Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 98 Kb.
Pdf görüntüsü
tarix26.04.2018
ölçüsü98 Kb.
#40214


Tütün  məmulatlarının  istifadəsinin  məhdudlaşdırılması 

haqqında Azərbaycan Respublikasının Qanunu

 

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94

-

cü maddəsinin I hissəsinin 1



-

ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası əhalisinin sağlamlığının  qorunması, 

sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli 

vərdişlərə  aludəçiliyin  profilaktikası,  tütün  məmulatlarının  istifadəsinin  və  tütün 

tüstüsünün  ətraf  mühitə  ziyanlı  təsirlərinin  azaldılması  istiqamətində

 

fəaliyyətin  hüquqi 



əsaslarını müəyyən edir.

 

1-



ci fəsil

 

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Əsas anlayışlar

 

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

 

1.0.1.  tütün  məmulatı  –



 

tütün  yarpağından  və  onun  komponentlərindən  hazırlanmış, 

tərkibində  nikotin,  aktiv  alkoloid,  o  cümlədən  kanserogen  maddələr  olan  və  nikotinə 

aludəçilik  yaradan  məhsul  (siqaretlər,  papiroslar,  siqarlar,  siqarillalar,  çubuq  tütünü  və 

s.).  Bütün  növ  qəlyanlar  və  elektron  siqaretlər  də  bu  qanunun  təsir  dairəsində  tütün 

məmulatlarına bərabər tutulur;

 

1.0.2.  nikotin 



 

tütünün  və  tənbəkinin  tərkibində  mövcud  olan  alkoloidlər  qrupuna  aid 



maddə;

 

1.0.3. tütün çəkmə –



 

tütün məmulatlarının tüstüsünün tənəffüs yolları vasitəsi ilə insan 

orqanizminə  daxil  olması  nəticəsində  tütün  çəkənin  nikotindən  asılılıq  vəziyyətinin 

yaranmasına,  onun  və  ətrafdakı  şəxslərin  sağlamlığına  zərər  vurulmasına  və  ətraf 

mühitin çirklənməsinə səbəb olan istifadə prosesi;

 

1.0.4. ətraf mühitdəki tütün tüstüsü –



 

tütün çəkmənin həyata keçirildiyi və ya daha

 

əvvəl 


həyata  keçirilmiş  olduğu  yerin  atmosfer  havasında  olan,  o  cümlədən  tütün  çəkməni 

həyata keçirən şəxs tərəfindən nəfəslə buraxılan tütün tüstüsü;

 

1.0.5.  tütündən  istifadə  –



 

tütün  çəkmə,  habelə  tütünün  qızması  nəticəsində  meydana 

gələn buxarın tənəffüs yolu ilə orqanizmə qəbul edilməsi;

 

1.0.6.  tütündən  istifadənin  nəticələri  –



 

tütün  istifadəsi  və  ətraf  mühitdəki  tütün 

tüstüsünün təsiri nəticəsində insanın həyatına və ya sağlamlığına, onun yaşadığı mühitə 

ziyan vurulması, habelə bununla əlaqədar 

tibbi, demoqrafik, sosial-

iqtisadi nəticələr;

 

1.0.7.  tütündən  istifadənin  nəticələrindən  qorunma  –



 

insanların  həyat  və 

sağlamlıqlarının  ətraf  mühitdəki  tütün  tüstüsünün  təsirindən  və  tütün  istifadəsinin 

nəticələrindən müdafiə olunması;

 

1.0.8.  tütün  məmulatları  sponsorluğu  –



 

tütün  məmulatlarının  istehsalçıları  və  satıcıları 

tərəfindən  tütün  məmulatlarının  satışının  və  istifadəsinin  stimullaşdırılmasına  xidmət 

edən hər hansı tədbirə verilən töhfənin istənilən növü;

 

1.0.9.  xüsusi  ayrılmış  yer  –



 

mülkiyyət  növündən  və  təşkilati

-

hüquqi  formasından  asılı 



olmayaraq  müəssisə,  idarə  və  təşkilatlarda,  iş  yerlərində,  yerləşdirmə  vasitələrində, 

habelə  ictimai  iaşə  müəssisələrində  işəgötürənin  və  ya  mülkiyyətçinin  həmin 




müəssisələrin  bu  Qanuna  uyğun  olaraq  tütün  çəkilməsinə  icazə  verdiyi  açıq  və  ya 

qapalı ərazisi;

 

1.0.10.  yerləşdirmə  vasitələri  –



 

mehmanxana,  istirahət  mərkəzi,  sanatoriya

-kurort, 

pansionat,  motel,  hostel,  habelə  fiziki  şəxslərin  gecələməsi  və  ən  azı  iyirmi  dörd  saat 

ərzində qala biləcəkləri digər yerləşdirmə obyektləri.

 

Maddə  2.  Tütün  məmulatlarının  istifadəsinin  məhdudlaşdırılması  haqqında 



Azərbaycan Respublikasının qanunvericiliyi

 

Tütün  məmulatlarının  istifadəsinin  məhdudlaşdırılması  haqqında  Azərbaycan 

Respublikasının  qanunvericiliyi  Azərbaycan  Respublikasının  Konstitusiyasından, 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdən,  “Əhalinin 

sağlamlığının qorunması haqqında”, “Tütün və tütün məmulatları haqqında” Azərbaycan 

Respublikasının  qanunlarından,  bu  Qanundan  və  digər  normativ  hüqu

qi  aktlardan 

ibarətdir.

 

Maddə 3. Tütündən istifadənin nəticələrindən qorunmanın əsas prinsipləri

 

3.0. Tütündən istifadənin nəticələrindən qorunmanın əsas prinsipləri aşağıdakılardır:

 

3.0.1.  vətəndaşların  sağlamlığının  ətraf  mühitdəki  tütün  tüstüsünün  təsirindən  və 



tütündən istifadənin nəticələrindən qorunması sahəsində hüquqlarına riayət edilməsi;

 

3.0.2.  ətraf  mühitdəki  tütün  tüstüsünün  təsiri  və  tütün  istifadəsi  nəticəsində  yaranan 



xəstəliklərin, əlilliyin, vaxtından əvvəl ölüm hallarının qarşısının alınması;

 

3.0.3.  tütündən  istifadənin  nəticələrindən  qorunma  hüquqlarının  təmin  edilməsi  üçün 



dövlətin  və  bələdiyyələrin,  fərdi  sahibkarların,  hüquqi  şəxslərin  və  digər  qurumların 

məsuliyyəti;

 

3.0.4.  ətraf  mühitdəki  tütün  tüstüsünün  təsirinin  qarşısının  alınmasına  və  tütündən 



istifadənin  azaldılmasına  yönəldilmiş  tədbirlərin  həyata  keçirilməsi  zamanı  sistemli 

yanaşma, bu tədbirlərin həyata keçirilməsinin fasiləsizliyi və ardıcıllığı;

 

3.0.5.  həyat  və  sağlamlığın  qorunmasının  tütün  istehsalçılarının  mənafelərindən 



üstünlüyü;

 

3.0.6.  tütündən  istifadənin  nəticələrindən  qorunma  sahəsində  Azərbaycan 



Respublikasının beynəlxalq əməkdaşlığının təmin edilməsi;

 

3.0.7. dövlətin, bələdiyyələrin, vətəndaşların, tütün təşkilatları ilə əlaqədar olmayan fərdi 



sahibkarların,  hüquqi

 

şəxslərin  və  qanunvericiliyə  uyğun  olaraq  yaradılmış  digər 



qurumların qarşılıqlı fəaliyyəti;

 

3.0.8.  ətraf  mühitdəki  tütün  tüstüsünün  təsirinin  qarşısının  alınmasına  və  tütündən 



istifadənin  azaldılmasına  yönəldilmiş  tədbirlərin  həyata  keçirilməsinin  aşkarlığı  və 

səmərəliliyinin müstəqil qiymətləndirilməsi;

 

3.0.9. tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə 



əhalinin məlumatlandırılması.

 

 




Maddə  4.  Tütündən  istifadənin  nəticələrindən  qorunma  sahəsində  dövlətin 

vəzifələ

ri 

4.1.  Tütündən  istifadənin  nəticələrindən  qorunma  sahəsində  dövlətin  vəzifələrinə 

aşağıdakılar aiddir:

 

4.1.1. dövlət siyasətinin həyata keçirilməsi;



 

4.1.2.  sağlamlığın  qorunması  sahəsində  qanunvericiliyə  uyğun  olaraq  tibb 

müəssisələrində  vətəndaşlara,  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  tütündən 

istifadənin  dayandırılmasına,  tütün  asılılığı  və  tütün  istifadəsi  nəticəsində  yaranan 

xəstəliklərin  müalicəsinə  yönəldilmiş  tibbi  yardım  göstərilməsinin  təşkilinin  təmin 

edilməsi;

 

4.1.3. dövlət nəzarətinin



 

təşkili və həyata keçirilməsi;

 

4.1.4. beynəlxalq əməkdaşlıq, o cümlədən beynəlxalq müqavilələrin bağlanması;



 

4.1.5.  ətraf  mühitdəki  tütün  tüstüsünün  təsirinin  qarşısının  alınmasına  və  tütündən 

istifadənin  azaldılmasına  yönəldilmiş  tədbirlərin  monitorinqinin  keçirilməsi,  həmçinin 

Azərbaycan 

Respublikasının 

ərazisində 

tütündən 

istifadənin 

miqyasını 

müəyyənləşdirmək və istifadənin azaldılmasına nail olmaq məqsədi ilə həyata keçirilən 

və (və ya) planlaşdırılan tədbirlər haqqında əhalinin məlumatlandırılması.

 

4.2.  Dövlətin  bu  Qanunun  4.1



-

ci  maddəsində  nəzərdə  tutulan  vəzifələrini  müvafiq  icra 

hakimiyyəti orqanı yerinə yetirir.

 

Maddə  5.  Tütündən  istifadənin  nəticələrindən  qorunma  sahəsində  bələdiyyələrin 



vəzifələri

 

5.0. Tütündən istifadənin nəticələrindən qorunma sahəsində bələdiyyələrin vəzifələrinə 

aşağıdakılar aiddir:

 

5.0.1.  bələdiyyə  ərazilərində  vətəndaşların  sağlamlığının  ətraf  mühitdəki  tütün 



tüstüsünün  təsirindən  qorunmasına  xidmət  edən  tədbirlərin  həyata  keçirilməsi  və  belə 

tədbirlərdə iştirak

5.0.2.  bələdiyyə  ərazisində  tütündən  istifadənin  miqyasını  müəyyənləşdirmək  və 



istifadənin  azaldılmasına  nail  olmaq  məqsədi  ilə  həyata  keçirilən  və  (və  ya) 

planlaşdırılan tədbirlər haqqında əhalinin məlumatlandırılması;

 

5.0.3.  ətraf  mühitdəki  tütün  tüstüsünün  təsirinin  qarşısının  alınmasına  və  tütündən 



istifadənin  nəticələrinin  azaldılmasına  yönəlmiş  tədbirlərin  monitorinqinin  həyata 

keçirilməsi.

 

Maddə 6. Tütündən istifadənin nəticələrindən qorunma sahəsində fiziki və hüquqi 

şəxslərin hüquq və vəzifələri

 

6.1.  Tütündən  istifadənin  nəticələrindən  qorunma  sahəsində  fiziki  və  hüquqi  şəxslər 

aşağıdakı hüquqlara malikdirlər:

 

6.1.1.  tüstüsüz  ətraf  mühitdə  həyat  fəaliyyəti  üçün  əlverişli  şərait  və  sağlamlığın  ətraf 



mühitdəki  tütün  tüstüsünün  təsirindən  qorunmasını

 

müvafiq  dövlət  və  bələdiyyə 



orqanlarından tələb etmək;

 



6.1.2. tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın müalicəsinə yönəlmiş 

tibbi yardım almaq;

 

6.1.3.  dövlət  və  bələdiyyə  orqanlarından,  fərdi  sahibkarlardan,  hüquqi  şəxslərdən  və 



digər  qurumlardan  ətraf  mühitdəki  tütün  tüstüsünün  təsirinin  qarşısının  alınmasına  və 

tütündən istifadənin azaldılmasına yönəlmiş tədbirlər haqqında məlumat almaq;

 

6.1.4.  ətraf  mühitdəki  tütün  tüstüsünün  təsirinin  qarşısının  alınmasına  və  tütündən 



istifadənin  azaldılmasına  yönəlmiş  tədbirlərin  həyata  keçirilməsinə  ictimai  nəzarətdə 

iştirak etmək;

 

6.1.5.  tütündən  istifadənin  nəticələrindən  qorunmanın  təmin  edilməsi  barədə dövlət  və 



bələdiyyə orqanlarına, habelə digər şəxslərə təkliflər təqdim etmək;

 

6.1.6.  qanunve



riciliyin  digər  şəxslər  tərəfindən  pozulması  nəticəsində  həyat  və 

sağlamlıqlarına, əmlaklarına vurulmuş ziyanın ödənilməsini tələb etmək.

 

6.2.  Tütündən  istifadənin  nəticələrindən  qorunma  sahəsində  vətəndaşların  vəzifələri 



aşağıdakılardır:

 

6.2.1.  tütün  məmulatlarından  istifadənin  məhdudlaşdırılması  haqqında  qanunvericiliyin 



tələblərinə riayət etmək;

 

6.2.2.  uşaqlarda  və  gənclərdə  tütün  istifadəsinə  mənfi  münasibət  formalaşmasının, 



habelə  onların  tütün  istifadəsi  prosesinə  cəlb  edilməsinin  yolverilməzliyinin  qeydinə 

qalmaq; 


6.2.3.  başqa  şəxslərin  tüstüsüz  ətraf  mühitdə  həyat  fəaliyyəti  üçün  əlverişli  şərait  və 

sağlamlığın  ətraf  mühitdəki  tütün  tüstüsünün  təsirindən  qorunması  hüquqlarının 

pozulması ilə nəticələnən hərəkətlər etməmək.

 

Maddə 7. Tütün və ondan istifadənin nəticələri haqqında məlumat almaq hüququ



 

7.1.  Hər  kəsin  tütün  məmulatlarının  və  onlardan  tüstü  ilə  ayrılan  məhsulların 

komponentləri,  tütün  çəkilməsinin  zərərli  təsiri,  profilaktikası  və  məhdudlaşdırılması 

barədə məlumat almaq hüququ vardır.

 

7.

2.  Tütün  məmulatlarının  tərkibində  olan  nikotinin,  tütün  qatranının  və  karbon 



monoksidinin  miqdarı  barədə  məlumatlar  istifadəçiyə  bildirilməli,  tütün  məmulatları 

qutularının üzərində həmin məlumatlar əks etdirilməlidir.

 

 2-

ci fəsil

 

TÜTÜNDƏN  İSTİFADƏNİN  AZALDILMASINA  VƏ  ƏTRAF  MÜHİTDƏKİ  TÜTÜN 

TÜSTÜSÜNÜN  TƏSİRİNİN  QARŞISININ  ALINMASINA  YÖNƏLMİŞ  MÜBARİZƏ 

TƏDBİRLƏRİ

 

Maddə 

8. 

Tütün 

məmulatlarının 

satışında 

həvəsləndirmə 

üsullarının 

məhdudlaşdırılması

 

8.1.  Hüquqi  və  fiziki  şəxslərə  tütün  məmulatlarının  satışında  istifadəçılərin 

həvəsləndirilməsi üçün aşağıdakı üsullardan istifadə edilməsi qadağan edilir:

 

8.1.1.  tütün  məmulatlarının  və  onların  yeni  nümunələrinin  pulsuz  paylanması  və  ya 



mükafat kimi verilməsi;

 



8.1.2.  tütün  məmulatlarının  lotereya,  müsabiqə,  idman  yarışları,  oyunlar  üçün mükafat 

kimi təklif edilməsi;

 

8.1.3.  tütün  məmulatlarının  satışı  və  istifadəsi  ilə  bağlı  uduşlu  (o  cümlədən  siqaret 



qutularının  və  hissələrinin  yığılması  ilə)  oyunların,  o  cümlədən  stimullaşdırıcı 

lotereyaların keçirilməsi.

 

8.2.  Tütün



 

istehsalı  və  satışı  ilə  məşğul  olan  şəxslər  tərəfindən  istehsal  edilən  və  ya 

satışa  çıxarılan  tütün  məmulatlarının  istehlakçılara  hədiyyə  və  ya  yardım  kimi 

paylanmasına yol verilmir.

 

Maddə 9. Tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin 

azaldılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinin təşkili

 

9.1.  Ətraf  mühitdəki  tütün  tüstüsünün  təsirinin  və  tütün  istifadəsi  ilə  bağlı  xəstəliklərin 

yaranmasının  qarşısının  alınması  və  tütündən  istifadənin  azaldılması  məqsədilə 

aşağıdakı tədbirlər həyata keçirilir:

 

9.1.1.  ayrı



-

ayrı  ərazilərdə,  binalarda  və  obyektlərdə  tütün  çəkilməsinə  qadağa 

qoyulması və həmin qadağanın pozulmasına görə məsuliyyətə cəlb edilməsi;

 

9.1.2.  tütün  məmulatlarına  tələbatın  azaldılmasına  yönəlmiş  qiymət,  vergi  və



 

(və  ya) 

rüsum tədbirləri;

 

9.1.3. tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə 



əhalinin maarifləndirilməsi və məlumatlandırılması;

 

9.1.4.  tütün  satışının  bilavasitə  və  ya  dolayı  reklamının  və  təşviqinin,  habelə  tütü



məmulatları  sponsorluğunun  reklamının  və  stimullaşdırılmasının  bütün  növlərinin 

qadağan edilməsi;

 

9.1.5. fiziki şəxslərə tütündən istifadənin dayandırılmasına, tütün asılılığının və tütündən 



istifadə  nəticəsində  yaranan  xəstəliklərin  müalicəsinə  yönəldilmiş  tibbi  və  psixoloji 

yardımın göstərilməsi;

 

9.1.6. tütün məmulatlarının qeyri



-

qanuni dövriyyəsinin qarşısının alınması;

 

9.1.7. tütün məmulatlarının dövriyyəsinin məhdudlaşdırılması;



 

9.2.  Tütün  məmulatları  tullantılarının  ətraf  mühitə  atılması  qadağandır.

 

Onların 


utilizasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 10. Tütün çəkilməsinə icazə verilməyən yerlər



 

10.1.  Azərbaycan  Respublikasında  tütündən  istifadənin  məhdudlaşdırılması  və  tütün 

tüstüsünün  ətraf  mühitə  ziyanlı  təsirinin  azaldılması  məqsədi  ilə  aşağıda  göstərilən 

yerlərdə tütün çəkilməsi qadağandır:

 

10.1.1. təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;



 

10.1.2. səhiyyə və tibbi

-

reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;



 

10.1.3. 


idman  yarışları  və  başqa  kütləvi  tədbirlərin  keçirildiyi  binalarda  və  obyektlərdə, 

habelə onların ərazilərində;

 

10.1.4. restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai



-

iaşə obyektlərində;

 



10.1.5. ticarət obyektlərində;

 

10.1.6. məişət obyektlərində;



 

10.


1.7. sosial xidmət müəssisələrində;

 

10.1.8. yerləşdirmə vasitələrində;



 

10.1.9.  teatr  və  kinoteatrlarda,  sirk  binalarında,  sərgi  və  nümayiş  salonlarında,  oxu 

zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;

 

10.1.10. uşaq meydançalarında;



 

10.1.11. yerüstü qapalı və yeraltı piyada keçidlərində;

 

10.1.12. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq 



marşrutlar  üzrə  hərəkət  edən  avtobuslarda,  sərnişin  daşımaları  üzrə  ümumi  istifadədə 

olan avtomobil 

nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;

 

10.1.13.  metropoliten  stansiyalarının  vestibüllərində,  keçidlərində,  platformalarında  və 



vaqonlarda; 

10.1.14.  hava  nəqliyyatı  vasitələrində,  dəmiryolu  qatarlarında,  su  nəqliyyatı 

vasitələrində;

 

10.1.15. hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, 



avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;

 

10.1.16. liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;



 

10.1.17. taksafonlarda; 

10.1.18.  yanacaqdoldurma  məntəqələrində,  o  cümlədən  tezalışan  maddələrin 

saxlandığı  bina  və  müəssisələrdə,  habelə  bu  maddələrin  daşındığı  nəqliyyat 

vasitələrində;

 

10.1.19.  mülkiyyət  növündən  və  təşkilati



-

hüquqi  formasından  asılı  olmayaraq  digər 

müəssisə, idarə və təşkilatlarda, iş yerlərində.

 

10.2.  Mülkiyyət  növündən  və  təşkilati



-

hüquqi  formasından  asılı  olmayaraq  bütün 

müəssisə,  idarə  və  təşkilat  rəhbərləri  bu  Qanunun  10.1

-

ci  maddəsində  göstərilən 



yerlərdə hər kəsin  yaxşı görə  biləcəyi lövhələrdə “tütün çəkmək qadağandır”  yazısının 

və ya işarəsinin olmasını təmin etməlidirlər.

 

10.3. Bu Qanunun 10.1.3-



cü, 10.1.4

-

cü, 10.1.5



-ci, 10.1.8-ci, 10.1.14-

cü (su və dəmiryolu 

nəqliyyatında), 10.1.15

-

ci və 10.1.19



-

cu maddələrində göstərilən yerlərdə tütün çəkmək 

üçün havalandırma sistemi ilə təmin olunan və ya açıq havada olan xüsusi yerlər təşkil 

edilə bilər.

 

10.4. Tütün çəkmək üçün xüsusi ayrılmış yerlər sanitar



-

gigiyenik normalara və müvafiq 

icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  tələblərə  cavab  verən  şəkildə  təchiz 

edilməlidir.

 

 



Maddə 11. Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı 

təsiri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması

 

11.1.  Tütünə  və  tütün  məmulatına  tələbatın  azaldılması,  tütün  istifadəsi  ilə  əlaqədar 

xəstəliklərin  profilaktikası,  sağlamlığa  məsuliyyətli  və  tütündən  istifadəyə  mənfi 

münasibətin  formalaşdırılması  məqsədi  ilə  tütün  məmulatlarının  tərkibinin 

açıqlanmasına,  qablaşdırılmasına  və  markalanmasına  dair  tələblər  müəyyən  edilir.  B

tələblərə aşağıdakılar barədə informasiya verilməsi daxildir:



 

11.1.1. tütündən istifadənin dayandırılmasının üstünlükləri haqqında;

 

11.1.2. tütündən istifadənin mənfi tibbi, demoqrafik və sosial



-

iqtisadi nəticələri haqqında;

 

11.1.3. tütünçülük sənayesi haqqında.



 

11.2.  Tütündən  istifadənin  zərəri  və  ətraf  mühitdəki  tütün  tüstüsünün  ziyanlı  təsiri 

barədə  əhalinin  maarifləndirilməsi  ailədə,  təhsil  və  tibb  müəssisələrində,  habelə 

işəgötürənlər tərəfindən iş yerlərində həyata keçirilir.

 

11.3.  Əhalinin  maarifləndirilməsinin  əsas  istiqamətləri  və  üsulları  müvafiq  icra 



hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu məqsəd üçün xüsusi “qaynar xətlərin” 

fəaliyyəti təmin edilir.

 

11.4.  İnsanların  sağlamlığının  ətraf  mühitdəki  tütün  tüstüsünün  təsirindən  və  tütündən 



istifadənin  məhdudlaşdırılması  haqqında  qanunvericiliyin  pozulması  məsələlərinə  dair 

vətəndaşların,  o  cümlədən  fərdi  sahibkarların  və  hüquqi  şəxslərin  müraciətləri  üçün 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  “qaynar  xətlər”  yaradılması  və  ya  in

ternet 


informasiya-

kommunikasiya şəbəkəsindən istifadə edilməsi nəzərdə tutulur.

 

11.5.  Tütündən  istifadənin  zərəri  və  ətraf  mühitdəki  tütün  tüstüsünün  ziyanlı  təsiri 



barədə  əhalinin  məlumatlandırılması  dövlət  və  bələdiyyə  orqanları,  habelə  ictimai 

birliklər  tərəfindən  kütləvi  informasiya  vasitələrində  müvafiq  kampaniyalar  keçirilməsi 

vasitəsi ilə həyata keçirilir.

 

11.6.  Tütündən  istifadənin  zərəri  və  ətraf  mühitdəki  tütün  tüstüsünün  ziyanlı  təsiri 



barədə  əhalinin  məlumatlandırılması  zamanı  kütləvi  informasiya  vasitələrində 

informasiya kampaniyaları keçirilərkən tütün məmulatının və tütün istifadəsi prosesinin 

nümayiş etdirilməsinə icazə verilir.

 

Maddə  12.  Kütləvi  informasiya  vasitələrində  tütündən  istifadənin  zərəri  və  ətraf 



mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə biliklərin təbliği

 

12.1.  Kütləvi  informasiya  vasitələri  tütündən  istifadənin  zərəri  və  ətraf  mühitdəki  tütün 

tüstüsünün ziyanlı təsiri barədə biliklərin təbliğində iştirak edirlər.

 

12.2.  Müvafiq  icra  hakimiyyəti  orqanları  kütləvi  informasiya  vasitələrində  tütündən 



istifadənin  zərərli  təsirləri  barədə  davamlı  təbliğat  işinin  aparılması  üçün  müvafiq 

tədbirlər həyata keçirirlər.

 

12.3.  Müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  tədris  proqramları  hazırlanarkən 



tütündən  istifadənin  sağlamlığa  və  ətraf  mühitə  zərərli  təsiri  barədə  mövzular  tədrisin 

məzmununa daxil edilir.

 

12.4.  Azərbaycan  Respublikasının  ərazisində  fəaliyyət  göstərən  bütün  televiziya  və 



radio yayımçıları tütündən istifadənin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi 


təsiri  barədə  müvafiq  icra  hakimiyyəti  orqanlarının,  elm  müəssisələrinin  və  qeyri

-

hökumət  təşkilatlarının  dəstəyi  ilə  xəbərdaredici,  maarifləndirici  və  tərbiyəvi  mövzuda 



verilişlər hazırlayır və bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırırlar. 

Bu  v


erilişlərin  45  dəqiqəsi  saat  17.30 

23.00  arasında  olmaqla  saat  08.00 



-  23.00 

arasında yayımlanır və verilişlərin surəti hər ay Milli Televiziya və Radio Şurasına təhvil 

verilir. 

Maddə 13. Yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışının və onların 

tütündən istifadə etməsinin qadağan olunması

 

13.1.  Yetkinlik  yaşına  çatmayanlara  tütün  məmulatlarının  satışı  və  ya  satış  məqsədi 

olmadan verilməsi, habelə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır.

 

13.2.  Tütün  məmulatlarının  buraxılmasını  bilavasitə  həyata  keçirən  şəxs  (satıcı)  tütün 



məhsulunu  istifadə  edən  şəxsin  (alıcının)  yetkinlik  yaşına  çatmasına  şübhə  etdikdə 

satıcı  alıcıdan  onun  şəxsiyyətini  təsdiq  edən  və  yaşını  müəyyən  etməyə  imkan  verən 

sənəd tələb edir.

 

13.3. Alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, onun şəxsiyyətini təsdiq edən 



və yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmirsə, satıcı tütün məmulatını 

alıcıya satmaqdan imtina edir.

 

13.4. Yetkinlik yaşına çatmayan şəxslərin tütündən istifadəsinə icazə v



erilmir. 

Maddə  14.  Tütün  məmulatlarının  reklamının  və  satışının  stimullaşdırılmasının 

qadağan edilməsi

 

14.1. Tütün məmulatına tələbatın azaldılması məqsədi ilə tütün məmulatlarının satışının 

və  onlardan  istifadənin  reklamı  və  stimullaşdırılması  ilə  bağlı  aşağıdakılar  qadağan 

edilir: 


14.1.1.  tütün  məmulatlarının  əhali  arasında  pulsuz,  o  cümlədən  hədiyyələr  şəklində 

yayılması;

 

14.1.2. tütün məmulatlarını alanlara hədiyyə qismində başqa əmtəənin təklif edilməsi;



 

14.1.3.  tütün  məmulatlarının  qiymətlərinə  hər  hansı  üsullarla,  habelə  kuponlar  və 

talonlar nəşr edilməsi yolu ilə güzəştlər tətbiq olunması;

 

14.1.4.  televiziya  və  videofilmlərdə,  teatr  tamaşalarında,  radio,  televiziya,  video  və 



kinoxronika  proqramlarında,  uşaqlar  üçün  nəzərdə  tutulan  audiovizual  əsərlərdə  tütün 

məmulatlarının  və  tütün  istifadəsi  prosesinin  nümayiş  etdirilməsi,  həmçinin  tütün 

məmulatlarının  və  tütün  istifadəsi  prosesinin  nümayiş  etdirildiyi  əsərlərin,  tamaşaların, 

proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması;

 

14.1.5.  t



ütün  məmulatlarının  mükafat  qismində  verilməsi  şərti  ilə  əmtəə  satışını 

stimullaşdıran  müxtəlif  tədbirlərin  (o  cümlədən  lotereyaların,  müsabiqələrin,  oyunların) 

təşkili və keçirilməsi.

 

14.2.  Tütün və tütün məmulatlarının istehsalı  və (və  ya) satışı  ilə  məşğul olan şəxslər 



“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 13.4

-

cü və 28



-

ci maddələrinə 

uyğun olaraq sponsor ola bilməz.

 

14.3.  Tütünün  və  tütün  məmulatlarının,  habelə  tütün  çəkmə  ləvazimatlarının  reklamı 



qadağandır.

 



Maddə  15.  Vətəndaşlara  tütündən  istifadənin  dayandırılmasına,  tütün  asılılığının 

və tütündən istifadə nəticəsində yaranan xəstəliklərin müalicəsinə yönəlmiş tibbi 

yardım göstərilməsi

 

15.1.  Tütündən  istifadənin  dayandırılması,  tütün  asılılığının  və  tütündən  istifadə 

nəticəsində  yaranan  xəstəliklərin  müalicəsi  üçün  tibb  müəssisələrinə  müraciət  etmiş 

şəxslərə müvafiq tibbi yardım göstərilir.

 

15.2. Vətəndaşlara tütündən istifadənin dayandırılması üçün tibbi yardım göstərilməsi, o 



cümlədən  tütün  asılılığının  və  tütündən  istifadənin  nəticələrinin  profilaktikası, 

diaqnostikası və müalicəsi dövlət tibb müəssisələrində pulsuz həyata keçirilir.

 

15.3.  Müalicə  edən  həkim  tibbi  yardım  göstərilməsi  üçün  tibb  müəssisəsinə  müraciət 



etmiş  pasiyentə,  müalicənin  səbəbindən  asılı  olmayaraq  tütündən  istifadənin 

dayandırılması barədə tövsiyələr və ona göstərilə  biləcək tibbi yardım haqqında zəruri 

məlumat verir.

 

3-



cü fəsil

 

YEKUN MÜDDƏALAR

 

Maddə 16. Qanunun pozulmasına görə məsuliyyət

 

Bu  Qanunun  tələblərini  pozan  şəxslər  Azərbaycan  Respublikasının  İnzibati  Xətalar 

Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

 

Maddə 17. Keçid müddəası



 

Bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq “Tütün və tütün məmulatı” haqqında 

Azərbaycan Respublikası Qanununun 20

-

ci və 21



-

ci maddələri ləğv edilir



  

İlham Əliyev



 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 dekabr 2017

-ci il. 

 

Yüklə 98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə