Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə1/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
  1   2   3   4   5   6   7   8   9   ...   192


 

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               



UĠLYAM  FOLKNER 

 

 



   

 

 



 

ROMAN VƏ HEKAYƏLƏR 

 

 



 

 

 



 

 

Tərtib və tərcümə edəni:   Tehran Vəliyev    



          Redaktoru:     

                           

 

 

 



 

 

 

 

 

 


 



UILYAM FOLKNER VƏ ONUN YOKNAPATOFA SAQASI 

 

 

 



 Uilyam  Folkner    (1897-1962)  nəinki  XX  əsr  Amerika  ədəbiyyatının,  eləcə  də  dünya 

ədəbiyyatının  ən  nəhəng,  ən  parlaq  simalarından biridir. Onun   bir çox cəhətdən   zəngin, son 

dərəcə orijinal yaradıcılığı artıq bəĢəriyyətin bədii söz sənəti xəzinəsinin ən qiymətli incilərindən 

birinə  çevrilmiĢdir. Bu  böyük  nəsr ustasının    əksər dillərə  çevrilən (təəssüf ki,  Azərbaycan dili 

onların arasına daxil deyil)  roman və hekayələri bu gün də  dünyanın hər yerində böyük maraqla 

oxunur, çoxlarını heyrətə gətirir. 

Folknerin  yaradıcılığı  bütövlükdə  həcmcə  nəhəng,  məzmunca  bitkin  əsər  təsiri 

bağıĢlayır. Çünki  bu  əsərlərin  mövzusu, qəhrəmanları, onlarda təsvir  edilən  hadisələr  bir-birilə 

sıx  surətdə  bağlıdır  və  bir  məkandan  –  yazıçının  qeyri-adi  dərəcədə  dərin,  geniĢ  təxəyyülü  və 

SÖZÜ    sayəsində    YOXDAN  VAR  OLAN,    sahəsi  2 400  kvadrat  milə,  əhalisi  15 611  nəfərə 

bərabər Yoknapatofa qraflığının həyatından qaynaqlanır və zaman anlamında təxminən 200 illik  

dövrü  əhatə  edir.  Onun  yaratdığı  personajlar  sosial  iyerarxiyanın  qullardan  tutmuĢ 

plantasiyaçılara qədər bütün səviyyələrini təmsil edirlər. Onların sırasına zəngin torpaq sahibləri, 

kasıb  icarədar  fermerlər,  qubernatorlardan  tutmuĢ  xırda  məmurlara  qədər  müxtəlif  yerli 

hakimiyyət  nümayəndələri,  həmçinin  vəkillər,  müəllimlər,  ruhanilər,  həkimlər  və  nəhayət,  

məhkumlar  –  təsadüfən  həbsxanaya  düĢənlər,  eləcə  də  qatı  cinayətkarlar  daxildir. 

Yoknapatofanın əhalisi həm də bütün milli çalarları özündə əks etdirir. Burada ingilis, Ģotland, 

fransız və s.  əsilli məskunlar, yerli hindular və ağ əhalidən sayca xeyli çox olan zəncilər yaĢayır.  

Öz əli ilə çəkdiyi xəritələrdən birinin üstünə yazdığı kimi, “yeganə sahibi və hökmdarı” 

Uilyam Folkner olan bu qraflıq, Amerikanın cənubunda Missisipi Ģtatının Ģimalında, alçaqboylu 

Ģamlar  bitirən    qumluq  təpələrlə    çay  vadisinin    münbit  torpaq  sahələri  arasında  yerləĢir.  Bu 

diyarda  az  miqdarda  meĢə  materialı  və    Memfis  bazarı  üçün  pambıq  istehsal  edilir.  Burada 

əhalinin çox az bir qismi  keçmiĢdən qalma geniĢ plantator malikanələrinə, bəziləri isə ağacdan  

tikilmiĢ  evlərə  malik  olsa  da,  onun  əksər  hissəsini  təĢkil  edən  sadə  muzdlu  iĢçilər  vətəndaĢ 

müharibəsindən əvvəl zəngin plantasiyalarda yaĢayan kölələrdən də pis dolanırlar.  

Bu məkan və zaman daxilində  baĢ verə  bilən bütün mümkün ailədaxili, ictimai, siyasi 

və  irqi  münaqiĢələr  Folknerin  iti qələmi sayəsində  son dərəcə  kəskinləĢərək dərin, ümumbəĢəri 

məzmun  kəsb  edir.  Əslində,  Yoknaptofa  Folknerin  öz  doğma  yurdunun  –  Missisipi  Ģtatındakı 

Oksford əyalətinin simvolik rəmzidir. Yazıçı bütün bəĢəri ideyalarını məhz öz yaĢadığı kiçik bir 

əyalətin həyatı fonunda əks etdirməyə çalıĢıb.  Folkner  özü deyir: “Sartoris”dən baĢlayaraq, dərk 

etdim ki,   xəritədə poçt markası  boyda  xımxırda  görünən doğma  yurdumdan  yazmağa dəyər, o 

buna layiqdir və bu mövzunu axıracan yazıb qurtarmağa bütün ömrüm bəs eləməz”. 



 

Və dahi yazıçının nəhayətsiz təxəyyülü hesabına uydurulan, əslində  isə spesifik tarixə, 



özünəməxsus  qayda-qanunlara,  mürəkkəb  sosial  və  irqi  münasibətlərə  malik  olan  Amerika 

cənubunun bütün səciyyəvi xüsusiyyətlərini özünə hopduran  və Yoknaptofa qraflığı adlandırılan 

bu  mikrodünya  haqda  roman  və  hekayələr  silsiləsi  –  Yoknaptofa  saqası  Folknerin  məhz 

bəĢəriyyətin  bütün  dərdlərini,  arzularını,  gələcəyə,  ULU  YARADANIN  bəxĢ  etdiyi  sınaqdan 

ĠNSAN  OĞLUNUN  əzəl-axır  üzüağ  çıxacağına  əminliyini  ən  xırda  məkan  çərçivəsində  belə 

ifadə edə bilməyin mümkünlüyünə olan inancından yaranmıĢdır. 

Bu inancı isə bir çox səbəblər – yazıçının yaĢadığı mühit, ailə keçmiĢi, Ģəxsi yaĢantıları, 

insanın kimliyi barədə fəlsəfi fikirləri və orijinal düĢüncə tərzi ĢərtləndirmiĢdir. 

Uilyam  Folkner  1897-ci  il  sentyabrın  25-də  Missisipi  Ģtatının  Nyu  Olbani  Ģəhərində 

anadan  olmuĢ,  ömrünün  böyük  bir  qismini  həmin  Ģəhərdən  30  mil  aralıda  yerləĢən  Oksford 

Ģəhərində keçirmiĢ və 1962-ci il iyulun 6-da  burada da vəfat etmiĢdir.   

Folknerlərin  Amerikaya  köçənədək  olan  nəsil  Ģəcərəsi  ilə  bağlı  bir  çox  rəvayətlər 

mövcuddur. Onlardan birinə görə, Folknerin ulu əcdadı Ģahin baxıcısı olmuĢ, Britaniya kralının 

Ģahinlərinə baxmıĢdır. Ġngiliscə “falconer” (Ģahinlərə baxan) sözünün təhrif edilmiĢ forması olan 

Folkner soyadı da elə buradan gəlir. BaĢqa bir rəvayətə görə, Folknerlər mənĢəcə Ġrlandiyadan, 

Olster  Ģəhərindəndirlər.  Ailə  rəvayətlərində  isə  onların  fransız  –  əvvəlcə  Ġngiltərəyə,  daha 

sonralar  isə    Amerikaya  qaçan  quqenot  əcdadlarından  bəhs  edilir.  Lakin  bunların  arasında  ən 

ağlabatan  versiya  yazıçının  Ģotland  əsilli  olmasıdır.  Folkner  özü  mənĢə  etibarı  ilə  Ģotland 

olduğunu söyləyib. Eyni zamanda, bu barədə öz fikrini belə ümumiləĢdirib: “Bizim hamımızın 

nəsil  Ģəcərəmiz  Londonun cinayət  məhkəməsindəki  məhkum  kürsüsündən  baĢlayır”. Həqiqətən 

də  Amerikada  məskunlaĢan  avropalıların  ilkin  dəstələrinin  böyük  bir  hissəsini  öz  iradələrinin 

əksinə  olaraq  sürgün  edilənlər  –  onsuz  da  ağzınacan  dolu  olan  London  həbsxanalarındakı 

vəziyyəti  daha  da  ağırlaĢdırmamaq  və  buradakıların  hamısını  ucdantutma  dar  ağacından 

asmamaq  naminə  bu  qitəyə  köçürülən  məhbuslar  təĢkil  edib.  Kolonistlərin  digər  hissəsi  isə 

tamam  baĢqa  kateqoriyaya  mənsub  insanlardan  –  Yeni  Dünyaya  öz  mülklərini  geniĢləndirmək 

üçün  gələn  zəngin  və  məĢhur  ailələrin  nümayəndələrindən  ibarət  olub.  Müstəqillik  uğrunda 

müharibədən  və  müstəmləkə  sisteminin  qəti  Ģəkildə  dağılmasından  sonra  zəngin  torpaq 

sahiblərinin  əksəriyyəti  ya  Ġngiltərəyə  qayıtdıqlarına,  ya  da  yeni    hakimiyyəti  tanımaq 

istəmədiklərinə  görə  buradakı  mülklərini  itiriblər.  Bu  səbəbdən  onların  torpaqları  bir  çox 

hallarda,  əl-qollarından  zəncir  və  qandal  izi  hələ  silinməmiĢ  sabiq  cinayətkarların  ixtiyarına 

keçib. Beləliklə, əsilzadələrdən və tör-töküntülərdən ibarət qəribə cənub qarıĢığı əmələ gəlib. Bu 

qarıĢıq xarakter cənubluları Ģimallılardan – əsasən  də ideya və dini motivlərə görə, arzuladıqları 

cənnət  guĢəsini  burada  tapmaq,  yeni  dünya  qurmaq  ümidilə  sonralar  Amerika  qitəsinə  köçən 

mömin  zəvvarlardan,  puritanlardan  xeyli  fərqləndirirdi.  ġimalda  iĢgüzar  burjua  etikası  təĢəkkül 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə