Test imtahan prosesi



Yüklə 14,18 Kb.
Pdf görüntüsü
tarix08.12.2017
ölçüsü14,18 Kb.
#14677


Test imtahan prosesi 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müəssisə  və  təşkilatlarına 

yüksək hazırlıqlı kadrların seçilməsi, kadr ehtiyat bazasının formalaşdırılması, 

şirkətdaxili işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi, Təlim, Tədris 

mərkəzlərinə qəbul, həmçinin yay məktəbi üzrə müraciət edən vətəndaşların zəruri 

bilik səviyyəsi test üsulu ilə yoxlanılır. 

Test imtahanları informasiya təhlükəsizliyinə riayət edilmək şərti ilə xüsusi 

proqram təminatı vasitəsilə elektron  və ya kağız üzərində keçirilir.Test tapşırıqları 

mürəkkəblik səviyyələrinə görə sahə üzrə yüksək ixtisaslı mütəxəssislər tərəfindən 

hazırlanır və testologiya üzrə ekspertlər tərəfindən müsbət rəy verildikdən sonra 

Test Tapşırıqlarının Elektron Bazasına əlavə olunur və test imtahanlarında istifadə 

edilir. 


Test imtahan prosesinə  dəvət olunan vətəndaş imtahan zalına  şəxsiyyəti 

təsdiq edən sənədi təqdim etdikdən sonra buraxılır. Vətəndaşın  şəxsiyyəti təsdiq 

edən sənədi olmadıqda (şəxsiyyət vəsiqəsi, hərbi bilet, xarici pasport, sürücülük 

vəsiqəsi və etibarlılıq müddəti bitməyən işçi vəsiqəsi) və ya üzrsüz səbəbdən təyin 

olunan vaxtda gəlmədikdə o imtahana buraxılmır.  

Test imtahanı başlamazdan  əvvəl vətəndaşlar test tapşırıqlarının yerinə 

yetirilməsi  şərtləri, hüquq və  vəzifələri, imtahan zalında davranış, texniki 

təhlükəsizlik qaydaları haqqında (elektron və ya şifahi), eləcə  də, imtahan 

prosesinin test otağında quraşdırılan kamera vasitəsi ilə çəkilişi barədə testi keçirən 

nəzarətçi tərəfindən məlumatlandırılırlar. Test imtahanı üçün müəyyən edilmiş 

vaxt bitdikdən sonra imtahan yekunlaşdırılır. Vakansiyalar üzrə elan edilmiş 

müsabiqələrin test imtahanı yekunlaşdıqdan dərhal sonra vətəndaşın topladığı 

ballar haqqında bildiriş  vərəqəsi onun email ünvanına göndərilir. Test imtahan 

nəticələri bal sistemi üzrə qiymətləndirilir. Ballar hesablanarkən yalnız doğru 

seçilən cavablar nəzərə alınır. Hər bir sualın doğru cavabı 1 (bir) balla 

qiymətləndirilir. 

 

Test imtahanlarının istiqamətləri 

 

İşə qəbul prosesi üzrə  



 

Kadr ehtiyat bazasının formalaşdırılması üzrə 

 

“Yay məktəbinə” qəbul üzrə 



 

Təlim, Tədris Mərkəzlərinə qəbul üzrə 

 

Şirkətdaxili işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə 



 


 

Test tapşırığının strukturu 

 

İşə qəbul prosesi üzrə  

 

Kadr ehtiyat bazasının formalaşdırılması üzrə 

Qulluqçu kateqoriyasına aid olan vakansiyalar üzrə test tapşırıqları 

 

İxtisasa aid 20 sual 



 

Məntiqi təfəkkürün yoxlanılmasına aid 10 sual 

 

Azərbaycan və ARDNŞ-nin fəaliyyət sahəsinə aid 5 sual 



 

Komputer biliklərinə aid 5 sual 

 

Fəhlə kateqoriyasına aid olan vakansiyalar üzrə test tapşırıqları 



 

 

İxtisasa aid 15 sual 



 

Azərbaycan və ARDNŞ-nin fəaliyyət sahəsinə aid 5 sual 

 

 

“Yay məktəbinə” qəbul üzrə 



 

Məntiqi təfəkkürün yoxlanılmasına aid 50 sual 

 

 

Təlim, Tədris Mərkəzlərinə qəbul üzrə ümumilikdə 70 sual 



 

Fənnlər üzrə 

 

Riyaziyyat 



 

Fizika 


 

Kimya 


 

Milli dövlətçilik və tarix  

 

Məntiqi təfəkkürün yoxlanılmasına aid test tapşırıqları 



 

Şirkətdaxili işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə ümumilikdə 100 sual 

 

İddia edilən sahəyə aid test tapşırıqları 



 

Azərbaycan və ARDNŞ-nin fəaliyyət sahəsinə aid test tapşırıqları 

 

Məntiqi təfəkkürün yoxlanılmasına aid test tapşırıqları 



 

İnformasiya texnologiyalarına aid test tapşırıqları  



 

Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına aid test tapşırıqları  



 

Yüklə 14,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə