U “audiT” fənnindən mühazirələr konspekti Mövzu Auditin mahiyyəti, məqsədi,vəzifələri və tənzimlənməsi



Yüklə 119,99 Kb.
səhifə1/23
tarix26.02.2022
ölçüsü119,99 Kb.
#84166
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   23
Audit- mühazirələr konspekti


u “AUDİT” fənnindən mühazirələr konspekti

Mövzu 1. Auditin mahiyyəti, məqsədi,vəzifələri və tənzimlənməsi

1. Auditin mahiyyəti, əhəmiyyəti və auditin vəzifələri.

2. Auditin növləri.

3. Auditin təşəkülü və inkişaf tarixi, Azərbaycanda auditin yaranması.

4. Auditə dair qanunvericilik aktları.

5. Auditor fəaliyyətinin tənzimlənməsinə dövlət nəzarəti.


Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçməsi sahibkarlığın sürətli inkişafı, müəssisələrin yeni taşkilati-hüquqi formalarının və müxtəlif mülkiyyət növlərinin yaranması, ölkənin dünya birliyinə inteqrasiyası idarəetmədə əsaslı dəyişikliklər aparılmasını, nəzarətin təşkili metodologiyası və həyata keçirilməsi sisteminin yenidən qurulmasını tələb edirdi.

Bazar iqtisadiyyatına keçid şəraitində yeni bir defisit növü yaranmış və özünü getdikcə daha artıq hiss etdirməyə başlamışdır. Bu və ya başqa konkret müəssisənin işgüzar nüfuzu haqqında mötəbər informasiya yox idi: müəssisənin yen kommersiya banklarının, birjaların və digər bazar strukturlarının təsisçisi olmaq istəməsi qanuna uyğundurmu; müəssisə şok vəziyyətindən özünə gəlibmi və hissə-hissə oğurlamaqla artır müəssisənin axırına çıxmayıblarki; nəhayət o yaşamağa qabildirmi.

Başqa sözlə, təsisçilər və səhmdarlar, müvafiq emitetlərin; qiymətli kağızlarının sahibləri və kreditorlar təşkilatların maliyyə vəziyyəti və ödəmə qabiliyyəti barədə düzgün məlumat, cari və perspektiv dövlət üçün əsaslandırılmış rəylər almaqla maraqlı idilər. Məhz bu şəraitdə dövlət nəzarətinə alternativ olan bir qurumu – bazar iqtisadiyyatı infrasturukturunun ayrılmaz ünsürlərindən biri kimi, müstəqil auditin inkişaf etdirilməsinə çox böyük zərurət yarandı.

Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir.

Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və onun maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür.

Britaniya Audit Praktikasi Komitəsinin 1989-cu ildə verdiyi tərifə görə, Böyük Britaniyada audit “qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş bütün qaydalara riayət olunmaqla, müəssisənin mühasibat hesabatı barədə peşəkar fikir ifadə etmək məqsədi ilə həmin hesabatın xüsusi təyin edilmiş auditor tərəfindən müstəqil öyrənilməsi deməkdir.”

Qanuna əsasən ABŞ-da səhmləri qiymətli kağızlar birjasında qiymətləndirilməyə buraxılan bütün səhmdar camiyyətlərinin maliyyə fəaliyyəti auditdən keçməlidir.

Qərbdə (ABŞ) auditə verilən ən məqbul təriflərdən biri aşağıdakı kimidir:

Audit (auditing) elə bir prosesfir ki, onun vasitəsilə səlahiyyətli sərbəst işçi kəmiyyətcə qiymətləndirilə bilən və spesfik təsərrüfat sisteminə aid olan informasiyanın müəyyən edilmiş meyarlara uyğunluq dərəcəsini müəyyənləşdirmək və bunu öz rəyində ifadə etmək üşün həmin informasiya haqqındə sübutlar toplayır və onları qiymətləndirir.

Amerika Mühasibat İşi Assosiasiyasının auditin əsas prinsipləri üzrə komitəsi auditə aşağıdakı tərifi vermişdir. “Auditin – iqtisadi hərəkətlər və hadisələr haqqında obyektiv məlumatlar alınmasının və qiymətləndirilməsinin, onların müəyyən meyara uyğunluğu səviyyəsinin müəyyənləşdirilməsinin və nəticələrin əlaqədar istifadəçilərə verilməsinin sistemli prosesidir.” Amerika mütəxəssislərinin qeyd etdikləri kimi audit iqtisafi obyektin (müstəqil təsərrüfat bölməsinin) fəaliyyətinə və vəziyyətinə dair faktların və ya bu cür fəaliyyət və vəziyyət barədə informəsiyanın toplanmasından və qiymətləndirilməsindən ibarət olan və müəyyən edilmiş meyarlar əsasında həmin fəailyyətə keyfiyyət cəhətdən rəy verəcək səlahiyyətli sərbəst şəxs təeəfinfən həyata keçirilən fəaliyyət növüdür. Deməli, audit dedikdə, maliyyə hesabatının müstəqil yoxlanması və bu barədə fikir ifadə olunması başa düşülür.

Auditin kifayət qədər böyük tarixi var və müxtəlif tərcümələrdə “o dinləyir” və ya “dinləyici” mənalarını verir. Auditin meydana gəlməsi bilavasitə şirkətləri idarə edənlərin (müdiriyyət, menecer) və onların fəaliyyətlərinə pul qoyanların (mülkiyyətçilər, səhmdarlar, investorlar) mənafelərinin ayrılması ilə bağlıdır. Sonuncular yalnız təşkilatlarının rəhbərlərinin və onların tabeliyindəki mühasiblərin təqdim etdikləri maliyyə informasiyasına etibar edə bilməzlər və etibar etmək istəmirlər. Müxtəlif şirkətlərin tez – tez müflisləşməsi, müdriyyət tərəfindən aldadılma halları maliyyə qoyuluşları riskini xeyli artırır.

Səhmdarlar əmin olmaq istərdilər ki, onları aldatmırlar, müdriyyətin təqdim etdiyi hesabat şirkətin həqiqi maliyyə vəziyyətini tam əks etdirir. Maliyyə informasiyasının düzgünlüyünü yoxlamaq və maliyyə hesabatını təsdiq etmək üçün auditorlar dəvət olunur, səhmdarların fikirincə, onlara etibar etmək olar.

Müəssisənin, təşkilatın hesabatının düzgünlüyünü, qüvvədə olan qanunvericiliyə əməl edilməsinin yoxlanılması və bu məsələ üzrə auditor rəyinin tərtib edilməsi sərbəst auditor tərəfindən yerinə yetirilir.

Sərbəst auditorlar fəaliyyətinə dair aşağıdakı qaydalar mövcuddir:

- təsərrüfat subyektinin auditoru (auditor təşkilatını) sərbəst seçməsi;

- auditor (auditor təşkilatı) ilə sifarişçi arasında müqavilə münasibətləri; bu münasibətlər auditora öz sifarişçisini özünün seçməsinə və hər hansı dövlət orqanının göstərişlərindən asılı olmağa imkan yardır;

- sifarişçi ilə auditor fəaliyyəti barədə müqavilə münasibətlərini aşan qohumluq və ya işgüzar əlaqələr olduqda auditor yoxlaması aparılmasının qeyri – mümkünlüyü;

- audit, məsləhət xidmətləri və qanunvericiklə icazə verilmiş digər xidmətlər göstərilməsi ilə əlaqədar olmayan təsərrüfat, kommersiya və maliyyə fəaliyyəti ilə maşqul olmağın auditorlara və auditor firmalarına qadağan edilməsi.

Auditin mahiyyətinin, əhəmiyyətinin və vəzifələrinin təhlili göstərir ki, bu “yeni inqilabın” əlində sadəcə olaraq “cəza qılıncı” deyil, xüsusilə mürəkkəb, sosial cəhətdən neytral iqtisadi alətdir. Müassir auditin coşğun inkişafa başlamasının obyektiv səbəbləri onunla izah edilir ki, yeni şəraitdə mülkiyyətlə onun idarə olunması münasibətləri sistemi mühüm, əsaslı dəyişikliklərə məruz qalmışdır.

– Yəni əhlinin əmlakına görə differensasiyası, habelə saxta kapitalın inkişaf investorların tərkibində prinsipal irəliləyişə səbəb olmuşdur;

– qeyri – obyektiv informasiyaya əsaslanan təsərrüfat qərarlarının qəbul edilməsi çox zaman mənfi iqtisadi nəticələrə və hətta bəzi təsərrüfat subyektlərinin müflisləşməsinə gətirib çıxarmışdır.

– hesabatların düzgünlüyü haqqında peşakar mühakimə yürtməsi qabiliyyəti olan adamlar üçün xüsusi biliklər tələb olunmuşdr;

– mülkiyyətçilərinin sayının xeyli artması ilə əlaqədar müəssisələrin müdriyyətinin (icraşı müdriyyətin) bilavasitə mülkiyyətçilərindən ciddi surətdə aralanması baş vermişdir;

– kapitalın hərəkətinin müasir forması kimi, fond bazarının təşəkkül və inkişafı başlanmışdır.

Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə auditin və auditor xidmətinin konkret təsfiri verilmişdir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunun 2 – ci maddəsində qeyd edilmişdir ki, audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və düzgün aparımlasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır.

Həmin Qanunun 3 – cü maddəsində auditor xidməti təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə - təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparılması və yazılı rəy verilməsi, mühasibat uçotunun qurulması, hüsabat göstəricilərinin dürüstlüyünün təsdiq edilməsi, auditorun peşə fəaliyyətinə (auditor təşkilatlarının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə təsərrüfat münasibətləri sahəsində digər xidmətlər göstərilməsi kimi müəyyənləşdirilmişdir.

Auditor fəaliyyətinin əsas məqsədi təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatlarının düzgünlüyü və onların apardıqları maliyyə və təsərrüfat əməliyyatlarının normativ aktlara uyöunluğunu müəyyən etmək deməkdir.

Deməli, auditin təyin edilməsi aşağıdakı məqsədlə maliyyə hesabatlarının yoxlanması deməkdir:

–hesabatların düzgünlüyünün təsdiqi və ya onların qeyri – düzgün olmasının müəyyən edilməsi;

– yoxlanılan dövürdə məsrəflərin, gəlirlərin və müəssisənin fəaliyyətinin maliyyə nəticələrinin uçotda və hesabatda dolğun, düzgün və dəqiq əks etdirilməsinin yoxlanılması;

– uçot aparılması və hesabatların tərtibi qaydalarının tənzimləyən qanunvericiliyə və normativ sənədlərə, aktivlərin öhdəliklərin və xüsusi kapitalın qiymətləndirilməsi metodologiyasına əməl olunmasınanəzarət;

- əsas və xüsusi dövriyyə vəsaitlərindən, maliyyə ehtiyatlarından və borc mənbələrindən daha yaxşı istifadə imkanlarının üzə çıxarılması.

Auditin əsas məqsədinə sifarişçi ilə müqavilə əsasında şərtləşdirilmiş vəzifələr – maliyyə ehtiyatlarından daha yaxşı istifadə edilməsi imkanlarının üzə çıxarılması, vergilərin düzgün hesablanmasının təhlili, müəssisələrin maliyyə vəziyyətini yaxşılaşdırmaq, məsrəfləri və fəaliyyətin nəticələrini, gəlirləri və xərcləri optimallaşdırmaq üçün tədbirlər hazırlanması vəzifələri əlavə oluna bilər.

Auditor yoxlanmasında balansın, mənfəət və zərər haqqında hesabatın tərtib olunmasının düzgünlüyünü, izahat məktubundakı məlumatların doğruluğu müəyyən olunur.

Auditor mənfəət və zərər haqqında hesabatı balans mənfəətinin və vergi tutulan mənfəətin hesablanmasının düzgünlüyünü müəyyən etmək üçün yoxlayır.

Əsas məqsədə çatmaq və rəy vermək üçün auditor aşağıdakı məsələlər üzrə rəy tərtib edir.



  1. Hesabatın ümumi məqbulluğu; - hesabatın tələbata uyğunluğu.

  2. Əsaslılıq; - hesabatda göstərilən məbləğləri daxil edilməsinin əsaslılığı.

  3. Bitkinlik; - məbləğlərin aktiv və passivliyinin hansı müəssisəyə məxsusluğu.

  4. Qiymətləndirmə; - düzgün qiymətləndirilibmi?

  5. Təsnifat; - məbləği onun yazıldığı hesaba aid etməyə əsas varmı?

  6. Ayrılma;

  7. Səliqəlilik;

  8. Açma; - kateqoriyaların hamısı mal hesabatına daxil edilibmi?

Auditin başlıca vəzifələrini sivil bazar müəyyənləşdirir.

Auditorlar (auditor təşkilatları) öz fəaliyyətləri prosesində həmçinin auditor xidməti göstərilməsi ilə bağlı aşağıdakı bir sıra vəzifələri həll edirlər.



  • mühasibat uçotunun aparılmasının və hesabatın tərtib edilməsinin, təsərrüfat əməliyyatlarının qanuniliyinin yoxlanılması;

  • mühasibat uçotunun təşkilində kömək göstərilməsi;

  • mühasibat uçotunun bərpasında kömək göstərilməsi;

  • mühasibat (maliyyə) hesabatının tərtibində kömək göstərilməsi;

  • vergilərin planlaşdırılmasına və hesablanmasına kömək göstərilməsi;

  • ekspert qiymətləndirmələri və təsərrüfat fəaliyyətinin nəticələrinin təhlili;

  • maliyyə bə hüquq məsələlərinin geniş dairəsi, marketinq, menecment, texnoloji və ekoloji məsələlər üzrə məsləhətlər verilməsi;

  • təsis sənədlərinin və başqa sənədlərin hazırlanması;

  • gələcək tərəfdaşlar haqqında informasiya verilməsi;

  • sifarişçilərə informasiya xidməti və s.

Auditorun xidmətinə tələbat aşağıdakı hallarla əlaqədar yaranmışdır:

1. Müdiriyyətlə informasiya istifadəçiləri (mükiyyətçilər, investorlar, kreditorlar) arasında ixtilaflar olduğu hallarda müdiriyyət tərfindən qeyri-obyektiv informasiya verilməsi;

2. Qəbul edilmiş qərarların nəticələrinin informasiyanın keyfiyyətindən asılılığı;

3. İnformasiyanı yoxlamaq üçün xüsusi biliklərin tələb olunması;

4. Çox zaman informasiyanı istifadəçilərinin onun keyfiyyətini qiymətlən-dirmək imkanının olmaması.

Bütün bu ilkin şərtlər müvafiq hazırlığı, ixtisası, təcrübəsi və bu cür xidmətlər göstərməyə icazəsi olan ekspertlərin (auditorların) xidmətlərinə ictimai tələbat yaranmasına gətirib çıxarmışdır.

Auditor yoxlamaları dövlət orqanlarına, məhkəmələrə, prokurorluğa və müstəntiqlərə onları maraqlandıran maliyyə hesabatının düzgünlüyünü təsdiq etmək üçün lazımdır.

Auditor xidmətlərini, bir qayda olaraq, təsərrüfat subyektlərinin müdiriyyəti sifariş verir. Lakin bu funksiyadan istifadə edənlər daha çoxdur. Bunlar aşağıdakılardır: əməkdaşlar, vergi orqanları, banklar və digər maliyyə təsisatları; potensial investorlar, ticarət tərəfdaşları və b.

Auditin aşağıdakı növləri vardır:


  1. Məcburi və təşəbbüslə (könüllü) audit;

  2. Daxili və kənar audit;

  3. Təsərrüfat fəaliyyətinin auditi;

  4. Uyğunluq auditi;

  5. Maliyyə hesabatının auditi və xüsusi audit;

  6. Əməliyyat auditi;

  7. Dövlət orqanlarının tapşırığı ilə məcburi (icbari) audit;

  8. Auditor xidmətinin başqa növləri.

“Auditor haqqında” AR Qanununda göstərilir ki, audit yoxlanması məcburi və ya könüllü (təsərrüfat subyektlərinin öz təşəbbüsü ilə) ola bilər. Qanunvericiliyə görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunvericilik aktları ilə bilavasitə nəzərəd tutlmuş hallarda və ya səlahiyyətli dövlət orqanlarının müvafiq qərarlarına əsasən (onların sifarişi ilə) həyata keçirilən audit məcburi, digər hallarda isə könüllüdür.

Məcburi audit yoxlanması bilavasitə qanunvericilikdə müəyyənləşdirilmiş hallarda və yadövlət orqanlarının tapşırığı ilə keçirilir. Məcburi auditin həcmi və keçirilmə qaydası qanunvericilik normaları ilə tənzimlənir.

Mövcud qanunvericiliyə görə səhmdar cəmiyyətləri, xarici investisiyalı müəssisələr, banklar və digər kredit təşkilatları, sığorta təşkilatları, məhdud məsuliyyətli cəmiyyətlər, investisiya fondları, maliyyə-sənaye qrupları üzrə audit məcburidir. Bundan əlavə AR Mülki Məcəlləsində göstərilir ki, yekun günədək on iki ay ərzində balans məbləği vədövriyyədən mədaxili müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi son mnəbləğdən yüksək olan hər bir hüquqi şəxs, qoşma da daxil olmaqla illik balansı auditor tərəfindən yoxlanılmalıdır.

Təşəbbüslə (könüllü) audit iqtisadi subyektiv qərarı üzrə auditor (auditor firması) ilə müqavilə əsasında həyata keçirilir. Belə yoxlamanın xarakterini və miqyasını sifarişçi müəyyən edir.

Daxili audit idarəetmə nəzarətinin ayrılmaz və mühüm elementidir. Daxili auditə tələbat olnunla əlaqədardır ki, rahbarliyin yuxarı pilləsi təşkilatın və aşağı idarəetmə sturukturların fəaliyyətinə gündəlik nəzarətlə məşğul olmur. daxili audit bu fəaliyyət barədə informasiya verir və menecerlərin hesabatlarının düzgünlüyünü təsdiqləyir. Daxili audit başlıca olaraq ehtiyatların itkisinin qarşısını almaq və müəssisə daxilində zəruri dəyişikliklər aparmaq üçün lazımdır.

Kənar audit təsərrüfat subyektlərinin mühasibat uçotunun və maliyyə hesabatının düzgünlüyünü qiymətləndirmək məqsədi ilə auditor formaları və sərbəst auditorlar tərəfindən müqavilə əsasında aparılır. Sərbəst auditorun sərbəstliyi həm qanunvericilik, həm də etik normalarla müəyyənləşdirilir.

Daxili və kənar audit bir-birini tamamlayır və eyni zamanda bir-birindən ciddi surətdə fərqlənir.



Təsərrüfat fəaliyyətinin auditi müəssisənin təsərrüfat fəaliyyətinin müəyyən məqsədlər üçün müntəzəm aparılan təhlilini nəzərdə tutr. Təsərrüfat subyektlərinin auditini bəzən işin və ya inzibati idarəetmənin səmərəliliyinin auditi adlandırırlar. Təsərrüfat fəaliyyətinin auditində müəyyən fəaliyyət növlərinin obyektiv tədqiqi, hər tərəfli təhlili nəzərdə tutulur.

Auditin bu növü 3 məqsəd daşıyır.

- idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi;

- təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq imkanlarının aşkara çıxarılması;

- fəaliyyətin yaxşılaşdırılmasına və ya gələcək işlərə dair tövsiyyələr.

Təsərrüfat fəalliyyətinin auditi həm müdriyyətin sifarişi ilə, həm də üçüncü tərəfin, o cümlədən dövlət orqanlarının tələbi ilə keçirilə bilir.



Uyğunluq auditi subyektin müəyyən maliyyə və ya təsərrüfat fəaliyyətinin qpyulmuş şərtlərə, qaydalara və qanunlara uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə həmin fəaliyyəti təhlil etməkdən ibarətdir.

Dövlət aktları ilə müəyyənləşdirilmiş tələblərə uyğunluq auditini bu aktların icrasına nəzarət edən dövlət orqanında işləyən müfəttişlər və ya bu cür nəzarətin tapşırıldığı kənar auditorlar aparırlar.



Maliyyə hesabatının auditi subyektin hesabatının müəyyənləşdirilmiş meyarlara və mühasibat uçotunun hamılıqla qəbul edilmiş qaydalarına uyğunluğu haqqında rəy vermək məqsədilə həmin hesabatı yoxlamaqdan ibarətdir. Həmin audit hesabatları yoxlanılan şirkətin dəvət etdiyi kənar auditorlar tərəfindən aparılır.

Adətən meyar olaraq hamılıqla qəbul edilmiş mühasibat prinsipləri götürülür. Maliyyə hesabatına ən ümumi halda mühasibat balansı, mənfəət və zərərlər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat və digərləri daxildir.

Maliyyə hesabatının auditinin nəticələri dərc olunaraq istifadəçilərə göndərilir.

Xüsusi audit təsərrüfat subyektlərinin fəaliyyətində müəyyən prosedurlara, normalara və qaydalara əməl olunmasının konkret məsələlərin yoxlanışıdır və adətən, müdirlərin fəaliyyətinin qanuniliyini, düzgünlüyüny və səmərəliliyini, vergi hesabatının tərtibinin, sosial fondlardan istifadənin düzgünlüyünü və sairəni təsdiqləmək məqsədi daşıyır.

Əməliyyat auditi məhsuldarlığı və səmərəliliyi qiymətləndirmək məqsədilə təsərrüfat sisteminin fəaliyyət prosedurları və metodlarının hər hansı bir hissəsinin yoxlanılmasıdır. Bu audit başa çatdıqdan sonra adətən menecerə əməliyyatları təkmilləşdirməyə dair tövsiyyələr verilir.

Bu auditdə yoxlamalar mühasibat uçotu ilə məhdudlaşmır. Yoxlamalar təşkilat sturukturunun, kompüter əməliyyatlarının, istehsal metodlarının, marketinq və auditorun ixtisaslı olduğu hər hansı başqa sahənin qiymətləndirilməsini əhatə edə bilər.

Auditorlar (auditor təşkilatları) auditor yoxlamaları keçirməklə yanaşı, təsərrüfat subyektlərinə, sahibkarlara və fiziki şəxslərə məsələlərin geniş dairəsi üzrə məsləhətlər verilməsi şəklində xidmətlər göstərə bilər.

Məsləhətlərin keçirilməsi praktikası göstərir ki, auditora müraciət olunan məsələlərin ən çoxu vergi qanunvericiliyi ilə bağlıdır.

Hüquq məsələləri üzrə məsləhətlər verilməsi auditor xidmətlərinin xüsusi növüdür.

Auditor firmaları qeyri-düzgün məsləhət üçün qanunvericiliyə görə əslində heç bir məsuliyyət daşımasalar da sifarişçiyə qeyri düzgün məsləhət verilməsi və bunun nəticəsindəki səhv sifarişçidə hər hansı nöqsanın yaranması auditor firmasının icminə mənfi təsir göstərir (əgər müqavilə yoxdursa).

Beynəlxalq təcrübəyə əsasən bütün auditorları 2 qrupa (tipə) bölmək olar.

1. Kənar və ya sərbəst auditorlar; 2. Daxili auditorlar.

Kənar və ya sərbəst auditorlara beynəlxalq təcrübədə aşağıdakılar aiddir;

a) andlı mühasiblər (Böyük Britaniya) və ya diplomlu ictimai mühasiblər (ABŞ), mühasib-ekspertlər və ya hesab komissarları (Fransa), təsərrüfat nəzarətçiləri və kitab nəzarətçiləri (Almaniya) və s;

b) auditor firmaları;

c) dövlət idarələrinin auditorları.

Daxili auditorlar, - onlar sturuktur təşkilat bölmələrinin təftiş etdikləri təsərrüfat sistemlərinin qulluqçularıdırlar, lakin müdiriyyətin tərkibində, yəni yoxladıqları, təftiş etdikləri bölmələrdən və fəaliyyət növlərindər asılı olmayaraq işləyirlər.

Maliyyə hesabatlarının bir çoxu istifadəçiləri auditlə mühasibat uçotunu qarışdırırlar. Bu ondan irəli gəlir ki, əksər halarda audit mühasibat informasiyası ilə bağlıdır və auditorların bir çoxu mühasibat işlərində olduqca səriştəlidirlər. Bəzi ölkələrdə auditin əsas hissəsini yerinə yetirən şəxslərin “andlı mühasiblər” və ya “diplomlu ictimai mühasiblər” adlandırılması isə dolaşdığı daha da artırır.

Mühasibat uçotu qərarlar qəbul etmək üçün informasiya hazırlanmasından ötrü məntiqin köməyi ilə iqtisadi hədisələrin yazılışı, təsnifatı və onlara yekun vurulması prosesidir.

Mühasibat məlumatlarının auditi aparılarkən yazılış informasiyasının yoxlanılan dövrdə baş vermiş iqtisadi hadisələri düzgün əks etdirib-etdirmədiyi müəyyənləşdirilir. Mühasibat qaydaları mühasibat informasiyasının düzgün formalaşdırıldığını qiymətləndirmək üçün meyar olduğu üçün bu informasiya ilə məşğul olan hər bir auditor həmin qaydaları yaxşı bilməlidir.

Auditor nəinki mühasibat uçotunu başa düşməlidir, həm də auditor sübutlarının yığılmasında və şərhində səriştəli olmalıdır. Auditoru mühasibdən fərqləndirən də budur.

Auditlə təftişin fərqləri aşağıdakı kimidir:

1. Məqsədlərinə görə:

Audit maliyyə hesabatının düzgünlüyü barədə fikrin ifadə olunmasını, sifarişçiyə xidmətlər, kömək göstərilməsi, onunla əməkdaşlığı əks etdirdiyi halda, təftiş nöqsanların aradan qaldırılmasını və müqəssirlərin cəzalandırılması məqsədini güdür.

2. Xarakterinə görə:

Auditor sahibkarlıq fəaliyyəti olduğu halda, təftişçi icra fəaliyyəti, sərəncamların icraçısıdır.

3. Qarşılıqlı münasibətlərin əsasına görə:

Auditdə-üfüqi əlaqələr, sifarişçi ilə qarşılıqlı münasibətlərdə hüquq bərabərliyi, onun qarşısında hesabat;

Təftişdə-şaquli əlaqələr, yuxarı pillə tərəfindən təyinetmə, icra haqqında onun qarşısında hesabat.

4. Xidmətlərin ödəniş prinsipi:

Auditdə sifarişçi, təftişdə yuxarı pillə və ya dövlət orqanı ödəyir.

5. Əməli vəzifələr:

Auditdə-sifarişçinin maliyyə vəziyyətinin yaxşılaşdırılması, passivlərin (investorların, kreditorların) cəlb edilməsi, sifarişçiyə kömək və məsləhətlər, təftişdə-aktivlərin qorunması, sui-istifadələrin qarşısının alınması və profilaktikası.

6. Nəticələr:

Auditdə-auditor rəyi, təftişdə-təftiş aktı yazılır.

Azərbaycan Respublikasında auditor xidmətinin təşkilini, onun həyata keçirilməsinin hüquqi əsaslarını, auditorun funksiyalarını, hüquqlarını və vəzifələrini “Auditor haqqında” Qanun müəyyən edir.

Bu Qanun mülkiyyət formasından və təşkilati-hüquqi atbeliyindən asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün müəssisələrə, təşkilatlara və idarələrə şamil edilir.

Qanuna görə audit – mal istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır.

Təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə - təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə uyğun olaraq maliyyə - təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir.

Azərbaycan Respublikasında auditor xidməti qanunvericiliyə uyğun olaraq sərbəst auditorlar və auditorlar təşkilatları tərəfindən göstərilir.



Sərbəst auditorlar. Azərbaycan Respublikası Auditorlar Palatasının verdiyi lisenziyaya əsasən respublika ərazisində sərbəst auditor xidməti göstərmək hüququnu əldə etmiş fiziki şəxsdir.

Azərbaycan Respublikasında sərbəst auditor hüququnu əldə etmək üçün aşağıdakılar tələb olunur:



  1. Azərbaycan Respublikasının vətəndaşı olmaq;

  2. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maliyyə-təsərrüfat münasibətləri sahəsində müəyyən vəzifələr tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməmək və ya bu növ cəza ilə bağlı məhkumluğun qanunvericilikdə müəyyən edilmiş qaydada ödənilməsi;

  3. mühasibat uçotu, maliyyə, iqtisadçı və hüquqşünas ixtisasları ali təhsilə və ixtisas üzrə azı 3 il iş starjına malik olmaq;

ç) sərbəst auditor imtahanlarını vermək.

Tamah məqsədi ilə cinayət törətmək üstündə məhkum olmuş və məhkumluğu qurtarmamış şəxslər auditor ola bilməz.



Auditor təşkilatı Auditorlar Palatasının verdiyi lisenziya əsasında Azərbaycan Respublikasının ərazisində auditor xidmətini göstərmək hüququnu əldə etmiş və nizamnaməsinə görə yeganə fəaliyyət sahəsi bu xidmət növü olan hüquqi şəxsdir. Bu təşkilatın yaradılması üçün azı 3 sərbəst auditor olmalıdır.

Auditə dair qanunvericiliyə görə sərbəst auditorlar və auditor təşkilatları dövlət qeydiyyatına alındıqdan sonra sonra 5 il müddətinə verilən lisenziya əsaında fəaliyyət göstərirlər.

Sərbəst auditor və auditor təşkilatı aşağıdakı hüquqlara malikdirlər:


  1. qanuna əsasən və sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq auditin forma və metodlarını sərbəst müəyyənləşdirmək;

  2. sifarişçinin maliyyə-təsərrüfat fəaliyyətinə dair bütün sənədlərlkə tanış olmaq və yoxlama üçün onları almaq, pul məbləğlərinin, maddi sərvətlərin mövcudluğunu yoxlamaq və audit ücün lazım olan digər məlumatları almaq;

  3. sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat almaq;

ç) səlahiiyətli dövlət orqanlarının sifarişi ilə auditor xidməti göstərərkən müəyyən etdikləri pozuntu və nöqsanlar haqqında onlar qarşısında məsələ qaldırmaq.

d) auditin keçirilməsinə müqavilə əsasında başqa auditorları cəlb etmək;

e) yoxlanılan təsərrüfat subyekti tərəfindən audit üçün lazım olan sənədlər təqdim edilməməsi haqqıda audit yoxlanmasını keçirməkdən imtina etmək.

Qanunvericilikdə sərbəst auditorların və auditor təşkilatmalının vəzifələri aşağıdakı kimi müəyyənləşdirilmişdir:

a) auditin aparılmasında Azərbaycan Respublikası qanunlarına hökmən riayət etmək;

b) auditor yoxlamalarını və digər auditor xidmətlərinikeyfiyyətlə həyata keçirmək;

c) sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyətini, düzgünlüyünü, qüvvədə olan qanunlara və normativ aktlara uyğunluğunu yoxlamaq;

ç) sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı məxfi saxlamaq;

d) yoxlamanın gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanmasına təmin etmək;

e) təsərrüfat subyektinin tələbi ilə ona auditin aparılmasına dair qanunvericiliyin tələbləri, tərəflərin hüquq və vəzifələri, habelə auditor rəyində olan irad və nəticələr üçün əsas olan normativ aktlar barəsində ətraflı məlumatlar vermək.

Auditorlar və auditor təşkilatları öz vəzifələrini lazımınca yerinə yetirmədikdə AR qanunvericiliyində və sifarişçi ilə bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq əmlak məsuliyyətinə cəlb oluna bilərlər.

Auditora və auditor təşkilatlarına AR ərazisində auditor xidməti həyat keçirmək hüququ verən lisenziya Auditorlar Palatasının qərarı ilə geri alına bilər.

Auditorlar Palatası auditor təşkilatlarını maliyyə-təsərrüfat fəaliyyətinin qanunun müdəalarına uyğunluğunu yoxlayır və onların işinə nəzarət edir.

Auditor fəaliyyətinin tənzimlənməsi “Auditor xidməti haqqında ” AR Qanunu ilə yanaşı, auditə dair digər qanunvericilik aktlarında, o cümlədən, “Xarici investi-siyanın qorunması haqqında”, “Sığorta haqqında”, “Səhmdar cəmiyyəti haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Purokurorluq haqqında”, “Məh-dud məsuliyyətli müəssisələr haqqında”, “Ətraf mühitin mühavizəsi haqqında”, “İnvestisiya fondları haqqında” Qanunlarda, bank qanunvericiliyində və mülki, cinayət, vergi məcəllələrində öz əksini tapmışdır. Mülki məcəlləyə əsasən, auditor yoxlamasının naticələri haqqında yazılı hesabat tərtib etməlidir.

Auditor yoxlamaları nəticələrinin iqtisadi inkişafında mühüm rol oynadığını nəzərə alaraq, bir çox dövlətlərdə auditor xidməti qanunvericiliklə təşkil olunur və beynəlxalq standartlara uyğun tənzimlənir.

Beynəlxalq təcrübə və dünya praktikası göstərir ki, auditin dövlət tənzimlənməsini təşkil etmək, bu xidmətin inkişafını və təkmilləşdirilməsini təmin etmək, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərini qorumaq, bu sahədə qanunvericilik və normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarət etmək məqsədi ilə auditorların ali qurumları yaradılır. Onlar palata, federasiya, assosiasiya, komitə və digər təşkilat kimi fəaliyyət göstərirlər.

Sahibkarlıq fəaliyyətinin bir növü olan audit bazar münasibətləri istiqamətində inkişaf edən ölkə iqtisadiyyatının yeni sturukturu kimi, əsasən iki formada həyata keçirilir:

Sərbəst auditorlar və auditor təşkilatları.

Bunlar haqqında yuxarıda məlumat verilmişdir.

“Sahibkarlıq fəaliyyəti haqqında” və “Auditor xidməti haqqında ” AR Qanunlarına, AR Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 saylı Fərmanı ilə təsdiq edilmiş “Bəzi sahibkarliq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında” AR Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 saylı Fərmanına və AR Nazirlər Komitəsinin 1998-ci il 13 yanvar tarixli 9 saylı qərarı ilə təsdiq edilmiş “AR-nın ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”na müvafiq olaraq auditor fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi Auditorlar Palatasına həvalə edilmişdir.

Azərbaycan Respublikası ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziya almaq üçün ərizəçi Auditorlar Palatasına aşağıdakıları təqdim etməlidir:

a) lisenziya almaq üçün ərizə;

b) müəssisənin təsisi sənədlərinin surəti;

c) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;

ç) lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.

Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

a) Nəzərdə tutlmuş sənədlər təqdim edilmədikdə;

b) ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri dəqiq və ya təhrif olunmuş məlumatlar olduqda;

c) auditor fəaliyyətinin həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş zəruri şərtlər təmin olunmadıqda (ixtisas hazırlığı, təhsil, staj və s.)

ç) ərizəçi, əvvəllər auditor fəaliyyəti göstərmək üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

d) qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti Auditorlar Palatası həyata keçirir.

Auditorlar Palatası lisenziyanın fəaliyyəti dayandırıldığı haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində lisenziyanın sahibinə və dövlət vergi orqanlarına yazılı şəkildə məlumat verir. Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dayişildikdə lisenziyanın fəaliyyəti lisenziyanın sahibinin müraciətinə əsasən bərpa edilə bilər.

Beynəlxalq təcrübədə auditorların peşə etikası məcəlləsi auditorların davranış normalarını və ümumi məqsədlərə nail olmaq üçün auditorlar tərəfindən riayət edilməli olan fundamental prinsipləri müəyyən edir.

Auditor peşəsinin məqsədi camiyyətin tələbatının ödənilməsinə yönəldilmiş əməyin maksimum səmərəliliyinin əldə edilməsi üçün yüksək peşə səviyyəsini təmin etməkdir. Bunun üçün aşağıdakı dörd əsas tələbat yerinə yetirilməlidir: mötəbərlik, peşəkarlıq, xidmətlərin keyfiyyəti, etimad.

Auditor qarşısında duran məqsədlərə nail olmaq üçün o, auditor etikasının aşağıdakı prinsiplərini yerinə yetirməlidir: düzgünlük, obyektivlik, məxfilik, peşə davranışı, peşə normaları.

Auditorlar düzgünlük, obyektivlik və müsəqilliklə bir araya sığmayan hər hansı maraqdan uzaq olmalıdır.

Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətinin keyfiyyətinə nəzarətin mahiyyətini, növlərini, onun həyata keçirilməsinin əsas prinsiplərini və formalarını müəyyən edmək məqsədi ilə “Auditor xidməti haqqında”, AR Qanununa va “Auditin keyfiyyətinə nəzarət” beynəlxalq audit standartlarına uyğun olaraq “Auditin keyfiyyətinə nəzarət” milli audit standartı işləyib hazırlanmışdır.

Keyfiyyətə nəzarətin iki növü mövcuddur: daxili nəzarət; kənar nəzarət.

Auditin keyfiyyətinə daxili nəzarət auditor təşkilatının rəhbərliyi və sərbəst auditorlar auditin planlaşdırılmasının, audit qayda və prosedurlarının tətbiqinin qüvvədə olan qanunvericiliyin və audit standartlarının tələblərinə uyğunluğunu və onlara riayət olunmasına təmin etməkdən ibarətdir.

Daxili nəzarət iki formada həyata keçirilir: ümumi nəzarət, ayrı-ayrı audit prosedurları üzrə nəzarət.

Daxili nəzarət müvafiq auditor təşkilatının rəhbərliyi və sərbəst auditorların özləri tərəfindən həyata keçirilir.

Daxili nəzarət qaydaları auditor təşkilatı tərəfindən təsdiq edilir. Bu zaman aşağıdakılar nəzərə alınır: peşəkarlıq tələbləri, səriştəlilik, təyin etmə, səlahiyyətlər, məsləhətlər, sifarişçilər və onlarla əlaqə saxlanılması, yoxlama.

Auditin keyfiyyətinə kənar nəzarət auditor təşkilatı və əsrbəst auditor tərəfindən göstərilən auditor xidmətlərininkeyfiyyətininvə daxili nəzarət sisteminin qiymətləndirilməsindən ibarətdir.

Kənar nəzarət AR Auditorlar Palatası tərəfindən həyata keçirilir. O, iki formada aparılır.

- auditin keyfiyyətinə daxili nəzarət sisteminin qiymətləndirilməsi;

- auditor təşkilatı tərəfindən göstərilmiş auditor xidmətlərinin keyfiyyətinə nəzarət.

Kənar nəzarətin həyata keçirilməsinin metod və üsulları Auditorlar Palatası tərəfindən təsdiq edilmiş proqram və təlimatlar ilə tənzimlənir.

Azərbaycan Respublikasında auditor xidmətinin dövlət tənzinlənməsini təşkil etmək, bu sahədə olan və AR-da auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmişnormatıv aktların layihələrini, tədbirlər sistemini hazırlamaq, dövlətin təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini müdafiə etmək, öz fəaliyyətində “Auditor xidməti haqqında” Qanundan, digər qanunvericilik və normativ-hüquqi aktlardan irəli gələn tələbləri auditorlar (auditor təşkilatları) tərəfindən riayət olunmasına nəzarət etmək məqsədilə AR-nın Auditor Palatası yaradılmışdır. Auditor Palatasının fəaliyyəti onun Əsasnaməsi ilə tənzimlənir.

“Azərbaycan Respublikasının Auditor Palatası haqqında” Əsasnamə Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli 1115 saylı qərarı ilə təsdiq edilmişdir.

Auditor fəaliyyətinin əsas vəzifəsi, mülkiyyət formasından asılı olmayaraq, bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və düzgün aparılmasını təmin etmək məqsədi ilə respublikada auditor xidmətinin işini təşkil etməkdən və mövcud qanunvericiliyə uyğun olaraq onun inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirməkdən ibarətdir.

Palatanın sədrini və sədr müavininin AR-nın Milli Məclisi təyin edir. Cari işlərin aparılması və əməli xidməti funksiyaların yerinə yetirilməsi üçün Palatada idarəetmə orqanı – şura yaradılır.

Auditor apardığı auditə və onun nəticəsinə dair verdiyi rəyə görə məsuliyyət daşıyır.

Auditor fəaliyyəti ilə bağlı auditorun daşıdığı məsuliyyəti, onun növlərinin, dərəcəsini və yaranma şərtlərini müəyyənləşdirmək məqsədi ilə AR-nın Auditorlar Palatası tərəfindən “Auditorun məsuliyyəti” milli audit standartı hazırlanmışdır.

Auditorlar və auditor təşkilatları öz vəzifələrini lazımınca yernə yetirmədikdə qanunvericiliyə uyğun olaraq əmlak məsuliyyətinə cəlb edilə bilərlər.

Auditorun məsuliyyətinə iki mövqedən baxıla bilər:

a) qəbul edilmiş hüquqi və normativ aktların tələblərinin pozulmasına görə;

b) audit standartlarına müvafiq olaraq audit aparılan zaman lazımi peşəkarlıq göstərilməməsinə görə.

Dövlət qarşısında məsuliyyət qanunvericiliklə müəyyən edilmiş cəza və cərimələrlə, sifarişçi qarşısında məsuliyyət isə müqavilənin şərtlərinə görə müəyyən edilir.

Auditorun məsuliyyətinin növləri aşağıdakılardır:

a) intizam məsuliyyəti; b) mülki məsuliyyət; c) cinayət məsuliyyəti.

Auditorun intizam məsuliyyəti Auditorlar Palatası tərəfindən, mülki və cinayət məsuliyyətləri isə məhkəmə orqanları tərəfindən AR-nın müvafiq qanunvericilik və normativ-hüquqi aktlarına əsasən müəyyən edilir.

Auditorun məsuliyyəti müəyyən edilərkən aşağıdakılar nəzərə alınmalıdır:

a) sifarişçiyə zərər dəyib-dəyməməsi; b) auditorun öz vəzifə borcunu yerinə yetirərkən səriştəsizliyə, diqqətsizliyə, səhlənkarlığa yol verib-verməməsi.

Auditi aparılmasına dair müqavilənin “Tərəflərin məsuliyyəti” bölməsində hər birinin daşııdğı məsiliyyətin şərtləri əks etdirilir. Burada məsuliyyətin yaranmasına səbəb olan şərtlər, məsuliyyətin növü və həcmi nəzərdə tutlur.

Sifarişçilərin maliyyə vəziyyəti barəsində yalnış fikir nəticəsində vurulan zərərin ödənilməsi üçün yalnız onun mülkiyyətçisi deyil, həm də üçüncü şəxslər: yoxlanılan müəssisənin kreditorları, yoxlanılan müəssisə ilə işgüzar münasibətdə olan banklar, sığorta taşkilatları digər hüquqi və fiziki şəxslər auditora qarşı əmlak iddası qaldıra bilərlər. Mötəbər olmayan auditor rəyi illik mühasibat hesabatında olan informasiyanın istifadəçisi kimi üçüncü şəxsləri aldada və onların özlərinə mühüm zərər vura bilən iş görməyə sövq edə bilər.

Tərəflər bağlanmış müqavilənin mövcudluğunu, məzmunu və müqavilənin bağlanması üçün zəruri olan sənədləri məxfi saxlamaqla tərəf müqabilinin rəsmi razılığı olmadan üçüncü tərəfə heç bir məlulat vermirlər.

Auditorda saxlanılan məxfi xarakterli sənədlərin və digər məlumatların hüquq mühavizə orqanları tərəfindən auditor yoxlamasından keçirilən sənədlərin sahibləri olan şəxslərə qarşı müəyyə olunmuş qaydada cinayət işi qaldırıldıqdan sonra məhkəmənin qərarına əsasən yol verilir.

Məxfiliyə dair tələblər auditorun və auditor təşkilatlarının fəaliyyətinin “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə müvafiq olaraq yoxlanılması hallarına şamil edilmir.


Yüklə 119,99 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə