Toğrul Musayev



Yüklə 234,27 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü234,27 Kb.
#68497




 

“Dövlət qeydiyyatına alınmışdır” 

Azərbaycan 

Respublikasının Ədliyyə Nazirliyi 

Qeydiyyat №_____ 

“___”___________2009-cu il 

 

Nazir müavini 



 

__________Toğrul Musayev 



 

“Təsdiq edilmişdir” 

Azərbaycan Respublikası 

Mərkəzi Bankının İdarə Heyəti 

Protokol № _____ 

“___”___________2009-cu il 

 

Sədr 


 

________ Elman Rüstəmov 



 

 

 

 

Banklarda risklərin idarə olunması haqqında 

Qaydalar 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Bakı-2009 

 




 

 

1. Ümumi müddəalar 

 

1.1.  Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” 

və  “Banklar  haqqında”  Azərbaycan  Respublikasının  qanunlarına,  Azərbaycan 

Respublikasının digər qanunvericilik aktlarına, Azərbaycan Respublikası Mərkəzi 

Bankının  (bundan  sonra  –  Mərkəzi  Bank)  normativ  xarakterli  aktlarına,  habelə 

beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanmışdır. 

1.2.  Bu  Qaydalar  kommersiya  banklarında  və  xarici  bankların  yerli  filial 

və  nümayəndəliklərində  (bundan  sonra  -  banklar)  risklərin  idarə  olunması  üzrə 

daxili  siyasət,  qayda  və  prosedur,  təşkilati  struktur  və  hesabatlıq  sistemlərini, 

habelə  risklərin  müəyyənləşdirilməsi,  ölçülməsi,  idarə  edilməsi,  monitorinqi  və 

hesabatlığına dair minimum tələbləri müəyyən edir.  

1.3.  Banklar  bu  Qaydaların  müddəalarının  icrasını  öz  əməliyyatlarının 

həcminə və fəaliliyyətinin xüsusiyyətlərinə uyğunlaşdırmalıdır. 

 

2.



 

Ümumi anlayışlar 

 

2.1.


 

 Risk – bankın mənfəətinə və kapitalına təsir edən gözlənilməz zərərin 

baş verməsi ehtimalıdır. 

2.2.


 

Risklərin  idarə  edilməsi  prosesi  –  bankın  məruz  qala  biləcəyi  riskin 

müəyyənləşdirilməsi,  ölçülməsi,  təhlili,  idarə  edilməsi,  monitorinqi  və 

hesabatlığını əhatə edən prosesdir.  

2.3.

 

Kredit  riski  –  borcalanın  banka  olan  borcunun  tam  və  ya  qismən 



ödənilməməsi riskidir. 

2.4.


 

Bazar  riski  –  bazarda  baş  verən  dəyişikliklərin  nəticəsində  bankın 

məruz  qala  biləcəyi  riskdir.  Bu  dəyişikliklərə  faiz  dərəcələri,  valyuta 

məzənnələrinin,  qiymətli  kağızların  dəyəri,  habelə  makro  iqtisadi  göstəricilərdə 

baş verən dəyişikliklər aid edilir. Bazar riski aşağıdakı alt qruplara bölünür: 





 

2.4.1.


 

Faiz  dərəcəsi  riski  -  faiz  dərəcəsinin  əlverişsiz  dəyişməsi  nəticəsində 

bankın məruz qala biləcəyi riskdir. 

2.4.2.


 

Valyuta  riski  –  valyuta  məzənnələrində  əlverişsiz  dəyişikliklər 

nəticəsində bankın məruz qala biləcəyi riskdir. 

2.4.3.


 

Kapital  riski  -  kapitalın  və  giymətli  kağızların  dəyərində  əlverişsiz 

dəyişikliklər nəticəsində yaranan riskdir. Bu risk mənbəyi kapital portfelinə, eləcə 

də  hecinq  və  spekulyasiya  məqsədləri  üçün  istifadə  edilən  kapitalın  törəmə 

alətlərinə təsir göstərir. 

2.5.


 

Əməliyyat  riski  –  qeyri-adekvat  və  ya  uğursuzluqla  nəticələnmiş 

daxili  proseslərdən,  insanlardan  və  ya  sistemlərdən,  yaxud  bankdan  kənar 

hadisələrin baş verməsindən yarana biləcək zərərdir. Əməliyyat riskinin aşağıdakı 

alt kateqoriyaları mövcuddur: 

-

 



insan resursu riski; 

-

 



texnoloji risk; 

-

 



proses riski; 

-

 



təşkilati risk; 

-

 



kənar risklər. 

2.6.


 

Reputasiya  riski  –  bank  haqqında  mənfi  ictimai  fikirin  yaranması 

riskidir.  

2.7.


 

Strateji  risk  –  strateji  hədəflərin  düzgün  seçilməməsi  nəticəsində 

bankın məruz qala biləcəyi riskdir. 

2.8.


 

Likvidlik  riski  –  planlaşdırılmış  və  gözlənilməyən  öhdəliklərin 

vaxtında  və  effektiv  yerinə  yetirilə  bilməməsi,  əlavə  likvid  vəsaitin  əldə 

edilməməsi,  həmçinin  bankın  aktivlərinin  minimal  zərərlə  dərhal  satılması  üzrə 

imkanların azalması riskidir.  

2.9.


 

Risk götürmə  qabiliyyəti  – bankın strateji  məqsədlərinə  çatmaq üçün 

üzərinə götürə biləcəyi riskin həcmidir. 

2.10.  Riskin  qəbul  edilməsi  –  kapitalın  adekvatlığına  dair  tələblərə  riayət 

etmək şərti ilə bankın kapitalının hesabına mümkün zərərin qarşılanmasıdır. Bank 

qəbul etdiyi risklərə qarşı yetərli kapitala malik olmalıdır.  






 

2.11. Riskin minimallaşdırılması – müxtəlif idarəetmə metodları ilə risklərin 

azaldılmasıdır. Bu metodlar hər bir risk kateqoriyası üzrə fərqli ola bilər.  

2.12.  Riskin  ötürülməsi  –  bankın  təhlükəli  hesab  etdiyi  fəaliyyət  və 

əməliyyatların bankdan kənar tərəflərə ötürülməsidir.  

2.13.  Riskdən  qaçma  –  təhlükəli  hesab  edilən  əməliyyatların  həyata 

keçirilməməsidir. 

 

3.



 

Risklərin idarə edilməsi sistemi 

 

3.1.


 

Risklərin  idarə  edilməsi  sistemi  risklərin  idarə  edilməsi  prosesinin 

həyata keçirilməsi üçün minimal tələbləri özündə əks etdirən sistemdir. 

3.2.


 

Hər 


bir 

bank 


əməliyyatlarının  növünə  və  fəaliyyətinin 

xüsusiyyətlərinə,  fəaliyyət  mühitinə,  mürəkkəbliyinə,  üzləşdiyi  risklərə  adekvat 

risklərin idarə edilməsi sistemini yaratmalıdır.  

3.3.


 

Risklərin  idarə  edilməsi  sistemi  bankın  məruz  qala  biləcəyi  bütün 

risklərin  idarə  edilməsi  üzrə  daxili  siyasət  və  qaydaları,  habelə  risklərin  idarə 

edilməsi  üçün  lazımi  infrastruktur,  insan  resursları,  idarəetmə  və  informasiya 

sistemlərindən ibarətdir. 

Risklərin idarə edilməsi sistemi qurularkən aşağıdakılar nəzərə alınmalıdır: 

-

 

bankın missiyası, strateji və taktiki hədəfləri; 



-

 

bankın əməliyyat və fəaliyyət növləri; 



-

 

bankın menecment və əməliyyat prosesləri; 



-

 

daxili, xarici və tənzimləyici mühit; 



-

 

risklər arası əlaqə və onların biri-birinə təsiri 



3.4.

 

Risklərin  idarə  edilməsi  sisteminin  fəaliyyətinin  Mərkəzi  Bankın 



normativ hüquqi sənədlərinə və digər qanunvericilik aktlarına, bankdaxili qayda və 

prosedurlara,  bankın  fəaliyyətinə  və  risk  götürmə  qabiliyyətinə  uyğunluğu  təmin 

edilməlidir. 





 

3.5.


 

Risklərin  idarə  edilməsi  sistemi  mütəmadi  olaraq  bankın  daxili  audit 

bölməsi  tərəfindən  qiymətləndirilməli  və  nəticələr  barədə  bankın  Müşahidə 

Şurasına hesabat verilməlidir.  



 

4.  Risklərin idarə edilməsi funksiyasının təşkilati strukturu 

 

4.1.  Banklarda risklərin idarə edilməsi funksiyasını həyata keçirən təşkilati 

struktur yaradılarkən aşağıdakılar təmin edilməlidir: 

-

 



təşkilati  strukturun  bütün  səviyyələri  arasında  effektiv  əlaqə  və 

informasiya axını; 

-

 

maraqlar münaqişəsinin yaranmaması; 



-

 

məsuliyyət və səlahiyyətlərin dəqiq müəyyənləşdirilməsi; 



-

 

müstəqil və şəffaf qərar qəbul etmə prosesini; 



-

 

bankın  məruz  qala  biləcəyi  risklər  barədə  daimi  olaraq  bank  rəhbərliyi 



və struktur bölmələrinin məlumatlandırılması; 

-

 



bankdaxili risk mədəniyyətinin formalaşdırılması; 

4.2.  Risklərin idarə edilməsi strukturu aşağıdakılardan ibarətdir: 

4.2.1.  Müşahidə  Şurası.  Müşahidə  Şurası  bankın  fəaliyyəti  nəticəsində 

məruz qala biləcəyi bütün riskləri anlamalı, onlar barədə tam məlumat əldə etməli, 

bütün  risklərin  adekvat  səviyyələrini,  onları  idarə  etmə  imkanlarını  müəyyən 

etməli  və  riskləri  düzgün  müəyyənləşdirən,  qiymətləndirən,  onlara  nəzarət  edən 

səmərəli  risklərin  idarə  edilməsi  sisteminin  yaradılmasını  təmin  etməlidir. 

Risklərin  idarə  edilməsi  prosesində  bankın  Müşahidə  Şurasının  vəzifə  və 

səlahiyyətləri aşağıdaklılardan ibarətdir: 

-  bankın  risklərin  idarə  edilməsi  siyasətini,  risklərin  idarə  edilməsi  üzrə 

təşkilati  strukturunu,  səlahiyyət  və  məsuliyyətlərini,  müxtəlif  əməliyyat  və 

fəaliyyət  istiqamətləri  üzrə  daxili  qayda  və  prosedurları,  risklərin  idarə  edilməsi 

işində istifadə edilən müxtəlif metodologiyaları, limitləri təsdiq etmək; 

-  risklərin  idarə  edilməsi  sisteminin  effektivliyi  və  səmərəliliyinin  təmin 

edilməsinin yoxlanılmasına dair daxili audit bölməsinə tapşırıqlar vermək; 





 

- bankın qəbul edəcəyi riskin səviyyəsini müəyyənləşdirmək; 

- adekvat risklərin idarə edilməsi qaydalarının hazırlanmasını təmin etmək; 

-  Mərkəzi  Bankın  tələbləri  nəzərə  alınmaqla  bankın  kapitalı  üzrə  kəmiyyət 

və keyfiyyət tələblərini müəyyən etmək;  

- bankın idarə heyətinə risklərin idarə edilməsi ilə bağlı tövsiyələr vermək; 

-  Risklərin  idarə  edilməsi  komitəsindən  (RİK)  mütəmadi  hesabatlar  tələb 

etmək; 


- RİK-ə rəhbər təyin etmək. 

4.2.2.  İdarə  Heyəti.  İdarə  Heyəti  Müşahidə  Şurası  tərəfindən  təsdiq  edilən 

və  risklərin  idarə  edilməsini həyata  keçirən  təskilatı  strukturu yaradır  və  risklərin 

idarə edilməsi üzrə bütün qayda və prosedurların hazırlanmasını təmin edir. İdarə 

Heyəti  öz  fəaliyyətləri  ilə  əlaqədar  olan  riskləri  anlamalı,  bankın  effektiv  və 

qanunvericiliyə  uyğun  qaydada  fəaliyyət  göstərməsi  üçün  mükəmməl  və  etibarlı 

nəzarət mühitinin yaradılmasını, bu mühitin qorunub saxlanılmasını, səlahiyyətlər 

iyerarxiyasını,  vəzifə  və  məsuliyyətlər,  o  cümlədən,  səlahiyyətlərin 

müəyyənləşdirilməsi və qərarların qəbul edilməsi prosedurlarını, professional bilik 

və təcrübəyə malik risklərin idarə edilməsi heyətini və onların davamlı olaraq bilik 

və  peşəkarlıq  səviyyələrinin  artırılmasını  təmin  etməlidir.  İdarə  Heyəti  risklərin 

idarə  edilməsi  bölməsinə  cavabdeh  olan  (kurasiya  edən)  İdarə  Heyətinin  üzvünü 

təyin  etməlidir.  Risklərin  idarə  edilməsi  prosesində  bankın  İdarə  Heyətinin 

səlahiyət və vəzifələri ən azı aşağıdakılardan ibarətdir: 

-  risklərin  idarə  edilməsi  funksiyasının  vəzifə  və  səlahiyyətlər  bölgüsünü 

müəyyən etmək; 

-  risklərin  idarə  edilməsi  sisteminə  yetərli  sayda  təcrübəli  və  peşəkar 

əməkdaşları cəlb etmək; 

-  risklərin  idarə  edilməsi  siyasətini  tətbiq  etmək  və  mütəmadi  olaraq  ona 

yenidən baxmaq; 

- risklərin idarə edilməsi bölməsinin işini qiymətləndirmək; 

- risklərin idarə edilməsi bölməsinə tapşırıqlar vermək. 






 

4.2.3. Risklərin idarə edilməsi komitəsi. Müşahidə Şurası, İdarə Heyətindən 

asılı  olmayan  və  risklərin  idarə  edilməsi  üzrə  müstəqil  qərarlar  qəbul  edə  bilən 

Risklərin idarə edilməsi komitəsini (RİK) yaratmalıdır. Bu komitə bankda risklərin 

idarə  edilməsi  üzrə  məsuliyyətə  malik  olan  İdarə  Heyətinin  bir  neçə  üzvündən, 

eləcə də bankın struktur bölmələrinin rəhbər işçilərininin iştirakı ilə yaradılmalıdır. 

RİK-in  iclasları  ayda  bir  dəfədən  az  olmayaraq  keçirilməli  və  nəticələri  barədə 

bankın Müşahidə Şurasına hesabat verilməlidir. 

RİK-in  sədri  bankın  Müşahidə  Şurası  tərəfindən  təyin  edilir.  RİK-in  sədri 

digər  bankdaxili  komitələrin  üzvü  olmalı  və  veto  hüququna  malik  olmaqla  bu 

komitələrdə məbləği məcmu kapitalının 1%-dən çox olan bütün əməliyyatlara dair 

qərarların qəbul edilməsində iştirak etməlidir.  

RİK-in  vəzifə  və  səlahiyyətləri  Müşahidə  Şurası  tərəfindən  təsdiq  edilmiş 

müvafiq  əsasnamədə  müəyyən  edilir.  RİK-in  vəzifə  və  səlahiyətləri 

aşağıdakılardan ibarətdir: 

-  risklərin  idarə  edilməsi  prosesinin  hər  bir  mərhələsinə  dair  minimal 

tələbləri müəyyən etmək; 

-  risklərin  idarə  edilməsi  bölməsinə  tapşırıqlar  vermək  və  ondan  mütəmadi 

hesabatları tələb etmək; 

-  müxtəlif  risklər  üzrə  limitləri  müəyyən  etmək  və    təsdiq  edilməsi  üçün 

Müşahidə Şurasına təqdim etmək

-  mütəmadi  olaraq  bankdakı  risklərin  vəziyyəti,  risklərin  idarə  edilməsi 

sisteminin  adekvatlığı  və  risklərin  idarə  edilməsi  prosesinin  effektivliyi  haqda 

Müşahidə Şurasına hesabat vermək; 

-  risklərin  idarə  edilməsi  siyasəti,  bankdaxili  risklərin  idarə  edilməsi 

funksiyası  üzrə  vəzifə  və  səlahiyyətləri,  müxtəlif  əməliyyat  və  fəaliyyət 

istiqamətləri  üzrə  qayda  və  prosedurları,  risklərin  idarə  edilməsi  işində  istifadə 

edilən müxtəlif metodologiyaları müəyyənləşdirmək və yenidən baxmaq, təklifləri 

Müşahidə Şurasına təqdim etmək. 

4.2.4. Risklərin idarə edilməsi bölməsi. Risklərin idarə edilməsi bölməsinin 

məqsədi  gündəlik  olaraq  RİK-in  fəaliyyətinə  əməliyyat  dəstəyinin  təmin 





 

edilməsidir.  Risklərin  idarə  edilməsi  bölməsinə  RİK  tərəfindən  mütəmadi 

tapşırıqlar verilir. Risklərin idarə edilməsi bölməsinin rəhbəri ən azı 3 il bank işi 

təcrübəsinə  malik  olmalıdır.  Risklərin  idarə  edilməsi  bölməsinin  rəhbəri  bankın 

İdarə Heyəti tərəfindən təyin edilir və Müşahidə Şurası tərəfindən  təsdiq edilir.  

Risklərin idarə edilməsi bölməsinin istənilən məlumat bazasına çıxışı təmin 

edilməlidir.  Risklərin  idarə  edilməsi  bölməsinin  vəzifə  və  səlahiyətlərinə 

aşağıdakılar aid edilir: 

-  bankın  hər  bir  əməliyyat  növü  və  fəaliyyət  istiqaməti  ilə  bağlı  bütün 

prosedur və qaydalarında risklərin müəyyənləşdirilməsi və minimallaşdırılması; 

-  bankın  fəaliyyətinin  Müşahidə  Şurası  tərəfindən  təsdiq  edilmiş  risk 

limitləri  çərçivəsində  və  daxili  qaydalara  uyğun  həyata  keçirilməsinə  nəzarət 

edilməsi; 

-  hər  bir  əməliyyat  bölməsinin  üzləşdiyi  bütün  spesifik  risklərin  müəyyən 

edilməsi,  qayda  və  prosedurlarının  yoxlanılması  və  onlarda  risklərin 

müəyyənləşdirilməsi; 

-  ayrı-ayrı  risk  kateqoriyalarının  müəyyənləşdirilməsi,  ölçülməsi,  idarə 

edilməsi, nəzarətini həyata keçirilməsi və bu risklər barədə RİK-ə və bankın İdarə 

Heyətinə mütəmadi olaraq hesabatların təqdim edilməsi;  

-  Bankın  kapitalının  kəmiyyət  və  keyfiyyət  göstəricilərinə,  kapitalın 

adekvatlığına dair tələblərə riayət edilməsinə nəzarətin edilməsi. 

 

5. Risklərin idarə edilməsi prosesi 



 

5.1.  Risklərin  idarə  edilməsi  siyasəti.  Bankın  ümumi  strategiyası  nəzərə 

alınmaqla  bütün  risk  kateqoriyalarını  əhatə  edən  risklərin  idarə  edilməsi  siyasəti 

müəyyən edilməlidir. Risklərin idarə edilməsi siyasəti risklərin idarə edilməsi üzrə 

bankın  məqsədlərini  və  əsas  prinsiplərini  özündə  əks  etdirən  sənəddir.  Risklərin 

idarə edilməsi siyasətində ən azı aşağıdakılar əhatə olunmalıdır:  

-

 

bankın  məruz  qala  biləcəyi  risklərin,  onların  xüsusiyyətlərinin  ətraflı 



izahı və hər bir risk növünün idarə edilməsində əsas məqsəd; 




 

-

 



bankın  öz  strateji  məqsədlərinə  nail  olmaq  üçün  üzərinə  götürə  biləcəyi 

risk çəkisi və qəbul edilmiş risklər üzrə zərərlərin mümkün maksimal həcmi; 

-

 

bankın  əsas  əməliyyatları,  fəaliyyət  istiqamətləri,  biznes  prosesləri  və 



sistemləri  üzrə  risklərin  müəyyənləşdirilməsi,  ölçülməsi,  monitorinqi  və 

minimallaşdırılması metodlarının prinsipləri; 

-

 

yeni əməliyyatlar, proseslər, fəaliyyət istiqamətləri və sistemlərin bankda 



tətbiq edilməsi prinsipləri; 

-

 



risklər  barədə  məlumatların  bankdaxili  və  ictimaiyyətə  açıqlanması 

siyasəti; 

-

 

risklərin idarə edilməsi sisteminin yoxlanılması siyasəti. 



5.2.  Risklərin  idarə  edilməsi  qaydaları.  Bankda  risklərin  idarə  edilməsinin 

həyata  keçirilməsi  istiqamətində  riayət  olunmalı  prosedurları  tam  və  aydın 

müəyyən  edən  bankdaxili  risklərin  idarə  edilməsi  qaydaları  hazırlanmalıdır.  Bu 

qaydalar  bankın  riskə  məruz  hər  bir  fəaliyyətini  və  risklərin  idarə  edilməsi 

prosesini  hərtərəfli  tənzimləməli  və  bankın  risklərin  idarə  edilməsi  siyasətinin 

həyata keçirilməsi zamanı rəhbər tutulmalıdır. 

5.2.1. Bankdaxili risklərin idarə edilməsi qaydaları Mərkəzi Bankın müvafiq 

normativ  hüquqi  sənədlərinə  və  digər  qanunvericilik  aktlarına  uyğun 

hazırlanmalıdır.  

5.2.2.  Bankda  həyata  keçirilən  hər  bir  əməliyyat  və  fəaliyyət  növü  üzrə 

prosedurlar  əməliyyatın  xüsusiyyətlərinə  və  fəaliyyətin  istiqamətlərinə  uyğun 

olaraq  qaydalarda  öz  əksini  tapmalıdır.  Bu  qaydalarda  əməliyyatlar  və  fəaliyyət 

istiqamətləri  üzrə  prosedurlar,  onlarla  bağlı  mümkün  risklər,  bu  risklərin 

ölçülməsi, idarə edilməsi, monitorinqi və hesabatlığı müəyyən edilməlidir.  

5.2.3. Bankda yeni növ əməliyyatların həyata keçirilməsi üçün bu əməliyyat 

növləri üzrə müvafiq qaydalar hazırlanmalı və ya mövcud qaydalara müvafiq əlavə 

və dəyişikliklər edilməlidir. 

5.3.  Siyasət  və  qaydalara  ən  azı  ildə  bir  dəfə,  fəaliyyət  növləri  və 

əməliyyatların  strukturu  dəyişildikdə,  yeni  fəaliyyət  və  əməliyyat  növləri  tətbiq 

edildikdə,  bankın  zəruri  hesab  etdiyi  digər  hallarda  RİK  komitəsi  tərəfindən 




10 

 

yenidən baxılmalı və mövcud şəraitə uyğunlaşdırılmalı, əsaslı şəkildə əlavə və/və 

ya  dəyişikliklər  edilməlidir.  Təkmilləşdirilmiş  siyasət  və  qaydalar  bankın 

Müşahidə Şurası tərəfindən  təsdiq edilməlidir. 

5.4.  Banklarda 

risklərin 

idarə 

edilməsi 



prosesi 

risklərin 

müəyyənləşdirilməsi,  ölçülməsi,  idarə  edilməsi,  monitorinqi  və  hesabatlığını 

özündə cəmləşdirən bir prosesdir. 

5.5. Risklərin müəyyənləşdirilməsi.  Bankda 

daimi 


əsasda 

struktur 

bölmələr, habelə müxtəlif əməliyyat və proseslər üzrə risklər müəyyənləşdirilməli 

və  bu  risklərin  aradan  qaldırılması  üçün  lazımi  tədbirlər  görülməlidir.  Hər  bir 

mövcud  və  ya  yeni  bank  məhsulu,  proses  və  tariflərə  risklərin  idarə  edilməsi 

bölməsi  tərəfindən,  fəaliyyət  istiqamələri,  qayda,  prosedura  isə  RİK  tərəfindən 

baxılmalı  və  bununla  bağlı  risklərin  aradan  qaldırılması  üçün  müvafiq  tədbirlər 

görülməlidir.  Risklərin  idarə  edilməsi  bölməsi  tərəfindən  müəyyənləşdirilmiş 

risklər  müvafiq  risk  kateqoriyaları  və  alt  kateqoriyalar  üzrə  qruplaşdırılmalı, 

nəticələr  sənədləşdirilməli  və  onlar  barədə  RİK-ə  hesabat  verilməlidir.  Risklərin 

müəyyənləşdirilməsi aşağıdakı metodlar vasitəsi ilə həyata keçirilə bilər: 

-  Risk  təhlili  cədvəli.  Risk  təhlili  cədvəli  bankın  hər  bir  əməliyyat 

bölməsinin üzləşdiyi risklər haqqında ətraflı məlumatı özündə əks etdirən sənəddir. 

Bu,  bankın  məruz  qala  biləcəyi  riskləri  və  bankda  zəif  sahələri  aşkar  etməyə  və 

sonrakı idarəetmə fəaliyyətini üstünlük dərəcəsinə görə sıralamağa kömək edir. 

Risk  təhlili  cədvəli  bankın  risklərin  idarə  edilməsi  bölməsi  tərəfindən 

qurulmalı  və  nəzarət  edilməlidir.  Risk  təhlili  cədvəlinə  ən  azı  ayda  bir  dəfə 

yenidən  baxılmalı  və  lazım  gəldikdə  müvafiq  əlavə  və/və  ya  dəyişikliklər 

edilməlidir.  Risk  təhlili  cədvəli  özündə  bankın  məruz  qala  biləcəyi  bütün  risklər, 

minimum risk kateqoriyası, alt kateqoriya, riski yaradan daxili və kənar səbəblər, 

riskin  yarada  biləcəyi  digər  risklər  və  mümkün  zərər,  riskin  baş  vermə  tezliyi, 

riskin idarə edilməsi aləti, riskin ölçülmə aləti, riskin idarə edilməsində məsul şəxs 

və ya struktur bölmə kimi amillər öz əksini tapmalıdır. 

-  Sorğular.  Sorğular  ölçülə  bilməyən  müxtəlif  riskləri  müəyyənləşdirmək 

üçün  istifadə  edilir.  Sorğuların  hazırlanması  zamanı  psixoloji  və  statistik  amillər 



11 

 

nəzərə  alınmalıdır.  Sorğular  keçirilməsi  dövriliyi  və  tematikası  RİK  tərəfindən 

müəyyən  edilməlidir.  Sorğuların  hazırlanması  risklərin  idarə  edilməsi  bölməsi 

tərəfindən tematikaya uyğun olaraq bankın digər struktur bölmələrinin əməkdaşları 

ilə birgə hazırlanmalıdır.  

-  Empirik  təhlillər.  Bank  risklərin  müəyyənləşdirilməsi  üçün  empirik 

məlumatlara,  daxili  və/və  ya  kənar  bankların  təcrübələrinə  və  itki  məlumatlarına 

əsasən daimi əsasda mütəmadi olaraq təhlillər həyata keçirməlidir.  

Ssenari təhlilləri. Ssenari təhlilləri müxtəlif ssenarilərin təhlili nəticəsində 

risklərin  müəyyənləşdirilməsidir.  Ssenari  təhlilləri  bu  Qaydalarda  göstərilmiş  hər 

bir əsas risk kateqoriyası üzrə ən azı ayda bir dəfə həyata keçirilməlidir.  

5.5.1.  Risklərin  müəyyənləşdirilməsi  zamanı  əldə  edilmiş  nəticələr 

sənədləşdirilməli, onlar barədə hesabat hazırlanmalı və RİK-ə təqdim edilməlidir. 

5.6.  Risklərin  ölçülməsi  və  qiymətləndirilməsi.  Bank  rəhbərliyi  risklərin 

ölçülməsi  və  qiymətləndirilməsi  üçün  effektiv  sistem  qurmalıdır.  Risklərin 

qiymətləndirilməsi  risklərin  müəyyənləşdirilməsi  prosesinin  nəticəsində  əldə 

edilmiş  nəticələrin  əsasında  həyata  keçirilməlidir.  Risklərin  qiymətləndirilməsi 

zamanı kəmiyyət və keyfiyyət göstəricilərindən istifadə etməklə bankın məruz qala 

biləcəyi müxtəlif risklərin həcmi müəyyən edilir. Risklərin ölçülməsi üçün istifadə 

edilən  müxtəlif  metod  və  modellərin  qurulması  zamanı  bank  ən  azı  aşağıdakıları 

nəzərə almalıdır: 

- bankın əməliyyatlarının mürəkkəbliyi, həcmi və strukturu; 

- metod və modellərin istifadə olunmasının məqsədi və əhəmiyyəti

- metod və modellərdə istifadə edilən fərziyyələr; 

- istifadə ediləcək məlumatlar bazasının mövcudluğu; 

- informasiya sistemlərinin adekvatlığlı; 

- işçilərin təcrübəsi və bilik səviyyəsi. 

5.6.1. Müxtəlif risk kateqoriyalarının ölçülməsi üçün aşağıdakı metodlardan 

istifadə oluna bilər: 

 - Riskə məruz dəyər modelləri – riskə məruz dəyər verilmiş müddət ərzində, 

müəyyən əminliklə ehtimal olunan zərərin maksimum məbləğidir. Həmin məbləğ 



12 

 

bankın  müxtəlif  risk  növləri  üzrə  ehtimal  olunan  zərərin  məbləğini  əks  etdirir. 

Bankda  olan  məlumatlar  bazasının  həcmi,  texniki  imkanları  və  işçi  heyətinin 

potensialından  asılı  olaraq  riskə  məruz  dəyərin  hesablanması  üçün  müxtəlif 

metodlardan  istifadə  oluna  bilər.  İstənilən  riskə  məruz  dəyər  modeli  tətbiq 

edilərkən əminlik dərəcəsi kimi minimal olaraq 99% götürülməlidir.  



- Stress test – bu metod, müxtəlif risk kateqoriyaları üzrə senarilərin bankın 

balansına,  mənfəət  və  zərərinə  və  digər  göstəricilərinə  necə  təsir  etməsini 

öyrənmək  üçün  qabaqcadan  müəyyən  edilmiş  müxtəlif  şokların  tətbiq  edilməsini 

tələb  edir.  Bu  yoxlamaların  nəticələri  gələcəkdə  müxtəlif  vəziyyətlərə  dözmək 

üçün  yarana  bilən  risklərin  idarə  edilməsi  siyasətinin  hazırlanmasında  köməklik 

göstərir. 



-  Risk  xəritəsi  –  bu  xəritə  risklərin  baş  vermə  ehtimalı  və  tezliyini  özündə 

əks  etdirir.  Xəritə  çətin  ölçülən  risklərin  ölçülməsi  üçün  istifadə  edilir.  Risk 

xəritəsi  risklərin  müəyyənləşdirilməsi  mərhələsində  əldə  edilmiş  məlumatlara 

əsasən  qurulur.  Risk  xəritəsinin  bir  tərəfində  riskin  tezliyi  və  ya  baş  vermə 

ehtimalı, digər tərəfində isə riskin vura biləcəyi zərərin həcmi göstərilir. 

Risklərin ölçülməsi onların müəyyənləşdirilməsi mərhələsində əldə edilmiş 

nəticələrin təhlili ilə də  aparıla bilər.  Risklərin  müəyyənləşdirilməsi  metodlarının 

nəticələrindən istifadə etməklə bankın məruz qala biləcəyi bir çox risklərin həcmi 

müəyyənləşdirilə bilər. 

Zərurət  yarandıqda  bank  hər  bir  risk  kateqoriyasının  qiymətləndirilməsi 

üçün xüsusi metodlardan istifadə edə bilər. İstifadə edilmiş metodların ətraflı izahı 

müvafiq qaydalarda öz əksini tapmalıdır.  

5.6.2.  Risklərin  qiymətləndirilməsi  zamanı  istifadə  edilən  bütün  modellər 

“geri yoxlama” prinsipinə  tabe olmalıdır. “Geri yoxlama” prosesi ehtimal olunan 

nəticələrin  faktiki  nəticələrlə  müqaisə  etməklə  tətbiq  olunan  modelin 

adekvatlığının müəyyən edilməsi üçün həyata keçirilir. Əvvəl hesablanmış ehtimal 

olunan  nəticə  faktiki  nəticədən  kəskin  fərqləndikdə  modellərə  müvafiq 

dəyişikliklərin  edilməsi və  cari  makro  və  mikro  iqtisadi  şəraitə  uyğunluğu  təmin 

olunmalıdır. Geri yoxlamanın nəticələri RİK-ə təqdim edilməlidir.  



13 

 

5.7.  Risklərin  idarə  edilməsi.  Qəbul  edilmiş  metod,  ssenari  və  modellərin 

tətbiqindən  əldə  edilmiş  nəticələr  barədə  RİK-ə  hesabat  verilməlidir.  RİK 

nəticələri  təhlil  edərək  risklərin  effektiv  idarə  edilməsi  üçün  onların  qəbul 

edilməsi,  azaldılması,  ötürülməsi,  habelə  riskdən  qaçma  kimi  tədbirlərin  həyata 

keçirilməsi  ilə  bağlı  risklərin  idarə  edilməsi  bölməsinə  mütəmadi  tapşırıqlar 

verməlidir.  Risklərin  idarə  edilməsində  aşağıdakı  metodlardan  istifadə  edilə  bilər 

(müxtəlif  risk  növləri  üzrə  risklərin  idarə  edilməsi  metodları  bu  risk  növlərinə 

uyğun qaydalarda ətraflı izah olunmuşdur): 

- proseslərin optimallaşdırılması - optimallaşdırma müxtəlif proseslərdə baş 

verən vaxt, pul, motivasiya və digər itkilərin azaldılması üçün istifadə edilir.  

nəzarətin 



gücləndirilməsi  və  ya  təkmilləşdirilməsi 

–  risk 


müəyyənləşdirilmiş  sahələrdə  nəzarətin  gucləndirilməsi  və  ya  yeni  nəzarət 

mexanizmlərinin tətbiqi ilə riskin azaldılmasıdır.  

-  limitlərin  tətbiqi  -  bankda  hər  bir  əməliyyat  və  səlahiyyətlər  üzrə  limitlər 

müəyən edilməlidir. Limitlər risklərin hər zaman müəyyən səviyyədə saxlanılması 

üçün alətdir. 

-  sığorta  –  bir  sıra  əməliyyatlara  məxsus  risklərin  sığorta  vasitəsi  ilə 

minimallaşdırılmasıdır.  

- hecinq – bazarda əlverişsiz qiymət dəyişmələri nəticəsində yarana biləcək 

zərərin  qarşısını  almaq  üçün  istifadə  olunan  strategiyalardır.  Hecinq  alətləri 

(forvard,  füçers,  opsionlar,  svop  kontraktları)  əsasən  bazar  riskinin  idarə 

olunmasında geniş istifadə edilir.  

Yuxarıda  sadalanan  metodlardan  başqa  bank  risklərin  idarə  edilməsi  üçün 

digər  üsullardan  da  istifadə  edə  bilər.  Bankın  əməliyyat  növünə  və  ya  fəaliyyət 

istiqamətinə  xas  riskin  hansı  üsullarla  idarə  edilməsi  əvvəlcədən  bu  əməliyyat 

növləri və fəaliyyət istiqamətlərini özündə əks etdirən qaydalarda, habelə risklərin 

idarə edilməsi qaydalarında əks olunmalıdır.  

Mərkəzi Bank tərəfindən kapitalın minimum miqdarına qarşı tələb müəyyən 

edilmişdir  və  bu  tələb  kapitalın  adekvatlıq  əmsalı  ilə  ölçülür.  Risklərin  qəbul 




14 

 

edilməsi  zamanı  bankın  yetərli  kapitala  malik  olmaqla  yanaşı  bank  kapitalının 

adekvatlıq səviyyəsinə riayət etməlidir. 

5.8. Risklərin monitorinqi. Bankda hər bir risk növünə daimi nəzarəti həyata 

keçirən  monitorinq  sistemi  mövcud  olmalıdır.  Hər  bir  risk  növünün  əvvəlcədən 

müəyyən edilmiş limitlər çərçivəsində saxlanılması təmin edilməli və buna nəzarət 

edilməlidir. 

Limitlər 

pozulduqda 

bank 


rəhbərliyi 

tərəfindən 

səbəblər 

müəyyənləşdirilməli  və  müvafiq  tədbirlər  həyata  keçirilməlidir.  Risklərin  daimi 

monitorinqini həyata keçirmək üçün ən azı erkən xəbərdarlıq alətlərindən istifadə 

edilə  bilər.  Erkən  xəbərdarlıq  alətləri  bank  fəaliyyətində  istifadə  edilən  müxtəlif 

əmsalların  və  faktorların  onlar  üzrə  müəyyən  seçilmiş  limitlərə  yaxınlaşması 

nəticəsində  müxtəlif  təhlükələrin  yaranma  ehtimalları  və  risklər  barədə 

məlumatların verilməsi və risklərə nəzarət alətidir. Erkən xəbərdarlıq alətləri kimi 

istifadə  edilən  əmsallar  və  faktorlar  bankda  RİK  tərəfindən  müəyyən  edilməli  və 

Müşahidə  Şurası  tərəfindən    təsdiq  edilməlidir.  Bu  alətlər  vasitəsi  ilə  risklərin 

müəyyənləşdirilməsi  bankın  risklərin  idarə  edilməsi  bölməsi  tərəfindən  həyata 

keçirilməlidir. 

5.9.  Risklərə  dair  hesabatlıq.  Bankın  rəhbərliyi  risklərin  idarə  edilməsi  ilə 

bağlı  mütəmadi,  rəhbərliyin  təcili  diqqətini  tələb  edən  gözlənilməz  hallar  baş 

verdikdə isə dərhal məlumatlandırılmalıdır. 

5.9.1.  Bankın  hesabatlıq  sistemində  minimal  olaraq  risklərin idarə edilməsi 

prosesinin  hər  bir  mərhələsi  əhatə  olunmalıdır.  Bundan  əlavə  bank  rəhbərliyinin, 

habelə  müvafiq  səlahiyyətli  əməkdaşlarını  məlumatlandırılması  məqsədilə 

müxtəlif risk kateqoriyaları barədə gündəlik və aylıq hesabatlar tərtib olunmalı və 

bank rəhbərliyinə təqdim edilməlidir. 

Gündəlik hesabatlar: 

-  gündəlik  likvidlik  vəziyyətini  özündə  əks  etdirən  hesabatlar,  ödəniş 

müddətlərinin bölgüsü cədvəli; 

- xarici valyutada olan aktiv və öhdəliklər, o cümlədən açıq valyuta mövqeyi 

barədə hesabat; 




15 

 

-  kredit  portfelinin  strukturu  barədə  hesabatlar,  o  cümlədən  sahələr  üzrə 

diversifikasiya, iri borcalanlar barədə hesabat, aidiyyəti şəxslərə verilmiş kreditlər, 

girovlar barədə hesabat. 

Aylıq hesabatlar: 

- kapitalın strukturu və adekvatlığın səviyyəsi barədə hesabat; 

- limitlərin istifadəsi barədə hesabat; 

- ssenari təhlilləri barədə hesabat; 

- stress testlər barədə hesabat. 

5.9.2.  Bankda  aşağıdakıların  həyata  keçirilməsi  məqsədi  ilə  adekvat 

menecment informasiya sistemi (MİS) yaradılmalıdır: 

-  gündəlik  risklərin  müəyyənləşdirilməsi,  ölçülməsi,  izlənməsi  və  onlara 

nəzarət olunması; 

-  müəyyən  edilmiş  prosedurlara  və  limitlərə  riayət  olunmasının 

yoxlanılması; 

-  risk göstəricilərindəki meyllərin izlənməsi; 

-  normativ  tələblərlə  və  bankdaxili  qaydalarla  müəyyən  edilmiş  formatda 

müxtəlif hesabatların hazırlanması;  

- stress testlərin həyata keçirilməsi. 

MİS-də  qeyd  olunmuş  meyarları  izləmək  və  hər  hansı  bir  göstərici  kritik 

həddə çatdıqda bank rəhbərliyini məlumatlandırmaq imkanına malik olmalıdır.  

MİS  tərəfindən  hazırlanan  hesabatlar  mütəmadi  olaraq  bankın  Müşahidə 

Şurasına, İdarə Heyətinə, RİK-ə və müvafiq əməkdaşlara təqdim olunmalıdır. 

5.9.3.  Bankın  müxtəlif  risk  növləri  üzrə  məlumatın  istifadəçilərə  təqdim 

edilməsi  Mərkəzi  Bankın  müvafiq  normativ  xarakterli  aktılarına  əsasən  həyata 

keçirilməlidir. Bununla yanaşı bankda ən azı ildə bir dəfə risklərin idarə edilməsi 

barədə  məlumatları  özündə  əks  etdirən  dəfə  hesabat  hazırlanmalıdır.  Risklərin 

idarə edilməsi barədə hesabatda ən azı aşağıdakı məlumatlar əks olunmalıdır: 

- risklərin növləri və xüsusiyyətləri barədə məlumat; 

- bankın ümumi risk siyasəti, habelə hər bir risk kateqoriyası üzrə siyasət və 

limitlər; 



16 

 

-  bankın  risklərin  idarə  edilməsi  funksiyasını  həyata  keçirən  təşkilati 

strukturu; 

- hər bir risk kateqoriyasının müəyyənləşdirilməsi, ölçülməsi, idarə edilməsi 

monitorinqi və hesabatlığı üzrə metod və prosedurları barədə məlumat; 

-  hər  bir  risk  kateqoriyası  haqda  təfərrüatlı  məlumatları  özündə  əks  etdirən 

hesabatlar; 

- kapitalın strukturu barədə hesabat; 

-  stress  test  barədə  hesabat,  o  cümlədə  stress  testdə  istifadə  edilən  şoklar, 

onların bank kapitalına, mənfəət və zərərinə təsiri. 



 

 

Yüklə 234,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə