Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
  1   2   3   4   5   6   7   8   9   ...   97



 
AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI 
FOLKLOR ĠNSTĠTUTU 
___________________________________________ 
 
BƏXTĠYAR TUNCAY 
 
 
 
 
 
 
 
 
 
 
ETNOQONĠK 
MĠFLƏR 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2013  



 
 
 
 
 
 
 
Redaktoru:  
 
Seyfəddin RZASOY 
filologiya üzrə elmlər doktoru 
 
 
 
 
 
 
 
 
 
Bəxtiyar  Tuncay.  Etnoqonik  miflər  (ümumtürk  mate-
rialları əsasında). Bakı, ―Nurlan‖, 2013, 308 səh. 
 
 
 
folklorinstitutu.com
 
 
 
A
 
4603000000 
Qrifli nəşr
  
              N-098-2013  
 
 
 
© Folklor İnstitutu, 2013. 



 
 
GĠRĠġ 
 
Zəngin  türk  folklorunun  ayrılmaz  tərkib  hissəsi  olan  mif, 
rəvayət və əfsanələr, eləcə də qəhrəmanlıq eposları ayrı-ayrı türk 
soy,  boy  və  xalqlarının  etnogenezinin  və  etnomədəni  əlaqələri-
nin  öyrənilməsi  baxımından  son  dərəcə  böyük  önəm  daşımaq-
dadır. Bu və ya digər türk xalqının özünün etnik mənşəyi, ilkin 
ata yurdu, ata yurdunu tərk edərək müəyyən bir etnik-tarixi əra-
zidə  məskunlaşması  və  fəaliyyəti  barədə  nəsillərdən-nəsillərə 
ötürülərək  əfsanələşən  və  zamanla  mifik  çalarlar  qazanan  etnik 
yaddaşı  məhz  bu  rəvayət  və  eposlarda  əbədiləşdirilmişdir.  Hə-
min  folklor  nümunələrində  söylənilənlərin  müxtəlif  tarixi  mən-
bələrdə əksini tapmış bilgilərilə, arxeoloji qazıntılar zamanı əldə 
edilmiş  materiallarla,  eləcə  də  dil  materialı  ilə  tutuşdurulması 
bəzən inanılmaz nəticələrə gətirib çıxara bilir. 
―Mif və tarix bir araya gətirilə bilərmi?‖ sualına cavab axta-
ran R. Qafarov bildirir ki, mifin müasir müəyyənləşməsi, anlam 
dairəsi  o  qədər  genişdir  ki,  izahını  başa  çatdırmaq,  cəmiyyətin 
formalaşmasındakı  və  inkişafındakı  rolunu  dəqiq  üzə  çıxarmaq 
üçün hələ də axtarışlar aparılır. Eləcə də tarix geniş və dar mə-
nada  götürülür.  Əslində  bütün  yaranışların  doğulma,  meydana 
gəlmə tarixi var: 
“Məsələni başqa şəkildə qoyaq: mif hər hansı bir formada 
tarixdirmi? Aristotel Herodotu tarixçi deyil, mifoloq kimi təq-
dim edirdi.  Qədim yunanların qənaətində mif dünya tarixinin 
başlanğıcını özündə əks etdirən ən dolğun mənbə sayılırdı. Bu 
günədək tarixçilər Troya müharibəsi haqqında həqiqətləri öy-
rənmək üçün antik miflərə (yeganə mötəbər mənbə kimi) mü-
raciət edirlər. Sonralar dənizin dərinliklərində aparılan arxeo-
loji axtarışların nəticəsində miflərdə göstərilən şəhər, saray və 
qalaların  qalıqları  üzə  çıxdı,  mifoloji  təsvirlərin  çoxunun 
gerçəkliyi təsdiqləndi” (Qafarov, 2010, s. 14). 
 



 
Şlimanın ―İlliada‖da əks olunan mifik süjetlərdən çıxış edə-
rək  qədim  Troyanın  yerini  müəyyənləşdirməsi  və  bununla  da 
Homerin qələmə aldığı hadisələrin kökündə real tarixi hadisələ-
rin  durduğunu  sübut  etməsindən  sonra  etnogenezlə  bağlı  rəva-
yətlərə münasibət əsaslı surətdə dəyişmişdir. Son illərdə Avropa 
və  Rusiyada  folklor  nümunələrinin  digər  elm  sahələrinin  mate-
rialı ilə əlaqəli şəkildə geniş təhlili istiqamətində aparılan işlərin 
müsbət nəticələri də bu istiqamətin perspektivli olduğunu sübut 
etməkdədir. Odur ki, sözügedən metodun türk miflərinə tətbiqi-
nin  də  faydalı ola biləcəyi, maraqlı nəticələrə  gətirib  çıxaracağı 
heç  bir  şübhə  oyatmır.  A.Nəbiyev  haqlı  olaraq  yazır  ki,  dünya 
haqqında mif modeli müxtəlif xalqların erkən düşüncəsində özü-
nəməxsusluqlarla şərtlənsə də, onun bədii təfəkkür üçün ümumi 
olan cəhətləri və xüsusiyyətləri də vardır:  
“Erkən  mədəniyyətlərin  müxtəlif  etnik-mədəni  sistemlə-
rini bərpa etmək, hər bir xalqın ümumdünya mədəniyyətindəki 
yerini  və  onun  yaranmasındakı  rolunu  müəyyənləşdirmək, 
tarix  səhifəsində  hər  bir  xalqın  yaradıcılıq  ənənələrinin  meyl 
və istiqamətlərini öyrənmək üçün ən mötəbər mənbələrdəndir” 
(Nəbiyev, 2002, s. 139). 
Etnogenezlə  bağlı  mifik  süjet  və  motivlər  kosmogenez  və 
antropogenezlə bağlı süjet və motivlərə nisbətən çox-çox sonra-
kı dövrləri əks etdirir. Elə bu səbəbdən də bu süjet və motivlərin 
əsasında  duran  hadisələrin  reallığa  daha  yaxın  olduğunu  söylə-
mək olar. Fakt budur ki, öncə dünya yaranmış, daha sonra insan-
lar peyda olmuş, yalnız bundan sonra ayrı-ayrı etnos və xalqlar 
təşəkkül tapmışlar.  
S.A.Tokarev bildirir ki, hazırda etnogenez məsələləri müxtə-
lif elm sahələri ilə məşğul olan geniş mütəxəssis qruplarının diq-
qətini daha çox cəlb etməkdədir və bu məsələləri yalnız və yalnız 
müxtəlif elmlərin birgə səyləri ilə həll etmək mümkündür. Lakin 
etnogenetik  proses  o  qədər  mürəkkəb  bir  prosesdir  ki,  bir  sıra 
hallarda  elm,  alimlərin  səylərinə  baxmayaraq,  onun  üzərindəki 
sirr pərdəsini qaldırmaqda aciz qalır. (Токарев, 1949). Alimin bu 
fikrinə  Q.F.Debets,  V.Q.Levin,  T.A.Trofimov,  V.V.Qinzburq  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə