Təşkilatlarına Dővlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən Gənc yazarlara



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə1/60
tarix25.06.2018
ölçüsü3,5 Kb.
#51121
  1   2   3   4   5   6   7   8   9   ...   60


DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ 
dgtyb@box.az; akber_q@yahoo.com
Tel.: +99450 33 937 55
 
TÜRKÜN SƏSİ
Bu kitab Azərbaycan Respublikasının 
Prezidenti yanında Qeyri Hökümət 
Təşkilatlarına Dővlət Dəstəyi Şurası 
tərəfindən maliyyələşdirilən «Gənc yazarlara 
dəstək» layihəsi əsasında nəşr olunur.
Tərtibçilər: 
Əkbər QOŞALI
Rəsmiyyə SABİR


BAKI
“Vektor” – 2008
2


Elmi redaktor:  prof.dr. Nizami CƏFƏROV
Layihə rəhbəri: Əkbər QOŞALI 
Redaktorlar: prof.dr. Elçin İSGƏNDƏRZADƏ
                                 Namiq HACIHEYDƏRLİ
Dünya Gənc Türk Yazarlar Birliyi, ”Türkün səsi”  (Məqalələr 
toplusu),  “Vektor”, Bakı – 2008, 190 səh.
“TÜRKÜN SƏSİ”nin 8-ci sayında gənc bilim 
adamlarının, tədqiqatçı və yazarların məqalələri 
toplanmışdır. Mətnlər Azərbaycan və Türkiyə 
türkcələrində verilmişdir. 
 
4702060207-
 
 402
   
          121
© Dünya Gənc Türk Yazarlar Birliyi, 2008
© «VEKTOR» Beynəlxalq Elm Mərkəzi, 2008
T
3
   
(
 
)
грифли няшр


AZƏRBAYCAN
Aygün  HƏSƏNOĞLU(Aygün Söhrab qızı 
Həsənova) -
2000-2004-cü illərdə DGTYB Baş Katibi 
görəvini daşıyan yazıçı-dramaturqun indiyədək 
5 kitabı işıq üzü görmüş,
8 əsəri səhnələşdirilmişdir. 
ALMAS YILDIRIM POEZİYASINDA QAFQAZ 
MOTİVLƏRİ
Şifahi və yazılı ədəbiyyatımızda geniş yer tutan Dağ 
mövzusu Almas Yıldırım (1907-1952) yaradıcılığının da 
əsas mövzularındandır. Qədim dövrlərdən əfsanəvi bir 
məkan kimi yad edilən Qafqaz dağları bu yerlərdə ya-
şayan  xalqların   həyatında,   şifahi   xalq   ədəbiyyatında, 
ən   əsası   isə   milli   azadlıq   mübarizəsinin   canlı   şahidi 
kimi     yaddaşlarda   yaşayan   mifik   bir   obrazdır.   Türk 
mifoloji   təfəkküründə   geniş   yer   tutan   Dağ   obrazı 
əyilməzlik, məğrurluq, qüdrət, həmdəm, sirdaş, yad-
daş   və   digər   anlamlarda   təzahür   edir.   Hələ   qədim 
zamanlardan   şair-lərimiz   üçün   dağ   ədəbi,   tarixi   və 
fəlsəfi   baxımdan   maraqlı   və   ciddi   bir   oybekt   kimi 
diqqəti cəlb etmişdir.
«Azad bir Qafqasımı ver!» deyə üsyan qaldıran şair 
üçün Dağlar, Torpaq, Quzğun və digər obyektlər mə-
nalanır, onun həmdəminə, dərdlərini, iztirab və hiddə-
tini özündə birləşdirən obrazlara çevrilir. Bu diyarın hər 
qarışı şair üçün ədəbi-ideoloji məna kəsb edərək de-
tallaşır.   Çünki   bu   detalların   hər   birində   böyük   bir 
tarixin izi var, şair o yaddaşa inanır, ona görə üzünü 
ayrı-ayrı   adamlara   yox,   məhz   bu   yaddaşı   özündə 
yaşadan   abidələrə   tutur.   A.Yıldırım   poeziyasında 
Qafqaz dağları əyilməz, məğrur, hiddətini də, qəzəbini 
də içində yaşadan qüdrətli bir igidə bənzəyir. O, hələlik 
susmuşdur, nağıllardakı kimi yuxuya getmişdir, lakin, 
nə   vaxtsa   ayılacaq,   qollarını   bağlayan   zənciri 
4


qıracaqdır. Çünki Qafqaz yabançıları sevməz, o, yalnız 
azad insanlar üçün vətən ola bilər.  Şair öz şeirlərində 
sanki Qafqazın bu mübarizlik, məğrurluq və əyilməzlik 
ruhunun bədii mənzərəsini yaratmışdır. Qafqazın tarixi, 
mədəniyyəti, milli düşüncəsi A.Yıldırım üçün doğmadır, 
məhz ona görə də Azərbaycan poeziyasında ilk öncə 
Qafqaz   xalqlarının   milli   azadlıq   mübarizəsinin   lideri 
olan   Şamil   obrazına   müraciət   edənlərdən   biri 
olmuşdur. Hələ gənc yaşlarından milli ruhuna,  əqidə 
bütövlüyünə   və   ölkəsində   yad-ların   ağalıq   etməsinə 
dözə   bilmədiyinə   görə   sovet   irticasının   ilk   zərbəsini 
alan   A.Yıldırım   1927-ci   ildə   Dağıstana   sürgün   edil-
mişdi. Dağıstan xalqlarının həyatı və tarixi ilə tanışlıq 
A.Yıldırımda onlara böyük məhəbbət oyatmış və yara-
dıcılığında yeni bir səhifənin – «Dağıstan səhifə»sinin 
yaranmasına səbəb olur. Feyzi Ağüzüm 1953-cü ildə 
yazdığı «Almas Yıldırımın hal tərcüməsi» adlı yazısında 
göstərirdi ki, A.Yıldırımın o zamankı Proletar Yazıçılar 
Cəmiyyətindən   qovulmasına   səbəb   olan   İstanbulda 
dərc edilmiş «Dağlar» şeiri də məhz Qafqaz dağlarına 
xitabən yazılmışdır (1, s.5).
Şeyx   Şamil   obrazını   xatırlayan   daha   bir   «Dağlar» 
şeiri də bütün yaradıcılığı Azərbaycana sonsuz məhəb-
bətlə   yoğrulan   Əhməd   Cavad   tərəfindən   yazılmış, 
1921-ci   ildə   «Qurtuluş»   jurnalında   dərc   olun-
muşdur(6,s.213). Dağıstan xatirələri əsasında qələmə 
alınmış   bu   şeir   əhval-ruhiyyəsinə   görə   A.Yıldırımın 
«Dağlar» şeiri ilə eyni ruhda yazılmışdır. A.Yıldırım po-
eziyasının mayasını təşkil edən böyük keçmişə həsrət, 
düşmən ayaqları altında tapdanan vətənin müdrik tari-
xindən ibrət götürərək oyanışa səsləniş, insanların səs 
vermədiyini gördükdə isə ümidsizliyə qapılaraq təbiətə 
müraciət   etmək,   onun   köksündə   qalmış   yaddaşı 
oyatmağa   çalışmağa   cəhd   etmək   istəyi   Ə.   Cavadın 
«Dağlar» şeirində də öz əksini tapır:
Dərdli sinəndəki əski cığırlar
İnsan izlərinə bənzər, a dağlar.
Bu ağır başlıca baxışın mənə
Qanlı əfsanələr söylər, a dağlar. (6, s.213)
5


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə