Türkün İlk Ruhaniyyat Ocağı Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/30
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48355
  1   2   3   4   5   6   7   8   9   ...   30



 
Türkün İlk Ruhaniyyat Ocağı 
Asif Atanın – İnam Atanın  
Mütləqə İnam Ocağı 
 
 
 
 
 
 
 
Türkdən başlayan  
yeni Bəşər İnamı 
 
 
 
 
 
 
 
Atakənd-36



 
Tərtibçisi və redaktoru: 
Soylu Atalı 
 
 
 
 
 
 
 
 
 
Asif Atanın – İnam Atanın  
Mütləqə İnam Ocağı 
Türkdən Başlayan Yeni Bəşər İnamı 
 (Ocaq haqqında yığcam Ruhani bilgi) 



 
 
Mütləqə İnam Dünyabaxışının  
iki təməl anlayışı 
 
 
Mütləq 
Mütləq – bugündə nişanələriylə, əbədi Sabahda bütöv 
mövcudluğuyla aşkara çıxan, nisbi hadisələrin daxilində 
yaşayan,  ancaq  onlara  sığmayan,  onları  özlərindən 
kənara  çıxarıb  özünə  yaxınlaşdıran,  Dünyaya,  Həyata, 
İnsana  Ali  Daxili  Qüvvə,  İstiqamət  və  Meyar  olan  bir 
Qüdrətdir. 
 
İnsan 
İnsan  –  daxilində  Mütləq  daşıyan,  şəraitdən, 
mühitdən,  gerçəklikdən  yüksək  olan,  Mütləqiliyə  meyil 
eləyən və Mütləqləşməyə qadir olan Ruhani varlıqdır. 
 
 
 



 
Asif Ata kimliyi 
 
Asif  Ata  (Əfəndiyev  Asif  Qasım  oğlu)  milliyyətcə  türkdür, 
Oğuzun  Qaraqoyunlu  boyundandır.  O,  25  sentyabr  1935-ci  ildə 
keçmiş  Qazax  mahalının  Çaykənd  kəndində  doğulmuşdur.  Hər  iki 
valideyni müəllim, babası və ulu babası isə dindar olub. İlk təhsilini 
Çaykənddə alıb, orta təhsilini Gəncədə davam etdirib, yuxarı sinifləri 
isə Ağstafada başa çatdırmışdır. Bir il sonra M.Qorki adına Moskva 
Ədəbiyyat  İnstitutuna  daxil  olur  və  1957-ci  ildə  oranı  fərqlənmə 
diplomu  ilə  bitirir.  Moskvada  təhsil  alarkən  onun  elmi  kitab-
xanalarından  ciddi  istifadə  edərək  özünütəhsillə  məşğul  olmuşdur. 
Dünyanı  qədim  dövrdən  yaşadığımız  dövrə  qədər  əsaslı  şəkildə 
öyrənmişdir.  Fəlsəfəni,  ədəbiyyatı,  tarixi,  musiqini,  dini  və  dinin 
tarixini,  mifologiyanı  öyrənib  təhlil  etmiş  və  özü  üçün  mühüm 
nəticələr  çıxarmışdır.  Asif  Əfəndiyev  belə  qənaətə  gəlmişdir  ki, 
bəşəriyyətin tarixi boyu insana olan münasibət onu dərk etmək üçün 
yetərli olmamışdır. Eləcə də Azərbaycanın (böyük dəyərlər yaratdığı 
halda) tarixdə yerinin görünməməsi. Bu dəyərlər də bilərəkdən onun-
bunun  adına  çıxılmışdır.  Məsələn,  bəşəriyyətin  ilk  peyğəmbəri 
Zərdüştün farslara aid edilməsi. Babəkin müsəlmanlaşdırılaraq, kürd 
kökənli olduğunun ortaya atılması və s. Habelə dünya tarixində Doğu 
(Şərq)  dəyərlərinin  inkarı,  türk  millətinə  qarşı  qısqanc,  yad  münasi-
bətlərin  sərgilənməsi  kimi  məsələlər  Asif  Əfəndiyevin  diqqətini 
özünə cəlb etmişdir.  
İnsan probleminə maraq göstərdikcə Asif Əfəndiyev öz üzərində 
ciddi  iş  aparmış  və  yetkin  şəxsiyyətini  formalaşdırmışdır.  O,  Mos-
kvada təhsilini başa vurduqdan (1957) sonra bu qərara gəlmişdir ki, 
nəsə  yeni  bir  şey  lazımdır.  Mövcud  ideyalar,  dünyabaxışlar,  dok-
trinalar insanı xilas eləmək iqtidarında deyil. Ancaq bu Yeni olan da 
birdən-birə başlamır. İstək hələ ideya deyil, Yol deyil. Böyük Amal 
Yolu başlamaq asan bir şey deyil. Gərək ideya yaransın və doğulsun. 
Bunun  üçün  gərək  şəxsiyyət  yaransın  və  yenidən  doğulsun.  Çətin 
günlər, təhlükəli illər gözləyir qarşıda gənc Asif Əfəndiyevi. Ancaq 



 
alovlu  ürəyi,  qətiyyətli  inadı  onun  düşüncələrini  istəklərinə  doğru 
çəkib aparırdı.  
Bakıya  qayıtdığında  ilk  fəaliyyətə  ədəbi  tənqidlə  başlamış,  qısa 
müddətdən  sonra  diqqətləri  özünə  cəlb  etmişdir.  Sovet  ədəbi  tənqi-
dinin ictimai həyata yaramadığını, insana çatmadığını elan etmişdir. 
Türkiyənin  Ankara  radiosunda  Asif  Əfəndiyevin  etirazlar  dolu 
fikirləri  ilə  bağlı  şərhlər  efirə  buraxılmışdır.  Beləliklə,  o,  kommu-
nizm ideolojisi üçün arzuolunmaz şəxs kimi qəbul edilmişdir. Dövlət 
Təhlükəsizlik  Komitəsinin  nəzarətinə  düşmüş,  hər  addımı  izlənil-
məyə başlamışdır. 
Asif Əfəndiyevin ayrı-ayrı iş yerləri olub. Uzun illər Batı (Qərb) 
ədəbiyyatından, estetikadan dərs deyib. Onun mühazirələri qeyri-adi 
bir  səviyyədə  keçirdi.  Onu  dinləmək  üçün  hər  yerdən  adamlar 
gəlirdilər.  Bu  cür  maraq  artandan  sonra işlədiyi  Azərbaycan  Dövlət 
Universitetinin  nəzdində  “Etik  və  Estetik  Tərbiyə  Klubu”  yaradır. 
Burada fikirlərini deməyə başlayır. Universitetin o dövrkü rəhbərliyi 
duyuq  düşür.  Başa  düşürlər  ki,  Asif  Əfəndiyev  öz  əvvəlki 
fikirlərindən əl çəkməyib. Çağırıb xəbərdarlıq edirlər: “axı bizim də 
balalarımız  var,  niyə  imkan  vermirsən  başımızı  saxlayaq?  Klubu 
bağla. Yoxsa işdən atılacaqsan, tutulacaqsan”. 
Klub bağlandıqdan sonra 1979-cu il martın 1-də Asif Əfəndiyev 
Klubu “Ocaq” elan etməli olur. Onun az sayda qalan tərəfdarları isə 
Klubun sədrini Ocaq Atası kimi qəbul edirlər. Belə qərara gəlirlər ki, 
Ocaq  ruhani  hadisədir,  ruhaniyyatın  isə  sədri  olmaz,  Atası  olar. 
Beləliklə, Asif Əfəndiyev Asif Ata çağırılır.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə