«Traffikinq: İnsan hüquqlarının qlobal pozuntusu kimi»



Yüklə 12,55 Kb.
tarix24.02.2018
ölçüsü12,55 Kb.
#27595

«Traffikinq: İnsan hüquqlarının qlobal pozuntusu kimi»

adlı treninq kurs


16 -18 fevral 2007-cı il. Bakı, Azərbaycan
Gənc İnsan Hüquq Müdafiəçiləri İctimai Birliyi Mama Cash Fondunun dəstəyi ilə «Traffikinq: İnsan hüquqlarının qlobal pozuntusu kimi» adlı layihə həyata keçirir.

Layihənin məqsədi: Azərbaycanın regionlarından olan gənc qadın və qızlar arasında traffikinq və insan alveri haqqında informasiyanın geniş yayılması məqsədilə təşviqatçı-həmyaşıdların hazırlanmasıdır.

• Traffikinq və insan alveri haqqında informasiyanın geniş yayılması;

• Həmçinin regionlardan olan gənc qadın və qızların demokratik proseslərində iştirakının stimullaşdırılması ilə vətəndaş bacarıqlarının artırılması məqsədilə, Azərbaycanın müxtəlif regionlarından təşviqatçı-həmyaşıdların hazırlanması;

• Gənc qadın və qızların insan haqlarının pozulmasına qarşı işinə cəlb olunması;

• Azərbaycanda təşviqatçı-həmyaşıdların şəbəkəsini genişləndirmək.

Layihənin vəzifələri:

• Regionlarda gənc qadın və qızlar arasında traffikinq və insan alveri haqqında informasiyanın geniş yayılması məqsədilə təşviqatçı-həmyaşıdların hazırlanması üçün 3 günlük treninq kursu təşkil etmək;

• İştirakçıların biliklərin artırmaq və təcrübə mübadiləsi məqsədilə ekspertlərin və trenerlərin dəvət edilməsi;

• Azərbaycanda, gələcəkdə informasiyanın geniş yayılması ilə məşğul olan multiplikator təşviqatçı-həmyaşıdların şəbəkəsini genişləndirmək.

Layihə çərçivəsində treninq kursun keçirilməsi planlaşdırılır. Treninq ümumilikdə 3 gün davam edəcək. Treninq kursda təşviqatçı-həmyaşıdların hazırlanması nəzərdə tutulur. Treninqdə təşviqatçı-həmyaşıdların hüquqları və vəzifələri, onların davranış qaydaları izah olunacaq, onlara təqdim olunan sənədlərlə işləmə qaydaları aydınlaşdırılacaq və həmçinin onların gələcəkdə informasiyanı necə yaymaq üsulları izah olunacaq. Treninq kursun iş üsulları informasiyanın mübadələsinə və yeni biliklərin əldə olunması hazırlığına yardım edəcək. İştirakçıların və dəvət olunmuş ekspertlərin çıxışları mövcud vəziyyətin, təşəbbüslərin, layihələrin və gənclərlə işə yanaşmanın geniş şəklini yaradacaqlar. İştirakçılara və öz regionlarında paylamaq üçün mövzu üzrə materiallar veriləcək.

İştirakçılar. Treninqdə təxmini 20 nəfər gəncin iştirakı planlaşdırılır. İştirakçılar Azərbaycanın regionlarından olan insan haqqları sahəsində çalışan, gənclərlə işləyən, qadın problemleri ilə məşgul olan, QHT, beynəlxalq QHT və KIV-də çalışan gənclər və tələbələrdir. İştirakçılar Azərbaycanın bütün bölgələrindən seçiləcək (Bakı, Sumqayıt, Gəncə, Samux, Şəki, Oğuz, Mingəçevir, Lənkəran, Bərdə, İsmayıllı və s.)

İşçi dil - azərbaycan dili

İştirakçıların seçim meyarları:

• 18-35 yaş;

• Azərbaycan dilində sərbəst işləmək bacarığı;

• Trener və ya gənclərin tərbiəsi ilə bağlı təcrübə;

• Trener kimi işləməyə maraqlı olmaq;

• İnsan haqqlarının tədrisinə cəlb olunmaq (mütləq deyil);

• Təlimin sonuna kimi iştirak etmək;

• Öz regionunda təlimdə öyrəndiyi məlumatları yaymaq məqsədilə könüllü hansı sa bir tədbir keçirmək imkanı (İnformasiyanın yayılması məktəbdə, institutda, QHT-də və s görüşlər, yığıncaqlar, yürüşlər, sorğular və müvafiq materialların paylanması vasitəsilə keçirilə bilər).



Təşkilatı məsələlər:

İştirakçıların yol xərcləri (qəbzləri təqdim etmək şərti ilə) təşkilatçılar tərəfindən ödəniləcək. Ödəniş treninq-kurs bitdikdən sonra iştirakçılara nəğd veriləcək. Bakı və Sumqayıt şəhərindən olan iştirakçılara yol xərcləri ödənilmir. Vəsaitin məhdud olması ilə əlaqədar daha ucuz nəqliyyat seçməyi Sizdən xahiş edirik (məbləğ 10 AZN dan artıq olmamalıdır).

Yerləşdirmə və yemək təşkilatçılar tərəfindən təmin olunacaq.

Tədbirdə iştirak etmək istəyənlər anket formasını 10 fevral 2007-ci il tarixədək doldurub training@baku.az ünvanına göndərə bilərlər.

Əlavə suallar üçün layihənin rəhbəri Fatma Abdullayevaya müraciət edə bilərsiniz

abdullayevafm@yahoo.com



yhrd@baku.az
Yüklə 12,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə