Tuncer cücenoğlu che guevara musiqili tragediya, 2 hissə Gənc yaşında itirdiyim qardaşim dr. Alper Cücenoğlu



Yüklə 292,79 Kb.
səhifə1/3
tarix01.11.2017
ölçüsü292,79 Kb.
#7812
  1   2   3

TUNCER CÜCENOĞLU

CHE GUEVARA
Musiqili tragediya, 2 hissə

Gənc yaşında itirdiyim qardaşim

dr. Alper Cücenoğlu'na…

TUNCER CüCENOĞLU: ƏN MƏHSULDAR OYUN YAZARIMIZ

Ataol Bəhramoğlu

Tuncer Cücenoğlu, sayı 20 –ni aşan oyunlarıyla müasir teatrımızın şübhəsiz ən məhsuldar yaradıcılarından biri, bəlkə də birincisidir. 1972-ci ildə, Kor döyüşü ilə başlayan macəra o gündən bu günə keçən 37 ildə , 2007-ci ildə yazdığı Che Guevara və 2008 –ci ilin məhsulu Mustafa Kemalım, 2009 –cu ilin məhsulu Gecə Kulubu ilə davam edir. Təxminən bir hesablamayla, bu müddət içinde hər ilə bir oyun düşməsə də iki ilə bir oyundan çoxu düşür. Bu fövqalədə bir rəqəmdir.

Tuncer Cücenoğlu’nun bütün oyunlarını görmüş ya da oxumuş deyiləm. Lakin görüp oxuduqlarımın məndə buraxdığı teatr dadı mübahisəedilməzdir. Cücenoğlu həqiqi bir teatr adamı, nadir qabiliyyətə sahib bir oyun yazar ustasıdır. Bu qədər çox və sıx məhsul verən bir yazarın bütün oyunlarında eyni yazıçılıq mərtəbəsində qalması gözlənilə bilməz.

Lakin mən öz payıma, gördüğüm ya da oxuduğum oyunlarının hamısının daha yüksək səviyyədə bir oyun yazarıyla qarşilaşdım.

Cücenoğlu hər şeydən öncə bir yumor ustasıdır. “Vertolyotu”, “Matruşkanı “ və ya “Şapkanı” izləyərkən ,bəzi səhnələrdə qəh-qəhədən qırılan tamaşaçılardan biri də məndim. Lakin qiymətli dostum Tuncer, bu səhnələri, yalnız gülüş olsun, tamaşaçı gülsün deyə yazmamışdır.

Onun yumorunda, Qoqoldan , Əziz Nəsinə universal dəyərə sahib bütün yumor ustalarında olduğu kimi, insan zəifliklərinin və ictimai şikəstliklərin gösterilmesi hədəflənmişdir. Bəzən büyük ustalarda olduğu kimi grotesk üzvlərdən daşiyan bu yumor qabiliyyəti, oyun yazarı olaraq Tuncer Cücenoğlu’nun məncə başda gələn xüsusiyyətlərindən biridir. Lakin onu heç şübhəsiz tək bu yaradıcılıq qabilliyəti ilə ,istedadı ilə tərif edə bilmərik. Onun yaradıcılığı önündə bir tərif cox da böyük sayılmaz .

Cücenoğlu bir gərginlik yaratma ustasıdır. Bir çox oyununda şahid olacağımız bu bacarığı, “Çig” da göstərilə bilən ən yüksək nöqtədədir. Bu oyununun, bir çox başqa oyunu kimi, başqa ölkələrin səhnələrində də büyük müvəffəqiyyət qazanaraq müasir dünya teatr repertuarında səhnəyə qoyulması təsadüf deyil.

Cücenoğlu xalq həyatını yaxından tanıyan, izləyən və araşdıran bir yaradıcıdır. Mənim izləyə bildiyim oyunları içində, “Qadıncıqlar” bu bacarığın seçkin bir nümunəsidir . Bürokratçıların boş -boş danışmalarının , iti müşahidəçisi və kəskin tənqidçisidir. Bu başarığına nümunə olaraq yenə gördüyüm oyunlarından “Dosya”nı göstərə bilərəm . Çalisqan bir araşdırmaçı olaraq fantastik sənədli filmlərin ustadı , xridarıdır .

Örnəkmi ? –“Neyzen Tofiq” , “Sabahattin Əlini Kim Öldürdü”, “Che Guevara”, “Mustafa Kamalım”.

Tuncer Cücenoğlu, yoldaşlığı ilə qürur duyduğum yaxın bir dostumdur . Oyunları, səssiz sədasız, dünya səhnələrində müasir Türk teatrını müvəffəqiyyətlə təmsil edir. "Səssiz sədasız…" Çünkü onun dünya səhnələrində qazandığı müvəffəqiyyətlər öz ölkəsində çox təəssüf ki , lazımınca əks-səda vermir. Bu, qiymətli dostumun hədsiz təvazökar olması , ölkəmizin dəyər bilməməzliyiylə də əlaqədardır . Lakin bu təvazökarlıq ona yaraşir.

Tuncer Cücenoğlu xalqın yazıçısıdır. Onda sənətçi kimi özünü tərif etməsindən əsər tapa bilməzsiniz. Bu qədər məşhur ola bilməsinin gözəlliyinin biri də bəlkə budur. Nəfəs alıb verər kimi bir təbiiliklə yazır oyunlarını. Yaradıcılığına mükafat gözləmədən, məşhurluq ehtirasına qapılmadan. Daha dürüst , daha gözəl insanlığı olan xoşbəxt bir Türkiyəni arzu edir və gözləyir . Buna qarşi "didaktik" olmamağı da bacara bilir. O qaşqabaqlı deyil , gözəl qəlbli bir müəllim kimidir. Güldürərək, çasdiraraq, sevindirərək, suallar verərək , necə daha doğru , dürüst insan ola biləcəyimiz mövzusunda düşünməmizi təmin edir...

İstanbul, 27 Yanvar 2009


CÜCENOĞLU CHEi BİZLƏRLƏ, BOY AYNASININ ÖNÜNDE TANIŞ EDİR
ÜSTÜN AKMEN

Teatr Tənqidçisi / Yazar


Cəmiyyətin gerçək qara üzünün komediya oyunlarının müvəffəqiyyətli yazıçısı Tuncer Cücenoğlu, bir söhbətimiz əsnasında “Che Guevara”nın həyatından hərəkətli bir müziqil əsəri yazacağını söylədiyində içimdən: "Haydı canım sən də," deyə keçirdiyimi çox yaxşi xatırlayıram. Tamam, Cücenoğlu müəyyən zirvədə özünü davamlı yeniləyən, inkişaf etdirən, genişlədən bir yazarımızdır da…

Nə bilim!

"Bizdən" olmayan Chedən yaxşi bir oyun əsəri çixa biləcəyinə o gün o qədər inanmamışdım.

Yaxşi da səbəb?

Güclü mətn yaza bilməz mi Cücenoğlu?

İnanılmaz güclü mətnlər yaza bilər.

Ya xarakterlər ?

Onlarla oyun əsərini , onlarla ölkədə səhnələşdirməkdə olan, o ölkələrdə ayaqda alqışlanan Cücenoğlu, oyun xarakterlərinin belə ki, ən yaxşisını yazar, yerli yerinə də oturda bilər.

Yaxşi, universal mövzu?

Aman əfəndim “Matruşka”nı, “Çig”i, “Çikmaz Küçəsi”ni, “Şapka”nı yazmış, mesajını universal ölçülərə daşimış bir yazar, “Che”nin həyatını yazmaqla hərtəfli mövzunu tuta bilməzmi?

Bal kimi tutar!

O halda?


Səbəb olmasın?

Cücenoğlu, oyun ilə əlaqədar yazdığı dosyanı qucağıma qoyduğunda və mən ilk səhifələrini gözdən keçirdiyimdə , içimden: "Olmuş," deyə zümzümə etdim. "Çox da gözəl olmuş!"

* * *

Che Guevaranı mənim nəslim də , indiki nəsil də yaxşi bilir.



Onun həyatı hamımıza dərindən təsir buraxmışdır.

1928-ci ildə Argentinanın Rosaria şəhərində doğulmuş; tibbi təhsil görmüş; tələbəykən məktəbinə bir il ara verib, Güney Amerika qitəsində gəzintiyə çikmis; "macəra " deyə başladığı səyahətinin ardından kommunist olmuş; Meksikada siyasi qaçqın olaraq olan Raul və Fidel Kastroyla tanış olmuş; Kübanın ələ keçirilməsi hədəfinə ortaq edilmiş "bir qəribə Âdəm"dir Che Guevara… 1956-1959-cu illər arasında sürən partizan döyüşü Küba da müvəffəqiyyət qazanınca , əvvəlcə Mərkəzi Bankın rəhbər işinə keçirilmiş, sonra isə Sənaye Naziri olaraq rəhbər işə gətirilmişdir. Bu rəhbər vəzifələrdə uğur qazana bilməsədə , amma damarında axan qana qədər inqilabçıdır, inqilabçılığıyla da "bizlərdən"dir.

Chenin həyatını araşdırdıqca xəyal edilənlə gerçəkləşən inqilab arasındakı uçurumun Cheni necə yeni xəyallara sürüklədiyini görür və anlayırıq.. Onun xəyali, inqilabın bütün Latın Amerikaya yayılması; xalq güçlərinin güclü ordulara qarşi zəfərlər qazanması; şərtlər tam uygun olmasa da inqilabın edilməsi; Latın Amerikada savaşin təməl sahəsinin düzənli kəsim olaraq müəyyən olunmasıdır.

Tuncer Cücenoğlu'nun Che Guevarası, Chenin bu bişmiş yeni xəyallarına su qatar.

Nəticədə ..?

"Bu bir bayraq yarışıdır,

İllərcə dalğalanacaq!

Dəyişməzsə nə olar?

Bir Che gedər, min Che gəlir."

Tuncer Cücenoğlu, Che getsə belə, min Chenin gələcəyini əminliklə iddia edir .

* * *

Tuncer Cücenoğlu oyununu, (ön oyunu saymasaq) 14 İyun 1928 –ci ildən (Chenin dünyaya gəlişindən ) başlatmış, 8 Oktyabr 1967-ci ildə Bolivyada başinda olduğu partizan birliyiylə birlikdə Bolivya əsgərləri tərəfindən öldürülməsinə qədər əks etdirmişdir.. Anlatdıqca , əlbəttə Chenin nitqlərindən, məqalələrindən, söhbətlərindən və məktublarından faydalanmış; amma bir dənəmə olaraq ,sənədli film yaratmaqdan qətiyyətıə qaçmışdır .Baptizm adətindən başlayaraq , uşaqlıq illərinə; tələbəlik günlərindən siyasi həyatına; Hilda ilə olan əlaqəsindən Fidel Kastro ilə tanış olmasına; inqilabçılığına, Sənaye Naziri kreslosuna oturuşuna qədər keçirdiyi siyasi təkamülü izah etmişdir.Sərgüzəşçi (məcaraçı) bir tələbənin bir inqilabı yönəldəcək qədər əsgər və bir o qədər də siyasətçiyə dönən şəxsiyyətini içinə heç bir şərh qatmadan olduğu kimi ortaya çixarmisdir .



İndi…

Kitabı oxumadan ya da Che Guevara oyununu izləmədən öncə, bildiyiniz gerçək simalı məcəraçı Che ilə yenidən tanış olmağa özünüzü hazırlamanızı istəyirəm. Tuncer Cücənoğlu sizi Che ilə bir boy aynasının önündə tanış edəcək, əsla çasmayin, aynada hərdənbir özünüzə baxın!

Onun vasitəsilə, hər şeydən əvvəl həyatın içindəkiləri kəşf etməyə cəsarət etmiş bir insanla tanış olacaqsınız. Fikirləri ilə hərəkətləri arasındakı uyğunlaşması və hərəkətlərinin verdiyi məsuliyyəti daşiyaraq , incə duyğularıyla hərəkət edən bir inqilabçı olduğunu anlayacaqsınız.

Görəcəksiniz ki, simvollaşdırılmış Che, ehtiras məhrumu bir yüz ilin ümumi görünüşündə daha bir önəm və gerçəklik qazanacaq. Bu zaman dilimində bəlkə siyasi gücünü itirəcək, amma hamımızı keçici və bütünlüktən məhrum etmələrə sürükləyəcək. Cücenoğlu'nun damızdırdığı Chenin tərifi , özünü Latın Amerikalı bir vətənpərvər olaraq təyin edən Argentinalı bir həkimin həyatı deyil sadəcə . İşin içində Che Guevaranın həssaslığının bəsləndiyi hadisələr ,hərəkətlər və anılarla dolu bir missiya yüklənmiş olmanın mənası,həmrəylik ,xarakter və vəzifə anlayışıda var.

Dərhal ayırd edəcəksini ki, Tuncer Cücenoğlunun Che Guevarası hümanist bir paradiqmaya dönən siyasətçilərin əksini daşiyır.

Əvvəlki , indiki və sonrakı nəsillər üçün həm aktuallığını, həm də vazkeçilməzliyini hələ qoruyur.

Che Guevaralar yaşayır, bir tərəfdən də yetişir...

OYUNCULAR


ATA ERNESTO : İnşaat mühəndisi. Davamlı iş qurub batıran, borc verənlərdən xilas olmaq için tez-tez şəhər dəyişdirən, dəlidolu, içki düşgünü birisi

CELİA : Ana. Qısa saçlı, siqaret çəkən, ətrafında hər kəsin önündə ilk dəfə ayağını ayağının üstünə aşiran bir qadın. Katolik. Buenos Airesdəki feminist hərəkətin qabaqcıllarından biri..

ANA : Chenin nənəsi. Sığındığı bir yer kimi deyil, haradasa ailənin rəisi…başçisı

ERNESTO CHE GUEVARA

GENÇ QIZ : Buenos Airesdəki qohumlarının qızı.

QONŞULARDAN BİRİ

QONŞULARDAN BİR BAŞQASI

QADIN


RAHİB

HƏKİM


HİLDA : Chenin əvvəlcə sevgilisi, sonra arvadı olan Perulu, qıyıq gözlü qadın. Əslində Cheni Che edən qadın.

FİDEL CASTRO

RAUL CASTRO : Fidelin qardaşi.

MARİA-ANTOİNA: Kubalı çox xoş bir qadın.

MEKSİKALI : Marianın əri.

ALEİDA : Chenin ikinci arvadı.

TANYA

AMERİKALI : Kuba serhədlərindən departasiya edilən CIA agenti.



EHTİYAT ZABİT

YÜKSƏK RÜTBƏLİ ZABİT

PARTİZANLAR-ƏSGƏRLƏR - XOR - XALQ


BİRİNCİ HİSSE

Əsas ön oyun səhnəsi

Bir ibtidai məktəb dərsliyi. Qarşida bir lövhə. Otağının tam ortasında ,Che bir kürsüdə,oturmuşdur. . Əlləri bağlıdır və yaralı qıçlarından qan sızır. Ehtiyat zabit içeri girir. Silahını tuşlayır Cheyə tərəf və işiqlar sönür birdən. Bir neçə dəfə silah səsi eşidilir. İşıqlar yenidən yandığında səhnənin qarşisında Chenin öldürülmüs halı nəhəng bir ekranda əks olunur. Che isə yerdə uzanıb qalıbdır. ..
(İşçilər, kəndlilər , fahişələr, işsizlər, qısacası xalq girər səhnəyə)
Topal Qarışqanın Mahnısı
Dedim axsaq qarışqaya

Hara gedirsən beləcə ?

Cox qərarlı ,əzimlisən

Yetərmi bunlar deyirsən?

(Hamısı rəqs edirlər)

XOR


Yaşanılan dünya üçün

Həccə getməkdir niyyətim

Əmək tapsın dəyərini

Budur mənim tək məqsədim

Ac qalmasın qoy uşaqlar

Dondurma yesin onlar


(Hamısı rəqs edirlər)

XALQ


Sənin xəyallların xoşdur

Ancaq nə faydası ki, boşdur!

Belə gəlmiş ,belə gedər

Bu zəhmətin nəyə dəyər ?

(Hamısı rəqs edirlər)

XOR


İnsanların coxu susar

Qulaqları səs də , pusar

İgidlər baş qaldırdıqca

Düşmənlər də quyu qazar.

Onlar girir min bir dona

Ürək dözərmi buna?

(Hamısı rəqs edirlər)

XALQ


Nəticəni görürüsən sən

Buna rağmən gedirsən sən

Son halını bilə - bilə

Ölüməmi gedirsən sən ?

(Hamısı rəqs edirlər)

XOR


İnsanoğluna yaraşan

Əlçatmazı qazanmaqdır

Batista adlı zalımlar

Başimızda bozacıdır!


Ölüm hardan , necə gəlsə

Vursa xəncər bədənimə!

Bu gəlişdən qorxmaram heç!

Ölümsüzlük gerçək sonuç!

(Hamısı rəqs edərlər)

XALQ


İnanarıq yazqımıza

Böylə öyrənmisik biz çünkü!

Alan razı, satan razı

Qalxan əllər buna razı!


Həyatlarınız bitəcək

Həm də bərbad bir biçimdə!

Yazıqlar olmazmı sizə?

Sizin kimi igidlərə!

(Hamısı rəqs edirlər)

XOR


Üzülməyin bizim üçün

Saxlamaz gözyaşi bizi!

Önəmlimi son nəticə ?

Niyyətimiz xoşdur bizim!


(Hamısı rəqs edirlər)

Niyyətə bax, niyyətə sən

İşin əsli niyyətdədir!

Qazanmaqdır məqsədimiz

Qazanmazsak kimlərə nə?

(Hamısı rəqs edirlər)


Gölə maya çalmakta iş,

Tutarsa doymazmı hər kəs!

Kim nə deyirsə desin bizə,

Niyyətimiz xoşdur bizim!


(Hamısı rəqs edərək çixirlar.)

I
Ernesto Che Guevaranın Doğumu
Chenin ailəsi; başda Ata Ernesto, (ana)Nənə və Ana Celia bir taksidən enirlər. Bir evin həyətinə girirlər. Celia demək olar ki , doğummaq üzrədir. Ancaq yenə də köməksiz yeriməkdədir, dümdüz.
ATA ERNESTO (qapını sürətlə döyür ) Açın! Açın!

ANA (Kişi kimi hökümlüdür. Yeri, göyü inlətməkdədir sanki səsi) Harada qaldınız? Həyətdəmi doğacaqsan Celia?

CELİA ( bir şey olmamış kimi ) Təlaşa ehtiyac yoxdur… Daha zaman var.

(Qapı açılır. Genç bir qızdır qapını açan)

GENÇ QIZ Ernesto əmiiiii… Celia xalaaaa...… nənəəəəə…

ANA Burax qızım adət ənənəni… Yol ver… Gəl, sən kömək edəcəksən mənə. Anan, atan yoxdur evdə?

GENÇ QIZ Küçəyə çixdilar, gələrlər bir azdan.

ANA Qaç get içəriyə, bir ləyənlə isti su hazırla.

(Genç Qız girir içəriyə. Arxasınca Ana, Celianın qoluna girib içəriyə salar. Arxalarından Ernesto girmək istəyir)

ANA (Səsi) Sən qapıda gözlə Ernesto.

(Ernesto qapının önünde gözləyir. Gurultunu eşidən qadınlı, kişili qonşular gəlməyə başlar həyətə)

QADINLARDAN BİRİ Bu nə gurultudur ? Bir şeymi oldu?

ERNESTO Mənim xanım doğacaq ona görə…

QADINLARDAN BİR BAŞQASI Mama varmı?

ERNESTO Arvadımın anası bilir o işləri. İndi də yanındadır.

QADINLARDAN BİR BAŞQASI Olarmı elə şey? (Bir başqa qadına) Sən də bilirsən bu işləri. Gir baxaq!

(Qadın girir içəriyə)

ERNESTO (Arxa cibindən bir cib konyakı çixarir. Qapağını açır, içir) İçki alacağım bir yer varmı? Həyəcanlandım, başa düşərsiniz məni… (Qadınlardan biri qaçaraq gedir) O niyə qaçdı?

QADINLARDAN BİR BAŞQASI Onun adamı da içər sənin kimi. Tədarüklüdür. Evi yaxındadır. Gətirər indi, haldan anlarıq hamımız. Buralı deyilsiniz yəqin?

ERNESTO Bəli. Biz Rosario da la Fedə qalırıq. Celianın doğum sancıları tutduğunda mindik bir gəmiyə, Puluna Çayini keçərək gəldik bura. Çünkü burada, Buenos Airesdə etmək istədi doğumunu Celia. Marağınız götürülsün deyə söyləyirəm xanımlar. Bu evdəkilər də bizim qohumlarımızdır.

QADINLARDAN BİRİ Adını söyle baxım.

ERNESTO Ernesto Guevara.

QADINLARDAN BİRİ (heyrətlənərək) Söz etdilər səndən. İnşaat mühəndisi Ernesto. (Qəribə bir şəkildə gülər) Hə hə hə hə həəəəə…

ERNESTO Doğrudur, inşaat mühəndisiyəm. Amma niyə güldün belə ? Başqa nələrdən bəhs etdilər?

QADINLARDAN BİRİ Bir də… Bir də… Çox içtiyindən. Bir də çox iş qurub, tez tez batırdığından. Bir də, həmişə borc verənlərdən qaçtığından, tez-tez şəhər dəyişdirdiyindən… Bir də…

ERNESTO (Yalancılıqdan) Kəs ! Danışma artıq! Nəyim varsa tökmüşler ortaya. Mən bunlardan soruşacağım bunun hesabını ?

(Cavan ,uşaq , yaşlı – gənç bir topa qonşuyla girər həyətə Qadın. Əlində 5-6 şüşə vardır. Ernestonun önüne qoyar şüşələri)

ERNESTO Bunların hamısı mənəmi?

QADIN Sənə…

ERNESTO Hamısını mənmi içəcəyəm? İki şüşə çatardi.

QADIN Bizim adam hamısını içər bir oturuşda. İki şüşə gətirsəm az hesab edib döyər. Bizim adamın istədiyini əskiksiz edəcəksən. Gətir gətir, götür götür, yat yat, qalx qalx, yeri yeri, al al, ver ver… Başqa cür ola bilməz bizdə.

(Qadınlar gülüşər)

ERNESTO Amma mən sənin adamın deyiləm ki!

(Önce Ernesto, sonra digər qadınlar gülərlər zarafata. Birdən bir səssizlik olar. Qulaqlar qapıdan gələcək səsdədir. Ernesto bir tərəfdən içərkən, bir tərəfdən də içəriyə qulaq şəkləməkdədir. Qonşular mahnı söyleyip rəqs edirlər)

SALAM !
Bir az sonra bir körpə

Dünyaya xoş gələcək!

Bir bağırtıyla bizlərə

Salamını verəcək !

Körpə körpə gəl artıq,

At çigliqlar, gözləmə!

Qızmı ,yoxsa oğlanmı?

Ürək dözərmi buna?


Atası mühəndis Ernesto,

Anası, igid Celia…

Buenos Airesdə

Dogulacaq dünyaya…


Gəmi ilə gəliblər

Paytaxtlı olsun körpə!

Yaxşi ya pis olmasın

Görəcəklər yaxında…

(Səssizlik. Bir müddət sonra içəridən bir körpə səsi eşidilir . Ernesto yerindən qalxıb səndələyərək qapıya qaçır . Ana, qucağında bir körpəylə görünür. Arxasından Gənç Qız)
ANA Gəl baxaq Ernesto, al gör balanı.

(Ernesto yavaş- yavaş yeriyib, həyəcanla qucağına götürür körpəsini . Gözü körpənin ayaqlarının arasına baxır dərhal)

ERNESTO (Keyiflə ) Bax ..bax… oğlandır ..… var! Həm də necə…. var!

(Qonşular gülüşürlər)

CELİA (Görünür, qamətiylə) Bəli bir oğulumuz oldu Ernesto. (Körpəyə toxunur) Bunu biz etdik. İkimiz…

(Qucaqlaşirlar)

QONŞULAR
XOŞ GƏLDİN DÜNYAMIZA
Xoş gəldin dünyamıza

Səfa gətirdin bizə!

Xəbərsizdin hər şeydən

Bəyəndinmi dünyamızı?


Açlıq toxluq, gecə gündüz,

Varlıq ,yoxluq, dayaq zulüm,

Qadın olmaq ayrı dərddir

Böyü alış sən bunlara!


Dəyənək, işgəncə, darağacı,

Küçələrdə güllələnmə

Susuzluq yaman dərddir

Böyü alış sən bunlara!


Kuşpalazı və boğmaca,

Qara çiçək və qızdırma,

İşsizlik və iş qəzası

Böyü alış sən bunlara!


İnfarkt və ya xərçəng

Yüksek təzyiq və də şəkər

Astma və daha nə qədəri

Böyü alış sən bunlara!


Qaranlıqlar düşdüyündə

Ay işiginda parlayan

Üsyan, xəyanət və danlaq

Böyü alış sən bunlara!


Nağılları ilan olan,

İlanlarıdırsa düşmən,

Bəyəndinmi bilinməz ?

Amma gəldin, xoş gəldin!

(Qonşular və hər kəs rəqs edirlər)

II
Chenin Xaçpərəstlik ziyafəti ənənəsi
Buenos Airesdə bir kilsə…

Xalq ən təmiz geyimləriylə yerlərini tutublar.

Xaçpərəst
Buenos Airesdə

Kilsədə ediləcək

Baptizm mərasimi Chenin

Əsil adı qoyulacaq.


Salacaqlar suya üç kəz

Və rahib pıçıldayacaq

Ata adı ənənədir.

Adın Ernestodur sənin


Hər kəs geymiş yenisini

Yetərincə yemək də var

Cox da baha başa gəldi

Baptizm deyib keçməyin siz.


Bugün bu körpə İsaya

İman etmiş olacağıq

Onun üçün yaşayacaqlar

Çünkü yenidən doğuldu o.


(Dualar və mahnı sədaları altında Che; Celia, Ernesto və Ana tərəfindən içeriyə alınır. Cheni yuyulma daşinın olduğu yerə gətirirlər. Burada geyimlərini çixarirlar və onu yuyundururlar. Che, ata və anasının qucağında üç dəfə xaç suyuna salınır. Ya da başindan aşağıya üç dəfə su tökürlər)

RAHİB (Körpənin qulağına pıçıldayır) Ernesto… Ernesto… Ernesto… (Yüksek səslə) Səni Ata, Oğul və Müqəddəs Ruh adına xaçpərəst edirəm.

(Körpənin alınına, köksünə, ayaq altına və ovuçlarının içərisinə müqəddəs yağ sürtülür. Körpə yenidən içeriye alınarkən dua və mahnılar başlayır)

O, tanrının xalqına

Qəbul edilmiş bir körpə!

Çünkü o bir Xristian,

Ailəsi də elədir!
Bundan belə İsa üçün

ONA həsr etdim həyatımı

Pis həyatımı buraxıb

Başlayıram yenisinə.


ERNESTO (Çasmis kimi edərək tamaşaçılara) Nə vaxt pis bir həyatı oldu bu uşağın? Daha iki gün oldu doğulduğu.

ANA (Səssizcə) Günaha girmə Ernesto, hirsləndirmə milləti!


İki köynəyi varsa

Birisi olmayanlara

Qonşusu aç yatanın

Rahatlığı olarmı?


(Ernesto və ailəsi qonaqlara tort, çörək və şərbət paylamaqda və qonaqlar rəqs etməkdədirlər)

III
Uşaqlığımız Təyin edər Alınyazımızı
XALQ (Rəqs edərək mahnı söyləyirlər)
İNSANIN YAZISI (alın)
İnsanın alın yazısın..

Nə bildirər deyirsiniz ?

Birdən birəmi meydana gələr,

İnsan deyilən ali varlıq?


"Sənin var, mənim yox"lar,

Yaşanmış kiçik anılar,

Xəstəliklər və ölümlər,

Zəlzələlər, su basmalar !


Yanğınlar, yoxsuzluqlar ,

Müharibə ,savaş, qırğınlar,

İnsanın alın yazısın

Nə bildirər deyirsiniz?


Sevgisizlik və xəyanət,

Pulsuzluq, acı səfalət!

Birdən birəmi meydana gələr,

İnsan deyilən ali varlıq?

Ehtiraslar, vurulmalar ,

Qısqançlıqlar, həsədlər,

Gözəlliklər, çirkinliklər,

Talehin yazgisi uşaqlar!

(Celia qucağında Che ilə çayda çimməkdədirlər. Ana və Ernesto çay sahilində oturmuş onları izləməkdədirlər. Ernesto coxluğundan arada bir konyak şüşəsini ağzına dirəməkdədir . Fon da, xalq çay kənarında gəzinti etməkdədirlər)

CELİA (Həm körpəsini arada bir suya salır, həm də) Aman da quru gözlü Tetem mənim. böyümüş də ,çayda çimirmis də . Buna baxın hələ! Nə ağıllı baxır qara gözleriyle dünyaya. Möcüzəli bir körpəsən sən Tete!

ANA Celia! Çixart o körpəni sudan artıq! Haradasa yarım saat olacaq!

ERNESTO Bir şey olmaz mənim aslanıma. Üstəlik igid ,ərən balama! (Bir qullab siqaretinden alır) Yaxşi yu oğlumu, yaxşi yu. Tez böyüsün həm özü, həm də …. ! Argentinanın tüm qızları onu gözləyirlər çünkü. (Öz zarafatına da gülər)

ANA Əxlaqsızlıq etmə Ernesto. Pis yollara itələmə indidən uşağını .

ERNESTO Qızlara getmək yaxşi yoldur Ana.

ANA Boşboğazlıq etməkdənsə gizlən. Bu irəlidəkilər borc verənlərin deyilmi sənin?

ERNESTO (Bir az da qorxuyla baxır) Hansıları?

(Ana qəhqəhəylə gülür. Che öskürməyə başlayır)

ANA (Ayağa qalxar) Çixart körpəni sudan artıq!

(Celia, Cheni dəsmalla qucaqlayıb qurulayaraq gəlir)

CELİA Su uddu yəqin!

ANA Kürəyinə vur.

(Xalq mahnını davam edir )

Körpələrdir təyin edən

İnsanın alın yazısın!

Hər şeyin sonu boşdur ,

Budur əsil həqiqət !

(Xalq rəqs edərkən Celia qucağında körpəsi ilə həkimin qarşisına gəlir. Ernesto ayaq üstə gözləməkdədir . Chenin öskürməyi ara sıra davam edir)

CELİA (həkim müayinə edərkən) Sizdən öncə bir həkimə aparmışdıq, bronxit olduğunu söylədi. Yazdığı dərmanları istifadə etdik, ancaq yaxşilaşmadı.

HƏKİM (Düşünür) Xroniki astma ,bronxit. Daha öncə zökəm geçirmiş bu uşaq. (Bir müddət daha müayinə edir) üzülərək söyləyirəm, uşağınız astmadır.

(Xalq mahnını davam edir)

Uşaqlıqdır təyin edən

İnsanın alın yazısın!

Hər şeyin sonu boşdur ,

Budur əsil həqiqət !

(Che ağzı açık, əllərini dəlilər kimi yelləyərək yataqda yatmış və nəfəs almağa çalisir. Sözün əsil mənasında astma böhranı geçirir. Başi üzərində Celia, nənə və Ernesto durublar)
CELİANIN MAHNISI
Qara qaşlı, qara gözlü,

Balam mənim, körpəcəm !.

Quşlar kimi hey çirpinir

Balam mənim, körpəcəm!

Balam bağıraraq, inildərkən,

Ürəyimdir parçalanan,

Ana olmaq başqa şeydir,

Balam mənim, körpəcəm!


Anasının can quzusu,

Bitməz içimdə sızısı,

Nə olar çirpinma belə,

Balam mənim, körpəcəm!


Toxundursam əllərimi,

Duysam şirin dillərini,

Görsəm ayaq izlərini

Balam mənim, körpəcəm!

(Chenin çirpinmasi davam edir . Nəfəs almaqda çox çətinlik çəkir)
Nənənin MAHNISI
Nəvəm mənim gözəl nəvəm

Balamın bir parçası nəvəm

Sən belə qıvrılarkən

Necə rahat olum nəvəm ?


Acıların , mənim ağrım,

Çəkdiklərin sinə dağım

Qalx yerindən könül bağım

Tanrıdan diləyim nəvəm


Ağrıların qəlb sızımdır,

Çat vermiş alın yazımdır,

Tanrıdan bircə arzumdur,

Dərdin mənə gəlsin nəvəm!


(Ernesto sərxoşdur yenə. Ancaq gördüklərinə cox həssasdır. Əllərini qaldırır göyə)
ERNESTOin MAHNISI
Ölməsin Tanrım ölməsin,

Qara gözlü oğlum mənim!

Suçu nədir böyük tanrım?

Acı çəkir balam mənim !

Qaçmayacaqmı qızlara?

Cıxmayacaqmı yazlara ?

Yol almasın ulduzlara,

Ölməsin Tanrım ölməsin,

Qara gözlü oğlum mənim!

Ölməsi lazım olanlar

Oğluma nəzər edənlər

Girsin yerin yeddi qatına!


Qara gözlü oğlum mənim

Ölməsin tanrım ölmesin!

(Xalq mahnıya davam edir)
Uşaqlıqdır aydın edən

İnsanın alın yazısın!

Hər şeyin sonu boşdur ,

Budur əsil həqiqət !



Yüklə 292,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə