The world bank



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə1/25
tarix17.09.2018
ölçüsü1 Mb.
#69024
  1   2   3   4   5   6   7   8   9   ...   25


DÜNYA BANKI 

 

MÜSTƏQİL DÖVLƏTLƏR BİRLİYİ 

ÖDƏNİŞ VƏ QİYMƏTLİ KAĞIZlLAR HESABLAŞMALAR TƏŞƏBBÜSÜ 

 

 



 

 

 



 

Azərbaycan Respublikasinin ödəniş və qiymətli kağizlar üzrə klirinq və 

hesablaşmalar sistemləri 

 

 

 

 

 

 

 

 

 

FEVRAL 2006-CI İL 

 

 

 

 

 

 


Minnətdarlıq  

 

 



Bu hesabat beynəlxalq və yerli ekspertlərin birgə  fəaliyyəti nəticəsində hazırlanmışdır. 

Beynəlxalq  ekspertlər qrupu 30 yanvar- 3 fevral 2006-ci il tarixlərində Azərbaycanda səfərdə 

olmuşdur. Qrup cənab Xose Antonio Qarsia (Dünya Bankı, missiyanın rəhbəri), cənab Sait 

Abdülkərimov və cənab Aleksandr Şişlovdan (MDBÖT-nün katibliyi qismində QBHM) ibarət 

olmuşdur. Azərbaycan Milli Bankı qrupuna xanım Kəmalə Qurbanova (Ödəniş Sistemləri 

Departamentinin Direktoru) rəhbərlik etmişdir. Bu missiya öz işlərində cənab Şişlovun 2005-

ci ilin ortalarında həyata keçirdiyi səfərin nəticələrinə əsaslanmışdır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



ÖN SÖZ 

 

Latın Amerika və Karib regionunda Qərb Yarımkürəsi Ödəniş və Qiymətli Kağızlar Klirinq və 



Hesablaşmalar Təşəbbüsünün (QYT) uğurlu tətbiqindən sonra, 2004-cü ilin sentyabr ayında 

Dünya Banki Müstəqil Dövlətlər Birliyi Ödəniş və Qiymətli Kağızlar Klirinq və Hesablaşmalar 

Təşəbbüsünü (MDBÖT) həyata keçirməyə başladı. MDBÖT-nün məqsədi MDB-yə üzv 

dövlətlərdə ödəniş  və qiymətli kağızlar sisteminin təhlükəsizliyini, səmərəliliyini və 

bütövlüyünü təkmilləşdirmək məqəsədilə bu sistemlərin gücləndirilməsinə yardım etməkdir. 

Təşəbbüsün uzun müddətli məqsədi region daxilində ödəniş  və qiymətli kağızlar üzrə 

hesablaşmalar sistemlərinin davamlı inkişafını  təmin edəcək institusional quruculuq işlərini 

həyata keçirməkdir. 

 

MDBÖT-nün  əsas komponenti ödəniş  və qiymətli kağızlar sistemində geniş  təcrübəsi 



olan beynəlxalq və yerli ekspertlərdən ibarət Beynəlxalq Məsləhət  Şurasıdır (BMŞ). 

Dünya Bankından olan nümayəndələrlə yanaşı, BMŞ-da Beynəlxalq Hesablaşmalar 

Bankının (BHB)  Ödəniş  və Hesablaşmalar Komitəsinin (ÖHK) Katibliyi,Fransa Bankı, 

Avropa Mərkəzi Bankı (AVMB), Beynəlxalq Valyuta Föndu (BVF), Isveçrə Milli Bankı 

(İMB) və ABŞ Qiymətli Kağızlar və Xarici Valyuta Komissiyası (QXK) təmsil olunur. 

Proqramin sonrakı  mərhələlərində BMŞ-na digər mərkəzi bankların, qiymətli kağızlar 

komitələrinin və beynəlxlaq təşkilatların qoşulacağı gözlənilir. 

 

Keyfiyyət və  səmərəliliyi təmin etmək məqsədilə, MDBÖT iki mühüm elementdən 



ibarətdir. Birincisi, bütün araşdırmalar ölkə rəsmilərinin yaxın iştirakı ilə həyata keçirilir və 

layihə ölkələrdə  həyata keçirilmiş mövcud işlərə  əsaslanır.  İkincisi, təşəbbüs BMŞ 

vasitəsilə cari təcrübələri aydınlaşdırmaq, məsləhət və alternativ baxışlar təmin etmək 

məqsədilə mövzu ilə bağlı beynəlxalq və yerli təcrübəyə çox böyük əhəmiyyət verir. 

 

Təşəbbüsün həyata keçirirdiyi tədbirlərə aşağıdakılar daxildir: hər bir ölkənin ödəniş, klirinq 



və hesablaşmalar sisteminin sistematik təsvirini verən və ictimaiyyət üçün nəzərdə 

tutulmuş hesabatların hazırlanması, ölkə  rəsmilərinə gizli əsasda tövsiyələrin verilməsi, 

BMŞ görüşləri vasitəsilə ölkə araşdırmalarını müzakirə etmək və  gələcəl fəaliyyətlə bağlı 

məsləhətlər vermək, xüsusi mövzularla bağlı seminarların təşkil edilməsi, təşəbbüsün 

gördüyü işləri, həmçinin ödəniş sistemi sahəsi ilə bağlı digər məlumarları  işıqlandıran 

internet səhifəsinin (www.cis-pi.org) hazırlanması  və layihənin davamlılığını  təmin etmək 

məqsədilə işçi qruplarını dəstəkləmək. 

 

Qazaxstan Banklararası Hesablaşmalar Mərkəzi (QBHM) hazırda MDBÖT-nün Katibliyi 



rolunu icra edir və prosesin davamlı olmasında mühüm rol oynayır. Bu məqsədlə, 

təşəbbüs mərkəzin kompüter sistemini gücləndirməyə yardım etmişdir. Bundan əlavə, bir 

sıra ölkələrin ödəniş  və hesablaşmalar sistemində  fəaliyyət göstərən qurumların 

nümayəndələri QBHM koordinasiyasında həyata keçirilən araşdırmalarda iştirak etmiş və 

bu da öz növbəsində regionda biliklərin və nou-xaunun ötürülməsində mühüm rol 

oynamışdır. QBHM-lə birlikdə  işçi qrupları  təşəbbüs çərçivəsində yaradımış 

infrastrukturdan istifadə edəcək və regionda ödəniş  və qiymətli kağızlar klirinq və 

hesabalaşmalar mövzusunun müzakirəsi, koordinasiyası üçün forum rolunu 

oynayacaqlar. 

 

“Azərbaycanda Ödəniş və Qiymətli Kağızlar Klirinq və Hesablaşmalar Sistemləri” hesabatı 

Azərbaycan Milli Bankının yaxın dəstəyi ilə MDBÖT tərəfindən hazırlanmışdır. 

 

 



 

 

 

 



İXTİSARLARIN

 

SİYAHISI 

 

ATM Bankomat 



AZIPS 

Real vaxt rejimli banklararası ödəniş sistemi 

XÖHKS Xıra Ödənişlər üzrə Hesablaşma və Klirinq Sistemi 

BBVB Bakı Banklararası Valyuta Birjası 

 

BFB Bakı Fond Birjası 



BHB Beynəlxalq Hesablaşmalar Bankı 

MDBÖT Müstəqil Dövlətlər Birliyi Ödəniş və Klirinq Təşəbbüsü 

MDB Müstəqil Dövlətlər Birliyi 

ÖHSK Ödəniş və Hesablaşmalar Sistemləri üzr Komitə 

QKMD Qiymətli Kağızlar üzrə Mərkəzi Depozitari 

NK Nazirlər Kabineti  

 

DVP Çatdırılma ödənişə Qarşı 



EFTPOS Satış nöqtələrində vəsaitlərin elektron köçürməsi 

FIFO 


Birinci daxil olan birinci çıxar prinsipi 

ÜDM Ümümdaxili 

Məhsul 

BMUS Beynəlxalq Muhasibat Uçotu Standartları 



 

BMŞ Beynəlxalq Məsləhət Şurası 

ISIN Qiymətli Kağızların Beynəlxalq Nömrələməsi 

QBHM Qazaxstan 

Mərkəzi Bankının Bnaklarası Hesablaşmalar Mərkəzi 

 

YMI Yerli 



Maliyyə Idarəsi 

 

AMB Azərbaycan Milli Bankı 



MDM 

Milli Depozitari Mərkəzi 

 



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə