Тящсил миллятин эяляжяйидир. Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını



Yüklə 117,49 Kb.
Pdf görüntüsü
tarix20.10.2017
ölçüsü117,49 Kb.
#5997


Мяктяб

гязети


Тящсил миллятин эяляжяйидир.

Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını

təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya

standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təh-

silə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir,

təhsil üçün bütün imkanları yaratmalıdır.



hEYDƏr ƏlİYEV

Bu gün inkişaf daha çox bilikdən asılıdır. Çünki bu gün biz informasiya-kommunikasiya

texnologiyaları dövründə yaşayırıq...  Bu gün hər bir ölkənin gələcəyini cəmiyyətdə

olan biliyin səviyyəsi müəyyən edir. Bu, aksiomadır. Biz hamımız əlbəttə ki, dövlət və

vətəndaşlar çalışmalıyıq ki, Azərbaycanda ümumi səviyyə yüksək olsun və eyni za-

manda, istedadlı gənclər, insanlar ön plana çıxsınlar.



İlhaM ƏlİYEV

Azərbaycan Respublikasının Prezidenti

Ötən ilin yekunları,

bu il görüləcək işlər, 

tətbiq ediləcək 

yeniliklər... 

B и Zи M  

M Ц Я L L и M L Я R и M и Z  

Novruz bayramı 

Şimal yarımkürəsində astronomik yazın baş-

landığı,  gecə-gündüz  bərabərliyi  günündə

(martın 20-si, 21-i və ya 22-sində) keçirilir. 

2009-cu  il  sentyabrın  30-da  Novruz

YUNESKO tərəfindən qeyri-maddi mədəni irs

siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə

isə  BMT  Baş  Assambleyasının  64-cü  ses-

siyasının iclasında mart ayının 21-i "Beynəlxalq

Novruz Günü" elan edilmişdir.



Novruz bayramında çərşənbələr

Bəzi qədim inanclara görə, kainat 4 ünsür -

dən – su, od, torpaq və küləkdən yaranıb. Hər il

4 çərşənbə Novruzdan, günün bərabərləşmə -

sindən əvvəl qeyd olunur: 

• Su çərşənbəsi 

• Od çərşənbəsi 

• Yel çərşənbəsi 

• Torpaq çərşənbəsi.

Novruz adətləri 

Papaq atmaq, qulaq falına çıxmaq, tonqal-

dan tullanmaq (tonqaldan tullanarkən  deyərlər:

"Ağırlığım  -  uğurluğum  odda  yansın"),  üzük

falına  baxmaq,  səməni  yetişdirmək  (yazın



gəlişinə  və  bitkilərin  oyanmasına  işarədir).

xonça bəzəmək, yumurta boyamaq və döyüş -

dürmək,  qonaq  getmək,  şam  yandırmaq  (ailə

üzvlərinin  sayı  qədər),  küsülülərin  barışması,

yallı  getmək    (qədim  dövrlərdən  bəri  ifa  eilən



xalq rəqsdir, insanların birliyini ifadə edir), xoruz

döyüşdürmək (bunun üçün xüsusi döyüş xoru-



zları böyüdülür), xalq oyunları oynamaq (məsə -

lən, “ənzəli”, “haxışta”, “bənövşə”, “kos-kosa”)

Novruz adətləridir.

Novruz bayramı qabağı, adətən, evdə hə -

yətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir

və s. Novruz bayramında şiriniyyat növləri (qo -

ğal,  külçə,  fəsəli,  paxlava,  şəkərbura,  şəkər -

çörəyi və s.) və plov bişirilir.

Novruz dünya xalqlarının bayramı kimi

Novruzu qeyd edən hər bir xalq bu bayramla

bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun,

özünəməxsus mövsum və mərasim nəğmələri

yaradıb. 

Novruz Azərbaycanla yanaşı İranda, Türk-

mənistanda, Tacikistanda, Özbəkistanda, Paki-

standa,  Qazaxıstanda,  Qırğızıstanda  xüsusi

təntənə ilə qeyd edilir.

Adətə görə, süfrəyə "s" hərfi ilə başlayan 7

növ  ərzaq  qoyulur  -  su,  süd,  səməni,  sünbül,

sucuq, siyənək balığı, süzmə.



Novruz azərbaycanda

Azərbaycanda, adətə görə, Novruz bayra-

mında  göyərdilən  səməni  yazın  gəlməsinin,

təbiətin  canlanmasının,  əkinçiliyin  rəmzidir.

Azərbaycan  kəndlisi  səməni  göyərtməklə

növbəti  təssərrüfat  ilinə  bərəkət,  bolluq  arzu-

lamış, bayrama dörd həftə qalmış, hər çərşənbə

axşamı  və  bayram  günü  tonqal  qalamaqla,

mahnı ("gün çıx!" nəğməsi və s.) qoşmaqla oda,

atəşə, günəşə olan etiqad və inamını ifadə et-

mişdir. Bütün bu mərasimlər İslamdan çox-çox

əvvəl mövcud olmuş qədim şərq ənənələrinin

davamıdır.

Beynəlmiləl 

təhsil ocağı

Teatr haqqında

nə bilirsiniz?

2

3

4

4

MART, 2015, № 1 (02).



Məktəbimiz

Əziz məktəbimiz, idrakımıza

Nur saçan günəşsən, işıq  məbədi.

Əziz məktəbimiz, yollarımıza

Şəfəq bəxş edirsən – sönməz,əbədi.

Biz daim möhtəşəm yüksəkliklərə

Can atan yolçuyuq, sən – yol

göstərən.

Bizi  hey  qoruyub  nəvazişinlə

Yüksəliş yolunda sağ-sol  göstərən.

Qarışıq fikrimiz, duyğularımız 

Sənin köməyinlə durulur hər gün.

Nə qədər cavabsız suallarımız

Səndə cavab tapıb, yox olur hər gün.

Sən böyük dünyaya açıq pəncərə,

Ona qovuşmağa yönəltdin bizi.

Əlimizdən tutub müdrikcəsinə,

Təhsili, həyatı öyrətdin bizə.

Sənin şəfəqlərin ürəyimizdə,

Zirvədən-zirvəyə apardın bizi.

Səni unutmarıq, ey məktəbimiz,

Sənə bağlamışıq biz qəlbimizi.

Əminə İBrahİMlİ

H И m n


NOVRUZ BAYRAMINIZ МЦБАРЯК!


Rəsm sərgisi

n

Fevral 28-də Müasir İncəsənət Mərkəzində liseyimizin  təşəbbüsü ilə



“hər uşaq bir rəssamdır” devizi altında şagirdlərimizin əl işlərindən

ibarət sərgi keçirilib. Sərgidə 100-ə yaxın rəsm və müxtəlif əl işləri

nümayiş etdirilib.

Kağız  və  vitraj  (şüşə)

üzərində işlədikləri rəsmlərdə

şagirdlərimiz təkcə Azərbay-

canın deyil, digər ölkələrin də

təbiətini, tarixini və memarlıq

abidələrini  əks  etdirməyə

çalışıblar.  Layihənin  əsas

məqsədi  müasir  incəsənət

strategiyası kontekstində tar-

ixi-mədəni irsin qorunub sax -

lanması və aktuallaş dırılması,

həmçinin  sağlam  vətəndaş

cəmiyyəti şərait ində yaradıcı

şagirdləri mizin    təcrübəsinin

və səviy yəsinin yüksəldilməsi

idi. 

Hər  uşaq  bir  rəssam dır.



Onların hər birinin özünəməx-

sus  rəngli  dün yası  var.

Uşaqlar  bizim  döyünən  ürə -

yimizdir  və  hər  gizli  döyün-

tüdə bir istedad gizlənir.

20 Yanvar  qan yaddaşımızdır

n

Yanvarın 19-da lisey də 20 Yanvar şəhidlərinin anım

məra simi  keçirilib. Müəllimlərin  təşkilatçılığı  ilə  şa-

girdlərin Şəhidlər xiyabanına ziyarəti təşkil edilib.

Liseyin  akt

zalında  da vam

edən 


anım

mərasimin də 20

yanvar  faciəsi,

xal - 


qımızın

başına  gətirilən

m ü  s i b ə t l ə r ,

ş ə h i d l ə r i m i z

haqqında liseyin

tarix mü əllimi geniş məlumat verib. Şagird lə r bu mövzuya həsr

edilmiş şeirlər səsləndiriblər. Həmin dövrü əks etdirən videoçarx

izlənilib.

Soyqırımı qurbanlarının xatirəsi 

yad edilib



Fevralın  26-da  liseydə  xocalı  soyqırımının  23-cü

ildönümü anılıb. Şagirdlər xocalı abi dəsini ziyarət edi-

blər. Soy qırımı qurbanlarının xa tirəsi yad olu nub. 

Şagirdlər

Xocalı soy qı -

rımına  həsr

edilmiş şeirlər

s ö y l ə d i l ə r,

səh nəciklər

canlan dı r dı -

lar.  Soy qırı -

mını  əks  et -

dirən  video -

çarxlar  iz lə -

nilib.                    

Hazırda  liseyimizdə  22  sinif

fəaliyyət  göstərir.  Liseydə  şa-

girdlərin təhsil alması üçün hər cür

şərait  yaradılıb.Təlimin  keyfiyyə-

tinin  yüksəldilməsi  məqsədilə  li -

seydə 

müntəzəm 



olaraq

müsa hi bələr və açıq dərslər keçir-

ilir. Artıq dərs ilinin yarısı arxada

qalıb.  Birinci  yarımilliyi  59  şa-

girdimiz əlaçı, 97 şagirdimiz isə  4

və 5 qiymətlərlə başa çatdırıb.

Şagirdlərin 

maariflənməsi

məq  sədilə  ötən  il  liseydə  bir-

birindən maraqlı tədbirlər keçirilib.

Azərbaycan  Respublikasının

Prezidenti  cənab  İlham  Əliyevin

14 yanvar 2014-cü il tarixli sərən-

camını  əsas  götürərək,  liseydə



Naxçıvan Muxtar respublikası

yaradılmasının  90  illiyinə  həsr

olunmuş yubiley tədbiri keçirilib.

Tədbirdə  Naxçıvanın  tarixi  və

maddi-mənəvi dəyərləri haqqında

Azərbacan,  rus,  ingilis  dillərində

çıxışlar dinlənilib.

Ötən ilə dönüb nəzər salanda,



Bilik  Günü  xoş  bir  xatirə  kimi

yaddaşımızda təzələnir. 1 -ci və 4-

cü siniflərin iştirakı ilə keçən təd-

birdə  rəhbərlik  və  müəllim

kol lektivi  ilə  yanaşı  rayon  təhsil

şöbəsinin  nümayəndələri,  vali -

deynlər iştirak edirdilər. Həmçinin

Filarmoniyanın  rəqs  ansamblı

liseyimizə qonaq gəlmişdi. Hamı

şagirdləri  təbrik  etdi,  onlara

uğurlar arzuladı. Sonda liseyin ilk

zəngi  səsləndi  və  şagirdləri  öz

sinif otqalarına qalxmağa səslədi.

Şagirdlər  öz  müəllimləri  ilə  sinif

otaqlarına qalxdılar.

Müəllimlərimiz bizim gələcəy-

imizi istiqamətləndirən, bizə savad

verən,  bizə  doğru  yol  göstərən

şəxslərdir. Onların bu fədakarlığını

nəzərə alaraq, liseyin akt zalında



5 oktyabr – Beynəlxalq Müəllim-

lər Günü qeyd olundu. Şagirdlər

bir-birindən  maraqlı  çıxışları  ilə

müəllimlərini təbrik etdilər. Onlar

həm xarici, həm də milli rəqslər ifa

etdilər. Lisey müəllimlərinin təhsil

fəaliyyətini əks etdirən video çarx

nümayiş etdirildi. Tədbirdə H.Ca-

vidin “Qız məktəbində” şeiri  səh-

nələşdirildi.  Sonda direktorumuz

Ofeliya xanım bütün təhsil işçilərini

təbrik etdi,onlara uğurlar arzuladı.

Ötən ilin ən yadda qalan təd-

birlərindən  biri  də  18  oktyabr  –

Müstəqillik  Günü ilə  əlaqədar

keçirilən  tədbir  oldu.  Tədbirin

əvvəlində  müstəqillik  yolunda

canından  keçmiş  şəhidlərimizin

xatirəsi  birdəqiqəlik  sükutla  yad

edildi. Şagirdlər Müstəqillik Günü -

nə həsr edilmiş şeir və mahnılarla

çıxış  etdilər.  Əsgər  marşı  ifa  ol-

undu.  Müstəqillik  Gününə  həsr

edilmiş  videoçarx  izlənildi.  Şa-

girdlər tariximiz, müstəqilliyə ge -

dən yolda apardığımız mübarizə

haqqında geniş məlumatlandırıldı.

Oktyabrın  sonunda  lisey  şa-

girdləri  halloween  bayramı ke -

çirdilər. Belə bir tədbir keçirməkdə

məqsəd şagirdləri həm də dünya

xalqlarının bayramları ilə tanış et-

məkdir.  Şagirdlər  Halloween  ilə

əlaqədar  hazırladıqları  rəqsləri,

mahnıları, şeirləri, səhnəcikləri ifa

etdilər. Sonda 1-ci, 2-ci, 3-cü yerə

layiq görülmüş şagirdlər mükafat-

landırıldı.

Milli atributlarımız bizim müs -

təqilliyimizin,  tariximizin  şanlı

səhifəsidir.  Noyabr  ayında  biz

Bayraq  Günü,  Konstitusiya

Günü, Dirçəliş Günü ilə əlaqədar

tədbirlər təşkil etdik. Şagirdlərimizi

maarifləndirmək  üçün  onların

Dövlət  Bayrağı  meydanına  ek-

skursiyası  təşkil  edildi.  Tədbir

dövlət  televiziyaları  tərəfindən

işıqlandırıldı.  Tədbirdə  bayra -

ğımızın  müqəddəsliyindən,  tar-

ixindən, rənglərinin mənasından,

bəhs  edildi.  Tədbirdə  lisey  şa-

girdləri  mahnılar, şeirlər, maraqlı

səhnəciklərlə  çıxışlar  etdilər.

Dövlət bayrağı ilə əlaqədar hazır-

lanmış videoçarx izlənildi.

Otən ilin ən yaddaqalan tədbir-

lərindən biri də Rusiya Federa si -

yasının  Azərbaycandakı  sə fir  li -

yinin dəstəyi ilə  hüseyn Cavidin



“Şeyx  Sənan”  əsərinin  100  il-

liyinin keçi rilməsi oldu. Tədbirdə

səfirliyinin, 

Rus 

Mədə niyyəti



Mərkəzinin, Təhsil Nazirliyinin nü-

mayəndələri, rus dili  müəllimləri

iştirak edirdi. “Şeyx Sənan” əsəri

şagirdlərin iştirakı ilə canlandırıldı.

Tədbir  Dövlət  Televiziyaları  va-

sitəsilə  işıqlandırıldı.  Tədbir  rus

dilində keçdi ,“İblis” əsəri isə hər

iki dildə Azərbaycan və rus dilində

səsləndirildi.

Tədbir yüksək səviyyədə keç -

diyinə  görə  Rusiya  Federasi -

yasının  Azərbaycandakı  səfirliyi

tərəfindən  təşəkkür  məktubu  və

sertifikat  aldıq,  həmçinin  liseyi -

mizə 10 ədəd kitab  hədiyyə edildi.

Şagirdlərimizin  dil  biliklərini

zənginləşdirmək üçün bu il lisey-

imizdə “Conversation” təşkil ol-

unub.

Bu  il  liseyimizdə  tətbiq  edilə -



cək  yeniliklərdən  biri  “Kiçik

akademiya”  yaratmaqdır.  Məq -

sədimiz xüsusi istedada malik şa-

girdlərimizi  aşkara  çıxarmaq,

onların bilik yarışlarında iştirakını

təmin etmək, onlarda sadə tədqi -

qatçılıq bacarıq və vərdişləri for-

malaşdırmaq, istedadlıları düzgün

istiqamətləndirməkdir.

n

Təhsilimiz bütün həyatımız boyu bizi istiqamətləndirən əsas me-

yardır. Biz çalışırıq ki, liseydə təhsil alan hər bir şagirdi gələcəyin

intelektual, mədəni, hərtərəfli,  xalqının dilini, əxlaqi-mənəvi dəyər-

lərini, milli adət-ənənələrini, tarixini, mədəniyyətini, incəsənətini

dərindən bilən bir şəxs kimi yetişdirək.  İnsanlara, təbiətə, əməyə,

şəxsi və dövlət əmlakına ədalətli, qayğıkeş və tolerant münasibət

bəsləməyi, gerçəkliyi estetik qavramağı biz onlara öyrədirik. 

Ötən ilin yekunları, bu il görüləcək işlər, 

tətbiq ediləcək yeniliklər... 

Мяктяб


гязети

MART, 2015, № 1 (02).

2

BİlİK GÜNÜ

“ŞEYx SƏNaN” ƏSƏrİNİN 100 İllİYİ

hallOwEEN BaYraMı

Ana dilimizi qoruyaq!

n

Fevralın 20-də liseydə “ana dilimizi qoruyaq” devizi ilə Bey nəlxalq

ana Dili Günü qeyd olu nub. 

Şagirdlər tə  rə  findən müx təlif dillərdə (rus, al man, ingilis, fransız) şeirlər

səsləndirib, səhnəciklər can landırıblar. 

Şagirdlər “Şirin dil” mahnısını oxudular, nəlbəki rəqsini ifa etdilər. Tədbirdə

şagirdlərin daha əvvəl miniatür kitablar mu zeyinə ekskursiyasını əks etdirən

slaydlar, ana dili haqqında videoçarxlar izlənildi.  

Narkomaniyaya yox deyək!



liseyimizdə tez-tez maarifləndirici tədbirlər keçirilir.



Yanvarın  24-də  keçirdiyimiz  növbəti  tədbir  narko-

maniya qarşı mübarizəyə həsr olunmuşdu.

Narkomaniya  bəşəriyyətin  ümumi  faciəsi,  cəmiyyətin

əsas mübarizə hədəflərindən biridir. Tədbirdə narkomaniya

əleyhinə videoçarxlar, şagirdlərimizin bu mövzuya aid çəkdiyi

şəkillər,  “Yaşa özün və başaqalarının yaşamasına imkan

ver” adlı stend sərgiləndi. 

Tədbirdə Nərimanov Rayon Polis idarəsinin əməkdaşı

Nicat Rəhimov, Bakı Şəhər Narkoloji Dispanserin  psixiatr-

narkoloqu Elçin Aslanov və “Psixoloq” qəzetinin redaktoru

Tahir Heydərov iştirak edirdilər. Onlar bu zərərli  vərdiş və

ona qarşı mübarizə yollarından danışdılar.

Tədbirin  sonunda  liseyin  direktoru  Ofeliya  Muradova

narkomaniya əleyhinə rəsmlər çəkmiş şagirdləri Fəxri Fər-

manla təltif etdi. 

Hər bir gənc gələcəyin savadlı şəxsiyyəti, dövlətimizin

aparıcı  siması  ola  bilər:  onları  bütün  zərərli  vərdişlərdən

qoruyaq, belə sosial bəlalara qarşı birgə mübarizə aparaq,

sağlam gələcəyə sağlam düşüncə ilə addımlayaq!




Nadejda Mixaylovna  MaTSKUS 

Rus bölməsi üzrə 1

c

sinfi

-Hər birimizə məlumdur ki, insanın əsas təhsilinin təməli orta mək-

təbdə qoyulur.Ona görə də biz çalışırıq ki, şagirdlərimizə hərtərəfli təhsil

verək. Hər bir uşaq fərqlidir, onun meyil, ba carıq və qabiliyyətləri də fərq-

lidir. Mən onların hər birinə fərdi yana şıram. Bizi dövlət məktəb lərindən

fərq ləndirən əsas cə hət budur ki, siniflərdə şagird sayı maksimum 15

nəfər təşkil edir. Bu da imkan verir ki, dərs müddətində mən hər bir şa-

girdlə fərdi məşğul ola bilim.  Bizdə dərslər kurikulum üsulu ilə keçirilir,

kompyuterdən, proyektordan, slaydlardan istifadə olunur. 

Mən fikirləşirəm ki, müəllimin bilikləri  bir tərəfdən elmə,digər tərəfdən

onu öyrənən şagirdlərə doğru yönəlməlidir. L.N.Tolstoyun bu sözlərini

mən həmişə diqqətdə saxlayıram “İşinə və şagirdlərinə məhəbbəti bir-

ləşdirməyi bacaran şəxs əsil müəllimdir”.

MÜDrİKlƏr DEYİB:

Müəllim  bir  şama  bənzər,

özünü əridərək başqalarına

işıq verər. 

(M.K.Atatürk)

n

Mən  dünyada  müəllimlik -



dən yüksək ad tanımıram. 

(H.Əliyev)

n

Müəllim, bir zəkanı tama mi -



lə  hazır  məlumatlarla  dol -

duran  təlimçi  deyil,  tə lə -

bələr öz özlərinə fikirlərini

inkişaf etdirmələri üçün on-

ları cəlb edən bir insan ol-

malıdır.   

(A.Karrel)

n

Pis  müəllim  şagirdinə  hə -



qiqəti çatdırır, yaxşı müəl-

lim  isə  onu  tapmağı

öy rədir. 

(Adolf Disterveq)

n

atam  məni  bu  dünyaya



gətirib,  amma  müəllimim

isə  mənə  bu  dünyada

həqiqi  səadət  yolunu  tap-

maqda yol göstərib. 

(Aristotel)

n

həyatda  ən  çox  güvən -



diyim  şəxs  müəllimdir,

çünki  onun  silahı  kitabdır

və bu silahla istənilən düş -

məni çökdürmək mümkün -

dür. 

(Oqyüst Kant)

Bİr DƏ DEYİrlƏr Kİ:

n

həyatda  insanın  dörd



müəllimi olur – valideyn-

ləri,  müəllimləri,  şəxsi

təcrübələri və təbiət. On-

lardan  biri  körpəlikdə,

biri uşaqlıqda, biri gən-

clikdə, biri də qocalıqda

müəllimlik edir!

n

Özü öyrənən tələbə mü -



əlliminə kömək edir!

n

Yaxşı şagirdlər müəllim-



lərə övladlarından yaxın

olur!

n

Öyrədərkən  özü  öyrən-



məyən  əsl  müəllim  de -

yil!

n

Müəllimlər özlərinin yox,



şagirdlərinin qabiliyyəti

ilə fəxr edirlər!

Səbinə hƏSƏNOVa 

Rus bölməsi üzrə 1

D

 

sinfi 

-  Dövlətimizin,  təhsili mizin  inkişafı  şagirdləri mizin  bugünkü  təhsi -

lindən, onların savadlı, mədəni və vətənpərvər yetişməsindən birbaşa

asılıdır. Biz daim çalışırıq ki, şagirdlərimiz el min hər sahəsindən məlu -

matlı olsunlar. Çalışıram  ki, şa girdlərim müstəqil və mən tiqi düşünməyi,

cəmiy yətə münasibət bildirməyi bacarsınlar.Mən öz metodikamı onlarla

əməkdaşlıq prinsipi əsasında qururam. Şagirdləri kiçik qruplara bölür,

hər bir şagirdin materialı mənimsəmə dərəcəsini müşahidə edir, onlara

çətin  situasiyalardan çıxmağa kömək edirəm. Dərslərimi İKT-nın mən-

imsənilməsi istiqamətində  təşkil etməyə üstünlük  verirəm.



Elnarə ƏMİraSlaNOVa

Rus bölməsi üzrə 1

B

sinfi 

- Orta məktəb təhsili bizim ən yadda qalan təhsilimizdir. Bu təhsil

mühi tində həm müəllimin, həm də uşağın istəyi öz əksini tapmalıdır.

Bizim məq sə dimiz uşaqlarda məntiqi və yaradıcı təfəkkür element lərini

formalaşdırmaq, is tedadlı uşaqların erkən ya şdan üzə çıxarılmasını və

inkişafını təmin etməkdir. Biz öz təlim sistemimizi elə qururuq ki burada

həm kompyuterdən, həm ağıllı lövhələrdən, o cümlədən Təhsil Nazir-

liyinin proqramlarından əlavə,rus bölməsi üçün Seldman, Moro, Peter-

son  və s. müəlliflərin dərsliklərindən də istifadə  edirik. Mən çalışıram ki

onlar həm təhsilli, həm də vətənpərvər kimi yetişsinlər.



Nuridə MƏMMƏDOVa  

Azərbaycan bölməsi üzrə 2

A

sinfi 

- Mən istəyirəm Viktor Hüqonun bu  sözlərini xatırlayaq. “Müəllim in-

sanları  aydınlığa    çıxaran  işığa  bənzəyir.  Şagirdlərimiz    bizim  işıqlı

gələcəyimizdir.

Mən  çalışıram ki, şagirdlər arasında sağlam  rəqabət  olsun, onlar

elmə, təhsilə daha  ma raqla yanaşsınlar. Çalışıram ki, təlimdə   şa-

girdlərin  fərdi və yaş xüsusiyyətlərini nəzərə alım.

Səbinə hƏSƏNOVa 

Azərbaycan bölməsi üzrə 3

A

sinfi  

- Biz öz metodikamızı “müəllim-şagird-valideyn” prinsipi üzərində  qu-

ruruq. Müəllim yoldaşlarım kimi mən də çalışıram ki şagirdin mükəmməl,

hərtərəfli insan kimi yetişməsində valideynlərləbirgə işləyim. Hər həftə

sonu mütləq əlavə testlər təşkil edirəm. Hər fənn üzrə xüsusi testlər

üzərində  çalışırıq.  Mən  öz  şagirdlərimi  həvəsləndirmək  üçün  hər

yarımilin sonunda əlaçı şagirdləri mükafatlandırıram

Güləndam  OrUCOVa  

Azərbaycan bölməsi üzrə 1

A

sinfi  

- Bizim sevimli müəllimimiz Güləndam müəllimə  - mən çalışıram ki,

şagirdlər  nəzəriyyəni  təcrübə  ilə  əlaqələndirməyi  bacarsınlar.  Onlar

dünyaya,həyata  öz  baxışları  ilə  baxıb  qiymətləndirməyi  bacarsınlar.

Özlərinə güvənməyi bacarsınlar. Bizdə “müəllim–şagird–dərslik” mo -

delinə kompyuterin də əlavə edilməsi şagirdin dərsə marağını və istəyini

artırır.  

İnqa SMOTrOVa

rus bölməsi üzrə 2

B

sinfi 

-Mən həmişə bu pedaqoji fikrə istinad edirəm: “Şagirdin qəlbi tarın

sarı simi  kimidir. Onu tapıb, ona toxunmağı bacarmaq lazımdır”. Kuriku-

lum sistemi imkan verir ki, bizdə şagirdlər təlimin əsas iştirakçısı kimi

çıxış etsinlər.

B и Z и M   M Ц Я L L и M L Я R и M и Z

Мяктяб

гязети


MART, 2015, № 1 (02).

3



n

Şagirdlərimizin bilik və dün -

yagörünüşünü 

yoxlamaq,

on ların  meyil  və  maraq la rı -

nın istiqamətlərini müəy yən -

ləşdirmək məqsədilə tez-tez

onlar  arasında  müxtəlif  sa -

hələr üzrə sorğular keçiririk.

həmin  sorğuların  nəticə -

sində  biz  öz  şagirdlərimizi

daha  yaxşı  tanıyır,  onlara

müstəqil  fikir  söyləmək  im -

kanı yaradırıq.

Bu  dəfəki  sorğumuz  teatr

mövzusu  oldu.  Tanınmış  dra-

maturqumuz  İlyas  Əfəndiyev

deyərdi:  “Teatr  həmişə  mənəvi

yüksəliş aynası olmuşdur”. Məlum-

dur  ki,  günümüzdə  kompüter

texnologiyasının inkişafı şagirdlərə

daha  çox  və  geniş  informasiya

əldə etmək imkanı yaradır. Lakin

bizim  məqsədimiz  onlarda  milli-

mənəvi  hissləri  daha  da  dərin-

ləşdirmək,  onları  həyatın  və

za manın  sınaqlarına  hazırla-

maqdır.

Beləliklə 1-ci və 2-ci sinif şa-



girdlərindən soruşanda ki, siz teatr

haqqında nə bilirsiniz? Onlar çox

sərbəst  şəkildə,  öz  yaş  səviy -

yələrinə, dünyagörüşlərinə uyğun

maraqlı,  məntiqli  cavablar  ver-

məyə  çalışdılar.  “Teatr  böyük  və

gözəl yerdir, orada nağıl göstərir-

lər,  teatr  maraqlıdır,  gülməlidir,”

kimi cavablar verdilər. Müəllim on-

lardan soruşanda ki, bəs siz teatra

getmisinizmi,  hansı  tamaşalara

baxmısınız? Onlar cavab verdilər

ki, “Tıq-tıq  xanım”, “Göyçək Fat -

ma”,  “Cırtdan”  tamaşalarını  seyr

ediblər.

3-cü  və  4-cü  siniflərə  eyni

sualı  ünvanladıqda  isə  nisbətən

daha  dolğun  cavablar  aldıq.  Şa-

girdlər  səhnə  dekorasiyasından

tutmuş,  aktyor  və  aktrisaların

geyim  tərzi  haqqında  fikir  bil -

dirdilər.  3

B

sinif  şagirdləri  Amin,



Fidan teatrın növlərini sadaladılar,

teatrın  romantik,  fantastik,  sər -

güzəştli  olduğunu  qeyd  etdilər.

Hətta  valideynləri  ilə  teatra  ge -

dərkən gül dəstələri aldıqlarını və

aktrisalara təqdim etdiklərini vur -

ğuladılar. Onlardan soruşanda ki,

bəs  siz  teatra  baxıb  nə  nəticə

çıxarırsınız? Onlar cavab verdilər

ki, cəmiyyətdə özünü necə apar -

maq  lazım  olduğunu,  mədəni  ol-

mağı öyrənirlər.



5, 6, 7 və 8-ci siniflərdən isə

biz daha ətraflı cavablar aldıq.  6B

sinif  şagirdləri  cavab  verdilər  ki,

filmdən fərqli olaraq, teatr həyatı

daha doğru göstərir. Şagirdlərdən

Nazim “teatr cəmiyyəti xarakterizə

edir”,  Elmar  “biz  teatrda  gülürük,

ağlayırıq,  nəticə  çıxarırıq”,  Riad

“insanlar teatrda özlərini tapırlar”

kimi  maraqlı  cavablar  verdilər.

Ümumi şagirdlərin fikirləri isə belə

oldu ki, teatr kollektiv işdir, teatrda

istedad  lazımdır.  Biz  teatra  ba -

xanda cəmiyyətin mənfi və müsbət

tərəflərini görür, nəticə çıxarırıq.

9, 10 və 11-ci siniflər isə teatrı

bir həyat məktəbi, ibrət dərsi alı-

nan yer,keçmiş və bugün arasında

bir körpü kimi xarakterizə etdilər.

Teatr haqqında nə bilirsiniz?

Rusiya şəhərlərinə qiyabi səyahət: OMSK

n

Martın 4-də liseyində “rusiya şəhərlərinə qiyabi səyahət” layi-

həsi çərçivəsində Omsk şəhərinə həsr olunmuş tədbir keçir-

ilib.

Tədbirə başlamazdan

əvvəl  liseyin  foyesində

Omska həsr olunmuş şa-

girdlərin yaradıcı əl işləri,

Omsk haqqında albomlar,

referatlar,  inşa  yazıları

sərgilənib.  Omsk  şəhəri -

nin  tarixi,  tarixi-mədəni

abidələri, görkəmli adam -

ları, şəhər  adət-ənənələri,

milli  geyimləri,  milli  mət-

bəxi, folkloru, rəqsləri təd-

birdə öz əksini tapıb.

Tədbirdə  Rusiya  Mədəniyyət  və  İnformasiya  Mərkəzindən  və

Rusiyanın  Azərbaycandakı  səfirliyindən  nümayəndələr,  valideynlər,

məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Beynəlmiləl təhsil ocağı

n

“Evrika”  liseyi  şagirdlərin  yetkin  bir  fərd,  şəxsiyyət  olaraq

yetişmələrinin ancaq təhsillə təmin edilə biləcəyinə inanır.

Bizim liseyimiz beynəlmiləl təhsil ocağıdır. Burada azərbaycanlılarla

yanaşı digər millətlərin övladları da təhsil alır. Onların hərtərəfli təhsil alması

üçün hər şərait yaradılıb. 

Liseyimizdə xarici dillərdən rus dili, ingilis dili, fransız dili, alman dili bu

sahədə ixtisaslaşmış müəllimlər tərəfindən tədris olunur, bu da bizə imkan

verir ki, liseyimizdə digər millətlərin nümayəndəsi də təhsil alsın. 

Qəzetimizin budəfəki sayında həmin şagirdlərimizdən bir neçəsinin də

şəklini verməyi özümüzə borc bildik. Şagirdlərimiz bizim uğurlu gələcəy-

imizdir.Onların hər birinə müvəffəqiyyətlər arzulayırıq.                                                 



TElEFONlarıMıZ:

012-464-84-88

055-208-95-03

ÜNVaNıMıZ:

Bakı şəhəri, 

Nərimanov rayonu,

Əhməd rəcəbli küçəsi, 1/6. 

ElEKTrON POÇTUMUZ:

info@evrikaliseyi.az

wEB ÜNVaNıMıZ:

http://evrikaliseyi.az/

İşçi heyəti:

Eylazova Tünzalə 



03.03.1978

Nəsibova alimə   



10.03.1973 

İsmayılzadə aysel 



10.03.1993

Məmmədov rafiq  



11.03.1960

abbasova Əminə  



16.03.1958 

Qəhrəmanova xəyalə 



18.03.1977

Səlimova Sevinc  

-    18.03.1973

rzayeva Samirə  

-      19.03.1987

Məmmədova həqiqə 



20.03.1946

rüstəmli Sübhan   



21.03.1969

rəhimli Nərgiz    

-    30.03.1988 

Şagirdlər: 

1c - Yusubova Nuranə 



02.03.2008

2c - Şahbazlı Nihad 



03.03.2007

4a - Məmmədov Tamerlan 



04.03.2005

4a - Əsgərli leyla 



12.03.2005

1d - rzayev hüseyn 



13.03.2008

1b - Əlizadə ayxan 



14.03.2008

7a - Musayev Ülvi  



18.03.2002

7b - İbrahimli Kamil 



18.03.2002

1d - Əhədzadə Gülgün 



19.03.2008

5b - Əfəndiyev Nicat 



27.03.2004

4b -  Əhmədzadə Nəzrin 



29.03.2005

1b - adıgözəlli Fariz 



29.03.2008

9a - Əsgərli Nihal 



31.03.2000

10 a - Quliyev Səmərxan 



31.03.1999

aD GÜNÜNÜZ MÜBarƏK!

2015/2016-cı tədris ili üçün

“EVrıKa” lıSEYıNƏ SƏNƏD QƏBUlU 

1 aprel 2015-ci il tarixdən 30 aprel 2015-ci il tarixinədək 

davam edəcək. 

Müsabiqə hər iki bölmə (Azərbaycan və rus bölmələri) və 

I-X siniflər üzrə keçiriləcək. 

ıı-x siniflər üzrə imtahan 

17 may 2015-ci il tarixdə saat 11.00-da 



ı siniflər üzrə müsabiqə

24 may 2015-ci il tarixdə saat 11.00-da keçiriləcək. 



lazım olan sənədlər:

I siniflər üçün:



3x4 şəkil, doğum haqqında şəhadətnamənin surəti, 

sağlamlıq haqqında arayış 

II-X siniflər üçün:



3x4 şəkil, doğum haqqında şəhadətnamənin surəti

İmtahan aşağıdakı fənlər üzrə keçiriləcək: 

II,III,IV siniflər üzrə: 

Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi

V,VI,VII,VIII,IX,X siniflər üzrə:



Azərbaycan dili, Riyaziyyat, Azərbaycan tarixi,

İngilis dili

İmtahan “Evrika” liseyinin binasında keçiriləcək. 

İmtahan binasında saat 10.00-da olmalı. 

İmtahan 1 saat 30 dəq davam edəcək. 

Qeyd:

II tur 18 avqust 2015-ci il tarixdən 

3 sentyabr 2015-ci il tarixədək keçiriləcək.

E L A N


Buraxılışa məsul: Sübhan rüstəmli

Mətnlərin müəllifi: Vəfa abdullayeva

Мяктяб


гязети

MART, 2015, № 1 (02).

4

BİZİM SOrĞU

lİSEY ŞaGİrDlƏrİNİN h.CaVİDİN “ŞEYx SƏNaN” PYESİNDƏN haZırlaDıQları SƏhNƏ.

Gültəkin aydan Yıldırım Kasenov Daur

leyla atəş Fərhad                                     

xədicə Taşoğlu

Şagirdlərimiz 

rəsm müsabiqəsində

uğur qazanıblar



Bu günlərdə Nəsimi rayon

İcra  hakimiyyətinin  təşəb-

büsü, azər baycan respub-

likasının Gənclər və İdman

Nazirliyinin təşkilatı dəstəyi

ilə  "Sağlam,  narkotiksiz

həyat  seç!"  möv zusuna

dair rəsm müsabiqəsi keçir-

ilib.

Müsabiqədə liseyimizi 7

b

sinif


şagirdi  Ləman Əfəndiyeva və 8

a

sinif şagirdi  Həsən Feyzullayev



də iştirak ediblər. Onların "Narko-

maniyaya  yox  deyək!"  mövzu -

sunda  çəkdikləri  rəsmlər  “Yaxşı

ideyaya  görə”  nominasiyasında

sertifikata layiq görülüb.

Şagirdlərimizi təbrik edir, on-

lara  təhsildə  və  yaradıcılıqda

uğurlar arzulayırıq!  



Yüklə 117,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə