Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə1/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
  1   2   3   4   5   6   7   8   9   ...   111
42318

Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu
Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek
Fonu tarafından tercüme edilmiş ve neşredilmiştir. Kitap ücretsizdir
Фонд поддержки политики тюркоязычных государств, г. Бишкек
Эта книга переведена и издана по заказу фонда поддержки
политики тюркоязычных государств. Книга распространяется бесплатно
Түрк тилдүү мамлекеттердин саясатын колдоо фонду, Бишкек ш.
Бул китеп Түрк тилдүү мамлекеттердин саясатын
колдоо Фондунун заказы менен которулуп басылды.
Китеп бекер таркатылат.
Türkdilli dövlətlərin siyasətinə dəstək fondu
Bu kitab Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə tərcümə 
olunub nəşr edilmişdir. Kitab pulsuz yayılır.
Kanıbəy İmanəliyev
Qırğız Respublikasının 
müstəqilliyinin 25 illiyinə 
həsr olunur
QIRĞIZISTAN
(VƏTƏN HAQQINDA SÖZ) 
1


“Qırğızlar”  (Vətən  haqqında  Söz)  kitabı  Qırğız  Respublikasının  Müstəqilliyinin  25 
illiyinə  həsr  olunur.  Qırğız  torpağının  misilsiz  gözəllikləri  təbii  sərvətləri,  ehtişamlı 
dağları, coğrafiyası ilə bahəm təsvir olunur. Kitabda qırğız xalqının tarixi genezisi və 
çoxmillətli Qırğızıstanın digər xalqları ilə birgə təkamülündən bəhs olunur.
Qədim qırğızlar milli-mənəvi dəyərlərə, ənənələrə, atalar sözlərinə, zərbül-məsəllərə və 
kəlamlara, adət-ənənələrə xüsusi əhəmiyyət verirdilər. Bu nəşrdə də bizim ənənələrimizə 
diqqət yönəldilmişdir. Həmçinin təsviri və tətbiqi incəsənət də vurğulanmışdır.
Qırğız  xaqanlığının  yaradıcıları,  tanınmış  dövlət  və  ictimai  xadimlər  xalq  arasında 
xüsusi ehtirama malikdirlər və əsərdə onlara bütöv fəsil ayrılmışdır.
Kitabın illüstrasiyalarla zəngin tərtibatı oxucunun gözü qarşısında qırğız rəngkarlığının, 
heyvanat və nəbatat aləminin, landşaftının və yer təkinin mənzərələrini açır.
“Qırğızlar” (Vətən haqqında Söz) – qırğız xalqının tarixi, mədəniyyəti, ölkənin taleyi, 
görkəmli övladları barəsində kitabdır.
Redaktor: Vəli Əkbər
Rəssam: R.A.İshaqov
Dizayner: M.Kadırov
Tərcüməçi:  Munisə Dadaş qızı
Redaktor: Vəli Əkbər
2


XALQIN SEVİMLİ 
XANƏNDƏSİ ARSTANBƏYİN 
NƏSİHƏTLƏRİ:
Səni görüm, xalqın düşmənləri üçün tatarı olasan,
Səni görüm, quraqlıqda bircə damcı su olasan,
Səni görüm, lal-karın eşidən qulağı, danışan dili olasan, 
Səni görüm, səhranın düzündə quyu olasan, 
Səni görüm, qaçağan at belində bahadır olasan,
Səni görüm, zəiflərin ürəkli havadarı olasan,
Səni görüm, dul qalmışlara, yetimlərə pasiban durasan,
Səni görüm, müstəbidlərə təhlükə olasan
Səni görüm, yalançılara cəza kəsiləsən, 
Səni görüm, oğruların qənimi düşəsən, 
Səni görüm, rifaha alicənab minnətdarlıq göstərəsən,
Səni görüm, binəsiblərə ruzi verəsən, 
Səni görüm, köməksizlərə qılınclı-qalxanlı yardımçı olasan, 
Səni görüm, sözün qısasını deyəsən, 
Səni görüm, aramla danışıb millətə vacibini söyləyəsən,
Səni görüm, adil olub işini biləsən, 
Səni görüm, tərif edənlərindən qaçasan,
Səni görüm, dəmirçinin çəkici olasan, 
Səni görüm, layiqlilərin möhkəm arxası olasan,
Səni görüm, ürkəklərə təpər verəsən,
Səni görüm, mütərəddidləri əmin edəsən,
Xalq quraqlığa düçar olsa, 
Səni görüm, göydən yağış kimi töküləsən,
Səni görüm, ahıllara rəhmdil olasan, 
Səni görüm, aca ayran süzəsən,
Səni görüm, qovğalıları barışdırasan,
Səni görüm, xalqın üçün xəzinə olasan,
Səni görüm, bayraqdar şərəfi görəsən,
Səni görüm, çağa üçün beşik olasan, 
Səni görüm, bəxtəvərlik üçün qapı olasan,
Səni görüm, torpaqsızlara sığınacaq olasan,
Səni görüm, sakit və xeyirxah olasan, 
Səni görüm, şöhrətdən çaşmayasan,
Səni görüm, daim əliaçıq olasan,
Hərgah heç nəyin yoxsa belə,
Səni görüm, şöhrətpərəstin ürəyincə olasan,
Səni görüm, tərəzinin daş-mizanı olasan,
Səni görüm, həqiqətlərin həqiqəti olasan.
Qoy mənəvi var-dövlətin tükənməsin,
Qoy sözlərin vəzndə ağır olsun,
Qoy şərəfin və ləyaqətin 
Cəmi qırğız xalqına nümunə olsun! 
3


VƏTƏN HAQQINDA SÖZ
Yeni  əsrdə  xalqımın  tarixinin  təzə  dönəmi  başladı.  Biz,  qədim 
köçəri  qırğızların  nəsilləri,  anadangəlmə  səyyahlar  daima  yolumuzun 
axtarışındayıq. Və qüdrətli xalq dastanını əsrlərdən keçirib tam, dolğun 
həcmdə ərsəyə gətirmiş şəxs də, ilk yurtanı və üçsimli qomuzu yaradan 
insan da, ilk dəfə ağ qırğız qalpağını fikirləşib taparaq tikən adam da, həm 
öz dövrünün, həm bu günün dühasıdır. Müstəqillik qazandıqdan sonra 
bizim üçün azad və bəxtiyar yaşamaq imkanını açan yeni zaman saatı 
vurmağa başladı. Fəqət dərk edilmiş keçmişsiz xoşbəxt gələcək olmur. 
Keçmişinin dərki – Vətənə sevgi etirafıdır. Həqiqi məhəbbət dağıtmır, 
həmişə yaradır.
Qırğızıstan – ölçülərinə görə kiçik ölkədir, lakin xeyirxah ideallara 
söykənən gözəl mənəvi dəyərləri ilə əzəmətlidir. Həmin ötüb keçməyən 
dəyərləri  dirçəltdikcə,  ən  yüksək  mənəviyyat  və  ruh  qüvvəsi  ilə 
silahlanaraq, xalqın qəlbini və inamını möhkəmlədərək, dinc, firavan və 
çiçəklənən Qırğızıstan qura bilərik.
Elə zaman yetişmişdir ki, keçmişin həqiqi səsini eşitməyə borcluyuq. 
Bu, gələcəyimiz naminə zəruridir. Əsil vətənpərvərlik, Vətənə məhəbbət 
hissini  izhar  etmək,  sadəcə  gələcək  haqqında  düşünmək  deyildir,  öz 
əllərimizlə  qurub  yaratmaq  vaxtı  gəlmişdir.  Qırğızların  həqiqi  tarixi 
barədə düzgün söz deməyin, xalq ənənələrinin dərin mənasını yenidən 
açmağın vaxtı çatmışdır. Xalqın ənənələri və əxlaqi qaydaları gələcəyə 
ibrət  kimi  xidmət  etmirsə,  tarix  ölüdür.  Hərgah  tarix  müasir  həyatın 
vəziyyəti və tələbatına çevrilirsə, dirilir.   
Kitabımda Vətənim, xalqım, doğma yurdum haqqında nəql etmək, 
oxucular  qarşısında  məni  həyəcanlandıran,  batinimdə  yaşayan,  məni 
insana və şəxsiyyətə çevirən barədə tövbə etmək, ən gizli düşüncələrimlə 
bölüşmək  niyyətindəyəm.  Qədim  xalqımın  Asiyanın  intəhasız 
ənginliklərindəki  böyük  tarixi  haqqında,  əcdadlarımızın  cəsurluğu  və 
qəhrəmanlığı, xalqımın mənəvi əzəməti və qüdrətli xeyirxahlığı barədə 
söyləmək  fikrindəyəm.  Dağlıq  ölkəmin  təkrarolunmaz  gözəlliyinin 
təsvirini vermək və gələcəyinin barəsində arzularla bölüşmək istəyirəm. 
Xalqım haqqında bütün gerçəkliyi danışmaq istəyirəm. Mənim tövbə-
essem məhz bundan bəhs edir.
4


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə