Transcript



Yüklə 29,88 Kb.
Pdf görüntüsü
tarix24.02.2018
ölçüsü29,88 Kb.
#27548


STENOQRAM 

 

ABŞ-ın Azərbaycan Respublikasındakı Səfiri Riçard Morninqstar 

ABŞ -Azərbaycan Forumunda çıxış 

Sessiya 1: 

ABŞ-ın Azərbaycanla münasibətdə xarici siyasəti 

29 may 2013-cü il – 11:45 (6 d

əqiqə - təqdim olunduğu kimi) 

 

İcazə verin ilk növbədə qeyd edim ki, ABŞ-ın rəhbər şəxsləri və 



müt

əxəssislərindən ibarət olan bu nüfuzlu qrupun tərkibində bu gün iştirak etmək 

m

ənim üçün fəxrdir. Bu qrupun hər bir üzvü Birləşmiş Ştatların Azərbaycanla olan 



əlaqələrinin nə dərəcədə əhəmiyyətli olduğunu bilir və bu ölkədə baş vermiş nəzərə 

çarpan 


transformasiyanın region üçün olan strateji əhəmiyyətindən xəbərdardır.   

 

Sovet İttifaqının süqutundan sonra Birl əşmiş Ştatların siyasəti bazar yönümlü, 



demokratik dövl

ətlərin yaranmasını dəstəkləmək olmuşdur. Məntiq sadədir, yeni 

müst

əqil, bacarıqlı dövlətlərin sayının çox olması o deməkdir ki, bizim dünyada 



ümumi probleml

ərimizi həll edə biləcəyimiz, qlobal və regional çətinlikləri 

birlikd

ə aradan qaldıra biləcəyimiz daha çox tərəfdaşımız vardır.   



 

Az

ərbaycanla münasibətdə bu belədir. Qeyd etmək istərdim ki, bizim marağımız 



burada kimins

ə udması və ya uduzması üzərində qurulmamışdır. Bizim marağımız 

müst

əqil, suveren, hökumətinin və xalqının gələcəyini və istiqamətini müstəqil 



şəkildə müəyyən edə bilən Azərbaycanın olmasıdır.  

 

Son 20 ild



ə bizim Azərbaycanla olan əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə 

q

ədər inkişaf etmişdir və bu tərəfdaşlıq üç sütun üzərində qurulmuşdur, bura 



daxildir ümumi t

əhlükəsizlik maraqları üzrə əməkdaşlıq, demokratik və iqtisadi 

islahatlar, enerji t

əhlükəsizliyi və iqtisadi diversifikasiya. Bu tərəfdaşlığın 

davamlılığı və uğuru bu sahələrin hər birində əldə olunan tərəqqidən asılıdır. 

İcazənizlə bunun səbəbi barədə bir qədər ətraflı qeyd edim.  

 

Bizim ortaq t



əhlükəsizlik maraqlarımız Xəzər bölgəsinin strateji mühitini əks 

etdirir. Uzun ill

ər biz terrorçuluğa qarşı mübarizə aparmaq üçün birgə çalışmışıq. 



Biz eyni zamanda nüv

ə və digər kütləvi qırğın silahlarının yayılmasının qarşısının 

alınması istiqamətində də tərəfdaşlıq edirik. Bölgədə İranın rolu bizim ölkələrimiz 

üçün bir problemdir v

ə İranın nüvə proqramı ilə bağlı üzərinə götürdüyü 

beyn


əlxalq öhdəliklərə əməl etməsi bizim ortaq maraqlarımıza xidmət edir.  

   


Qlobal t

əhlükəsizlik sahəsindəki çətinliklərin öhdəsindən gəlməkdə Azərbaycan 

biz

ə köməklik göstərir. Azərbaycan əsgərləri Kosova və İraqda ABŞ və NATO 



qüvv

ələri ilə birlikdə xidmət göstərmişlər, indi isə onlar Əfqanıstanda xidmət 

göst

ərirlər. Əfqanıstana hava və quru yolu ilə həyata keçirilən yük daşımalarında 



Az

ərbaycan əsas tranzit dəhlizdir, Əfqan Milli Təhlükəsizlik Qüvvələrinin 

d

əstəklənməsi üçün maliyyə yardımı göstərir və Əfqanıstanın hökumət rəsmiləri 



üçün t

əlimlər keçirmişdir. Bütün bunlar Əfqanıstanın gələcəyinə edilən 

əhəmiyyətli və konstruktiv töhfədir.  

 

Bu bölg



ədə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi ən üstün 

t

əhlükəsizlik məsələsidir. Biz bilirik ki, status-kvo qəbuledilməzdir və Azərbaycan 



ərazilərinin işğalı bu gün Azərbaycanın üzləşdiyi ən böyük çətinlikdir. Sülh 

danışıqlarının irəliyə doğru aparılması üçün daha çox işlər görülməlidir. Lakin 

Minsk Qrupunun h

əmsədrləri bunu təkbaşına edə bilməzlər.   

 

Hesab edir



əm ki, Minsk Qrupu prosesi ilə bağlı daha qətiyyətli öhdəlik götürməyə 

ehtiyac vardır – inamın qurulması və hər iki ölkənin xalqları arasında sülhün bərpa 

olunması məqsədilə çərçivənin hazırlanması istiqamətində ciddi danışıqlara 

başlamaq. İnam olmadan və insanları sülhün əldə olunması üçün lazım olan 

kompromis

ə hazırlamadan, tərəflərin həyata keçirəcəyi istənilən səy uğursuz 

olacaqdır. Gələcək sülhlə bağlı olan istənilən baxış hökumətlərin aparıcı rolunun 

olmasını tələb edir və eyni zamanda, mən hər bir ölkədəki vətəndaş cəmiyyətinin 

iştirakının da vacib olduğunu düşünür əm.  

 

Minsk Qrupu prosesind



ən kənarda xalq diplomatiyasının - bizim “ikinci ehtiyat 

yol” diplomatiyası adlandırdığımız diplomatiyanın münaqişənin həllində həlledici 

rolu vardır. Hər iki ölkədə fəaliyyət göstərən beynəlxalq və yerli QHT-lər bu işə 

əhəmiyyətli töhfə vermişlər. Bu səyləri dəstəkləmək və təşviq etmək üçün 

hökum

ətlər daha çox iş görməlidirlər.   




 

Bütün bunlar Az

ərbaycanda demokratik və iqtisadi inkişafı dəstəkləyən 

əməkdaşlığın nə üçün əhəmiyyətli olduğunu göstərir.  

 

Bu ölk


ədə çox böyük potensial vardır. Bu potensialın həyata keçirilməsi, eləcə də 

Az

ərbaycanın uzun-müddətli sabitliyi, uğurlu demokratik və iqtisadi islahatlardan 



asılıdır. Azərbaycan öz gələcəyinə  - insanlara, təhsilin təkmilləşdirilməsinə, 

keyfiyy


ətli tibbi və sosial xidmətlərin təminatına sərmayə yatırmağı və 

korrupsiyaya 

qarşı mübarizəni davam etdirməlidir. Cəmiyyətin tam iştirakçıları 

olaraq 


qadınlar və qızların səsi daha çox eşidilməlidir. Azərbaycanda hökumətin 

özün


ə tərəfdaş hesab etdiyi güclü vətəndaş cəmiyyətinə ehtiyac vardır, eyni 

zamanda müst

əqil və məsuliyyətli mediaya da ehtiyac vardır. Bütün bunlar 

insanları hökumətə daha da yaxınlaşdıran və onları narahat edən məsələlərlə bağlı 

əhəmiyyətli dialoqda iştirak etmələrinə imkan verən islahatlardır. Bu dəyişiklik 

h

əlledici əhəmiyyət kəsb edir.     



 

Biz Az


ərbaycanı firavan, öz iqtisadi uğurunu daha da gücləndirən və 

demokratiyanın çiçəklənməsinə şərait yaradan bir ölkə kimi görmək istəyirik. 

Az

ərbaycan, hökumət institutlarının gücləndirilməsi, vətəndaşların hüquqlarının 



qorunması, qadınların rolunun dəstəklənməsi və iqtisadi imkanların yaradılması 

istiqam


ətində nə qədər çox tərəqqi əldə edərsə, bu bizim tərəfdaşlığımızın daha 

güclü v


ə strateji cəhətdən vacib olmasına səbəb olar.    

 

T



əhlükəsizlik sahəsində bizim birlikdə üzləşdiyimiz böyük çətinlikləri mən 

əvvəldə qeyd etdim. Daha güclü tərəfdaşlığımız bizə daha çox iş görməyə imkan 

ver

əcəkdir. Biz, Xəzərdə əhəmiyyətli enerji infrastrukturunun mühafizə olunması 



istiqam

ətində yenicə başlayan səylərimizi genişləndirə bilərik. Eyni zamanda 

əməkdaşlıq üçün bir sıra digər sahələr də mövcuddur, o cümlədən dənizdə 

t

əhlükəsizlik, sərhəd mühafizəsi və terrorçuluğa qarşı mübarizədə əməkdaşlıq.      



 

Enerji sah

əsində, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində olan 

əhəmiyyəti yüksək olaraq qalacaqdır, bu bizim Avropalı tərəfdaşlarımızın hər 

hansı digər təchizatçılardan daha çox asılı olmamasına kömək edəcəkdir. 

Az

ərbaycan indi təbii qazın ixracı üzrə cənub dəhlizinin müəyyən olunmasında 




yekun m

ərhələdədir. Bu yeni qaz təchizatının həyata keçirilməsi üçün Trans-

Adriatik Boru X

əttinin və yaxud Nabukko Qərb boru xətti layihəsinin seçilməsi 

bar

ədə növbəti ay qərar qəbul ediləcəkdir. Bu seçimin yekun nəticəsi ilə bağlı 



Birl

əşmiş Ştatlar bitərəfdir, bizim əsas marağımız Azərbaycan qazının həssas 

Avropa bazarlarına çatması və seçiləcək hər hansı layihənin gələcək qaz nəqli 

h

əcminə uyğun olmasıdır.          



 

Çıxışımın əvvəlində qeyd etdiyim kimi, Azərbaycanın öz müstəqilliyini bərpa 

etdikd

ən sonra əldə etdiyi nailiyyətlər məni sözün əsl mənasında valeh edir. Bir 



S

əfir kimi mən bu əlaqələrin daha da güclənməsi istiqamətində çalışmağa davam 

ed

əcəyəm, çünki Birləşmiş Ştatlar bütün dünyadakı çətinliklərin öhdəsindən 



g

əlməsi üçün Azərbaycan kimi güclü tərəfdaşların olmasını istəyir və buna ehtiyacı 

vardır.      

 

T



əşəkkür edirəm.    

 

### 



Yüklə 29,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə