Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə1/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
  1   2   3   4   5   6   7   8   9   ...   35


Ticarət Gəmiçiliyi Məcəlləsi 
Azərbaycan Respublikasının Qanunu 
I fəsil. Ümumi müddəalar 
Maddə 1. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi ilə tənzimlənən 
münasibətlər  
1.1. Bu Məcəllə ticarət gəmiçiliyi fəaliyyətinin hüquqi əsaslarını, onun səmərəli təşkili və 
məqsədli inkişafından yaranan münasibətləri tənzimləyir. 
1.2. Ticarət gəmiçiliyindən yaranan münasibətlər bu Məcəllə, Azərbaycan 
Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 
müqavilələri və onların əsasında qəbul edilən normativ hüquqi aktlar ilə tənzimlənir. 
1.3. Ticarət gəmiçiliyindən yaranan və bu Məcəllə ilə tənzimlənməyən və ya tam 
tənzimlənməyən əmlak münasibətlərinə Azərbaycan Respublikasının mülki 
qanunvericiliyinin müddəaları tətbiq edilir. 
Maddə 2. Ticarət gəmiçiliyi Məcəlləsində əsas anlayışlar  
2.1. Ticarət gəmiçiliyi dedikdə, gəmilərdən istifadə etməklə həyata keçirilən aşağıdakı 
fəaliyyət növləri nəzərdə tutulur: 
2.1.1. yüklərin, sərnişinlərin və onların baqajlarının, poçt göndərişlərinin 
daşınması; 
2.1.2. su bioloji ehtiyatlarının ovu: 
2.1.3. gəmilərin dəniz bələdçisi ilə keçirilməsi; 
2.1.4. dənizin dibində və təkində mineral ehtiyatların kəşfiyyatı və hasilatı; 
2.1.5. yedəkləmə, buzqırma, axtarış və xilasetmə əməliyyatları; 
2.1.6. dənizdə batmış əmlakın qaldırılması; 
2.1.7. dəniz mühitinin qorunması və saxlanması; 
2.1.8. digər təsərrüfat, elmi, tədris, idman və mədəni məqsədlər üçün istifadə. 
2.2. Gəmi — özühərəkətedən və ya özühərəkətetməyən, ticarət gəmiçiliyi məqsədləri 
üçün istifadə olunan üzən qurğu. 
2.3. Gəmi sahibi — gəminin mülkiyyətçisi olmasından və ya gəmidən başqa qanuni 
əsaslarla istifadə etməsindən asılı olmayaraq, gəmini öz adından istismar edən şəxs. 
2.4. Dəniz limanı — xüsusi ərazidə və akvatoriyada yerləşən və ticarət gəmiçiliyi 
məqsədi ilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, yüklər ilə 


əməliyyatların aparılması və dəniz limanlarında həyata keçirilən digər xidmətlərin 
göstərilməsi üçün nəzərdə tutulan qurğular kompleksi. 
2.5. Liman hakimiyyət orqanları — 
müvafiq icra hakimiyyəti orqanı
 tərəfindən onların 
üzərinə qoyulmuş inzibati-hakimiyyət və digər səlahiyyətləri həyata keçirən dəniz 
limanlarının müvafiq orqanları. 
2.6. Gəminin tutumu — gəmilərin ölçülməsinə dair beynəlxalq müqavilələrə uyğun 
olaraq gəminin müəyyən edilən ümumi tutumu. 
2.7. Hesablaşma vahidi — beynəlxalq maliyyə təşkilatlarının müəyyən etdiyi 
borcalmanın xüsusi hüququ vahidi. 
2.8. Kabotaj — Azərbaycan Respublikasının dəniz limanları arasında icra edilən daşıma 
və dəniz yedəkləməsi. 
2.9. Bayraq nəzarəti — Azərbaycan Respublikasının müvafiq gəmi reyestrində qeydiyyata 
alınmış və Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərin 
yoxlanılması və sertifikatlaşdırılması, eləcə də təhlükəsizliyə və ətraf mühitin 
mühafizəsinə dair sənədlərin onlara verilməsi sahəsində dövlət nəzarəti. 
2.10. Liman nəzarəti — Azərbaycan Respublikasının limanlarına daxil olan və ya 
limanlarından çıxan xarici gəmilərin, onların avadanlığının və idarə olunmasının 
beynəlxalq müqavilələrin tələblərinə uyğunluğunun yoxlanılması üzrə dövlət nəzarəti. (
7

Maddə 3. Bu Məcəllədə müəyyən edilmiş qaydaların tətbiq dairəsi  
3.1. Bu Məcəllənin qaydaları aşağıdakılara şamil edilir: 
3.1.1. dəniz gəmilərinə — onların həm dəniz yolları, həm də daxili su yolları ilə 
hərəkət etdiyi zaman, əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı 
beynəlxalq müqavilədə və ya qanunda başqa hal müəyyən olunmamışdırsa; 
3.1.2. daxili sularda üzən gəmilərə, habelə "çay-dəniz" tipli gəmilərinə — xarici 
dəniz limanlarına daxil olmaqla yük, sərnişin və onların baqajının daşınmasını 
dəniz yolları, habelə daxili su yolları ilə icra etdikdə, xilasetmə əməliyyatını 
həyata keçirdikdə və dəniz gəmisi ilə toqquşduqda. 
3.2. Bu Məcəllədə müəyyən edilmiş qaydalar, birbaşa bu Məcəllədə nəzərdə tutulan 
hallar istisna olmaqla, hərbi gəmilərə, yardımçı hərbi gəmilərə və dövlət mülkiyyətində 
olan və ya dövlət tərəfindən istismar olunan və yalnız qeyri-kommersiya hökumət 
xidməti üçün istifadə edilən gəmilərə, habelə dövlət mülkiyyətində olan qeyri-
kommersiya yüklərinə şamil edilmir. 
Maddə 4. Ticarət gəmiçiliyi sahəsində dövlət idarəetməsi  
4.1. Ticarət gəmiçiliyi sahəsində dövlət idarəetməsi 
müvafiq icra hakimiyyəti orqanı
 
tərəfindən həyata keçirilir. 
4.2. Bu Məcəlləyə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 
müqavilələrə uyğun olaraq, 
müvafiq icra hakimiyyəti orqanı
 öz səlahiyyəti hüdudlarında 


ticarət gəmiçiliyindən yaranan münasibətləri tənzimləyən normativ hüquqi aktlar qəbul 
edir. 
4.3. Dəniz yollarının naviqasiya-hidroqrafik təminatını 
müvafiq icra hakimiyyəti orqanı
 
həyata keçirir. 
Maddə 5. Ticarət gəmiçiliyinə dövlət nəzarəti  
5.1. Azərbaycan Respublikasında ticarət gəmiçiliyinə dövlət nəzarətini 
müvafiq icra 
hakimiyyəti orqanı
 həyata keçirir. 
5.2. 
Müvafiq icra hakimiyyəti orqanı
 dövlət nəzarətini aşağıdakı istiqamətlərdə həyata 
keçirir: 
5.2.1. ticarət gəmiçiliyinə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı 
beynəlxalq müqavilələrə və ticarət gəmiçiliyi haqqında Azərbaycan 
Respublikasının qanunvericiliyinə riayət olunmasına; 
5.2.2. gəmilərin təhlükəsiz hərəkətinin idarəetmə sisteminə; 
5.2.3. dəniz yollarının və dəniz yollarında qurulmuş texniki naviqasiya 
vasitələrinin vəziyyətinə; 
5.2.4. gəmilərin dövlət qeydiyyatına və gəmilərə olan hüquqlara; 
5.2.5. dəniz bələdçi xidmətinə və dəniz limanlarında gəmilərin hərəkətini 
idarəetmə sisteminə; 
5.2.6. xilasetmə xidmətinə və onun digər xilasetmə xidmətləri ilə qarşılıqlı 
fəaliyyətinə; 
5.2.7. dəniz mühitinin mühafizəsinə. 
Maddə 5-1. Ticarət gəmiçiliyi sahəsində lisenziyalaşdırma 
5-1.1. Ticarət gəmiçiliyi sahəsində aşağıdakı fəaliyyət növləri xüsusi razılıq (lisenziya) 
əsasında həyata keçirilir: 
5-1.1.1. su nəqliyyatı ilə yük daşınması; 
5-1.1.2. su nəqliyyatı ilə sərnişin daşınması. (
7

Maddə 6. Hesablaşma vahidi  
6.1. Bu Məcəllənin 132, 148, 253.1, 262.1 və 280-ci maddələrində göstərilən məbləğlərin 
manatla ifadə olunma borcalmanın xüsusi hüququ vahidində manatın dəyərinə müvafiq 
olaraq aşağıdakı müddəalar nəzərə alınmaqla həyata keçirilir: 
6.1.1. bu Məcəllənin 132 və 148-ci maddələrində göstərilən məbləğlərin — 
məhkəmə və ya münsiflər məhkəməsi qərarının çıxarıldığı və ya tərəflərin 
razılaşması əsasında təyin edilmiş tarixə; 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə