Ümumdövlət maliyyəsi (mərkəzləşdirilmiş maliyyə)



Yüklə 19,19 Kb.
tarix23.04.2022
ölçüsü19,19 Kb.
#85956
Maliyyə sistemi


Maliyyə sistemi - qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət göstərən maliyyə münasibətlərinin ayrı-ayrı həlqələrinin məcmusudur. Maliyyə sistemi vasitəsilə pul vəsaitləri fondlarının bölgüsü, formalaşması və istifadəsi həyata keçirilir. Maliyyə sisteminə ölkənin maliyyə fəaliyyətinin və pul tədavülünün tənzimlənməsinə xidmət edən maliyyə idarələri daxil edilir. Maliyyə bölgü münasibətlərinin daşıyıcısı olduğuna görə, məhz bu bölgü müxtəlif təsərrüfat subyektləri arasında baş verir. Pul vəsaiti fondlarının yaradılması və istifadəsi qaydasından asılı olaraq maliyyə sistemi iki yerə ayrılır:

1) Ümumdövlət maliyyəsi (mərkəzləşdirilmiş maliyyə);

2) Müəssisə və təşkilatların (təsərrüfat subyektlərinin) maliyyəsi (qeyri-mərkəzləşdirilmiş maliyyə).

Maliyyə sistemi geniş mənada özünə habelə 3) kredit-bank sistemini də (ölkənin banklarını və digər kredit idarələrinin məcmunu) daxil edir. Bu bölmənin hər biri təşkilati struktura malik olmaqla bir neçə həlqədən ibarətdir. Birinci bölmənin - dövlət maliyyəsinin həlqələri mərkəzləşdirilmiş maliyyəyə aiddir və makro səviyyədə iqtisadiyyatı və maliyyə-bölgü münasibətlərini tənzimləmək üçün istifadə edilir. İkinci bölmə müəssisə və təşkilatların maliyyəsini qeyri-mərkəzləşdirilmiş maliyyəni əhatə edir və mikro səviyyədə iqtisadiyyatı və sosial münasibətləri tənzimləmək və stimullaşdırmaq üçün istifadə edilir. Kredit-bank sferası ölkənin banklarından və digər kredit idarələrdən ibarətdir. Ölkənin maliyyə sisteminə maliyyə fəaliyyətini həyata keçirən və tənzimləyən dövlət maliyyə institutları da (təşkilatlar və.idarələr) aiddir.Maliyyə sisteminin ayrı-ayrı sferaları (bölmələrə) və həlqələri bir-birindən hər bir həlqənin fəaliyyət xüsusiyyətləri, pul vəsaitləri fondlarının bölüşdürülməsi və istifadəsi metodları ilə və deməli, onların maliyyə sistemindəki rolu ilə fərqlənir.

Azərbaycan Respublikasının dövlət büdcəsi dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsinin əsas maliyyə planıdır. Dövlət büdcəsi dövlətin funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar olan xərclərin maliyyələşdirilməsini təmin edir. Hazırda AR-mn dövlət büdcəsi Respublika (mərkəzi) büdcəsindən, Nax. MR-nm büdcəsi və yerli büdcələrdən ibarətdir. 1991-ci ilədək AR-nm dövlət büdcəsi digər müttəfiq respublikaların büdcələri kimi SSRİ-nin dövlət büdcəsinin tərkibinə daxil idi. 1992-ci ildə Azərbaycan Respublikasının büdcə sistemi köklü dəyişikliyə məruz qaldı. "Büdcə sistemi haqqında" AR-nm 1992-ci il 1 dekabr tarixli Qanuna və AR- mn hökumətinin bir sıra qərarlarına əsasən AR-nm büdcə sistemi yenidən quruldu. Büdcə - Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir. Hazırda Azərbaycan Respublikasının büdcə sistemi iki səviyyədən ibarətdir:

1) Azərbaycan Respublikasının dövlət büdcəsi;

2) Bələdiyyələrin büdcəsi.

Müvafiq ilə dövlət büdcəsi qanun formasında tərtib və təsdiq edilir. Naxçıvan MR-nın büdcəsi Naxçıvan MR-nın qanunu formasında, yerli büdcələr isə yerli özünüidarəetmə orqanlarının hüquqi aktları və ya bələdiyyə qurumlarının nizamnamələri ilə müəyyən edilmiş qaydada (çox hallarda qərar formasında) təsdiq edilir. Dövlət maliyyəsinin növbəti həlqəsi büdcədənkənar məqsədli dövlət fondlarıdır. Büdcədənkənar dövlət fondları Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına əsasən dövlətə məxsus olan, lakin büdcə sisteminə daxil olmayan maliyyə fondlarıdır. Büdcədənkənar fondlar həm sosial və həm də istehsal xarakterli olurlar. Büdcədənkənar fondlar ciddi təyinata malikdir. Onların yaradılmasında başlıca məqsəd əhaliyə sosial xidmətin genişləndirilməsi, geridə qalmış infrastruktur sahələrin inkişafının stimullaşdırılması, iqtisadiyyatın aparıcı sahələrinin əlavə vəsaitlə təmin edilməsi və s. ibarətdir. Təsərrüfatçılığm bazar şəraitinə keçildiyi dövrdə aşağıdakı büdcədənkənar dövlət sosial fondları yaradılmışdır: pensiya fondu, sosial sığorta fondu, məcburi tibb sığorta fondu. Bu fondlar dövlət mülkiyyətində olub, maliyyə sisteminin müstəqil maliyyə- kredit idarələri kimi fəaliyyət göstərirdilər. Büdcədənkənar fondlar məqsədli təyinata (əhaliyə göstərilən sosial xidmətin maliyyələşdirilməsi) malikdir.

Sosial təyinatlı büdcədənkənar fondlarla yanaşı iqtisadi təyinatlı fondlar dayaradılır ki, onların hesabına dövlətin iqtisadi vəzifələrinin həll edilməsi tələbatı təmin edilmiş olur. İqtisadi fondlara misal olaraq Dövlət Yol Fondunu, Sahibkarlığa Kömək Milli Fondunu, Təbiəti Mühafizə Ehtiyat Fondunu, Meşələrin Qorunub Saxlanması və Təkrar İstehsalı Fondunu, Dövlət Neft Fondunu və s. göstərmək olar. Qeyd etmək lazımdır ki, istər sosial təyinatlı və istərsə də iqtisadi təyinatlı fondlar müəyyən dövrlərdə yaradıla və ləğv edilə bilər. Belə ki, Azərbaycan Respublikasında yuxarıda sadalanan büdcədənkənar fondların əksəriyyəti ləğv edilmiş və xüsusi təyinatlı büdcə fondlarına çevrilmişlər. Bütün büdcədənkənar dövlət fondlarının gəlirləri müəssisə, idarə və təşkilatların məcburi tədiyyələri hesabına əmələ gəlir. Büdcədənkənar dövlət fondlarının vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirmək məqsədilə onlar AR-nın Maliyyə Nazirliyi nəzdində Baş Dövlət Xəzinədarlığında cəmləşdirilmişdir. Dövlət krediti maliyyə sistemində xüsusi yer tutur. Dövlət krediti - öz xərclərini maliyyələşdirmək üçün dövlət tərəfindən əhalinin, müəssisə və təşkilatların müvəqqəti sərbəst pul vəsaitlərinin cəlb edilməsi üzrə kredit münasibətlərini ifadə edir. Dövlət krediti tədiyyələrin könüllü olaraq dövlət xəzinəsinə ödənilməsinə əsaslanır. Dövlət krediti dövlət istiqrazlarını, pul-şey lotoreyalarını və digər qiymətli kağızları yerləşdirmək yolu ilə cəlb edilir. Dövlət krediti eyni zamanda dövlətin xarici borcudur ki, bu halda dövlət xarici dövlətlərdən büdcə kəsirini ödəmək üçün kredit alır. Dövlət maliyyəsinin tərkib hissələrindən biri də sığorta fondudur. Sığorta fondu təbii fəlakətlər və bədbəxt hadisələrdən dəyən zərərlərin ödənilməsini təmin edir və onların qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsinə yardım edir. Bazar iqtisadiyyatına qədər Azərbaycan Respublikasında dövlət sığortası mövcud idi, yəni dövlət təbii fəlakət və bədbəxt hadisələr nəticəsində təşkilatlara və əhaliyə dəyən zərərlərin ödənilməsinə təminat verirdi. Əmlak və şəxsi sığorta üzərində dövlət inhisarı dövlət səviyyəsində təbii fəlakət və bədbəxt hadisələrdən dəyən zərərlərin ödənilməsinə nəzərdə tutulan pul vəsaitlərini mərkəzləşdirməyə imkan verirdi.

Dövlət büdcəsinin, büdcədənkənar fondların və digər məqsədli fondların formalaşması və istifadəsi məsələləri dərsliyin müvafiq fəsillərində ətraflı nəzərdən keçiriləcəkdir. Maliyyə sisteminin növbəti sferası təsərrüfat subyektlərinin - müxtəlif mülkiyyət formalı müəssisə və təşkilatların maliyyəsidir. Müəssisə və təşkilatlar ictimai tələbatı ödəmək məqsədilə məhsul istehsal etmək, iş görmək və xidmət göstərmək üçün qanunla müəyyən edilmiş qaydada yaradılmış müstəqil təsərrüfat subyektidir, hüquqi şəxsdir. Müəssisə və təşkilatlarda gəlirlərin əsas hissəsi formalaşır ki, onlar da sonralar müxtəlif kanallar vasitəsilə yenidən bölüşdürülür. Müəssisə qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən (maddə 43.1) bu və ya digər təsərrüfat subyektlərini hüquqi şəxs hesab etməyə imkan verən əsas əlamətlər aşağıdakılardır:

- mülkiyyətdə ayrıca əmlakın mövcudluğu, xüsusiləşmiş əmlakın təsərrüfatcılıqla aparılması və ya operativ idarə edilməsi;

- öz öhdəlikləri üçün onun sərəncamında olan xüsusiləşmiş əmlakla müstəqil cavabdehlik daşıması;

- öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək;

- mülki vəzifələr daşıması, məhkəmədə iddiaçı və cavabdeh olmaq hüququna malikdir.

Maliyyə sistemi - qarşılıqlı surətdə fəaliyyət göstərən və maliyyə fəaliyyətində bilavasitə iştirak edən, onun həyata keçirilməsinə yardım göstərən maliyyə qurumlarının - təşkilatlarının (təşkilat, idarə) məcmusundan ibarətdir. Dövlət maliyyəyə rəhbərliyi həyata keçirir, müvafiq səlahiyyət verilmiş qanunverici və icraedici orqanlar vasitəsilə maliyyə fəaliyyətini tənzimləyir və istiqamətləndirir. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq (Maddə 8H ölkədə qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir. Azəı naycan respublikasının Milli Məclisi AR-nm Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının dövlət büdcəsini təsdiq edir və onun icrasına nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının müəyyən etdiyi öz səlahiyyətləri dairəsində büdcə, vergi, rüsumlar və s. haqqında qanunları qəbul edir. Dövlətin maliyyə fəaliyyətinin əsas hissəsi AR-in Maliyyə Nazirliyinin üzərinə düşdüyünə görə, onun səlahiyyətləri üzərində daha geniş dayanaq. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi AR-nın maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, onun nəzdində Baş Dövlət Xəzinədarlığı və Dövlət Əyar Palatası, Nax. MR-nın Maliyyə -İqtisadiyyat Nazirliyi, AR-nın şəhər, rayon idarə və şöbələri AR-da dövlət maliyyəsinin idarə edilməsi sistemini təşkil edir. Maliyyə Nazirliyi müəyyən olunmuş vəzifələrə uyğun olaraq Nax. MR-nın Maliyyə-İqtisadiyyat Nazirliyinin, AR-nın şəhər, rayon maliyyə idarə və şöbələrinin, həmçinin tabeliyində olan digər təşkilatların fəaliyyətini əlaqələndirir və onların fəaliyyətinə rəhbərlik edir. Maliyyə Nazirliyi ölkədə iqtisadi islahatların həyata keçirilməsində, maliyyə və kredit münasibətlərinin təkmilləşdirilməsində başlıca rol oynayır.

Hazırda respulikamızda maliyyə fəaliyyətinin təşkili və xüsusi maliyyə nəzarətilə məşğul olan və müəyyən funksiyalara malik olan bir sıra orqanlar yaradılmışdır. Onlara Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığı, Dövlət Vergi Xidməti, Dövlət Gömrük Orqanları, Hesablama Palatası və başqaları aiddir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığı "Azərbaycan Respublikası Dövlət Xəzinədarlığının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 oktyabr tarixli, 398 nömrəli Fərmanına əsasən yaradılmışdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığı Maliyyə Nazirliyinin əsas strukturlarından biri olub Azərbaycan Respublikasının Maliyyə Nazirinə tabedir. Xəzinədarlıq müəyyən olunmuş hüquq və vəzifələrə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə-İqtisadiyyat Nazirliyinin rayon, şəhər maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturlarının, həmçinin tabeliyində olan digər idarələrin fəaliyyətini əlaqələndirir və onların fəaliyyətinə rəhbərlik edir.



Kredit-bank sistemi kredit münasibətlərini həyata keçirən bankların və digər kredit təşkilatlarının məcmusudur. Kredit münasibətlərinin obyektiv zəruriliyi ictimai təkrar istehsal prosesində əmtəə resurslarının və pul vəsaitlərinin dövranı və dövriyyəsi ilə əlaqədardır. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli fərmanı ilə keçmiş SSRİ Dövlət Bankı, Sənaye-Tikinti Bankı və Aqrar - Sənaye Bankı Azərbaycan Respublikası banklarının bazası əsasında Azərbaycan Respublikasının Milli Bankı və keçmiş SSRİ Əmanət Bankı Azərbaycan Respublika Kontoru bazası əsasında isə Azərbaycan Respublikası Əmanət Bankı təşkil edildi. 1992-ci ilin fevral ayında Sənaye-Tikinti Bankının və Aqrar-Sənaye Bankının müəssisə və şöbələri Azərbaycan Respublikası Milli Bankının tabeçiliyinə verildi. 1992-ci il avqust ayının 7-də "Azərbaycan Respublikası Milli Bankı haqqında" və "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edildi. Həmin qanunlara əsasən Aqrar-Sənaye bankı və Sənaye-İnvestisiya Bankı Azərbaycan Respublikası Milli Bankının tərkibindən çıxarılaraq, Azərbaycan Respublikasının Əmanət Bankı və Beynəlxalq Bankı ilə birlikdə səhmdar-kommersiya banklarına çevrildilər. 1993-cü ildə həmin bankların tamamilə səhmdar kommersiya banklarına çevrilməsi prosesi başa çatır. Bu bankların nəzarət səhm paketinin 51%-i maliyyə Nazirliyinin timsalında Azərbaycan hökumətinə məxsusdur. Səhmlərin qalan 49 %-i isə müxtəlif hüquqi və fiziki şəxslər arasında yerləşdirilmişdir. Beləliklə, ölkənin iki pilləsi bank sistemindən ibarət yeni strukturu müəyyən edildi: Birinci pillə - Azərbaycan Respublikasının Milli Bankı; '“'İkinci pillə - kommersiya bankları və ixtisaslaşdırılmış kredit-maliyyə qurumları. Birinci pillədə kredit sisteminin mərkəzində ölkədə maliyyə və kredit münasibətlərinin makroiqtisadi tənzimlənməsində mühüm rol oynayan Azərbaycan Respublikasının Milli Bankı durur. Milli Bank- Azərbaycan Respublikasının Mərkəzi bankıdır. Milli Bank dövlətin müstəsna mülkiyyətindədir. O, müəssisə və təşkilatlara xidmət etmir. Onun fəaliyyəti ölkədə pul tədavülünün təşkili ilə bağlıdır. O, nağd pulun emissiyasını (buraxılışım) həyata keçirir, pul nişanlarının kassa ehtiyatlarını və dövlətin qızıl-valyuta ehtiyatlarını toplayır və saxlayır. Onun müştəriləri bank sisteminin ikinci pilləsinin kredit idarələri - banklar və bank olmayan idarələrdir. Milli Bank öz fəaliyyəti barədə yalnız Azərbaycan Respublikası Prezidentinə hesabat verir. Milli Bankın nizamnamə kapitalı son qanunla 10 milyon AZN həcmində müəyyən edilmişdir. Milli Bankın nizamnamə kapitalı o qədər də əhəmiyyətə malik deyil və faktiki olaraq simvolik xarakter daşıyır.
Yüklə 19,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə