bal 

çox yaxşı B 

71 – 80 bal 

yaxşı C 

61 – 70 bal 

kafi 



51 – 60 bal 

qənaətbəxş  



51 baldan aşağı qeyri-kafi 

  F 

 

 

 Müəllim:    Məmmədov Vaqif Əli oğlu          İmza:____________________ 

(soyadı, adı, atasının adı) 

 

                                   Tarix: _________________________ 

 

Yüklə 117,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə