Türk Dünyası Araştırmaları İnstitutunun Egey Universitetinin dosenti Dr. Yüksel Sayanın «Azərbaycan əski məzar daşları üzerine bir araştırma: 2006-2007 yılı çalışmaları»



Yüklə 205,56 Kb.
Pdf görüntüsü
tarix19.07.2018
ölçüsü205,56 Kb.
#56626


«Elm və həyat».–2009.-№2.-S.26-29.

Türk Dünyası Araştırmaları İnstitutunun 

Egey Universitetinin dosenti Dr.Yüksel Sayanın 

«Azərbaycan əski məzar daşları üzerine bir araştırma: 2006-2007 - yılı çalışmaları» 

məqaləsinə AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru 

Məşədixanım Nemətin cavabı

2007-ci ilin son aylarında Türkiyədən gəlmiş tədqiqatçılar mənə zəng etdilər ki, Şirvanşahlar Sarayında və

Xaçmazda  olublar,  indi  Lənkərana  gedirlər,  qayıdandan  sonra  mənimlə  görüşəcəklərini  vəd  etdilər.  Lakin

Türkiyədən gəlmiş həmin mütəxəssislər Lənkərandan qayıdandan sonra mənimlə görüşmədilər. Türkiyə Səfirliyində

isə elə adamlardan xəbərləri olmadıqlarını söylədilər.

Nəhayət,  2007-ci  ildə  mənə  zəng  eləmiş  Türk  Dünyası  Araşdırmaları  İnstitutunun  Egey  Universitetinin

dosenti  Dr.  Yüksel  Sayan  ilə  Şəmkirdə  təşkil  olunmuş  Beynəlxalq  Konfransda  görüşdüm.  S.  Yüksel  konfransda

"Azərbaycan eski mezar taşları iizerine bir araşdırma: 2006-2007 yılı çalışmaları" mövzusunda çıxış etdi. Onun bu

tədqiqatları barədə yazdığım cavabı oxuculara təqdim edirəm.

Müəllif 2006-2007 - ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icazə verildikdən sonra

Bakı,  Şamaxı,  İsmayıllı,  Qəbələ,  Şəki,  Zaqatala,  Balakən,  Qax  və  s.  41  müxtəlif  rayonlarda  olduğunu,  məzar

daşlarının  rəsmlərini  çəkdiyini,  kitabələri  oxuduğunu,  bədii  tərtibatını tədqiq  etdiyini  iddia  edir  və  yazır:  «Geniş

anlamda  bu  eserlerin  Türk  kültürü  açısından  değcrlendirilmesi  ve  alanındakı  literatur  eksikliyinin  giderilmesi

amaclanmışdır».  Deməli,  Azərbaycanın  məzar  daşları indiyə  kimi  tədqiq  edilməmişdir.  Dr.S.Yükselin  mənim  60

illik tədqiqatlarımdan xəbəri yoxdur (1, 2, 3, 4, 5).

Dr.  S.Yüksel  rus  dilini  bilmədiyi  üçün  qeyd  olunan  əsərlərdən  istifadə  edə  bilməyib  desək,  onda

Azərbaycan dilində çap olunmuşlardan niyə istifadə etməyib (6. 7, 8, 9).

Dr. S.Yüksel tədqiqatı guya 9 bölmə üzrə aparmışdır.

I  Sənduqə  tipli  məzar  daşı.  Mərəzədən  bir  başdaşılı abidəni  qeyd  edir  və  yazır  ki,  bunlar  bölgələrə  görə

fərqlidir. Səbəbini isə aydınlaşdıra bilməmişdir.

Bakı-Abşeron, Şamaxı bədii daşyonma məktəbinin əsərləri  xanlıqlar  dövründə biri-birindən fərqlənmişdir.

Bakı-Abşeron  ustalarının düzəltdiyi  abidələrdən  həm  ölçüsünə,  həm  də  formasına  görə  fərqlənirdi.  Bakı-Abşeron

bədii  daşyonma  sənəti  məktəbinin  əsərləri  yuxarıdan  çatma  tağ  formasında  (1,  şəkil  51  A,  51  B,  52  A,  52  B),

Şamaxı ustalarının düzəltdikləri başdaşları yuxarıdan 3 pərli və hündürdür (1, şəkil 60 A, 60 B, 60 V, 61 Л, 61 B,

61 V).


II Çatma Lahit Tarzındaki Şahideli Mezarlari.

«Bu  tip  mezar  taşlarının  en  güzel  örnekleri  Bakü-Buzovna  Köyünün  eski  mezarlığında  bulunmaktadır»

(şəkil 2). Dr.S.Yüksel bu şəkildə verilən abidələrin gözəlliyini nədə görür?

Bakı-Abşeron bədii  daşyonma məktəbi  ustalarının, o  cümlədən  Seyid  Taha  Bakuinin  hazırladığı sənduqə,

başdaşı  formalı abidələr  forma,  bədii  tərtibatına  -  nəbati-həndəsi  naxışlar,  memarlıq  ünsürləri-stalaktitli  taxçalar,

sütunlar, mətn tərtibatına - Quran ayələri, hədislər, mənzum kitabələrinə görə həddən artıq orijinaldır. Bu məktəbin

əsərləri Abşeronun Bilgəh və digər kənd qəbiristanlıqlarında da var (2).

Buzovna  qəbiristanlığındakı şəhid  Məhəmməd  Zamanın  (vəf.  H.  1039  =  1629/30  il)  sənduqəsində  Seyid

Tahanın adı yazılmışdır (2, s. 77).

Bu məktəbin əsərləri Qəbələ rayonunun Həmzəli və Həzrə kənd qəbiristanlıqlarında da var (3, N: 451 – 487

A).

IV  bölümdə  (Anit  tipli  mezar  taşları)  Qax  rayonunun  İlisu  kəndində  Came  məscidinin  yanındakı  məzar



daşlarının şəklini verir və yazır: «Türk mezar kültüründe başka örneğini bilmediğimiz yeni bir mezar tipini de tesbit

etme olanağı bulduk». Lakin ərəb dilini bilmədiyi üçün bu məzarların kimlərə aid olduğunu yazmır (3, N 497-498).

Eyni formalı məzar abidələri İlisuda Tovla-Tala qəbiristanlığında da var (3, N: 522, 527, 541).

Burada dəfn olunanlar Türkiyə sultanları tərəfindən İlisu, Şəki hakimi təyin olunmuş Əli Sultan paşa  (vəf.

h. 1145  = 1732/33 il), oğlanları Xəlil Sultan paşa (vəf. h. 1150 = 1737/38 il) və Məhəmməd Sultan paşadır (vəf. h.

1171 = 1757/58 il).

Bunlar Türkiyə tərəfində, müharibədə şəhid olmuşlar.

Mən Əli Sultan paşanın Gəncə yaxınlığındakı Sıqnaqda şəhid olduğunu aydınlaşdırmışam (3, 20, 21).

Sıqnaqda Rusiya tərəfindən Türkiyəyə qarşı xalq hərəkatı başlamışdı. Əhali Türkiyə dövlət xəzinəsinə vergi

vermir  və  tabe  olmaq  istəmirdi.  Türkiyə  sultanının  əmrinə  görə  Əli  Sultan  paşa  ordu  ilə  Gəncədəki  Türkiyə

ordusuna  qoşulub,  Sıqnaqdakı  hərəkatı  yatırmalı  idi.  Məhz  onun  Sıqnaqdakı  müharibədə  şəhid  olduğunu  tarixi

sənədlərə əsasən dəqiqləşdirmişəm (3, 20, 21; 21, 1184, 1185).

Lakin  oğlanlarının  hansı  müharibədə  şəhid  olduqlarını  aydınlaşdıra  bilməmişəm.  Onlar  da  paşa  titulu

daşımış və Türkiyə tərəfində olmuşlar.

Dr.  Yüksel  Sayan  yaxşı  olardı ki,  Türkiyə  arxivlərində  onların  hansı müharibədə  şəhid  olduğunu  tədqiq



edib, bir nəticəyə gələydi.

Əli Sultan paşanın üçüncü oğlu Əhməd xan isə İrana meyl etmiş  və Nadir şahın qardaşı oğlu İbrahim xan

tərəfindən İlisu hakimi təyin olunmuşdur (3, s. 22).

Azərbaycan-Türkiyə  siyasi  münasibətlərinə  dair  maraqlı  məzar  daşları  da  əhəmiyyət  kəsb  edir.  Sayın

Yüksel cənabları əgər belə məzar daşları olan bölgələrdə olubsa, bəs niyə bu abidələri nəzərdən qaçırıb?

1801-ci  ildən  Çar  Rusiyası Azərbaycanı işğal  edəndən  sonra  sünniləri  şiələrə  qarşı  qoymaqla,  onun  ağır

müstəmləkəçilik  siyasətinə  qarşı  gedən  xalq  azadlıq  hərəkatını  zəiflətməyə  çalışırdı.  Türkiyə  bunun  qarşısını

almaqdan ötrü sünni cəmiyyəti  olan Nəqşibəndiyyənin Ələviyyə qolunu yaradıb, sünni və  şiələri  eyni  cəmiyyətdə

birləşdirmişdi.

Bu cəmiyyətin əsasını Şəkinin Bakkal kəndinə Türkiyədən gəlmiş Şeyx Mahmud Əfəndi qoymuşdur. Onun

müridləri  -  Şəkinin  Baş  Laysk  kəndində  Şeyx  Nurullah,  Balakənin  Katex  kəndində  Şeyx  Oruc  Əfəndi  fəaliyyət

göstərmişdir (3, 35, 40 - N 841, 41 – 42 N - 596, 668).

Nəqşibəndiyyənin Ələviyyə qolunu Bosniyada Türkiyədən gəlmiş Şeyx Hüseyn Əfəndi yaratmışdı (23, 196;

3,41;  21,  1188-1192).  Azərbaycanda  Nəqşibəndiyyənin  əsasında  yaranmış  müridizm  hərəkatına  Mövlana  Xalid

Bağdadinin davamçısı Şeyx İsmayıl Siracəddin Şirvani rəhbərlik etmişdir. Onun xanəgahı Kürdəmirdə idi.

1828-ci ildə Rusiya ilə İran arasında bağlanan Türkmənçay müqaviləsindən sonra Şeyx İsmayıl Siracəddin

Şirvani Türkiyədən Aksikaya, sonra Amasiyaya gedir və orada 1847-ci ildə vəfat edir. Türbəsi Amasiyadadır (22,

348, 349).

Bakı-Şamaxı yolunun  yüz  kilometrliyində  Acıdərə  çayının  kənarında,  təpənin  üstündə,  üzərində  sənduqə

formalı qəbir daşı qoyulmuş  (1,25 x 0,55 x 0,37 m), Azərbaycanda 1918-ci il mart  qırğınları zamanı şəhid  olmuş

türk zabitinin məzarı vardır. Məzar üzərindəki kitabədə deyilir:

"Bir Türk oğlu qəhrəmanındır bu məzar

Gör necə yer ilə yeksan eyləmişdir xakzar

Qafqaz islamı yolunda eyləyib zinhar canın

Ərseyi hərb icrə bir Aslanındır bu məzar.

Bu  qəbir  Osmanlı  alayı  qoşunlarından  olan  zabitindir.  Qafqaza  gəldi,  müharibə  etdi  və  şəhid  oldu"  (9,

83-84, şək. 50; 24, 16-17).

Şəhid olmuş digər türk əsgərinin məzarı Ordubad rayonunun Dırnıs kənd qəbiristanlığındadır. Onun mozar

daşı  üzərində  yeni  qranit  abidə  qoyulmuş,  kiril  əlifbası  ilə  "Həsən  Bəşir,  Türk  oğlu  1880-1918  yadigar"  sözləri

yazılmışdır (9, 84-85). I məzar daşında şəhidin adı yazılmamışdır.

Sayın Yüksel yaxşı olardı ki, bunu Türkiyənin tarix arxivlərində axtaraydı.

V  bölüm  «Şehidesi  (başdaşı)  Qapı  Yönlü  Mezarlar  küçük  divarlar  içerisine  yerleştirilmiş  oldukları

görülmektedir». Bunu bir binanın giriş qapısına bənzədir, yazır: «Bazi mezar taşlarının üzerinde - Kabir bir kapıdır,

her kes ondan keçecektir - anlamında hadisin yazıldığı görülmekle ve kabirin kapısı olarak da şahideler (başdaşılar)

bu şekilde yapılmaktadır.  Anсак burada kapı açıklığı bulunmamakta, böylece kapıdan bedenin değil. ancak ruhun

geçe bileceği ifade edilmektedir».

Əvvəla, «Ölüm elə bir kasadır, hamı ondan içməlidir. Qəbir elə bir qapıdır, hamı ondan keçməlidir» sözləri

bəzi tədqiqatçılar tərəfindən səhv olaraq, hədis kimi qəbul olunmuşdur.

Bu,  şair  ərəb  Əbül  Ətahinindir  (VIII-TX  əsrlər).  Saray  şairi  Ətahi  öz  azadixah  şeir  və  mahnıları ilə  xalq

arasında şöhrət qazanmışdı (10, s. 29, 30).

V.A.Kraçkovskayanın fikrincə, həmin şeir sonrakı dövrlərdə Bağdaddan İrana, Reyə, daha sonra Səlcuqilər

zamanında Kiçik Asiyaya keçmiş və oradan da Şimali-Şərqə və Şimali-Qərbə yayılmışdır (11. s. 48).

Azərbaycan bədii daşyonma ustalarının yaradıcılığında da şair Əbül-Ətahinin təsiri hiss olunmaqdadır(12,

s. 113-115).

İkincisi, Azərbaycanın şimal-qərb rayonlarında inşaat materialı çaylaq daşı olduğu üçün, ona forma vermək

mümkün deyildi. Ona görə də o başdaşları taxçaların içərisinə qoyulurdu.

Dr. S.Yüksel Azərbaycanda bədii daşyonma məktəblərindən xəbərsiz olduğu üçün belə səhvə yol vermişdir.

VII  bölmədə  at  və  qoç  heykəlli  məzar  daşlarından  söhbət  gedir.  Azərbaycanda  at  və  qoç  heykəlli  məzar

daşları  çoxdur.  Bu  barədə  Azərbaycan  alimləri  tərəfindən  kifayət  qədər  tədqiqat  aparılmış  və  qiymətli  əsərlər

yazılmışdır (1; 13; 20).

İsa Əzimbəyov tərəfindən 77, Fəxrəddin Səfərli tərəfindən 150 at, qoç heykəlli abidələr ancaq Naxçıvanda

aşkar edilmişdir (14; 15).

Azərbaycanın epiqrafik abidələri, o cümlədən məzar daşlarına əsasən Azərbaycanda bədii daşyonma sənəti

məktəbləri, bu məktəblərin əsasını qoymuş usta həkkak, xəttatların və onların davamçılarının adları, fəaliyyətlərinin

xronoloji çərçivəsi, əsərlərinin yayıldığı sahələr müəyyənləşdirilmişdir (1; 2; 3, 4; 5; 8 və s).

«Azərbaycanın epiqrafik abidələri toplusu»nun (rus dilində) II cildində Şəki-Zaqatala bölgəsində bizə qədər

elm aləminə məlum olan 8 nəfər usta həkkak, xəttat, memarın siyahısına 147 nəfər əlavə olunmuşdur. Bakı-Abşeron

üzrə 105 nəfərin adı, digər bölgələr üzrə də belə əlavələr olunmuşdur.




Çaylaq  daşı  üzərində  həkketmə  çox  çətin  olmasına  baxmayaraq,  şimal-qərb  bölgəsinin  ustaları

əvəzolunmaz. gözəl sənət əsərləri yaratmışlar (3, səh. 325, şəkil 713, 714, 717).

Dr. S.Yükselin bu abidələrdən xəbəri yoxdur. Ona görə də onun bəhs etdiyi məzar daşları Azərbaycan bədii

daşyonma əsərləri üçün nümunə ola bilməz.

VIII bölmədə Bakıda İçərişəhərdəki müxtəlif formalı kitabədən bəhs edir. Bu, nə deməkdir?

IX  bölmədə  «Cami  formalı  Mezar  taşlarından»  bəhs  edərkən  müəllif  «Məscid  formalı  kitabə»  deyə

Maştağanın Seyidlər kəndindəki məscidin fotosunu vermişdir.

Dr. S.Yüksel bu fotonu verməklə, Azərbaycanda üzərində Came təsviri olan başdaşılarının olmasını sübut

etməyə çalışmışdır.

Üzərində Came təsviri olan məzar daşları Batu Anadolu bölgəsində də vardır. Bu barədə Gül Tunc-el ətraflı

tədqiqat  aparmış  və  əsər  çap  etdirmişdir.  Onun  oxuculara  təqdim  etdiyi  əsərdəki  bütün  başdaşılarının  yuxarı

hissəsində came (məscid) təsvirləri vardır (16).

Azərbaycanda isə belə abidələr yoxdur. Belə uydurmalara yol vermək olmaz!

«Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu (TÜBİTAK) tarafından desteklenen bu projemiz 2006

yazında  hayata  geçirilmiştir»  deyən  müəllif  Azərbaycanda  Türk  mədəniyyətinin  bir  hissəsi  olan  məzar  daşlarını

tədqiq  edib  «önemli  eserlerin  ayrıntılı  biçimde  incelenerek,  bunların  bilimsel  yollarına  bölgelendirilmesi  ve

tanıtılması... ve alanındakı literatur eksikliyinin giderilmesi amaclandırılmıştır», - deyir.

Müəllifə  görə,  demək Azərbaycanda  indiyə  kimi  məzar  daşları tədqiq  edilməmiş  və  o,  Azərbaycan  məzar

daşlarını Türk mədəniyyətinin bir hissəsi kimi oxuculara təqdim etməkdədir.

Əvvəla, Türk mədəniyyəti dedikdə, müəllifin nəyi nəzərdə tutması aydın deyil.

Türkiyə ərazisində olan məzar daşları forma və bədii tərtibatına görə nəinki Azərbaycan məzar daşlarından

fərqlənir, eləcə də Türkiyənin ərazisindəki məzar daşları biri-birindən fərqlənir. Çünki  hər  bölgənin  özünəməxsus

bədii  daşyonma  məktəbləri  olmuşdur.  Azərbaycan  ərazisindəki  bədii  daşyonma  məktəblərinin  əsərləri  də

biri-birindən əsaslı surətdə fərqlidir. Gül  Tuncelin  (16)  və  prof.  Dr.Beyhan  Karamağarlının (17)  əsərlərində  bunu

aydın görmək olur.

Türkiyədə  məzar  daşlarına  (16,  17)  və  memarlıq  abidələrinin  (18.  19)  tədqiqinə  ауrı-ауrı  əsərlər  həsr

olunmuşdur.

Mən  məzar  daşlarının  ayrıca  tədqiqinə  həsr  etdiyim  əsərimdə  (1)  ümumiyyətlə,  həm  memarlıq  abidələri

üzərindəki inşaat kitabələrini, həm də məzar daşları üzərindəki kitabələri - epitafiyaları nəzərdə tutaraq birlikdə çap

etdirmişəm (2, - 3;  4; 5, 6; 7; 8, -9).

Dr.S.Yüksel isə ərəb, fars və rus dillərini bilmədiyi üçün mənim 60 illik ömrümü sərf edib Azərbaycanın,

həm də tarixi ərazisindəki abidələri tədqiq edərək, çap etdirdiyim əsərlərimdən heç istifadə etməmişdir.

Elmdə belə səhvlərə, biganəliyə yol vermək olmaz!

Dr. S.Yükselə yazdığı həmin əsəri bizə göstərməsini təklif etsək də o, buna razılıq vermədi. Ona görə də bu

cavabı onun işlədiyi «Egey Ünivesitesi Türk Dünyası Araştırmaları Enstitütü»nə (İzmir-Türkiyə) göndərməyi lazım

bildim.


Mən Azərbaycan Mədəniyyət  və Turizm Nazirliyinə də bu barədə məlumat  vermişəm. Onlar  qeyd  olunan

İnstitutla  əlaqə  saxlayıb,  Dr.S.Yükselin  kitabının  Azərbaycan  Milli  Elmlər  Akademiyasına  göndərilməsini  tələb

edəcəklər.

Ədəbiyyat:

1. М.С.Нейматова. Мемориальные памятники Азербайджана. Б, 1981.

2.

 М.С.Неймат.



 Kopnyc

 эпиграфических

 памятников

 Азербайджана,

 том

 I.


(арабо-персо-тюркоязычные надписи Баку-Абшерона Х1-начало XX века), Баку, «Элм», 1991.

3.  М.С.Неймат.  КЭПА  том  II  (арабо-персо-тюркоязычные  надписи  Шеки-Закатальской  зоны  XIV

-начало XX века), XXI YNE, Баку 2001.

4.  Мешадиханум  Неймат, КЭПА, том  III  (Арабо-персо-тюркоязычные  надписи  Нахичеванской  АР,

XII - начало XX века) XXI YNE, Баку 2001.

5.  М.С.Неймат.  КЭПА,  том  IV.  (арабо-персо-тюркоязычные  надписи  Куба-Хачмазской  зоны  и

Южного Дагестана (VHI - начало XX вв.), Баку «Нурлан», 2008.

6. M.S.Nemətova. Şirvanın XIV-XVI əsrlər tarixinin öyrənilməsinə dair (epiqrafik abidələr əsasında). Bakı,

1959.

7. M.S.Nemətova. Azərbaycanın epiqrafik abidələri (XVII-XVIII əsrlər). Bakı, 1963.



8. M.S.Nemətova. Əsrlərin daş yaddaşı. Bakı, 1987.

9. Məşədixanım Nemət. Azərbaycanda pirlər (sosial-ideoloji, iqtisadi-siyasi mərkəzlər). Bakı, 1992.

10. Академ. И.Ю.Крачковский. Поэтическое творчество Абу-л-Атахин, Избр. Сочинения том II, М-Л,

1953.


11. В.А.Крачковская. Новая арабская надпись из Молдавской ССР, «Эпиграфика Востока», том XIII,

М-Л, 1960.




12.  M.S.Nemotova.  Həzrə  abidələrinin  kitabələri  (XVI  əsr),  Az.SSR  Tarix  İnstitutunun  əsərləri,  XVI  c.,

Bakı, 1963.

13. Расим Эфенди. Каменная пластика Азербайджана, Баку, 1986.

14.  И.Азимбсков.  Мусулманские  надписи  Тифлиса,  Еревани  и  Нахичевань  АР  ССР,  Изв.

«Азкомстариса» вып. IV, Баку, 1929.

15. Fəxrəddin Səfərli. Naxçıvanın ərəb-farsdilli kitabələri (XVI-XIX əsrlər) tarix-mədəniyyət abidəsi kimi.

Bakı, 1987, AMEA Tarix İnstitutunun elmi arxivi, inv. N 8383.

16. Gül Tuncel. Batu Anadolu bölgesinde Cami tesvirli mezar taşları. Ankara, 1949.

17. Веуһаn Karamağaralı. Ahlat mezar taşları. Ankara, 1992.

18. Bıırsa. T.C.Kültür Bakanlığı. Ankara, 1996.

19. Yrd.Doç.Dr.Mehmet Top. Hoşaptaki Mahmudi beylerine ait mimari eserleri. Ankara, 1998.

20. Rasim Əfəndi. Azərbaycan dekorativ-tətbiqi sənətləri. Bakı, 1976.

21.  Meşedi  Hanim  Nimet.  Azerbaycanda  17.  yüzyıl  sonrası  ve  20.  yüzyıl  öncesinde  Nakşibendiyye

cemiyyetleri merkezleri. Atatürk Kültür Merkezleri Erdem, Özel sayısı - III, Ankara, Ocak 1997.

22. Evliyalar Ansiklopedisi, c.7, İstanbul, 1992.

23. Hamid Algar. Some notes on the Nagshibandi tarigat in Bosnia "Die Welt des İslamis", XIII, 1972.

24. Prof. Dr. Meşhedihanim Nemet.  Şehid  Türk  zabitinin  mezari  Ziyaretgahdır.  Mina,  Nisan  1992,  Yil;  4

sayı: 29.



Yüklə 205,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə