Toxumçuluq haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 196,73 Kb.
Pdf görüntüsü
tarix29.08.2018
ölçüsü196,73 Kb.
#65506


 

Toxumçuluq haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

  

Bu  Qanun  Azərbaycan  Respublikasında  toxum  istehsalının,  tədarükünün 



və istifadəsinin hüquqi əsaslarını müəyyən edir. 

 

I   f ə s i l  



 ÜMUMİ MÜDDƏALAR 

 

M a d d ə   1 .   Əsas anlayışlar 

Bu Qanunda istifadə edilən terminlər və anlayışlar aşağıdakı mənaları ifadə edir: 

«toxumçuluq» — kənd 

təsərrüfatı, 

meşə, 


dərman 

və bəzək 

bitkilərinin çoxaldılması məqsədilə istifadə edilən 

toxumların 

istehsalı, 

tədarükü və istifadəsinə yönəldilmiş elmi, aqrotexniki və təşkilati tədbirlər sistemi; 

«toxum» — sortun  təkrar  istehsalı üçün  istifadə edilən  bitkilərin  generativ 

(toxum) və vegetativ (çilik, ting, şitil, soğanaq, kök yumruları və s.) orqanı; 

«orijinal  toxum» — ilkin  toxumçuluq  mərhələlərində bitki  nəsillərinin  seleksiya 

yolu 


ilə originatorun 

nəzarəti 

altında seçilməsi 

və qiymətləndirilməsi 

nəticəsində alınmış toxum;   

«super elit toxum» — orijinal toxumun çoxaldılmasından alınmış toxum; 

«elit toxum» — super elit toxumun çoxaldılmasından alınmış toxum; 

«reproduksiyalı toxum» — elit 

toxumun 

ardıcıl çoxaldılmasından 

alınmış toxum; 

«sort» — eyni 

genotip, 

genotiplər 

qrupu 

və fenotiplərin əlamətlərini 



səciyyələndirən,  həmin  botaniki  taksona  aid  digər  bitki  qruplarından ən 

azı bir əlamətlə fərqlənən oxşar bitkilər qrupu; 




«sortdəyişmə» — bitki 

sortlarının  yeni,  daha  məhsuldar  və keyfiyyətli 

sortlarla əvəz olunması; 

«sorttəzələmə» — sorttəmizliyi  və bioloji  keyfiyyətləri  pisləşmiş toxumların 

həmin sortun yüksək reproduksiyalı və keyfiyyətli toxumları ilə əvəz edilməsi; 

«aprobasiya» — toxumluq  əkinlərin sorttəmizliyinin,  xəstəliyə yoluxmasının, 

ziyanvericilər tərəfindən zədələnməsinin və alaqlanma dərəcəsinin təyini;   

«sortluq  və  səpin  keyfiyyətləri» — toxumun  sorta  məxsus  genetik  təmizliyi  və 

səpinə yararlılığının kompleks göstəriciləri;   

«ticarət  dövriyyəsinə daxil  olma» — satış məqsədilə tədarük  olunan,  saxlanılan 

və mübadilə üçün istifadə edilən toxumlar; 

«dövlət reyestri» — müəlliflik və patent hüququ mühafizə olunan bitki sortlarının 

dövlət qeydiyyat siyahısı; 

«toxum  istehsalçılarının  reyestri» — toxumçuluq  fəaliyyəti  ilə  məşğul  olmaq 

üçün dövlət toxumçuluq xidmətində attestasiyadan keçmiş fiziki və hüquqi şəxslərin 

uçotu siyahısı;  



toxum partiyası — mənşəyinə və keyfiyyətinə görə eyni olan toxum kütləsi; 

originator — mühafizə  olunan  sortun  əlamətlərinin  qorunmasını  təmin  edən 

hüquqi və ya fiziki şəxs; 



aprobator — bitkilərin  sortluq  və  toxumluq  əkinlərində  aprobasiya  aparmaq 

hüququ olan fiziki şəxs; 



toxum  istehsalçıları — dövlət  reyestrinə  daxil  edilmiş  sortların  toxumunun 

istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər



qrunt  nəzarəti — bitkilərin  və  onların  toxumlarının  konkret  sorta  mənsub 

olmasını müəyyənləşdirmək üçün xüsusi sahələrdə toxum səpməklə bitkilərin sortluq 

təmizliyinin müqayisəli təyini; 

laboratoriya  üsulu  ilə  sortluq  nəzarəti — laboratoriya  müayinələrinin 

aparılması  vasitəsilə  toxumun  sortluq  təmizliyinin  və  onun  müəyyən  sorta  mənsub 

olmasının təyin edilməsi.   



M a d d ə   2 .      Toxumçuluq haqqında Azərbaycan Respublikasının 

qanunvericiliyi 

Toxumçuluq 

haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyi  bu 

Qanundan «Seleksiya 

nailiyyətləri 

haqqında» Azərbaycan 

Respublikasının 

Qanunundan  və Azərbaycan  Respublikasının  digər  qanunvericilik  aktlarından 

ibarətdir. 

Azərbaycan 

Respublikasının 

beynəlxalq 

müqavilələrində 

toxumçuluq 

üzrə müəyyən  edilmiş  qaydalar  bu  Qanunda  nəzərdə  tutulmuş  qaydalara  uyğun 

gəlmədikdə beynəlxalq müqavilələrin qaydalarıtətbiq olunur. 

M a d d ə   3 .  Toxumçuluğun məqsəd və vəzifələri 

Toxumçuluğun  məqsədi  yüksək  məhsuldarlığa  və sabit  irsi əlamətlərə malik, 

xəstəliyə, 

ziyanvericilərə və müxtəlif 

iqlim şəraitini 

dözümlü bitki 

sortları yetişdirmək və onların çoxaldılmasını təmin etməkdir. 

Toxumçuluğun  vəzifəsi  dövlət  reyestrinə daxil  edilmiş bitki  sortlarının 

sorttəmizliyini, 

bioloji 


və məhsuldarlıq 

keyfiyyətlərini 

saxlamaq üçün  sortdəyişmə və sorttəzələməni  həyata  keçirməklətoxumların  kütləvi 

artırılmasıdır. 

M a d d ə   4 . Toxumçuluğun obyektləri və subyektləri 

Toxumçuluqda istifadə edilən bitki materialları, onların hibridləri, populyasiyaları, 

klonları, xətləri, toxumçuluğun obyektləridir. 

Azərbaycan  Respublikasının  qanunvericiliyində nəzərdə tutulmuş qaydada  toxum 

istehsalı,  tədarükü,  ticarəti  və istifadəsi  ilə məşğul  olan  hüquqi  və fiziki şəxslər 

toxumçuluğun subyektləridir. 

M a d d ə   5 .  Toxumçuluq subyektlərinin uçotu və qeydiyyatı 

Toxumçuluqla  məşğul  olan  fiziki şəxslərin  uçotu  və hüquqi şəxslərin  dövlət 

qeydiyyatı Azərbaycan  Respublikasının  müvafiq  qanunvericiliyinə uyğun  olaraq 

həyata keçirilir. 




M a d d ə   6 . Toxumçuluğun əsas prinsipləri 

Toxumçuluq fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilməlidir: 

sortun  səciyyəvi  xüsusiyyətlərini  təyin  etməyə  imkan  verən  fərqlilik,  oxşarlıq, 

sabitlik və digər əlamətlərin qorunub saxlanması;   

toxum istehsalında təsdiq edilmiş becərilmə sxemlərinə riayət olunması; 

istifadə olunan 

sort üzərində müəllifin 

və patent 

sahibinin 

hüquqlarının 

qorunması; 

istifadə olunan toxumların sertifikatlaşdırılmasının məcburiliyi; 

sortun rayonlaşma qaydalarına əməl edilməsi. 

I I   f ə s i l  



 TOXUMÇULUĞUN DÖVLƏT İDARƏÇİLİYİ 

M a d d ə   7 .      Dövlət toxumçuluq xidməti 

Azərbaycan  Respublikasında  dövlət  toxumçuluq  xidməti  toxumçuluğun 

idarə edilməsindən  və toxumçuluğa  dövlət  nəzarətindən  ibarətdir  və müvafiq  icra 

hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 

Dövlət  toxumçuluq  xidmətinin  fəaliyyəti  və vəzifəli şəxslərin  səlahiyyətləri 

müvafiq qaydada təsdiq olunmuş əsasnamələr və təlimatlarla müəyyən olunur. 

M a d d ə   8 .      Dövlət toxumçuluq xidmətinin hüquqları 

Dövlət toxumçuluq xidməti aşağıdakı hüquqlara malikdir: 

toxumçuluq  subyektlərinin  müvafiq qanunvericiliyə riayət  etmələrinə nəzarəti 

həyata keçirmək;   

toxumlara 

sortluq 

və səpin 

keyfiyyətlərini 

təsdiq 


edən uyğunluq 

sertifikatları vermək;   

sortluq  və səpin  keyfiyyətlərini  təyin  etmək üçün  toxum  və bitki  mənşəli 

məhsullardan nümunələr götürmək və onları təhlil etmək; 

dövlət  standartlarına,  texniki şərtlərə uyğun  gəlməyən  və keyfiyyət  sənədləri 

olmayan  toxumları çıxdaş etmək  və onların  toxumluq  məqsədilə satılmasını qadağan 

etmək;   



toxumçuluq subyektlərini attestasiyadan keçirmək və uçota almaq;  

qanunvericilikdə nəzərdə tutulmuş qaydada  toxumçuluq  subyektlərindən  sortun 

patent sahibi ilə lisenziya müqaviləsi bağlanmasını tələb etmək; 

toxumçuluq 

haqqında 

qanunvericiliyin 

pozulması barədə akt 

və təqdimatları təqsirli şəxslərin 

Azərbaycan 

Respublikasının 

qanunvericiliyi 

ilə nəzərdə tutulmuş qaydada  məsuliyyətə cəlb  edilməsi üçün  prokurorluğa  , 

məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanlarına göndərmək; 

toxum istehsalı üzrə əlverişli şəraiti olan ərazilər müəyyən etmək;   

toxumçuluq  sahəsində beynəlxalq  təşkilatlarda  Azərbaycan  Respublikasının 

maraqlarını müdafiə etmək; 

müəyyən  edilmiş  qaydada  toxumçuluq  üzrə  müəssisələr,  idarələr  və  təşkilatlar 

yaradılması üçün təkliflər vermək;   

aprobatorların  hazırlanmasını,  onların  ixtisasının  artırılmasını  və  attestasiya 

edilməsini təşkil etmək; 

dövlət reyestrinə daxil edilmiş sortların orijinal, super elit, elit və reproduksiyalı 

toxumları ilə qrunt nəzarəti aparmaq; 

ölkə ərazisində seleksiya nailiyyətlərinin dövlət reyestrini aparmaq;   

qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

M a d d ə   9 .  Dövlət toxumçuluq xidmətinin vəzifələri 

Dövlət toxumçuluq xidməti aşağıdakı vəzifələri daşıyır: 

toxumçuluq subyektlərinin fəaliyyətini əlaqələndirmək; 

tələb  və təkliflər  nəzərə alınmaqla,  dövlət  yerli  və sığorta  toxum  fondlarının 

yaradılması üçün təkliflər hazırlamaq; 

toxumçuluğa  dair  standartlar,  normativlər, əsasnamələr  və təlimatlar  hazırlamaq, 

təsdiq etmək və ya onları səlahiyyətli orqanların təsdiqinə vermək; 

toxumçuluqda tətbiq edilən rəsmi dövlət sənədlərinin, kataloqların, sertifikatların, 

uçot-hesabat formalarının nəşrini təşkil etmək;   

toxumçuluq üzrə sərgilər və hərraclar keçirmək




toxumçuluq 

sahəsində beynəlxalq əməkdaşlığın 

və kooperasiyanın 

inkişaf 


etdirilməsini əlaqələndirmək; 

toxum bazarının konyukturunu öyrənmək və təhlil etmək; 

toxumçuluq ixtisası üzrə mütəxəssislər hazırlanmasını təşkil etmək; 

toxum  istehsalçılarını  standartlar,  təlimatlar  və  digər  normativ  sənədlərlə  təmin 

etmək;   

qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

I I I   f ə s i l  

  TOXUMÇULUĞUN TƏŞKİLİ 

M a d d ə   1 0 .  Toxumçuluq sistemi 

Toxumçuluq  sistemi  orijinal,  super  elit,  elit  və reproduksiyalı toxumlar 

istehsalından,  sığorta  fondunun  və dövlət  toxum  ehtiyatlarının  yaradılmasından 

ibarətdir. 

Müxtəlif bitki sortlarının toxum istehsalının xüsusiyyətləri toxumçuluq sisteminin 

yaradılması zamanı nəzərə alınır  və müvafiq  icra  hakimiyyəti  orqanlarının  normativ 

aktları ilə tənzimlənir. 

M a d d ə   1 1 .  Toxum istehsalı 

Mühafizə olunan 

sortların 

toxumlarının 

istehsalı toxumçuluğun əsas 

prinsiplərinə riayət edilməsi şərtilə həyata keçirilir. 

Orijinal,  super  elit  və  elit  toxumların  istehsalı  sortun  müəllifinin  və  ya  patent 

sahibinin  nəzarəti  altında  elmi-tədqiqat  və  tədris  müəssisələrinin  təcrübə 

təsərrüfatlarında, reproduksiyalı toxumların istehsalı dövlət və bu fəaliyyət növü ilə 

məşğul  olan  ixtisaslaşdırılmış  özəl  toxumçuluq  subyektlərində  həyata  keçirilir.  Sort 

müəllifləri  qanunvericiliyə  uyğun  olaraq  fərdi  qaydada  super  elit  və  elit  toxumların 

istehsalı ilə məşğul ola bilərlər.   

Calaqaltı və calaqüstü anaclıqların yaradılması üçün xəstəliklərə və zərərvericilərə 

davamlı  əkin  materialları  müvafiq  elmi  tədqiqat  müəssisələrində  və  ya  müqavilə 




şərtləri  ilə  elmi-tədqiqat  müəssisələrinin  nəzarəti  altında  ixtisaslaşdırılmış  tinglik 

təsərrüfatında istehsal olunur.  

M a d d ə   1 2 .  Toxumçuluq subyektlərinin attestasiyası 

Toxumçuluqla  məşğul  olan  hüquqi  və fiziki şəxslər  müvafiq  qaydada  təsdiq 

edilmiş əsasnaməyə uyğun  olaraq  dövlət  toxumçuluq  xidmətində attestasiyadan 

keçirlər və toxum istehsalçılarının reyestrinə daxil edilirlər. 

Toxum  istehsalçılarının  reyestrinə daxil  edilməmiş hüquqi  və fiziki şəxslərin 

istehsal  etdikləri  toxumlara sortluq  və  səpin  keyfiyyətlərini  təsdiq  edən  uyğunluq 

sertifikatları verilmir.  

M a d d ə   1 3 .  (Çıxarılıb)  

M a d d ə   1 4 .  (Çıxarılıb)

 

 

M a d d ə   1 5 .  Toxum fondları, onların yaradılması və istifadəsi 

Məhsul  istehsalçılarını təmin  etmək,  dövlətin  beynəlxalq  müqavilələrini 

yerinə yetirmək,  habelə təbii  fəlakətə məruz  qalmış bölgələrə köməklik  göstərmək 

məqsədilə dövlət, yerli və sığorta toxum fondları yaradılır. 

Toxum  fondlarına  dövlət  reyestrinə daxil  edilmiş sortların  dövlət  standartlarının 

tələblərinə cavab verən toxumları tədarük edilir. 

Toxum  fondlarının  həcmi,  tədarük,  saxlanma  və istifadə qaydaları müvafiq  icra 

hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. 

Toxum 


fondlarına 

toxum 


tədarükü müvafiq 

icra 


hakimiyyəti 

orqanları ilə toxumçuluq subyektləri arasında bağlanmış müqavilələr əsasında həyata 

keçirilir. 

Dövlət  sığorta  və yerli  toxum  fondlarına  sifariş müvafiq  icra  hakimiyyəti 

orqanları tərəfindən verilir. 

Naxçıvan  Muxtar  Respublikasında  dövlət  və sığorta  toxum  fondlarının 

yaradılması və istifadəsi Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən həyata keçirilir. 




Dövlət,  sığorta  və yerli  toxum  fondları müvafiq  icra  hakimiyyəti  orqanlarının 

sərəncamında olur. 

Sığorta toxum fondu hər il təzələnir. 

Sığorta  toxum  fondunun  müəyyən  edilmiş müddətdə başqa  məqsədlər üçün 

istifadəsi qadağandır. 

Toxum  fondlarının əmtəəlik  məhsuldan  yaradılmasına  bir  qayda  olaraq  yol 

verilmir. 

Müstəsna 

hallarda 

toxum 


fondlarının əmtəəlik 

məhsuldan 

yaradılması müvafiq icra hakimiyyəti orqanının qərarıilə həyata keçirilə bilər. 

I V   f ə s i l  



TOXUMÇULUQ MÜƏSSİSƏLƏRİ VƏ TOXUMÇULUQDA SAHİBKARLIQ 

FƏALİYYƏTİ  

M a d d ə   1 6 .  Dövlət toxumçuluq müəssisələri 

Dövlət  toxumçuluq  müəssisələri  öz  fəaliyyətlərini  təsərrüfat  hesabı  və 

özünümaliyyələşdirmə  prinsipi  ilə  həyata  keçirirlər.  Toxumçuluğun  inkişafını 

dəstəkləmək  üçün  dövlət  büdcəsindən  bu  sahəyə  məqsədli  vəsaitlər  ayrıla 

bilər. Dövlət  toxumçuluq  xidməti  belə müəssisələrə yalnız  onların əsas  fəaliyyət 

istiqamətlərinə aid 

məhsullara 

sifariş müəyyən 

edir, 


digər   məhsullara 

müəssisə sərbəst sərəncam verir.   

Azərbaycan  Respublikasının  qanunvericiliyində nəzərdə tutulmuş hallar  istisna 

olmaqla  dövlət  toxumçuluq  müəssisələrinin  fəaliyyətinə və idarə edilməsinə dövlət 

bələdiyyə və digər orqanların qarışmasına yol verilmir. 

Aqrar  islahatı zamanı dövlət  toxumçuluq  müəssisələrinin  təşkilati-hüquqi 

formasının 

dəyişdirilməsi «Aqrar 

islahatının əsasları haqqında» və «Sovxoz 

və kolxozların  islahatı  haqqında»  Azərbaycan  Respublikasının  Qanunları  ilə 

tənzimlənir. 



M a d d ə   1 7 .  Qeyri-dövlət toxumçuluq müəssisələri  

Qeyri-dövlət  toxumçuluq  müəssisələrinin  təşkilati-hüquqi  formalarını  təsisçilər 

müstəqil müəyyən edir, onların yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının 

qanunvericiliyi ilə tənzimlənir. 

M a d d ə   1 8 .  Fərdi toxumçuluq fəaliyyəti  

Fərdi  toxumçuluq  fəaliyyəti  ilə  məşğul  olmaq  istəyən  fiziki  şəxslər  bu  qanunda 

nəzərdə  tutulmuş  hal  istisna  olmaqla  yalnız  reproduksiyalı  toxumların  istehsalı  və 

satışı ilə məşğul ola bilərlər. 

M a d d ə   1 9 .  Toxumçuluq subyektlərinin hüquqları 

Mülkiyyət  formasından  asılı olmayaraq  toxumçuluq  fəaliyyəti  ilə məşğul  olan 

hüquqi və fiziki şəxslər aşağıdakı hüquqlara malikdirlər: 

sahibkarlıq fəaliyyətini müstəqil qurmaq; 

qanunvericilikdə nəzərdə tutulmuş hallar  istisna  olmaqla,  istehsal  edilən 

məhsullara sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirmək; 

dövlət  toxumçuluq  xidmətindən  güzəştli şərtlərlə toxum,  uçot-hesabat  sənədləri 

almaq, istehsal etdikləri məhsullara keyfiyyət sənədləri verilməsini tələb etmək; 

toxumçuluq  sahəsində keçirilən  konfranslarda,  simpoziumlarda,  sərgilərdə  və 

hərraclarda iştirak etmək; 

toxumçuluqda  tətbiq  edilən  maliyyə-kredit,  gömrük  və başqa  güzəştlərdən 

istifadə etmək;   

qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

M a d d ə   2 0 .  Toxumçuluq subyektlərinin vəzifələri 

Toxumçuluq subyektlərinin vəzifələri aşağıdakılardır: 

toxumçuluğa dair Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etmək; 

toxumçuluğun əsas prinsiplərinə riayət etmək; 

patent  sahibi  ilə  müəyyən  edilmiş  qaydada  bitki  sortlarının  toxumlarından 

istifadəyə görə haqq ödənilməsini nəzərdə tutan lisenziya müqaviləsi bağlamaq;   



ticarət  dövriyyəsinə daxil  edilən  toxumların  sənədlərində göstərilmiş sortluq 

və səpin keyfiyyətlərinə təminat vermək; 

dövlət standartları ilə müəyyən edilmiş müddətdə toxum nümunələrini saxlamaq; 

hər  bir  sort üzrə,  müəyyən  edilmiş formada,  toxumların  sortluq  və səpin 

keyfiyyətlərinin sənədləşdirilməsini aparmaq və onları bir il müddətində saxlamaq; 

bitki karantini tələblərinə əməl etmək; 

müəyyən  edilmiş qaydada  uçot-hesabat  işləri  aparmaq  və müvafiq  orqanlara 

məlumat vermək; 

qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

V   f ə s i l  



  TOXUMLARIN DÖVRİYYƏSİ 

M a d d ə   2 1 .  Toxumların dövriyyəyə daxil edilməsi 

Azərbaycan  Respublikasında  dövlət  reyestrində qeydiyyata  alınmış,  sortluq 

və səpin  keyfiyyətləri  dövlət  standartlarının  tələblərinə cavab  verən  bitki  sortlarının 

toxumları dövriyyəyə daxil edilir. 

M a d d ə   2 2 .  Toxumların sortluq və səpin keyfiyyətlərinin 



sertifikatlaşdırılması  

Toxumların  sortluq  və səpin  keyfiyyətlərinin  normaları müvafiq  dövlət 

standartları ilə müəyyən edilir. 

Toxumluq  əkinlərin tarla  müayinəsi,  aprobasiyası,  toxum  nümunələrinin  təhlili 

müvafiq  qaydada  təsdiq  edilmiş,  təlimatlar əsasında  dövlət  toxumçuluq  xidməti 

tərəfindən aparılır.   

Toxumların laboratoriya təhlili dövlət toxumçuluq xidmətinin laboratoriyalarında 

aparılır. 

Dövlət  standartlarının  tələblərinə cavab  verən  toxumlara  dövlət  toxumçuluq 

xidməti  tərəfindən  sortluq  və səpin  keyfiyyətlərini  təsdiq  edən uyğunluq 

sertifikatları verilir.   



Dövlət standartlarına  cavab  verməyən  toxumlara  təhlillərin  nəticəsini əks  etdirən 

vəsiqələr verilir. 

M a d d ə   2 3 .  Toxumların qablaşdırılması və etiketləşdirilməsi 

Ticarət  dövriyyəsinə daxil  edilmiş toxumlar  müvafiq  qaydada  qablaşdırılır 

və etiketləşdirilir. 

Etiketdə toxumun keyfiyyəti haqqında tam məlumatlar verilir. 

Kimyəvi  və bioloji  preparatlarla  işlənmiş toxumların  qablarında  müvafiq 

xəbərdarlıq yazıları olur. 

Etiketdə və ya  müşayiətedici  sənədlərdə toxumların  istifadəsi üzrə təhlükəsizlik 

qaydaları haqqında məlumatlar olur. 

M a d d ə   2 4 .  Toxumların ticarət dövriyyəsinə daxil edilməsi 

Azərbaycan  Respublikasında  rayonlaşmış, sortluq  və  səpin  keyfiyyətlərini  təsdiq 

edən 

uyğunluq 



sertifikatı və fitosanitar 

sertifikatı olan 

bitki 

sortlarının 



toxumları ticarət dövriyyəsinə daxil edilir.   

Aşağıdakı toxumların ticarət dövriyyəsinə daxil edilməsinə yol verilmir: 

rayonlaşmamış sortların; 

sortluq  və  səpin  keyfiyyətlərini  təsdiq  edən  uyğunluq  sertifikatı və fitosanitar 

sertifikatı olmayan toxumların; 

qablaşdırılmamış və etiketləşdirilməmiş toxumların; 

sortluq  və  səpin  keyfiyyətlərini  təsdiq  edən  uyğunluq  sertifikatının müddəti 

qurtarmış toxumların;   

sort qarışığı olan toxumların. 

M a d d ə   2 5 .  Toxumların karantin mühafizəsi 

Toxumların 

karantin 

obyektlərindən 

mühafizəsi 

Azərbaycan 

Respublikasının fitosanitar  nəzarəti haqqında  qanunvericilik  aktlarına  uyğun  həyata 

keçirilir.   



M a d d ə   2 6 .  Toxumların əldə edilməsi, istifadəsi və satışı 

Toxumların əldə edilməsi, istifadəsi və satışı mühafizə olunan sortun patent sahibi 

ilə bağlanmış lisenziya müqaviləsi əsasında həyata keçirilir. 

Bitki  sortlarının  toxumlarından  istifadəyə  görə  patent  sahibi  ilə  bağlanmış 

lisenziya  müqaviləsində  patent  sahibinə  ödəniləcək  haqqın  miqdarı,  müqavilənin 

şərtləri  və  tərəflərin  məsuliyyəti  göstərilməlidir.  Sort  müəllifinə  və  patent  sahibinə 

toxumdan  istifadəyə  görə  müvafiq  olaraq  mükafatın  və  haqqın  ödənilməsi  qaydası 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.   

Dövlət  reyestrinə daxil  edilməmiş bitki  sortlarının  toxumları aşağıdakı hallarda 

istifadə oluna bilər: 

beynəlxalq müqavilələr əsasında becərilərək Azərbaycan Respublikasından kənara 

ixrac edilməsi məqsədilə

müvafiq icra hakimiyyəti orqanlarının qərarına əsasən; 

seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədilə. 

(Çıxarılıb)   

M a d d ə   2 7 .  Toxumların idxal və ixracı 

Dövlət  reyestrində  qeydiyyatdan  keçmiş  sortluq  və  səpin  keyfiyyətlərini  təsdiq 

edən  uyğunluq  sertifikatı  və  fitosanitar  sertifikatı  olan  toxumlar  Azərbaycan 

Respublikasına idxal oluna bilər. 

Dövlət  reyestrində  qeydiyyata  alınmamış  sortların  toxumları  yalnız  seleksiya, 

tədqiqat,  sınaq  və  sərgilərdə  nümayiş  etdirmək  məqsədilə  idxal  oluna  bilər.  Gen 

mühəndisliyi əsasında alınmış bitki toxumlarının (genetik dəyişdirilmiş və ya genetik 

modifikasiya  edilmiş  orqanizmlərin)  Azərbaycan  Respublikasına  idxalına  icazə 

verilmir.  Bu  toxumların  gətirilməsinə  yalnız  müvafiq  icra  hakimiyyəti  orqanının 

müəyyən etdiyi müstəsna hallarda və qaydada yol verilə bilər.   

Toxumların karantin icazəsi olmayan vasitələrlə idxal və ixracına yol verilmir. 

Əməkdaşlıq  müqavilələrində başqa şərtlər  nəzərdə tutulmamışdırsa,  toxumların 

ixrac və idxal edilməsində beynəlxalq sertifikatların göstəriciləri qəbul edilir. 




İxrac  edilən  toxumların  sortluq  və səpin  keyfiyyətlərinin  ekspertizası Beynəlxalq 

Toxum Assosiasiyasının (İSTA) qəbul etdiyi qaydalara uyğun aparılır.   

V I   f ə s i l  

  TOXUMÇULUĞA DÖVLƏT HİMAYƏSİ VƏ QANUNVERİCİLİYİN 

POZULMASINA GÖRƏ MƏSULİYYƏT 

M a d d ə   2 8 .  Toxumçuluğun stimullaşdırılması 

Azərbaycan Respublikasının qanunvericilik aktlarında güzəştli investisiya, qiymət, 

kredit və vergi siyasəti vasitəsilə toxumçuluğa dövlət himayəsi həyata keçirilir. 

Toxum  fondlarının  yaradılması üçün  qanunvericilikdə nəzərdə tutulmuş qaydada 

lazımi maliyyə ehtiyatları ayrılır. 

Toxum fondlarının dəyərinin 50 faizi  istehsalçılara qabaqcadan ödənilir. 

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kvota əsasında elmi-

tədqiqat  və  tədris  müəssisələrinin  təcrübə  təsərrüfatlarında  tələb  olunan  miqdarda 

orijinal,  super  elit  və  elit  toxumların  istehsalına  çəkilən  xərclər  dövlət  büdcəsinin 

vəsaiti hesabına həyata keçirilir.    

Toxumçuluq  və  tinglik  təsərrüfatlarından  satılan  1-ci  və  2-ci  reproduksiyalı 

toxumlara  və  tinglərə  görə  dövlət  büdcəsindən  təsərrüfatlara  subsidiya  ödənilir. 

Subsidiyanın  ödənilməsi  qaydası  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən edilir. 

Toxumluq bitkilər qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən sığortalanır.   

Karantin obyektlərinin yayılmasının qarşısını almaq üçün profilaktiki və ləğvedici 

tədbirlərin  aparılması  nəticəsində  məhv  edilən  toxumlara  və toxumluq əkinlərə 

çəkilən xərclər dövlət tərəfindən kompensasiya edilir. 

M a d d ə   2 9 .  Toxumçuluğun elmi təminatı 

Azərbaycan  Respublikasında  toxumçuluğun  elmi  təminatı müvafiq  elmi-tədqiqat 

və ali tədris müəssisələri tərəfindən həyata keçirilir və məqsədli proqramlar əsasında 

dövlət tərəfindən maliyyələşdirilir. 



M a d d ə   3 0 .  Toxumçuluq haqqında qanunvericiliyin pozulmasına görə 

məsuliyyət 

Karantin  obyekti  ilə yoluxmuş,  dövlət  standartlarına  uyğun  gəlməyən 

toxumların əkini, səpini, tədarükü və satışı: 

sortluq  və səpin  keyfiyyətlərini  təsdiq  edən uyğunluq  sertifikatı və fitosanitar 

sertifikatı olmayan toxumların idxalı, ixracı və ticarət dövriyyəsinə daxil edilməsi;   

toxum partiyasının keyfiyyətinin qiymətləndirilməsi qaydalarına əməl edilməməsi, 

yaxud keyfiyyət göstəricilərinin bilərəkdən təhrif olunması;   

lisenziya 

müqaviləsi 

bağlanmadan 

bitki 

sortlarının 



toxumlarından 

istifadə edilməsi; 

toxumçuluğun əsas prinsiplərinə riayət edilməməsi; 

toxumçuluqda  tətbiq  edilən  uçot-hesabat  sənədlərinin  aparılmasında  saxtakarlığa 

yol  verilməsi  və qanunvericiliyin  pozulmasına  yönəldilmiş digər  hallar  Azərbaycan 

Respublikasının qanunvericiliyinəəsasən məsuliyyətə səbəb olur. 

Toxumçuluq 

haqqında 

qanunvericiliyin 

pozulmasında 

təqsirkar 

olan 


vəzifəli şəxslər  və  vətəndaşlar  Azərbaycan  Respublikasının  qanunvericiliyində 

nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 



 

Azərbaycan Respublikasının Prezidenti 

Heydər ƏLİYEV 

Bakı şəhəri, 11 mart 1997-ci il 

№ 257-IQ 

  

  

 

Yüklə 196,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə