Uğurla həll edilmiş BƏzi müraciəTLƏR



Yüklə 43 Kb.
tarix19.10.2018
ölçüsü43 Kb.
#74724

UĞURLA HƏLL EDILMIŞ BƏZI MÜRACIƏTLƏR

Bakı üzrə


  1. B2585/740 Polis əməkdaşı qeyri-etik davranışına görə inzibati cəzaya məhkum olmuşdur. Binəqədi rayon polis əməkdaşı qeyri-qanuni bərpa və tikinti işinə göz bağlamaq şərti ilə vətəndaşdan rüşvət götürmüşdür. Vətəndaş, öz hüququnu tələb edərək Layihənin Bakı ofisinə müraciət etmiş, mərkəz isə öz növbəsində onun şikayətini Daxili İşlər Nazirliyinə göndərmişdir. Nazirlik rüşvət faktını təsdiq etməsə də, polis əməkdaşı davranış etikasının tələblərini pozduğuna görə (vətəndaş ilə kobud münasibət) ciddi tənbehə məruz qalmışdır.




  1. B2252/613 Bələdiyyə sədri öz vəzifəsindən azad edildi. Bakı yaxınlığında yerləşən Məhəmmədli kəndinin sakinləri yerli bələdiyyə sədrinin qeyri-qanuni hərəkətlərindən şikayət edirdilər (torpaq sahələrinin satılması və torpaq sənədlərinin rüşvətə satılması). 25 nəfər sakin tərəfindən imzalanan şikayət Ədliyyə Nazirliyinə göndərilmişdir. Nazirliyin araşdırması nəticəsində bələdiyyə sədri öz vəzifəsindən azad edilmişdir. Bununla belə, korrupsiya faktı təsdiqlənməmişdir.




  1. B2379/674; 2559/735 – Kommunal xidmətlərə olan borclar məsələsi öz həllini tapdı. Bakı şəhərinin iki sakini kommunal xidmətlərə görə qeyri-qanuni borcların olması ilə bağlı şikayətlərlə mərkəzə müraciət etmişlər. Mərkəzin məsələyə müdaxiləsindən sonra borcların qeyri-qanuni olduqları təsdiqlənmiş və təqsirkar şəxslər inzibati qaydada cəzalandırılmışlar. Bu halda da, korrupsiya faktı təsdiqlənməmişdir.




  1. B2495/705 Təqsirkar şəxs yaxalandı və araşdırma başa çatdı. Vətəndaş Səbail rayon polis idarəsinə şikayət etmişdir. O, şikayətində Polis İdarəsinin təqsirkar şəxsdən rüşvət alıb onu həbs etməkdən imtina etməsi ilə bağlı olub. Mərkəzin müdaxiləsindən sonra həmin təqsirkar şəxs həbs edilmiş, qanuni araşdırma aparılmış və iş məhkəməyə verilmişdir.


Gəncə üzrə


  1. G2552/1991 Torpaq sahəsi öz qanuni sahibinə qaytarıldı. Vətəndaş şikayət etmişdir ki, onun qanuni torpaq sahəsi özəlləşməyə qoyulmuş və bələdiyyə tərəfindən başqa şəxsə satıəlmışdır, əvəzinə isə ona başqa yerdə torpaq sahəsi təklif edilmişdir. Mərkəzin işə müdaxiləsindən sonra torpaq sahəsi öz qanuni sahibinə qaytarıldı. Bununla belə, Ədliyyə Nazirliyi bildirmişdir ki, torpaq dəyişmə səhvən baş vermiş, lakin Torpaq və Xəritəçəkmə Komitəsi sənədlərin saxta olduğunu bildirmiş və materialları Prokurorluğa göndərmişdir.




  1. 1752/1468; 1750/1456; 1975/1617 Ünvanlı sosial yardım və pensiyalar təmin edilmişdir. Şəmkir rayon sakinləri iddia edirdilər ki, onlardan ünvanlı social yardımın verilməsi üçün rüşvət tələb edilirdi. Mərkəzin məsələyə müdaxiləsindən sonra bütün instansiyalar təmin edilmişdir. Buna baxmayaraq, birinci iki məsələdə qanun pozuntuları tanınmış, üçüncü məsələdə isə inspektora qarşı yazılı şəkildə xəbərdarlıq edilmişdir


Lənkəran üzrə


  1. L334; 353 Məhkəmə qərarları icraata verildi. Lənkərandan olan iki şikayətçi iki mülki iş üzrə məhkəmənin icra etməməsi ilə bağlı şikayətlənmişlər. Mərkəzin müdaxiləsindən sonra mülki işlər icraata verildi.




  1. L641 Vətəndaş sürücülük kurslarına qəbul edildi. Vətəndaşdan sürücülük kurslarına yazılmaq üçün rüşvət tələb edilmişdir. Mərkəzin müdaxiləsindən sonra rüşvət faktı təsdiqlənməsə də, şikayətçi kurslara heç bir problem olmadan yazıla bildi.


Quba üzrə


  1. G530/72 Vətəndaş şikayət etmişdir ki, onun ərizəsi Quba məhkəməsi tərəfindən qeydiyyatdan keçməmişdir. Mərkəzin müdaxiləsindən sonra iş Xaçmaz məhkəməsi tərəfindən qəbul edilmişdir.

  2. G839/79 Vətəndaş şikayət etmişdir ki, ona məhkəmə qərarının icraatı üzrə məlumat verməkdən imtina edilib. Mərkəzin məsələyə müdaxiləsindən sonra vətəndaş lazimi məlumatla təmin edilmiş və iş baxılma üçün Prokurorluğa göndərilmişdir.

  3. G968/84 Vətəndaş şikayət etmişdir ki, yerli bələdiyyə və Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ona özəlləşdirmə ilə düşən torpaq sahəsinə sahiblikdə maneələr törədilirdi. Mərkəzin işə müdaxiləsində sonra məsələ vətəndaşın xeyrinə həll edilmişdir.

  4. G1116/91 Vətəndaş şikayət edirdi ki, Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyat sənədinin verilməsindən imtina edilmişdir. Mərkəzin işə müdaxiləsindən sonra məsələ vətəndaşın xeyrinə həll eilmişdir.

  5. G1113/91 Vətəndaş şikayət etmişdir ki, polis əməkdaşı öz səlahiyyətlərini aşmış və vətəndaşı məcburən psixi hospitala yerləşdirmişdir. Mərkəzin müdaxiləsindən sonra Prokurorluq məsələnin araşdırmasına başladı.



Şəki üzrə


  1. Sh 288/38 Məhkəmə işə baxmağa razılıq verdi. Vətəndaş şikayət edirdi ki, Appelyasiya Məhkəməsi onu işini dinləməkdən imtina etmişdir. Mərkəzin müdaxiləsindən sonra Məhkəmə-Hüquq Şurasından işin dinləniləcəyi ilə bağlı rəsmi cavab gəlmişdir.

  2. 367/39 Müəllim qanunla düşən imtiyazlar ilə təmin edildi. Vətəndaş şikayət edirdi ki, Şəki şəhər Təhsil Şöbəsi Müəllimlər Məktəbinin İnkişafı proqramı çərçivəsində müəllimlərə düşən imtiyazları (torpaq sahəsi) verməkdən imtina edib. Mərkəzin Təhsil Nazirliyinə göndərdiyi yazılı müraciətdən sonra yerli hakimiyyətə məsələni vətəndaşın xeyrinə həll etmək tapşırılmışdır.

  3. Sh 389/43 Sosial yardım bərpa edildi. Vətəndaş şikayət etmişdir ki, onun həyat yoldaşı məcburi köçkün statusuna malik olduğuna görə social yardım ala bilmir. Mərkəzin işə müdaxiləsindən sonra vətəndaş 2007-ci ildən bəri ona qanunla nəzərdə tutulan yardımı aldı.

  4. Sh 446/45 Mülki iş polis tərəfindən araşdırıldı. Vətəndaş şikayət edirdi ki, polis idarəsi onun şikayətini qəbul etmir. Mərkəzin ünvanladığı məktuba cavab olaraq, Şəki şəhər Polis İdarəsi məsələni araşdırmış və icraat məqsədilə onu Prokurorluğa göndərmişdir.

Yüklə 43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə