Ученые записки Scientific works, №3, 2014 İssn 1815-1779



Yüklə 36,5 Kb.
Pdf görüntüsü
tarix25.03.2018
ölçüsü36,5 Kb.
#33295


Elmi əsərlər -Ученые записки - Scientific works, №3, 2014                              İSSN 1815-1779                 

Avtomatika-Автоматика-Automation 

Q.E.Abdullayeva 

111 


UOT 621.37 

ELEKTROMİQRAFİK TƏDQİQATLAR ÜÇÜN MODUL SİSTEMİNİN 

LAYİHƏLƏNDİRMƏ PRİNSİPLƏRİ VƏ ONUN FƏRDİ KOMPÜTERLƏ 

UZLAŞDIRILMASI 

G.E.ABDULLAYEVA   

(Azərbaycan Texniki Universiteti)  

E-mail:  g.abdullayeva_06@mail.ru 

Xülasə: Təqdim olunan işdə kompüterli elektromioqrafın modul tipli strukturunun layihələndirilməsinə baxılıb. 

Çoxkanallı kompüterli elektromioqrafın struktur sxemi təqdim olunub. Elektromioqrafın analoq-rəqəm çevirici 

əsasında  uzlaşdırma  sxemi  layihələndirilib  və  informasiya  mübadiləsi  “kəsilmə”  rejimində  həyata  keçirilib.  

Açar sözlər:  elekromioqraf, modul prinsipi, analoq-rəqəm çeviricisi, uzlaşdırma sxemi, kəsilmə rejimi. 



Giriş.  Elektromioqrafiya  sinir-əzələ  sisteminin  bioelektrik  aktivliyini  və  periferik  sinir 

sisteminin fəaliyyətini öyrənən metoddur. Bu metodun 3 növü var: Qlobal elektromioqrafiya; lokal 

elektromioqrafiya; stimulyasiyalı elektromiqrafiya. 

Müasir  dovrdə  elektrofizioloji  tədqiqatlar  üçün  (elektrokardioqrafiya,  elektromioqrafiya, 

elektroensefoloqrafiya  və  s.)  bu  və  ya  digər  fizioloji  sistemin  tədqiqatına  yönləndirilmiş  xüsusi 

cihazlardan 

(elektrokardioqraf, 

elektroensefaloqraf, 

elektromioqraf) 

istifadə 

olunur. 

Elektromiqrafiyada  kanalların  sayı  tədqiq  olunan  hərəkət  xüsusiyyətini  müəyyən  edən  əzələlərin 

sayı  ilə  müəyyən  olunur  və  bu  səbəbdən  çoxkanallı  mioqraflardan  istifadə  edilir.  Küylərin 

səviyyəsini azaltmaq məqsədi ilə biogücləndirici bilavasitə elektrodlarla birgə yerləşdirilir. Fizioloji 

tədqiqatlar  üçün  cihazları  eyni  avtonom  modulun  yığımı  şəklində  qurulmasını  çox  aktual  hesab 

etmək olar, hansındakı

 

ixtiyari sayda fizioloji siqnal mənbələrinin işi üçün nəzərdə tutulmuş sistem 



qurula bilər. Elektromioqrafiyada təhlil olunan əzələlərin sayı nəzərə alınmalıdır [1]. 

Məsələnin  qoyuluşu.  Sistem  əzələnin  elektrik  aktivlik  siqnalının  qeyd  edilməsi, 

gücləndirilməsi,  gücləndirilmiş  siqnalın  rəqəm  formasına  çevrilməsi  və  onların    işlənməsi  üçün 

qurğuya (fərdi kompüterə) ötürülməsi üçün nəzərdə tutulmuş eyni modulların yığımından ibarətdir. 

Sistemin işinin sadəliyi üçün qeydiyyatı aparılan elektrofizioloji siqnalların yadda saxlanılması və 

müayinə qurtardıqdan sonra fərdi kompüterə daxil edilməsi nəzərdə tutulur. 

Elektrofizioloji  tədqiqatlar  üçün  aşağıdakı  şərtləri  ödəyən  modul  sistemi  konsepsiyasının 

yaradılması əsas götürülür: 

 



Mürəkkəbliyinə və təyinatına görə müxtəlif avtonom modulların yığımından ibarət 

olmalıdır; 

 

Hər bir modul insanın fizioloji xarakteristikasının qeyd edilməsi və uzunmüddətli yadda 



saxlanılması üçün tam  avtonom cihaz olmalıdır; 

 



Modulun zaman şkalası və xarici qurğuların sinxronlaşdırma sisteminin varlığı təmin 

olunmalıdır; 

 

Modulun qabarit ölçüləri  kiçik və eneji sərfi az olmalıdır. 



Sadə  modulun  funksional  sxemi  şəkil  1-  də  təqdim  olunub.  Modulun  əsas  hissələri  fizioloji 

siqnal gücləndiricisi, mikrokontroller, yaddaş və kompüterlə əlaqə üçün interfeysdən ibarətdir.  

Modulun  aparat    hissəsi  müasir,  kiçik  qabaritli,  əldə  edilməsi  asan  olan  və  baha  olmayan 

elementlərin  tətbiqinə  əsaslanır.  Modul  əsasında  qeydiyyatı  aparılan  bioloji  siqnal  haqqında 

informasiyanın  qeyd  edilməsi  və  yadda  saxlanılması  əməllərini,  həmçinin  ölçülmüş  parametrlərin 

sonrakı  emalı  üçün kompüterə daxil edən mikrokontroller tətbiq  edilir. Kompüterlə birgə standart 

interfeysin  (məsələn:  USB,  Bluetooth-un)  istifadəsi  konstruktiv  problem  olan  modulun 

hermetikliyinin  təmin  edilməsi  problemini  aradan  qaldıracaq.  Eksperiment  qurtardıqdan  sonra 




Elmi əsərlər -Ученые записки - Scientific works, №3, 2014                              İSSN 1815-1779                 

Avtomatika-Автоматика-Automation 

Q.E.Abdullayeva 

112 


modulun yaddaşında uzunmüddət saxlanılan informasiya sonrakı emal üçün fərdi kompüterə daxil 

edilir. 


 

Şəkil 1. Elektromioqrafik tədqiqatlar üçün modulun 

funksional sxemi 

 

Məsələnin  həlli.  Müasir  elektromioqraflar  kompüter  əsasında  qurulur.  Bu  cür  cihazlarda 

elektromioqrafik  siqnalları  rəqəm  koduna  çevirmək  tələb  edilir  və  bu  məqsədlə  də  analoq-rəqəm 

çeviricisi (ARÇ) blokundan istifadə edilməlidir. Kompüterli elektromioqrafın struktur sxemini şəkil 

2- dəki kimi təsvir etmək olar. 

 

Şəkil 2. Kompüterli elektromioqraf 

 

Çoxkanallı  sistemlərin  qurulması  zamanı  hər  bir  kanalın  sxemotexnikasınının  sadələşdirilməsi 



əhəmityyətli  məsələyə  çevrilir.  Yəni  kanallar  eyni  prinsip  əsasında  qurulur,  bu  da  texniki 

xarakteristikaların  etibarlığı  və  cihazların  istehsal  texnologiyasını  yaxşılaşdırmağa  imkan  verir. 

İlkin gücləndirmə mərhələsində siqnalların mikrovoltluq miqyasından milli voltlara keçid baş verir. 

Daha sonra siqnalların süzülməsi  yerinə  yetirilir. Süzgəclər modulunun tərkibinə bir qayda olaraq 

şəbəkə tezliyinə (50hs)  uyğun rejektor  (rezonans) süzgəc (RS) eləcə də  yüksək tezlikli süzgəcləri 

(YTS) və alçaq tezlikli süzgəcləri (ATS) daxil olur. Daha sonra siqnal ARÇ-yə daxil etmək üçün 

zəruri  olan  səviyyəyə  qədər  gücləndirilir  (5-10V),  rəqəm  formasına  çevrilir  və  fərdi  kompüterə 

ötürülür. Xüsusi proqram əsasında fərdi kompüterdə elektromioqrafik siqnalların vacib parametrləri 

hesablanır (amplitudası, tezliyi, latent müddəti və s.). 

Hal-hazırda  tibb  müəssisələrinin  bir  qrupunda  MG-440  dördkanallı  elektromioqraflardan 

istifadə  olunur  [2].  Dördkanallı  elektromioqrafı  modernləşdirmək  üçün  onu  fərdi  kompüterlə 

uzlaşdırmaq lazımdır. Bu məqsədlə də mikrokontroller əsasında qurulmuş sxem şəkil 3-də təqdim 

olunub.  Analog  Devices  şirkətinin  AD  7708/AD7718  istehsalı  olan  analoq-rəqəm  çeviricisindən 

istifadə olunur [3]. AD 7708/AD7718 inteqral mikrosxemində mioqrafın  hər bir kanalı çeviriciyə 




Elmi əsərlər -Ученые записки - Scientific works, №3, 2014                              İSSN 1815-1779                 

Avtomatika-Автоматика-Automation 

Q.E.Abdullayeva 

113 


qoşulub.  Gücləndiricinin  proqramlaşdırılmış  gücləndirmə  əmsalı  və  çıxışda  siqnalın  tezliyinin 

dəyişilməsi mümkün olur. AD 7708/AD7718 çeviricilərinin müxtəlif amplitudlu və müxtəlif tezlikli 

siqnalların çevrilməsində istifadə oluna bilər. Bundan əlavə qida mənbəyinin stabilləşmə sxemi də 

nəzərdə  tutlub.  Belə  sxemin  tətbiq  edilməsi  qida  gərginliyinin  sürüşməsini  və  dreyfinin  minimal 

həddə çatdırmağa imkan yaradır. 

 

Şəkil 3. Uzlaşdırma sxemi 

 

MG-440 


mioqrafla 

informasiya 

mübadiləsi 

“Kəsilmə” 

rejimində 

aparılır. 

Mikrokontrollerdən  (MK)  mioqrafa  daxil  olan  “Kəsilmə  sorğusu”    (İNT)  siqnalı  “Kəsilmənin 

təsdiqi” (İNTA) cavab siqnalının formalaşmasına səbəb olur. Bundan sonra MK mioqrafa müraciət 

edir (ünvan şini vasitəsilə) və seçilmiş kanaldan ARÇ-yə elektromioqrafik siqnal daxil edilir. ARÇ-

nin  işə  başlaması  siqnalı  MK  tərəfindən  təmin  olunur  və  çevrilmə  müddətinin  sonu  ARÇ-dən 

mikrokontrollerə  daxil  olduqdan  sonra  rəqəm  kodu  çıxış  registrinə  ötürülür.  Sonradan  seçilmiş 

kanalın  rəqəm  kodu  fərdi  kompüterə  daxil  edilir  və  burada  tərtib  olunmuş  proqram  əsasında 

mioqrafik siqnalların informativ parametrləri hesablanır. 

Nəticə. Neyroəzələ sisteminin funksional vəziyyətini müəyyən etmək üçün ən geniş istifadə 

olunan  üsullardan  elektromioqrafiyadır.  Müasir  elektromioqraflar  modul  prinsipi  əsasında 

layihələndirilir  və  belə  strukturun  funksional  sxemi  təqdim  edilib.  Kompüterli  elektromioqraflar 

çoxkanallı  sistem  olduğundan  onları  analoq-rəqəm  çeviricisi  ilə  uzlaşdırma  strukturu  təqdim 

olunub.  Geniş  istifadə  olunan  dördkanallı  MG-440  tipli  elektromioqrafın  mikrokontrollerlə 

uzlaşdırıcı interfeys sxemi işlənilib. 



Ədəbiyyat 

[1]. Ульяницкий Ю.Д., Малых Ю.А., Красичков А.С. и др. Принципы построения модульной 

системы  для  электрофизиологических  исследований.  Изв.ВУЗов  “Радиоэлектроника”,  2010, 

вып.6, с.18-22. 

[2].Четырехканальный  миоскоп  типа  MG-440.  Руководство  по  эксплуатации.  ССВП 

Микромед, 1982. 




Elmi əsərlər -Ученые записки - Scientific works, №3, 2014                              İSSN 1815-1779                 

Avtomatika-Автоматика-Automation 

Q.E.Abdullayeva 

114 


[3]. МакКарти М. Переключение каналов в сигма-дельта АЦП. Руководство по применению. 

2003. Analog Devices AN-665R. www.analog.com. 

 

ПРИНЦИПЫ ПРОЕКТИРОВАНИЯ МОДУЛЬНОЙ СИСТЕМЫ ДЛЯ 

ЭЛЕКТРОМИОГРАФИЧЕСКИХ ИССЛЕДОВАНИЙ И ЕЕ СОПРЯЖЕНИЕ С 

ПЕРСОНАЛЬНЫМ КОМПЬЮТЕРОМ 

 

Г.Э.АБДУЛЛАЕВА  

(Азербайджанский Технический Университет)   

E-mail:  g.abdullayeva_06@mail.ru 

 Аннотация:  Рассматриваются  вопросы  модульного  проектирования  компьютерных 

электромиографов.  Приведена  структурная  схема  многоканального    электромиографа. 

Разработана  схема  сопряжения  электромиографа  с  аналого-цифровым    преобразователем,  в 

которой обмен информации осуществляется  в режиме прерывания. 

Ключевые 

слова: 

электромиограф, 

модульный 

принцип, 

аналого-цифровой  

преобразователь,  схема сопряжения,  режим прерывания. 

 

PRINCIPLES OF DESIGNING A MODULAR SYSTEM FOR 

ELECTROMYOGRAPHIC STUDIES AND PAIR IT WITH A PERSONAL COMPUTER 

 

G.E.ABDULLAYEVA  

            (Azerbaijan Technical University)  

           E-mail:  g.abdullayeva_06@mail.ru 



Summary:  Questions  of  modular  design  of  computer  electromyography  is  looked  throught.  The 

diagram  of  a  multi-channel  electromyograph.  A  scheme  of  pairing  electromyograph  with  analog-

digital converter, in which the exchange of information is carried out in the interrupt mode. 

Keywords:  electromyography,  modular  approach,  analog-digital  converter,  circuit  interface, 

interrupt mode. 



 

Daxil olub: 24.08.2014 



                                                                                            Rəyçi: t.e.d., professor Q.Rüstəmov 

 

 

 

Yüklə 36,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə