1279
YEZEKEL
PEYĞƏMBƏRİN KİTABI
GİRİŞ
Yezekel peyğəmbər miladdan əvvəl 593-571-ci illərdə peyğəmbərlik edirdi. O,
Babildə sürgündə yaşayırdı. Onun sözləri həm sürgündə yaşayan həmvətənlərinə,
həm də Yerusəlim əhalisinə aid idi. «Yezekel» Kitabında təsvir olunan vacib
hadisələr bunlardır:
Allah Yezekeli peyğəmbər olmağa çağırır. Sonra o, insanların üzərinə gələn
Allah cəzası, Yerusəlimin süqutu və dağıdılması barədə xəbərdarlıq edir.
Yezekel Allahın xalqına zülm edən millətlərin Onun tərəfindən mühakimə
edilməsi barədə peyğəmbərlik edir. Lakin Allah sədaqətlidir, buna görə də
Yerusəlimin süqutu və dağıdılmasından sonra İsrail xalqına təsəlliverici sözlər və
gələcəyə parlaq ümid verir.
Kitabın məzmunu bir qədər çətin anlaşılır, çünki onun bir hissəsini görüntülər
təşkil edir.
Bu kitabda həm də bərpa olunmuş məbəd və İsrail Yezekelin təsvirində
böyük maraq doğurur. Yezekel böyük imana malik idi. O, ürəklərin və ruhani
vəziyyətin yeniləşməsinin zəruriliyini, hər insanın öz günahlarına görə
məsuliyyət daşımasını vurğulayırdı. Yezekel xalqın həyatının yeniləşməsi barədə
car çəkirdi. O, kahin və peyğəmbər kimi məbədin bərpa olunmasına və İsrailin
qanuna uyğun pak olmasına ehtiyac duyurdu.
Kitabın məzmunu:
1:1–3:37 Allah Yezekeli peyğəmbər olmağa çağırır
4:1–24:27 Yerusəlimin süqutu və dağıdılması barədə xəbərdarlıq
25:1–32:32 Allahın millətlər üzərində məhkəməsi
33:1–37:28 Allahın Öz xalqına vədləri
38:1–39:29 Qoqa qarşı peyğəmbərlik
40:1–48:35 Gələcək məbəd və ölkə barədə görüntü
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation
a
1:1 Vəhy 19:11
b
1:1 Otuzuncu ildə – yaxud otuz yaşında ikən.
c
1:2 2Pad. 24:10-16;
2Saln. 36:9-10
d
1:5 Vəhy 4:6
e
1:10 Yez. 10:14; Vəhy 4:7
f
1:13 Vəhy 4:5
g
1:15‑21 Yez. 10:9-13
h
1:18 Vəhy 4:8
Yezekelin ilk görüntüsü
1
1
a
Otuzuncu ildə,
b
dördüncü ayın beşinci günü mən Kevar çayı
sahilində, sürgündə yaşayanlar arasında olanda göylər açıldı və
Allahdan gələn görüntüləri gördüm.
2
c
Padşah Yehoyakinin sürgün
olunmasının beşinci ilində, həmin ayın beşinci günü
3
Xaldey ölkəsində,
Kevar çayı sahilində Buzinin oğlu kahin Yezekelə Rəbbin sözü nazil oldu.
Orada Rəbbin əli onun üzərində idi.
4
Mən gördüm ki, budur, şimaldan çovğun yeli və dayanmadan şimşək
çaxan böyük bir bulud gəlir. Onun ətrafında parıltı var idi, ortasında isə od
içində kükrəyən metal kimi bir şey var idi.
5
d
Ən ortasında canlı məxluqa
bənzəyən dörd varlıq mövcud idi. Onların görünüşü insana bənzəyirdi.
6
Hər birinin dörd üzü və dörd qanadı var idi.
7
Onların bacaqları düz idi.
Ayaqları dana ayaqlarına oxşayırdı və cilalanmış tunc kimi parıldayırdı.
8
Dörd yanlarında, qanadları altında insan əlləri var idi. Dördü də üzlərə
və qanadlara malik idi.
9
Onların qanadları bir-birinə toxunurdu. İrəli
gedərkən sağa-sola dönmürdülər, hər biri üz tutduğu tərəfə irəliləyirdi.
10
e
Onların dörd tərəfə yönələn üzlərinin bənzəyişi belə idi: qabaq tərəfdə
insan üzü, sağ tərəfdə aslan üzü, sol tərəfdə öküz üzü, arxada isə qartal üzü
var idi.
11
Onların üzləri və qanadları yuxarıya doğru açılmışdı. Hər canlının
iki qanadı yanda o biri canlının qanadına toxunur, iki qanadı da bədənlərini
örtürdü.
12
Hər biri üz tutduğu tərəfə irəliləyirdi. Ruh hara gedirdisə,
onlar da ora gedirdi. İrəli gedərkən sağa-sola dönmürdülər.
13
f
Bu canlılar
görünüşcə yanar köz kimi, məşəl kimi bir şeyə bənzəyirdi. Canlı məxluqların
arasında od hərəkətdə idi. Od parıldayırdı və ondan şimşək çaxırdı.
14
Canlı
məxluqlar şimşək çaxan kimi cəld o tərəf-bu tərəfə hərəkət edirdi.
15
g
Mən canlı məxluqlara baxıb gördüm ki, hər birinin yanında yerə
dəyən bir təkər var.
16
Təkərlərin görünüşü və quruluşu belə idi: onlar sarı
yaqut kimi parıldayır və dördü də bir-birinə oxşayırdı. Onların
görünüşü
və quruluşu elə idi ki, sanki bir təkər o biri təkər içində yerləşmişdi.
17
Getdikləri zaman dörd tərəfə də gedə bilirdilər. İrəli gedərkən sağa-
sola dönmürdülər.
18
h
Təkərlərin sağanaqları hündür və qorxunc idi.
Dördünün də sağanaqları hər tərəfdən gözlərlə dolu idi.
19
Canlı məxluqlar
irəlilədikcə təkərlər də yanında fırlanır, canlı məxluqlar yerdən qalxdıqca
təkərlər də qalxırdı.
20
Ruh hara gedirdisə, onlar da ora gedirdi, təkərlər
də onlarla bərabər qalxırdı, çünki canlı məxluqların ruhu təkərlərdə
idi.
21
Onlar irəliləyəndə bunlar da irəliləyirdi, onlar dayananda bunlar
da dayanırdı. Onlar yerdən qalxanda yanlarındakı təkərlər də qalxırdı,
çünki canlı məxluqların ruhu təkərlərdə idi.
Yezekel 1
1280
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation