Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə1/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
  1   2   3   4   5   6   7   8   9   ...   37


Redaksiya heyəti

Təranə Vahid

(Baş redaktor müavini)

Həyat Şəmi

Elçin Mirzəbəyli

Xəyal Rza

Səhər

Xanəmir


Rəsmiyyə Sabir

Elxan Yurdoğlu

Nuranə Nur

Anar Amin

Elmar Vüqarlı

Әləmdar Cabbarlı

Qılman İman

Hafiz Hacxalıl

Nisəbəyim

Fərid Hüseyn

Məshəti Musa

Elşən Әzim

Seyfəddin Altaylı 

(Türkiyə)

Xaqani Qayıblı 

(Estoniya)

Baloğlan Cəlil 

(Başqırdıstan) 

Saodat Muxammadova 

(Özbəkistan)

Nilufər Şıxlı

(Rusiya)


Bədii redaktor

Әdalət Həsən

Ünvanı: Az‐1000, Bakı, 

Xaqani küçəsi, 25

ulduz_dergisi@mail.ru

dursul@mail.ru

www.ayb.az

Telefon: 498‐72‐43

Çapa imzalanıb: 18.01.2016

«Ulduz» jurnalı

redaksiyasında yığılıb

səhifələnib. «Təhsil Nəşriyyat‐

Poliqrafiya» müəssisəsində 

çap olunub. 

Sifariş. № 3, Tiraj: 300

Qiyməti: 2 man.

1967‐ci ildən çıxır

Şəhadətnamə № 238

Nömrənin eksperti:

Ülviyyə Rəhimova



Baş redaktor

Qulu Ağsəs



Təsisçilər:

Azərbaycan Yazıçılar Birliyi və

«Ulduz» jurnalının kollektiv

i



«АЗЯРМЯТБУАТЙАЙЫМЫ»

АЧЫГ СЯЩМДАР 

ЪЯМИЙЙЯТИ

«Улдуз» журналына абуня 

олмаг цчцн республиканын

бцтцн шящяр вя район 

«Мятбуатйайымы» шюбяляриня

мцраъият етмяйиниз кифайятдир.

«ГАЙА»

МЯТБУАТ ЙАЙЫМЫ

«Улдуз» журналына абуня 

олмаг цчцн республиканын

бцтцн шящяр вя район

«QAYA» мятбуат йайымы 

шюбяляриня мцраъият 

етмяйиниз кифайятдир.



Журналын

1 айлыг абуня гиймяти — 2.00 ман.

6 айлыг абуня гиймяти — 12.00 ман.

Бакы шящяриндя абуня йазылмаг истяйянляр:

нюмряли телефонлара зянэ едя билярляр.

ISNN 0134-522  ИNDEKS AZ 1000   2 АЗН



«EKSPRESS»

МЯТБУАТ ЙАЙЫМЫ

«Улдуз» журналына абуня 

олмаг цчцн республиканын

бцтцн шящяр вя район 

«EKSPRESS» мятбуат йайымы 

шюбяляриня мцраъият 

етмяйиниз кифайятдир.



440 — 27 — 85

440 — 39 — 83

440 — 46 — 94

564 — 63 — 45

598 — 35 — 22

556 — 67 — 13

564 — 48 — 96

437 — 28 — 10

408 — 17 — 51


Hörmətli Qulu müəllim!

Baş redaktoru olduğunuz “Ulduz”

jurnalının növbəti sayı haqqında söz demək

səlahiyyətini mənə etibar etdiyiniz üçün sizə

təşəkkür edirəm! Sizə razılıq verəndən sonra

40 ildən bəri izlədiyim ədəbi prosesin

hadisələri, onu təmsil edən şəxsiy yətlər,

onların ətrafındakı mübahisə və müza kirələrlə

baş‐başa qaldım. Ötən günləri, şahidi

olduğum, iştirakçısı olduğum tarixi ədəbi

prosesi də ideallaşdırmaqdan uzağam. O

vaxtlar siyasi senzura ilə yanaşı, müəlliflərin

də, nəşriyyat və qəzet redaktorlarının da

işində ədəbi vicdan senzurası vardı. Azsaylı

mətbuata zəif, ortabab yazılar yol tapsa da,

əsasən bu gün XX əsrin klassikası kimi etiraf

edilmiş əsərlərin dərcinə geniş yer verilirdi.

Әdəbi tənqidə də, həmişə olmasa da, arabir

obyektiv söz demək imkanı yaranırdı. Bu

imkanı mənə bəxş etmiş Elçin, Yusif

Әzimzadə, İsa İsmayılzadə, Nəsir İman ‐

quliyev, Әkrəm Әylisli, Sabir Rüstəmxanlı,

Rəhim Әliyev kimi qələm əhlinin xidmətlərini

unutmaram. Sərt yazılarımın doğur duğu

təzyiqlər indiyə qədər davam edir. Ancaq

açıq söhbət müstəvisində yox. Buna onların

ədəbi hünəri də çatmır. İlk dəfə sizin

oxucularınıza bir faktı xatırlatmaq istərdim.

1985‐ci ildə Yazıçılar İttifaqının Qəbul

Komissiyasından “bəh‐bəh”lə keçəndən sonra

11 nəfərin iştirak etdiyi Rəyasət Heyətindən,

deyilənə görə, keçmədim və ədəbiyyata dəxli

olmayan bir şəxsin imzası ilə məktub aldım

ki, gəlib sənədlərinizi götürün. Mən sıradan

olanların bir çoxu yuxarılara teleqram

teleqram dalınca vurdular. Heç kimə heç nə

demədim. Növbəti qurultayda İsmayıl Şıxlı

öz məruzəsində tənqidçi kimi mənim də

xidmətlərimi qeyd etdi. Daha sonra Әkrəm

Әylisli soruşdu ki, niyə İttifaqa gəlmirsən?

Dedim Sizin üzvünüz deyiləm, gülümsədi

və sənədləri gətir, dedi. 

Bunu ilk dəfə niyə xatırladıram? Bu gün

ədəbi aləmə gələnlərin iki böyük problemi

var. İstedadlı gənclər çap olunurlar, ancaq

qələmlə yaşamaq mümkün deyil. İstedadsızlar

da çap olunurlar, daha çox çap olunur və

“muzdur” tənqidçilərin mədhiyyələri ilə

ədəbi meyarsızlıq ab‐havası yaradırlar. 

Әziz Qulu müəllim! Ә.Cəmil, Y.Səməd ‐

oğlu, A.Hü sey nov və digər vicdanlı qələm

sahibləri ilə bir sırada baş redaktor olmaq

Sizin üçün də şərəfdir, həm də çətin və

3

ULDUZ /

Yanvar 2016

EKSPERT

(“Ulduz”un dekabr sayına baxış)

Şirindil ALIŞANLI



məsuliyyətli işdir. Özünüz də görürsünüz

ki, ədəbi‐bədii nümunə sayılan yazıların sayı‐

hesabı yoxdur. Və qəribədir ki, əvvəllər

qonorar xətrinə də yazanlar çox idi. İndi o

da yoxdur. Xalq şairlərinə bir misraya görə.

40 qəpik, abırlı, digər şairlərə 70 qəpik qonorar

verirdilər. İndi bu ehtirasla çap olunanların

axını hardan gəlir? Bizim hamımızın günahı

ucbatından ədəbi meyarların itib‐batdığı,

meyxana, mərsiyə, qəsidə epiqonçuluğun

tüğyan etdiyi günlərimiz mənə böyük Sabirin

yaşadığı günləri xatırladır. Ciddi bir dərginin

baş redaktoru kimi bu axının qarşısında

durmağın çətinliyini də bilirəm. 

Deyəsən, konkret mətləbdən uzaqlaşırıq.

Sizin dərginin tarixi ənənələri var və onlarca

istedadlı gəncin ədəbiyyata gəlməsində böyük

rolu olub. İlk qələm təcrübələri ilə yanaşı,

kifayət qədər ədəbi nüfuz sahiblərinin

jurnalınızda qoşa çap olunmasının özü də

mənalıdır. Oxucular uzun illərdir, bu jurnalın

səhifələrində ədəbi nəsillərin qovuşan və

ayrılan yollarını görüb, ədəbi gedişatın

yönümlərini izləyiblər. Bu ənənəni davam

etdirirsiniz, gənclərə gen‐bol yer verməklə

yanaşı, ədəbiyyatda söz sahibi olan müəllifləri

də qısqanmırsınız. Şübhəsiz, hamı üçün bir

meyar olmalıdır: istedadla yazılmış əsər.

Deyə bilərlər ki, ilk hekayələri, şeirləri,

məqalələri çap olunan qələm əhlinə sərt bədii

meyarlarla yanaşmaq onları incidə bilər, sözə,

sənətə qarşı biganəlik yaradar. Әvvəla, böyük

sənət sahiblərinin çoxu ilk yazılarından istedad

nümunəsi ortaya qoyublar. Digər tərəfdən,

ədəbiyyata təzə gələnlərə də tələbkar olmaq

gərəkdir, 50 ildir “nəzm vərdişi”ndən uzağa

getməyən şairə “tənqid dərsi” keçməyin nə

mənası?


Mənə göndərdiyiniz say ədəbi prosesin

janrlarını əhatə baxımından razılıq doğurur,

xüsusən bədii tərcüməni “ədəbi yarış”

formasında təqdim etməyiniz və bu zəmində

dəyərləndirməyiniz yenidir. Yadıma

“Әdəbiyyat qəzeti”nin K.Simonovun “Gözlə

məni” şeirinin çoxsaylı tərcüməsinin nəşri

düşdü. Bu variantda tərcümə problemləri

üçün söz deməyə, bu çətin yaradıcılıq

prosesinə dəyər verməyə praktik imkan



Aylıq ədəbiyyat dərgisi

4

ULDUZ /

Yanvar 2016



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə