A.T.Ağayev, A.İ.İsmayılov, T.İ.Süleymanov
XƏBƏRLƏR
YER ELMLƏRİ
■
ИЗВЕСТИЯ
НАУКИ
О
ЗЕМЛЕ
■ PROCEEDINGS
THE SCIENCES OF EARTH
80
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ XƏBƏRLƏRİ, YER ELMLƏRİ, №
1-2, 2016
© A.T.Ağayev, A.İ.İsmayılov, T.İ.Süleymanov, 2016
MƏSAFƏDƏN ZONDLAMA MƏLUMATLARI VƏ COĞRAFİ İNFORMASİYA
TEXNOLOGİYALARI ƏSASINDA DAŞQIN ƏRAZİSİNİN
3D (TIN) MODELLƏŞDİRİLMƏSİ
A.T.Ağayev
1
, A.İ.İsmayılov
2
, T.İ.Süleymanov
3
1 –Milli Aviasiya Akademiyası,
1045, Bakı, Mərdəkan pr.30,
amil_agayev@mail.ru
2 – AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu,
1073, Bakı, M. Rahim küç., 5,
amin_ismayilov@mail.ru
3 – Azərbaycan Milli Aerokosmik Agentliyi,
1115, Bakı, S. Axundov küç., 1,
sul.tofik@yahoo.com
Məqalədə 2010-cu ildə Kür çayında baş vermiş daşqın hadisəsi zamanı bəndlərin dağılma səbəbləri araş-
dırılmış və tədqiqat ərazisi olan Sabirabad rayonunun Mürsəlli kəndi nümunəsində TIN modeli qurulmuşdur.
Hündürlük göstəriciləri əsasında seçilmiş profillər üzrə fərqlərin hesablanması metodikası işlənilmiş və daş-
qın sularının çayın sağ sahili boyunca bəzi yerlərdə qoruyucu bəndi yararaq relyefin nisbətən aşağı hissələrinə
yayılma prosesi tədqiq edilmişdir. Tədqiqat zamanı Landsat 5 TM multispektral təsvirlərdən və ərazinin x, y,
z koordinatlarından istifadə edilmişdir.
Giriş. Müasir dövrümüzdə məsafədən zond-
lama (MZ) məlumatları ilə CİS texnologiyalarının
inteqrasiyası əsasında dünya praktikasında TIN mo-
dellərinin qurulması və analizi sahəsində bir sıra
tədqiqatlar aparılmış, müxtəlif yanaşmalarla hidro-
loji cəhətdən təhlükəli vəziyyətin inkişafina təsir
edən təbii və antropogen faktorların təhlilinə geniş
yer verilmişdir (Marc and Rodrigo, 2011; Suriya et
al., 2009; Suriya et al., 2011). Həmin tədqiqatlarda
əsasən müxtəlif zamanlı peyk məlumatlarından, çöl
ölçmə göstəricilərindən, arxiv materiallarından isti-
fadə edilmişdir ki, bu da daşqın hadisələrinin dina-
mikasının qiymətləndirilməsinə və daşqın riskli əra-
zilərin müəyyənləşdirilməsinə imkan vermişdir.
Qeyd etmək lazımdır ki, çay daşqını hüdudla-
rının müəyyən edilməsi ilə yanaşı, suqoruyucu
bəndlərin dağılmasının səbəblərinin araşdırılması da
aktual məsələlərdən hesab olunur. Belə ki, daşqın-
lardan mühafizə olunmaq üçün çayboyu salınmış
suqoruyucu bəndlər bu və ya digər səbəblərdən tə-
sirlərə məruz qalır. Yerli tədqiqatçılar tərəfindən
bəzi araşdırmalar aparılmış və əhalinin gözlənilən
daşqın və subasma təhlükəsindən müdafiə olunması
üçün yerlərdə torpaq və digər əsaslı suqoruyucu
bəndlərə onların münasibətinin birmənalı olmadığı
təsdiqlənmişdir. Əhalinin bu ərazilərdə intensiv və
pərakəndə şəkildə məskunlaşması nəticəsində bənd-
lərin çox hissəsi yaşayış məntəqələrinin içərisində
qalmış, çayla torpaq bəndlər arasındakı istifadə
üçün qadağan olunmuş ərazilərdən istifadə edilməsi
bəndlərin daşqınqoruyucu imkanını azaltmış, ona
xidmət işi çətinləşmış və bəzi kəndlərin ərazilərində
bəndlər dağıdılaraq yeni suvarma arxları çəkilmiş-
dir. Hal-hazırda isə ayrı-ayrı ərazilərdə bəndlərdən
avtomobil yolu kimi istifadə edilir. Belə münasibət
bəndlərin davamlılığını zəiflədir və hər an daşqın-
olma ehtimalını artırır (Məhərrəmova, 2008).
Çay daşqınlarının gözlənilə bilən fəsadlarının
qiymətləndirilməsi, suqoruyucu bəndlərin sağ və sol
sahilboyu fərqlərinin daha dolğun və dəqiq müəy-
yən olunması üçün müasir Coğrafi İnformasiya Sis-
temləri imkanlarından istifadə olunması zəruridir.
Tədqiqatın məqsədinə uyğun olaraq Triangulated
Irregular Network (TIN) modelinin imkanlarından
istifadə edilmişdir. TIN modeli x, y, z koordinatları
olan və nizamsız məsafədə yerləşən nöqtələrin əsa-
sında səthin təqdimatıdır ki, bu da daşqın sularının
ərazidə yayılmasını modelləşdirmək baxımından
çox əhəmiyyətlidir. Üst-üstə düşməməklə əlaqəli
üçbucaqlar, məlumatların nöqtələri təpə nöqtələri
olan bütün göstəricilər arasında çəkilir. TIN pay-
lanmış hidroloji model üçün su hövzəsinin topoqra-
fiyası çərçivəsində axın şəbəkəsini və hövzə sərhə-
dini dəqiqliklə təsvir etməyə imkan verir (Enrique
et al., 2004)
MƏSAFƏDƏN ZONDLAMA MƏLUMATLARI VƏ COĞRAFİ İNFORMASİYA
.............
XƏBƏRLƏR
YER ELMLƏRİ
■
ИЗВЕСТИЯ
НАУКИ
О
ЗЕМЛЕ
■ PROCEEDINGS
THE SCIENCES OF EARTH
81
Tədqiqat obyekti. Tədqiqat ərazisi olaraq
2010-cu ildə daşqın zamanı ərazisinin çox hissəsi su
altında qalmış Sabirabad rayonunun Mürsəlli kəndi
götürülmüşdür (1-ci şəkil). Məlum olduğu kimi,
həmin vaxt Azərbaycanın bir sıra rayonlarının əra-
zisi daşqına məruz qalmış və Sabirabad rayonu,
demək olar ki, daşqın prosesinin mərkəzi olmuşdur.
Daşqın zamanı Kür çayının sağ sahili boyu uzanan
qoruyucu bənd Mürsəlli kəndi yaxınlığında bir neçə
yerdən dağılmış və nəticədə kəndin çox hissəsi
subasmaya məruz qalmışdır. Tədqiqatın məqsədi
MZ məlumatları və CİS texnologiyalarından isti-
fadə etməklə daşqın zamanı bəndlərin dağıldığı yer-
lərin TIN modelini qurmaq və subasmanın istiqa-
mətini müəyyən etməkdir.
Sabirabad rayonu şimaldan Hacıqabul rayo-
nu, şərqdən və cənubdan Salyan və Biləsuvar ra-
yonları, qərbdən Saatlı rayonu, şimal-qərbdən isə
Kürdəmir və İmişli rayonları ilə həmsərhəddir.
Rayonun ümumi sahəsi 146940 ha-dır. Rayonun
əhalisi kənd təsərrüfatı məhsulları: meyvəçilik, nar-
çılıq, tərəvəzçilik, taxılçılıq, heyvandarlıqla məşğul
olur. Rayonda kənd təsərrüfatı məhsullarının emalı,
tikinti materialları istehsalı da mövcuddur. Rayon
ərazisində yayılmış torpaqlar dövlətə məxsus ol-
maqla yanaşı, bələdiyyə və xüsusi mülkiyyətə veril-
mişdir. Rayonun relyefi əsasən düzənliklərdən iba-
rətdir. Düzənliyin ümumi mailliyi cənub-şərq istiqa-
mətində olub, çox zəif hiss olunur. Müasir relyefin
formalaşmasında Kür və Araz çaylarının təsiri aydın
nəzərə çarpır. Belə ki, rayonun ərazisində Kür və
Araz çayları qovuşur. Rayonun iqlimi yayı quraq
keçən mülayim isti, yarımsəhra və quru bozqır iqlim
tipinə aiddir. Bu iqlim tipi çox az və zəif nəmliyi,
qışının mülayim və yayının quru-isti keçməsi ilə
səciyyələnir. Bu ərazi üçün ən soyuq aylar yanvar,
fevral və ən isti aylar isə iyul və avqustdur. Ərazinin
yayı quru və isti keçir ki, bu da öz növbəsində bitki
örtüyünə və torpaqəmələgəlmə prosesinə mənfi təsir
göstərir. Ərazidə havanın illik temperaturu 18,0÷26,5
dərəcə arasında dəyişir. Rayon ərazisində hallofit,
kserofit, efemer və hidrofil bitkilər geniş yayılmışdır.
Materiallar və metodlar. Tədqiqat zamanı
U.S. Geological Survey (USGS) (EarthExplorer,
2009/2010) təşkilatının internet ehtiyatlarından və
tədqiqatın məqsədinə uyğun olaraq, açıq mənbələr-
dən – Landsat 5 TM peykindən alınmış mülti-
spektral təsvirlərdən istifadə edilmişdir (cədvəl, 2-ci
şəkil).
Seçilmiş ərazinin TIN modelini qurmaq üçün
isə x, y coğrafi kordinatları və z hündürlük nöqtə-
lərini təyin etməyə imkan verən GEOMAX Global
Position Systems (GPS)-dən istifadə edilmişdir.
Alət vasitəsilə tədqiqat ərazisini əhatə edən 1183
nöqtənin koordinatları və hündürlüyü götürülmüş-
dür (3-cü şəkil).
1-ci şəkil. Tədqiqat ərazisi, Sabirabad rayonunun Mürsəlli kəndi
A.T.Ağayev, A.İ.İsmayılov, T.İ.Süleymanov
XƏBƏRLƏR
YER ELMLƏRİ
■
ИЗВЕСТИЯ
НАУКИ
О
ЗЕМЛЕ
■ PROCEEDINGS
THE SCIENCES OF EARTH
82
Cədvəl
Əldə olunmuş peyk təsvirlərinin parametrləri
Məlumat yığımının atributu
Atribut qiyməti
Təsvir 1
Təsvir 2
Peykin adı
LANDSAT 5 TM
Ümumdünya İstinad Sistemi (ÜİS) Sütun
167
ÜİS Sətir
032
Məlumat əldə olunmuşdur
26/09/2009
24/05/2010
Keyfiyyət bandı 1-7
9
Mübadilə formatı
GEOTIFF
Şəbəkə torunun əksetdirici ölçüsü
30
Şəbəkə torunun termik ölçüsü
30
2-ci şəkil. Landsat 5 TM peykindən müxtəlif tarixlərdə alınmış multispektral təsvirlər
3-cü şəkil. GEOMAX GPS-i vasitəsilə ərazinin x, y və z koordinatlarının müəyyənləşdirilməsi
MƏSAFƏDƏN ZONDLAMA MƏLUMATLARI VƏ COĞRAFİ İNFORMASİYA
.............
XƏBƏRLƏR
YER ELMLƏRİ
■
ИЗВЕСТИЯ
НАУКИ
О
ЗЕМЛЕ
■ PROCEEDINGS
THE SCIENCES OF EARTH
83
Emal prosedurlarına cəlb edilən Landsat 5 TM
mültispektral peyk təsvirləri daşqın hadisəsini qiy-
mətləndirməyə imkan versə də, hadisədən əvvəlki
dövrlərdə əraziyə düşən su hövzələrinin normal
çoxillik vəziyyəti ilə müqayisələrin aparılması zəru-
rəti yaranmışdır. Bu səbəbdən də 2009-cu ilin sent-
yabrındakı vəziyyəti əksetdirən eyniadlı kosmik təs-
virdən istifadə edilmiş, bununla da ərazinin su ob-
yektlərini və çay yatağının təbii durumunu müqayisə
etmək mümkün olmuşdur.
İlk növbədə ArcGIS proqram təminatının
imkanları çərçivəsində hər bir təsvir üzrə su ob-
yektləri əsas götürülməklə vektorlaşdırma əməliy-
yatları yerinə yetirilmişdir. Sonra isə seçilmiş əra-
zinin hündürlük göstəricilərindən istifadə edərək
ArcGIS proqram təminatının “Create TIN” modulu
əsasında Triangular Irregular Networks (TIN) şəbə-
kəsi yaradılmışdır
Müzakirə. Əldə etdiyimiz kosmik təsvir-
lərdən və ArcGIS proqram təminatının müxtəlif
alətlərindən istifadə edərək daşqın ərazisi vektorlaş-
dırılmış və su altında qalmış ərazilər müəyyən edil-
mişdir (4-ci şəkil).
Müəyyən olunmuş daşqın hüdudu daxilində
GEOMAX GPS-in hündürlük göstəricilərindən isti-
fadə edilərək TIN modeli qurulmuş, model üzərində
3 test xətti seçilmiş və həmin xətt üzrə çay yatağı və
çay sahilinin profilləri çəkilmişdir (5-ci şəkil).
4-ci şəkil. Kosmik təsvirlərdən alınan nəticələr
5-ci şəkil. Kosmik təsvir üzərində subasma və daşqın zamanı bəndin dağıldığı ərazinin 3 D təqdimatı,
seçilmiş 3 test xətti üzrə işlənilmiş profillər
A.T.Ağayev, A.İ.İsmayılov, T.İ.Süleymanov
XƏBƏRLƏR
YER ELMLƏRİ
■
ИЗВЕСТИЯ
НАУКИ
О
ЗЕМЛЕ
■ PROCEEDINGS
THE SCIENCES OF EARTH
84
Yaradılmış TIN əsasında ərazinin relyefi aş-
kar təsvir olunmuş, seçilmiş üç profil əsasında çay
hövzəsinin sağ və sol hissələrindəki hündürlük fər-
qinin əsasən 1 metr, bəzi hallarda isə 1 metrdən çox
olduğu müəyyən olunmuşdur. Bununla da bəndin
dağılması zamanı suyun axın istiqaməti haqqında
aydın təsəvvür yaratmaq mümkün olmuşdur. Hün-
dürlük fərqi çox olan nöqtələr suqoruyucu bəndə
yaxın olan ərazilərdə aşkar edilmiş, bununla da ça-
yın daşması nəticəsində bəndin məhz həmin yerdən
dağılması faktı öz təsdiqini tapmışdır
Nəticə. Məqalədə çay daşqınının əhatə dai-
rəsini daha dəqiq müəyyən etmək üçün Landsat 5
TM peykinin mültispektral təsvirlərindən və CİS
texnologiyalarından istifadə imkanları araşdırılmış-
dır. Tədqiqat prosesində ArcGIS proqram təmina-
tının müvafiq modul və alətlərindən istifadənin üs-
tünlükləri şərh olunmuşdur.
Seçilmiş tədqiqat ərazisi (Sabirabad rayonu-
nun Mürsəlli kəndi) timsalında təcrübə profilləri
üzrə relyefin yüksəklik fərqlərinin hesablanması me-
todikası işlənilmiş və subasmanın çayın sağ sahili
boyunca baş verdiyi areallar müəyyən edilmişdir.
Tədqiqatın nəticələri ərazilərin daşqınlara məruz-
qalma təhlükəsinin proqnozlaşdırılması və mühafizə
tədbirlərinin həyata keçirilməsi üçün praktiki əhə-
miyyətə malikdir.
ƏDƏBİYYAT
MƏHƏRRƏMOVA, X.C. 2008. Azərbaycan ərazisində baş
verən dağıdıcı hidrometeoroloji hadisələr. Elm. Bakı.
EARTHEXPLORER. 2009/2010. http://earthexplorer.usgs.gov
ENRIQUE, R.V., VALERI, Y.I., RAFAEL, L.B., DARA, E.
2004. Generation of triangulated irregular networks based
on hydrological similarity. Journal of Hydrologic Engi-
neering. 4, 288-302.
MARC, V.K., RODRIGO, I.S. 2011. Embedding rivers in
triangulated irregular networks with linear programming.
International Journal of Geographical Information
Science. 25(4), 615-631.
SURIYA,
S.,
GOPINATH,
G.,
MUDGAL,
B.V.,
KARUNAKARAN, K. 2009. Reconstruction of volume
and spread of flood water in velachery area through field
investigation. Malaysian Journal of Civil Engineering.
21(2), 241-246.
SURIYA, S., MUDGAL, B.V., PRAKASH, N. 2011. Flood
damage assessment of an urban area in Chennai, India, part
I: methodology. Natural Hazards. 52(1), 1-10.
Məqaləyə t.e.d. M.H.Qocamanov rəy vermişdir.
Dostları ilə paylaş: |