Trablisdə türklərlə italyanlar arasında olan hərbi təsvir edir



Yüklə 261,46 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix30.12.2017
ölçüsü261,46 Kb.
#18644
  1   2   3   4   5   6   7   8   9   10


www.cafarcabbarli.org 

 

 



 

 

 



 



U L D U Z 

 

 

5 pərdəli faciə  



 

Trablisdə türklərlə italyanlar arasında olan hərbi təsvir edir. 

 

 

İŞTİRAK EDƏN  ŞƏXSLƏR 



 

Ramiz 


Ulduz 

Xalid 


Haris 

Əbdürrəhman 

Şəmsə 

Şüeyb 


İzzət paşa 

Senusi 


Ənvər 

Cinner 


Yavər 

Bir nəfər zabit 

Ərəb 

 

 



BİRİNCİ PƏRDƏ 

 

İstanbul ətrafında, dağlar arasında bir mağara. Haris ayaqda, Ulduz isə rahatsız oturmuş. 



 

U l d u z. Ah! Neyçün bu Ramiz gəlib çıxmadı? Axşamdan getmişlər, səhərə yaxındır, hələ bu 

vaxta qədər gəlməmişlər. Allah, görəsən başlarına nə gəldi... 

H a r i s. Niyə bitablıq edirsən, gələrlər. Tutaq ki, gəlmədilər, nə etməli? 

U l d u z. Ox, Haris! Öylə sözü söyləmə. Mənim ürəyim çatlamaq dərəcəsinə gəlir. 

H a r i s. Ulduz! Ramiz bir quldurdur. Quldurun diriliyi təhlükə deməkdir. Hər dəqiqəsində bir 

ölüm qorxusu var. Bu gün deyilsə sabah, o biri gün. Axırda ya vurulacaq, ya tutulacaqdir. Sən 

ki, bir şey olmadan böylə bitablıq göstərirsən, vurulmasını eşidəndə nə edərsən? 

U  l  d  u  z.  Özümü  öldürərəm!  Mənim  bütün  yaşadığım  onun  üçün  deyilmi?  Mən  ancaq  onun 

üçün  yaşayıram  büsbütün.  Onsuz  bir  dəqiqə,  nəfəs  almaq  belə  istəmirəm.  Ah,  hələ  də  gəlib 

çıxmadılar.  Yarəbb,  sən  Ramizi  əsirgə!  (Dinləyir.)  Deyəsən  bayırdan  səs  gəlir.  Bəlkə  gəldilər 

(Gedir.) 

H a r i s. Ax! Ulduz, sənin yaşadığın Ramiz üçündür, mənim də yaşadığım sənin üçündür. Niyə 

Ramiz  sənin  kimi  bir  mələyi  qucar  da,  mən  yox,  niyə?  Haris  insan  deyilmi?  Yox,  yox!  Ulduz 

mənim olacaq! Mən belə bilirəm ki, Ramiz  ya vurulub, ya tutulub ki, bu vaxta qədər gəlmədi. 




www.cafarcabbarli.org 

 

 



 

 

 



 

İndi tədbir etməli. Onun üçün də Ulduzu... (Ulduz üzgün giriyor.) 



U l d u z. Allah, niyə bu Ramiz gəlmədi? Heç bu qədər mənzildən ayrıldığı görünməmişdi. 

H a r i s. Ulduz, niyə böylə səbirsizlik edirsən? Ramiz və yoldaşları məscidə ibadətə getməyiblər 

ki, mütləqən gələcəklərini gözləyirsən. Ramiz oğurluğa getmiş. Bəlkə də vurulmuş. 

U  l  d  u  z.  Xayır!  Ramiz  quldurluğa  getməmiş,  Ramiz  məzlumları  müdafiəyə  getmiş.  Bir  də 

'Vurulmuş" sözünü tez-tez deməkdən qəsdin nədir? Məni daha da əzaba salmaqmı istəyirsən? 

Yoxsa, doğrudan da böylə bir xəbər bilirsən? 

H a r i s. Qəsdim səni həmişə, hər şeyə sakit ürəklə baxmağa öyrəşdirməkdir. Yoxsa, böyləliklə, 

Ramizə bir şey olursa, özünü itirib bəlaya salarsan. Başqa bir Ramizlə yaşamaq mümkün ikən... 

U l d u z. Bəsdir... Bir də mənim yanımda böylə sözləri söyləmə, anlayırmısan? Ramizə bir şey 

olursa, mən də özümü öldürərəm. 

H a r i s. Bax, Ulduz, mən bunun üçün də deyirəm. Sənə yazığım gəlir. Mən istəyirəm Ramizdən 

başqa da sən diriliyini fəda edəcək bir nəfərin olduğunu biləsən. Ona bir qəza üz vərəndə... 

U  l  d  u  z.  Səhv  edirsən,  çəkil  nəzərimdən,  iblis!  Sən  Ramizə,  öz  yoldaşına  xəyanət  etmək 

istəyirsən?  Haqq  üçün  çalışanlara  heç  bir  şey  olmaz.  Çəkil!  Niyə  baxırsan  gözlərimə?  İndi 

anladım. Sən burada qalmağa layiq deyilsən! 

H a r i s. Ulduz, mənim sözlərimi xəyanət sanma. Sən bu dağlar arasında, maneələr içində, mən 

vətənimdə böyük bir qəbilə rəisi, zəngin bir adamam. Bu incə vücudu... 

U l d u z. Çəkil! Uzaqlaş deyirəm sənə, alçaq! (Gedir.) 

H  a  r  i  s.  Yox,  olmadı.  Daha  burada  qalmaq  olmaz.  Ramiz  bilərsə,  məni  öldürər.  Yəqin  Ulduz 

dediklərimi ona deyəcək. Ancaq Ramizin bu qədər gec gəldiyindən vurulmuş bilirəm. Ona görə 

də  söz  açdım.  Hər  halda  başlandisa  bitməli!  (Bir  şey  görmüş  kimi  tələsik  getmək  istərkən, 

Əbdürrəhman girir.) 

Ə b d ü r r ə h m a n. Haris, buradasan? Niyə bu Ramiz gəlmədi? Qorxuram, bir şey olmasın... 

H a r i s. Əbdürrəhman, gəl sənə bir neçə söz deyəcəyəm. 

Ə b d ü r r ə h m a n. Dinləyirəm. 

H a r i s. Əbdürrəhman, sən ərəbsən, deyilmi? 

Ə b d ü r r ə h m a n. Atam ərəb imiş, özüm də ona oxşar bir şeyəm. 

H a r i s. Zarafatı burax, dinlə, sözüm var. Sən ərəbsən, mən də ərəbəm. Burada tək ikimiz, dörd 

yanımız türklərdir. Onların bir millətdaşını incitdiklərini görürsənsə, kömək edərmisən? 

Ə b d ü r r ə h m a n. Məzlum kim olursa-olsun müdafiə edərəm. 

H a r i s. Xüsusən, bir ərəb olursa? 

Ə b d ü r r ə h m a n. Mən "xüsusi" bilmərəm. Məzlum hanki millətdən olursa, məzlumdur. Ona 

kömək edilməlidir. 

H a r i s. Öylə isə dinlə, Əbdürrəhman. Sən bilirsən ki, mən böyük bir qəbilə rəisiyəm. Şeyx İdris 

kimi bütün Yəmən diyarına hakim bir şəxs mənim dayımdır. Mən Benqazidə olurdum. Fəqət bir 

hadisə məni müvəqqəti oradan çıxıb, istanbula gəlməyə məcbur etdi. 

Ə b d ü r r ə h m a n. Onlar keçib. Bir şey deyəcəydin? 

H a r i s. Dinlə, mən İstanbula gəldim. Səni mən uşaqlıqdan tanıyırdım. Səninlə görüşdüm. Sən 

məni bu quldur mağarasına gətirdin. İdi iki aydır ki, buradayam. 

Ə  b  d  ü  r  r  ə  h  m  a  n.  Bura  quldurlar  mağarası  deyil.  Burada  olanlar  zülmə  qarşı  özləri  cəza 

vərib,  hökumət  tərəfindən  təqib  olunanlardır.  Onlar  bir  müdafieyi-məzluman  heyəti 




www.cafarcabbarli.org 

 

 



 

 

 



 

düzəltmişlər. Ona görə də bura haqq tərəfdarlannm mağarasıdrr. 



H a r i s. Nə olursa-olsun, adi quldurlar mağarasıdır. Bizə quldur deyirlər, deyilmi? 

Ə b d ü r r ə h m a n. Bu onunçundur ki, burası əvvəl, doğrudan da, quldurlar yuvası idi. Biz də 

gəlib  onlara  qoşulduq.  Fəqət  Ramiz  gələndən  sonra  işlər  büsbütün  dəyişdi.  Bura  gələn  bir 

məzluma  zülm  etdiyimizi  gördünmü?  Həmişə  zalımları  əzib,  məzlumları  daldaladığımızı 

görmürmüsən? Xalqın sözünə nə baxırsan? 

H  a  r  i  s.  Hər  halda  biz  ikimiz  burada  ərəbik.  Bizim  başçımız  Ramiz  və  bütün  yoldaşlarımız 

türklərdir. Biz, bir şey olursa ikimiz təbii bir-birindən kömək istəməliyik. 

Ə b d ü r r ə h m a n. Burada hamı yoldaşdır. Birinə gərək olan köməyi hamı etməlidir. Tutaq ki, 

ikimiz köməkləşməliyik. İndi nə olmuş? Bir şeyə ehtiyacın varsa, gözlərim üstə. 

H a r i s. Əbdürrəhman, Ulduz, sərkərdəmizin sevgilisi məni sevir. Mən də onu. Bu vaxta qədər 

də ancaq onun üçün burada qalmışam. 

Ə b d ü r r ə h m a n. Necə, Ulduzmu? Ulduz sənimi? Sevirmi dedin? Xayır, xayır səhv etmisən! 

O,  hər  kəsi  sevər,  hər  kəsi  gülər  üzlə,  şirin  sözlə  qarşılar.  Ancaq  sənin  gözlərinə  başqa 

görünmüşdür. 

H a r i s. Mən uşaq deyiləm ki, sevir deyirəm sənə. Hətta... 

Ə b d ü r r ə h m a n. Qətiyyən! Səhv etmisən. Ya da yalan deyirsən. Ulduzmu? Sənimi? Yuxu 

görürəm? Sən bilirsənmi kimdir Ulduz? O, bir paşa qızıdır. Ramiz bir mülazım. Bunlar bir-birini 

sevmişlər.  Paşa  qızını  təbii  mülazımə  vərməzdi.  Bir  də  həmin  bu  Ulduz  sultan  saraylarında 

şahzadələr  tərəfindən  həsrəti  çəkilərkən,  getmədi.  Xalqın  quldur  dediyi  bu  məxluqun  arasına 

Ramizlə bərabər gəlməyə razı olmuş. Bu quldurlar, heyvanlar gəzə bilməyən dağların arasında, 

mağarada tək Ramizin xatiri üçün yaşayır və bu diriliyindən də razıdir.  Atasını, anasını, adını, 

diriliyini belə tək Ramizə fəda edən bir qız, indi sənimi sevir deyirsən? Qətiyyən!.. 

H  a  r  i  s.  Əbdürrəhman,  Ulduz  kim  olubsa-olub,  fəqət  sözlərimə  inanmalısan.  Əbdürrəhman, 

zahir batinin tərsini göstərən bir güzgüdür. 

Ə  b  d  ü  r  r  ə  h  m  a  n.  Ürəyini  də  gördük!  Öz  əmrinin,  öz  yoldaşının  hərəminə  xəyanət  kimi 

namussuzluq edirsən, alçaq. 

H a r i s. Əbdürrəhman! 

Ə b d ü r r ə h m a n. Yetər, sus! Artıq bilirik, yoldaşına xəyanət edən bir xaini bu mağara qəbul 

etməz!  Ərəbliyin  təəssübü  olaraq  sənə  dəymirəm.  Sübhə  kimi  bu  mağaranı  tərk  etməlisən. 

Yoxsa itlər kimi səni həlak edərəm. (Gedir.) 

H  a  r  i  s.  Bu  da  baş  tutmadı.  Fəqət  işlər  çətinləşdi.  (Düşünür,  birdən.)  Ha,  ha,  ha!  Sən  də  get 

Ramizə şikayətə. Mən özümü itirmərəm. Ulduzu alacağam, vəssalam!  (Bayırdan səs gəlir.) Aha, 

deyəsən Ramiz gəlir. Mən hələlik gedim. Sonra (gedir). 

R  a  m  i  z  (qapıdan).  Haydı,  qardaşlar!  Sübhə  az  qalib.  Gediniz  yatınız,  dadlı  yuxular!  (Ramiz, 



Xalid girirlər.) Ox! Bu gün özümdən nə qədər razıyam. Yoruldunmu? 

X a l i d. Təbii, əfəndim! Bu qədər çalışdıqdan sonra insan yorulmazmı? 

R  a  m  i  z.  Mən  heç  yorulmadım.  Yazıq  Tofiqin  ağlayaraq  sevdiyilə  qucuşması  və  sevincindən 

dili  tutulub  təşəkkür  ərz  edərək,  ayağıma  yıxılıb  öpməsini  görüncə,  bədənim  titrədi,  ağladım. 

Ox,  bir  zamanlar  mən  də  onun  kimi  sevdiyimdən  zorla  ayrılmişam.  Ona  görə  onu  çox  gözəl 

anlayırdım.  Gecə-gündüz  bu  yolda  çalışarsam,  yorulmaram.  Əcəba,  Ulduz  nərədə? 

Sevincimdən  özümü  o  qədər  itirmişəm  ki,  içəri  girib  Ulduzu  görməmişəm.  Hələ  də  haraya 



Yüklə 261,46 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə