Torpaqlarıın eroziyası



Yüklə 13,48 Kb.
tarix21.10.2017
ölçüsü13,48 Kb.
#6343

Torpaqlarıın eroziyası

Eroziya-- axar suların, buzlaqların, küləyin və s. təsirindən torpağın yararlı olan üst münbit qatının yuyulub aparılması, sovrulub dağılması, aşınması prosesidir. Eroziya latın sözü olub, erodo-hamarlamaq və yaxud qoparmaq, dağıtmaq deməkdir.

Su axınları ilə torpağın mexaniki dağılması prosesi su eroziyası, küləyin təsiri ilə dağılması, aşınması prosesi isə külək eroziyası adlanır. Hər iki eroziya kənd təsərrüfatı istehsalına ciddi ziyan vurur.

Əgər axinin yuma qabiliyyəti torpaq və ya qrunt zərrəciklərinin müqavimətini aşarsa, onda su eroziyası baş verir. Çay axinları torpağın üst qatı ilə hərəkət edərək, qrunt hissəciklərini özü ilə aparır, torpağın üst, daha çox münbit qatını dağıdır. Torpaqların yuxarı qatları daha möhkəm, ana suxurları isə zəif möhkəmlıyə malikdir. Qara torpaqlar başqa torpaqlara nisbətən yuyulmağa daha davamlıdırlar. Dağınıq struktursuz torpaqlar, eroziyaya tez uğrayırlar. Bitki örtüyünə malik olan torpaqlar eroziyaya davamlı olurlar. Bitki örtüyünün təsiri nəticəsində torpaq sturukturu yaxşılaşır. Onun yuyulmağa davamlığı artır və suvarma qabilliyyətı yaxşılaşır.

Eroziya prosesinin əmələ gəlməsinə təsir göstərən amillərdən biri də iqlimdir. Ümumiyyətlə iqlimin,xüsusən atmosfer çöküntülərinin torpaq əmələgəlmə prosesində rolu böyükdür. Güclü yağmurlarda yağış suları torpağa pis hopur və səthi su axınının əmələ gəlməsinə səbəb olur.

Yaz daşqınları və leysan suları ilə birlikdə min tonlarla ağır tullantılar çay məcralarına, su anbarlarına daxil olaraq onları lilləndirir.

Leysanlarda iri yağış damcıları böyük qüvvəyə malik olduğu üçün torpaq hissəciklərini dağıdaraq onun məsaməliyini və su keçirən kapillyarların pozulmasına səbəb olur. Bununda nəticəsində torpağın su sızdırma qabiliyyəti pisləşir. Yağmur sularının çox hissəsi torpağa hopmayaraq güclü səthi su axını əmələ gətirir. Adi yağışlardan fərqli olaraq leysanların əmələ gətirdiyi su axınları yamaclarda torpağı şiddətlə yuyub aparır və dərin şırımlar əmələ gətirir.

Külək eroziyası küləyin surətindən asılı olaraq baş verir. Külək eroziyasının təsiri o vaxt zərərli olur ki, o torpağın üst ən məhsuldar qatını özü ilə aparır. Külək 6.2-:-7.2 m/san surətlə və 12 sm torpağın üst qatı ilə əsərsə, külək eroziyasının baş vermə risqı 60-:-70% artır.


Azərbaycanda eroziya prosesi geniş yayılmışdır. Eroziya prosesi nəticəsində uzun illər boyu əmələ gəlmiş torpaq yuyulub dağılır, onun münbitliyi azalır, sahələr qobu şəbəkələrinə parçalanır, dəyərli torpaq sahələri tədricən yararsız hala düşür, torpaqlarda humusun miqdarı azalmaqla yanaşı onun tərkib hissəsi dəyişir, torpaqda gedən mikrobioloji proseslər zəifləyir, torpağın mikroflorası dəyişkənliyə məruz qalır.

Torpaq eroziyası get-gedə inkişaf edən proses olduğundan ona qarşı müntəzəm mübarizə tədbirləri aparmaq lazımdır.

Elm və təcrübə göstərir ki, eroziyaya qarşı bütün mübarizə tədbirləri kompleks şəkildə aparılmalıdır.

Bu təbirləri işləyib hazırladıqda və həyata keçirdikdə torpaq-iqlim şəraiti, eroziyanın inkişafına səbəb olan amillər, toroağın eroziyaya uğrama dərəcəsi, təsərrüfatın istiqaməti mütləq nəzərə alınmalıdır. Eroziyaya qarşı görülən bütün tədbirlər torpaq örtüyünü yuyulmadan, dağılmadan, sovrulmaqdan mühafizə etməklə onun münbitliyini yaxşılaşdırmağa yönəldilməlidir.

Eroziyaya qarşı kompleks mübarizə tədbirlərinə aiddir: aqrotexniki, meşə-meliorasiyası və hidrotexniki tədbirlər:

Aqrotexniki tədbirlər altında torpağın daha uyğun becərilməsini tətbiq etməklə,onun su mənimsəmə qabiliyyətinin yaxşılaşdırılmasına və küləyin təsirinə qarşı müqavimətinin artırılmasına nail olmaq lazımdır.

Meşə-meliorasiya tədbirləri kimi yamac boyunca meşə zolaqlarının salınması işləri nəzərdə tutulur.

Hidrotexniki tədbirlər isə aqrotexniki və meşə-meliorasiyası tədbirlərinin birgə tətbiqi nəticəsində həyata keçirilir.


Torpağın sürüşməsi (çökməsi ) dedikdə qruntun tədricən yamac boyunca aşağıya doğru yerini dəyişməsi prosesi başa düşülür.

Sürüşmə (çökmə) prosesləri əksər hallarda dağ yamacları, dağ ətəkləri, çay, göl və dəniz sahilləri, iri kanalların yamacları üçün xarakterikdir. Nəticədə, tikililər, qurğular, körpülər, yollar, yaşayış evləri, kanallar və s. dağılaraq dövlətə böyük ziyan dəyir.



Sürüşmə (çökmə) hallarının baş verməsinin əsas səbəbi kimi, həmin ərazilərdə rütubətin kəskin artması və yüksək olması göstərilir, odur ki, mübarızə tədbirləti kimi yeralti və yerüstü axinlarının nizamlanmasının aparılmasi gərəkdir. Sürüşməyə (çökməyə) meyilli ərazilərdə suvarma aparakən torpağın ancaq aktiv qatının mənimsəməsi üçün minimum suvarma norması tətbiq etmək lazımdır.

Ayrılıqda hər bir əroziya və sürüşmə (çökmə) hadisəsinə qarşı mübarizə tədbirləri görməzdən əvvəl onun baş vermə səbələri ətraflı oyrənilməlidir.
Yüklə 13,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə