Uçot siyasəti



Yüklə 29,87 Kb.
səhifə1/3
tarix27.06.2022
ölçüsü29,87 Kb.
#90159
növüQaydalar
  1   2   3
ilham


Uçot siyasəti
Uçot siyasəti - müəssisə tərəfndən qəbul edilmiş mühasibat uçotunun aparılma qaydalarının məcmusudur.



"Uçot siyasəti, uçot qiymətlərində dəyişikliklər və səhvlər üzrə" Kommersiya Təşkilatları üçün 11 N-li Milli Mühasibat Uçotu Standartı:
Uçot siyasəti – maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı müəssisə tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və qaydalardır.


Müəssisənin uçot siyasəti Baş mühasib tərəfindən hazırlanır və müəssisə Rəhbəri tərəfindən təsdiqlənir.
Uçot siyasətinin formalaşmasında əsasən aşağıdakılar nəzərdə tutulur:

  • müəssisə öz əmlakini və öhdəliklərini digər müəssisələrin əmlakindan və öhdəliklərindən ayirir;

  • müəssisə uzun müddət fasiləsiz işinə, onun gələcək inkişafina, əmlak və öhdəliklərinə, həmçinin borclarinin vaxtli-vaxtinda ödənilməsinə təminat verir;

  • müəssisənin uçot siyasətini Azərbaycan Respublikasinin Mühasibat uçotu sistemini tənzimləyən qanunverici sənədlərə uyğun olaraq hesabat ili üçün qəbul edir;

  • müəssisə gəlir və xərclərin hesabat dövrünə düzgün aid etməli, bütün təsərrüfat əməliyyatlarinin ardicil olaraq uçot registrlərində düzgün xronoloji qeydiyyatini təmin etməli, mövcud əmlakin, öhdəliklərin, kapitalin, hesablaşmalarin və digər sərvətlərin inventarizasiyanin nəticəllərini uçotda tam və düzgün əks etdirməlidir.

Müəssisənin uçot siyasəti əsasən aşağidakilari özündə əks etdirir:

  • müəssisə əmlakinin, öhdəliklərinin, kapitalinin, dövriyyə vasitələrinin və ümumiyyətlə bütün maliyyə-təsərrüfat fəaliyyətindəki təsərrüfat əməliyyatlarinin natural göstəricilər əsasinda, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşiliqli əlaqədə, mühasibat hesablarinda ikili yaziliş üsulu ilə heç bir istisnaya yol vermədən düzgün yiğilmasi və qaydaya salinmasi sistemini təmin edir;

  • müəssisə rəhbəri mühasibat uçotunun təşkili formasini, sənəd dövriyyəsi qaydasini və uçot məlumatlarinin texnoloigiyasini təmin edir, daxili uçot və hesabat sistemini işləyib hazirlayir, mühasibat uçotunun məqsədini həyata keçirmək üçün vacib olan təsərrüfat əməliyyatlari üzərində nəzarət qaydasini sənədlərə imza etmək hüququ olanlari və s. müəyyən edir;

  • müəssisə ilkin uçot sənədlərində məzmunu qeyd olunan təsərrüfat əməliyyatlarini uçot və hesabatda əks etdirən zaman onun iqtisadi məzmununun mənaca qalan bütün əlamətlərindən üstünlüyünü təmin edərək onlarin uçot siyasətində kommersiya sirri kimi qorunub saxlanmasini tələb edir;

  • müəssisə maliyyə nəticələrini formalaşdiran zaman potensial zərərin yaxud öhdəliyin son dərəcə mənfəətə və aktivə çevrilərək uçot və hesabatda əksini tapmasi üçün böyük hazirliq işini – ehtiyatliliği təmin edir;

  • müəssisə hər dəfə analitik uçot məlumatlarini sintetik uçot məlumatlari ilə tutuşduraraq mühasibat uçotu və hesabatinin düzgünlüyünü yoxlayir.

Uçot siyasətinin formalaşmasi zamani mühasibat uçotunun təşkili və aparilmasi (daxili uçot və hesabat qaydalarinin yaradilmasi), inventarizasiya qaydasi, əmlak və öhdəliklərin qiymətləndirilməsi üsullari, fondlar və ehtiyatlarin yaradilmasi, satişdan gələn gəlirin müəyyən edilməsi, ilkin uçot formalarinin təşkili, ayliq, rüblük və illik hesabatlarin hazirlanmasi və s. işlərin görülməsi barədə müəssisə rəhbəri daxili əmrlər, qərarlar, qaydalar və s. hazirlayir.
Müəssisə rəhbəri uçot siyasətini formalaşdiran zaman “Mühasibat uçotu haqqinda” Azərbaycan Respublikasi Qanununu əldə rəhbər tutaraq onun bütün tələlblərini yerinə yetirməlidir. Uçot siyasəti həmçinin Azərbaycan Respublikasinin qanunverici orqanlari tərəfindən qəbul edilmiş Mühasibat uçotu standartlarinin tələblərinə uyğun olmalidir.
Müəssisənin uçot siyasətində hər dəfə Azərbaycan Respublikasinin qanunverici orqanlari tərəfindən qəbul edilmiş mühasibat uçotu standartlarinin tələblərinə uyğun əlavə və dəyişikliklər edilə bilər.

Yüklə 29,87 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə