Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə1/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
  1   2   3   4   5   6   7   8   9   ...   53


 
 
 
TÜRK BAYRAĞINI ÜRƏKLƏRİNDƏ 
ƏSDİRƏN, ULUSUMUZA MİNLƏRCƏ 
ZEHTABILAR, ELÇİBƏYLƏR, DƏMİRÇİLƏR 
YETİŞDİRƏN QURDANALARA SUNULUR! 
 
 
 
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
SÜRGÜN UMUDLAR 3. cild 
Yazar:  
 
Eldar Qaradağlı 
Mail: 
 
e.qaradagli@gmail.com 
Baş editor:  
 
Əli Urman 
Redaktor:  
 
Ramizə Fərəcova 
Düzən və dizayn:  
Əli Urman 
Birinci çap:  
Printakademin i Linköping 
AB/İSVEÇ - 2016  
ISBN 
 
978-91-639-1111-8 
 


 
SÜRGÜN UMUDLAR 
3.cild 
 
 
 
Gözlərimi açıram.  
İsveç həmişə olduğu kimi soyuq və qaranlıqdır! Sönmüş ocağımı bir daha 
yandırmaq istəyirəm! Ocağımın gözə görünmür! Canım çox üşüyür! 
Gözlərimi açıq tutma gücüm tükənir. Gözlərim qapanır!  
Nə üşüyürəm, nə də isinirəm! Artıq ac belə, deyiləm! 
Əlimdə ki, son nöqtəni qoyur, qaralamalarımı başımın altında 
yerləşdirirəm. Son tinimin hüzurlu olması üçün bir daha uzaq 
odaqlara dikilirəm. Damlacıqdan qopan tinimdə Savalan, Savalanın 
içində “Qoca Qurd, onun arxasında “Xoşca qal, Qurdananın qurd 
oğlu, Cəvanşir əmi!” yazısını əllərində tutan milyonlarca gənc 
bozqur!  
“Qoca Qurd”un son baxışlarının arxasından ağ saçlarını döşünə 
sərmiş “Qurd Ana”                                                                                                
çıxır! 
 



 
 
 

 
Bədiabaddan Tehrana, 
Yasal sürgündən, yasaq sürgünə! 
 Təxminən  il  yarım  bundan  öncə,  darmadağın  olmuş,  torpağına 
yasaqlanmış,  kimliyi  talan  görmüş  bir  yazıq  ulusun  sürgün 
parçası  kimi,  bu  mafiya  caynağına  sürükləndik!  Kimiləri  üçün 
xoş  görünən  Nasir  Xosrov  adı,  bizə  görə,  bir  əsarət  simbolu 
olmuşdu!  Məhz  bu  nöqtədən  son  sürgün  çağımız  başlamışdı! 
Tehran,  mənim  üçün  itirdiyim  varlığım,  bataqlığım,  dustağım, 
kimliyimin  qatili,  ömrümün  nisgil  caynağı,  türklüyün  canısı  bir 
mafiya  şəhəri!  Ulusumun  mənəviyyatının  son  bataqlığı! 
Ömrümün  son  bölümünün  ilk  başlığıcı,  Cabbar  əmi  demişkən, 
sürgünümüzün damğasını vuran cəlladməkan bir yer! Artıq, ilk 
görünüşündə məni valeh edən türk Qacar memarlığının gözəlliyi 
də  umurumda  deyildir.  Artıq,  öz  vətənini  özgələrin  əlinə 
buraxaraq türk varlığının bataqlığını abadlayan şah babalarımıza 
da,  onların  əmrilə  tikilən  “Şəmsül  İmarə”lərə  də  sayğım 
qalmamışdı!  Onları  görüncə,  qarayazımızın  bizdən  öncə 
babalarımızı  da  sel  çöpü  etməsini  düşünürdüm!  Əgər  onlar  öz 
yerlərinə, doğma torpaqlarına sahib çıxsaydılar, Türk milləti bu 
dərəcədə yazıq olmazdı! Necə deyərlər: “Meşə qurdsuz qalarsa, 
çaqqal qurd köynəyi geyər!”    


 
 
 

 
Maşallahxana gəlincə, ömrünün sonlanma hökmündən qaçarkən, 
cənnətə  düşdüyünü  sanırdı!  İlk  kəz  Tehran  kimi  böyük  bir 
şəhərdə  olma  imkanı  əldə  edən  bu  qarabəxt  Lək  üçün  sevincin 
sınırı yox idi. Biz, ona haqq verirdik. Onun kiçik həyatında bir az 
gəlişmə  yaranmışdısa,  da  nədəni  bizdən  asılı  olmuşdur.  O, 
özgürlüyün  yalnızca  gözəl  üzünü  görürdü!  Biz  isə,  özgürlüyün 
əldə  edilməsinin  ağır  bədəlini  qanımızla,  canımızla,  bütün 
varlığımızla  ödəmiş  yenmişlər  idik!  O,  heç  Tehranın  siyasi 
mafiya  mərkəzi  olduğunu  düşünə  bilməzdi!  Biz  isə,  Türk 
ulusunun tökülən qanını, kəsilən nəfəsini, Azərbaycanın yer altı, 
yer  üstü,  maddı-mənəvi  varlığının  talanmasının  tragediyasını 
çiyinlərimizdə daşıyırdık! O, özünü əsarətdən qurtulmuş, biz isə 
özümüzü əsarətdə qurtulmuş görürdük! Sərhədsiz çeşidlər içində, 
sərhədli  yaşam!  Kiçik  qabda  bütün  görünən,  böyük  qaba 
yerləşincə  damla  olan  bizləri  nələr  gözləyirdi?  Maşallahxan  nə 
zaman bizi yarıda buraxaraq, Lək ailəsinə dönəcəkdir? O, tapdığı 
böyük dünyasında nələrin dəyişiminə tanıq olacaqdı? 
Əmicanın  özü  və  ailəsi  qarşımızda olan  ən  böyük  problem  idi! 
Onun  durumu  üzdə  görünəndən  daha  acınacaqlı  idi.  O,  bəlli 
etmək istəməsə də, ailəsinə qarşı artan duyğusu, ağrılardan irəli 
gələn  ani  davranışları,  üzünün  sallanması,  gözlərinin  çuxura 


 
 
 

 
düşməsi ağır xəstəliyinin göstəricisi idi. Ancaq, Əmicanı doktora 
götürmədən öncə, başımızı soxacaq bir yer gərək idi. Nə yaxşı ki, 
Nasir Xosro xiyabanında hər kəsdən çox ev dəllalı var idi. Onlara 
qərib  yolçuları  tanımaq,  bir  bardaq  su  içməkdən  daha  rahatidi. 
Belə  ki,  avtobusdan  enər-enməz  bir  yeniyetmə  gənc  oğlan 
qarşımıza gələrək, çox ədəblə salam verdi: 
Salam, Tehrana xoş gəlmisiniz! Sizə burada gözəl yaşam, uğurlar 
diləyirəm. Mən, sizə istədiyiniz evi tapa bilərəm! İş tapmaq üçün 
yardımçı  olaram.  Başqa  ehtiyaclarınıza  yardımçı  ola  bilərəm. 
Fars  və  türk  dillərini  yaxşı  bilirəm.  Atam-anam  Zəngandandır. 
Özüm Tehranda anadan olmuşam. 
Qulam:  Sənin adın nədir? 
Bağışlayın özümü tanıtdırmadım! Adım İlyasdır. 
Qulam:    İlyas,  bizə  bir  müsafirxana  lazimdir.  Yaxında  olsun. 
Xəstəmiz  var.  Çox  uzağa  gedə  bilmərik.  İki  otaqlı  bir  yer  olsa 
yetər! Ya da bir pansion! 
İlyas:    Nə  gözəl  ki  dildaşıq!  Məncə,  uzun  qalacaqsınızsa  otel 
axtarmayın.  Siz  ailəlisiniz.  Bacımız  da  var!  Sizə  daha  ucuz  və 
təmiz  bir  üç  otaqlı  ev  taparam.  Öz  eviniz  kimi  sərbəst  və  rahat 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə