Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə1/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
  1   2   3   4   5   6   7   8   9   ...   78



 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
FOLKLOR İNSTİTUTU 
______________________________________________ 
 
 
 
 
 
 
 
 
 
TÜRK FOLKLORU  
DÜNYA ALİMLƏRİNİN 
GÖZÜ İLƏ 
 
 

 
 
 
 
 
 
 
 
 
BAKI – 2016
 
 



 
 
 
Tərcümə edəni 
və şərhlərin müəllifi:         Qumru ŞƏHRİYAR 
 
Elmi redaktoru:  
       Nigar HƏSƏNOVA 
               filologiya üzrə fəlsəfə doktoru
 
 
 
 
 
 
 
 
 
Türk folkloru dünya alimlərinin gözü ilə. Bakı, Elm və 
təhsil, 2016, 242 səh. 
 
Kitabda  dünya  alimlərinin  türk  folkloru,  əsasən,  “Kitabi-Dədə 
Qorqud”la bağlı məqalələri yer almışdır.  
Əsər  türk  folkloru  sahəsində  tədqiqat  aparan  araşdırıcılar  üçün 
nəzərdə tutulmuşdur. 
 
İSBN: 9-789952-810844 
 
folklorinstitutu.com 
 
T
  3202050000  
Qrifli nəşr
 
     098 – 2016 
 
© Folklor İnstitutu, 2016 
© Qumru Şəhriyar, 2016 



 
DÜNYA ƏDƏBIYYATINDA TÜRK 
FOLKLORŞÜNASLIĞI 
 
Folklorşünaslıq  elə  bir  elm  sahəsidir  ki,  orada  bütün  xalq-
ların  mədəniyyəti,  etnoqrafiyası,  milli  dəyərləri  öz  əksini  tapır. 
Folklorşünaslığa,  dastanşünaslığa,  şifahi  xalq  ədəbiyyatının  di-
gər janrlarına cild-cild əsərlər həsr olunsa da, yenə də bu sahədə 
tədqiqatlar davam edir, bütün dünya alimləri öz folklorunu, mi-
fologiyasını tədqiq edərkən digər ədəbiyatların onlara təsirini də 
araşdırırlar.  
Bütün dünya  xalqlarının  elmi araşdırmaları arasında türko-
logiya xüsusi yer tutur. Hələ qədim dövrlərdən indiyə qədər in-
gilis, alman, fransız, macar, yəhudi və s. mənşəli türkoloqlar ye-
tişib, ömürlərini məhz türk mədəniyyətinin, etnoqrafiyasının öy-
rənilməsinə  həsr  ediblər.  Məsələn,  yəhudi  əsilli  macar  türkoloq 
İqnats Kunoş (1860-1945) türk xalqlarının etnoqrafiyasını, folk-
lorunu  öyrənmək  məqsədilə  onların  yaşadığı  bölgələri  gəmi  ilə 
səyahət etdiyi  zaman pulu olmadığından  həftələrlə  gəminin  gö-
yərtəsində, döşəmədə  yatmağa razı olub. Yaxud  onun  müəllimi 
yəhudi əsilli macar türkoloq və diplomat Armin Vamberi (1832-
1913)  dərviş  libası  geyinərək  müsəlman  kimi  özünü  qələmə 
vermiş, illərlə türklərin arasında yaşamışdır. Və ya italyan türko-
loq  və  dilçi  Ettori  Rossi  (1894-1955)  Birinci  Dünya  müha-
ribəsində iştirak edtiyi illərdə türklərdən folklor nümunələri top-
layırmış.  Macar  türkoloq  Laszlo  Rasoni  (1899-1984) türk  dün-
yasının  tarixini,  etnoqrafiyasını  o  qədər  dərindən  bilirdi  ki,  o, 
Atatürkün şəxsi dəvəti ilə Türkiyədə dərs demişdir və hətta alim 
orada  macarşünaslığın  banisi  hesab  olunur.  Polşa-Belarusiya 
şairi, şərqşünas və diplomat Aleksandr Xodzkonun (1804-1891) 
«Koroğlu» dastanını bütün dünyaya tanıtmağı məlumdur. Alma-
niya  diplomatı  və  şərqşünas  H.F.F.Ditsin  (1751-1817)  «Təpə-
göz»lə  bağlı  araşdırmaları  da  o  cümlədən.  Bütün  bunlar  onu 
göstərir ki, türk xalqına məxsus şifahi xalq ədəbiyyatının sərhəd-
ləri hüdudsuzdur. 



 
Bütün  dünya  alimlərinin  diqqətini  türkologiyaya,  türk  mə-
dəniyyətinə, etnoqrafiyasına və folkloruna yönəldən «Kitabi-Də-
də Qorqud» dastanı Azərbaycanda nə qədər tədqiqata cəlb olun-
sa da, yenə də dünya ədəbiyyatında bu mövzuda yazılanların sa-
yından azdır.  
H.F.F.Ditsin  «Təpəgöz»ü elm aləminə  tanıtmasından  sonra 
bu  boy  üzərində  dünya  ədəbiyyatında  onlarla  tədqiqat  işi  mey-
dana çıxdı. Elə F.Ditsin özünün də bu boyun təhlilinə həsr etdiyi 
yazıları  az  deyil.  Qeyd  edək  ki,  F.Dits  Təpəgözün  Homerin 
«Odisseya»sındakı  Polifemdən  daha  qədim  olduğunu  söyləyir. 
Ə.Sultanlı (1906-1960) «Dədə Qorqud»u qədim  yunan eposları 
«İlliada» və «Odisseya» ilə paralellərinin 7 ümumbəşəri motivə 
(«ata ilə oğulun vuruşu», «qardaş ilə qardaşın üz-üzə gəlməsi», 
«ər  öz  nişanlısının  toyunda»,  «qəhrəmanın  Təpəgözlə  vuruşu», 
«oğula  ana  haqqında  şər  atmaq»,  «ölməli  olan  ərin  ata-anaya 
müraciəti,  rədd  cavabı  alması,  arvadı  əri  üçün  ölümə  gedir», 
«qəhrəmana fövqəladə güc aşılamaq») əsaslandığını xüsusi vur-
ğulamışdır
1
.  
Bir  qədər  sonra  isə  E.Rossinin  Vatikan  kitabxanasında  aş-
karladığı F.Ditsdən bir az fərqli, amma yeni variantı dünya alim-
lərinin  bu  dastana  olan  marağını  bir  az  daha  artırdı.  Tələbəsi 
İ.Kunoşa  «türklərin  «Molla  Nəsrəddinin  lətifələri»ndən  başqa 
folklor nümunələri  yoxdur» deyən A.Vamberi  belə  türk xalqla-
rının bu cür zəngin mədəni abidəsi qarşısında aciz qaldı. 
«Dədə Qorqud» abidəsindəki  bir  sıra  motivlər dünya  xalq-
larının qədim və möhtəşəm dastanları ilə səsləşir, hətta türk dün-
yasının  zəngin,  çoxşaxəli  tarixi  və  mədəni  ənənələrini  özündə 
əks etdirən qədim və orta əsrlərdə yaranmış yazılı dastanlarla da 
maraqlı  və  nəzərə  çarpacaq qədər oxşar, paralel  məqamlar  var-
dır. Belə ənənəvi oxşarlıqlara «Bilqamıs», «Nart», «Mahabhara-
ta»,  «Şahnamə»,  Füzulinin  və  Nizaminin  poemalarında,  «Əh-
                                                
1
  Bax:  Sultanlı  Ə.  «Kitabi-Dədə  Qorqud»  və  qədim  yunan  dastanları. 
Bakı, Elm, 1999, s. 41; İsmayılova Y. «Dədə Qorqud kitabı» və müasir Azər-
baycan ədəbi düşüncəsi. Bakı, Elm, 2011, s.36 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə