Torpağın su-hava, istilik və duz rejimlərinin dinamikası



Yüklə 12,11 Kb.
tarix27.10.2017
ölçüsü12,11 Kb.
#6992


Torpağın su-hava, istilik və duz rejimlərinin dinamikası

Bitkilərin daha yaxşı inkişafı üçün torpaqda su-hava rejimləri düzgün nizamlanmalıdır, başqa zözlə su-hava nisbəti optimal həddə olmalıdir.

Bu nisbətin dəyişməsi su-hava, qida, işıq, tənəffüs, duz və istilik rejimlərini şərtləndirir. Bu amillərin biri çatışmadıqda bitki normal inkişaf edə bilmir, nəticədə o məhv olur və ya da onun məhsuldarlığını xeyli aşağı düşür.
Bitkilərin həyatı üçün suyun müstəsna əhəmiyyəti vardır. Bitkilərin ümumi çəkisinə görə 90-95 %-i sudan ibarətdir. (meyvələrdə 85-95%,şirəli otlarda 70-80% su vardır). Bitki orqanizmlərinin həyatında su böyük fizioloji rol oynayır, çünki:bitkinin çox hissəsi sudan ibarətdir; böyümə prosesində bitki arası kəsilmədən su tələb edir; bitkidə şirələrin hüceyrədən hüceyrəyə keçməsi üçün hüceyrə qabıqlarının islanması üçün su lazımdır; toxumların elestik vəziyyətdə qalmasına su kömək edir; bitkilərə lazım olan duzlar su ilə birlikdə yaşıl hüceyrələrə gəlir; suyun arasıkəsilmədən buxarlanmsı nəticəsində bitkinin işlək orqanları sərinləşir və onları gün yandırmır və s.

Hava yaşıl bitkilərin həyatı üçün mühüm amillərdən biridir.Bitkinin öz orqanizmini qoruması üçün lazım olan karbonu karbon turşusunun parçalanması nəticəsində havadan alır. Lakin onuda demək lazımdır ki, karbon turşusunun parçalanması üçün müəyyən qədər istilik sərf olunur.
Karbon turşusunun bitkilər tərəfindən parçalanması ancaq işıq şəraitində mümkündür. İşıq kifayət qədər olmayanda yaşıl bitkilərin görünüşü.

Kimyəvi tərkibi normal bitkilərdən xeyli fərqlı olur:

Onların gövdəsi çox uzanır,yarpaqları tamam açılmır və rəngi solgun,agımtıl olur.(belə bitkilərə etiole-qaranlıqda becərilən bitkilər deyilir. Yaşıl bitkilərin Günəş vasitəsilə su və karbon turşusundan özünə lazım olan karbohidrat maddəsini mənimsəməsi işığın fizioloji təsirini göstərir. Bu prosesə fotosintez deyilir. Müşahidələr göstərir ki, Günəş enerjisinin 25%-i yaşıl bitkilər tərəfindən əks etdirilməsinə, 72%-i yarpaq səthindən transpirasiyaya, qalan 3%-i isə ancaq fotosintez prosesinə-assimilyasiyaya sərf olunur.
İstilik enerjisi bitki orqanizmi tərəfindən hasil edilir. Enerji canlı hüceyrələrin tənəffüsü nəticəsində əmələ gəlir.
Tənəffüs oksidləşmə prosesi deməkdir.Tənəffüsün intensivliyinə təsir edən amllərdən biri də havanın temperaturudur. Bitkiləri əhatə edən havada 20%-ə qədər oksigen vardır. Belə şəraitdə bitkilər tənəffüs üçün özünü lazım olan miqdarda oksigenlə təmin edə bilir.
Torpaqdakı duzların çoxu bitkilərin qidalanması üçün xeyirlidir. Odur ki.torpağın su ekstraktında həll olunan duzların miqdarı bitkilər normal inkişafı üçün lazım olan həddə olmalıdır.

Torpağın su-hava rejimi yalnız yağıntı və buxarlanmadan deyil,həmçinin torpağın tərkibindən,xüsusilə də onun quruluşundan asılıdır.

Kənd təsərrüfatı bitkilərinin bütün vegetasiya dövrü ərzində normal böyüməsi və inkişafı üçün torpaqda optimal nəmlik tələb olunur, bekə ki, nəmlik az olarsa, bitki saralır, çox olarsa, hava çatışmazlığından əziyyət çəkir.

Çox illik müşahidələr göstərir ki, əgər torpağın aktib qatının nəmliyi bütün vegetasiya dövrü ərzində onun ən aşağı hədd rütubət tutumunun 60-75%-dən az olmazsa, bu kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına mənfi təsir etmir.

Torpağın nəmliyinin yuxarı həddi onun xüsusiyyətlərindən asılı olaraq nizamlanır.

Beləliklə, suvarmanın köməyi ilə torpaq qatının nəmliyi bütün vegetasiya dövrü ərzində maksimum və minimum həddləri arasında saxlanılır.

Suvarılan torpaqlarda torpaq qatının nəmliyi təkcə suvarma ilə deyil, həmçininaparılan kompleks aqrotexniki tədbirlərin (torpağın becərilməsi, kübrələnməsi, dqzgün növbəli əkin və s.) köməyi ilə də nizamlanır.

Torpağın su-hava rejiminin nizamlanması suyun torpaq daxilində hərəkəti ilə, təbii su mənbələrindən istifadə edilməsi, süni su mənbələrinin yaradılması və digər su təsərrüfatı tikintilərinin yaradılması ilə əlaqədardır.

Suvarma zamanı torpağın rütubətinin dəyişməsi A.N Kostyakova görə aşağıdakı çəkildə göstərilmişdir:

Torpağın rütubət rejimi:



1-suvarma; 2- yağıntı;
Yüklə 12,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə