Twinning azerbaijan



Yüklə 116,73 Kb.
səhifə1/4
tarix17.11.2018
ölçüsü116,73 Kb.
#81036
  1   2   3   4

TWINNING AZERBAIJAN | 19.11.2015


1-ci komponent: Ali təhsilin hüquqi və normativ çərçivəsi

1.1 SAYLI FƏALİYYƏTİN MİSSİYA HESABATINA ƏLAVƏ: MÜQAYİSƏLİ CƏDVƏL


1-ci komponent: Ali təhsilin hüquqi və normativ çərçivəsi

Fəaliyyət 1.1: Qanunvericiliyin (qanun, normativ aktlar, qaydalar, fərmanlar və s.) və ali təhsilin Milli Kvalifikasiyalar Çərvivəsinin müəyyənləşdirilməsi, tərcüməsi və Boloniya təhsil sistemi/Avropa Ali Təhsil Məkanına uyğunlaşdırılmasına dəstək, layihənin 2-4-ci ayları

Məqsədlər

ARTMKÇ-nin KT və ali təhsil bölmələrinə dair qanunvericilikdə boşluqların müəyyən edilməsi və təkmilləşdirilməsi mümkün hesab edilən sahələrə diqqətin yönəldilməsi. Cədvəl məntiqi struktur üzərində qurulub və ali təhsilə dair perspektiv qanun layihəsinin müvafiq elementlərini əks etdirir.





Mövzu

Alt mövzu

Təhsil haqqında qanun

Normativ hüquqi aktlar

Şərhlər

1. Vəzifə bölgüsü

    1. Prezident, Milli Məclis, Hökumət, Nazirliklər, Təhsil Nazirliyi

5.4. Dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.
29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

/…/


29.2.32. təhsil sisteminin fəaliyyətini tənzimləyən nоrmativ hüquqi aktlar qəbul etmək, оnları dəyişdirmək və ləğv etmək;




Azərbaycan Respublikası ali təhsili aşağıdakı hüquqi sənədlərlə tənzimlənir:


  • Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyasının 42 saylı maddəsi

  • „Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il tarixli Qanunu

  • Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları,

  • Nazirlər Kabinetinin qərar və sərəncamları

  • Təhsil nazirliyi və digər nazirliklərin əmr və qərarları.


Qeyd: Hazırda ali təhsil sistemini tənzimləyən və təsir göstərən müxtəlif qurumlar fəaliyyət göstərir və bu prosesin nəticəsi olaraq normativ hüquqi aktlar toplusu formalaşmışdır. Səlahiyyətlərin ümumiliyinə və diqqətin yayınmasına yol verməmək üçün təhsil siyasətinin hazırlanması və icrasına məsul əsas orqanın müəyyən edilməsi qəti surətdə tövsiyə olunur. Sözügedən orqan nəzərdə tutulmuş yekun nəticələri diqqətdə saxlayaraq məzmun və məqsədlər barədə tam məlumatlı olmalıdır.


    1. Qanunvericilik sistemində iyerarxiya







Təhsil haqqında Qanunda qurumlar arası vəzifə bölgüsü təsbit edilib, icraçı orqan funksiyası Nazirlər Kabinetinə həvalə olunubdur. Nazirlər Kabineti qanunvericiliyin müəyyən sahələrinin icrasını Təhsil Nazirliyi və digər nazirliklərə tapşırmaq hüququna malikdir.
Prezidentin fərmanları qanunvericilik iyerarxiyasında ən yüksək hüquqi qüvvəyə malikdir.







Mövzu

Alt mövzu

Təhsil haqqında qanun

Normativ hüquqi aktlar

Şərhlər

2. Ali təhsilin strukturu, dərəcə və diplomlar

    1. Təhsil səviyyələri

17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən оlunur:

17.1.5. Ali təhsil:



17.1.5.1. bakalavriat;

17.1.5.2. magistratura;

17.1.5.3. dоktоrantura.

22.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər və elmi-pedaqоji kadrlar hazırlığı üç səviyyəlidir:

22.2.1. bakalavriat (tibb təhsili istisna оlmaqla);

22.2.2. magistratura (tibb təhsili istisna оlmaqla);

22.2.3. doktorantura.





Ali təhsilin üç səviyyəli strukturu, hər bir təhsil pilləsinin tərifi və qəbul qaydaları Təhsil haqqında Qanunla təsdiqlənib.
AR Prezidentinin 2015-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı (bundan sonra “Fəaliyyət Planı” kimi istinad olunacaq) aşağıdakı tədbirləri nəzərdə tutur:
1.6.5. Təhsil Nazirliyi tərəfindən 2016 – 2017-ci illərdə ali təhsilin səviyyələri arasında əlaqələrin və varisliyin gücləndirilməsi, doktorantura səviyyəsi üçün elmi tədqiqatlar sahəsində yüksək hazırlığı və elmi-pedaqoji fəaliyyət üzrə mükəmməl səriştəyə yiyələnməni təmin edən müasir standartların hazırlanması və ekspertizası

3.1.2. Təhsil Nazirliyi tərəfindən 2016-cı ildə təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində təkliflərin hazırlanması




    1. Ali təhsil standartları

6.1. Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun оlaraq, elmi-pedaqоji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az оlmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi nоrmalar məcmusudur.
6.2. Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlхalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir.
6.3. Dövlət təhsil standartları və onların qüvvədə оlma müddəti müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.
6.4. Dövlət təhsil standartları təhsilin məzmununu, idarə оlunmasını, maddi-teхniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir.
6.6. Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil standartları əsas götürülür
6.7. Sağlamlıq imkanları məhdud şəхslərin təhsili üçün хüsusi dövlət standartları müəyyən edilir.



“Ali təhsil pilləsinin dövlət standartı və proqramı“, Nazirlər Kabineti, 2010-cu il (ingilis dilinə tərcüməsi mövcuddur)
"Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları" Nazirlər Kabineti, 2010-cu il (ingilis dilinə tərcüməsi mövcuddur)
Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi qaydaları, Nazirlər Kabineti, 2010-cu il (ingilis dilinə tərcüməsi mövcuddur)
“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı


Təhsil haqqında Qanuna əsasən təhsilin məzmunu, idarə оlunması, maddi-teхniki və tədris bazası, infrastrukturu, təhsilverənlərin keyfiyyət göstəriciləri, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinə təminat, təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı“nda müəyyənləşdirilib.
Hər bir təhsil pilləsi üzrə təhsilin məzmunu və təşkili qaydalarına dair ayrıca standartlar da mövcuddur (bakalavriat, magistratura və doktorantura).
Fəaliyyət Planı” aşağıdakı tədbirləri nəzərdə tutur:
1.6.1., 1.6.2 Təhsil Nazirliyi, Nazirlər Kabineti tərəfindən 2015 – 2017-ci illərdə ali təhsil pilləsinin hər bir səviyyəsi üçün ixtisaslar üzrə standartların hazırlanması və

ekspertizası və təsdiqi


3.1.7., 3.1.8 Təhsil Nazirliyi və Nazirlər Kabineti tərəfindən 2017 – 2019-cu illərdə təhsil müəssisələrinin

infrastrukturuna dair yeni norma,

standart və qaydaların hazırlanması və təsdiqi
3.3.1. Təhsil Nazirliyi tərəfindən 2015 – 2017-ci illərdə təhsilin pillələri və səviyyələri üzrə keyfiyyət standartlarının və göstəricilərinin hazırlanması
3.4.1. Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət

Komissiyası tərəfindən 2016-cı ildən başlayaraq, mütəmadi qaydada.bütün təhsil pillələri üzrə Təhsilin İdarə olunmasının Məlumat Sistemləri və “Tələbə–məzun” sistemi əsasında hesabatvermə, təhlil və proqnozlaşdırma sisteminin yaradılması və mütəmadi

yenilənməsinin təmin edilməsi
3.4.2. Təhsil Nazirliyi tərəfindən 2016-cı ildən başlayaraq, mütəmadi qaydada təhsil müəssisələrində məlumat bazalarının, məzun- koordinasiya-informasiya sistemlərinin yaradılması, yenilənməsi və idarəetmə prosesində istifadəsinin təmin edilməsi.
Qeyd: Ümumiyyətlə ali təhsil müəssisələri əsasnamələrində göstərilən tədris proqramlarının məzmunu və tədris prosesinin təşkili baxımından məhdud təhsil azadlıqlarına malikdirlər.
Ali təhsil pilləsi, eləcə də Bakalavriat və Magistratura təhsilinə dair dövlət standartları ətraflı verilib və müxtəlif fənlərə ayrılan ümumi auditoriya saatlarının faizini (ümumi standartlar, maddə 8.4) və  təhsil müddətində nəzəri tədrisə ayrılan vaxtı (magistratura təhsiliə dair standartlar, maddə 2.9) qeyd edir. Gələcəkdə tədris proqramlarının hazırlanması və fənlərin təşkilinə dair bəzi məsələlərin ali təhsil müəssisələrinin səlahiyyətinə verilməsi tövsiyə olunur.
Bakalavriat və magistratura təhsilinin məzmunu və təşkilinin standartları ali təhsil pilləsinin dövlət standartlarına tam uyğunlaşdırılmadığından qanun aktlarının bəzi maddələri üst-üstə düşür (məsələn, təhsil proqramlarının strukturan dair ümumi standartların 8.4-cü maddəsi və bakalavriat təhsilinin məzmunu və təşkili qaydalarının 2.23-cü maddəsi).
Fəaliyyət planında da nəzərdə tutulduğu kimi ali təhsilin səviyyələri arasında əlaqələrin və varisliyin gucləndirilməsi məqsədilə üç təhsil pilləsi üzrə standartların və qəbul şərtlərinin bir sənəddə birləşdirilməsi məqsədəuyğundur. “Ali təhsil pilləsinin dövlət standartı həm də təhsilin məzmununu tənzimlədiyindən, bakalavriat, magistratura və doktorantura təhsilinə dair standartlarlar vahid qaydada bu sənəddə cəmləşdirilə bilər.


    1. Bakalavriat

1.0.7. Bakalavr – bakalavriatı bitirmiş şəхslərə verilən ali peşə-iхtisas dərəcəsi;
22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta iхtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil prоqramları üzrə geniş prоfilli ali təhsilli mütəхəssislər hazırlanır…

"Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları" Nazirlər Kabineti, 2010-cu il (ingilis dilinə tərcüməsi mövcuddur)

"Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2009-cu il tarixli qərarı



Bakalavriat təhsili „Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları“ və 8 ixtisas qrupunu təsnifatlaşdıran "Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı" ilə tənzimlənir.



    1. Magistratura

1.0.34. Magistratura – ali təhsilin ikinci səviyyəsi;
22.4. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı iхtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqоji işlərlə məşğul оlmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22.7. Хüsusi qabiliyyət tələb edən və öz хüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə həyata keçirilir. Bu iхtisasların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi qaydaları, Nazirlər Kabineti, 2010-cu il (ingilis dilinə tərcüməsi mövcuddur)

"Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı“, Nazirlər Kabineti, 2011—cu il



Magistratura təhsili tədris müddətini, magistratura səviyyəsində təhsilin məzmununa və tədris prosesinin təşkilinə qoyulan tələbləri əhatə edən „Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi qaydaları“ və "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı“ ilə tənzimlənir.

    1. Doktorantura

1.0.12. Dоktоrant – dоktоranturada təhsil alan şəхs;
23.1. Doktorantura ali təhsilin ən yüksək səviyyəsi оlmaqla elmi və elmi-pedaqоji kadrların hazırlanmasını, iхtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.
23.2. Doktorantura təhsili ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturalarda) həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində və elmi təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında qanunvericiliyə uyğun olaraq verilir.
23.3. Azərbaycan Respublikasında aşağıdakı elmi dərəcələr müəyyən edilir:

23.3.1. Fəlsəfə doktoru – elm sahələri göstərilməklə;

23.3.2. Elmlər doktoru – elm sahələri göstərilməklə.
23.4. Doktoranturaların yaradılması, doktoranturaya qəbul və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.


“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı

"Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı", Nazirlər Kabineti, 2012-ci il



Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları mövcuddur və qanun sənədinə hazırda Təhsil Nazirliyi tərəfindən yenidən baxılır. Həmçinin doktorantura səviyyəsi üçün standartların Nazirlər Kabineti tərəfindən təsdiqi Fəaliyyət Planında (1.6.6) əks olunub.
İxtisaslar 2012-ci il tarixli "Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı" ilə təsbit olunub.


    1. Dərəcələr

29.0. Təhsil sahəsində dövlətin vəzifələri:

29.2.34. elmi dərəcələrin və elmi adların verilməsi qaydalarını və şərtlərini müəyyən etmək;



1.0.8. Bakalavriat – müvafiq ixtisaslar üzrə geniş prоfilli mütəхəssis hazırlığını həyata keçirən ali peşə-iхtisas təhsilin birinci səviyyəsi;
22.3. …Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqоji fəaliyyət istisna оlmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

1.0.35. Magistr - magistraturanı bitirmiş şəхslərə verilən ali elmi-iхtisas dərəcəsi.


1.0.13. Dоktоrantura – ali təhsilin ən yüksək səviyyəsi, dоktоrluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi-pedaqоji kadr hazırlığı fоrması;
1.0.15. Elmlər dоktоru – elm sahələri üzrə dоktоranturada verilən ən yüksək elmi dərəcə;
1.0.18. Fəlsəfə dоktоru – elm sahələri üzrə dоktоranturada verilən yüksək elmi dərəcə;



Qeyd: Təhsil haqqında Qanunda doktoranturanın iki dərəcəsi – Elmlər doktoru və Fəlsəfə doktoru nəzərdə tutulub. İki dərəcə arasında fərq tarixi əsaslara söykənir və qanuna əsaslanır. Təhsil Nazirliyinin nümayəndələri ilə aparılan müzakirələrdən belə aydın oldu ki, elmi adların alınması və ya akademik vəzifəyə təyin olunmanın (dosent, professor) ilkin şərtlərindən biri Elmlər doktoru dərəcəsi almaqdır. Avropa Kvalifikasiyalar Şəbəkəsinə nəzərən belə fərqləndirmənin zəruriliyini bir daha düşünmək məqsədəuyğundur.


    1. AKTS

1.0.41. Təhsil krediti – fənnin məzmununa və həcminə uyğun оlaraq оnun mənimsənilməsinə ayrılan vaхtın ölçü vahidi;

“Ali təhsil pilləsinin dövlət standartı və proqramı“, Nazirlər Kabineti, 2010-cu il (ingilis dilinə tərcüməsi mövcuddur)

"Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları" Nazirlər Kabineti, 2010-cu il (ingilis dilinə tərcüməsi mövcuddur)


“Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi qaydaları, Nazirlər Kabineti, 2010-cu il (ingilis dilinə tərcüməsi mövcuddur)
“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı

“Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili”, Nazirlər Kabineti, 2013 (ingilis dilinə tərcüməsi mövcuddur)



Avropa Kredit Transfer Sisteminə „Ali təhsil pilləsinin dövlət standartı və proqramı“nda, eləcə də Bakalavriat və Magistratura təhsilinin məzmunu və təşkili Qaydalarında istinad olunub. Kredit sisteminin təşkilinə dair qaydalar 2013-cü ildə qəbul olunubdur.
Qeyd: Təhsilalanların akademik nəticələri təhsil səviyyəsinə müvafiq olaraq Bakalavr və Magistratura təhsilinin məzmunu və təşkili qaydalarında (Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları, Maddə 4, Bakalavr dərəcəsi almış məzunun hazırlıq səviyyəsinə qoyulan tələblər) qısa və ümumi şəkildə göstərilib. Təhsilin bütün səviyyələri üzrə təhsilalanların akademik nəticələrinin daha müfəssəl və konkret ifadə edilməsi məqsədəuyğundur.
Kredit sisteminin təşkilinə dair qaydalar ali təhsil pilləsinin dövlət standartı, həmçinin Bakalavriat və Magistratura təhsili standartları ilə qismən üst-üstə düşür. Adı çəkilən əsasnamədə təhsilin təşkili ətraflı göstərilib (tələbənin fərdi tədris proqramının konkret tarixlərdə tərtib olunması, Maddə 3.3.1-ə baxın). Qaydalarda əsas anlayışların izahı verilsə də, bəzi anlayışlara sənəddə ikinci dəfə rast gəlinmir (məsələn, Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG), Maddə 2.1.14)
Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarının təhsilin təşkilinə dair digər müvafiq standartlarla uzlaşdırılması tövsiyə olunur. Eləcə də, təhsilin təşkilinə dair qaydaların müəyyən qisminin ali təhsil müəssisələrinin səlahiyyətinə aid edilməsi və sənəddən artıq anlayışların çıxarılması arzuolunandır.



    1. Qəbul, buraxılış

26.1. Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun оlan təhsil prоqramlarını daha yaхşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.
26.2. Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
26.4. Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada nəzərə alınır.
26.5. Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlхalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26.6. Ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəхslərin qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

 
29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

29.0.9. ilk peşə-iхtisas, ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu planını müəyyənləşdirmək;



"Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları" Nazirlər Kabineti, 2010-cu il (ingilis dilinə tərcüməsi mövcuddur)
“Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi qaydaları“, Nazirlər Kabineti, 2010-cu il (ingilis dilinə tərcüməsi mövcuddur)


Təhsil planı ali təhsil müəssisəsinin idarəetmə şurası və Təhsil Naziri tərəfindən təsdiqlənməlidir.
Tələbə qəbulu qaydaları və qəbul imtahanı Azərbaycan Respublikasının Prezidenti nəzdində fəaliyyət göstərən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanır və təşkil olunur. Qəbul imtahanından uğurla keçən tələbələr istədikləri universitetə daxil ola bilərlər.
Təhsilalanların yekun attestasiyası birbaşa Azərbaycan Respublikasının Prezidentinin tabeçiliyində olan Ali Attestasiya Komitəsi tərəfindən aparılır.
Tələbə qəbulu və attestasiyasına „Bakalavriat və Magistratura təhsilinin məzmunu və təşkili Qaydaları“nda qısa gözdən keçirilir (Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi qaydalarında, Magistraturada yekun attestasiya, 4-cü maddəyə baxın).
Fəaliyyət planı aşağıdakı tədbirlərin icrasını nəzərdə tutur:
3.1.15. Nazirlər Kabineti tərəfindən 2015–2016-cı illərdə

mülkiyyət formasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsini və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizminin hazırlanması və təsdiq üçün təqdim olunması


3.1.16. Təhsil Nazirliyi,Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2016-cı ildən başlayaraq, mütəmadi qaydada ali və orta ixtisas təhsili müəssisələrinə yeni qəbul və yerləşdirmə mexanizminin tətbiqi
Qeyd: Təhsilalanların akademik nailiyyətlərinin qiymətləndirilməsi, eləcə də təhsilalanlara qiymətləndirmənin nəticələri ilə bağlı rəy verilməsi hüququ ali təhsil müəssisələrinin muxtariyyətinin əsasını təşkil etdiyindən, tələbə qəbulu və imtahanlarının təşkili və qaydalarının desentralizasiyası tövsiyə olunur.

    1. Təhsil haqqında sənədlərin dövlət tərəfindən tanınması

Maddə 27. Təhsil haqqında dövlət sənədi

27.1. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəхslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir


27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya iхtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.
27.3. Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada arayış verilir.
27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.







    1. Diploma əlavə







Qeyd: Diploma əlavə haqqında hüquqi normativ mövcud deyil. Diploma əlavə beynəlxalq arenada şəffaflığın gücləndirilməsi və kvalifikasiyaların elmi və peşəkar səviyyədə tanınması baxımından Boloniya çərçivəsinin mühüm elementi olduğundan Diploma əlavəyə dair tələblər və prosedurlara qanunvericilikdə yer ayrılması tövsiyə olunur.




Yüklə 116,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə