Tütün və tütün məmulatı haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 190,7 Kb.
Pdf görüntüsü
tarix15.10.2018
ölçüsü190,7 Kb.
#74384


Tütün və tütün məmulatı haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

Bu Qanun Azərbaycan Respublikasında tütünün və tütün məmulatının istehsalı, 



ticarəti, idxalı, ixracı və istehlakı ilə bağlı münasibətləri tənzimləyir və keyfiyyətinin 

idarə edilməsinin hüquqi əsaslarını müəyyən edir. 

 

I   f ə s i l  



ÜMUMİ MÜDDƏALAR 

 

M a d d ə   1 .  Əsas anlayışlar 

1.0. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 

1.0.1. tütün - yarpağı emal olunduqdan sonra tütün məmulatının istehsalında əsas 

xammal kimi istifadə edilən birillik texniki bitki; 

1.0.2. tənbəki - yarpağı çubuqla çəkilən birillik texniki bitki; 

1.0.3. fermentləşdirilmiş tütün - tütün məmulatının istehsalı üçün təbii və texnoloji 

prosesi keçmiş tütün yarpağı; 

1.0.4.  tütün  məmulatı  -  tütün  yarpağından  çəkmək  üçün  hazırlanmış,  tərkibində 

nikotin,  tütün  qatranı  və  digər  maddələr  olan  və  nikotinə  aludəlik  yaradan  məhsul 

(siqaretlər, papiroslar, siqarlar, siqarillalar və çubuq tütünü); 

1.0.5. nikotin - tütün və tənbəki yarpağında və tüstüsündə mövcud olan alkoloidlər 

qrupuna aid maddə

1.0.6. tütün qatranı - yarımaye, qazabənzər tüstü kondensatı; 

1.0.7.  inqrediyent  -  tütünə  qatılan  tamlı  maddələr,  tütün  və  qeyri-tütün  tərkibli 

əlavələr,  habelə  tütün  məmulatının  istehsalında  istifadə  olunan  qeyri-tütün 

komponentləri; 



1.0.8.  tamlı  maddə  -  tütün  məmulatına  xüsusi  dad  və  ətir  verilməsi  üçün  tütünə 

əlavə olunan qeyri-tütün maddələri; 

1.0.9.  qeyri-tütün  komponentləri  -  tütün  məmulatının  istehsalında  istifadə  edilən 

siqaret kağızı, mürəkkəb, yapışqan maddələr, filtrlər, habelə tütündən fərqli olan hər 

hansı digər hissələr; 

1.0.10. dövriyyə - sənaye emalını keçmiş tütünün, habelə tütün məmulatının satın 

alınması (o cümlədən idxalı), göndərilməsi (o cümlədən ixracı), saxlanması, topdan 

və pərakəndə satışı. 

 

M a d d ə   2 .  Tütün və tütün məmulatı haqqında Azərbaycan 



Respublikasının qanunvericiliyi 

2.1.  Tütün  və  tütün  məmulatı  haqqında  Azərbaycan  Respublikasının 

qanunvericiliyi bu Qanundan və bu Qanunla əlaqədar qəbul edilmiş normativ hüquqi 

aktlardan, habelə Azərbaycan Respublikasının digər qanunvericiliyindən ibarətdir. 

2.2.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  dövlətlərarası  müqavilələrdə 

tütün və tütün məmulatına dair münasibətlərin tənzimlənməsi və keyfiyyətinin idarə 

edilməsi  barədə  müəyyən  edilmiş  qaydalar  bu  Qanunda  nəzərdə  tutulmuş 

qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur. 

 

M a d d ə   3 .  Tütünə və tütün məmulatına dair dövlət siyasətinin 



istiqamətləri 

Tütünə  və  tütün  məmulatına  dair  dövlət  siyasətinin  əsas  istiqamətləri  tütün 

istehsalı  sahəsində  fəaliyyətin  qiymətli  və  yüksək  keyfiyyətli  tütün  məhsulunun 

yetişdirilməsinə,  tütünün  və  tütün  məmulatının  ixracının  artırılmasına,  daxili  tütün 

məmulatı bazarının qorunmasına, idxal olunan tütün xammalının yerli xammalla əvəz 

edilməsinə  yönəldilməsi  və  əhalinin  tütün  məmulatının  zərərli  təsirindən  qorumaq 

tədbirlərinin gücləndirilməsidir. 



 

M a d d ə   4 .  Tütünün və tütün məmulatının istehsalının və dövriyyəsinin 



dövlət tənzimlənməsi 

4.0.  Tütünün  və  tütün  məmulatının  istehsalının  və  dövriyyəsinin  dövlət 

tənzimlənməsi aşağıdakıları nəzərdə tutur: 

4.0.1.  tütünün  və  tütün  məmulatının  keyfiyyətinin,  istehsalının  və  dövriyyəsinin 

tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul etmək; 

4.0.2.  tütün  və  tütün  məmulatı  bazarını  öyrənmək,  proqnozlar  vermək,  dövlət 

proqramı  əsasında  tütünçülüyün  inkişafının  əsas  istiqamətlərini  və  tənzimlənmə 

mexanizmlərini müəyyənləşdirmək; 

4.0.3.  qiymətli  və keyfiyyətli  tütün  məhsulunun  yetişdirilməsinə və  emalına dair 

aqrotexniki və texnoloji normalar müəyyən etmək; 

4.0.4.  tütün  istehsalçılarının  fəaliyyətini  stimullaşdırmaq  və  sosial  müdafiəsini 

təmin etmək; 

4.0.5.  tütün  məmulatı  istehsalı  və  dövriyyəsi  sahəsində  sahibkarlıq 

fəaliyyətinin xüsusi razılığı (lisenziyası) verilməsinin qaydalarını müəyyən etmək;

[1]

 

4.0.6.  daxili  istehsal  nəzərə  alınmaqla  idxal  olunan  tütün  məmulatını 



kvotalaşdırmaq; 

4.0.7. tütün məmulatına dair aksiz vergilərinin dərəcələrini və tətbiqi qaydalarını 

müəyyən etmək; 

4.0.8. tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətini 

həyata keçirmək; 

4.0.9. tütün məmulatının istehlakının məhdudlaşdırılmasına yönəldilmiş sağlamlıq 

proqramları hazırlamaq və icrasını təmin etmək; 

4.0.10. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək. 




I I   f ə s i l  

TÜTÜNÇÜLÜYÜN TƏŞKİLİNİN İQTİSADİ ƏSASLARI 



 

M a d d ə   5 .  Tütün istehsalı 

5.1.  Azərbaycan  Respublikasında  əmtəəlik  tütün  istehsalı  üçün  dövlət 

standartlarının  tələblərinə  cavab  verən  rayonlaşdırılmış  tütün  sortlarının 

toxumlarından istifadə edilməlidir. 

5.2. Orijinal, super elit və elit tütün toxumlarının istehsalı sortun müəllifinin və ya 

patent  sahibinin  nəzarəti  altında  elmi  tədqiqat  və  tədris  müəssisələrinin təcrübə 

təsərrüfatlarında,  reproduksiyalı  tütün  toxumlarının  istehsalı  dövlət  və  bu  fəaliyyət 

növü  ilə  məşğul  olan  ixtisaslaşdırılmış  özəl  toxumçuluq  subyektlərində  həyata 

keçirilir. Sort müəllifləri qanunvericiliyə uyğun olaraq fərdi qaydada super elit və elit 

tütün toxumlarının istehsalı ilə məşğul ola bilərlər. 

5.3.  Tütün  toxumları  istehsalçıları  onların  sort  tərkibinin  təmizliyinə,  sortluq  və 

səpin  keyfiyyətinə,  təbii-iqlim  şəraitinə  uyğunlaşmasına  və  fitosanitar  vəziyyətinə 

qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 

5.4.  Tütünün  becərilməsi,  dərilməsi,  düzülməsi,  qurudulması  və  ilkin  emalı 

normativ sənədlərə və texnoloji normalara uyğun olaraq həyata keçirilir. 

 

M a d d ə   6 .  Tütünün emalı 



6.1.  Tütünün  təbii  və  sənaye  emalı  texniki şərtlərə uyğun  olaraq  tütün  emalı 

müəssisələri tərəfindən həyata keçirilir. 

6.2. Təbii və sənaye emalı keçmiş tütün normativlərə uyğun olaraq qablaşdırılır, 

etiketləşdirilir və sertifikatlaşdırılır. 

 



M a d d ə   7 .  Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə dövlət proqramı 

7.1.  Qiymətli  və  keyfiyyətli  tütün  istehsalı  üzrə  dövlət  proqramı  Azərbaycan 

Respublikasında  tütünçülüyün  inkişaf  etdirilməsini,  ənənəvi  yetişdirilən  botaniki 

tütün  sortlarının  ətirli  tütün  sortları  ilə  optimal  nisbətdə  əvəz  edilməsini,  istehsal 

olunan  məhsulun  keyfiyyətinin  təmin  olunması  məqsədini  daşıyır  və  aşağıdakıları 

nəzərdə tutur: 

7.1.1.  müəyyənləşdirilmiş  tələbat  əsasında  tütün  sortları  toxumlarının  ölkəyə 

gətirilməsini və istehsalının təşkilini; 

7.1.2.  tütün  istehsalçılarına  və  tütün  emalı  müəssisələrinin  mütəxəssislərinə  yeni 

sortların becərilməsi və emalı texnologiyalarının öyrədilməsini; 

7.1.3.  tütünçülüyün  müasir  texnika  ilə  və  texnoloji  avadanlıqla  təchiz  olunması 

tədbirlərini; 

7.1.4.  proqramda  nəzərdə  tutulan  məsələlərin  maliyyə  mənbələrinin  müəyyən 

edilməsini, habelə bu sahəyə investisiyanın cəlb edilməsi tədbirlərini. 

7.2.  Qiymətli  və  keyfiyyətli  tütün  istehsalı  üzrə  dövlət  proqramı  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən hazırlanır və həyata keçirilməsi təmin edilir. 

 

M a d d ə   8 .  Tütünçülüyün inkişafı üzrə iqtisadi tənzimlənmə tədbirləri 



8.1.  Tütünçülük  sahəsində  elmi-tədqiqat  və  sort-sınaq  işlərinin  aparılması  dövlət 

büdcəsi və cəlb olunan digər vəsaitlər hesabına maliyyələşdirilir. 

8.2.  Qiymətli  və  keyfiyyətli  tütünün  istehsalını  stimullaşdırmaq  məqsədilə  tütün 

istehsalçılarına  və  tütün  emalı  müəssisələrinə  azı  bir  il  müddətinə  verilən  güzəştli 

kreditlər  üzrə  güzəşt  məbləği  sahibkarlığa  yardım  fondunun  və  bu  kimi  digər 

proqramların vəsaiti hesabına ödənilir. 

8.3.  Məqsədli  kreditlərin  verilməsi,  qaytarılması  qaydaları  Azərbaycan 

Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən olunur. 



 

M a d d ə   9 .  Tütün istehsalçılarına dövlət himayəsi 

9.1.  Azərbaycan  Respublikasında  istehsal  olunan  tütün  məhsulundan  tütün 

məmulatının istehsalı dövlət tərəfindən stimullaşdırılır. 

9.2. Tütün istehsalçıları ilə uzunmüddətli müqavilə əsasında kooperasiya əlaqələri 

quran, onlara  resurslarla  yardım  edən və məhsullarını istehsal olunduğu  ilin sonuna 

qədər satın alan tütün emalı müəssisələrinə məqsədli kreditlər alınmasında üstünlük 

hüququ verilir. 

9.3. Tütünçülükdə mütərəqqi texnikanın və texnologiyanın tətbiqini təmin etmək 

məqsədilə lizinq əsasında texniki xidmətin, bitki mühafizə vasitələri və aqrokimyəvi 

maddələrlə təchizatın təşkili sahəsində sahibkarlıq fəaliyyəti stimullaşdırılır. 

9.4. Tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün 

istehsalının  stimullaşdırılmasının  digər  forma  və  şərtləri  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. 

 

I I I   f ə s i l  



 

TÜTÜN MƏMULATININ İSTEHSALI 



 

M a d d ə   1 0 .  Tütün məmulatının istehsalına dair tələblər 

10.1.  Tütün  məmulatının  istehsalçıları  tütün  qarışığını  bilavasitə  müəssisədə 

hazırlamalı  və  qüvvədə  olan  normativlərə  uyğun  olaraq  nizamlanan  həcmdə  yerli 

xammaldan istifadə etməlidirlər. 

10.2.  Tütün  məmulatının  istehsalı  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən edilmiş qaydada xüsusi razılıq əsasında həyata keçirilir. 

 



M a d d ə   1 1 .  Tütün məmulatının tərkibində olan inqrediyentlərin 

açıqlanması 

11.1.  Azərbaycan  Respublikasında  istehsal  olunan  tütün  məmulatının  tərkibində 

istifadə  edilən  inqrediyentlərin  tam  siyahısı  istehsalçılar  tərəfindən  müvafiq  icra 

hakimiyyəti  orqanına  təqdim  edilən  hesabatda  əks  etdirilir.  Siyahıda  hər  növ  tütün 

məmulatı  (məhsul  markası)  üzrə  onun  adı  və  tərkibindəki  inqrediyentlərin  miqdarı 

azalma qaydasında açıqlanır. 

11.2.  İnqrediyentlərin  tam  siyahısında  hər  bir  inqrediyentin  funksiyası  və  həddi 

keçməyən miqdarının səviyyəsi göstərilməlidir. 

11.3.  Siyahıda  hər  məhsul  markasının  növünə  nadir  xüsusiyyətlər  verən  tamlı 

maddələr  ayrılıqda  açıqlanmaya  və  "təbii"  və  (və  ya)  "süni"  tamlı  maddələr  kimi 

qruplaşdırıla bilər. 

11.4.  Müvafiq  icra  hakimiyyəti  orqanı  istehsalçılardan  məhsulun  tərkibində  olan 

inqrediyentlər  barədə  məlumatları  istehlakçılara  təqdim  etməyi  tələb  edə  və  ya  özü 

çatdıra bilər. 

11.5. Tütün məmulatının tərkibində olan inqrediyentlər barədə hesabatın forması 

və  təqdim  edilməsi  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

olunur. 

 

M a d d ə   1 2 .  Tütün məmulatında nikotinin, tütün qatranının və karbon 



monoksidinin yuxarı həddi 

12.1. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasında istehsal edilən 

və dövriyyəyə buraxılan tütün məmulatının tərkibində hər ədəd üçün nikotinin, tütün 

qatranının və karbon monoksidinin miqdarının yuxarı həddini respublikanın tərəfdar 

çıxdığı  beynəlxalq  müqavilələrə  müvafiq  olaraq  müəyyən  edir  və  bu  normaların 

azaldılmasını tənzimləyir. 




12.2.  Tütün  məmulatı  istehsalçıları  tərəfindən  Azərbaycan  Respublikasının 

ərazisində  istehsal  edilmiş  və  dövriyyəyə  buraxılmış  tütün  məmulatının  tərkibində 

olan nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə ildə bir dəfə 

müvafiq icra hakimiyyəti orqanına məlumat təqdim edilməlidir. 

12.3.  Tütün  məmulatının  tərkibində  olan  nikotinin,  tütün  qatranının  və  karbon 

monoksidinin  miqdarı  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş 

laboratoriyalarda istehsalçı tərəfindən və ya onun hesabına beynəlxalq metodologiya 

əsasında təhlil edilir və testləşdirilir. 

12.4.  Tütün  məmulatının  tərkibində  nikotinin,  tütün  qatranının  və  karbon 

monoksidinin miqdarı barədə məlumatın tərtibi və təqdim edilməsi qaydaları müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 

 

M a d d ə   1 3 .  Tütün məmulatı qutularının tərtibatı 



13.1.  Azərbaycan  Respublikasının  ərazisində  istehsal  edilən  və  dövriyyəyə 

buraxılan  tütün  məmulatı  qutularının  tərtibatı  beynəlxalq  standartların  tələblərinə 

cavab verməlidir. Yazılar Azərbaycan dilində çap edilməlidir. 

13.2.  Tütün  məmulatının  istehlakının  insanların  səhhətinə  zərəri  haqqında 

xəbərdarlıq  yazısının  mətni  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir  və  siqaret  qutusunun  yan  tərəflərinin  birində  aydın,  seçilən  (kontrast),  qalın 

hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmalı, hər hansı nəşr materialı və 

ya  təsvirlə  örtülməsinə,  gizlədilməsinə,  qutunun  açılması  zamanı  zədələnməsinə  və 

ya arası kəsilməsinə yol verilməməlidir. 

13.3.  İstehsal  edilən  və  dövriyyəyə  buraxılan  tütün  məmulatının  hər  qutusunun 

üstündə  nikotinin  və  tütün  qatranının  miqdarı,  habelə  məhsulun  istehsal  olunduğu 

tarix  və  onların  18  yaşına  çatmamış  şəxslərə  satılmasının  qadağan  edilməsi 

göstərilməlidir. 



13.4.  İxrac  edilən  tütün  məmulatı  qutularının  tərtibatı  müqavilə  şərtlərinə  uyğun 

olaraq başqa dildə də aparıla bilər. 

 

I V   f ə s i l  



 

TÜTÜNÜN VƏ TÜTÜN MƏMULATININ DÖVRİYYƏSİ 



 

M a d d ə   1 4 .  Tütünün və tütün məmulatının idxalı və ixracı 

14.1.  Xarici  dövlətlərdən  Azərbaycan  Respublikasına  dövlət  reyestrində 

qeydiyyata  alınmış,  müəyyən  edilmiş  qaydada  verilmiş  uyğunluq  sertifikatı  və  ya 

onun  tanınması  barədə  şəhadətnaməsi  olan  və  bu  Qanunla  müəyyənləşdirilən 

keyfiyyət tələblərinə cavab verən tütün və tütün məmulatı idxal oluna bilər. 

14.2. Fiziki şəxslər tərəfindən öz şəxsi istehlakı üçün Azərbaycan Respublikasına 

gətirilməsinə  icazə  verilən  tütün  məmulatının  miqdarı  müvafiq  qanunvericiliklə 

müəyyən edilir. 

14.3.  Hüquqi  və  fiziki  şəxslər  tərəfindən  tütünün  və  tütün  məmulatının  idxalına 

aşağıdakı hallarda yol verilmir: 

14.3.1. xüsusi razılığı (lisenziyası) olmadıqda; 

14.3.2. tütünün və tütün məmulatının hər partiyası üçün qanunvericiliklə müəyyən 

edilən sertifikatları olmadıqda; 

14.3.3. tütün məmulatı aksiz markası ilə markalanmadıqda; 

14.3.4.  tütün  məmulatının  qutusu  üzərində  siqaret  çəkməyin  sağlamlığa  zərərli 

təsiri  barədə  xəbərdarlıq,  nikotinin  və  tütün  qatranının  miqdarı  haqqında  yazıları 

Azərbaycan dilində olmadıqda; 

14.3.5. qanunvericiliyə uyğun olmayan digər hallarda. 

14.4.  Tütünün  və  tütün  məmulatın  ixracı  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilir. 



 

M a d d ə   1 5 .  Tütünün və tütün məmulatının ticarəti 

15.1.  Azərbaycan  Respublikasında  keyfiyyət  göstəriciləri  normativ  sənədlərin 

tələblərinə və gigiyenik normativlərə cavab verən, müvafiq sertifikatları olan tütün və 

tütün məmulatı ticarət dövriyyəsinə daxil edilə bilər. 

15.2.  Tütünün  və  tütün  məmulatının  ticarəti  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə uyğun olaraq topdan və pərakəndə satış formasında həyata keçirilir. 

15.3. Tütünün və tütün məmulatının satışı aşağıdakı hallarda qadağan olunur: 

15.3.1. məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda; 

15.3.2. tütün məmulatı aksiz markası ilə markalanmadıqda; 

15.3.3.  tərkibində  nikotinin,  tütün  qatranının  və  karbon  monoksidinin  miqdarı 

müəyyən edilmiş yuxarı həddən çox olduqda; 

15.3.4.  tütün  məmulatının  qutusu  üzərində  siqaret  çəkməyin  sağlamlığa  zərərli 

təsiri barədə xəbərdarlıq yazısı olmadıqda; 

15.3.5. tütün məmulatının markalanması və qutularının tərtibatı müvafiq normativ 

sənədlərin tələblərinə uyğun aparılmadıqda; 

15.3.6. 18 yaşına çatmamış şəxslərə satıldıqda; 

15.3.7. avtomatlar vasitəsilə satıldıqda; 

15.3.8. siqaret, papiros və siqarillalar ədədlə satıldıqda. 

15.4. Zəruri hallarda tütün məmulatı satıcılarının alıcılardan onların yaşını təsdiq 

edən sənədi tələb etmək hüququ vardır. 

15.5. Tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə uşaq 

və  yeniyetmələr  üçün  malların  satışı  yerlərində  tütün  məmulatının  ticarətinə  yol 

verilmir. 

15.6.  Tütün  məmulatının  ticarəti  yerlərində  siqaret  çəkməyin  sağlamlığa  zərərli 

təsiri,  18  yaşına  çatmamış  şəxslərə  tütün  məmulatının  satışının  qadağan  edilməsi, 




habelə  tütün  məmulatından  istifadənin  məhdudlaşdırılmasına  xidmət  edən  digər 

yazılar olmalıdır. 

 

M a d d ə   1 6 .  Tütünün və tütün məmulatının dövriyyədən götürülməsi 



16.1.  Tütünün  və  tütün  məmulatının  qeyri-qanuni  dövriyyədən  götürülməsi 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 

16.2. Tütün və tütün məmulatı dövriyyədən aşağıdakı hallarda götürülür: 

16.2.1. qanuni istehsalı və dövriyyəyə daxil edilməsi barədə sənədləri olmadıqda; 

16.2.2. məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda; 

16.2.3. tütün məmulatı aksiz markası ilə markalanmadıqda və ya saxta markalarla 

markalandıqda; 

16.2.4.  tütün  məmulatının  tərkibində  nikotinin,  tütün  qatranının  və  karbon 

monoksidinin miqdarı müəyyən edilmiş yuxarı həddən çox olduqda; 

16.2.5.  tütün  məmulatının  tərkibinə  daxil  edilmiş  inqrediyentlərin  açıqlanmasına 

dair tələblər pozulduqda; 

16.2.6.  tütün  məmulatı  qutularının  tərtibatı  qanunvericiliklə  müəyyən  olunmuş 

qaydada aparılmadıqda; 

16.2.7. məhsulun istehlak keyfiyyəti itirildikdə; 

16.2.8. məhsulun sahibsiz olması müəyyən edildikdə; 

16.2.9. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 

16.3. Qeyri-qanuni dövriyyədən götürülmüş tütün və tütün məmulatı bu Qanunun 

16.2.4-cü,  16.2.5-ci  və  16.2.7-ci  maddələrində  göstərilən  hallarda  qanunvericiliklə 

nəzərdə  tutulmuş  qaydada  müsadirə  edilir  və  məhv  olunur,  digər  hallarda  isə 

müəyyənləşdirilmiş qaydada istifadə edilir. 




V   f ə s i l  

 

TÜTÜNÜN VƏ TÜTÜN MƏMULATININ KEYFİYYƏTİNİN İDARƏ EDİLMƏSİ 



 

M a d d ə   1 7 .  Tütünə və tütün məmulatına dair normativ sənədlər 

17.1. Tütünə və tütün məmulatına dair normativ sənədlər onların istehsal, tədarük, 

emal, saxlanma, daşınma, qablaşdırma, markalanma və satış qaydalarını, şərtlərini və 

normalarını nizamlayan standartları və tələbləri müəyyən edir. 

17.2.  Azərbaycan  Respublikasında  istehsal  edilən,  habelə  respublikaya  gətirilən 

tütünün  və  tütün  məmulatının  keyfiyyət  göstəriciləri  qüvvədə  olan  normativ 

sənədlərin tələblərinə cavab verməlidir. 

17.3.  Tütünə  və  tütün  məmulatına  dair  normativ  sənədlərin  tələblərinə  əməl 

olunması  bu  sahədə  sahibkarlıq  fəaliyyəti  göstərən  bütün  hüquqi  və  fiziki  şəxslər 

üçün məcburidir. 

 

M a d d ə   1 8 .  Tütünün və tütün məmulatının keyfiyyət göstəricilərinin 



qiymətləndirilməsi 

18.1.  Azərbaycan  Respublikasında  istehsal  edilən  və  respublikaya  gətirilən 

tütünün  və  tütün  məmulatının  tərkibi  əmtəə  dəyərliliyi,  sinfi  (dərəcəsi),  çəkim 

keyfiyyəti, nikotin, tütün qatranı və karbon monoksidi göstəriciləri üzrə təhlil edilir 

və qiymətləndirilir. 

18.2. Tütünün və tütün məmulatının tərkibində sağlamlıq üçün zərərli maddələrin 

miqdarı müvafiq qaydada təsdiq edilmiş gigiyenik normativlərə uyğun olmalıdır. 

18.3.  Tütün  məmulatı  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  dövlət 

reyestrində gigiyena qeydiyyatına alınır. 

18.4. Keyfiyyət göstəriciləri qiymətləndirilmiş tütün, habelə gigiyena qeydiyyatına 

alınmış tütün məmulatı müvafiq qaydada sertifikatlaşdırılır. 



 

M a d d ə   1 9 .  Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə 



dövlət nəzarəti 

19.1.  Tütünün  və  tütün  məmulatının  keyfiyyətinə  və  dövriyyəsinə  dövlət 

nəzarətinin  məqsədi  hüquqi  və  fiziki  şəxslər  tərəfindən  bu  məhsulların  istehsalını, 

tədarükünü,  emalını,  qablaşdırılmasını,  saxlanmasını,  daşınmasını,  markalanmasını, 

satışını,  idxalını  və  ixracını,  habelə  keyfiyyət  göstəricilərini  nizamlayan  normativ 

sənədlərin tələblərinə və gigiyenik normativlərə əməl olunmasını təmin etməkdir. 

19.2.  Tütünün  və  tütün  məmulatının  keyfiyyətinə  və  dövriyyəsinə  dövlət 

nəzarətinin  həyata  keçirilməsi  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

qəbul edilmiş normativ hüquqi aktlarla müəyyən edilir. 

19.3.  Bələdiyyələr,  istehlakçılar  və  qeyri-hökumət  təşkilatları  tütünün  və  tütün 

məmulatının  keyfiyyətinə  və  dövriyyəsinə  nəzarət  funksiyalarını  onların  statusunu 

müəyyən edən qanunvericilik aktları ilə verilən səlahiyyətlər daxilində həyata keçirə 

bilərlər. 

 

V I   f ə s i l  



 

TÜTÜN MƏMULATININ İSTEHLAKININ AZALDILMASINA YÖNƏLDİLMİŞ 

TƏNZİMLƏNMƏ TƏDBİRLƏRİ 

 

M a d d ə   2 0 .  Tütün məmulatının satışında həvəsləndirmə üsullarının 



məhdudlaşdırılması 

20.1. Tütün məmulatının ticarətinə icazəsi olan hüquqi və fiziki şəxslərə  məhsul 

satışında istehlakçıların həvəsləndirilməsi üçün aşağıdakı üsullardan istifadə edilməsi 

qadağan edilir: 




20.1.1. kütləvi informasiya vasitələrində çap olunmuş və ya elan verilmiş kupon 

sahiblərinə güzəştlərin tətbiq edilməsi; 

20.1.2. tütün məmulatının və onların yeni nümunələrinin pulsuz paylanması və ya 

mükafat kimi verilməsi; 

20.1.3.  tütün  məmulatının  lotereya,  müsabiqə,  idman  yarışları,  oyunlar  üçün 

mükafat kimi təklif edilməsi; 

20.1.4. tütün məmulatının satışı və istehlakı ilə bağlı uduşlu (o cümlədən siqaret 

qutularının və hissələrinin yığılması ilə) oyunların keçirilməsi. 

20.2. Tütün məmulatının istehsalçıları tütünün və tütün məmulatının reklamını əks 

etdirməyən  sosial,  mədəni və  təhsil  tədbirlərinin sponsorluğu  və  reklamı  zamanı  öz 

firma adlarından maneəsiz istifadə edirlər. 

 

M a d d ə   2 1 .  Tütün məmulatının istehlakına dair məhdudiyyətlər 



21.1.  Azərbaycan  Respublikasında  aşağıda  göstərilən  yerlərdə  siqaret  çəkmək 

qadağandır: 

21.1.1.  tədris,  tərbiyə,  səhiyyə,  sağlamlıq  və  mədəniyyət  obyektlərində,  habelə 

idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda; 

21.1.2. inzibati binalarda fərdi iş otaqları və siqaret çəkmək üçün müəyyən edilmiş 

xüsusi yerlər istisna olmaqla, iş yerlərində; 

21.1.3.  yüksək  kateqoriyalı  restoranlar,  kafelər,  barlar  istisna  olmaqla,  ticarət, 

ictimai-iaşə, məişət obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında və digər 

qapalı yerlərdə; 

21.1.4. uzaq mənzilli sərnişin nəqliyyatında xüsusi ayrılmış yerlər istisna olmaqla, 

bütün ictimai nəqliyyat növlərində. 

21.2. Mehmanxanalarda siqaret çəkənlər üçün xüsusi yerlər ayrılmalıdır. 




21.3. Müəssisə, idarə, təşkilat rəhbərləri və digər işəgötürənlər iş yerlərində siqaret 

çəkmək  üçün  xüsusi  yerlər  ayrılmasını  və  görünən  yerlərdə  "siqaret  çəkmək 

qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər. 

21.4.  Tədris  müəssisələri  müvafiq  icra  hakimiyyəti  orqanının  razılığı  ilə  tədris 

proqramlarına  tütün  məmulatının  istehlakının  sağlamlığa  zərərli  təsiri  barədə 

mövzular daxil etməlidirlər. 

 

M a d d ə   2 2 .  Tütün məmulatının istehlakına nəzarət tədbirləri 



22.1.  Tütün  məmulatının  istehlakına  nəzarət  tədbirləri  müvafiq  icra  hakimiyyəti 

orqanları  tərəfindən  hazırlanır  və  həyata  keçirilir.  Tütün  məmulatının  istehlakına 

nəzarət  tədbirləri  dövlət  ekoloji  və  sağlamlıq  proqramlarının  tərkib  hissəsi  olaraq 

dövlət büdcəsi və digər mənbələr hesabına maliyyələşdirilir. 

22.2.  Bələdiyyələr,  istehlakçılar  və  qeyri-hökumət  təşkilatları  tütün  məmulatının 

istehlakına  nəzarət  üzrə  proqramlar  hazırlaya,  həyata  keçirə  və  bununla  əlaqədar 

müvafiq təkliflər irəli sürə bilərlər. 

 

M a d d ə   2 3 .  Tütün və tütün məmulatı haqqında qanunvericiliyin 



pozulmasına görə məsuliyyət 

Tütün  və  tütün  məmulatı  haqqında  qanunvericiliyin  pozulmasında  təqsirkar  olan 

şəxslər  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydada 

məsuliyyət daşıyırlar. 

 

M a d d ə   2 4 .  Tütün və tütün məmulatı haqqında qanunvericiliyin 



pozulması nəticəsində vurulan ziyanın ödənilməsi 

24.1.  Tütün  və  tütün  məmulatı  haqqında  qanunvericiliyin  pozulması  nəticəsində 

vurulan  ziyanın  həcmi  və  ödənilməsi  qaydaları  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə uyğun olaraq müəyyən edilir. 




24.2. Vurulan ziyanın ödənilməsi təqsirkar olan şəxsləri qanunvericilikdə nəzərdə 

tutulmuş məsuliyyətdən azad etmir. 

 

M a d d ə   2 5 .  Mübahisələrin həlli 



Tütün  və  tütün  məmulatının  istehsalı  və  dövriyyəsi  ilə  bağlı  olan  mübahisələr 

Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  məhkəmə  qaydasında 

həll edilir. 

 

M a d d ə   2 6 .  Qanunun qüvvəyə minməsi 



Bu Qanun 1 yanvar 2002-ci ildən qüvvəyə minir. 

 

Azərbaycan Respublikasının Prezidenti  

Heydər Əliyev 

Bakı şəhəri, 8 iyun 2001-ci il  

№ 138-IIQ 

Yüklə 190,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə