Travmatik şok orqanizmin mexaniki travmaya verdiyi kəskin ağır formalı və həyat üçün təhlükəli olan ümumi cavab reaksiyasıdır. Ağır mexaniki zədələnmələr 61% hallarda şokla müşayət olunurlar



Yüklə 19,45 Kb.
tarix31.12.2021
ölçüsü19,45 Kb.
#82481
Travmatik şok

Travmatik şok Travmatik şok orqanizmin mexaniki travmaya verdiyi kəskin ağır formalı və həyat üçün təhlükəli olan ümumi cavab reaksiyasıdır. Ağır mexaniki zədələnmələr 61% hallarda şokla müşayət olunurlar . Travmatik şok 40% hallarda ölüm verir .Hazırda travmatik şoka ağır mexaniki zədələnmələrdə baş verən travma xəstəliyinin birinci, kəskin mərhələsi kimi baxırlar . Ağır mexaniki travmalarda orqanizm öz daxili qüvvələrini səfərbəyliyə alır ki, homeostazı sabit saxlasın .Lakin xarici mühitdən intensiv və aramsız təsir edən müxtəlif faktorlar nəticəsində bu kompensasiya mərhələsi uzun çəkmir və tezliklə müdafiə reaksiyasının ikinci mərhələsinə - dekompensasiya mərhələsinə keçir. Dekompensasiya prosesinə isə bir sıra adaptasiya və patoloji reaksiyalar daxildir .Homeostazda (orqanizmin daxili mühitində) baş verən dəyişikliklər dərin olduqda adaptasion ,müdafiə mexanizmləri getgedə üzülür və şok terminal mərhələyə keçir.Travmatik şokun inkişaf mexanizmində aparıcı yeri qan və plazma itkisi, ağrı tutur .Şokun ağırlığı və geridönərliyi əsasən mikrosirkulyasiyanın və toxumaların hipoksiyası nəticəsində metobolik pozğunluqların ağırlıq dərəcəsindən asılıdır . Travmatik şokun klinik gedişində üc faza aşkarlanır : erektil (oyanma), torpid(tormozlanma ) və terminal .Erektil faza şok reaksiyasının başlanğıcında meydana çıxır və qısamüddətli (5-10dəq) olur.Bu mərhələdə xəstədə psixomotor oyanma olur : xəstə həyacanlı və gərgindir , qışqırır, mənasız hərəkətlər edir , ona yardım etməyə imkan vermir ,düşdüyü şəraiti və öz vəziyyətini düzgün , tənqidi qiymətləndirə bilmir xəstədə ağrıya qarşı reaksiya kəskin artır , baxışı narahatdır ,səsi bir qədər karlaşmış, nitqi isə fasiləlidir Dəri və vətər refleksləri güclənmiş olub ,ümumi hiperesteziya qeyd edilir.Bəbəklər genəlir , işığa qarşı reaksiyası artır .Xəstənin nəbzi ritmikdir , sayı bir qədər artmış olur (mülayim taxikardiya). Arterial təzyiq normal, yaxud bir qədər yüksəlmişdir .Bu fazada maddələr mübadiləsinin sürətlənməsi, tənəffüsün sayının və qanda adrenalin miqdarının artması, damarların spazmı , endokrin sistemin (ilk növbədə hipofiz və böyrəküstü vəzlərin )fəaliyyətinin yüksəlməsi qeyd edilir .Lakin orqanizmin kompensator mexanizmləri tezliklə sıradan çıxır, müdafiə qüvvələri üzülür və dekompensasiya mərhələsi – torpid faza inkişaf edir . Qeyd etmək lazımdır ki ,erektil faza nə qədər qabarıq ,aydın klinik mənzərə ilə kecərsə, torpid faza bir o qədər ağır olacaqdır. Torpid fazada(tormozlanma fazası) sinir sisteminin, ürəyin ,ağ ciyərlərin , qara ciyər və böyrəklərin funksiyası kəskin enir, hipoksiya, mikrosirkulyasiyanın pozulması , homeostazda dərin dəyişikliklər baş verir, nəticədə qanda toksiki maddələrin miqdarı artır .A/T enir ,ifraz olunan sidiyin miqdarı azalır. Terminal fazada kəskin böyrək ,böyrək və qara ciyər , həmcinin poliorqan çatmazlıq inkişaf edir və ölüm baş verir .Torpid fazanın gedişində üç dövr ayırd edilir: başlanğıc , stabilləşmə və son dövr .Bu dövrlərə əsasən torpid fazanı üç klinik mərhələyə bölmək olar : nisbi kompensasiya , dekompensasiya və geridönməz dəyişikliklər mərhələsi .Torpid fazada travmatik şokun dörd dərəcəsi ayırd edilir. Şokun dərəçələrə bölünməsində əsas meyar kimi sistolik A/T səviyyəsi , nəbzin və tənəffüsün sayı , şok indeksi kimi göstəricilərdən istifadə edilir. Birinci dərəcəli (yüngül) şokda xəstənin dərisi ,görünən selikli qışaları avazıyır ,huşu bir qədər tormozlanır (bəzən aydın olur) və əzələ titrəməsi qeyd edilir .Tənəffüsü tezləşir ,bir dəqiqədə 24-26 olur nəbz tezləşir,sayı bir dəqiqədə 90-100 vurğuya çatır .Arterial təzyiq bir qədər enir ( 100-90/60-55 mmc.süt.).Şok əleyhinə tədbirlərlə xəstəni bu vəziyyətdən tezliklə çıxarmaq olur . İkinci dərəcəli şok (orta ağırlıklı) dəri və görünən selikli qişaların kəskin avazıması , tənəffüsün səthiləşməsi və tezləşməsi ( 1dəq 30-32),nəbz vurğularının 100-120-dək artması ,şok ideksinin 1-dən çox olması , təzyiqin 90-70/50-40mmc.süt.-a qədər enməsi, huçun tormozlanması (bəzən sopor ) və bədən temperaturunun enməsilə xarakterizə olunur .Bu göstəricilərin normallaşdırılması böyük səy tələb edir. Üçüncü dərəcəli şok(ağır forma) zamanı dəri və görünən selikli qişalar kəskin avazıyır, sonradan göyümtül çalarlı olur,ətraflar əllədikdə soyuqdur ,dəri soyuq, yapışqanlı tərlə örtülür. Xəsarət alan şəxsin temperaturu enir , huşu kəskin tormozlanır (sopor,koma), tənəffüsün tezliyi dəqiqədə 30-40 –a çatır təngnəfəslik olur ,nəbzin gərginliyi və dolğunluğu azalır, vurğuların sayı bir dəqiqədə 130-150-dək artır,A/T 70-50/40-30 mmc.süt. səviyyəsinə enir və şok indeksi 2-dən cox olur .Sidik ifrazı kəskin azalır , 30 ml/saat.-dan az olur. Dördüncü dərəcəli şok terminal hallara(predaqonal və aqonal vəziyyət ) aiddir :xəstənin tənəffüsü qıcolmalarla olub , seyrəkdir.A/T və periferik arteriyalar üzərində nəbz təyin edilmir .Nəbzi yalnız maqistral arteriyalar (ümumi yuxu ,bud) üzərində əlləmək olur .Xəstə huşsuz olub ,ürək tonları çox böyük çətinliklə təyin edilir . Təxirəsalınmaz yardım Xarici qanaxma olarsa ,o,ilk növbədə müxtəlif üsullarla müvəqqəti saxlanılır ; Ağrını kəsmək ücün xəstəyə narkotik(2% -li promedol 2ml ,2%-li omnopon 1-2 ml, 1-2 ml moradol və s.) və qeyri narkotik mənşəli analgetiklər( 2-4 ml 50%-li analgin , 2,0ml oksadol və s.) vurulur; Sınıqlar olarsa,ətrafa nəqliyyat şinaları qoyulur, ətrafın futlyar novokain blokadası aparılır; Mexaniki asfiksiya olarsa , onu törədən səbəb ləğv edilir ; Yaraya aseptik sarğı qoyulur ; Ağrıkəsici olmadıqda əks –göstəriş yoxdursa daxilə qəbul üçün yaralıya 50-100 ml araq( yaxud etil spirti) tünd şirin çay,yaxud qəhvə verilir ; Xəstə üçün sakitlik yaradılır , o isti paltarlara büründürülür və qızdırılır ; Terminal hallarda ürəyin qapalı massajı aparılır və xəstəyə süni nəfəs verilir v/d ürək –damar dərmanları(1ml 0,1%-li adrenalin, 0,5-1,0 ml 0,05%-li strofantin , 2,0 ml kordiamin ),60-90mq prednizalon ( yaxud 6-8 mq deksametazon, yaxud 200-250mq hidrokortizon ), damcı üsulu ilə 400 ml poliqlükin , 5%-li 400 ml qlükoza (10 v. Insulinlə birgə ), fizioloji məhlul və digər qanəvəzedicilər yerdilir ( qanitirmə zamanı damardaraldıcı dərmanları- noradrenalin, mezaton və s. yalnız qanaxma dayandırıldıqdan sonra işlətmək olar); xəstə təcili reanimasiya şöbəsinə göndərilir .


Yüklə 19,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə