Ü m u m m IL l is a vad qa yğIS1



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə1/16
tarix21.06.2018
ölçüsü0,51 Mb.
#50035
  1   2   3   4   5   6   7   8   9   ...   16


Qarabağlı  Saleh  Bay

DİLİMİZİN  TALEYİ



(Ü M U M M İL L İS A  VAD  QA YĞIS1)

________


I A z ə rb a y c a n   R e s p u b lik a s ı  P r e z id e n tin in

;:>iar  id a rə s i



!  P R E Z İ D E N T   K İ T A B X A N A S I

Bakı  -  Elm -2011




Ы Л Ш -

  + £ 3 ~ - г

Q

  в



Redaktor: 

Qorxmaz Quliyev,

filologiya elmləri doktoru, professor

Qarabağlı Saleh Bəy. Türk düimizin taleyi. Ümummilli savad qayğısı. 

Bakı, Elm, 2011, 72 səh.

ISBN 978-9952-453-35-5

İnsan  cəmiyyətinin  yeni,  ən  vacib  -   HUMANİSTİKA,  G E - 

RONTOETİKA,  BƏYTERAPİYA  elmlərinin  banisi,  Rusiya  Elm ­

lər  Akademiyası  Sibir  Bölməsinin  nəşr  etdirdiyi  xüsusi  rəy- 

kitabçada «Tarixin  dönüş kitabı...» adlandırılan  8-cildlik,  3500 səh. 

«DÜNYANIN  TALEYİ»  külliyyatının  müəllifi,  90  yaşlı  bəşəri 

dahi  Qarabağlı  Saleh  Bəy,  ilahiyyat,  ədəbiyyatşünaslıq  və  kalori- 

metriya  elmlərində  də  çevriliş  etmiş,  ELMİ  TEOLOGİYAnı, 

KOMPLEKS ƏDƏBİ JANRInı, yeni TERAPİYAm yaratmışdır.

Görünməmiş  həvəs  sahibi  Saleh  Bəy,  bu  yaşında  dünyanın  bü ­

tün  problemlərini  fikirləşir,  hamıya  kömək  arzusu  ilə  işləyir,  bu 

yeganə məqsədə nail olur.

Bu  kitabçada  Bəy  düşmən  əməlləri  üzündən  türk  dilinin  rast­

laşdığı ağır problemi açır, onun həlli yolunu göstərir.

Milli varlıq -  türk dilimiz barədə Saleh  Bəyin  fikrinə hər bir qey­

rətli türkün rəyi tələb olunur -  əsaslı, birmənalı, yazılı.

Bütün hüquqları müəllif özündə saxlayır.

4602000000

Г 655(07)  — 2011

© Qarabağlı Saleh BƏY, 2011

Q.S.Bəy.  Kuzbas politexnik institutu. 

Sibir, Kemerovo şəhəri,  17.06.1981



Redaktordan

Qarabağlı  Saleh  Bəyin  əsərlərinə  redaktorluq edərək,  onun 

bir  alim  kimi  misilsiz  olduğunu  iftixarla  dərk  etmişəm.  Bu, 

sadəcə  söz  deyil.  Hamı  üçün,  bəşəriyyət  üçün  ən  vacib,  ən 

dəyərli  kəşfləri  etmək,  həm  keyfiyyətcə,  həm  kəmiyyətcə,  ta­

mamilə  yeni,  altı  elmin  birləşməsindən  ibarət  olan  sahəni  ya­

ratmaq -  görünməyib!  İkinci belə bir alim mənə məlum deyil.

Saleh  Bəy  fiziki  kimyanın  xüsusi  yaradıcılıq  istedadı  tələb 

edən  termokimya  elmində,  kosmik  paket yanacaqları  sahəsin­

də qarşıya çıxmış  bir problemin  tam,  kompleks həllini  vermiş­

dir.  Korolyov  adına  kosmik  raketlər  elmi-texnoloji  komplek­

sinin sifarişi  ilə,  qapalı  icra edilən bu işin açıq  tərəfi [1-4 və b.] 

üç  beynəlxalq  icmalda  «Yeni  istiqamət»  kimi  qiymətləndiril­

mişdir [London, Amsterdam, London].

Fiziki kimyaçı,  70 yaşında  bu işini  və ixtisasını  tərk  edərək, 

«humanitar  elmlər»  adlandırılan  sahəyə  keçmişdir.  Burada  o, 

elm  adlandırıla  biləcək,  demək  olar  ki,  heç  nə  tapa  bilməmiş­

dir.  Bütün  bunların  obyektiv-elmi deyil, subyektiv-siyasi  fikir­

lər  toplusu  olduğunu  müəyyən  etmişdir.  Sahənin  əsas  «elm- 

lər»i  -   fəlsəfənin  elm  olmadığını,  etikanın  -   yarım-elmi  icmal 

olduğunu  müəyyən  etmiş,  ümumiyyətlə  «ictimai  elmlər»in 

inkar edilməsinin  vacib olduğunu sübut və təklif etmişdir.

Saleh Bəy  təbiiyyət elmləri kimi obyektiv, insan aləmi  üçün 

vacib  və  faydalı  olacaq  yeni  İNSANİ  HƏYAT  ELMLƏRİ 

SAHƏSİni işləyib təqdim etmişdir.

Bu  böyük,  ümumbəşəri,  hamı  üçün  vacib  elmlər,  daha 

doğrusu,  elmlər  kompleksi  -  yeni,  vahid  ümumaləm  İNSANİ 

ƏXLAQ təlimi, heç kimin ağlına belə gəlməmişdir.

DÜNYANIN  TALEYİnin  tədqiqi,  təsviri  və  HƏQİQƏT­

LƏ təminatını -  bu ən  böyük problemi -  bəşəriyyətin gələcəyə 

yolunu,  hələlik  3500  səhifədə,  8-cildlik  kitabda,  düzgün  və 

dolğun  məzmunla  şərh  edən,  dövranın  böyük  alim-yazıçısı 

Qarabağlı Saleh Bəy olub.

Saleh  Bəy  dünyanın  problemlərinin  məğzini dərk edir,  çox­

larının  görmədiyi  dərin  həqiqəti  görür,  uzaq  perspektivi  işıq-

3



landırır  və  öyrədir.  Mütəfəkkirimizin  6  fənn  sahəsini  əhatə 

edən,  tamamilə  yeni,  ümumdünya  elmi  hamıya  lazım  və  fay­

dalı  olan  HƏQİQƏT  üzərində  qurulmuşdur.  «Dünyanın  ta­

leyi»  külliyyatı,  Rusiya  Elmlər  Akademiyası  Sibir  Bölməsin­

dən,  Roma Papası  II  loan  Paveldən  və Azərbaycanın  elm  eli­

tasından  başqa  dünyaya  hələ  adı  belə məlum  olmayan,  yalnız 

indi  yaradılmış,  dünyanın  ən  vacib,  ali  elmi  HÜMANİSTİ- 

KAnın -  İNSANİYYƏT haqqında elmin şərhidir.

Saleh  Bəy tarixin o  nadir şəxsiyyətidir ki,  o, əvvəlcə dünya­

nın taleyi,  sonra öz marağı barədə düşünür.  Pensiyaçı əlilin 90 

illik  ömrünün  yeganə  nəticəsi  də elə  bu olub -  «Dünyanın  ta­

leyi»  -   Bəy  dünyanı  açıb,  bilib,  xilas  etmək  istəyir.  Dünya  isə 

Bəyi tanımır -  bilərəkdən, ya bilməyərəkdən.

Bu  kitabçada  Mütəfəkkir  türk  dili  barədə  fikrini  təqdim 

edir, obyektiv-elmi məzmunla, bu da qısa və səmimi.

Saleh  Bəy  onunla mübahisə  edən  adamları  xoşlayır,  amma 

onu  təkzib  eləmək  istəyən  hər  kəs  fikirləşməlidir:  «buna  mə­

nim elmi və mənəvi iqtidarım çatırmı?»

Türk  millətinin  böyük  dövranı,  qalib  dəyanəti,  möhtəşəm 

dili  barədə  yazılıb,  çox  halda  özgələri  tərəfindən.  Özümüzün­

külər  də  yazıblar,  fəqət,  təəssüf ki,  bütün  bunlar çox  hallarda 

özgələrin  təsiri  və  özümüzün  elmdə  yarımçıqlığımız  üzündən, 

səriştəsizlik səviyyəsindən yuxarı qalxmayıb.

Böyük Türk millətinin möhtəşəm dilinin ağır dərdinə dərmanı 

açmaq  üçün, görünür, Saleh Bəyin dünyəvi elmi,  bəy qeyrəti, 90 

yaşı lazım imiş.

Burada  Saleh  Bəy  türkün  dilini  bağlayan  «Dilaçar»m  dil 

məkrini açmalıdır.  O da ilk dəfə,  Bəy səviyyəsində.

Son  iyirmi  ildə  korlanmaqda  olan  sumer-türk  -   azərtürk 

dili,  Əbdürrəhim  bəyin,  Üzeyir  bəyin  ədəbi  dili  Saleh  Bəyin 

əsərlərində təzələnir.  Bunu bilmək,  bu əsərləri  oxumaq,  onlar­

dan  bəhrələnmək  hamıya  lazımdır.  Bu  kitabça da  savad mən­

bəyidir.  Onun  bütün  məktəblərimizdə  və  Akademiyamızda 

tədris vəsaiti kimi istifadə edilməsini vacib hesab edirik.

4

İLK SÖZ.



Türkün problemi —

 dünyanın xilası problemidir

Onillərlə  həyatımı,  bütün  imkanımı  sərf  edərək,  özümün 

yox,  hamının  -   türk  millətimin,  bütün  dünyamızın  ağır  dərd­

lərini düşünmüş,  öyrənmiş,  işləmişəm -  tək,  70-90 yaşlarımda. 

Bu  dərdlərə  dərmanlar  axtarmışam  və  xoşbəxtlikdən,  çoxunu 

tapmışam,  yazmışam -   bütün  dünyamızın,  paxıllıqdan  başqa 

hamının xeyirinə.

10-cildlik,  4000  səhifəlik  külliyyatın  əsas,  həlledici  8  cildi 

artıq çapdan çıxıb -  3500 səhifədə.

Rusiya  və  Azərbaycan  Elmlər  Akademiyalarının  elmi  cə­

hətdən  təsdiq  etdiyi,  Roma  Papasının  mənəviyyat  üzrə  xeyir- 

dua verdiyi bu külliyyatın tam adı  belədir:



«DÜNYANIN  TALEYİ.  Ümumdünya  insaniyyət  dərsliyi. 

Müsəlman Şərqi  tərəfindən tərtib edilmişdir,  xristian  Qərbi  əx­

laqının  ali  mühafizi,  Roma  Papası  II  loan  Pavelin  xeyir-duası 

ilə».  Bu adla da nəşr olunmuşdur.

Fəqət  vətənimdə  hələ  ki,  bunu  «görmürlər».  «Vətən  mənə 

də oğul demək» istəmir.

Dünya  məkanı  və  zaman  tarixi  miqyasında  düşünərək  çı­

xardığım nəticə-qərarım  belədir:

Bəşər  həyatının  məqsədi,  istiqaməti,  əməli  həmişə  iblislərin 

subyektiv istəyi ilə  təyin olunub,  insaniyyətin  əksi istiqamətində 

«inkişaf» etdirilib.

Balta  və  qılıncdan  başlayan  bu «inkişaf»,  qan  və qırğın  yo­

lunu,  vəhşi  amansızlıqla  keçib,  gəlib  çatıb  KÜTLƏVİ 

QIRĞIN  SİLAHI  -   nüvə  bombasına,  Tomahavka.  Sabahın 

iblis  addımı  qiyamətə  atıla  bilər  -   irəli  -   ölümdür,  bütün 

dünya  üçün.

Nə etməli, necə etməli və nəyin vasitəsi ilə?

Minillərin  bu  suallarına  real  cavablar  -   ilk  dəfə  -   mənim 

«DÜNYANIN TALEYİ» külliyyatımda verilir.

Oxuyun!  Düşünün!  Əməl edin!  -   Bu,  hamının  həyat  borcu, 

birgə taleyidir,  məndən başqa, çünki mən yol  üstəyəm.

5



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə