TürkdiLLİ ÖLKƏLƏRİn parlament assambleyasinin beynəlxalq müŞAHİDƏÇİLƏr miSSİyasi qazaxıstan Respublikası Parlament Məclisinə erkən və maslixatlara keçirilən seçkilər



Yüklə 15,04 Kb.
Pdf görüntüsü
tarix05.02.2018
ölçüsü15,04 Kb.
#24523


TÜRKDİLLİ ÖLKƏLƏRİN PARLAMENT ASSAMBLEYASININ 

BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏR MİSSİYASI 

Qazaxıstan Respublikası Parlament Məclisinə erkən və maslixatlara keçirilən 

seçkilər  

20 mart, 2016-cı il 

RƏY 

TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası 20 mart, 2016-cı il tarixində Qazaxıstan 

Respublikası Parlament Məclisinə erkən və maslixatlara (yerli seçkili orqanlar) keçirilən 

seçkilərin qısamüddətli müşahidəsini həyata keçirmişdir.  

Bu  seçkilər  üçün  müvafiq  qanunvericilik  bazası  “Qazaxıstan  Respublikasında  Seçkilər 

haqqında”  konstitusiya  qanunudur.  (1995-ci  il,  03.02.2011  tarixində  qanuna  düzəlişlər 

edilmişdir, №404-IV). 

TÜRKPA 


müşahidəçilər 

missiyasının 

tərkibinə 

TÜRKPA 


Katibliyinin 

nümayəndələrinin müşayiəti ilə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili 

Nizami  Cəfərov,  Türkiyə  Böyük  Millət  Məclisinin  millət  vəkili,  TÜRKPA  Hüquq 

Məsələləri  və  Beynəlxalq  Əlaqələr  Komissiyasının  və  Türkiyə-Qazaxıstan  Parlament 

Dostluq  Qrupunun  sədri  Haluk  İpek  və  Türkiyə  Böyük  Millət  Məclisinin  millət  vəkili 

Erkan Aydın daxil olmuşdur.  

Səfər çərçivəsində Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri cənab 

K.  Turgankulov,  Qazaxıstan  Respublikası  Parlament  Senatının  sədr  müavini  cənab  A. 

Beisenbayev,  eləcə  də  Nur  Otan  Partiyasının  qərargahında  və  digər  siyasi  partiyaların 

nümayəndələri  ilə  gorüşlər  keçirilmişdir.  Həmin  görüşlər  ərzində  seçkilərə  hazırlıq  və 

seçki prosesinin təkmilləşdirilməsi barədə müşahidəçilərə ətraflı məlumat verilmişdir.   

Qazaxıstanda beynəlxalq seçki müşahidəsinin həyata keçiriməsi üçün zəruri hüquqi və 

təşkilati-texniki  şərait  yaradılmışdır.  Xarici  müşahidəçilərin  seçki  dövründə 

mövcudluğunun  təmin  edilməsi  ictimai  və  qərəzsiz  şəkildə  beynəlxalq  müşahidəsinin 

aparılmasına imkan yaradır.  

TÜRKPA  müşahidəçiləri  mandatları  üzrə  seçki  məntəqələrini  ziyarət  etmiş,  hazırlıq 

prosesini qiymətləndirmiş, seçki kompaniyasını maneəsiz müşahidə etmək imkanı əldə 

etmiş,  həmçinin  seçicilər,  seçki  məntəqələri  və  Mərkəzi  Seçki  Komissiyasının 

nümayəndələri  ilə  söhbət  etmişdir.  “Qazaxıstan  Respublikasında  seçkilər  haqqında” 

konstitusiya qanununa uyğun olaraq seçkiqabağı kampaniyanın aparılması üçün bərabər 

imkanlar yaradılmışdır. 



Seçki  günü,  20  mart  2016-cı  il  tarixində  seçki  məntəqələri  7:00-dan  20:00-dək  açıq 

olmuşdur.  TÜRKPA  müşahidəçiləri  90,  92,  96,  264,  265,  266  nömrəli  seçki 

məntəqələrini  ziyarət  etmiş  və  83  nömrəli  seçki  məntəqəsində  səslərin  sayılmasına 

şahidlik etmişdir.   

Müşahidəçilər  Beynəlxalq  Millətlər  Təşkilatı  tərəfindən  2005-ci  ildə  qəbul  edilmiş 

“Beynəlxalq    Müşahidəçilərin  Davranışı”  Məcəlləsində,

  Avropa  Şurası  Venesiya 

Komissiyasının  tövsiyələri  və 

digər  beynəlxalq-hüquqi  aktlarda  təsbit  olunmuş 

obyektivlik, ədalət, şəffaflıq və qərəzsizlik prinsiplərinə əməl etmişdir. 

Müşahidə  zamanı  inzibati  və  hüquq-mühafizə  orqanları  tərəfindən  seçki  prosesinə 

müdaxilə  edilməmişdir.  Exit  poll-un  həyata  keçirilməsi  üçün  bütün  zəruri  şərait 

yaradılmışdır. 

 

Mərkəzi  Seçki  Komissiyasının  ilkin  məlumatına  əsasən,  seçici  fəallığı  77,1%  təşkil 



etmişdir. Exit Pollara əsasən, Nur Otan Partiyası səslərin 82%-ni toplamış, Qazaxıstan 

Xalq Kommunist Partiyası və Ak Jol Partiyası 7% seçki limitini keçmiş və parlamentdə 

yer əldə etmişdir. 

 

TÜRKPA müşahidəçiləri Qazaxıstan Respublikasının qanunvericiliyinə, eyni zamanda 



neytrallıq və qərəzsizlik prinsiplərinə əsasən fəaliyyət göstərmişdir. 

TÜRKPA  müşahidəçiləri  müəyyən  texniki  çatışmazlıqlar  istisna  olmaqla,  Qazaxıstan 

Respublikasında  erkən  parlament  və  yerli  seçkili  orqanlara  keçirilən  seçkilərin 

demokratik  şəraitdə,  Qazaxıstanın  milli  qanunvericiliyinə  və  beynəlxalq  seçki 

standartlarına uyğun keçirildiyi qənaətinə gəlmişdir.  Müəyyən texniki qüsurlar ümumi 

seçki prosesinə əhəmiyyətli təsir göstərə bilməz. 

 

 

 



 

 

 



 

 

 



 

Yüklə 15,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə