Təsdiq edirəm



Yüklə 453,12 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü453,12 Kb.
#54470


 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 



BAKI DÖVLƏT UNİVERSİTETİ 

 

FƏNN SİLLABUSU 

                                                            

                                                               

                                                               Təsdiq edirəm ____________________________ 

                                                                                                    (kafedra müdiri) 

                                                               

                                                              İmza:      _______________________________ 

                                                  Tarix:    “_____” __________________20____ -ci il 

 

Kafedra: İnsan hüquqları 



 

Fakültə: ____________Beynəlxalq münasibətlər və iqtisadiyyat ________________ 

 

I.



 

Fənn haqqında məlumat 

Fənnin adı: İnsan hüquqları 

Tədris yükü (saat) cəmi:______ mühazirə_______seminar______ praktik (laboratoriya)______ 

 

Tədris ili __________________ Semestr__________ Bölmə _____________________ 



Kredit sayı (hər 30 saata 1 kredit) _______________ 

 

II.



 

 Müəllim haqqında məlumat: Əliyev Zaur Hümbət oğlu, hüquq üzrə fəlsəfə doktoru 

                                            (Soyadı, adı, atasının adı, elmi adı və dərəcəsi) 

Məsləhət günləri və saatları: bazar ertəsi, saat 12.00-dan 13.00-dək 

E-mail ünvanı: alievzh@gmail.com 

İş telefonu: + 99412 598 01 75 

 

III.

 

Tələb olunan dərsliklər və dərs vəsaitləri: 

Əsas: 

1. Süleymanova E.T., Əliyev Z.H. İnsan hüquqları. Mühazirələr toplusu. Bakı, 2014 

2. Əliyev Ə.İ. İnsan hüquqları. Dərslik. Bakı, 2013 

3. Əliyev Ə.İ. İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi. Dərslik. Bakı, 2009 

4. 

Международная  и  внутригосударственная  защита  прав  человека.  Учебник.  Под  ред. 



д.ю.н., проф. Валеева Р.М. Москва, 2011  


 

 



5Права человека. Учебник. Отв.ред. д.ю.н. Лукашева Е.А. Москва, 2009  

Əlavə: 

1.

 



Əliyev Ə.İ. Müasir beynəlxalq hüquqda insan hüquqları, əhali və miqrasiya problemləri. 

Dərslik. Bakı, 2007 

2.

 

Əliyev Z.H. Avropa İnsan Hüquqları Məhkəməsi. Dərs vəsaiti. Bakı, 2012 



3.

 

Hüseynov L.H. İnsan hüquqlarının beynəlxalq müdafiəsi. Dərs vəsaiti. Bakı, 2008 



4.

       


Clare  Ovey  and  Robin  White.  The  European  Convention  on  Human  Rights.  Oxford 

University Press, 2002 

5.        Nowak M. U.N. Covenant on Civil and Political Rights. CCPR Commentary. N.P. Engel, 

Publisher, 2005 

 

 

IV.



 

Fənnin təsviri və məqsədi: 

(Fənn haqqında qısa məlumat, onunla şərtləşən fənlər (bilavasitə bağlı olan/uyğun gələn), fənnin 

tədrisinin  məqsədləri.  Bu  fənni  öyrənməklə  tələbələrin  nəyi  biləcəkləri,  nəyə  nail  olacaqları  və 

hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir) 



Kursun  qısa  təsviri:  İnsan  hüquqları  müstəqil  hüquq  sahəsi  kimi  hüququn  digər  sahələri  ilə,  o 

cümlədən  konstitusiya  hüququ,  beynəlxalq  hüquq  ilə  qarşılıqlı  əlaqələrə  malikdir.  İnsan 

hüquqları  fənninin  tədrisində  əsas  məqsəd  tələbələrdə  insan  hüquqlarının  mahiyyəti, 

xüsusiyyətləri, əsas prinsip və normaları, konstitusiyada və digər milli qanunvericilik aktlarında, 

beynəlxalq  hüquqi  sənədlərdə  təsbit  edilmiş  əsas  insan  və  vətəndaş  hüquq  və  azadlıqları 

haqqında  təsəvvür  yaratmaqdan  ibarətdir.  İnsan  hüquqları  fundamental  sahə  olduğundan  bu 

fənnin  tədrisi  tələbələrdə  insan  hüquqlarının  əsasları,  insan  və  vətəndaşın  hüquqi  statusu, 

azərbaycan  respublikasının  Konstitusiyasında,  eləcə  də  insan  hüquqlarına  dair  fundamental 

beynəlxalq  hüquqi  aktlar  olan  Ümumdünya  İnsan  Hüquqları  Bəyannaməsində,  Mülki  və  siyasi 

hüquqlar haqqında beynəlxalq paktda, İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq 

paktda  təsbit  edilmiş  əsas  insan  hüquq  və  azadlıqları  haqqında  bilik  və  vərdişləri 

formalaşdırmağa xidmət edəcəkdir. 

 

Kursun  məqsədi:  İnsan  hüquqları  kursunun  əsas  məqsədini  tələbələrin  insan  hüquqları,  onun 

ayrı-ayrı  prinsipləri,  müasir  strukturu,  bu  sahədə  milli  qanunvericilik  və  beynəlxalq  hüquq 

normaları haqqında ilkin təəssürat yaratmaq, insan hüquqlarının beynəlxalq hüquqi müdafiəsi, bu 

sahədə  universal  müqavilə  və  qeyri-müqavilə  mexanizmləri,  insan  hüquqlarının  müdafiəsinin 

regional  sistemi  haqqında  fundamental  biliklərə  yiyələnməsinə  nail  olmaq  təşkil  edir. 

Qloballaşma  ilə  xarakterizə  olunan  müasir  dövrdə  hər  kəsin  öz  hüquq  və  azadlıqlarını  bilməsi 

effekti  eyni  zamanda  ali  məktəb  tələbələrinin  də  bütövlükdə  insan  hüquqlarını,  eyni  zamanda 

onun ayrı-ayrı institutlarını, digər hüquq sahələri ilə qarşılıqlı əlaqəsini öyrənməli olduğunu və 

insan  hüquqları  haqqında  əldə  etdikləri  bilikləri  praktikada  realizə  etmə  vərdişinin 

formalaşmasına istiqamətlənir. 

 

V.

 

Fənnin təqvim planı: 



 

Həftələr 



Mövzunun adı və qısa icmalı 

Mühazirə 

Məşğələ 

Saat 


Tarix 

 

Mövzu  №  1.  İnsan  hüquqlarının  anlayışı, 

mahiyyəti və əsas prinsipləri 

 

Qısa icmalı: 



İnsan  hüquqlarının  anlayışı  və  mahiyyəti. 

İnsan  hüquqları  təbii  hüquqlar  kimi.  İnsan 

hüquqları  və  ləyaqət.  İnsan  hüquqlarının 

universallığı. 

İnsan 

hüquqlarını 



səciyyələndirən 

əsas 


cəhətlər. 

İnsan 


hüquqları  sahəsində  əsas  prinsiplər.  İnsan 

hüquqlarına 

hörmət 

prinsipinin 



əsas 

mahiyyəti. 

 

Oxu  materialları  (kitabın  adı,  müəlliflər  və 



lazımi səhifələr göstərilməklə): 

1.  Süleymanova  E.T.,  Əliyev  Z.H.  İnsan 

hüquqları. Mühazirələr toplusu. Bakı, 2014 

2.  Əliyev  Ə.İ.  İnsan  hüquqları.  Dərslik. 

Bakı, 2013 

3. Международная и 

внутригосударственная защита прав 

человека. Учебник. Под ред. д.ю.н., проф. 

Валеева Р.М. Москва, 2011  

4.  Права  человека.  Учебник.  Отв.ред. 

д.ю.н. Лукашева Е.А. Москва, 2009  

 

 



 

 

 

 

 

Mövzu  №  2.  İnsan  hüquqlarının  müasir 

strukturu 

 

Qısa icmalı: 



İnsan  hüquqlarının  sistemi.  Əsas  insan  və 

vətəndaş  hüquq  və  azadlıqları.  İnsan 

hüquqlarının  tarixi  meyara  görə  təsnifatı. 

İnsan  hüquqlarının  nəsilləri  konsepsiyası. 

Fərdi  və  kollektiv  hüquqlar.  Kollektiv 

hüquqların  müdafiəsi  problemləri. Vətəndaş 

və 

siyasi  hüquqlar.  Şəxsi  hüquqlar. 



Məhkəmə  təminatı  ilə  bağlı  olan  hüquqlar. 

İqtisadi,  sosial  və  mədəni  hüquqlar.  Mütləq 

və geri çəkilməsi mümkün olan hüquqlar. 

 

Oxu  materialları  (kitabın  adı,  müəlliflər  və 



lazımi səhifələr göstərilməklə): 

1.  Süleymanova  E.T.,  Əliyev  Z.H.  İnsan 

hüquqları. Mühazirələr toplusu. Bakı, 2014 

2.  Əliyev  Ə.İ.  İnsan  hüquqları.  Dərslik. 

Bakı, 2013 

 

 

 

 



 

3. Международная и 



внутригосударственная защита прав 

человека. Учебник. Под ред. д.ю.н., проф. 

Валеева Р.М. Москва, 2011  

4.  Права  человека.  Учебник.  Отв.ред. 

д.ю.н. Лукашева Е.А. Москва, 2009  

 

Həftələr 

Mövzunun adı və qısa icmalı 

Mühazirə 

Məşğələ 

Saat 


Tarix 

 

Mövzu  №  3.  İnsan  hüquqlarının  mənbələri: 

insan 

hüquqları 



sahəsində 

milli 


qanunvericilik 

və 


beynəlxalq 

hüquq 


normaları  

 

Qısa icmalı: 



İnsan  hüquqlarının  mənbələri:  təsnifatı  və 

əsas  xüsusiyyətləri.  İnsan  hüquqlarının 

mənbələri:  dövlətdaxili  aktlar.  Azərbaycan 

Respublikasında  insan  hüquqları  sahəsində 

həyata keçirilən məhkəmə-hüquq islahatları: 

nailiyyətlər  və  əsas  problemlər.  Azərbaycan 

Respublikasının  Konstitusiyası  və  insan 

hüquqları.  Azərbaycan  Respublikasında 

insan  hüquqlarının  konstitusion  prinsipləri. 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasında  insan  və  vətəndaşların 

hüquq  və  azadlıqlarının  təsnifatı.  İnsan 

hüquqları 

sahəsində 

digər 


milli 

qanunvericilik 

aktlarının 

əsas 


xarakteristikası.  İnsan  hüquqlarının  daha 

səmərəli  müdafiəsinə  yönəlmiş  əsas  dövlət 

proqramları.  Azərbaycan  Respublikasında 

İnsan  hüquq  və  azadlıqlarının  müdafiəsinin 

səmərəliliyinin  artırmaq  sahəsində  Milli 

Fəaliyyət  Proqramı:  əsas  xarakteristikası  və 

implementasiyası. 

Azərbaycan 

Respublikasının  İnsan  Hüquqları  üzrə 

Müvəkkilinin  Milli  Fəaliyyət  Proqramının 

icrası  sahəsində  fəaliyyəti.  Azərbaycan 

Respublikasında  insan  hüquqları  sahəsində 

qanunvericilik  aktlarında  olan  problemlər. 

Milli  qanunvericilik  aktlarının  beynəlxalq 

hüquq 

normalarına 



uyğunlaşdırılması 

məsələsi.  Universal  beynəlxalq  müqavilələr 

insan  hüquqlarının  əsas  mənbəyi  kimi. 

Ümumdünya  İnsan  Hüquqları  Bəyannaməsi 

insan hüquqları sahəsində baza sənədi kimi. 

Vətəndaş  və  siyasi  hüquqlar  haqqında 

Beynəlxalq  Pakt,  İqtisadi,  sosial  və  mədəni 

hüquqlar haqqında Beynəlxalq Pakt: hüquqi 

məzmunu,  oxşar  və  fərqli  cəhətləri.  Ayrı-

 

 

 

 



 

ayrı 



qrupların 

müdafiəsinə 

yönəlmiş 

beynəlxalq  müqavilələr.  Qaçqınların  statusu 

haqqında 1951-ci il Konvensiyası; Qadınlara 

münasibətdə 

ayrı-seçkiliyin 

bütün 


formalarının  ləğv  edilməsi  haqqında  1979-

cu  il  Konvensiyası;  Uşaq  hüquqları 

haqqında  1989-cu  il  Konvensiyası;  Bütün 

əməkçi-miqrantların 

və 

onların 


ailə 

üzvlərinin  hüquqlarının  müdafiəsi  haqqında 

1990-cı 

il 


Konvensiyası; 

Əlillərin 

hüquqlarının  müdafiəsi  haqqında  2006-cı  il 

Konvensiyası. 

 

Oxu  materialları  (kitabın  adı,  müəlliflər  və 



lazımi səhifələr göstərilməklə): 

1.  Süleymanova  E.T.,  Əliyev  Z.H.  İnsan 

hüquqları. Mühazirələr toplusu. Bakı, 2014 

2.  Əliyev  Ə.İ.  İnsan  hüquqları.  Dərslik. 

Bakı, 2013 

3. Международная и 

внутригосударственная защита прав 

человека. Учебник. Под ред. д.ю.н., проф. 

Валеева Р.М. Москва, 2011  

4.  Права  человека.  Учебник.  Отв.ред. 

д.ю.н. Лукашева Е.А. Москва, 2009  

 

 

Mövzu № 4.  İnsan hüquqlarının beynəlxalq 

hüquqi 


müdafiəsi: 

universal 

müqavilə 

mexanizmləri  

 

Qısa icmalı: 



BMT 

çərçivəsində 

insan  hüquqlarının 

müdafiəsi: 

əsas  problemlər.  BMT-nin 

müqavilə  komitələrinin  əsas  təyinatı  və 

funksiyaları.  Komitələrdə  dövlətlərarası  və 

fərdi  şikayət  proseduru  və  onlara  baxılması 

qaydası.  Şikayətlərin  təqdim  edilməsi 

qaydaları.  Komitələrdə  dövlətlərin  dövri 

məruzəsi 

proseduru: 

təqdim 

edilməsi, 



baxılması  qaydaları  və  nəticələri.  BMT-nin 

ayrı-ayrı  müqavilə  komitələrinin  əsas 

xarakteristikası:  İrqi  ayrı  -  seçkiliyin  ləğvi 

üzrə  komitə;  İnsan  hüquqları  komitəsi; 

Qadınlara  qarşı    ayrı  -  seçkiliyin  ləğvi  üzrə 

komitə;  İqtisadi,  sosial  və  mədəni  hüquqlar 

üzrə komitə;  İşgəncə  əleyhinə komitə; Uşaq 

hüquqları  komitəsi;  Bütün  əməkçi  - 

miqrantların  və  onların  ailə  üzvlərinin 

hüquqlarının 

müdafiəsi 

üzrə 


komitə; 

 

 

 

 

 


 

Əlillərin  hüquqları  üzrə  komitə;  Zorakılıqla 



yoxaçıxarmaya  qarşı  komitə.  BMT-nin 

müqavilə  komitələrinin  fəaliyyətində  əsas 

problemlər. 

 

Oxu  materialları  (kitabın  adı,  müəlliflər  və 



lazımi səhifələr göstərilməklə): 

1.  Süleymanova  E.T.,  Əliyev  Z.H.  İnsan 

hüquqları. Mühazirələr toplusu. Bakı, 2014 

2.  Əliyev  Z.H.  Avropa  İnsan  Hüquqları 

Məhkəməsi. Dərs vəsaiti. Bakı, 2012 

3.  Hüseynov  L.H.  İnsan  hüquqlarının 

beynəlxalq  müdafiəsi.  Dərs  vəsaiti.  Bakı, 

2008 


4.Международная и 

внутригосударственная защита прав 

человека. Учебник. Под ред. д.ю.н., проф. 

Валеева Р.М. Москва, 2011  



 

 

Mövzu № 5.  İnsan hüquqlarının beynəlxalq 

hüquqi müdafiəsi sahəsində BMT-nin qeyri-

müqavilə mexanizmlərinin rolu  

 

Qısa icmalı: 



İnsan  hüquqlarının  beynəlxalq  müdafiəsi 

sahəsində 

BMT-nin 

qeyri-müqavilə 

mexanizmlərinin 

təyinatı 

və 

əsas 


xarakteristikası.  BMT-nin  İnsan  hüquqları 

üzrə  Ali  Komissarı  vəzifəsi:  Komissarın 

mandatı, 

əsas 


vəzifələri 

və 


insan 

hüquqlarının  təbliği  və  müdafiəsi  sahəsində 

fəaliyyəti.  İnsan  hüquqlarının  beynəlxalq 

müdafiəsi  sahəsində  BMT  çərçivəsində 

fəaliyyət  göstərən  digər  qeyri-müqavilə 

mexanizmləri: 

xüsusi 

məruzəçilər, 



komissiyalar,  işçi  qrupları  və  s.  İnsan 

hüquqlarının 

beynəlxalq 

müdafiəsi 

sahəsində 

BMT-nin 


İnsan 

Hüquqları 

Şurasının  rolu.  Şuranın  əsas  fəaliyyət 

istiqamətləri 

və 

funksiyaları. 



Şura 

çərçivəsində  həyata  keçirilən  Universal 

Dövri  İcmal  mexanizmi.  İcmalın  əsas 

xüsusiyyətləri, 

hazırlanması, 

təqdim 


edilməsi  və  ona  baxılması  qaydaları. 

Azərbaycan 

Hökumətinin 

İcmal  üzrə 

məruzələri 

və 


ona 

dair 


tövsiyələr. 

Tövsiyələrin  icrası  vəziyyəti  və  bu  sahədə 

mövcud  olan  əsas  problemlər.  Universal 

Dövri  İcmal  mexanizmi  çərçivəsində 



 

 

 

 


 

Azərbaycan 



Respublikasının 

İnsan 


Hüquqları  üzrə  Müvəkkilinin  fəaliyyəti. 

İcmal  üzrə  Müvəkkilin  əlavə  məruzələri. 

Tövsiyələrin  icrası  sahəsində  Müvəkkilin 

fəaliyyəti.  

 

Oxu  materialları  (kitabın  adı,  müəlliflər  və 



lazımi səhifələr göstərilməklə): 

1.  Süleymanova  E.T.,  Əliyev  Z.H.  İnsan 

hüquqları. Mühazirələr toplusu. Bakı, 2014 

2.  Əliyev  Z.H.  Avropa  İnsan  Hüquqları 

Məhkəməsi. Dərs vəsaiti. Bakı, 2012 

3.  Hüseynov  L.H.  İnsan  hüquqlarının 

beynəlxalq  müdafiəsi.  Dərs  vəsaiti.  Bakı, 

2008 


4.Международная и 

внутригосударственная защита прав 

человека. Учебник. Под ред. д.ю.н., проф. 

Валеева Р.М. Москва, 2011  

 

 

Mövzu  №  6.  Avropa  Şurası  və  insan 

hüquqlarının müdafiəsi  

 

Qısa icmalı: 



İnsan  hüquqlarının  və  əsas  azadlıqların 

müdafiəsi  haqqında  Konvensiya  (Avropa 

İnsan  Hüquqları  Konvensiyası)  Avropa 

Şurası  çərçivəsində  qəbul  edilmiş  mühüm 

beynəlxalq  hüquqi  akt  kimi.  Konvensiyanın 

hüquqi  təbiəti  və  əsas  xüsusiyyətləri. 

Konvensiyanın  maddi  hüquqi  və  prosessual 

normaları.  Konvensiyada  təsbit  olunmuş 

hüquq  və  azadlıqlar.  Konvensiyanın  əlavə 

protokolları.  Konvensiyada    hüquq  və 

azadlıqların 

məhdudlaşdırılması 

üçün 

əsaslar. Fövqəladə vəziyyət dövründə hüquq 



və azadlıqlardan geri çəkilmə. Avropa İnsan 

Hüquqları  Konvensiyası  və  Azərbaycan 

Respublikasının 

hüquq 


sistemi. 

Konvensiyanın  milli  hüquq  sistemində  yeri 

və 

əhəmiyyəti. 



Konvensiyanın 

milli 


səviyyədə  implementasiyası  problemləri. 

Konvensiyanın 

hüquq 

tətbiqedən 



dövlətdaxili  orqanlar  tərəfindən  tətbiqi 

məsələləri.  İşgəncənin  və qeyri-insani və  ya 

ləyaqəti  alçaldan  rəftar  və  ya  cəzanın 

qarşısının 

alınmasına 

dair 


Avropa 

Konvensiyası. Konvensiyanın hüquqi təbiəti 

və 

əsas  xüsusiyyətləri.  Konvensiyanın 



 

 

 

 


 

təminat  mexanizmi:  İşgəncənin  və  qeyri-



insani  və  ya  ləyaqəti  alçaldan  rəftar  və  ya 

cəzanın  qarşısının  alınması  üzrə  Avropa 

Komitəsi. 

Komitənin 

mandatı 

və 


fəaliyyətinin 

əsasları. 

Komitənin 

başçəkmələri. 

Komitənin 

işgəncənin 

qarşısının  alınması  sahəsində  preventiv 

fəaliyyəti. Konvensiyanın Azəbaycanın milli 

hüquq  sistemində  yeri.  Avropa  Sosial 

Xartiyası sosial hüquqların təmini sahəsində 

mühüm  regional  akt  kimi.  Xartiyada  təsbit 

olunmuş  əsas  sosial  hüquqlar  və  onların 

xüsusiyyətləri. 

Xartiyanın 

təminat 

mexanizmi. 

Xartiyanın 

Azərbaycan 

Respublikasının  hüquq  sistemində  yeri  və 

implementasiyası. 

Xartiyanın 

milli 


səviyyədə  implementasiyası  sahəsində  əsas 

problemlər. 

Avropa  İnsan  Hüquqları  Məhkəməsinin 

beynəlxalq  hüquqi  statusu.  Məhkəmənin 

hakimlərinin  seçilməsi  qaydası,  hakimliyə 

dair tələblər. Məhkəmənin strukturu.  

Avropa Məhkəməsinin şikayətlərə baxılması 

və  məsləhət  rəyləri  verilməsi  ilə  bağlı 

yurisdiksiyası: 

Məhkəmənin 

predmet 

(ratione 

materiae), 

personal 

(ratione 

personae),  zaman  (ratione  temporis),  ərazi 

(ratione  loci)  və  məsləhət  rəyləri  verilməsi 

ilə bağlı yurisdiksiyası. 

Avropa  Məhkəməsinin  yurisdiksiyası  və 

milli  hüquq:  subsidiarlıq  prinsipi  və  bütün 

dövlətdaxili  hüquq  müdafiə  vasitələrinin 

tükənməsi. 

Avropa  Məhkəməsində  dövlətlərarası  və 

fərdi 


şikayət 

proseduru. 

Məhkəməyə 

müraciət edilməsi qaydası. 

Avropa 

Məhkəməsində 



şikayətlərə 

baxılması mexanizmi. 

 

Oxu  materialları  (kitabın  adı,  müəlliflər  və 



lazımi səhifələr göstərilməklə): 

1.  Süleymanova  E.T.,  Əliyev  Z.H.  İnsan 

hüquqları. Mühazirələr toplusu. Bakı, 2014 

2.  Əliyev  Z.H.  Avropa  İnsan  Hüquqları 

Məhkəməsi. Dərs vəsaiti. Bakı, 2012 

3.

 



Clare  Ovey  and  Robin  White.  The 

European  Convention  on  Human  Rights. 

Oxford University Press, 2002 

4.    Nowak  M.  U.N.  Covenant  on  Civil  and 

Political  Rights.  CCPR  Commentary.  N.P. 



 

Engel, Publisher, 2005 



 

 

Mövzu 


№ 

7. 


İnsan 

hüquqlarının 

müdafiəsinin regional sistemi   

 

Qısa icmalı: 



ATƏT  və  insan  hüquqlarının  müdafiəsi. 

Helsinki  Yekun  Aktının  insan  hüquqları 

baxımından  əhəmiyyəti.  ATƏT-in  insan 

meyarı  üzrə  fəaliyyəti.  Avropa  İttifaqının 

insan  hüquqları  sahəsində  fəaliyyəti.  Əsas 

hüquqlar haqqında Avropa İttifaqı Xartiyası. 

MDB 

çərçivəsində 



insan 

hüquqları 

sahəsində  qəbul  olunan  əsas  sənədlər.  İnsan 

hüquqlarının  müdafiəsinin  Asiya  sistemi. 

İnsan  hüquqlarının  beynəlxalq  müdafiəsinin 

Amerika  sistemi.  Amerikaarası    İnsan 

Hüquqları  Komissiyası  və    Məhkəməsi. 

İnsan  və  xalqların  hüquqları  haqqında 

Afrika  Xartiyası.  İnsan  və  xalqların 

hüquqları  üzrə  Afrika  Komissiyası  və 

Məhkəməsi.  

 

Oxu  materialları  (kitabın  adı,  müəlliflər  və 



lazımi səhifələr göstərilməklə): 

1.  Süleymanova  E.T.,  Əliyev  Z.H.  İnsan 

hüquqları. Mühazirələr toplusu. Bakı, 2014 

2.  Əliyev  Z.H.  Avropa  İnsan  Hüquqları 

Məhkəməsi. Dərs vəsaiti. Bakı, 2012 

3.

 



Clare  Ovey  and  Robin  White.  The 

European  Convention  on  Human  Rights. 

Oxford University Press, 2002 

4.    Nowak  M.  U.N.  Covenant  on  Civil  and 

Political Rights. CCPR Commentary. N.P. 

 

 

 

 

 

Mövzu  №  8.  Ombudsman  -  insan 

hüquqlarının  müdafiəsinin  əsas  dövlətdaxili 

mexanizmi kimi  

 

Qısa icmalı: 



Ombudsman  təsisatının  yaranma  tarixi, 

mahiyyəti  və  əsas  xüsusiyyətləri.  Dünyada 

ombudsmanın  əsas  modelləri.  Fərqli  və 

oxşar  cəhətlər.  Azərbaycanda  ombudsman 

təsisatının 

formalaşması 

və 

inkişafı. 



Ombudsman  milli  insan  hüquqları  təsisatı 

qismində. 

Azərbaycan 

Respublikasının 

İnsan 

Hüquqları 



üzrə 

Müvəkkili 



 

 

 

 


10 

 

   



VI.

 

İmtahanın keçirilməsi forması -yazılı, şifahi, dialoq və ya test. 

VII.

 

Semestr ərzində qiymətləndirmə və bal bölgüsü: 

           Balların maksimum miqdarı – 100 bal. 



A)

 

Semestr ərzində toplanan maksimum bal – 50 (imtahana keçid bal – 25) 

Dərsə davamiyyətə görə 

10 bal 

Mühazirə mətnlərinin tərtibatına görə 



5 bal 

Tələbələrin sərbəst işinə (referat, prezentasiya, tədqiqat işi və s.) görə  

Qeyd: Plagiat halları qəti qadağandır! Sərbəst işlə əlaqədar bütün tapşırıqların 

qısa  təsviri,  təqdim  olunma  şərtləri,  vaxtı  və  qiymətləndirmə  üsulu  dəqiq 

göstərilir. 

5 bal 


Seminar  (məşğələ)  və  ya  laboratoriya  dərslərinin  nəticələrinə  görə  (eyni  20 bal 

(Ombudsman)  haqqında  28  dekabr  2001-ci 

il  tarixli  Konstitusiya  Qanunu.  Müvəkkilin 

fəaliyyətinin  əsasları.  Müvəkkilin  seçilməsi 

qaydası  və  namizədliyinə  dair  tələblər. 

Müvəkkilin 

toxunulmazlığı 

və 


müstəqilliyinin 

təminatları. 

Müvəkkil 

tərəfindən  insan  hüquqlarının  pozulmasına 

dair şikayətlərə baxılması qaydası. Şikayətin 

məzmunu  və  verilməsi  qaydası.  Şikayətə 

baxılmasından imtina edilməsi üçün əsaslar. 

Şikayətə  baxılmanın  nəticələri.  Azərbaycan 

Respublikasının  İnsan  Hüquqları  üzrə 

Müvəkkili  işgəncə  əleyhinə  milli  preventiv 

mexanizm 

kimi. 


Azərbaycan 

Respublikasının  İnsan  Hüquqları  üzrə 

Müvəkkili 

“İnformasiya 

əldə 

etmək 


haqqında” 

Azərbaycan 

Respublikası 

Qanununun  icrasına  nəzarət  edən  təsisat 

qismində. 

Müvəkkilin 

ölkədə 

insan 


hüquqlarının  qorunması  haqqında  illik 

məruzələri.  Məruzənin  strukturu,  məzmunu 

və əsas cəhətləri 

 

Oxu  materialları  (kitabın  adı,  müəlliflər  və 



lazımi səhifələr göstərilməklə): 

1.  Süleymanova  E.T.,  Əliyev  Z.H.  İnsan 

hüquqları. Mühazirələr toplusu. Bakı, 2014 

2.  Əliyev  Ə.İ.  İnsan  hüquqları.  Dərslik. 

Bakı, 2013 

3. Международная и 

внутригосударственная защита прав 

человека. Учебник. Под ред. д.ю.н., проф. 

Валеева Р.М. Москва, 2011  

4.  Права  человека.  Учебник.  Отв.ред. 

д.ю.н. Лукашева Е.А. Москва, 2009  

 



11 

 

fəndən  həm  seminar  (məşğələ),  həm  də  laboratoriya  dərsləri  nəzərdə 



tutulduğu halda onların hər birinə 10 bal ayrılır). 

Kurs işinin hazırlanmasına və müdafiəsinə görə (fənn üzrə kurs işi (layihəsi) 

nəzərdə tutulmayıbsa, ona ayrılan 10 bal seminar (məşğələ) və ya laboratoriya 

dərslərinə əlavə olunur).   

10 bal 

 

B)

 

Semestr imtahanı  nəticəsinə görə - maksimum 50 bal 

Hər biletdə – 5 sual, hər suala – 10 bal verilir 



Qeyd: Tələbənin imtahandan topladığı balın miqdarı 25-dən az olmamalıdır. 

C)

 

Semestr  nəticəsinə  görə  qiymətləndirmə  (imtahan  və  imtahana  qədər  toplanan  ballar 

əsasında): 

91 – 100 bal 

əla 



81 – 90 bal 

çox yaxşı 



71 – 80 bal 

yaxşı 



61 – 70 bal 

kafi 



51 – 60 bal 

qənaətbəxş  



51 baldan aşağı 

qeyri-kafi  



 

 

Müəllim: Əliyev Zaur Hümbət oğlu                İmza:____________________ 

           (soyadı, adı, atasının adı) 

 

Tarix: _________________________ 

Yüklə 453,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə