Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə1/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
  1   2   3   4   5   6   7   8   9   ...   46


Az rbaycan Respublikas T hsil Nazirliyinin
я
ы я
28 12
2
2396 нюìряëè я
я
. .201 -ci il tarixli,
mri il
я
ø
t sdiq olunmu dur.
QĿ HRĿ MAN HACIYEV


ISBN 978-9952-34- 1-
94 2
Q HR MAN HACIYEV
Я Я
” rq-Q rb” N riyyat Evind n r
“T s rr fat f aliyy tinin t hlili” d rsliyi ilk pe -ixtisas t hsili
Шя
я
яø
я яø оëунан
я я ö
я
я
я
я
øя
я
m ssis l rinin agird v m lliml ri
n n z rd tutulmu dur. D rslikd t s rr fat f aliyy tinin t hlilinin n vl ri,
öя
я я
ø
я öя
я ö÷ö
я я я
ø
я
я я я ö
я
я
я
ю я
predmeti, obyektl ri, prinsipl ri, v zif l ri, metodlar v dig r iqtisad elml ri il laq sind n dan l r, sas v saitl r,
я
я
я я я
ы я
я
я
я я
я
я
ыøы ы я
я
я
kapital qoyulu lar , pul v saitl rinin, i i q vv sinin, i vaxt n n, m k m hsuldarl n n v
m k haqq n n t hlili
ø ы
я
я
ø÷ ö я
ø
ы ы я я
я
ыüы ы
я я я
ы ы я
haqq nda m lumat verilir. Kitabdan m hsul istehsal , x rcl r, m nf t, onun b l d r lm si, m ssis kapital n n v
ы
я
я
ы я я
я яя
ю öø ö ö я
öя
я
ы ы я
m hasibat balans n n t hlili haqq nda da m lumat ld etm k olar.
ö
ы ы я
ы
я
я я
я


3
GİRİŞ
İdarəetmənin ən mühüm mərhələlərindən biri təsərrüfat fəaliyyətini hərtərəfl i 
öyrənməkdən, tətbiq və təhlil etməkdən ibarətdir. İqtisadi təhlil (xidmətlər) is-
teh salı və satış bazasının tələblərini mövcud istehsal gücünü və istehsal re sur s-
ları ilə  təchiz olunmasını hesaba almaqla müəssisə  tərəfi ndən qəbul edil miş 
planların ye rinə yetirilməsinin mümkünlüyünü, iqtisadı  cəhətdən  fay da lı lığını 
düzgün qiy mətləndirmək, təsərrüfat fəaliyyətinin yönlərini və təma yül lərini, ha-
belə ya xın gələcəkdə onun inkişaf istiqamətlərini təyin etmək məq sə dilə aparılır.
İdarəetmə elmləri  şurasında xüsusi yeri olan iqtisadi təhlil cəmiyyətin iq-
tisadi inkişaf səviyyəsi ilə əlaqədar olaraq tarixi bir zərurətdən meydana gəlmiş 
və uzun bir dövr ərzində inkişaf edərək hazırkı mərhələyə gəlib çatmışdır.
Təhlil  ərəb sözüdür. Əşyanı, cismi, proses və ya hadisəni, habelə bunları 
xarakterizə edən göstəriciləri tərkib hissələrinə ayıraraq tətbiq etmək mənasını 
verir. Son illərdə ölkə miqyasında, dünya elmlərinin diferensiasiyasını, elmlərin 
inteqrasiyasını bütöv sistemdə qovuşmasını təmin etmişdir. Lakin buna bax ma-
yaraq, texniki, tibbi, riyazi, ictimai və digər elmlərdə analiz termini, iqtisad elm-
lərində isə təhlil terminindən istifadə olunur.
Analiz yunanca “analizis” sözündən götürülmüş, uzun bir dövr ərzində is-
tinad etdiyimiz, Rusiyada nəşr olunan bütün elmlərə aid nəşriyyatlarda “analiz” 
ter mini kimi ifadə olunmuşdur. Bu səbəbdən də ölkəmizdə tibbi, texniki, riyazi 
və s. elmlərə aid ədəbiyyatlarda hələ də analiz terminindən istifadə olunur.
Təhlil termininin ərəb dilinə, analiz” terminin yunan dilinə məxsus olmasına 
baxmayaraq, hər iki dildə bu terminlərin lüğəvi mənası eynidir. Belə ki, bu ter-
minlərin lüğəti mənası əşyanı, prosesi, hadisəni, yaxud bunları xarakterizə edən, 
yəni natural, yaxud “dəyər” ifadəsində xarakterizə edən göstəricisini daha kiçik 
hissələrə ayırmaq, parçalamaq, bölməklə onu ətrafl ı tədqiq etmək (öyrənmək) 
mə nasını ifadə edir. Bu cür parçalama, hissələrə ayırma tədqiq olunan obyektin, 
prosesin, hadisənin, yaxud da bunları xarakterizə edən göstəricinin daxili ma-
hiyyətini, onun hər bir hissəsinin rolunu ətrafl ı dərk etməyə, öyrənməyə imkan 
verir. Deməli, təhlil dar mənada prosesi, hadisəni əşyanı daha xırda tərkib hissə-
lərinə ayırmaqla öyrənmək mənasını daşıyır. Bu cür parçalama, tərkib hissə-
lərinə ayırma tədqiq olunan obyektin daxili mahiyyətini öyrənməyə, onun hər 
bir tərkib hissəsinin elementinin tədqiq olunan obyektdə rolunu təyin etməyə 
imkan verir.


4
Lakin bununla belə, qeyd etmək lazımdır ki, bütün proses və hadisələri, fakt-
ları ayrı-ayrı tərkib hissələrinə ayırıb təhlil etməklə tədqiq olunan obyekti tam 
öyrənmək mümkün olmur. Bunun üçün insan idrakına uyğun tədqiq olunan 
obyek tin  ayrı-ayrı tərkib hissələri arasında qarşılıqlı əlaqələri və asılılığı öyrən-
məyə imkan verən digər üsullardan da istifadə etmək tələb olunur. Bu baxımdan 
təhlilə ən yaxın olanı sintezdir. Təhlil və sintezin düzgün əlaqələndirilməsi iqti-
sadi göstəricilərin öyrənilən məcmusunu elmi cəhətdən düzgün qiymət lən dir-
məyə, uğurları, nöqsanları və istifadə edilməmiş təsərrüfatdaxili ehtiyat mənbə-
lərini aşkarı çıxarmağa imkan verir.
Deməli, proses və hadisələri öyrənərkən təhlil və sintezdən istifadə edilməsi 
ümumi məntiqi tədqiq metodlarına – induktiv və deduktiv tədqiqat üsullarına 
mü vafi q gəlir.
Təhlil və sintezin vəhdəti proses və hadisələrin çoxtərəfl i dialektik əlaqədə, 
elmi cəhətdən əsaslandırılmış şəkildə öyrənilməsini təmin edir.
Beləliklə, təhlil geniş  mənada hadisələri bütövlükdə  və  tərkib hissələrinə 
bölməklə çoxsaylı  əlaqələrdə  və asılılıqlarda dərk etmək üsulu kimi başa dü-
şülür.


5
I MÖVZU
TƏSƏRRÜFAT FƏALİYYƏTİNİN TƏHLİLİ HAQQINDA
§1. Təsərrüfat fəaliyyətinin təhlili haqqında ümumi məlumat
Təsərrüfat fəaliyyətinin təhlili – müəssisə və təşkilatların işinin hərtərəfl i öy-
rə nilməsində, onların təsərrüfat-maliyyə  nəticələrinin obyektiv qiymət lən di ril-
mə sində və gələcəkdə istehsalın iqtisadi səmərəliliyinin daha da yüksəl dil mə si 
imkanlarının aşkar edilməsində istifadə edilən mühüm vasitələrdən biri hesab 
olu nur.  Təsərrüfat fəaliyyətinin təhlili müəssisənin təsərrüfat-maliyyə nəticələri-
nin cəmiyyətin inkişafının obyektiv iqtisadi qanunlarının tələbləri və eyni za-
man    da  fəaliyyəti öyrənilən müəssisənin qarşısında qoyulan vəzifələrin yerinə ye-
tirilməsi nöqeyi-nəzərindən qiymətləndirilməsində mühüm əhəmiyyət kəsb edir.
İqtisadi təhlili, idarəetmədə  əsas vasitələrdən biri kimi, onun bütün tələb-
lərinə cavab verməklə istehsal, bölgü, tədavül və istehsal proseslərini idarə et-
mə nin bütün mərhələlərində – müəssisə və onun sexlərinin, sahələrinin, briqa-
daların və digər təsərrüfat vahidlərinin fəaliyyətindən başlamış baş idarə  və 
nazirliklərə kimi geniş bir miqyası əhatə edir və əldə edilən nəticələrin qiymət-
ləndirilməsində mühüm rol oynayır. Lakin iqtisadi təhlil baş idarə və ya nazirlik 
çərçivəsindən (dairəsindən) kənara çıxmır. Ona görə ki, müəssisə və birliklərin 
təsərrüfat fəaliyyətinə  rəhbərlik baş idarə  və nazirlik səviyyəsində başa çatır. 
Bununla yanaşı, təsərrüfat fəaliyyətinin təhlili işində istifadə olunan əsas infor-
masiya mənbələri – mühasibat uçotu və hesabatları – baş idarələr və nazirliklərdə 
icmal hesabat və balanslar tərtib edilməklə başa çatmış olur.
Makro səviyyədə aparılan təhlil isə bütövlüklə ölkənin, iqtisadi rayonun, 
res publikanın iqtisadiyyatını, planların yerinə yetirilməsi səviyyəsinin inkişaf 
templəri və qanunauyğunluqların öyrənilməsində və qiymətləndirilməsində isti-
fadə olunur. Belə təhlilin köməyi ilə bütövlükdə cəmiyyət miqyasında ictimai 
istehsalın iqtisadi səmərəliliyi, onun potensial imkanlarından istifadə edilməsi 
səviyyəsi öyrənilir və qiymətləndirilir. Burada müvafi q surətdə ayrıca gö türül-
müş müəssisə, birlik və ya nazirliyin uçot və hesabat məlumatlarından yox, bü-
töv lükdə ölkə, iqtisadi rayon, respublika üzrə statistika idarələrinin icmal hesa-
ba tında verilən məlumatlardan istifadə olunur.
Beləliklə, müəssisə, idarə və təşkilatların təsərrüfat fəaliyyətinin təhlili öy-
rən mə obyektinə, informasiya mənbələrinə, tədqiqat üsullarına və başqa əlamət-
lərinə görə makroiqtisadi təhlildən əsaslı surətdə fərqlənir.
Müəssisənin təsərrüfat fəaliyyətinin təhlili birinci növbədə hesabat ili üçün 
təsdiq edilmiş plan tapşırıqlarının  əsaslı olub-olmamasını  və planda nəzərdə 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə