TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ
№ 185 (28278) 25 avqust 2016-cı il, cümə axşamı
Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com
İtaliya Respublikasının Prezidenti
zati-aliləri cənab Sercio Mattarellaya
Hörmətli cənab Prezident!
Ölkənizdə baş vermiş zəlzələ
nəticəsində çoxsaylı insan tələfatı və
irimiqyaslı dağıntılar barədə xəbər bizi
olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak
olanların ailələrinə və yaxınlarına, bütün
İtaliya xalqına şəxsən öz adımdan və
Azərbaycan xalqı adından dərin hüznlə
başsağlığı verir, yaralananlara və xəsarət
alanlara şəfa diləyir, təbii fəlakətin
nəticələrinin tezliklə aradan qaldırılma-
sını arzulayıram.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 avqust 2016-cı il
Oğuz rayonunun Sincan-Xaçmaz-Filfili avtomobil yolunun
tikintisi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
qərara alıram:
1. On bir min nəfər əhalinin yaşadığı 6
yaşayış məntəqəsini birləşdirən Sincan-Xaç-
maz-Filfili avtomobil yolunun tikintisinin başa
çatdırılması məqsədi ilə Azərbaycan Respubli-
kasının 2016-cı il dövlət büdcəsində “Avtomo-
bil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə
tutulmuş vəsaitdən 1,55 milyon (bir milyon beş
yüz əlli min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar
Cəmiyyəti bu sərəncamın 1-ci hissəsində
nəzərdə tutulan məbləğdə maliyyələşməni və
tikinti işlərini müəyyən olunmuş qaydada təmin
etsinlər.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 avqust 2016-cı il
Azərbaycan olimpiyaçılarının möhtəşəm qələbəsi
Budur, qəhrəman Azərbaycan olimpiyaçıları Rio-
de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarında çıxışlarını
başa vurub uzaq Braziliyadan Vətənə qayıtmışlar və artıq
gec saatlar olsa da, Heydər Əliyev Beynəlxalq Aeroportunda
böyük coşqu ilə, gül-çiçəklə, alqışlarla qarşılanmışlar.
Olimpiyaçılarımız bura-
da valideynləri, yaxınları, ay-
rı-ayrı federasiyaların, idman
ictimaiyyətinin nümayəndələri ilə
görüşüb, həmkarlarımıza verdikləri
qısa müsahibələrdə etimadı doğ-
rultmalarından, Azərbaycana qələbə
ilə qayıtmalarından böyük qürur
duyduqlarını bildirmişlər. Onlar
ölkəmizə rekord sayda-18 medal
gətirmişlər və bu tarixi nailiyyətin
qazanılmasında, mahir ustalar
kimi yetişmələrində, Olimpiya
zirvələri fəth etmələrində dövlətin,
şəxsən ölkə başçısı, Milli Olimpi-
ya Komitəsinin prezidenti cənab
İlham Əliyevin idmanın inkişafına
göstərdiyi daimi qayğı və diqqətin
çox böyük əhəmiyyətini qeyd
etmişlər.
Olimpiyaçılarımızın qarşı-
lanması mərasimində respub-
lika gənclər və idman naziri
Azad Rəhimov, Milli Olimpiya
Komitəsinin vitse-prezidenti Çin-
giz Hüseynzadə, MOK-un baş
katibi Ağacan Abiyev, sərbəst güləş
üzrə yığmamızın böyük məşqçisi
Firdovsi Umudov, taekvondoçu
çempion Radik İsayev, sərbəst güləş
üzrə Olimpiadanın gümüş müka-
fatçısı Toğrul Əsgərov, daha bir
gümüş medalçı avarçəkən Anatoli
Demyanenko, güləş üzrə Olimpiya
dərəcəli hakim Hicran Şərifov və
başqaları Azərbaycan olimpiyaçıla-
rının Rio-2016-da çıxışlarını yüksək
qiymətləndirmişlər.
Sonra olimpiyaçılar hava lima-
nından birbaşa Bakının mərkəzinə,
Heydər Əliyev Sarayınin qarşı-
sındakı parka gəlmiş, burada ulu
öndərin abidəsi önünə gül-çiçək
dəstələri düzmüş, xatirəsini dərin
minnətdarlıq hissi ilə yad etmişlər.
Azərbaycanın istisnasız olaraq
bütün idmançıları beynəlxalq
meydanda ən böyük yarışlarda
--Olimpiya Oyunlarında, dünya və
Avropa çempionatlarında, “Qran-
Pri “-lərdə, “ Böyük dəbilqə “
turnirlərində və digər mötəbər start-
larda qazandıqları qələbə və medal-
lara görə ilk növbədə ümummilli
liderə minnətdar olduqlarını yaxşı
bilirlər. Çünki aləmi heyrətə gətirən,
Azərbaycanı və Azərbaycanın
dostlarını ürəkdən sevindirən,
bədxahlarımızı isə susmağa məcbur
edən bütün uğurlarımızın təməli
məhz xalqımızın ümummilli lideri
Heydər Əliyev tərəfindən qoyul-
muşdur.Təsadüfi deyil ki, idman-
çılarımız, idman ictimaiyyətinin
nümayəndələri, bir sözlə, bütün
idman adamları ölkəmizdə insan
həyatının bu mühüm sahəsinin in-
kişafında əldə olunan hər bir uğura,
qazandıqları qələbə və medallara
görə ilk növbədə Heydər Əliyevə
minnətdar olduqlarını bildirirlər.
Ulu öndər istəyirdi ki,
bütün dünya Azərbaycanın
nəyə qadir olduğunu bilsin.
Həmvətənləri də bu arzunu böyük
müvəffəqiyyətlə həyata keçirirlər.
Bu gün Azərbaycan bütün dünyada
yekdilliklə etiraf olunduğu kimi,
sürətlə inkişaf edən əsl idman
ölkəsidir. Bu gün Azərbaycan idma-
nı, Azərbaycanda Olimpiya hərəkatı
beynəlxalq idman dairələrinin ən
yüksək tribunalarından dünyaya
nümunə göstərilir.
Başqa cür ola da bilməz.
Uzun illər ərzində respublikamı-
za rəhbərlik etmiş Heydər Əliyev
dövründə olduğu kimi, bu gün də
Azərbaycanda idmanın inkişafı dai-
mi dövlət qayğısı ilə əhatə olunmuş
və onun sükanı etibarlı əllərdədir.
Ölkə Prezidenti, Milli Olimpiya
Komitəsinin rəhbəri İlham Əliyev
də ulu öndər Heydər Əliyev kimi
idmanın, idman ictimaiyyətimizin
ən yaxın dostudur. Prezidentin
daimi qayğısı və hərtərəfli köməyi
sayəsində bir-birindən yaraşıqlı
Olimpiya idman komplekslərində
idmançıların məşq və yarışlarda iş-
tirakı üçün hər cür şərait yaradılmış,
bütün idman təşkilatlarımız vahid
bir komanda şəklində səmərəli
fəaliyyət göstərir.
Rio-de-Janeyroda yenicə
finişə çatmış XXXI Yay Olimpiya
Oyunlarında Azərbaycan idmanı
nümayəndələrinin tarixi nailiyyəti
də dövlətimizin idmana böyük
qayğısının bəhrəsidir. Olimpiada-
2016-da 18 medal- 1 qızıl, 7 gümüş
və 10 bürünc mükafat qazanaraq
on səkkiz dəfə Azərbaycanın milli
bayrağını yüksəklərə ucaldan olim-
piyaçılarımız tarixi bir nailiyyət
əldə etmişlər. Onlar- taekvondoçu
çempion Radik İsayev, gümüş
medalların sahibləri güləşçilər
Toğrul Əsgərov, Xetaq Qazyumov,
Mariya Stadnik, cüdoçular Rüstəm
Orucov, Elmar Qasımov, boksçu
Lorenso Sotomayor, avarçəkmə us-
tası Valentin Demyanenko, bürünc
mükafatçılar taekvondoçular Milad
Beiqi Harçeqani, Patimat Abaka-
rova, boksçu Kamran Şahsuvarlı,
güləşçilər Rəsul Çunayev, Sabah
Şəriəti, Nataliya Sinişin, Hacı
Əliyev, Cəbrayıl Həsənov, Şərif
Şərifov, avarçəkən İnna Osipenko-
Radomskaya Azərbaycan yığma
komandasının XXXI Olimpadada
18 medal qazanıb, onların sayı-
na görə 207 ölkə arasında 15-ci,
keyfiyyətinə görə isə 39-cu yeri
tutmasını təmin etmişlər.
Rio-de-Janeyronun idman mey-
danlarında qazanılmış 18 medaldan
yarısı, doqquzu güləşçilərin payına
düşmüşdür. Bu isə Azərbaycanın
güləş ustalarının Olimpiya Oyun-
larında yeni nailiyyətidir. Güləş
qədim vaxtlardan Azərbaycanda
ən sevimli, ən populyar idman
növlərindən biri olmuşdur və
bu gün də idmanın bu növü öz
ənənələrinə sadiqdir. Güləşçilərimiz
ildən- ilə yeni-yeni zirvələr fəth
edirlər.
Taekvondoçular da Olimpi-
adada parlaq qələbələri ilə sübut
etdilər ki, bizim yerlərdə idmanın
bu növündə də mahir ustalar yetişə
bilər. Olimpiya Oyunlarının cüdo
yarışlarında əvvəllər qızıl və bürünc
medallar qazansaq da, heç vaxt
bu növdə gümüş mükafatçımız
olmamışdı. İndi isə Rio tatamisi
üzərində iki cüdoçumuz yalnız final
görüşündə uduzub fəxri kürsünün
ikinci pilləsinə yüksəlmişdir. Boks-
çularımız və avarçəkənlərimiz də
uğurlara nail olmuşlar.
Tezliklə, yaxınlaşmaq-
da olan oktyabr ayında
ölkəmiz Azərbaycanın dövlət
müstəqilliyinin 25-ci ildönümünü
qeyd edəcək, bu əlamətdar hadisə
respublikamızın bütün güşələrində
böyük bayrama çevriləcək. Bu
illər ərzində Azərbaycanın həyatın
bütün sahələrində keçdiyi şanlı
yol, qazandığı bir-birindən böyük
nailiyyətlər və yüksək beynəlxalq
nüfuz ölkəmizi dünyaya ən qüdrətli
dövlətlərdən biri kimi tanıtmışdır.
Bu gün Azərbaycan inamlı ad-
dımlarla irəliləyir, birinci Avropa
Oyunları, Formula-1 yürüşü,
Ümumdünya Şahmat Olimpiadası,
İslam Həmrəylik Oyunları kimi ən
böyük yarışların təşkilatçısı olmaq
hüququ qazanır.
Dövlət müstəqilliyimizin 25-ci
ildönümü bizim üçün ona görə
ikiqat fərəhli, ikiqat əlamətdardır ki,
bu bayrama iki ay qalmış Braziliya-
nın Bakı ilə qardaşlaşmış Rio-
de-Janeyro şəhərində XXXI Yay
Olimpiya Oyunlarında Azərbaycan
idmançıları qazandıqları bir qucaq
medalla ölkəmizin idman, Olimpi-
ya hərəkatı tarixinə qızıl hərflərlə
növbəti parlaq səhifə yazmışlar.
İndi, Azərbaycanın dövlət
müstəqilliyinin 25-ci ildönümü
ərəfəsində ölkəmizin müstəqil
komanda şəklində iştirak etdiyi son
altı Olimpiya Oyunlarında böyük
əzmkarlıq göstərərək, qələbə və
medalları ilə özlərini də, vətənlərini
də şöhrətin zirvəsinə yüksəltmiş
Olimpiya qəhrəmanlarımızı dərin
minnətdarlıq hissi ilə xatırlamaq,
zənnimizcə, yerinə düşər.
Hər şey Atlanta-1996-dan başla-
dı. Onda müstəqil Azərbaycan Res-
publikası idmançılarının Olimpiya
Oyunlarında medallarının hesabını
sərbəst güləş ustası, Azərbaycan
idmanının yetirdiyi ən görkəmli
şəxsiyyətlərdən biri Namiq Abdul-
layev açdı. Həmin Olimpiadada
yalnız final görüşündə uduzan
Abdullayevin gümüş medalı çox
yüksək nailiyyət idi.
Amma bu, N. Abdullaye-
vin Olimpiya uğurlarının yalnız
başlanğıcı idi. Dörd ildən sonra
o, Avstraliyanın Sidney şəhərində
daha böyük nailiyyət qazandı.
Finalda da qalib gəlib Azərbaycanın
müstəqil komanda kimi təmsil
olunduğu ikinci Olimpiadada fəxri
kürsünün ən yüksək pilləsinə qalx-
dı, tarixi qələbəsi şərəfinə Avstra-
liyada Azərbaycanın dövlət himni
səsləndirildi, milli bayrağımız ən
yüksəyə ucaldıldı.
Stend atıcısı Zemfira
Meftahətdinova da Sidneydən
Bakıya qəhrəman kimi qayıtdı. O da
qızıl medal uğrunda mübarizədə əsl
peşəkarlıq, yüksək ustalıq nüma-
yiş etdirib Olimpiya Oyunlarının
çempionu oldu. Bir olimpiadada
iki qızıl medal nəyə desən dəyərdi.
Onlarla, yüzlərlə ölkə idmançıları-
nın bacarmadıqları bir işi olimpia-
dalarda yenicə müstəqil addımlar
atan bir ölkənin təmsilçiləri böyük
məharətlə yerinə yetirmişdilər.
Həmin olimpiadada daha bir mü-
kafat isə boksçu Vüqar Ələkbərovun
payına düşdü. Həmvətənimiz Sidney
rinqindən bürünc mükafatla ayrılıb
Azərbaycanın dəri əlcək ustalarının
Olimpiya medallarının hesabını açdı.
Afina-2004. Bu dəfə daha
çox 5 medalın- bir qızıl və dörd
bürünc mükafatın sevincini yaşadıq.
İndi Azərbaycanın yunan- Roma
güləşində də Olimpiya çempionu
var idi. Fərid Mansurov zirvəni
inamla, qətiyyətlə fəth etmiş, bütün
görüşlərdə rəqiblərini məğlubiyyətlə
barışmağa məcbur etmiş və güləşin
bu növündə müstəqil Azərbaycana
ilk Olimpiya medalı, üstəlik də,
qızıl mükafat qazandırmışdı.
Müasir Olimpiya Oyunlarının
vətəni Yunanıstanda keçirilən Olim-
piya Oyunlarında həmvətənlərimizə
F. Mansurovun qızıl medalı ilə
yanaşı, dörd bürünc mükafat da
təqdim olundu. Onları Azərbaycana
Sidney Olimpiya Oyunlarının
çempionu Z. Meftahətdinova, güllə
atıcısı İradə Aşumova, boksçular
Ağası Məmmədov və Fuad Aslanov
gətirdilər.
Dörd ildən sonra, 2008-ci ildə
Pekində keçirilən XXIX Yay Olim-
piya Oyunlarında fəxri kürsüyə
Azərbaycanın yeddi təmsilçisi dəvət
olundu. Çin Xalq Respublikasının
paytaxtında ölkəmiz üçün mükafat-
ları tatami ustası, bütün rəqiblərini
bir göz qırpımında məğlubiyyətə
uğradan Elnur Məmmədli, gümüş
medalların sahibləri yunan-Roma
güləşçiləri Rövşən Bayramov və Vi-
tali Rəhimov, bürünc mükafatçılar,
güləşçilər Mariya Stadnik, Xetaq
Qazyumov, boksçu Şahin İmra-
nov və cüdoçu Mövlud Mirəliyev
qazandılar.
London-2012-də Azərbaycanın
Olimpiya çempionları və müka-
fatçılarının sıraları bir qədər də
genişləndi. Sərbəst güləşənlər
Toğrul Əsgərov və Şərif Şərifov
Olimpiadanın çempionları oldu-
lar, güləşçilər Rövşən Bayramov
və Mariya Stadnik gümüş, digər
güləşçilər Xetaq Qazyumov, Emin
Əhmədov, Yuliya Ratkeviç, rinq
ustaları Teymur Məmmədov,
Məhəmmədrəsul Məcidov və ağır-
lıqqaldıran Valentin Xristov bürünc
medallara sahib oldular.
Olimpiada-2016-nın
qəhrəmanlarını isə bu qeydlərimizin
əvvəlində xatırlatdıq. Dünyanın
ən böyük yarışı hesab edilən Yay
Olimpiya Oyunlarında artıq 44 me-
dalımız vardır. Əgər onlardan 26-sı
ilk beş Olimpiadada qazanılmışdı-
sa, 18-nə Rioda nail olunmuşdur.
Bu mükafatlar və onların sahibləri
idmanımızın, bütün Azərbaycanın
böyük sərvətidir!
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”